- 100 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV
MƏNBƏLƏR
2. Bu ölkələrdə istehlakçılar enerji və digər dövlət xidmətlərinin yüksək
dərəcədə istehlakına adət etmişdilər.
Müstəqilliklərinin ilk illərində postsovet ölkələri enerji tariflərini dünya
qiymətlərinə əsasən balanslaşdıra bilmədiklərinə görə subsidiyalaşmanın ən
önəmli kanalı enerji olmuşdur. Belə yanaşma makroiqtisadi və fiskal risklərin
əsas səbəbidir. Bu səbəbdən də fiskal və makroiqtisadi dayanıqlıq
enerji sek-
torundan asılı vəziyyətə gəlmişdir. Müstəqilliyin ilk dövründə karbohid-
rogen ixracatçıları (Qazaxıstan, Rusiya və Azərbaycan) enerji islahatlarını
təxirə salmış və enerji istehsalçılarını subsidiyalaşdırmışlar. Enerjidən asılı
ölkələr (Ukrayna) enerjini dünya qiymətlərinə yaxın
tariflərlə idxal etməyə
məcbur olmuşlar və əvvəlcədən subsidiyaların maliyyələşdirilməsində
çətinlik çəkmişlər.
1995-97-ci illərdə Rusiyada enerji subsidiyaları ÜDM-un 7-10%-ə
yüksəlmişdir. Liberallaşma və stabilizasiya siyasətindən
sonra bu subsidiya-
lar ləğv edilmişdir. 1997-ci ildən etibarən enerji monopoliyaları gizli subsi-
diyaların əsas hissəsini dövlət büdcəsinə transfer
etməyə müvəffəq olmuş-
dur. Bu ödənilməmiş vergi borclarının toplanması və yüksək mənfəətinin
əldə edilməsiylə mümkün olmuşdur. Rusiya (həm də) enerji subsidiyaları
nəticəsində meydana gələn fiskal kəsiri maliyyələşdirmək
üçün xarici və da-
xili borclanmanı artırmağa məcbur olmuş və proses 1998-ci ilin böhranına
gətirib çıxarmışdır.
Azərbaycanda kvazifiskal subsidiyalara misal olaraq enerjinin aşağı
qiymətləndirilməsi və enerji tədarükçülərinin ödənişləri vaxtında və tam
həcmdə edə bilməməsi göstərilə bilər. 1999-cu
ildə kvazifiskal subsidi-
yalar ÜDM-un 7%-i təşkil etmişdir. O zaman əhali ən çox ödənişi həyata
keçirməyən istehlakçı seqmenti idi. Əhali istifadə etdiyi enerjinin 10%-nin
pulunu ödəyirdi.
Dünya Bankına görə enerji qiymətələri islahatları iki mərhələdə həyata
keçirilməlidir:
•
Daxili enerji tarifləri dünya qiymətləri
ilə bərabərləşdirilməlidir;
•
Enerji qiymətlərinin çevik tənzimlənmə mexanizmi yaradılmalıdır.
Bununla belə 2003-cü ilədək Azərbaycanın enerji sektorunda
qiymətlərin demək olar heç dəyişmədiyi görülə bilər.
14
14 Bu göstəricilər “İMF, (2003) Staff Country Reports”dan əldə edilib: http://books.google.az/books?id=iLLVwA
2xGgcC&pg=PA76&lpg=PA76&dq=energy+subsidies+in+azerbaijan&source=bl&ots=21deslhqh0&sig=ugM2
d-QmRXlFTg-11T5QVbKGtbQ&hl=en&sa=X&ei=mmpWUvq4FIPbswb204DwAg&ved=0CFYQ6AEwCA#v
=onepage&q=energy%20subsidies%20in%20azerbaijan&f=false