Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 4.05 Mb.
Pdf просмотр
səhifə11/44
tarix23.12.2016
ölçüsü4.05 Mb.
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   ...   44

İCTİMAİ-SİYASİ ÇIXIŞLAR 

 

 

 



 

 

 



 

 


 

Sosializm quruluşunun Azərbaycan xalqınm taleyində oynadığı rolu şübhə altına 

almaq istəyən əcnəbi bədxahlara üz tutub deyə bilərik: Əgər faktlara vicdanla baxmaq 

iqtida-  rmız  varsa,  Sovet  Azərbaycanmm  bu  gününü  xalqımızın  Arazm  o  taymdakı 

hissəsinin aqibəti ilə müqayisə edin. Ana dılində ibtidai məktəbə belə həsrət qalan, ana 

dilində ən ki- çik qəzetin, kitabın nisgilini çəkən, hətta doğma dilinin özü belə dəyişmə, 

zorla qəbul edilmiş dil olduğu iddia edilən o taydakı Azərbaycanı Sovet Azərbaycanı ilə 

müqayisə edin. Hər səhərini ana dilində səslənən Dövlət himni ilə qarşıla- yan, elmini, 

tarixini,  mətbuatmı,  maarifıni,  ədəbiyyatım  və  sənətini  doğma  dilində  yaradan 

Azərbaycan xalqı, doğru- dan  da,  Şərqin qapısında  məşəl kimi  işıq saçmaqdadır.  İqti- 

sadiyyat,  sənaye,  kənd  təsərrüfatı,  elm  və  nıaarif  sahəsindəki  nailiyyətlər  sırasma 

ədəbiyyatımızın,  incəsənətimizin  uğur-  ları  da  daxildir.  Epik  romanlar,  dəzgah  rəsmi, 

monumental  heykəltəraşlıq  əsərləri,  simfonik  musiqi,  balet...  Bu  janrlar  inqilabdan 

əvvəlki  Azərbaycan  sənətiııdə  yox  idi  və  bu  janr-  lar  nıəhz  sovet  quruluşu  şəraitində 

Azərbaycan  sənətinin  mənimsədiyi  sahələrdir.  Və  sənətimiz  bu  yeni  sahələri  nəinki 

mənimsəmiş,  həm  də  qısa  tarixi  dövr  ərzində  bu  janrların  dünyanm  hər  yerindən 

görünən zirvələrini fəth etmişdir 

Azərbaycan xalqı halal zəhməti ilə dolanan, əlinin, beyni- nin qabarı ilə ruzisini 

qazanan,  quran,  yaradan,  işgüzar,  qeyrətli,  dostluqda  etibarlı  xalqdır.  Xalq  meşələri 

qıranlar  deyil,  şaqqama  gün  altmda  pambıq  tarlalarında  ağır  zəhmə-  tə  qatlaşanlardır. 

Xalq Xəzəri zibilləyənlər deyil, fırtınada, çovğunda dənizin dibindən neft çıxaranlardır. 

Xalq  -  axta-  ran,  düşünən,  əqidəsinə  sadiq  ziyalıları  imzalı  ya  imzasız  da-  noslarla 

ləkələməyə  çahşanlar  deyil,  mənəviyyat  çırağmı  ya-  şadanlar  və  qoruyanlardır.  Alver 

həvəsi ilə ölkənin ən ucqar şəhərlərinə daraşmış möhtəkiıiər əsasmda xalq haqqmda tə- 

əssürat  almaq  olmaz.  -  Ucsuz-bucaqsız  ölkəmizin  ən  müxtə-  lif  guşələrində  fədakar 

əməyi  ilə,  igidliyilə  başımızı  ucaldan-  lar  təmsil  edir  Azərbaycan  xalqmı.  Tümendə 

yeraltı  sərvət-  ləri  üzə  çıxaran  geoloq,  Baykanurda  kosmik  gəmiləri  səfərə  yollayan 

general, Ayda yeni krater kəşf edib adını Ay xəri- təsihdə əbədiləşdirən alim-astronom, 

Gürcüstanda  öz  həyatı  bahasma  28  insan  ömrünü  xilas  edən  gənc  əsgər...  Bunlar  və 

bunlar kimi insanlardır xalqın sifətini müəyyənləşdirənlər. 



 

5 oktyabr 1987-ci il  

Azərbaycan KP MK-nın və  

Azərbaycan SSR Ali Sovetinin təntənəli yığıncağında çıxışından 

 


Azərbaycan və Leninqrad sənət ustalarmm uğurlu yara- dıcılıq əməkdaşlığmdan 

çoxlu  misallar  gətirmək  olar.  Amma  dostluğumuzun  yüksək  və  işıqlı  səhifələriylə 

yanaşı, faciəvi və hətta tragikomik məqamları da olub. Mixail Zoşşenko qaba, ədalətsiz 

tənqidlərə məruz qalanda təcili surətdə Azərbaycanda onun anoloqunu axtarmağa başla- 

dılar və əlüstü tapdılar: Sabit Rəhman. 

Böyük  Şostakoviçə  nadan  hücumlar  başlanan  zaman  da 

Azərbaycanda  buna  reaksıya  verildı,  çox  axtarmaq  da  lazım  gəlmədi  - 

Qara Qarayev və Cövdət Hacıyev onun tələbələri idilər. Qara Qarayevin 

öz  dilindən  eşitdiyim  söhbəti  xatırlayıram.  O  damşırdı:  Şostakoviçə 

hücum  kampaniyası  başlananda  Cövdət  həyəcanla  yanıma  gəldi:  Karik, 

indi  bizim  işimiz  necə  olacaq-  dedi.  Qərara  gəldik  ki,  kitabı  açıb 

bəxtimizi  smayaq  (o  vaxt  Qara  müəllim  kitab  demişdi,  indi  başa 

düşürəm,  yəqin  ki,  Quram  nəzərdə  tuturdu  -  A.  ).  Bəli,  kitabı  açıb 

barmağımızı  bir  sətrin  üstünə  qoyduq.  Orda  belə  yazılmışdı:  Sizi  dəmir 

ağaclarla  döyəcəklər.  Q.  Qarayevin  ölümüııdən  çox  illər  sonra  mən  bu 

əhvalatı Cövdət müəllimə damşdım. Bır qədər qaradinməz və qaraqabaq 

adam olan Cövdət müəllim sərt şəkildə: - yox - dedi. Mən tutuldum, yəni 

doğrudanmı yaddaşım məni aldadır, belə söhbət olmayıb. Bir az sükutdan 

sonra Cövdət müəllim dedi: orda belə yazılmışdı «Sizi dəmir çubuqlarla 

döyəcəklər». 

İndi,  aşkarlıq  dövründə,  cəmiyyətin  demokratlaşması  dövründə  biz  həqiqi 

sənətin-  Şostakoviçin  və  Qarayevin,  Zoşşenkonun  və  Axmatovamn  bütün  keçəri 

məmurlar  üzərində  qələbəsini  də  bayram  edirik,  istəyir  bu  məmurlarm  əlində  dəmir 

ağaclar olsun, istəyir dəmir çubuqlar... 

 

1987-ci il 4 dekabr. 



Bakıda Leninqrad günlərinin təntənəli açılışında çıxışmdan 

Hörmətli  yoldaşlar!  Biz  elə  gərgin  günlər  yaşayırıq  ki,  dediyimiz  hər  sözün, 

etdiyimiz  hər  çıxışm  məsuliyyətini  duymalıyıq.  Odur  ki,  Babayanm  çıxışı  məni 

təəccübləndirdi  (Həmin yığıncaqda Stepanakertdən  Babayan familiyalı  bir  qadın  çıxış 



edərək  «Dağlıq  Qarabağ  Ermənistana  verilərsə,  erməni  xalqı  ömrii  boyu  Azərbaycan 

198 


xalqına  minnətdar  olar»  -demişdi-Anarın  dəqiqləşdirməsi).  Babayanm  burda,  belə  bir 

toplantıda  öz  fikrini  açıq  demək  qətiyyətini  dəyərlən-  dirsəm  də,  çıxışmı  tam 

məsuliyyətsiz, o cümlədən ermənı xalqma qarşı da məsuliyyətsiz çıxış hesab edirəm. Bu 

gün-  lərdə  Azərbaycan  yazıçıları,  ziyalıları,  mən  də  o  sıradan,  yuxu  nədi  bilmir, 

yataqxanalarda,  mitinqlərdə,  televiziyayla  çıxış  edir,  xalqı  sakitləşdirməyə  çalışırıq. 

Mənə  müxtəlif  rayonlardan  telefon  edirlər,  mən  də  hamıya  deyirəm  ki,  partiya  bu 

məsələni ədalətli həll edir, heç bir təxribata uymayın. Siz isə burda çıxış edib təxribat 

törədirsiniz,  bu  məsələyə  fəal  etiraz  edən  ağdamlıları  quldur  adlandırırsmız.  Əgər  öz 

xalqmızı  düşünürsünüzsə,  başa  düşürsünüzmü  ki,  bu  sayaq  sözlər  nə  kimi  nəticələrə 

gətirib  çıxara  bilər.  Axı  Ağdam  Dağlıq  Qarabağm  qonşuluğundadır,  əhalisi  Dağlıq 

Qarabağın  əhalisindən  artıqdır  və  sizin  «quldur»  adlan-  dırdığınız  adamlar  bu  şəhərin 

sakinləridir.  Burdan,  bu  yüksək  kürsüdən  bu  cür  sözlərinizdən  sonra  ağdamlılarm 

reaksiyası ağlımza gəlirmi? Siz partiyanm üzvüsünüz və bundan əvvəl nə kimi fikirlərin 

meydana atılmasmdan asılı olmayaraq partiyanm Dağlıq Qarabağm Azərbaycana nıən- 

sub  olması  haqqmda  qərarı  qəti  və  birmənalıdır.  Bundan  sonra  heç  bir  diskussiyaya 

ehtiyac  qalmır.  Deyirsiniz  ki,  Dağlıq  Qarabağ  Ermənistanla  birləşsə,  Azərbaycan 

xalqma  minnətdar  olarsız.  Yaxşı  onda  biz  də  məsələ  qaldıraq  ki,  Ermənistanm 

azərbaycanlılar  yaşayan  əraziləri  Azərbay-  cana  qatılsm,  axı  Ermənistanda  200  min 

azərbaycanlı  yaşayır.  Əgər  onlar  da  Ermənistandan  ayrılıb  Azərbaycanla  birləşmək 

istəsələr  buna  necə  baxarsız?  Reallığı  qəbul  etmək  lazımdır.  Sovet  Konstitusiyasıyla 

təsbit olunmuş respublika sərhədləri toxunulmaz və dəyişilməzdir. Boş yerə ehtirasları 

qızışdırmaym, baş tutmayacaq təkliflər irəli sürmək ağır nəticələrə səbəb ola bilər. . 



Aııarın şərhi. Moskvarıın yiiksək rütbəli partiya funksio- nerlərinin iştirak etdiyi 

bu  yığıncaqda  mən  Qarabağ  konflikti  başlayanda  bəri  ilk  dəfə  olaraq  Ermənistanda 

yaşayan  azər-  baycanlıların  məsələsini  qaldırdım.  Zənnimcə,  o  vaxt  bu  məsələni 

vurğulamaq  ermənilərin  ərazi  iddialarına  ən  tutarlı  cavab  olardı.  Dağlıq  Qarabağda 

ermənilərin  Muxtar  Vilayət  statuslan  olduğu  halda,  Ermənistan  ərazisində  kompakt 

yaşayan  azərbaycanhların  heç  bir  qurumu  yox  idi.  Sonralar  SSRI  Ali  Sovetinin 

iclaslarında mən bu barədə dəfələrlə demişdim. 


Bakıdakı  fəallar  yığıncağında  çıxışımdan  sonra  isə  Azər-  baycan  KP  MK 

bürosunun o vaxtkı üzvlərindəıı biri mərıə irad tutdu. -Biz indi Qarabağ problemini həll 

etməyə  çalışırıq,  sən  isə  Zəngəzur  məsələsirıi  ortaya  atırsan.  -Bu,  bizim  erməni 

iddialarına qarşı ən giiclii kontr-arqumeııtimizdir- dedim. Təəssüf ki, o vaxt məni eşidən 

olmadı. Bir qədər sonra isə ermənilər bütüıı azərbaycanlıları Ermənistandan qəddarca- 

sına qovdular və bu «kozır» əlimizdən çıxdı). 

 

1988-ci il 24 fevral. 



Azərbaycan KP MK-da   

Sov. İKP MK Siyasi biirosu üzvlüyünə namizəd  

P. Denıiçev və MK katibi Razumovskinin iştirak etdikləri  

Partiya fəalları yığmcağmda rus dilində edilən çıxışm tərcüməsindən. 

 

 

 



 

BİZ DEMƏSƏK, KİM DEYƏCƏK? 

Deputat yoldaşlar! 

Ömrümdə  ilk  dəfə  yüksək  deputat  kürsüsündən  çıxış  edərkən  həyəcan 

keçirməyim  təbiidir.  Bu  həyəcan  həm  də  onunla  bağlıdır  ki,  biz  respublikamızm, 

xalqımızm həyatm- da həyəcanlı günlər yaşayırıq və bir də bu həyəcan onunla bağlıdır 

ki,  Azərbaycan  SSR  Ali  Sovetinin  bu  sessiyası  bəl-  kə  də  heç  bir  başqa  sessiyaya 

bənzəmir - bu gün biz xalqımı- zm tarixi, beynəlmiləl münasibətlərimiz, ümumən bütün 

öl- kəmizdə gedən son dərəcə mühüm ictimai-siyasi proseslərin taleyi üçün vacib olan 

qərarı  təsdiq  etməliyik.  Söhbət  yalnız  iki  qonşu  Qafqaz  respublikasmm  indiki  və 

gələcək münasi- bətlərindən getmir, söhbət həm də yenidənqurmanm, aşkar- lığm ciddi 

smağmdan, demokratikləşmənin hansı istiqamət- də irəliləməsindən gedir. 

Söhbət gedən Dağlıq Qarabağ məsələsi - əslində uydurul- ıııuş bir problem, - yəni 

tarixən - hənı inqilabdan əvvəlki min illik tariximiz boyu, həm də inqilabdan sonrakı 68 

il  ər-  zində  yalnız  və  yalnız  Azərbaycanm  tərkibinə  daxil  olan  Qa-  rabağın  nədənsə 

birdən-birə  başqa  respublikaya  hədiyyə  ve-  rilməsi  problemi  haqqmda  Sov.  İKP 

Mərkəzi Komitəsi, Si- yasi Büro dəqiq, müstəqim, birmənalı qərarlar çıxarmışdır və bu 

gün bizim Ali Sovetin yeganə partiyalı qərarı bu möv- qedən olmalıdır. 

Sovet respublikaları arasmda inzibati sərhədlərin dəyişdi- rilməsi məqbul deyil və 

xalqlar dostluğunun möhkəmlənmə- sinə xidmət etmir, əksinə, bu dostluğa yalnız xələl 

gətirə  bi-  lər:  bu  Qorbaçov  yoldaşm  müraciətində  deyildiyi  kimi  Azər-  baycan  və 

erməni xalqlarmm xeyrinə deyil. . 

Dağlıq  Qarabağda  yaşayanlarm  bir  çoxu  tarixi  abidələ-  rin  baxımsızlığmdan, 

mədəniyyət  evlərinin,  məktəblərin,  ki-  tabxanaların  yarıtmaz  vəziyyətindən 

şikayətlənəndə  biz  qə-  ribə  bir  məntiqlə  izahat  veririk  ki,  Azərbaycanm  bəzi  başqa 

regionlarmda həmin sahələrdə vəziyyət bundan da betərdir. 

Doğrudan  da  qəribə  məntiqdir  və  bu  «məntiq»in  çox  haqlı  cavabı  var:  başqa 

rayonlar,  regionlar  belə  vəziyyətlə  barışır,  biz  isə  barışmaq  istəmirik.  Axı  haqlı  olaraq 

şikayətlənəndə  ki,  nadir  tarixi  və  memarlıq  abidəsi  Qanzasor  monastırmm  indiki 

vəziyyəti,  təmiri,  bərpası  qənaətbəxş  deyil,  buna  belə  bəraət  qazandırmaq  olarmı  ki, 

başqa bir nadir tarixi və me- marlıq abidəsi - Naxçıvandakı Qarabağlar kompleksinin in- 



diki  vəziyyəti,  təmiri  və  bərpası  ondan  da  pis  vəziyyətdədir.  Yox  olmaz.  Neçə  ildir 

Bakmın  və  Naxçıvanm  ziyalıları  bu  məsələni  qaldırır,  ancaq  dünya  mədəniyyət 

abidələri  kata-  loqlarma  düşmüş  Qarabağlar  abidəsinin  bərpası  əvvəlki  ki-  mi  ləng 

gedir.  Mən  bu  günlərdə  Koroğlu  heykəlinin  açılışıy-  la  əlaqədar  olaraq  Naxçıvana 

getmişdim.  Muxtar  respubli-  kada  abadlıq  və  mədəniyyət  sahəsində  görülən  bir  çox 

xeyir- li işləri məmnuniyyətlə qeyd etmək istərdim. Məşhur Mömi- nə xatunun bərpası 

da,  Cavid  muzeyinin  və  Cavid  poeziya  teatrmm  fəaliyyəti  də,  İliç  rayonunda  Cəlil 

Məmmədquluza- də muzeyinin açılması da, Naxçıvanda böyük mədəniyyət saraymm 

yaranması da, bir sıra başqa işlər də adamda qürur və fərəh hissi oyadır. Yeri gəlmişkən, 

mən  Naxçıvan  Muxtar  respublikasmm  rəhbərliyinin,  partiya  və  sovet  işçi-  lərinin, 

zəhmətkeşlərinin  Ermənistanm  qonşu  rayonlarm-  dan  axm-axm  gələn  adamlarm 

yerləşdirilməsində, Şirazlı kəndinin çadırlarda yaşayan mindən artıq sakininə, tibb, ər- 

zaq  və  sairə  sahələrdə  yardım  göstərilməsində  fədakarlığma  görə  ürəkdən  gələn 

minnətdarlığımı  bildirmək  istəyirəm.  Amma  Qarabağlar  kompleksi  kimi  sənət 

incilərinin  nə  seh-  rə,  nə  tilsimə  düşdüyünü  bilmirəm.  Bilmirəm,  niyə  onun  tə-  miri, 

bərpası illər boyu uzanır. 

Deputat seçildiyim Yardımlıyla əlaqədar respublikanm bir çox başqa rayonlarma 

aid  edilə  biləcək  bir  məsələ  haq-  qmda  da  danışmaq  istərdim.  Bu  da  hələ  qaz 

çəkilməmiş ra- yonlarımıza qaz kəməri çəkilməsi məsələsidir. Torpağımızm sərvəti olan 

qazm nəinki Azərbaycam, həm də qonşu res- publikaları səxavətlə təmin etməsi bizdə 

qürur hissi oyadır. 

Amma bu hissə bir nisgil, bir inciklik də qarışır: nə üçün be- lə yeraltı sərvəti olan 

torpağm  bu  yeraltı  sərvətindən  səmə-  rəli  istifadə  edə  bilmirik  və  torpağm  yerüstü 

sərvətlərinə tə- cavüz edirik. Məlumdur ki, qaza əli çatmayan rayonlarm sakinləri istər-

istəməz  yanacaq  üçün  başqa  vasitələrdən  isti-  fadə  edirlər  və  bu  da  bir  çox  hallarda 

meşələrimizin qırılma- sına, tələf olmasma səbəb olur. 

Ümumiyyətlə,  biz  şeirlərimizdə,  ədəbi  əsərlərimizdə  təbıə-  ti,  dağları,  bağları, 

meşələri, çayları vəsf etməyi xoşlayırıq. Amma real həqiqətdə təbiətin qorunmasma ən 

çox biganə olanlar bəlkə elə bizik. 

202 


Belə  olmasaydı,  nə  Xəzərin  hələ  qarşıdakı  faciəsini  gözlə-  məzdik,  nə  Kürün 

çirkab  və  zəhərli  sularla  bulandırılmasma  dözərdik,  nə  Tuğay  meşələrinin,  Sultanbud 

meşələrinin acı aqibətinə ağı deyərdik. Və bu meşə qırğmı azmış kimi lap yeni acı bir 

xəbər.  Srağagün  Şuşadan  aldığım  həyəcanlı  tele-  qramlarda  deyilir  ki,  Şuşa  təbiətinin 

füsunkar  meşəsi  -  qə-  dim  Topxana  meşəsinin  30  hektara  qədər  sahəsi  buldozerlər 

vasitəsilə zalımcasma qırılır. (Bu ərazı Əskəran rayonuna tabedir). Deyirlər ki, burada 

yonca əkiləsidir. Mən başa düşə bilmirəm - Dağlıq Qarabağlılar - istər ermənilər, istərsə 

də  azərbaycanhlar  bu  torpağı  doğma  diyarları,  müqəddəs  yurdları  sayırlar.  Doğma 

diyarm,  miiqəddəs  torpağm  qədim  meşələrinə  qıymaq,  qırmaq  hansı  məntiqə,  hansı 

insafa,  hansı  vicdana  sığır.  Deyirlər  ki,  bu  günlər  Dağlıq  Qarabağ  əhalisi  tamam  tətil 

edir.  İşə  çıxmır.  Bəs  belə  olan  surətdə  kaş  o  buldozer  sürənlər  də  tətilə  qoşulub 

işləməyəydilər, nıeşələ- ri kor qoymayaydılar. 

Deputat yoldaşlar! 

Respublikamız  ölkəyə  verdiyi  neftlə,  pambıqla  fəxr  edir,  amma  Xəzərsizliyin, 

meşəsizliyin,  təmiz  susuzluğun,  təmiz  havasızlığm  ölkəyə  vurduğu  -  bəli,  tək 

Azərbaycana deyil, bütün regiona, bütün ölkəyə vurduğu ziyan barədə düşünü- rükmü? 

Torpağımızm  zəhərli  dərmanlarla,  gübrələrlə  şikəst  edilməsi  haqda  hərdənbir  tənbəl-

tənbəl deyinirik, o halda 

ki,  haray  çəkmək,  akademik  Həsən  Əliyevin  təbirincə  desək  «həyəcan  təbili» 

çalmaq gərəkdir. 

Respublika kənd təsərrüfatmda ildə 30 min ton kimyəvi zəhərdən və 300 min ton 

mineral  gübrələrdən  istifadə  olu-  nur.  Bütün  bunlarm  nəticəsində  bir  hektara  düşən 

kimyəvi  zəhər  üzrə  respublikamız  birinci  yerdədir.  Şərəfli  rekorddur!  Zəhərli 

ximikatlarm  orta  illik  yükü  pambıqçılıq  və  üzümçülük  rayonlarmda  ölkənin  başqa 

regionlarma nisbə- tən dəfələrlə artıqdır. Bu rəqəmlərin arxasmda nə durur? Nə görmək 

istəyirsənsə  o!  Pambıq  planları,  öhdəliklər,  zəfər  ra-  portları,  təntənə,  alqış,  gurultu 

görmək  istəyirsənsə  o!  Hə-  min  rayonlarda  ürək-damar  xəstəliklərinin,  mədə-bağırsaq 

xəstəliklərinin və başqa xəstəliklərin azı iki dəfə artdığım gö- rə bilirsənsə o. Erkən uşaq 

ölümləri, qadmlarm ana olmaq qabiliyyətinin məhdudlaşması, şikəst doğulmuş uşaqlar - 


zə- fər raportlarmm bu tərəfı də var və bu gün aşkarlıq şəraitin- də biz bunu deməsək, 

kim deyəcək və haçan deyəcək? 

Pambıq,  üzüm  planları  torpağımızm,  əhalinin  real  im-  kanlarıyla 

uyğunlaşdırılmaymca,  bütün  bunlar  da  olacaq,  saxtakarlıq  da,  yalan  da,  rüşvət  də, 

pripiska da. 

Deputat yoldaşlar! 

Problemlərimiz  çoxdur  və  onlarm  barəsində  çox  danış-  maq  olar.  Ümid  etmək 

istəyirəm ki, həm ölkəmizin, həm respublikamızm həyatmda  yeni dövr başlanır və bu 

məsələ- lər haqqmda tək bir danışıqla kifayətlənməyəcəyik, real dəyişikliklər olmalıdır 

və olacaq. 

 

Azərbaycan SSR Ali Sovetinin sessiyasmda çıxış, 

17 iyuıı 1988 

 

  

 

TORPAQ İDİİM, DAYANDIM 

 

Hörmətli yoldaşlar! Azərbaycan xalqı çoxəsrlik tarixinin ən gərgin, həyəcanlı və 



narahat  dövrünü  -  çətin  və  ciddi  smaq  dövrünü  yaşayır.  Amma  bu  dövr  həm  də 

xalqımızm  milli  şüurunun,  siyasi  mütəşəkkilliyinin,  öz  haqlarma,  hüquqlarma, 

heysiyyətinə  qahmar  durmaq  əzminin  aydan-aya,  gündən-  günə  yetkinləşdiyi, 

möhkəmləndiyi  bir  dövrdür.  Ali  Sove-  timizin  bu  sessiyası  da  tarixə  düşəcək  bir 

yığmcaqdır. 

Sessiyamızm  ərəfəsində  Azərbaycan  KP  MK-ya  rəhbər-  liyi  və  Xalq  Cəbhəsi 

nümayəndələrinin  dönə-dönə  görüş-  mələri,  fikir  mübadiləsi,  razılaşdırılmış  birgə 

bəyanat  xalq  tərəfindən  sevinc  və  məmnuniyyət  hissi  ilə  qarşılanmışdır.  Xalqm  bu 

yekdil rəyi mərkəzə, səlahiyyətli orqanlara da olduğu kimi çatdırılmalıdır. Bu gün bizə 

ən vacib, ən zəruri olan şey - birlikdir. Azərbaycanm ərazi bütövlüyünə qarşı yürüdülən 



xam  xəyallarla  yanaşı,  bizi  başqa,  bəlkə  daha  real  və  daha  qorxulu  bir  təhlükə  də 

narahat etməlidir. Bu da xalqm mənəvi bütövlüyü məsəiəsidir. 

Stalin rejimi Sovet xalqlarmı dədə-baba torpaqlarmda ev yiyəsi kimi yox, hər an 

sürgün  olunmaq  vahiməsi  ilə  ürəyi  səksəkəli  yaşayan  kirayənişinlərə  çevirmişdi. 

Müstəbit  qə-  zəbinə  düçar  ol'ub  pəpə  deyəndən  məmə  yeyəııəcən  sürgün  olunmuş 

xalqlarla bir sırada qonşu respublikadan vaxtaşırı axm-axm çıxarılan azərbaycanhlarm 

da  adı  çəkilməlidir.  Stalin  dövründə  deyil,  artıq  bizim  günlərdə  azı  165  min 

azərbaycanlmm  yerindən-yurdundan  didərgin  sahnmasma  siyasi  qiymət  verilməlidir. 

Yeri gəlmişkən qeyd etmək istər- dim ki, bir qrup ziyalılarımızm təşəbbüsü ilə (onlarm 

sıra- smda Xalq Cəbhəsinin nümayəndələri də var) bilavasitə qaçqmlarm problemləri ilə 

məşğul  olan  bir  komitə  yarat-  maq  istəyirik  və  bu  komitənin  bəyanatmı  Azərinforma 

təq-  dim  etmişik.  Xahiş  edirik  ki,  bu  bəyannamə  yaxm  zaman-  larda  respublika 

qəzetlərində dərc olunsun. 

Komitənin  bir  məqsədi  də  istər  qaçqmlar  problemi,  istərsə  də  Dağlıq  Qarabağ 

problemiylə əlaqədar olan bir çox məsələləri dünyanm və ölkənin geniş ictimaiyyətinə 

çatdırmaqdır.  Bu  məsələlərlə  əlaqədar  bütün  dünyada  nə  qədər  uydurmalar,  yalan 

xəbərlər,  şayiələr  yayıldığı  sizə  yaxşı  məlumdur.  Təəssüf  ki,  birtərəfli,  qərəzli 

informasiya  mərkəzi  qəzet  və  jurnal  səhifələrinə,  mərkəzi  televiziya  ekramna  da  yol 

tapa  bilir.  Bizım  Azərbaycaıı  ziyälılanmn  mərkəzi  orqanlarda  öz  mövqelərini  ifadə 

etmək  cəhdləri  boğulur.  Ya  heç  çap  etmir,  efırə  buraxmırlar,  ya  da  elə  şəkildə  kəsib 

doğrayır,  təhrif  edirlər  ki,  tamam  susmağı  bundan  üstün  tutursan.  Əlbəttə,  on-  suz  da 

gərilmiş  əsəbləri  bir  az  da  qıcıqlandırmaq  lazım  deyil,  amma  aşkarlıq  dövründə 

mübahisə  edən  hər  iki  tərəfı  dinlə-  mək  vacibdir.  Həm  də  obyektivlik  -  orta  mövqe 

tutmaq  deyil.  Köhnə  hekayələrimdən  birində  yazdığım  bənzətməni  xatırlat-  dığımçün 

üzür  istəyirəm.  Əgər  biri  qatığa  ağ,  o biri  qara  deyirsə  obyektivlik o  deyil  ki, üçüncü 

tərəf: "hər ikiniz haq- sızsmız - desin, - qatıq nə ağ, nə də qaradır, qatıq bozdur". Qatığm 

boz  deyil,  ağ  olduğunu  demək  vaxtı  çatmışdır.  Üçüncü  tərəf,  yəni  Mərkəzi  mətbuat, 

Mərkəzi  televiziya  Dağlıq  Qarabağ  probleminə  obyektiv  qiymət  vemıəli  və  faktları 

təhrif  etmədən,  olduğu  kimi  şərh  etməlidir.  Xocahda  tikilən  mühüm  obyektin  - 

toxuculuq fabrikinin inşası olduqca ləng gedir. Bu tikintinin başa çatdırılması 600-700 



nəfərin  işlə  təmiıı  olun-  ması  deməkdir.  Hazırda  Xocalıda  məktəb,  uşaq  bağçası, 

xəstəxana  çatışmır.  Yüz  minlərlə  pul  xərclənməsinə  baxma-  yaraq  Xocahnm  yolları 

düzəiməyib, birinci üz asfalt çəkilib, amma ikinci üz çəkilmədiyindəıı bütün xərclənmiş 

vəsait  ha-  vaya  sovrulmuş  kimidir  və  buna  da  mane  olan  Xüsusi  Komitədir.  Cəmilli, 

Meşəli,  Daşbulaq,  Həsənabad,  Kosalar  və  başqa  kəndlərin  vəziyyəti  daha  da 

acmacaqlıdır və bu kəndlərin hamısı Xocalıya ümid yeri kimi bixır

5



 



 

 

Bu  barədə  mənə  yazanlar  Ali  Sovet  qarşısmda  məsələ  qaldırıb  təklif  edirlər: 



Ermənistandan,  Dağlıq  Qarabağm  müxtəlif  yerlərindən  didərgin  düşənlərin  bir  hissəsi 

Xocalıda yerləşsin və bunun əsasmda Xocalmm baş planı tərtıb olun- sun. Xocalı kəndi 

qəsəbə statusu alsın. Gələcəkdə DQMV tərkibində qalmaqla müstəqıl Xocalı rayonunun 

yaradıl- ması məsələsi qaldırılsm. 

 

Azərbaycan SSR Ali Sovetinin Sessiyasmda çıxışı  



5sentyabr 1989 

 

 

 

 



                                                 

5

 Yazıçılar İttifaqınm təşəbbüsüyb "Qarabağ" Komitəsi yaradıldı. "Qayğı" cəmiyyəti də Yazıçılar təşkilatı tərəfindən yaradılıb. 



1989-cu il NOYABRIN 2§-də SSRİ ALİ SOVETİNİN SESSİYASINDA 

ÇIXIŞ 

 

İki  ilə  yaxmdır  ki,  bütün  ölkəmiz,  bütün  dünya  Dağlıq  Qarabağda  hadisələrin 

inkişafmı  böyük  diqqətlə  izləyir.  Gərginlik  azalmaq  bilmir,  vəziyyət  kəskinləşir,  qan 

axır, təkcə körpülər və yollar deyil, iki xalqm birgə yaşayışmm çoxəsrlik bünövrəsi də 

partladılır, ailə, istehsalat, məişət əla- qələri kəsilir və qarşılıqlı düşmənçiliyin, nifrətin 

amansızlığı-  nm  düyünü  dartılıb  bərkiyir.  Ərzaq  daşımaq  üçün  nəzərdə  tutulmuş 

vertolyotlarda  silah  və  partlayıcı  maddə  tapılır.  Vahimə,  şübhə,  səksəkə  şəraiti  hökm 

sürür. Əks cəbhələşmə, acı sözlər və qəddar hərəkətlər hamım yorub, usandırmışdır. Bu 

mənhus münaqişədə üz-üzə duran iki xalq - Azərbaycan və erməni xalqları əslində eyni 

bir tələbi irəli sürürlər: "Biz Qarabağ probleminin qəti surətdə ədalətlə həll edilməsini 

is- təyirik" amma bəla burasmdadır ki, ədaləti hərə öz bildiyi kimi başa düşür. 

Bizcə,  ədalət  kimin  üçünsə  sərfəli  ola  bilməz,  indiki  halda  da  ədalət  bütün 

amillərin  -  tarixi,  iqtisadi,  geopolitik,  demo-  qrafik,  konstitusiya  -  hüquqi  amillərin 

məcmusudur. Bir faktı şişirdib başqa faktlarm üstündən sükutla keçmək ol- maz, hərə 

öz  təkəbbürlü  məqsədlərini  rəhbər  tutub  digər  tə-  rəflərin  dəlilləri  və  mənafeyi  ilə 

hesablaşmırsa, ədalətdən da- nışmaq əbəsdir. 

Son  70  il  ərzində  indiki  Ermənistanm  ərazisində,  o  cümlə-  dən  20-ci  ildə  onun 

paytaxtı  Yerevanda  yaşamış  yarım  milyon  azərbaycanlmm  orada  indi  əslində  biri  də 

qalmamış-  dır.  Azərbaycanlılarm  Ermənistandaıı,  həm  də  ermənilərin  Azərbaycandan 

təbii surətdə dincliklə köçməsi ilə yanaşı, tarix bunun da şahididir ki, 40-cı illərin ikinci 

yarısmda Sta- lin yüz minlərlə azərbaycanhnı Ermənistandan zorla köçürmüş və orada 

qalmış  son  200  min  azərbaycanh  keçən  il  Stalin  dövrü  uzaq  olsa  da,  eyni  dərəcədə 

amansızlıqla qo- vulmuşdur. Özü də bütün bu dəhşətli tədbir faciəli zəlzələ  zamanı və 

ya zəlzələdən sonra deyil, nəzərinizə çatdırıram ki, ondan əvvəl görülmüşdür. 

Ermənistan  KP  MK-nm  orqam  "Kommunist"  qəzetinin  bu  il  20  oktyabr  tarixli 

nömrəsindən sitat gətirirəm :"Iiər hansı sivilizasiyalı dövlət öz ərazisində yığcam halda 

yaşa-  yan  millətlər  və  xalqlar  üçün  əlverişli  şərait,  o  cümlədən  on-  lar  üçün 

muxtariyyatm bu və ya digər formasmı vermək yo- lu ilə şərait yaratmağa çalışmalıdır". 



Gözəl  sözlərdir.  Azərbaycanda  bu  düzgün  fikir  DQMY-  nin  yaradılması  ilə 

həyata keçirilmişdi, bəs nə üçün arzu edə bilmərik ki, Ermənistan qovduğu azərbaycanlı 

vətəndaşları- m yenidən öz qoynuna alsm və sivilizasiyalı bir dövlət kimı onlara milli 

muxtariyyatm bu və ya digər formasım yarat- sm. 

Akademik  A.  D.  Saxarova  dərin  hörmətim  var,  gəncli-  yimdə  ona  pərəstiş 

etmişəm,  durğunluq  illərindəki  davram-  şma  heyran  idim,  onu  bir  növ  ədalətin 

təminatçısı  hesab  edirdim.  Odur  ki,  DQMV  məsələsində  Akademik  Saxaro-  vun  necə 

ədalətsiz  və  birtərəfli  mövqe  tutduğunu  görmək  mənim  üçün  ağırdır.  Andrey 

Dmitriyeviç  azərbaycanlılar-  dan  xahiş  edir,  özünün  burada  dediyi  kimi  onlara  hətta 

"yal-  varır"  ki,  ərazilərinin  bir  hissəsindən  əl  çəksinlər.  Amma  kim  və  necə  yalvarırsa 

yalvarsm, heç bir respublika, o cümlədən Azərbaycan heç vaxt razı olmaz ki, ərazisinin 

bir  hissəsini  kimə  isə  suvenir  versin,  bəxşiş  etsin.  Axı  bizim  res-  publikamız  suvenir 

respublikası yox, suveren respublikadır. 

 




Поделитесь с Вашими друзьями:
1   ...   7   8   9   10   11   12   13   14   ...   44


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə