Yaşar Kamalın əsərlərində folklor və mifoloji qaynaqlar



Yüklə 270,5 Kb.
səhifə18/38
tarix02.01.2022
ölçüsü270,5 Kb.
#35303
1   ...   14   15   16   17   18   19   20   21   ...   38
AYDAN MEDENIYET VE INCESENET yeni

İbn Sina

İbn Si­na is­lam alə­min­də ye­ti­şən məş­hur fi­lo­sof və tibb ali­mi­dir. 980-ci il­də Bu­xa­ra­da ana­dan olub. Əsl adı Əli Hü­seyndir. İbn Si­na de­yə məş­hur olub.

Bu­xa­ra türk el­mi­nin, türk sə­nə­ti­nin məh­sul­dar bir bağ­ça­sı­dır. Bu bağ­ça­da ye­ti­şən gül­lə­rin ət­ri son­suz­lu­ğa qə­dər ya­yıl­ma­ğa da­vam edə­cək. Bu­xa­ra - el­min, gö­zəl­li­yin, düz­gün­lü­yün mə­ka­nı... Bu­xa­ra əzəl­dən əbə­diy­yə­tə ge­dən bir ulu Türk şə­hə­ri... İn­ki­şaf et­miş in­san­la­rın və çox bi­lən­lə­rin yur­du... Bil­gi­nin bi­na­sı Bu­xa­ra­da ucal­dı­lır­dı, bil­gi­nin as­ta­na­sı, alim­lə­rin be­şi­yi Bu­xa­ra­da... Ulu Türk yur­du­nun - Tür­küs­ta­nın Öz­bək elin­də­ki Bu­xa­ra 980-ci il­də dün­ya­nın bu gün də hey­ran­lıq­la an­dı­ğı və an­maq­da da­vam et­di­yi bö­yük bir ali­min ana­dan ol­ma­sı­na şa­hid olub.

Bu alim İbn Si­na­dır. Av­ro­pa­lı­la­rın "Avi­sen­na" de­dik­lə­ri İbn Si­na... Dün­ya­ya gə­lib-ge­dən bö­yük alim­lər­dən bi­ri olan İbn Si­na ilk təh­si­li­ni Bu­xa­ra­da alıb. Hə­lə on ya­şın­da ikən o, Mü­qəd­dəs Ki­ta­bı­mız Qu­ra­ni-Kə­ri­mi əz­bər­lə­yib. Bir ne­çə il son­ra ay­rı-ay­rı mü­əl­lim­lər­dən hən­də­sə, astro­no­mi­ya, fi­zi­ka və hü­quq təh­si­li alıb. O, Bu­xa­ra­ya gə­lən məş­hur alim Ab­dul­lah Na­ti­li­dən mən­tiq və fəl­sə­fə el­mi­ni öy­rə­nib. Bu ara­da hə­kim­lik dər­si də alıb və nə­zə­ri bil­gi­lə­ri­ni ya­vaş-ya­vaş xəs­tə­lər üzə­rin­də tət­biq edib. İlk tibb mü­əl­li­mi­nin İbn Yəh­ya ol­du­ğu bil­di­ri­lir.

İbn Si­na on yed­di ya­şın­da ikən Bu­xa­ra şah­za­də­si Nuh ibn Nasr Sa­ma­ni­ni təh­lü­kə­li bir xəs­tə­lik­dən qur­tar­dı­ğı üçün sa­ray ki­tab­xa­na­sı­nın mü­dir­li­yi­nə tə­yin edi­lib. Föv­qə­la­də bir zə­ka­ya və çox qüv­vət­li ha­fi­zə­yə sa­hib olan İbn Si­na, döv­rü­nün bü­tün elmlə­ri­ni öy­rən­mək ar­zu­su ilə təd­qi­qat­lar və araş­dır­ma­lar apa­rıb. Əv­vəl Aris­to­te­lin, son­ra Fa­ra­bi­nin fəl­sə­fi fi­kir­lə­ri­ni təd­qiq edə­rək on­la­rın tə­si­ri al­tın­da qa­lıb. Bu za­man­lar tibb el­mi ilə də cid­di-cid­di məş­ğul olub, təd­qi­qat­lar apa­rıb. Tibb el­mi­ni Əbu Mən­sur Hə­sən Qə­mə­ri və Yəh­ya ibn İsa ad­lı ta­nı­nan şəxslər­dən öy­rə­nib.

İbn Si­na iyir­mi ya­şın­da ikən ata­sı­nı, bir müd­dət son­ra isə ha­mi­si olan Sa­ma­ni hökmda­rı­nı iti­rib. Bu­xa­ra­da qa­rı­şıq­lıq­lar çıx­ma­sı nə­ti­cə­sin­də ora­dan ay­rı­lıb və Xa­rəz­mə ge­də­rək Xa­rəzmşah Əli ibn Mə­mu­nun sa­ra­yı­na yer­lə­şə­rək onun mək­tə­bin­də dərs de­mə­yə baş­la­yıb. Bu­ra­da İbn Mis­ke­veyh, Əbu Nasr əl-İra­qi, İbn Təy­yub və Bi­ru­ni ilə ta­nış olub. İbn Si­na­nın sa­ray mən­sub­la­rı­nı və xü­su­si­lə Şəm­süd­de­le­ni iki də­fə sağ­lı­ğı­na qo­vuş­dur­ma­sı onun Şə­rə­fül-Mülk ün­va­nı ilə və­zir­lik mə­qa­mı­na yük­səl­mə­si­ni tə­min edib. Fə­qət bir müd­dət son­ra bə­zi ya­zı­la­rı­na gö­rə hökmda­rın gö­zün­dən dü­şüb və bu və­zi­fə­dən uzaq­laş­dı­rı­lıb, hət­ta bir ara həbs edi­lib.

İbn Si­na öz hə­ya­tı haq­qın­da Cur­ca­ni­yə ver­di­yi mə­lu­mat­da be­lə de­yir: "On sək­kiz ya­şı­ma qə­dər fa­si­lə­siz ola­raq ça­lış­ma­ğa da­vam et­dim. Ge­cə­lə­ri də oxu­maq­la, yaz­maq­la məş­ğul olar­dım. Ge­cə­lə­ri yu­xum gəl­dik­də bir bar­daq su içər, ayı­lar, ye­ni­dən ça­lı­şar­dım. Yu­xu­da be­lə zeh­nim oxu­duq­la­rım­la məş­ğul olar­dı. Çox vaxt oyan­dı­ğım­da əv­vəl həll edə bil­mə­di­yim bə­zi şey­lə­rin yu­xu­da ikən həll edil­miş ol­du­ğu­nu gö­rər­dim. Da­ha son­ra Mə­bəd ül Tə­bia ilə məş­ğul ol­ma­ğa baş­la­dım. Bu mə­sə­lə­yə da­ir Aris­to­te­li bəl­kə də qırx də­fə oxu­du­ğum hal­da, an­la­ma­mış və ümid­siz­li­yə düş­müş­düm..."

İbn Si­na dün­ya şöh­rət­li elm xa­di­mi Aris­to­te­li an­la­ya bil­mir­di. O, Me­zat­da Fa­ra­bi­nin "Al İba­na" ad­lı məş­hur əsə­ri­ni alıb oxu­duq­dan son­ra Aris­to­te­li qav­ra­yıb. Əl­də et­di­yi bu nə­ti­cə üçün şükr na­ma­zı qı­lıb. İbn Si­na öz söz­lə­ri ilə ifa­də edib ki, fəl­sə­fi bil­gi­si­nə gö­rə Fa­ra­bi­yə borclu­dur.

İbn Si­na gənc ya­şın­da Bu­xa­ra­da ki­tab­xa­na mü­di­ri ol­du­ğu za­man bu­ra­da­kı ki­tab­la­rı əz­bər­lər­cə­si­nə oxu­yub, in­ki­şaf edib. 20 ya­şın­da ikən onun qo­ru­yu­cu­su olan hökmdar və­fat et­dik­də Xa­rəz­mə kö­çüb və bu­ra­da bö­yük alim Bi­ru­ni ilə ta­nış olub, onun­la bir­lik­də ça­lı­şıb, iş­lə­yib. Zə­ma­nə­si­ni lər­zə­yə sa­lan fi­kir­lə­ri­nə gö­rə tə­qib olu­nub və bir çox ada­mın qıs­qanclı­ğı­na hə­dəf olub. Bu və­ziy­yə­tin tə­bii nə­ti­cə­si ola­raq, İran­da şə­hər­dən-şə­hə­rə kö­çüb. Bü­tün bu çə­tin hə­yat şərtlə­ri­nə bax­ma­ya­raq, bö­yük həcmli əsər­lər ya­zıb. Yüz yet­mi­şə ya­xın əsə­rin mü­əl­li­fi olan İbn Si­na döv­rün tə­lə­bi­nə gö­rə ərəb­cə və farsca ya­zır­dı. Onun bir sı­ra gö­zəl şe­ir­lə­ri də var. Əsər­lə­ri, əsa­sən, tibb, fi­zi­ka, astro­no­mi­ya, fəl­sə­fə, kə­lam, mu­si­qi və di­gər sa­hə­lər üz­rə­dir. İbn Si­na­nın en­sik­lo­pe­dik əsə­ri "Eş-şi­fa" və onun qı­sal­dıl­mı­şı "En-ne­cat"dır. Tibb üz­rə qə­lə­mə al­dı­ğı ən əhə­miy­yət­li əsə­ri "El-Qa­nun fit-tibb"dir.

Hə­ya­tı­nın son vaxtla­rı­nı sə­ya­hət­lə ke­çi­rən İbn Si­na ba­ğır­saq xəs­tə­li­yi­nə, da­ha son­ra epi­lep­si­ya xəs­tə­li­yi­nə tu­tu­lub və 21.06.1037-ci il­də Hə­mə­dan­da və­fat edib. Onun qəb­ri Hə­mə­dan­da­dır.

İbn Si­na və­fat et­di, an­caq əsər­lə­ri yü­zil­lər bo­yu bü­tün dün­ya­da, xü­su­si­lə Av­ro­pa uni­ver­si­tet­lə­rin­də dərs ki­ta­bı ola­raq oxu­dul­du.


Yüklə 270,5 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin