Şəkil 3.6. Neft ixracatçı və idxalatçı ölkələrdə vergi öncəsi subsidiyalar
(ÜDM-a faizlə nisbəti)
Mənbə: IMF, (2013), Energy Subsidy Reform: Lessons And ImplicationsExecutive Summary, səh:12
*Burada rəqəmlər ölkə sayını göstərir.
*Burada: MŞA və MDB-Mərkəzi və Şərqi Avropa və Müstəqil Dövlətlər Birliyi,
LAK- Latın Amerika və Karib, OŞŞA- Orta Şərq və Şimali Afrika
- 95 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Neft ixrac edən inkişaf etməkdə olan ölkələr adətən daxili enerji
qiymətlərini dünya qiymətlərindən aşağı səviyədə saxlayırlar. Təbii ola-
raq ucuz enerji qiymətləri bu ölkələrdə daxili istehlakçıların (xüsusilə də
kasıb təbəqənin) rifahını qorumaq baxımından rasional davranışdır. Neft
ixrac edən inkişaf etməkdə olan ölkələrə aid digər bir xarakterik xüsusiyyət
isə bərpa olunmayan təbii resurslarla zəngin olmasına baxmayaraq ener-
ji məhsullarının təchizatının əsasən zəif olmasıdır. Enerji məhsullarının
daxili bazarda ixrac qiymətlərindən ucuz satılması enerji istehlakının
gizli subsidiyalaşması, dövlətin potensial gəlirlərinin itirilməsi, bölgünün
səmərəsizliyi və mənfi xarici təsirlərlə nəticələnir.
Enerji subsidiyaları islahatı nəticəsində dövlət büdcəsinin fiskal yükü azaldımı?
Bu sualı cavablandırmaq üçün gizli və açıq subsidiyalaşmanı doğru an-
lamaq lazımdır. Sualın cavabı enerji asılılığına və ölkənin gəlir səviyyəsinə
görə dəyişir. A və B grupu ölkələri enerji subsidiyalarının önəmli dərəcədə
azaltmışdır. Belə ki, A qrupu ölkələri 2004-cü ildə subsidiyaları ÜDM-un
1%-dən 2010-cu ildə ÜDM-un 0,5 %-nə qədər, B qrupu isə müvafiq olaraq
0,7%-dən 0,3%-ə qədər azalda bilmişdir. Bunun əksinə neft ixrac eden C
və D qrupunda enerji subsidiyalarının ÜDM-a nisbəti artmışdır. Belə ki,
2004-2010-cu illərdə C qrupunda subsidiyalar ÜDM-un 2,8%-dən 3%-ə,
D qrupunda isə 0,7%-dən də 1,3%-ə yüksəlmişdir.
9
Çin
Çin illər ərzində kiçik və özünü təmin edən enerji istehlakçısından dünyanın ik-
inci ən böyük enerji idxalatçısına çevrilmişdir. Ölkə aşağı keyfiyyətli kömür və
digər maye yanacaqlarından daha üstün texnologiyalı enerji sisteminə keçmə
axtarışında olmuşdur. Bununla belə kömür Çinin enerji sistemində yerini sax-
lamaqla ölkənin 70% enerji ehtiyacını ödəməklə, elektrik istehsalında 80%
paya malikdir. Dünya Bankı və Çinin Dövlət Ekoloji Təhlükəsizlik Agentliyinin
hesablamalarına görə kömür və dizelin istifadəsi nəticəsində hər il 350-400 min
vaxtsız ölüm qeydə alınır. Bu sürətli inkişaf və enerji subsidiyalarının təsiri ilə enerji
istehlakının artması nəticəsində ortaya çıxır. Çində enerji sektorunda həddindən
artıq əks mərkəzləşdirmə mövcuddur. Burada 1993-cü ildən sonra Energetika
9
Vagliasindi Maria., (2013), Implementing Energy Subsidy Reforms, Evidence From Developing Countries,
World Bank
- 96 -
Dostları ilə paylaş: |