YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Şəkil 3.7. 2012-ci ildə Azərbaycanda kvintillər üzrə su, işıq, qaz və digər yanacaq növlərinəçəkilən xərclər (ev təsərrüfatının büdcəsində faizlə) Mənbə: AR Dövlət Statistika Komitəsi
Kitabın üzərində işləyən tədqiqat qrupu dünya ölkələri üzrə hər nəfərə düşən
ÜDM və karbon emissiyası göstəriciləri əsasında reqressiya tənliyi qurmuş və
aşağıdkı qrafiki tərtib etmişdir. Tərəfimizdən aparılan təhlillər onu göstərir ki,
Azərbaycan hər nəfərə görə ÜDM istehsal edərkən dünyanın orta göstəricisinə
uyğun olaraq karbon emissiya edir. Enerji qiyməti islahatları Azərbaycanın
gələcəkdə ÜDM istehsalı zamanı daha az karbon emissiya etməsini proqnozlaş-
dırmağa imkan verir. Beləliklə, Azərbaycan enerji ölkəsi olmasına baxmayaraq
daha az karbon emissiya etməklə ətraf mühiti daha az mənfi təsirə məruz qoyur.