- 98 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Neft məhsulları üçün subsidiyalar qiymət fərqi yanaşmasından istifadə
olunaraq 176 ölkə üçün hesablanmışdır. 22 ölkədə uğurlu və uğursuz
nəticələnən 28 subsidiya islahatı həyata keçirilmişdir. Bu islahatlara sub-
sidiyaların fiskal yükünü azaltmaq üçün biznes və əhaliyə satılan enerji
növlərinin qiymətlərinin artırılması, həmçinin enerji sektorunda dövlət
müəssisələrinin səmərəliliyinin yüksəldilməsi daxildir. İslahat çərçivəsində
vergi sonrası subsidiyalarının azaldılmasını qeyd etmək olar. Amma subsi-
diyaların yenidən ortaya çıxdığı və ya subsidiya islahatlarının nəticəsində
qiymətlərin artdığı, bir sözlə, islahatların uğursuz olduğu ölkələr də möv-
cuddur. Bizim nümunə kimi təqdim etdiyimiz 28 islahatdan 12-si uğur-
lu, 11-i qismən uğurlu və 5-i isə uğursuz olmuşdur.
12
Subsidiyaların ləğvi
və güzəştlərin azaldılması ilə qənaət edilən büdcə resurslarının sosial
məqsədlərə (o cümlədən, yoxsulluğun azaldılmasına) istiqamətləndirilməsi
səmərəli yoldur. Bu baxımdan ən yaxşı misal İndoneziyadır. 2005-ci il ya-
nacaq qiymətlərinin artmasından sonra 2005-2006-cı illərdə qənaət edilən
büdcə ehtiyatları 10,1 milyard dollar olmuşdur. Bu isə müxtəlif sosial proq-
ramlarla az gəlirli əhaliyə köçürülmüşdür. Meksikada da eynilə əldə olunan
gəlirlərlə sosial proqramlar həyata keçirilmiş və insan kapitalının inkişafına
yönəldilmiş, əhalinin məşğulluq səviyyəsində də artım olmuşdur. Braziliyada
Auxilio Qaz və Bolsa Familia birləşmiş və gəlir transfer proqramı yaradılmış-
dır. Aşağı gəlir qrupunun yanacaq istifadəsində endirimlər tətbiq olunmuş-
dur. Yanacaq subsidiyalarının ləğvi ilə eyni zamanda daha həssas təbəqələrin
sosial müdafiəsi gücləndirilmişdir. İordaniyada minimum əmək haqqı artı-
rılmış, xüsusilə az gəlirli əhali və təqaüdçülərə endirim və vergi istisnaları
tətbiq olunmuş, Milli Yardım Fondunun fəaliyyəti genişləndirilmişdir.
13
Dostları ilə paylaş: