Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından


dalaşqan, çalışmaq -çalışqan, sataşmaq - sataşqan



Yüklə 4.05 Mb.
Pdf просмотр
səhifə10/44
tarix23.12.2016
ölçüsü4.05 Mb.
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   ...   44

dalaşqan, çalışmaq -çalışqan, sataşmaq - sataşqan…  

Dil  problemlərimiz  üzərində  belə  ətraflı  dayanmağımızın  səbəbi  odur  ki, 

«Qobustan»a hücumların böyük qismi məhz dil özəlliklərimizlə (özəllik sözünün özü də 

«Qobustan»dan  gəlir)  bağlı  idi.  Hələ  1969-cu  ildə  «Qobustan»ın  birinci  nömrəsi 

çıxmamışdan  toplunun  ilk  məsul  katibi,  birinci  və  ikinci  saylarımızın  yaranmasında 

qeydədəyər  xidmətləri  olmuş  mərhum  Vidadi  Paşayevin  (az  sonra  o  gənclik 

nəşriyyatına  baş  redaktor  vəzifəsinə  getdi)  «Ədəbiyyat  və  incəsənət»  qəzetində  bir 

yazısı  çıxmışdı.  Çapda  olan  ilk  nömrəmiz  haqqında  məlumat  verən  Vidadi 

toplumuzdakı  qulaq  vərdiş  etməmiş  sözlərdən  bəzilərini  də  işlətmişdi.  Bu  yazı  böyük 

qalmaqala səbəb oldu.  

Əlbəttə, «Qobustan»a hücumlar yalnız onun dili ilə deyil (dili ən tez gözə çarpan 

cəhət  olsa  da)  daha  çox  məzmunuyla  bağlı  idi.  O  vaxt  Nəriman  Nərimanov  haqqında 

film çəkilirdi və filmin ssenari müəllifi, görkəmli nasirimiz İsa Hüseynov «Qobustan»a 

verdiyi müsahibəsində gənclərimizi «nərimanlaşmağa» çağırırdı.  

Buna  görə  nə  mərəkə  qopdu,  İlahi?  «Necə  yəni  «nərimanlaşmaq»?  Bəs  Lenin, 

partiya? Məsələ yoğunuyub Sov. İKP MK katibi Kapitonova qədər çıxmışdı. İş ondadır 

ki, o vaxt SSRİ ərazisində nəşr olunan hər bir dövri mətbuat orqanı, istisnasız, Sov. İKP 

MK-da təsdiq olunmalıidi.»Qobustan» isə bu reestrdə yoxdu, rəsmi təsdiq olunmamışdı, 

almanax  kimi  (yəni  kitab  statusunda)  nəşr  olunurdu.  Halbuki  kitabın  (ya  almanaxın) 

daimi  ştatlı  işçiləri  ola  bilməz.  Odur  ki,  «Qobustan»  haqqında  verilən  siyasi  danoslar 

Moskvaya ümumən bu nəşr haqqında Bakı qarşısında məsələ qaldırmağa imkan verirdi. 

Gizli danoslara mətbuat səhifələrindəki böhtan və bədxahlıqla dopdolu yazılar da əlavə 

olunurdu.  Həm  də  bu  yazıların  məhz  Azərbaycan  KP  MK  orqanları  «Kommunist» 

qəzeti,  «Azərbaycan  kommunisti»  jurnalı,  «Kirpi»  jurnalında  dərc  edilməsi 

«Qobustan»a  qarşı  Partiyanın  mövqeyi  kimi  qavranılırdı.  Odur  ki,  ayıq-sayıq  Qlavlit 

«Qobustan»ın  hər  nömrəsinə  zərrəbinlə  baxırdı,  ən  aşağı  vəzifəli  senzorda  «ilişən» 

material daha yuxarı vəzifəli məmurlara, oradan Mərkəzi Komitəyə ötürülürdü və son 

nəticədə  ideoloji  katibə  çatdırılırdı.  İdeoloji  katib  isə  artıq  Cəfər  Cəfərov  deyildi  və 

onun  yerini  tutmuş  adam  əvvəlcədən  «Qobustan»a  şübhəylə  yanaşmağa  başladı  və 

sonacan  (işdən  çıxarılanacan)  şübhəli  qaldı.  Hələ  onu  demirəm  ki,  Qlavlitin  çıxardığı 

hər material DTK-ya da göndərilirmiş. (Bu yalnız indiki zamanlarda, keçmiş DTK-nın 



sabiq  əməkdaşlarının  mətbu  yazılarından  bilindi).  DTK  «Qobustan»  işçilərini  ayrı-

ayrılıqda çağırır, əməkdaşlıq etməyi təklif edir, redaksiyada nələr olduğu, nə söhbətlər 

aparıldığı,  kimlərin  gəlib  getdiyi,  Anarın  kimlərlə  oturub  durduğu  haqqında  məlumat 

almaq  istəyirmişlər.  Bu  da  mənə  qarşı  namərdlik  etməyən  iş  yoldaşlarımın  indiki 

etiraflarından  məlum  oldu.  Əlbəttə,  mən  o  zamanlar  da  «Qobustan»a  hücumların 

pərdəarxası  qaynaqları  olduğunu  güman  edirdim,  ancaq  bunların  faktik  təsdiqi  Sovet 

İttifaqının da, onun nəzarət və cəza orqanlarının da dağıldığından sonra bütün aşkarlığı 

ilə  meydana  çıxdı.  Və  bir  sıra  çıxışlarında,  o  cümlədən  Azərbaycan  yazıçılarının  X 

qurultayındakı parlaq nitqində hörmətli Prezidentimiz Heydər Əliyev bu məsələyə tam 

aydınlıq  gətirdi.  Prezident  həm  «Qobustan»ın  milli  şüurumuzun  oyanışında 

xidmətlərindən,  həm  də  o  illərdə  toplu  haqqında  necə  pis,  mənfi  fikirlər  təlqin  etmək 

təşəbbüsləri  barəsində  tam  səmimiyyətlə  söz  açdı.  Mən  o  vaxtlar  da  güman  edirdim, 

indi  isə  dəqiq  bilirəm  ki,  «Qobustan»ın  bağlanması  üçün  Azərbaycanın  rəhbərliyinə 

həm  Moskvadan,  həm  də  öz  içimizdən  nə  qədər  təzyiqlər  edilib.  «Qobustan»ın  bir 

nömrəsində  Qubad  Qasımovun  Üzeyir  Hacıbəyli  haqqında  xatirələrini  vermək 

istəyirdik.  Yazının  bir  yerində  Üzeyir  bəyin  də  iştirak  etdiyi  qonaqlığın  iştirakçıları 

sırasında Əlibəy Hüseynzadənin də adı çəkilmişdi və yalnız buna görə materialın dərc 

olunmasına icazə verilmədi. Mənə: «Qobustan»da yenə pantürkstlərin təbliğiylə məşğul 

olursunuz»  -  ittihamı  verildi.  Belə  ittihamlarla  toplunu  bağlamaq  da,  redaktorunu 

cəzalandırmaq da çox asan məsələ idi.  

Ancaq  «Qobustan»ı da, onun  redaktorunu  da  çox  bəlalardan, o  cümlədən öz əli 

altında işləyən partiya məmurlarından qoruyan MK-nın birinci katibi Heydər Əliyev idi.  

Millətçilikdə,  türkçülükdə,  pantürkizmdə  ittiham  edilmək  ciddi  və  təhlükəli 

məsələ  idisə  bu  sayaq  ittiham  olunanların  partiya  lideri  tərəfindən  cəzalandırılmaması 

onun  özü  üçün  daha  artıq  təhlükə  və  risq  idi.  O  vaxtkı  çıxışlarının  birində  Heydər 

Əliyev «Qobustan»ı tənqid etmişdi, amma mənim üçün o vaxt da aydın idi, indi açılmış 

yeni faktların işığında daha da aydındır ki, bu qoruyucu tənqid idi. «Qobustan»ı nəinki 

saxlamağa,  hətta  möhkəmləndirməyə  yönəlmiş  tənqid  idi.  Doğrudan  da  bu  çıxışdan 

dərhal  sonra  «Qobustan»  Mədəniyyət  Nazirliyinin  orqanı  kimi  təsdiq  olundu, 

redaksiyaya Aktyor evində yer və əlavə ştatlar verildi, toplunun vaxtı-vaxtında çıxması 



təmin olundu. Xoşbəxtlikdən o zamanlar Heydər Əliyev «Qobustan» haqqında verilən 

danoslara deyil, toplunun özünə diqqət edirmiş. Bu barədə də yazıçılarımızın sonuncu 

qurultayında ətraflı danışdı.  

Sovet rejimi illərində «Qobustan»ı mənəvi repressiyalardan qoruyan partiya lideri 

Heydər Əliyev idisə, bazar iqtisadiyyatı dövründə toplumuzun maddi çətinliklərinin həll 

edilməsi  üçün  onu  dövlət  büdcəsinə  daxil  edən  də  müstəqil  Azərbaycanımızın 

prezidenti Heydər Əliyev oldu. 

Bir rejimin siyasi təzyiqlərinə, başqa dövrün iqtisadi problemlərinə üstün gələrək 

yaşayan,  xalqımızın  mədəniyyətinə,mənəviyyatına  əvvəlki  kimi  xidmət  göstərən  otuz 

yaşlı «Qobustan»ı XXI yüz ildə də beləcə maraqlı, mətin, əlvan, həmişə gənc görmək 

istəyirəm. 

   


 

 


XAQANİ, 25 

 

Yetmiş ildir ki,Azərbaycan Yazıçılar təşkilatı  Xaqani küçəsində,25 nömrəli evdə 



yerləşir.  

Xaqani küçəsi Bakının mühüm özəlliklərə  malik  küçəsidir.Məhz bu küçədə bir 

neçə Yaradıcılıq İttifaqı,bir neçə mədəniyyət ocağı fəaliyyət göstərir. 

Xaqani  küçəsinin  o  başında  -  Rəsul  Rza  və  Nigar  Rəfibəyli  küçələri  kəsişdiyi 

yerdə  məşhur  Kitab  passajı  yerləşir.Mən  bu  kitab  pasajının  üstündəki  evin  üçüncü 

mərtəbəsində, atamın mənzilində  böyümüşəm və  ilk kitabları da aşağıdakı dükandan 

almışam. 

Xaqani küçəsinin bu başından o başına gedən yol  - müyyən mənada elə mənim  

ömür yolumdur.Kitab passajından bir tin o yana Xaqani küçəsində Səməd Vurğun adına 

Rus Dram Teatrı yerləşir. Bu teatrda mənim iki pyesim tamaşaya qoyulub.Teatrla bitişik 

binada,indi  İraq  səfirliyi  olan  binada,vaxtilə  Memarlar  İttifaqı  yerləşirdi.  1967-ci  ildə 

«Qobustan»  toplusu  yaradıldı  və  mən  onun  baş  redaktoru  təyin  olundum.  Memarlar 

İttifaqı redaksiyamızı qonaqpərvərliklə qəbul etdi,işləməyimiz üçün iki otaq ayırdı. 

Bu  binayla  üzbəüz  Teatr  Xadimləri  İttifaqı  və  Aktyor  evi  yerləşir.Sonralar 

«Qobustan» redaksiyası Aktyor evinə köçdu,bir müddət sonra isə mən Teatr cəmiyyəti( 

o vaxt belə adlanırdı) sədrinin birinci müavini  seçildim. 

Xaqani  küçəsiylə  bir  tin  də  getsək  Rəssamlar  İttifaqının  qarşısına  gələcə-yik. 

Yazıçılarla  rəssamlar  arasında  sıx  dostluq  əlaqələri  var,tez-tez  bir-birimizin 

tədbirlərində  iştirak  edirik.  Eynilə  Xaqani  küçəsi  27  nömrəli  binada  yerləşən,qapı 

qonşumuz  Bəstəkarlar  İttifaqıyla  da  mehriban  münasibətlərimiz  var.  Azərbaycan 

bəstəkarlarının  bir  çox  mahnıları,opera  və  operettaları  şairlərimizin,  yazıçılarımızın 

iştirakıyla  yaranıb.  Bəstəkarlar  İttifaqına  bitişik  bina  M.F.Axundzadə  adına  Dövlət 

kitabxanasıdır.Buradakı 

zəngin  kitablıqda 

bizim 

əsərlərimiz 



da 

qorunub 


saxlanılır,oxuculara  çatdırılır.  Burada  oxucularla  görüşlərdə,ayrı-ayrı  tədbirlərdə 

yazıçılar fəal iştirak edir. 

Sözümün  canı  isə  əlbəttə  Xaqani  küçəsində  25  nömrəli  evdə  yerləşən  Yazıçılar 

Birliyidir.Bu  il  təşkilatımız  yaranmasının  75  ilini  qeyd  edir.Bu  yetmiş  beş  ilə  nəzər 



salanda  Yazıçılar  İttifaqının  tarixində  şərəfli,qürur  doğuracaq  səhifələrlə  yanaşı, 

uğursuz illərin acıları da yada düşür.Şükür ki, 37-ci ilin o amansız,qəddar toplantıları bu 

binada  keçirilməyib.Doğrudur,sonrakı  illərdə  də  burada  qalmaqallı  iclaslar  az 

olmayıb.Yadımladır,hələ  Yazıçılar  İttifaqında  işləmədiyim  vaxtlarda  buradaki  bir 

toplantıda  çıxış  edərək    demişdim  ki,  mənim  dünyada  qorxduğum  bir  yer  varsa,o  da 

Yazıçılar  İttifaqının  bu  Natəvan  klubudur.Çünki  yeniyetməlik  dövründən    burada  

keçirilən  iclaslara  gələrdim  vü  burada  KİMLƏRİN    KİMLƏR  haqqında  NƏLƏR 

dediyini yada salanda,doğrudan da vahimələnirsən. 

Amma  nə  olur  olsun,əsəb  gərginliyi  də,yersiz  didişmələr  də,  bir-birinə  atılan 

daşlar  da  zaman  keçdikcə  unudulub  gedir,  yalnız    həqiqi  ədəbi  meyyarlar  və  ədəbi 

dəyərlər  qalır.  1991-ci  ildən  etibarən  Birlik  adlanın  Yazıçılar  İttifaqının  fəaliyyətində 

hər  halda  işıqlı  cəhətlər  qaranlıq  məqamlardan  qat-qar  çoxdur.Sover  dövründə  ən 

nüfuzlu 

ictimai 


təşkilat 

kimi 


Yazıçılar 

İttifaqı 

hər 

zaman 


dilimizin,mənəviyyatımızın,milli  varlığımızın  keşiyində  durub,  xalqımızın      mühüm 

taleyüklü məsələləri meydana çıxanda ən gur  səslənən yazıçı sözü olub.1990-1991-ci 

illərdə Azadlıq meydanına gedən yollar  bir çox hallarda Yazıçılar ocağından başlanır.O 

illər  Xalq  hərəkatının  önündə  ilk  növbədə  Azərbaycan  yazıçıları  gedirdilər.Amma 

ondan  qabaqki  illərdə  də  xalqın  milli  şüurunun  yetkinləşməsində,  həqiqi  mənəvi 

dəyərləri  mənimsəməsində  şeirimizin,  nəsrimizin,  dramaturgiyamızın,  tənqidimizin 

müstəsna rolu var. Unudulmaz Öndərimiz Heydər Əliyev çıxışlarında bu cəhəti dönə-

dönə qeyd edib. 

Çox  çətin  vaxtlarda  Yazıçılar  təşkilatına  rəhbərlik  edən  insanların  xidmətlərini 

unutmaq  olmaz.Mən  onların  adlarını  hörmət  və  ehtiramla  çəkirəm:  Məmmədkazım 

Ələkbərli,Seyfulla  Şamilov,Səməd  Vurğun,Rəsul  Rza,Süleyman  Rəhimov,Mirzə 

İbrahimov,Mehdi Hüseyn, İmran Qasımov, İsmayıl Şıxlı… 

1987-ci  il  iyunun  18-də  Yazıçılar  İttifaqının  plenumunda  mən  təşkilatın  rəhbəri 

seçiləndən  sonra  iş  kabinetimdə    İttifaqa    müxtəlif  illərdə  rəhbərlik  etmiş  bu  doqquz 

yazıçının  portretləırini  asdım.Onların  yanında  bir  portret  də  asılıb  -  1993-cü  ildən 

Birliyin  Birinci  katibi  vəzifəsini  icra  edən,vaxtsız  itirdiyimiz  əziz  dostumuz,gözəl 

yazıçımız Yüsif Səmədoğlunun portreti. 


Bu  gün  yazıçılar  Birliyinin  Birinci  katibi  vəzifəsini  başqa  bir  istedadlı 

sənətkarımız,Xalq  şairi  Fikrət  Qoca  icra  edir,  Onunla  və  Yazıçılar  Birliyinin  digər  üç 

katibi  -  Arif  Əmrahoğlu,Çingiz  Abullayev,Rəşad  Məcidlə,sədrin  müavini  Nazim 

İbrahimovla  -  bəziləriylə  uzun  illər,bəziləriylə  son  illər  tam  anlaşıqlıq  və  səmimi 

əməkdaşlıq şəraitində işləyirik. 

Yazıçılar Birliyinə rəhbərlik etdiyim 22 il həm mənim tərcümeyi halımda, həm də 

Yazıçılar  Birliyinin  tarixində  yəqin  ki,ən  çətin  illər  idi.Bu  illər  ərzində  biz  bir-biriylə 

daban-dabana zidd olan, iki çox fərqli ictimai quruluşda yaşadıq və fəaliyyət göstərdik - 

Sovet  sistemində  və  Azərbaycanımızın  müstəqilliyi  dövründə.  Kökündən  dəyişən 

ictimai-siyasi  anlayışlar,iqtisadi  durum,mənəvi  iqlim    şəraitində    Yazıçılar  Birliyinin 

yaradıcı təşkilat kimi sifətini və bütövlüyünü qoruyub saxlamağa çalışdıq və buna nail 

olduq. Qarabağ məsələsi ortaya atılan kimi buna qarşı ilk etiraz səsini qaldıran ictimai 

təşkilat  Yazıçılar  Birliyi  oldu.O  vaxtki  mərkəzə-  Moskvayaölkə  rəhbərliyinə 

göndərdiyimiz  məktublar,    müraciətlər,  Azərbaycan,  Moskva,  Türkiyə  televiziya 

kanallarıyla çıxışlarımız, Respubilka, Rusiya,Türkyiə, bəzi Avropa ölkələri mətbuatında 

çap etdirməyə nail olduğumuz yazılarla Azərbaycanın haqq səsini dünyaya çatdırmağa 

çalışırdıq  və  xalqımızı  ayıq-sayıq  olmağa  çağırırdıq.Xalq  o  vaxtki  iqtidardan  əlini 

üzəndə  yolunu  Yazıçılar  Birliyinə  salırldı.  Gündə  neçə-neçə  qaçqını,köçgünü  qəbul 

edir,onların  problemlərini  imkanlarımız  daxilində  həll  etməyə  cəhd  göstərirdik,  bir 

qismini Şüvəlandakı Yaradıcılıq evində yerləşdirirdik.  

Kommunist  partiyasından  başqa  heç  bir  siyasi  partiya  fəaliyyət  göstərmədiyi 

illərdə  Yazıçılar  Birliyi  siyasi  məsələlərə    fəal  müdaxilə  etməyi  də  öz  boynuna 

götürmüşdü.1990-cı  ilin  Qanlı  yanvar    müsibəti  haqqında,  Xocalı  faciəsi  haqqında 

Moskva mətbuatı vasitəsiylə dünyaya car çəkən də Azərbaycan Yazıçılar Birliyi oldu. 

Hazırki dövrdə siyasi partiyaların fəaliyyt göstərdiyi,müxtəlif ictimai qurumların 

bolluğu,mətbuat  və  söz  azadlığı  dövründə  Yazıçılar  Birliyi  xalqımızın  taleyüklü 

problemlərindən yayınmadan əsas diqqətini yaradıcılıq məsələlərinə yönəldir.Yazıçılar 

Birliyi  öz  üzvlərinə  də  onların  partiya  mənsubiyyəti  və  siyasi  əqidələri  baxımından 

deyil,yaradıcılıq  nöqteyi-nəzərindən  yanaşır.Yəqin  elə  buna  görə  də  Moskvanın, 

Rusiyanın, əksər keçmiş sovet respublikalarının Yazıçılar təşkilatlarından fərqli olaraq 



bizim  Birliyimiz  dağılmadı,  parçalanmadı,  bölünmədi,  əmlakını  hərraca  çıxarmadı. 

Əgər sovet dövründə dörd filialımız( o cumlədən erməni yazıçılarının Dağlıq Qarabağ 

filalı) vardısa indi Azərbaycanın bütün bölgələrini,o cümlədən Qarabağı əhatə edən  on 

bir  filialımız  var,  Naxçıvan  filialı  Yazıçılar  Birliyi  stutusu  alıb.  Moskvada,  Borçalıda, 

İstanbulda şöbələrimiz fəaliyyət göstərir. 

Mədəniyyət nazirliyiylə şərikli orqan olan «Ədəbiyyat və incəsənət» qəzeti  indi 

yalnız  Yazıçılar  Birliyinin  orqanı  -  «Ədəbiyyat  qəzeti»dir.Son  zamanlar  «Ədəbiyyat 

qəzeti»nin  bazasında  rus  dilində  aylıq  «Mir  literaturı»  qəzeti  də  nəşr  olunur.Əvvəllər 

yalnız  Mədəniyyət Nazirliyinin orqanı olan  «Qobustan» toplusu indi  ancaq Yazıçılar 

Birliyinin  nəşridir.Ənənəvi    «Azərbaycan»,  «Literuturnı  Azərbaycan»,  «Ulduz» 

jurnallarına «Qobustan»dan başqa  «Dünya ədəbiyyatı», «Körpu», «Mütərcim» topluları 

da  əlavə  olunub.Azərbaycan  Yazıçılar  Birliyinin  israrlı  və  inadlı  səyləriylə    Yazıçılar 

Birliyi  nəzdində  Tərcümə  və  ədəbi  əlaqələr  Mərkəzi  yaradıldı.  Mərkəzin    ilk  sədri 

görkəmli alim və tənqidçi, rəhmətlik Aydın Məmmədov Mərkəzin işini Yazıçılar Birliyi 

rəhbərliyiylə    qarşılıqlı  hörmət  və  əməkdaşlıq  şəraitində  qurmuşdu.  Mərkəz    dünya 

ədəbiyyatının bir çox örnəklərini orijinalın dilindən çevirir,ayrıca kitablar şəklində və ya 

«Xəzər» toplusunda nəşr edir. 

Birliyimiz  Rusiyanın,  Tükiyənin,  Ukraynanın,  Gürcüstanın,  Polşanın, 

Rumıniyanın  yazıçı  təşkilatlarıyla  əlaqələr  saxlayır,  qarşılıqlı  nəşrləri  təşkil 

edir.Moskvanın  «Drujba  narodov»  jurnalı,  heç  sovet  dövründə  də  baş  tutmamış 

təşəbbüsdə  bulundu-    bir  nömrəsini  bütünlüklə  Azərbaycan  ədəbiyyatına  həsr 

etdi.Azərbaycan  Yazıçılarının  əsərləri    Türkiyənin  müxtəlif  jurnallarında  dərc  olunur, 

kitablarımız  qardaş  ölkədə  nəşr  edilir.  Azərbaycanda  da  bir  çox  Türk  yaşıçılarının 

kitabları    Yazıçılar  Birliyinin  təşəbbüsüylə  və  maliyyə  yardımıyla  çap  olunub.Son 

illərdə  Yazıçılar  Birliyi  Nazım  Hikmətə,Çingiz  Aytmatova  həsr  olunmuş  kitabları,rus 

dilində  üç  cildlik  Azərbaycan  şeiri  antologiyasını  və  başqa  samballı  nəşrləri  meydana 

çıxarmışdır.Azərbaycan yazıçıları müxtəlif beynəlxalq tədbirlərdə fəal iştirak edir və bir 

sıra  xarici  yazıçıları  Azərbaycana  dəvət  edirik.  Nizamnaməmizə  son  qurultaylarda 

edilən əlavəyə görə dünyanın bir sıra ölkələrinin görkəmli yazıçıları o cumlədən Çingiz 

Aytmatov, Oljas Suleymenov, Cavad Heyət Birliyimizin fəxri üzvü seçilmişlər. 



Birliyimizin  ilk  fəxri  üzvu  isə  Ümummilli  liderimiz  Heydər  Əliyev  oldu.Sovet 

dönəmindən sonra və 1993-cü ilə qədər təşkilatımız maddi baxımdan çox çətin dövrlər 

yaşadı. Binamızın Birinci mərtəbəsini icarəyə verərək jurnallarımızı, qəzetmizi saxlaya 

bildik. 


Heydər  Əliyev  ikinci  dəfə  hakimiyyətə  gələndən  sonra  Yazıçılar  Birliyinin  özü 

də,onun  ədəbi  orqanları  da  dövlət  büdcəsinə  qəbul  edildi  və  beləliklə  ədəbi 

mətbuatımız,deməli  ədəbiyyatımız  və  dolayısıyla  ədəbi  dilimiz  xilas  olundu.  Əvvəlki 

qurultaylarda  iştirak  edən    Heydər  Əliyevi  vəzifə  başında  olmayanda  da  1X 

Qurultayımıza  dəvət  etdik  və  o,  qurultayda  iştirak  etdi.1997-ci  ildə  X  qurultayımızda 

Azərbaycanın Prezidenti kimi çıxış edən Heydər Əliyev bu faktı minnətdarlıq hissiylə 

xatırlayırdı.Heydər  Əliyevin  Azərbaycan  Yazıçılar  Birliyinin  fəxri  üzvü  seçilməsində 

onun  illər  boyu  ədəbiyyat  məsələləri  haqqında,ayrı-ayrı  klassik  və  müasir 

yazıçılarımızın yubileylərində etdiyi dəyərli çıxışları və məruzələri də nəzərə   alınırdı. 

Ulu  öndərimizin  yolunu  layiqli  şəkildə  davam  etdirən  hörmətli  prezidentimiz 

İlham Əliyev də yazıçıların və Yazıçılar Birliyinin problemlərinə daima böyük diqqətlə 

və  qayğıyla  yanaşır.Təklifimizlə  Tərcümə  Mərkəzinin  büdcəyə  salınması,  binamızın 

əsaslı  şəkildə  təmir  olunması,  70  nəfər  yazıçıya,o  cümlədən  20  gəncə  təqaüdlər 

verilməsi bu diqqətin və qayğının bariz örnəyidir. 

Gənclərlə işi Yazıçılar Birliyi  fəaliyyətinin ən mühüm  sahələrindən biri sayır. X 

və X1 qurultaylarda Birliyin gənclər üzrə katibləri seçildilər,Yazıçılar  Birliyində Elçin 

Hüseynbəylinin  rəhbərliyi  ilə  Gənclər  şurası  yaradıldı,  «Ulduz»  jurnalı  bütünlüklə 

gənclərin ixtiyarına verildi. 

Aydın  dərk  edirik  ki,gənclər  ədəbiyyatımızın  gələcəyidir.  Bu  gələcəyin  necə,nə 

qədər  sağlam  və  xalq  üçün  gərəkli  olması  isə  əhəmiyyətli  dərəcədə  bizlərdən  -yaşlı 

nəslin nümayəndələrindən asılıdır.Biz bu missiyanı layiqincə yerinə yetirməyə çalışırıq. 

Xaqani 25…Əvvəllər İttifaqın sıravi üzvü kimi gəlib getdiyim bu binaya son 22 il 

ərzində məsul vəzifə sahibi kimi gəlirəm.Neçə nəsil böyük yazıçılarımızın ruhu yaşayan 

bu  binanın  pilləkanlarıyla  qalxarkən  düşünürəm  ki,  divarlar,daşlar  insan  ömründən 

etibarlıdır.Bizdən  əvvəlkilər  getdiyi  kimi,bir  gün  biz  də  gedəcəyik  və  bizdən  sonra 

gələnlər də gedəcək. 



Bina  isə  qalacaq.Yalnız  memarlıq  abidəsi  kimi  yox,mənəviyyat  ocağı  kimi 

nəsillərlən  nəsillərə  keçəcək.Nəsil-  nəsil  insanların  görüşdüyü,bəzən  sevindiyi,  bəzən 

incidiyi,bəzən  küsdüyü,bəzən  barışdığı  bir  məkan  kimi  ömür  sürəcək.  Xaqani  25 

nömrəli  ev  də  şəhərimizin  tarixi  yerlərindəndir  və  bu  ünvan  daima    ədəbiyyatımızın 

müqəddəs məbədi kimi yaşıçların adıyla bağlı yaşayacaq. 

29 noyabr 2009 

 

 



 

AZƏRBAYCAN  YAZIÇILAR  TƏŞKİLATININ  75  İLLİYİNƏ  HƏSR 

OLUNMUŞ  TƏNTƏNƏLİ  TOPLANTIDA  MƏRUZƏ 



 (16 dekabr 2009)  

 

Hörmətli tədbir iştirakçıları!Əziz qonaqlar!Xanımlar və cənablar! 

Ədəbiyyatımızın,  mədəniyyətimizin  böyük  bayramını  Yazıçılar  Təşkilatının  75 

illiyini  Sizinlə  birlikdə  qeyd  etməyimizdən  şərəf  və  qürur  duyuruq.Bir  saat  bundan 

qabaq  iki  gün  davam  edən  Beynəlxalq  «  Sərhədsiz  söz»  forumunun  işini 

tamamladıq.Hörmətli Prezidentimiz İlham Əliyevin dəstəyi və yardımıyla keçirilən hər 

iki  tədbir  -  həm  forum,  həm  bu  yubiley  təntənəsi  bir  çox  cəhətdən  əlamətdar 

hadisədir.Əvvəla ona görə ki,Azərbaycan və onun paytaxtı- bu il islam mədəniyyətinin 

paytaxtı olan Bakı - regionun nüfuzlu  mədəni mərkəzlərindən biri kimi,bir çox mühüm 

xalqlarası tədbirləri yüksək səviyyədə keçirməyə qadirdir,ikinci cəhət isə hər iki tədbirin 

yazıçıların  ünsiyyət  ehtiyacından,    qarşılıqlı  əlaqələr  yaratmaq  istəyindən,bir-biriylə 

görüşmək, söhbətləşmək,müəyyən lahiyələri müzakirə etmək arzusundan doğulur. 

Bəzi  başqa  ölkələrdə  olduğu  kimi  Azərbaycanda  da  əhli-qələmlərin  bir  araya 

gəlmək,  məclislər  qurmaq  istəyi  ən  azı  X1X  əsrdən  bəri  təşkilatı  cəhətdən  də 

formalaşmışdır.Qarabağda,Gəncədə,Bakıda,Şamaxıda,Naxçıvanda,Şəkidə,Lənkəranda,

Qubada  şeir  məclisləri  hələ  X1X  əsrdə  və  XX  əsrini  əvvəllərində  fəaliyyət 

göstəriblər.Bunlardan ikisini xüsusi qeyd etməyə dəyər.Sonuncu müstəqil Qarabağ xanı 

İbrahim  xanın  nəvəsi,  şairə  və  rəssam  Xurşid  Banu  Natavanın  yaratdığı    «Məclisül  - 

üns»    və  şair,musiqiçi,rəssam,alim  Mir  Möhsun  Nəvvabın  yaratdığı  «Məclisül 

Fəramuşan»    Azərbaycan  ədəbiyyatı  və  müsiqisinin  beşiyi  Şuşanın  qaynar  mədəni 

həyatının bariz örnəkləridir.  

XX əsrin əvvəllərində Azərbaycanın ədəbi həyatı əsasən iki curnalın - eyni ildə -

1906-cı  ildə  nəşrə  başlayan  «Molla  Nəsrəddin»  və  «Fyüzat»  curnallarının  ətrafında 

formalaşır.Mirzə Cəlil Məmmədquluzadənin Ömər Faiqin fəal  əməkdaşlığıyla çıxardığı 

«Molla  Nəsrəddin»  curnalı  böyük  Mirzə  Ələkbər  Sabir,  Ə.Haqverdiyev,  Ordubadi, 

Qəmkusar,  Əli  Nəzmi,  Üzeyir  Hacıbəyli  kimi  şairlər,  nasir  və  publisitlər  yetişdirdi. 

Əlibəy  Hüseynzadənin  redaktorluğu  ilə  nəşr  olunan  «Fyuzat»  jurnalının  səhifələrində 


Məhəmməd  Hadinin,  Abbas  Səhhətin  ,Hüseyn  Cavidin,Abdulla  Şapiqin  istedadları 

parladı. 

İstər  «Molla  Nəsrəddin»,  istərsə  də  «Fyüzatın»  müxtəlif  üslublarla,  müxtəlif 

yollarla  ifadə  etdiyi  amallar  -azadlıq,müstəqillik,demokratiya  amalları  1918-ci  il 

mayısın  28-  də  Şərqdə  və  Türk  dünyasında  ilk  cumhuriyyətin  -  Azərbaycan  Xalq 

Cümhuriyyətinin  yaranmasıyla  yeni  vüsət  tapdı.Bu  dövrdə  milli  ruhda,İstiqlalı 

tərənnüm edən şeirlər,dram əsərləri,publisist yazılar meydana çıxdı,   yazıçıların  «Yaşıl 

qələmlər»  adlı  təşkilatı  yarandı.Həmin  təşkilat  sovet  dönəmində  də  bir  neçə  il 

fəaliyyətini  davam  edərək  köhnə  dövrün  qocaman  yazıçılarını  birləşdirirdi.Eyni 

zamanda yeni dövrün öz yaradıcılıq təşkilatı «Qızıl qələmlər» yarandı, Elə həmin illərdə 

AZAP  Azərbaycan  proleter  yazıçıları  assotsiatsıyası    fəaliyyətə  başlamışdı.Bu  proses 

bütün 


sovetlər 

ölkəsində 

gedirdi.Moskvada 

 

Prolektult,RAPP, 



LEF, 

konstuktivistlər,imacinistlər  və  başqa  ədəbi  cərəyanlar  müxtəlif    qruplar  şəklində  

fəaliyyət göstərirdilər. 

Nəhayət, 1934-cü ildə  ölkə miqyasında və hər bir respbikada bütün bu təşkilatlar 

birləşdirilərək  vahid  Yazıçılar  İttifaqı  yarandı.  Bu  ideyanın  Maksim  Qorkidənmi, 

Stalindənmi  gəldiyi  barədə  mübahisə  etmək  olar.Hər  halda  belə  bir  təşkilatın 

yaranmasında  Maksim  Qorkinin  öz  niyyəti,  Stalinin  öz  niyyəti  olub.  Böyük  yaşıçı 

Maksim Qorki həqiqətən də ədəbi həyatı bir mərkəzə bağlamaq istəyirdi, bu mərkəzin 

yazıçıların  yaradıcılıq  problemləri,  nəşryyat,  qəzet,  jurnal  problemlərindən  məişət 

problemlərinə  qədər  bir  çox  məsələlərdə  onlara  qayğı  göstərəcək,onlar  üçün  geniş 

imkanlar  açacaq  təşkilat    kimi  düşü-nürdü.  Stalinin  niyyəti  isə  bir  növ  Ədəbiyyat 

Nazirliyi yaratmaqla ədəbiyyatı partyiaının nəzarəti altında saxlamaq idi.Təsadüfi deyil 

ki,  məsələn  elə  bizim  Azərbaycan  Yazıçılar  İttifaqından  fərqli  olaraq  SSRİ  Yazıçılar 

İttitfaqına  müəyyən  vaxtlarda  ədəbiyyata  heç  bir  dəxli  olmayan  Şeirbakov  və 

Polikarpov kimi partiya funksionerləri  də rəhbərlik etmişlər.,Ümumillitiffaq Yazıçılar 

Qurultaylarında Partiya rəhbərləri Buxarin, Jdanov məruzələr ediblər. 

Doğrudur,  Azərbaycani  Yazıçılarının  Birinci  qurultayında  da  şeir  üzrə  Partiya 

işçisi,  özü  də  Azərbaycan  dilini  bilməyən  erməni  Çubar  məruzə  etmişdir,  amma  hər 

halda  İtttifaqımızın  rəhbərlərinin  hamısi  şairlər,  nasirlər,  tənqidçilər  olub.  Çox  çətin 


vaxtlarda  Yazıçılar  İttifaqına  rəhbərlik  edən  insanların  xidmətlərini  unutmaq  olmaz. 

Mən  böyük  hörmət  və  ehtiramla  onların  adlarını  çəkmək  istəyirəm:  Məmmədkazım 

Ələkbərli,  Seyfulla  Şamilov,  Səməd  Vurğun,  Rəsul  Rza,  Süleyman  Rəhimov,  Mirzə 

İbrahimov, Mehdi Hüseyn, İmran Qasımov, İsmayıl Şıxlı. 

Təşkilatımızın  75  illik  tarixinə  nəzər  salarkən  Azərbaycan  Yazıçılar  İttiifaqının 

keçmişində  şərəfli,qürur  doğuracaq  səhifələrlə  yanaşı,uğursuz  illərin  acıları  da  yada 

düşür.30-a qədər Azərbaycan yaşıçısı 37-ci ilin repressiya qurbanları olmuş,güllələnmiş, 

sürgün  edilmişlər.  Bu,  İttifaqşımızın  o  vaxtki  üzvlərinin  üçdə  biridir.  1988-ci  ildə 

keçmiş  Sovet  İttifaqında  ilk  olaraq  biz  Yazıçılar  Birliyində  respressiya  qurbanları 

yazıçıların  -xatirə  lövhəsini  asdıq.Bu  lövhədə  -27  yazıçımızın  adları  həkk  olunub. 

Amma o dövrün mətbuatını vərəqlədikdə görürük ki, repressiya olunanlar arasında həm  

millətçilikdə, pantürkizmdə, antisovetçilikdə ittiham olunan şəxslərin adları var,həm də 

onlara  bu  ittihamları  verən  bəzi  tənqidçilərin.  Elə  həmin  ildə  başqalarına  ittiham 

verənlərin  bir  çoxu  həmin  ittihamlarla  tutuldular,  sürgün  edildilər,  güllələndilər.Çünki 

repressiyaları  heç  bir  məntiqlə  izah  etmək  mümkün  deyil.  Cavidi,  Cavadi 

millətçilikdə,pantukrçülükdə  ittiham  edirdilər,  amma  bu  iltihamçıların  özləlri  də 

repressiya  qurbanı  oldular,  «oxu  tar,  səni  kim  unudar»  şeirini  yazan  istedadlı  şair 

Mikayıl Müşfiqi də güllələdilər, tarı qadağan edən Xalq komissarını da… 

Taleyin  qismətiylə  ədəbiyyatımıza  vurulan  bu  ağır  zərbələrə  rəğmən,  istedadlı 

şairlərimizin,  yazıçılarımızın  böyük  bir  qismi  ədəbiyyatımızı  sönməyə,  məhv  olmağa 

qoymadılar, bütün çətinliklərə sinə gərərək dilimizi,  mənəviyyatımızı, milli varlığımzı 

yaşada,  ədəbiyyatımızı  poemalarla,  romanlarla,  dram  əsərləriylə,  şeir  və  hekayələrlə, 

tənqidi məqalələrlə, publisist yazılarla zənginləşdirdilər.  

Kəsərli  yazıçı  sözü    İkinci  Dünya  müharibəsi  illərində    bütün  xalqlara  qənim 

kəsilmiş  faşizm  təhlukəsiylə  mübarizədə  mühüm  rol  oynadı.  Yazıçılarımızın  bir  çoxu 

əlində  silah  müharibə  cəbhələrində  vuruşdu,bir  qismi  hərbi  müxbir  kimi  cəbhə 

qəzetlərində çalışdı,bəziləri də əsgərlərlə görüşlərdə onları döyüşə ruhlandırdı. 

1945-1946-cə illərdə Azərbaycan yaşıçıları Gənubu Azərbaycanda   milli şüurun 

oyanmasında  böyük  xidmətlər  göstərdilər.Qısa  bir  müddətdə  elə  bir  şərait  yaranmışdı 

ki, Sovet  



Azərbaycanının şairləri,yazıçıları Gənub mövzularına müraciət edərkən ən dərunu 

milli  duyğularını,vətənpərvərlik  hisslərini  parlaq  və  səmimi  şəkildə  ifadə  edə 

bilirdidilər. 

Müharibədən sonra ədəbiyyatımıza bir sıra istedadlı yazıçılar nəsli gəldi.  

Sovet dövründə əhəmiyyətli dönüş illəri  60-cı illərdən sonra başlandı.Bu zaman 

bütün  sovet  cəmiyyətindəki  ilıq  əsintilər,  buzların  əriməsi  ədəbiyyata,sənətə  təsir 

etməyə  bilməzdi.  Əlbəttə  ədəbiyyatın  yeni  mövzulara,  yeni  qəhrəmanlara,  yeni  ifadə 

vasitələrinə  müraciət  etməsini  yalnız  60-cı  illərdə  ədəbiyyata  gələn  nəsillərin 

yaradıcılıqlarıyla  bağlamaq  düz  olmaz.  Daha  yaşlı  nəsldən  olan  yazıçılar  da  bu 

yeniləşmə  prosesisndə  fəal  iştirak  edirdilər.  Sanki  onların  da  ikinci  nəfəsi  açılmışdı. 

Amma təbii ki,bu yeniləşmə prosesinin əsas yükünü altımışıncılar nəsli daşıyırdı. 

Nə  yazıq  ki,  az  sonra  bu    siyasi-ictimai  ab-hava  yeni  «buz  dövrüylə»,  sonralar  

durğunluq  adlandırılan  dövrlə  əvəz  olundu.  Nə  forma,nə  məzmun  baxımından  ötən 

dövrlərə qayıtmaq istəməyən yazıçılar - yeni çətinliklərlə qarşılaşdılar.  

Bu  proses  Moskvada  müəyyən  dərəcədə  dissident  hərəkatına  təkan  verdi. 

Azərbaycanda  bu  dövrdə    Moskvadakı  kimi  ənənəvi  anlamda  dissident  ədəbiyyatı 

adlana  biləcək  prosesin  nəzərə  çarpmamasının  bir  səbəbi  o  idi  ki,paytaxtda  bu 

yazıçıların  hər  addımı,hər  hərəkəti  dünya  mətbuatının  diqqət  mərkəzində  idi. 

Azərbaycanda belə hərəkətlər xəbər-ətərsiz ötüşə bilərdi.  

Amma  ikinci,daha  vacib  səbəb  o  idi,  bu  dövrdə  Azərbaycana  rəhbərlik  edən 

Heydər  Əliyevin    uzaqgörən  siyasəti  nəticəsində  Azərbaycanda    bütün  danoslara  və 

deyicilərə baxmayaraq heç kəs dissident elan olunmadı.Artıq müstəqillik dövründə bu 

barədə  açıq  danışan  Heydər  Əliyev  xatırlayırdı  ki,ona  vaxtilə  nə  qədər    xəbərçilik 

edirlərmiş,  «flan  şair  -  millətçidir,filan  yaşıçı  pantür-kistdir,flankəsin  özü  də 

antisovetdir,babası  da  sovet  hakimiyyətinin  düşməni  olub  və  s.  H.Əliyev  isə  bu 

şeytançılıq  edənlərə,çuğulçulara  deyil,haqqında  danos  verilən  mətnlərlə,  -  əsərlərlə, 

jurnallarla,  tamaşalarla  tanış  olurdu  və  özü  dediyi  kimi,  görürdü  ki,  burada  deyilənlər 

deyil, xalqa, onun milli şüurunun yetişməsinə yönəlmiş gərəkli fikirlər və meyllər var. 



Doğrudan  da,  Sovet  dövründə  ən  nüfuzlu  ictimai  təşkilat  olan  Yazıçılar  İttifaqı 

hər zaman dilimizin, mənəviyyatımızın, milli varlığımızın keşiyində durub, xalqımızın 

mühüm taleyüklü məsələləri meydana çıxanda ən gur səslənən yazıçı sözü olub. 

1990-91-ci  illərdə  Azadlıq  meydanına  gedən  yollar,  Milli  müstəqillik,  Azadlıq 

uğrunda mübarizənin ilk addımları Yazıçılar təşkilatından başlanırdı. 

Hazırki dövrdə siyasi partiyaların fəaliyyət göstərdiyi,müxtəlif ictimai qurumların 

bolluğu,mətbuat  və  söz  azadlığı  dövründə  Yazıçılar  Birliyi  xalqımızın  taleyüklü 

problemlərindən yayınmadan əsas diqqətini yaradıcılıq məsələlərinə yönəldir. Yazıçılar 

Birliyi  öz  üzvlərinə  də  onların  partiya  mənsubiyyəti    və  siyasi  əqidələri  baxımından 

deyil,  yaradıcılıq  nöqteyi-nəzərindən  yanaşır.  Elə  buna  görə  də  Mosvanın,  Rusiyanın, 

əksər  keçmiş  sovet  respbilkalarının  Yazıçılar  təşkilşatlarından  fərqli  olaraq  bizim 

Birliyimiz dağılmadı, parçalanmadı, əmlakı hərraca çıxarılmadı. 

Ara-sıra  Yazıçılar  Birliyinə  yersiz  iradlar  tutmağı  əsas  məqsədlərinə  çevirmiş 

bəzi  qəzetlərdə  «Yazıçılar Birliyi  lazımdırmı»yaxud  «Yazıçılar  Birliyi  kimə  lazımdır» 

kimi mənasız suallar gündəmə çıxarılır. Özü də ən qəribəsi odur ki, bu sualları ortaya 

atanlar ya Yazıçılar Birliyindən çıxdıqlarını bəyan edən-lərdir ya  heç vaxt bu təşkilatın 

üzvü olmayanlar.Əgər bu təşkilata heç bir dəxliniz olmadığınizi iddia edirsinizsə onun 

hər işi niyə sizi bu qədər maraqlandırır,narahat edir? 

Hələ  1997-ci  ildə  X  Qurultayımız  ərəfəsində  belə  söz-söhbətlər  qızışdırılarkən 

Ümummilli liderimiz Heydər Əliyevin gənc Yazıçılarla görüşdə dediyi sözlər bütün bu 

iddialara ən tutarlı cavab oldu. Heydər Əliyev deyirdi: 

«Yazıçılar İttifaqı xalqımıza nə qədər böyük fayda verib.İndi durub deyək ki,bu 

Yazıçılar Birliyi lazımdır,ya lazım deyil? Şübhəsiz ki,indi sərbəstlikdir, hərə öz fikrini 

deməlidir,bu da tam təbiidir.Amma mən öz fikrimi deyirəm, əlbəttə ki,Yazıçılar Birliyi 

lazımdır….Mən hesab edirəm ki, Azərbaycan Yazıçılar Birliyi keçən qurultaydan indiyə 

qədər  çox  iş  görübdür.Yazıçılar  Birliyini  qoruyub  saxlayıb,onun  parçalan-

masına,dağılmasına yol verməyibdir. Axı Yazıçılar Birliyi də böyük sınaqlardan keçib. 

Görürsünüz bu altı ildə Azərbaycanın başına nə işlər gəlibdir, Yazıçılar Birliyi də bütün 

bu  sınaqlardan,imtahanlardan  keçibdir.Ona  görə  də  şəxsən  mən  belə  hesab  edirəm  ki, 


bünü  yüksək  qiymətləndirməliyik.  Yazıçılar  Birliyinə  rəhbərlik  edən  şəxslərin 

fəaliyyətini yüksək qiymətlənldirmək lazımdır»  

Yeri gəlmişkən, bu il «Ədəbiyyat qəzeti»nin nəşrə başlamasının da 75 yaşı tamam 

olur. 


İnsan ömrü kimi qəzetin də 75 yaşı bir ahıllıq,müdriklik dövrüdür.Hər bir insan 

kimi qəzetin də səhvləri,büdrəmələri  ola bilər.Amma «Ədəbiyyat qəzeti» də eyni çətin 

illərin  sınaqlarından  keçmiş,öz  təmkinini,  mötədilliyini,  mötəbərliyini  saxlaya  bilmiş 

qəzetdir.Bəziləri    bu  qəzetdən    sensasiyalı,  qalmağallı  yazılar  gözləyirsə,  qəzet  bu 

bayağılığa  getmir,öz  ədəbi  sifətini  saxlamağa  çalışır,Qəzet  Ədəbiyyatın  güzgüsüdür. 

Əgər  istedadlı,ciddi  yazıçılar  bu  qəzetdən  uzaq  duracaqlarsa,onu  qınamğa  haqları 

yoxdur,əksinə ən yaxşı yazılarını bu qəzetdə çap etdirməklə qəzetimizin səviyyəsini  də 

qaldıra bilərlər.  

«Ədəbiyyat  qəzeti»nə  Ümummilli  liderimizin  verdiyi  yüksək  qiyməti  də 

unutmamalıyıq. Heydər  Əliyev deyirdi: 

 «Ədəbiyyat  qəzet»nin  nəşr  olunması  çox  yaxşı  bir  haldır  və  mən  bunu  həmişə 

dəstəkləmişəm,kömək etmişəm, bündan sonra da kömək edəcəm..Onu da deyim ki,mən 

Moskvada  yaşayarkən  işlədiyim  zaman,həm  də  işləmədiyim  zaman  «Ədəbiyyat 

qəzeti»ni  daim  alırdım.Azərbaycanın  bütün  qəzetlərini  alırdım,amma  «Ədəbiyyat 

qəzeti»ni  xüsusi  oxuyurdum…Ona  görə  də  mənim  bu  qəzetə  çox  böyük  hörmətim 

olubdur.Və  qəzet  də  həqiqətən  bizim  xalqımız  üçün  çox  xidmətlər  göstəribdir.  Çox 

yaxşı ki, bu qəzet də indi çıxır». 

Bu dəyərli sözlərə yalnız onu əlavə etmək istəyirəm ki, son zamanlar «Ədəbiyyat 

qəzeti»nin bazasında rus dilində aylıq « Mir literaturı» qəzeti də nəşr olunur.Fürsətdən 

istifadə  edib  mən  «Ədəbiyyat  qəzeti»nin  əməkdaşlarını,  müəlliflərini  və  oxucularını 

qəzetin 75 illiyi münasibətiylə ürəkdən təbrik etmək istəyirəm. 

Yazıçılar Təşkilatının başqa  qocaman və nisbətən gənc nəşrləri də var. Ənənəvi 

«Azərbaycan»  ,  «Literaturnı  Azerbaycan»,«Ulduz»  jurnallarına  «Dünya  ədəbiyyatı», 

«Körpü»,  «Mütərəcim»    topluları  və  ən  son  günlərdə  Türk  dünyası  ədəbi  əlaqələrini 

ehtiva  edən  «Çinar»  toplusu  da  əlavə  olunub.Qırx  il  bundan  qabaq  Mədəniyyət 

nazirliyinin  orqanı  kimi  nəşrə  başlayan  «Qobustan»  toplusu  indi  yalnız  Yazıçılar 



Birliyinin  orqanıdır.Bizim  israrlı  və  inadlı    səylərimizlə  Yazıçılar  Birliyi  nəzdində 

Tərcümə  və  ədəbi  əlaqələr  Mərkəzi  yaradıldı.    Mərkəz  dünya  ədəbiyyatının      bir  çox  

qiymətli  örnəklərini  orijinalların  dillərindən  birbaşa  çevirir,kitablar  şəklində    və 

«Xəzər» toplusunda nəşr edir. 

Əvvəllərdə  qeyd  olunan  sınaq  illərində,sovet  dönəmində  və  müstəqilliyimizin 

1993-cü  ilinə  qədər  təşkilatımız  maddi  baxımdan  çox  çətin  dövrlər  yaşadı.  Binamızın 

birinci  mərtəbəsini  kirayə  verərək  jurnallarımızı,  qəzetimizi  saxlaya  bildik.  Heydər 

Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra Yazıçılar Birliyinin özü də,onun ədəbi 

orqanları  da  dövlət  büdcəsinə  qəbul  edildi    və  beləliklə  ədəbi  mətbuatımız,  deməli 

ədəbiyyatımız və dolayısıyla ədəbi dilimiz xilas olundu. 

Sonrakı  illərdə    bizim  müraciətimizlə  və  Prezident  İlham  Əliyevin  yardımıyla 

Tərcümə və Ədəbi əlaqələr Mərkəzi də büdcəyə qəbul olundu. 

Ədəbi  orqanlarımızın,  bütün  bu  nəşrləri  himayə  edən  Yazıçılar  Birliyinin  də 

maddi çətinliklərdən xilas olması ədədbiyyatımızın  yeni uğurlarının rəhni oldu. 

Yalnız  son  dövrın  ədəbi  məhsullarına  nəzər  salsaq  aydın  görərik  ki,bu  illərdə 

geniş  ədəbi  ictimaiyyətin,oxucuların  marağına  səbəb  olan  bir  çox  dəyərli  poemalar, 

romanlar, şeilər, hekayələr,publisist yazılar,tənqidi məqalələr işıq üzü görüb. Qocaman 

yazıçımız İsa Muğanna gənclik şövqüylə yeni qiymətli romanlar meydana çıxarıb. Xalq 

Yazıçısı  Elçinin  romanları, povestləri, hekayələri  yalnız  Azərbaycanda  deyil,  Türkiyə, 

Rusiya  mətbuatında  da  maraqla  izlənir,onun  kitabları  Moskvadan,  Türkiyədən  başqa, 

Ruminiyada,  digər  ölkələrdə  də  çap  olunur,  pyesləri  Türkiyə  səhnələrində  tamaşaya 

qoyulur.  

Rüstəm  İbrahimbəyovun  pyesləri  Moskvanın  və  neçə-neçə  xarici  ölkənin 

tearlarında  uğurla  tamaşaya  qoyulur.  Kamal  Abdullanın  romanları  Türkiyədə, 

Moskvada,  Polşada,  Fransada,  Braziliyada  nəşr  olunub.  Odur  ki,  bəzən  Azərbaycan 

ədəbiyyatı Biləcərdən (bəziləri insafa gəlib Yevlaxdan) o yana keçmir deyənlərə ABŞ-

ın,  Fransanın,  Brazirliyanın,  bir  çox  Avropa  ölkəsinin  hər  halda  Biləcəridən  də, 

Yevlaxdan  da  o  yana  olduğunu  xatırlatmaq  lazım  gəlir.  Özü  də  bu  sözü  bəzən  elə 

adamlar deyir ki, ömründə Azərbaycan dilində Azərbaycan yazıçısının bircə səhifəsini 

də oxumayıb. Bir söz ədəbiyyatımız Biləcəridən keçib Braziliyaya  gedib çıxmışdır. 



Çingiz  Abdullayevin  romanları  dünyanın  28  dilinə  çevrilib,  müxtəlif  ölkələrdə 

milyon  tirajlarla nəşr  olunub.  Fikrət  Qocanın,  Vaqif  Səmədoğlunun,  Ramiz  Rövşənin, 

Məmməd  İsmayılın,  Abbas  Abudllanın,  Zəlimxan  Yaqubun  gənc  şair  Səlim 

Babullaoğlunun  Türkiyədə  nəşr  olunmuş  kitabları  bu  ölkənin  dövrü  mətbuatında  da 

rəğbətlə qarşılanıb. Füruzə Məmmədlinin, Akif Əhmədgilin, Qəşəm Nəcəfzadənin, gənc 

şairlərdən  Qulu  Ağsəsin,  Əkbər  Qoşalının,  Elxan  Zalın,  İlqar  Fəhminin  şeirləri  də 

Moskvada, Avropa ölkələrində, Türkiyədə, İranda nəşr olunur. 

Son  dövr  nəsrimizin  uğurları  sırasında        Mövlud  Süleymanlının,Sabir 

Rüstəmxanlının,  Natiq  Rəsulzadənin,  Aqil  Abbasın,  Elçin  Hüseynbəylinin  roman, 

povest və hekayələri  Türkiyədə, Rusiyada, Polşada, Ukraynada nəşr olunmuşlar. Qadın 

yazıçılarımızdan  Sara  Oğuzun  və  Afaq  Məsudun  hekayələri  ABŞ-da,Afaq  Məsudun 

yazıları  habelə  Avstriyada  da    dərgilərdə  nəşr  olunub.Əgər  bütün  bunlar  çağdaş 

ədəbiyyatımızın uğurları sayılmırsa mən bilmirəm onda uğur nəyə deyərlər? 

Heç sovet vaxtında da baş verməmiş əlamətdar bir hadisə  -- Moskvada «Drujba 

narodov»  jurnalının  bütün  bir  nömrəsinin  yalnız  Azərbaycan  ədəbiyyatına  həsr 

olunmasıdır.  Ukraynada  çıxan  «Kievskaya  Rus»  jurnalının  da  bir  nömrəsi  bütünlüklə 

Azərbaycan  ədəbiyyatına  həsr  edilib.  Türkiyədə  «Qardaş  qələmlər»  dərgisinin  hər 

nömrəsində Azərbaycan yazıçılarının yazılarına  geniş yer verilir. Sevindirici haldır ki 

,gənc  yazıçılarımız  əsərlərindən  ibarət  olan  almanaxlar  da  Türkiyədə,  Polşada, 

Ukraynada,  Rusiyada,  Gürcüstanda  nəşr  olunur,  istedadlı  cavanlarımız  get-gedə  daha 

geniş miqyasda tanınırlar.  

Yazıçılar  Birliyinin  təşəbbüsüylə  yaradılmış    «Bayatı»  kitab  dükanında  gənc 

yazarların  imza  günlərində  onların  kitablarına  böyük  oxucu  marağı  hamımızı 

fərəhləndirir.  Bütün  bu  faktlar  ədəbiyyatımızın  Azərbaycanın  özündə    maraq 

doğurmaqla yanaşı, beynəlxalq aləmdə də səslənməsinə  təkzib olunmaz sübutdur. 

Adətən  çağdaş    ədəbiyyatımızda  dəyərli  əsərlər  yaranmayıb  iradına  cavab 

verərkən  bəzi  yazıçılar  ilk  öncə  və  ancaq  öz  əsərlərini  xatıladırlar.  Gördüyünüz  kimi 

mən  bu  son  illərdə  geniş  şöhrət  tapmış  ədəbi  əsərərimizin  mümkün  qədər  geniş 

panoramını  göstərməyə  çalışdım.  Amma  bəzi  qəzetlərin  köşə  yazarları,  daha  doğrusu 

küçə yazarları mənim bütün əsərlərimi inkar edib öz səviyyələrinə endirib aşağılamağa 



çalışanda, yaxud«Anar axır illər heç nə yazmır» deyəndə məcburam ki,ədalət və insaf  

naminə bəzi faktları xatırladım.  

Son  illərdə  yazdığım  «Qırmızı  limuzin»  hekayəsi  ABŞ-da,  Polşada,  Ruisyada 

(«Drujba  narodov»  jurnalında  və  kitabımda),  Türkiyədə  nəşr  olunub.  «Otel  otağı» 

povestim  Turkiyədə,  Rusiyada  çap  edilib,  əsasında  mərhum  rejissorumuz  Rasim 

Ocaqov  film  çəkib.  Qeyri  təvazökarlıq  kimi  görünsə  də  görkəmli  alimimiz  Nizami 

Cəfərovun  bu  əsər  haqqında  fikrini  gətirməliyəm.  Nizami  yazır  ki,  «Otel  otağı» 

Azərbaycan ədəbiyyatının XX əsrin sonunda yaratdığı ən möhtəşəm obrazdır və dünya 

ədəiyyatının  böyük  nümunələriylə  bir  sırada  durur.  «Ağ  qoç,  qara  qoç»  Bakıda, 

Moskvada,  (kitabımda  və  «Drujba  narodov»  jurnalında),  Türkiyədə  (ayrıca  kitab 

şəklində və «Orta Doğu» qəzetində silsilə şəklində), Rumıniyada(ayrıca kitab şəklində), 

eləcə də ingilis, alban və qazax dillərində çap olunandan sonra haqqında Azərbaycan, 

rus, türk, rumın mətbuatında 30-dan artıq məqalə çıxıb. Əgər bütün bu faktlara gözünü 

yumub,  qulağını  tıxayan,  işi-peşəsi  yalnız  tanınmış  yazıçıları  və  hər  uğurlarına 

qısqandığı  istedadlı  gənc  yazıçıları  sancmaq,  zəhərləmək  olan  birisi,  mən  bunu  əsər 

saymıram  -deyirsə,  sual  olunur,  yaxşı sənin özünü, sözünü bir  sayan  varmı  ki, sən  də 

kimisə ya nəyisə saymayasan. 

Qəribədir  ki,  bəzən  bir-birinə  qarşı  qatı  müxalif  mövqedə  duranlar,o  cümlədən 

bəzi  iqtidar  qəzetlərinin  və  bəzi  müxalifət  qəzetlərinin  yazarlarını  Yazıçılar  Birliyinə, 

ümumyən  çağdaş ədəbiyyatımıza, bəzən hətta klassiklərimizə də  eyni bədxah, inkarçı 

münasibət  birləşdirir.  Yaxşı  ki,  heç  olmasa  Yazıçılar  Birliyinə  qarşı  qərəzli 

münasibətlərində konsensusa gələ bilirlər.  

Əlbəttə, belə bayram günündə bu sayaq atmacalara cavab verməyin bəlkə də yeri 

deyil, amma əvvəl axır bütün bu ucuz təxribatlara bir dəfə cavab vermək lazımdır axı. 

İşıqlı bir  insan olan Nəcəf  Nəcəfovun  yaratdığı  «Azadlıq»  qəzetində  indi  yuva salmış 

üç-dörd  nəfər  köşə  yazarının  işi-peşəsi  Azərbaycan  ədəbiyyatına,  tanınmış 

yazıçılarımıza,  Yazıçılar  Birliyinə,  konkret  olaraq  mənə  böhtan  atmaqdır.  Əgər 

«Azadlığın»  bir  nömrəsində  mənə  qarşı  yazı  yoxdursa,  deməli  o  gün  qəzet  çıxmayıb. 

Belə  birisi  açıq  yazır  ki,  biz  şər  atdığımızı,  böhtan  atdığımızı  bilirik,  bunu  bilə-bilə 

edirik ki, o adamların, təzyiqi qalxsın, şəkəri artsın, biz də bir az rahat olaq. Görün nə 



qədər bədbəxt məxluqdurlar ki, həyatlarının ən böyük sevinci və rahatlığı başqalarının 

qanını  qaraltmaqdır.  Başqalarını  əsəbləriylə  oynamağı  qarşılarına  ulu  məqsəd  kimi 

qoyanları  rahatsız  edən,  qanlarını  qaradan  da  Azərbaycanımızın,  o  cümlədən 

ədəbiyyatımızın  hər  uğurudur.  Yazıçılar  Birliyinin  hər  uğurlu  tədbiridir.  Bu  qədər 

nüfuzlu əcnəbi qonağın iştirakıyla yüksək səviyyədə keçən tədbir də bunların yuxusunu 

qaçırıb,  «Azadlıq» qəzetinin adını belə çəkmək istəmədiyim həmin  paparatsilər(onları 

jurnalist adlandırmağa adamın dili gəlmir) dərhal qələmə sarılıb açıq təxribata əl atıblar.  

Mənim,  ayın  14-də  Natavan  klubunda  60  nəfərin  iştirakıyla  keçirilən    Mətbuat 

konfransında məhz belə küçə yazarlarına aid dediyim sözdəri başqa ünvana yönəltmək  

-  dələduzlduğun  ən  bariz  örnəyidir.Özlərinin  Yazıçılar  Birliyinə  heç  bir  dəxlləri 

olmadıqları  halda,  daima  bütün  dərdləri-  azarları  Yazıçılar  Birliyidir,  guya 

Azərbaycanın  başqa  heç  bir  problemi  qalmayıb.  Heç  bir  haqları  olmadan  Yazıçılar 

Birliyinin  daxili  məsələlərinə  qarışır,  Qurutlayımızın  haçan  keçiriləcəyi,rəhbərliyə 

kimin  gedib  kimin  gələcəyi  haqqında  bir-birindən  əcaib  şayiələr  uydurur,  sonra  da  

başlayırlar öz iftiralarını müzakirə etməyə.  

Onu  da  deyim  ki,  müxalifətə  ən  böyük  ziyanı  məhz  belə  mətbuat  səhifələrində 

dərc olunan yalan-palanlar vurur. O qədər yalan yazırlar ki, doğru sözlərinə də inanan 

qalmır.  

Mən sarıdan onları daim qıcıqlandıran odur ki, mən həmişə - o, iş başında olanda 

da, olmayanda da böyük  Heydər Əliyevi yüksək qiymətləndirmişəm.  

Elə  hey  təkrar  edirlər  Anar  Heydər  Əliyev  haqqında    «Qalib  gəldi,qalib  getdi» 

yazıb.Bəli, belə yazmışam,həmişə də bu fikirdə olmuşam.Onun bü dünyadan qalib kimi 

getdiyini  kim  inkar  edə  bilər?  Sizin  fikrinizcə  o  Azərbaycana  bəla  gətirirb,mənim 

fikrimcə  o,  Azərbaycanı  bəlalardan  xilas  edib.  93-cü  il  hadisələrini  -    Azərbaycanın 

parçalanma 

təhlükəsini,vətəndaş 

müharibəsini, 

qardaş 


qırğınını 

nə 


tez 

unutdunuz,sizlərin özünüzün də son xilas yolu kimi  Heydər  Əliyevə  üz tutmağınız nə 

tez  yadınızdan  çıxdı?  Bəli,  o  bü  dünyadan  heç  kəsə  məğlub  olmadan  getdi,  nə 

Qorbaçovun  intriqaları  onu  yıxa  bildi,  nə  erməni  lobbisinin    və  onlara  züy  tutan  bəzi 

özümüzünkülərin  ciddi  cəhdləri,  nə  də  sizin  nökərçilik  etdiyiniz  sahiblərinizin  gücsüz 

təşəbbüsləri… Bilirəm ki, bü çıxışımdan sonra hər nömrəsində məni sancan «Azadlıq» 



qəzeti bəlkə bütün nömrəsini mənə qarşı föhş və böhtanlarla doldurdu. Olsun, əllərindən 

gələni beş qaba çəksinlər. 

Tarix  heç  nəyi  unutmur.  Gec-  tez  tarix  qarşısında  cavab  verməli  olacaqlar  və 

ləkəli adlarını heç vaxt təmizə çıxara bilməyəcəklər. Mən ömrüm boyu ədəbiyyatımızın 

sağlam  qüvvələrinə  inanmışam  və  arxalanmışam,  ədəbiyyatımızın  gələcəyini  də  məhz 

istedadlı,  sağlam  qüvvələrlə  bağlamışam.  Elə  dünən  Filarmoniyada  poeziya  gecəsində 

şeir  oxuyan  23  yaşlı  Qismət  adlı  şairin  necə  hərarətlə  qarşılandığının  şahidi  olduq. 

Qismətin  dünən  oxuduğu  elə  tək  bir  bu  şeiri  özlərini  ədəbiyyata  zorla  sırımağa 

çalışanların neçə-neçə cızma-qarasına dəyər.  

Yazıçılar  Birliyi  gənclərin  sağlam  yolla  inkişaf  etmələri  üçün  əlindən  gələni 

əsirgəmir.. 

Son iki qurultaylarımızda Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibləri seçilmiş, 

Gənclər Şurası yaradılmış, «Ulduz» jurnalı bütünlüklə cavanların ixtiyarına verilmişdir. 

Keçən  qurultayımız  ərəfəsində  Yazıçılar  Birliyinin  rəhbərliyiylə  görüş  zamanı  

Prezident  İlham Əliyev bu məsələni xüsusi vurğuladı. O dedi: 

 «Son  illər  ərzində  Yazıçılar  Birliyinin  fəaliyyəti  çox  uğurlu  olmuşdur,  xüsusilə 

gənc  yazıçılara  böyük  diqqət  göstərilib,  çoxlu  işlər  görülmüşdür.  Bütün  görülən  işlərə 

görə sizə öz minnətdarlığımızı bildirirəm…» 

Mən  də  bu  günkü  tədbirdən  istifadə  edərək  hörmətli  Prezidentimizə 

minnətdarlığımızı  bildirmək  istəyirəm.  Elə  dünənki  və  bugünkü  tədbirlərin 

keçirilməsində  yardımına  görə,  Yazıçılar  Birliyinin  binasının  əsaslı  təmirini  təmin 

etdiyinə görə, 70 yazıçıya, o cümlədən 20 gənc yazıçıya Prezident təqaüdləri verildiyinə 

görə. 

Qəribədir ki, bəziləri özləri  bundan da yüksək təqaüdlər ala-ala, başqa yazıçıların 



təqaüd almalarına etiraz edirlər. Nə isə… 

Bütün 


çətinliklərdən 

keçə-keçə,bütün 

sınaqlara 

sinə 


gərə-gərə, 

dövlətçiliyimizə,mənəvi dəyərlərimizə sədaqətinə görə aramsız hücumlara məruz qala-

qala,  yalnız  öz  ədəbi  vicdanımıza  və  xalqımızın  rəğbətinə  arxalana-arxalana,  bütün 

istedadlara  --  yaşlı  olsun,cavan  olsun  -həmişə  böyük  diqqət  və  qayğıyla  yanaşa-



yanaşa,canlı  bir  orqanizm  kimi  yaşaya-yaşaya  Azərbaycan  Yazıçılar  Birliyi  75  illik 

ömrünü yola salıb 76  yaşına qədəm qoyur.  

Əminik  ki,ədəbiyyatımız  millətimizə,  müstəqil  dövlətimizə  layiq  bir  şəkildə 

inkişaf  edəcəkdir.  Birliyimiz  də  həmişə  olduğu  kimi  öhdəsinə  düşən  bütün  vəzifələri 

namusla yerinə yetirəcəkdir.  

Diqqətinizə görə təşəkkür edirəm. 

 

 

 



 

 




Поделитесь с Вашими друзьями:
1   ...   6   7   8   9   10   11   12   13   ...   44


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə