YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
yox edilməsi uğurla nəticələnmişdir. Bu istiqamətdə islahat keçirməkdə
xüsusilə enerji idxal edən ölkələr daha çox uğur əldə etmişdir.
10
Açıq büdcə subsidiyalarından başqa inkişaf etməkdə olan ölkələrdə
həm də gizli büdcə subsidiyalarından istifadə edilir.
Enerji subsidiyaları islahatları enerji istehlakını azaltmaqda uğurlu ola bilərmi? Az gəlirli ökələr illik 4%, daha yüksək gəlirli ölkələr isə illik 2% ol-
maqla benzin istehlakını artırmışlar. Sadəcə yüksək gəlirli idxal ölkələrində
azalma olmuşdur. Bu da qiymətlərdəki artımla əlaqəlidir.
11
Beynəlxalq enerji qiymətlərinin azalması ilə subsidiyaların da azalma-
sına baxmayaraq 2009-cu ildən subsidiyalar yenidən artmağa başlamış və
2011-ci ildə 480 milyard dollara çatmışdır. Bu da dünya üzrə ÜDM-un
0,7%-i və ya toplam dövlət gəlirlərinin 2%-i deməkdir.
Polşa 1995-ci ildə əhali tərəfindən istehlak edilən enerji məhsullarında ƏDV 7%-ə bərabər olmuşdur. Digər mallar üçün isə ƏDV 22% idi. Dövlət 1996-cı ildə enerji məhsulları üçün tətbiq olunan ƏDV-ni 12%-ə, 1997-ci ildə 17%-ə, 1998-ci ildə isə 22%-ə yüksəltmişir. Hazırda isə ƏDV 23%-dir. İslahatda əsas məqsəd büdcə gəlirlərini artırmaq və xarici qüvvələrdən (xüsusilə BVF və DB- dən) asılılığı azaltmaq olmuşdur. Ticarət birlikləri ƏDV-nin artımına etiraz etməsələr də hökumətdən enerjinin qiymət artımından sonra kompensasiya tələb etmişdilər. Polşa hökuməti bu islahatdan sonra ümumi qiymət artımına yol verməyəcəyini bildirmişdir. Endirimlər isə az gəlirli qruplar və təqaüdçülər üçün tətbiq edilmişdir. Birbaşa yardımlar əhalinin 1%-ni əhatə edirdi. Polşada enerji sektorunun islahatları baxımından əlverişli hal kimi 1990-cı ildə 586% səviyyəsində olan inflyasiyanın 1999-cu ildə 7%-ə enməsini qeyd etmək müm- kündür. Nəticədə enerjinin real qiymətinin artmasına baxmayaraq əhalinin en- erji istehlakında xərcləri 1990-cı illərlə müqayisədə o qədər də yüksəlməmişdir. Mənbə: OECD, 2011,“Fossil-fuel Support” OECD Secretariat background report to sup-