Qaraxanlılar dövrü mədəniyyəti
Qaraxanlı dövləti Bilgə Kül Kadir xan tərəfindən 840-cı ildə qurulub, 1042-ci ildə süqut etmişdir. Türklər müsəlmanlığı qəbul etdikdən sonra İslam mədəniyyətini mənimsəməyə başladılar. İlk böyük İslam dövlətini quran Qaraxanlılar İslam mədəniyyəti, incəsənəti, ədəbiyyatı sahəsində müxtəlif əsərlər bəxş etdilər. Qaraxanlılar dövrü əvvəlcə uyğur, daha sonra ərəb əlifbasından istifadə olunurdu. Bu dövrdə İslamın qəbulundan sonra ilk yazılı əsərlər meydana çıxmış oldu. Onlara misal olaraq M.Qaşqarinin “Divani-Lüğətit türk” əsərini, Y.X.Hacibin “Kutadqu Bilik”, Ədib Əhməd Yüknəkinin “Ətəbətül-Həqayük” əsərini misal göstərə bilərik. Bu dövrdə yaranmış digər əsər Ə.Yəsəvinin “Divani Hikmət”idir. Ə.Y. bir təsəvvüf şairidir. Onun dini təsəvvüf şeirlərinə “hikmət”, divanına isə “Divani-Hikmət” deyilir. Hikmətlərdə İslamiyyətin əsaslarından söhbət açılır. Peyğəmbərimizə olan sevgidən, qiyamət günündən, cənnət və cəhənnəmdən danışılır. “Divani Hikmət”in əski yazısının əsli əlimizdə olmasa da onun surəti Kazan, Daşkənd və İstanbulda saxlanılır. Ə.Yasəvinin qurduğu təriqət Xorasan, İran, Azərbaycan, Anadoluya qədər yayılmış Heydəri Bəhayi, Bəktaşi təriqətlərinin yaranmasına səbəb olmuşdur.
Y.X.Hacib “Kutadqu Bilik” əsərini Qaraxanlı hökmdarı Tabqaç Uluğ Buqra xana təqdim edir. Hökmdar əsəri çox bəyənir və ona xas haciblik baş mabeyinlik rütbəsini verir. Xoşbəxtlik gətirən elm mənalarına gələn bu əsər İslam dövrü türk ədəbiyyatının ən məşhur və ən böyük əsəridir. Əsər mənzum daraq yazılmış, 6645 beytdən ibarətdir. Məsnəvi janrındadır. Əsərin dili Xaqaniyyə ləhcəsindədir. Bu əsərə “Siyasətnamə” də deyə bilərik. Əsərdə cəmiyyətin xoşbəxt olması üçün nələrin edilməli olduğundan söhbət açılır. Burada hökmdara xalqını xoşbəxt etməsi üçün öyüdlər verilir. Əsərdə ideal insanın xsusiyyətləri də sadalanır. Burada 4 şəxsin söhbəti verilməkdədir. Əsərdə Y.X.Hacib bütün pisliklərin anası cəhalətdir deyir və hər bir cəmiyyətdə önəmi təhsilə verir.
Dostları ilə paylaş: |