Yaşar Kamalın əsərlərində folklor və mifoloji qaynaqlar


Qəznəvilərdə mədəniyyət və incəsənət (969-1187)



Yüklə 270,5 Kb.
səhifə17/38
tarix02.01.2022
ölçüsü270,5 Kb.
#35303
1   ...   13   14   15   16   17   18   19   20   ...   38
AYDAN MEDENIYET VE INCESENET yeni

Qəznəvilərdə mədəniyyət və incəsənət (969-1187)

Qaraxanlı dövlətində şəhərlərlə yanaşı, ticarət-sənətkarlıq qəsəbələri yaranırdı. Səmərqənd, Buxara, Ürgənc, Termez şəhərləri xüsusilə şöhrət qazanmışdı.

Təqribən 300 il mövcud olan Qaraxanlı dövləti 1212-ci ildə süquta uğradı.

X əsrin 60-cı illərində Mərkəzi Asiyada paytaxt şəhəri Qəznə olan Qəznəvilər dövləti yaranmışdı. Bu dövlətin əsasını Alptəkin qoymuşdu. Alptəkin Samanilər dövründə türk qvardiyasında qulluq etmişdi.

Sultan Mahmud Qəznəvinin (998— 1030) hakimiyyəti illəri Qəznəvi dövlətinin ən qüdrətli dövrüdür. XI əsrin əvvəllərində onun Hindistana etdiyi çoxsaylı hərbi yürüşlər nəticəsində Hindistanın Kəşmir, Pəncab və Qucarat vilayətləri ələ keçirildi. Qəznəvi dövlətinin iqtisadi qüdrəti möhkəmləndi. Beləliklə, Sultan Mahmudun hakimiyyətinin son dövrlərində Qəznəvi dövlətinin ərazisi Hindistandan Xəzərsahili torpaqlara qədər uzanırdı.

Sultan Mahmudun vəfatından sonra dövlət tənəzzül etdi. Vergilərin ağırlığı, əhalinin məmurlardan narazılığı və feodalların mərkəzi hakimiyyətə qarşı çıxışları ölkəni zəiflətdi. 1040-cı ildə Dəndənəkan döyüşündə Səlcuqlar Qəznəvilərin hərbi qüvvələrini darmadağın etdilər. Şimali Hindistana sıxışdırılan Qəznəvi dövləti 1187-ci ildə süqut etdi.

Gəznəvilər dövləti mədəniyyət və incəsənət baxımından çox inkişaf etmiş bir dövlət idi. Xüsusilə Sultan Mahmudun dövründə paytat və saray elm və mədəniyyət xadimləri ilə dolu idi. Sarayda aralarında alim, sənətkar və şairlər olmaqla 400 məşhur xadimlər var idi. Saraylar o dövrdə həm də böyük bir mədəniyyət mərkəzləri idi. İranda yerləşən Bazar Ulu Camesi, II Məsud minarəsi, Hindistan səfərlərində qazanılan zəfərlərin simvolları olan zəfər abidələri o dövrün memarlıq nümunələridir. Zəfər abidələrinin, ya da qüllələrinin yüksəkliyi 40-50 metr təşkil edirdi. Bu sütunların üzərində səfərlərdə qazanılan zəfərlər haqqında və bu zəfərləri qazanan sultanlar barədə çox əhəmiyyətli tarixi məlumatlar yerləşdirilib.

Gəznə dövlətində xalq və ordu türk dilində danışırdı. Sarayda da o vaxtlar dil türkcə idi. Lakin yazışma və elmi əsərlərin dili fars və ərəbcə idi. Ədəbi və elmi əsərlər daha çox ərəb dilində yaradılırdı. Firdovsi Şahnamə əsərini məhz bu dövrdə yazıb. O, əsərini sultan Mahmuda təqdim etmişdir. Lakin əsər iran yönümlü olduğuna görə Qəznəli Mahmud şairə gözlədiyi məbləği hədiyyə etmədi.

Bu dövrdə İbn Sina, Biruni kimi alimlər yaşayıb yaratmışdılar.


Yüklə 270,5 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin