Şəkil 3.6. Azərbacan büdcəsində açıq neft subsidiyaları (2003-2010)
Mənbə: Vagliasindi Maria., (2013), Implementing Energy Subsidy Reforms,
Evidence From Developing Countries, World Bank, səh 192.
16 http://tariffcouncil.gov.az/?/az/news/view/101/
- 103 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Azərbaycanda elektrik enerjisi sektorundakı qiymət artımının əsas
səbəbi bu sahəyə verilən subsidiyalarının tədricən aradan qaldırılması ol-
muşdur. Qaçqın və məcburi köçkünlər subsidiyalaşması da Azərbaycan
misalında vacibdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin
“Elektrik enerjisindən istifadəyə görə bir sıra birincı dərəcəli istehlakçıların,
məskunlaşmamış qaçqın və məcburi köçkünlərin istehlak etdikləri elekt-
rik enerjisinin dəyərinin ödənilməsinin tənzimlənməsi barədə” 10 iyun
2003-cü il tarixli, 80 saylı qərarına əsasən normativ kimi 150 kilovat/saat
müəyyən edilib. Bu o deməkdir ki, hökumət hər ay məskunlaşmamış qaç-
qın və məcburi köçkünə adambaşına 150 kilovat/saat limit üçün paylayıcı
şəbəkələrə ödəniş həyata keçirirlir.
Azərbaycanda enerji subsidiya islahatları aşağıdakı xüsusiyyətlərə malikdir:
• Enerjinin qiyməti yüksəldiyindən və sayğaclaşmaya görə enerjidən daha
rasional istifadə edilir;
• Enerji qiymətlərinin yüksəlməsi və yoxsulluğun azalması onu göstərir ki,
enerji qiyməti islahatı inklüziv xarakter daşıyır.
Azərbaycanda ev təsərrüfatlarının kvintilləri üzrə təhlil onu göstərir ki,
gəlirlər artdıqca kommunal xərclərin mütləq və nisbi miqyası da yüksəlir.
Məsələn, su, işıq, qaz və digər yanacaq növlərinə çəkilən xərclər 1-ci kvintildə
ev təsərrüfatının büdcəsinin 6,5 %-ni təşkil edirsə, 5-ci kvintildə bu göstərici
8,5 %-ə qədər yüksəlir. Deməli, su, işıq, qaz və digər yanacaq növlərinə verilən
subsidiyalardan daha çox imkanlı ailələr istifadə edir ki, bunun da heç bir
iqtisadi və sosial əsası yoxdur. Bu baxımdan enerji subsidiyalarının azaldıl-
ması və əvəzində qənaət edilən vəsaitin sosial proqramlar vasitəsilə əhalinin
aztəminatlı təbəqələrinin xeyrinə yenidən bölgüsü daha səmərəli yanaşmadır.
Təhlil göstərir ki, 5-ci ən varlı kvintildə su, işıq, qaz və digər yanacaq növlərinə
çəkilən xərclər orta təbəqənin əsasən əhatə etdiyi 2-4-cü kvintillərdə eyniadlı
göstəricidən üstündür. Beləliklə, sosial proqramlar vasitəsilə enerji subsidiya-
larının qənaəti nəticəsində əldə olunan vəsaitlərin yenidən bölgüsü yoxsulla-
rın azalması fonunda orta təbəqəni daha da gücləndirir. Belə yanaşma sosial
bazar modeli seçmiş Azərbaycan dövlətinin iqtisadi siyasət kursuna tamamilə
uyğundur.
- 104 -
Dostları ilə paylaş: |