Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 4.05 Mb.
Pdf просмотр
səhifə15/44
tarix23.12.2016
ölçüsü4.05 Mb.
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   ...   44

TÜRKİYƏ YAZARLAR  SİNDİKASININ  

VIII QURULTAYINDA ÇIXIŞ 

Sayın Başqan! Əziz qardaşlarım! 

Azərbaycan  Yazıçılar  Birliyi  adından  Turkiyə  Yazarlarının  VIII  Qurultayını 

salamlamağın, təbrik etmənin şərəfini duyuram. Ayrıca sizləri qarşıdakı bayramlarla təbrik 

edirəm.  «Bayramlarla»  -  deyirəm,  çünki  bu  günlər  Ramazan  bayramıyla  bərabər 

Azərbaycan  xalqının  əskilərdən  bəri  sevinclə  keçirdiyi  Novruz  bayramını  qeyd  edirik. 

Amma  bu  il  Novruzu  xalqımız  acılar  və  göz  yaşları  içində  keçirir.  Yurdumuzda  savaş 

gedir,  torpağımıza  qəsd  olunub,  təcavüz  davam  edir.  Biz  Novruzu  göz  yaşları  arasında 

gülümsəyərək  keçiririk,  çünki  Novruz  elə  bir  bayramdır  ki,  ayrı-ayrı  insanlar  da,  bütöv 

xalq da bu gün bir azacıq dərdlərini-acılarını unutmağa çalışır, bir təsəlli, bir umid arayır. 

Biz də dincliyə və barışa umidlə yaşayırıq. Biz barış istəyirik, amma bu barış ləyaqətimizi, 

onurumuzu,  şərəfimizi  qırmayacaq  bir  barış  olmalıdır.  Torpağımızın  bölünməzliyi, 

sərhədlərimizin  toxunulmazlığı,  ölkəmizdə  yaşayan  bütün  milli  azlıqların  insani 

hüquqlarının təmin olunması bu barışın şərtləridir. Biz belə bir barışa inanırıq, ümid edirik. 

Bu  ümid  bu  gün  ağır,  soyuq  qışdan  sonra  qan  və  göz  yaşlarıyla  çilənmiş  Azərbaycan 

çöllərində  qarların  altından  baş  qaldıran  fidanlar  kimidir  -  novruzgülü,  nərgiz,  bənövşə 

kimidir.  O  bənövşə  ki,  ona  XVI  əsrin  böyük  azəri  şairi  Qurbani  ölümsüz  misralar  həsr 

edib: 


Qurbani der: gönlum bundan sayrudur,  

Nə etmişəm, yarım məndən ayrıdur,  

Ayrılıqmı çəkib boynu əyridir,  

Heç yerdə görmədim düz mənekşəni. 

Mən  bu  bəndi  yalnız  iki  hərfi  dəyişərək  oxudum:Siz  «mənekşə»  deyirsiz,  biz 

«bənövşə».Eyni  kökdən,  eyni  qaynaqdan  olan  dillərimiz  arasında  XVI  əsrdə  də,  ondan 

əvvəl və sonra da çox az fərq olub. Amma son iki əsrdə bu fərq artıb və yenə başqa bir şeir 

misraları yada düşür ki, «mən səndən ayrılmazdım, zulmnən ayırdılar». Uzun illər bizi bir-

birimizdən ayırmağa, aralamağa çalışdılar, amma  bu gün dillərimiz fərqlənsə də,  müstəqil  



237 

 

Türkiyə türkcəsi və  müstəqil Azəri türkcəsi olsa da, ruhumuz birdir, mənəviyyatımız birdir 



və bu ruh birliyinin, qəlb birliyinin qorunub saxlanmasında ədəbiyyatın, sənətin yeri çox 

önəmlidir.  Sərhədləri,  divarları,  çəpərləri  hökumətlər,  dövlətlər,  rejimlər  qurur,  sənətçilər 

yıxıb  dağıdırlar.  Çağdaş  Türkiyəylə  bütün  əlaqələrimiz  yasaqlananda  bu  ölkəni,  onun 

insanını  bizlərə  sizlər  tanıtdınız  -  hekayələrinizlə,  romanlarınızla,  şeirlərinizlə, 

məqalələrinizlə  Türkiyədən  gələn  səsləri,  soraqları  həsrətlə  gözlədik  və  Bakıda  böyük 

Nazim  Hikməti  bağrımıza  basanda  Türkiyəni,  türk  xalqını  qucaqlayırdıq.  Burada, 

Türkiyədə  Sizin  üçun  Nazim  Hikmət  devrimçiliyin,  inqilabçılığın  rəmzi      idi,  orada, 

Azərbaycanda  Nazim  Hikmət  bizimçün  türklüyün,  türk  ədəbiyyatının,  türk  kültürünün 

rəmzi idi. Bu gün, çox şükur, yaşayan-yaradan bir çox məşhur türk yazıçıları, onların çoxu 

indi bu salondadırlar, bizə Türkiyə insanının qəlbini, iç dünyasını açdı. Xalqların bir-birini 

tanımasının  ən  qısa  yolu  və  ən  etibarlı  vasitəsi  ədəbiyyatdır,  sənətdir.  Bütün  çətinliklərə 

rəğmən istər klassik, istərsə də çağdaş türk ədəbiyyatının dəyərli örnəkləri Azərbaycanda 

çap edildi. Türkiyədə də bir sıra Azərbaycan yazarlarının kitabları çıxdı. Amma bu azdır, 

yetər  deyil.  Bir-birimizi  daha  yaxın,  daha  yaxşı  tanımamız  üçün  ədəbiyyatlarımızı  daha 

geniş təbliğ etməliyik. 

Bir vaxtlar bizdə Türkiyəylə bağlı olan hər şeyə «pantürkizm» damğası vururdularsa, 

burada,  Türkiyədə  də,  bilirəm  ki,  yasaqlar  vardı,  Azərbaycan  ədəbiyyatının  burada 

kommunizm  ideyalarını  yaymağından  qorxurdular.  Bu  gün  bu  qorxu,  bir  qədər  şəklini 

dəyişsə də, yenə var: indi də bəziləri Azərbaycandan aşırı (ifrat) millətçiliyin, turançılığın, 

təməl  dinciliyin,  bilməm  daha  nələrin  gələcəyindən  qorxur.  Belə  düşünənlər  sakit  ola 

bilərlər.  Azərbaycan  ədəbiyyatı  Türkiyəyə  heç  bir  siyasi,  ya  dini  təbliğatı  deyil,  yalnız 

bircə  şeyi  gətirəcəkdir:  Azarbaycan  haqqında  həqiqəti,  Azərbaycanın  gerçəkliyini,  azəri 

xalqının  illərdən  bəri  qarşılaşdığı  və  bu  gün  də  qarşılaşmaqda  olduğu  sorunları, 

problemləri, şəhər səhnələrini, kənd mənzərələrini, adi, sıradan insanımızın iç dünyasını - 

sevincini, kədərini, acısını, ümidini... 

Çağdaş ədəbiyyatımız bu işi ən yüksək estetik səviyyədə görə bilər. Burada ara-sıra 

azəri  ədəbiyyatına  laqeyd,  maraqsız  münasibətlə  də  qarşılaşdım.  Kimlərdəsə  çağdaş 


238 

 

şeirimizin,  nəsrimizin  müasir  dünya  səviyyəsinə  uyğun  olmaması,  əsrin  ədəbi  inkişaf 



yollarından kənarda, ya geridə qalması fikri var. Bu yanlış duşüncə yalnız bilməməzlikdən 

doğulur. Bəlkə bunda bizim də suçumuz var. 

Doğrudan  da,  Türkiyədə  bəzən  elə  kitablar  çıxır  ki,  onlar  müasir  Azərbaycan 

ədəbiyyatı barəsində yarımçıq təəssürat oyadır, yalnız bir qolu, bir üslubu, bir səpkisi olan 

yeknəsək, haradasa bəsit bir ədəbiyyat kimi görünməsinə səbəb olur. Əslində belə deyil,bu 

gün azəri ədəbiyyatında Batının və Doğunun çeşidli estetik cərəyanları, sənət məktəblərinə 

uyğun  gələn  çox  turlu  yönlər  var  -əfsunlu,  sehrli  realizmdən  tutmuş  naturalizmədək, 

surrealizmdən,  avanqardizmdən  tutmuş  -  ənənəvi  Şərq  biçimlərinə  qədər.  Amma 

Azərbaycan  ədəbiyyatının  Ana  caddəsi  -  Baş  yolu,  əsas  yolu  -  gerçəklik  magistralıdır, 

həyatı  bütün  əlvanlığı  və  mürəkkəbliyiylə  göstərmək,  açmaq,  anlamaq  və  izah  etmək 

yoludur.  Milli  köklərə  dayanan  və  dünya  sənətinin  qazanclarını  mənimsəyən  inkişaf 

yoludur. 

Bu  ədəbiyyatı  daha  yaxından  tanıdıqca  günümüzün  azəri  insanını  daha  yaxından 

tanıyacaqsınız,  Azərbaycanın  bugünkü  durumunu,  vəziyyətini  daha  yaxşı  biləcəksiniz. 

Azərbaycan  xalqının  mübarizəsini,  ağrısını,  acısını,  gələcəyə  ümidlərini  daha  gözəl 

duyacaqsınız. 

Azərbaycan  Yazıçıları  adından  Sizləri  bir  daha  salamlayır  və  Qurultaydakı 

çalışmalarınızda, ədəbi yaradıcılığınızda hamınıza böyük başarılar, uğurlar diləyirəm. 



1993 mart 

 

 



 

239 

 

ŞİMALİ KİPR TÜRK RESPUBLİKASINDA KEÇİRİ-LƏN BEYNƏLXALQ  



KONFRANSDA ÇIXIŞ 

 

Əziz  dostlarım!  Türk  dünyasının  ayrılmaz  parçası  olan  Quzey  Kiprısın  bu  cənnət 



guşəsində  keçirdiyimiz  konfransa  dəvət  olunduğuma  körə  sizlərə  təşəkkür  edir  və  bu 

toplantının başarılı olmasına görə hamınızı təbrik edirəm. Xahiş edirəm ki, siz də bizi, yəni 

məni  və  Bakıdan  gəlmiş  dəyərli  arxadaşım  professor  Vaqif  Fərzəliyevi  təbrik  edəsiniz, 

çünki bu gün mayısın 28-i bizim  milli bayramımızdır.Azərbaycanın ilk dəfə 1918-ci ildə 

baxımsızlığını elan etdiyi günün 75-ci ildönümüdür. Düz yetmiş beş il bundan öncə İslam 

və  Türk  dünyasında  ilk  Cumhuriyyət  Azərbaycanda  yarandı  və  nə  yazıq  ki,  bu  gün  - 

baxımsızlığımızı  yenidən  bərpa  etdiyimiz  bu  günlərdə  bir  gözümüz  gülür,  bir  gözümüz 

ağlayır. Azərbaycan torpağına azğın təcavüz davam edir və bizə acı çəkdirən bir də odur 

ki, bu azğın saldırı bütün dünyanın gözləri qarşısında baş verir. Dünya da, dostlarımız da 

bu olaylara seyrçi münasibət bəsləyirlər. Bizdə belə bir söz var: yağmasan da gurulda. Nə 

yazıq ki, dostlarımız nə yağır, nə də heç olmasa guruldayırlar. Amma seyrçi münasibətin 

seyrçilərin  özlərinin  başlarına  nə  oyunlar  açdığını  tarixdən  yaxşı  bilirik.  1938-ci  ildə 

Münihdə  İngiltərənin  Baş  Bakanı  Çemberlen  və  Fransanın  Baş  Bakanı  Daladye 

Çexoslovakiyanın təklənməsinə biganə qaldılar, kiçik bir xalqın müsibətinə nəinki seyrçi 

münasibət bəslədilər, həm də müdafiəsiz ölkəni Hitlerin quduz iştahına qurban verdilər.  

Amma  az  sonra  bunun  nə  bahasına  başa  gəldiyini  də  gördülər.  Hitlerin  əsgərləri 

Parisin küçələriylə addımladılar və alman təyyarələri ingilis şəhərlərinin üstünə bombalar 

yağdırdılar.  Mənə  tarixi  xatırladıb,  «amma  hər  halda  ikinci  dunya  hərbi  Berlində, 

Almaniyanın  tar-mar  olmasıyla  bitdi»  - deyə  bilərsiniz.  «Doğrudur,  fəqət  bunun  yolunda 

60  milyon  insan  öz  hayatlarını  qayb  etdi»  -  qarşılığını  da  verə  bilərəm.  Biz  də  bu  gün 

torpağımıza  təcavüz  edən  düşmənin  məğlub  olacağına,  bizim  döyüşlərdən  zəfərlə 

çıxacağımıza,  savaşı  qazanacağımıza  inanırıq,  amma  dünyanın  və  dostlarımızın  seyrçi 

mövqeyi bu qələbənin minlərlə, on minlərlə insanın həyatı bahasına başa gəlməsinə səbəb 

ola bilər. 



240 

 

İstər-istəməz siyasi məsələlərə toxunsam da və konfransımızın  adında siyasət sözü 



olsa  da,  bir  yazar  kimi  daha  çox  kültür  məsələləri  üzərində  dayanmaq  istərdim...  Bu 

mövzuların  da  ən  vacib  olanı  dil  məsələsidir.  İllərdən  bəri  muxtəlif  turk  xalqlarının  dil 

çəhətdən  bir-birlərinə  yaxınlaşmasının  konkret  yolları  haqqında  çıxışlar  edirəm.  Yenə  də 

bu mövzuya diqqətinizi çəkmək istəyirəm. Baxın burda, konfransı keçkrdiyimiz bu salonun 

səhnəsi üstündə nə yazılıb: «Türk cümhuriyyətləri arasında politik, ekonomik və kültür iş 

birliyi».  Bu  Türkiyə  türkcəsidir.  Biz  Azəri  türkləri  ərəb  mənşəli  «Cümhuriyyət»  sözü 

əvəzinə  latın    mənşəli  «Respublika»  sözünü  işlədirik.  Amma  o  biri  tərəfdən  də  sizin 

işlətdiyiniz      Avropa  mənşəli    «politik»,  «ekonomik»  və    «kültür»  əvəzinə  yenə  də  ərəb 

mənşəli «Siyasi», «iqtisadi» və «mədəni» sözlərini işlədirik.  

Hansı  daha  yaxşıdır,  hansı  daha  məqsədəuyğundur,  bilmirəm,  bildiyim  odur    ki, 

gəlin  Avropa  ya  Şərq  mənşəli  sözləri  işlədəndə  müəyyən  bir  prinsipə  əsaslanaq  və  bu 

prinsipə   Türkiyə türkcəsində də, azəri türkcəsində də, başqa türk xalqlarının dillərində də 

riayət  edək.  Dil  birliyi,  daha  doğrusu,  dillərimizin  yaxınlaşdırılması  məhz  bu  sahədə  - 

ümumi  terimlər-  istilahlar    qəbul  etmək  sahəsində  daha  səmərəli  ola  bilər;  ya  hamımız, 

tutaq  ki,  respublika,  politika,  ekonomika,  kültür  deyək,  ya  da  hamımız  cümhuriyyət, 

siyasət,  iqtisadiyyat,  mədəniyyət.  Dil  sahəsində  yaxınlaşmağımız  bugünkü  gerçəkliklərə 

göz yummaqla təsbit edilə bilməz. Müstəqil ədəbi dil olan azəri türkcəsinə ləhcə deyəndə 

bu  bizə,  hər  halda  şəxsən  mənə  toxunur.  Dəfələrlə  dediyim  kimi,  ləhcəylə  evdə,  küçədə, 

bazarda danışmaq olar, ədəbi dil ləhcə deyil. Məsələn, heç kəs Ukrayna, bolqar, polonya, 

çex, ya serb dillərinə slav dilinin ləhcələri demir, bunları müstəqil dil sayır, niyə slav dilləri 

qədər  bir-birindən  fərqlənən  Azərbaycan,  qazax,  qırğız,  özbək,  tatar  və  başqa  dillər 

müstəqil  dil  deyil,  ləhcə  sayılmalıdır?  Bu  dillərin  bu  gün  eyni  bir  dil  olması  yalnız 

gerçəklikdən uzaq bir xəyaldır. Niyə öz-özümüzü aldadırıq? Xatırlayıram ki, bir il qabaq 

Ankarada keçirilən Turk dünyası yazarlarının toplantısında başqa Türk cümhuriyyətlərinin 

nümayəndələri  də  iştirak  edirdi.  Türkiyəli  natiq  danışan  zaman  sağımda  və  solumda 

oturmuş qazax, qırğız və tatar yazıçıları məndən rus dilində soruşurdular:  -O nə deyir?  -



241 

 

Deyir  ki,  bizim  hamımızın  dili  birdir-  deyə  rusca  çavab  verdim.  Onlar  da  yenə  rusca:- 



Düzdür, düz deyir, tamamilə doğrudur, - dedilər.  

Gülürsünüz?  Amma  mənimçün  bu  gulməli  yox,  çox  kədərli  bir  olaydır.  Çünki 

dillərimizi doğrudan da bir-birimizə yaxınlaşdırmaqdan ötəri, yalnız təkcə dillərimizi deyil

həm  də  ədəbiyyatlarımızı,  sənətlərimizi,  deməli  xalqlarımızı  bir-birinə  daha  yaxın  etmək 

üçün  konkret  işlər  görməkdənsə  -  xəyallara  və  duşlara  qapılırıq.  Məlum  həqiqətdir  ki, 

xalqların  bir-birinə  məhrəm  olması  üçün,  bir-birini  daha  yaxın  tanıması  və  daha  yaxşı 

duyması  üçün  ən  qısa  arac,  vasitə  ədəbiyyatdır.  Bizdə,  azərilərdə,  belə  bir  misal  var: 

Soruşurlar: - Qardaşın necə adamdır? Cavab verir:-Bilmirəm, yoldaş olmamışam. 

Biz  də  qardaşıq,  amma  hələ  yoldaş  olmamışıq.  Qardaşlığımız  doğadandır, 

təbiətdəndir,  Allahdandır.  Yoldaşlığımız,  yəni  bir-birimizə  yaxından bələd olmağımız  isə 

özümüzdən, 

öz 


iradəmizdən, 

səyimizdən, 

qeyrətimizdən 

asılıdır.Gəlin 

aydınların,ziyalıların, elm və sənət adamlarının omuzuna düşən bu görəvi, vəzifəni şərəflə 

yerinə yetirək.  



28 may 1993 

 

 



242 

 

DİALOQ AVRASYA PLATFORMU 7 -Cİ ÜMUMİ 



İCLASININ AÇILIŞINDA ÇIXIŞI 

 

Sayın  Başqan,  əziz  dostum  İlbər  Ortaylı,  sayın  qatılımçılar,  dəyərli  Mediya 

mənsubları! 

Altı  il  öncə  Dialoq  Avrasya  platformunun  təməli  qoyularkən  demişdim  ki, 

İstanbulda Asiyayla Avropanı birləşdirən iki körpü var, qoy  bizim  bu təşkilatımız da iki 

qitəni birbşdirən Üçüncü körpü olsun -mənəviyyat, mədəniyyət körpüsü. Bu aradan keçən 

illərdə gördük ki, doğrudan da belə oldu. Bir dostluq, anlaşma, barış körpüsü - mənəviyyat 

körpüsü qurduq. 

Avrasya anlayışı mürəkkəb və çoxyönlü anlayışdır. Coğrafi anlamda Avropanın bir 

ucu  Pireney  yarımadasında  İspaniya  və  Portegizdə,  bir  ucu  Uraldadır.  Asiya  də  Ural 

dağlarından  Doğuda  Yaponiyaya,  Güneydə  İndoneziyaya  qədər  uzanır.  Amma  biz  bu 

anlayışı bir qədər dar çərçivədə ələ aldıq - əsasən iki dili - Türkiyə türkcəsini və rus dilini 

anlayan ölkələri əhatə etdik. Jurnalımız da məhz bu çoğrafiyanın anlaşdığı iki dildə - tükcə 

və rusca çıxır. Bu toplantımızın Mediyanın Dialoqda roluna həsr olunması çox önəmlidir. 

Mediya XX və bəlkə də yeni başlamış XXI əsrlərin ən güclü silahıdır. Bu silah xoşgörülü, 

obyektiv,  vicdanlı  qəzetəçilərin  əlində  olanda  Xeyrə,  Barışa  xidmət  edir.  Burda  toplaşan 

jurnalistlər və burda olmayan bir çoxları məhz bu məqsədlərlə çalışırlar. 

Azərbaycanda  basın  (mətbuat)  tam  sərbəstdir.  Rəhmətlik  Prezidentimiz  Heydər 

Əliyevin hakimiyyətdə olduğu dövrdə senzura aradan qaldırıldı. Mən də, burda iştirak edən 

yazar  dostum  Elçin  də  Sovet  dönəmində  senzuradan  az  çəkməmişdik  və  bütün 

aydınlarımız kimi biz də senzuranın ləğvini böyük sevinclə qarşıladıq. 

Amma rəsmi senzuradan daha önəmli bir senzura da olmalıdır - yazı yazanın vicdanı 

və  sorumluluğu-məsuliyyəti.  Hər  zaman  ABŞ-da  eşitdiyim  və  əbədilik  yadımda  qalan 

sözləri  təkrar  etməkdən  yorulmuram,  Amerika  Televiziya-sında  çıxış  edənlərdən  biri 

deyirdi  ki,bu  ölkənin  Doğu  sahilində  Nyu  Yorkda  Azadlıq  abidəsi  ucalır.  Bir  abidə  də 

Amerikanın Batı sahilində Sakit okean sahilində ucaltmalıyıq - Məsuliyyət abidəsi. Çünki 



243 

 

hər  bir  ölkə,  hər  millət,  hər  toplum-cəmiyyət  yalnız  Azadlıqda  Sorumluluq-Məsuliyyət 



arasında  yaşaya  bilər,  Azadlıqsız  sorumluluq  olmadığı  kimi  məsuliyyətsiz  hürriyyət  də 

yalnız başıpozuqluq və anarşidir. 

Dünyada və o cümlədən nə yazıq ki, bizim ölkələrdə  - namuslu mətbuatdan başqa 

sarı  mətbuat  da  var.  Və  bu  sarı  mətbuat  zəhərli  qələmlərin  yuvasıdır.  Sovet  dönəmində, 

özəlliklə 20 və 30-cu illərdə «qırmızı terrordan» bəhs olunurdu. Bu gün terroru əbəs yerə 

İslamla bağlamağa cəhd edirlər, «yaşıl terrordan» dəm vururlar. Amma bəlkə ən təhlükəli 

terror - «sarı terrordur» - sarı mətbuatın terroru, insanları böhtanlarla, iftiralarla, yalanlarla 

gündən-günə misqal-misqal zəhərləyən sarı terror. 

Bu terror ayrı-ayrı şəxsləri, hədəfə alanda da son dərəcə ziyanlıdır, amma bütün bir 

ölkəyə,  xalqa  qarşı  yönəldiləndə  daha  böyük  fəlakətlərə  bais  olur.  Çox-çox  təəssüf  ki, 

bizim  xalqın  ən  ağır  yarası  olan  Qarabağ  məsələsi  bir  çox  vaxtlarda  dünya  medyasında 

məhz  belə  «sarı  terror»  -  yəni  faktların  qəsdən  və  qərəzlə  təhrif  olunması  vasitəsiylə 

ictimaiyyətə  təqdim  olunur.  Ən  yumşaq  halda  hər  iki  tərəfı  suçlayırlar.  Bizim  suçumuz 

nədir?  Biz  ki,  heç  bir  qonşu  dövlətin  bir  qarış  torpağını  belə  zəbt  etməmişik,  bizim 

torpaqlarımızın  iyirmi  faizi  işğal  edilib,  bir  milyon  qaçqınımız  var,yəni  hər  səkkiz  nəfər 

Azərbaycanlıdan  biri  ağır  qaçqın  həyatı  sürür.  Ən  yaxşı  halda  bizi  güzəştə  dəvət  edirlər. 

Biz nəyi güzəştə getməliyik? Hər iki tərəfin güzəştini isə təxminən belə təsəvvür edirlər - 

birisi qonşusunun dörd otaqlı mənzilinin iki otağını zəbt edib, sonra «güzəştə» gedərək bir 

otağı qaytarır, birini mənimsəyir. Belə güzəşt olar? Mən bir yazar kimi də, bir ata və baba 

kimi  də  savaşın  əleyhinəyəm,  heç  vaxt  istəmərəm  ki,  insanların  qanı  tökülsün  nə  Azəri 

qanı,  nə  erməni  ya  hər  hansı  başqa  xalqm  qanı,  amma  Qarabağ  bizimçün  şərəf  və  vətən 

məsələsidir. Biz bu ağır sorunu övladlarımıza  miras qoya bilmərik. Heç kəs istər iqtidar, 

istər  müxalifət  olsun  Qarabağın  itirilməsiylə  heç  vaxt  razılaşmaz  və  biz  dədə-baba 

torpaqlırımızı nə yolla olur olsun qaytaracayıq. 

Mən ona da inanıram ya bəlkə inanmaq istəyirəm ki, gec-tez Ermənistanda da ayıq 

başlar  söz  sahibi  olacaq  və  bu  əsassız  torpaq  iddialarının  yalnız  Azərbaycana  və 

Türkiyyəyə deyil Ermənistanın özünə də sağalmaz zərbə vurduğunü dərk edəcəklər. İşğal 


244 

 

olunmuş  torpaqlarımız  azad  olunandan  sonra,  Qarabağda  yaşayan  bütün  insanların  -



Azərilərin  də,  ermənilərin  də  hüququ  və  təhlükəzisliyi  Azərbaycan  Ana  Yasası 

çərçivəsində  təmin  olunandan  sonra,  Ermənistan  Türkiyəyə  ərazi  və  «soyqırım» 

iddialarından əl çəkəndən sonra bu ölkə onu boğan təcrid hasarlarından çıxa bilər və bizim 

bu  toplantılara  da  qatıla  bilər.  Nədən  də  qatılmasın?  Ermənistan  bu  çoğrafiyanın 

məmləkətidir  və  qonşularına  düşmən  gözüylə  baxmasa  Avrasiya  ailəsində  yer  tuta  bilər. 

Ermənistanda  ayıq  başlar  varsa  gec-tez  qonşu  torpaqlarına  tamah  salmağın,  qonşulara 

nifrət və kin bəsləməyin axırı olmadığın anlayacaqlar. 

Bu  il  YUNESKO-nun  da  elan  etdiyi  kimi  Mevlana  ilidir.  Böyük  Cəlaləddin  Rumi 

insanları dinindən, dilindən, irqindən asılı olmayaraq qardaşlığa, xoşgörüyə, dözümlülüyə-

tolerantlığa, barışa çağırırdı. Biz bu mənəvi mirasa sahib çıxmalıyıq və sözümü başqa bir 

böyük şairin -Nazım Hikmətin misralarıyla bitirmək istəyirəm: Yaşamaq bir ağac kibi tək 

və hürr və bir orman kibi kardeşcesine. 



8 aprel, 2006, Antalya 

 

 



 

 


245 

 

TÜRK  DÜNYASI  BİRİNCİ  BEYNƏLXALQ 



MƏDƏNİYYƏT QURULTAYININ AÇILIŞINDA ÇIXIŞI 

 

Sayın  vali,  sayın  rektor,  əziz  dostum  Fikrət  Türkmən  bəy!  Azərbaycan  Yazıçılar 



Birliyi adından bu möhtəşəm Qurultayı salamlayıram. Səksən il bundan qabaq 1926-cı ildə 

Bakıda  tarixdə  ilk  dəfə  Birinci  Türkoloji  Qurultay  keçirildi.  O  zaman  tək  bağımsız 

(müstəqil)  türk  dövləti  vardı  -  Türkiyə.  İndi  uluslararası  tədbirlərdə  altı  müstəqil  türk 

dövlətinin  bayraqları  dalğalanır,  Türk  düyasının  toplantılarında  yeddinci  bir  bayrağı  - 

Qüzey Kiprıs Türk Cümhuriyyətinin bayrağını da qürurla seyr edirik. Tarixin, taleyin hər 

bir xalqa qismət etdiyi ən böyük mutluluq, səadət -bağımsızlıq, müstəqillikdir. Nə yazıq ki, 

biz  Azərilər  bu  mutluluğun,  bu  bəxtiyarlığın  dadını  yetərincə  çıxara  bilmədik,  çünki 

qəblimizdə  Qarabağ  adlı  böyük  bir  yara  var.  Kiprıs  sorunu  tək  Quzey  Kiprısın  və 

Türkiyənin  deyil,  bütün  Türk  dünyasının  sorunu  olduğu  kimi  Qarabağ  dərdi  də  tək 

Azərbaycanın deyil, bütün Türk dünyasının dərdidir. 

Bu Qurultayımız kültür, mədəniyyət qurultayı olması çox önəmlidir. Azərbaycanın 

və Türk dünyasının böyük şairi Hüseyn Cavid deyir ki, «Turana qılmcdan daha kəsgin ulu 

qüvvət, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!» 

Doğrudan da bu gün Türk dünyasına siyasi və iqtisadi gəlişmə qədər, bəlkə onlardan 

da  vacib  olan  mədəniyyətdir.  Bəzən  «türk  xalqları  tarix  yazmayıblar,  tarix  yaradıblar» 

deyirlər. Bəzən də «qılınc bizim əlimizdə olub, qələm düşmənlərimizin» deyə öyünür ya 

heyfslənirik.  Öz  tariximizi  özümüzün  yazmağın  zamanı  gəldi  və  tarixi  yaratmaq  qədər 

tarixi  yazılı  mətnlərdə  əks etmək  də son dərəcə önəmlidir.  Bu  gün  biz  hamımızın, bütün 

türk  xalqlarının  bilim  adamlarının,  qələm  sahiblərinin  qeyrətiylə  Ortaq  türk  tarixi,  Ortaq 

türk  ədəbiyyatı  tarixi,  ortaq  lüğətlər,  terminlər  yaratmalıyıq.  Türk  dünyasının  ortaq 

informasiya bankı yaranmalıdır və həqiqətlərimizi dünyaya çatdırmağı bacarmalıyıq. 

Hər bir türk xalqı tarixən formalaşmış öz dilini qoruyub saxlamaqla Türkiyə türkcəsi 

aramızda iletişim (ünsiyyət, rabitə, əlaqə) dili olmalıdır. Keçmiş sovet Cümhiriyyətlərinin 

müstəqilliklərini elan etmələrindən on beş-on altı il keçir, hələ də bir-birimizlə rus dilində 



246 

 

danışırıq.  Mən qətiyyən  rus  dilinin  əlyhinə deyiləm.  Mənim  mənəvi  aləmimdə,  müəyyən 



bilik  və  savad  qazanmağında  bu  dilin  müstəsna  rolu  var.  Amma  mən  istəyirəm  ki,  bir 

qazax  bir  Azərbaycanlıyla,  bir  özbək  tatarla  yalnız  rus  dilində  deyil,  həm  də  Türkiyə 

türkcəsində danışsınlar. Esperanto sayağı süni Ortaq dil yaratmaq xulyalarına uymaq-dansa 

türk xalqları içində ən zəngin dövlətçilik gələnəyinə (ənənəsinə) sahib olan bir ölkənin dili 

-  Türkiyə  türkcəsi  Türk  dünyasının  iletişim  (ünsiyyət)  dili  olimaladır.  (Bu  təklifım 

qurultaym Sonuc bildirgəsində - Yekin bəyanatında öz əksini tapdı - A.) 

Türk dünyasım mənəvi və mədəni həyatınm inkişafı və zənginləşməsi yolunda bura 

toplaşan bilim adamlarına başarılar dilərəm. 



1994-cü  il  aprelin  20  də  Vaşinqtonda  «Vaşinqton  tayms»  və  Beynəlxalq 

mədəniyyət fondunun təşkil etdiyi  «Yeni dünya ədəbiyyvatının axtarış yolları və Asiya 

ədəbiyyatlarının perspektivləri» mövzusundu keçirilən konfransın. açılışında Konfransın 

sədri, ABŞ professoru Riçard  Rubinşteyn,1992-ci ilin  Ədəbiyyat üzrə Nobel mükafatı 

lauretaı  Derek  Uilkot,  konfransın  təşkilatçısı  Amerikada  yaşayan  koreyalı  Son  Myonq 

Mun və Anar çıxış etmişlər. 

 «Konfransda  bizim  birinci  uğurumuz  onun  açılışında  Anarın  çıxış  etməsi  oldu. 

Sevinirdik  ki,  60  ölkədən  300  nümayəndənin  iştirak  etdiyi  forumda  Azərbaycan 

nümayəndəsi  toplantı  başlanan  kimi,ikinci  olaraq  çıxış  etdi.  Özünə  xas  olan  təmkinlə 

Anar dünya yazıçılarını narahat edən məsələrdən danışdı, iştirakçılara Azərbaycandakı 

vəziyyət haqqında məlumat verdi. 



Поделитесь с Вашими друзьями:
1   ...   11   12   13   14   15   16   17   18   ...   44


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə