- 99 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
tutdu ki, geniş informasiya sistemi yaradıldı, kompensasiya paketleri yoxsullu-
ğun artımına mane oldu və orta və yüksək gəlir qruplarının razılığı əldə edildi. İs-
lahatın uğurlu olmasının bir səbəbi kimi müxtəlif maraq qrupları və qərar qəbul
edənlərin bu istiqamətdə fəal müzakirələrə qoşulmasını qeyd etmək mümkündür.
Mənbə: Vagliasindi Maria., (2013), Implementing Energy Subsidy Reforms, Evidence From De-
veloping Countries, World Bank
Azərbaycanda da 2007-ci ildə enerji tariflərinin optimallaşdırıl-
masından(həmin vaxt Tarif Şurası bəzi tənzimlənən qiymətləri 2-3 dəfə
artırmışdı) sonra da yoxsulluq səviyyəsi düşməkdə davam etmişdir. Belə
ki, yoxsulluq səviyyəsi 2007-ci ildə 15,8 % idisə, 2008-də bu göstərici 13,2
%-ə düşdü və sonrakı illərdə pozitiv dinamika saxlanıldı: 2009-cu ildə
10,9%, 2010-cu ildə 9,1%, 2011-ci ildə 7,6 % və 2012-ci ildə 6 %. Beləliklə,
Azərbaycan iqtidarı tənzimlənən qiymətlərin artırılması nəticəsində əhalinin
aztəminatlı təbəqəsinə dəyə biləcək ziyanı minimuma endirdi, əksinə
tariflərin bahalaşmasından əldə olunan gəlirləri əhalinin aşağı təbəqəsinin
xeyrinə yenidən böldü. Çünki 2007-2012-ci illər ərzində orta pensiya 62,9
manatdan 152 manata, ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 78
mindən 134 minə, orta əmək haqqı isə 216 manatdan 398 manata çatmışdır.
Enerji subsidiyaları islahatı zamanı mənfi sosial təsirlərdən qaçmaq
mümkündürmü? Bunun üçün aşağı desil gəlir qrupunun nə qədər enerji
istehlak etdiyini və subsidiya islahatlarının bu gəlir qrupuna necə təsir et-
diyini bilmək vacibdir. Amma istər Yəmən misalı, istərsə də digər ölkələrin
təcrübəsi göstərir ki, qiymət artımı daha çox aşağı gəlir qrupuna təsir
göstərməklə onların real gəlirini azaldır.
Dostları ilə paylaş: