Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2.61 Mb.
Pdf просмотр
səhifə6/44
tarix23.12.2016
ölçüsü2.61 Mb.
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   44

İPƏK  YOLU 

 

Vaxt  tarixi  məvhum  kimi  müəxtlif  sürətlə  ölçülür.  Elə  dövrlər  olur  ki,onların 



gedişi  duyulmur.Elə  illər  olur  ki,zaman  rəvan  addımlayır.  Nəhayət,elə 

aylar,günlər,saatlər  olur  ki,zaman  sürətlə  uçaraq  hər  şeyi-  siasi-fəlsəfi 

fikri,xalqların,ölkələrin,son  nəticədə  hər  bir  insanın  dünyagörüşünü  --  fikir 

düzümünü,hərəkət məntiqini,yuxu obrazlarını dəyişir. 

İyirmi  il  bundan  qabaq  «Qobustan»  toplusunun  birinci  nömrəsini 

buraxarkən,dilimizdə  olmayan,lakin  Türkiyə  türkcəsiylə 

səsləşən  müəyyən 

sənətşünaslıq  terminlərnini  dilimizə  gətirmək,oxucuları  müasir  və  klassik  Türkiyə  və 

Cənubu  Azərbaycan  mədəniyyəti  ilə  ətraflı  tanış  etmək  cəhdlərimə  görə  o  vaxtkı 

hakimiyyətin  ən  yüksək  dairələrində  məni  pantürkizmdə  günahlandırırdıldar.  Mən  o 

vaxt  təsəvvür  edə  bilərdimmi  ki,gün  gələcək  xalqların  qarşılıqlı  mənəvi 

yaxınlığında,biri  digərinin  tarixini,soykökünü  daha  dərndən  öyrənmək  arzusunda 

pantürkizm xofu maneə kimi aradan qalxacaq. Bu gün səddlər, maneələr, divarlar (Çin 

səddi  kimi,Berlin  divarı  kimi)  uçurulduğu  vaxt  şüurlu  və  qarşılıqlı  surətdə  bütün 

sahələrdə- - mədəniyyət,elm,ədəbiyyvat, incəsənət sahəsinin inkişafında türk xalqlarının 

təcrübə və ideya mübadiləsi labüddür. 

Pantürkizm  müəyyən  ideoloji  ,fəlsəfi  konsepsiya  kimi  öyrənilməyə, 

aparşırılmağa,  təhlil  edilməyə  layiqdir.  Bu  gün  pantürkizmi  yalnız  bütün  türk 

xalqlarının vahid dövlət daxilində birləşdirmək məqsədi kimi düşünmək gülüncdür,bu -

daha  geniş,məhsuldar,  tarixən  əsaslandırılmış,  başlıcası  isə  real  olan  arzuları  -  türk 

xalqlarının  mənəvi  birliyini,türklərin  vahid  mənəvi  aləmini  yaratmaq  arzularını 

cılızlaşdırmaq, bəlkə də qəsdən təhrif etmək deməkdir. 

Məgər iyirmidən artıq ərəb ölkəsi,vaxud ispandilli Latın Amerikası respublikaları 

bir  dövlətdə  birləşirlər?  Yox.  Lakin  siyasi  recim  və  dövlət  quruluşlarındakı  fərqə 

baxmayaraq  (Respublika,dini  ya  konstitusiyalı  monarixiya,  demokratiya,  totalitarizm). 

Ərəb  ölkələri  ümimi  mənəvi-mədəni  məkana  malikdirlər:bu  ölkələrin  vətənldaşlarının 

həyatını  əks  etdirərn  mətbuat,  ədəbi  sahələri  istiqamətləndirən  ədəbi  proses, 

film,auidioviziya  məmulatlarının  geniş  mübadiləsi,  ümimi  ictimai-siyasi  ab-



hava,ümumi  mədəni,tarixi  irs,ümumi  əxlaqi  və  etik  dəyərlər  -ümumi  dünyagörüşünün 

əsasını təmin edir.Bir sözlə, bütün bunlar Vahid Ərəb dünyası haqqında danışmağa əsas 

verən meyyarlardır. 

İngilisdilli  ölkələrin  -  ABŞ  və  Kanadanın(fransızdilli  Kvebek  əyalətini  nəzərə 

almaqla).- mənəvi-mədəni inteqrasiyası məncə ideal qarşılıqlı münasibətlərin örnəyidir. 

Hələ bu ölkələrin  soy əcdadları İngiltərəyə ilə güclü intellektual əlaqələrini demirik. 

Tarixi,dini  və  ideololji  fərqlərlə  aralanmış,müxtəlif  əlifbalara  malik  olan  türk 

xalqları  hələ  qeyri-müəyyən  vəziyyətdə  olan  türk  aləmini  -  Vahid  Türk  dünyasına 

çevirməyə  qadir  olan  intellektual,  mədəni  inteqrasiya  və  koordinasiya  mexanizm-

ləri,institutları yaradılmalıdır. 

Bu tarixən labüd prosesdir(Hərçənd ki,mən daxili və xarici amillərin təsiri ilə türk 

xalqlarının  ictimai-siyasmi  taleyində  müəyyən  dolnanbacları  da  istisna  etmiram,  onlar 

bu prosesləri yubada bilər, lakin qarşısını almaq, dayandırmaq iqtidarında deyil) 

Bu  tarixən  təbii  prosesdə  Azərbaycan  vacib  rol  oynamalıdır.  Qismən  Avropa 

meylli  türk  sahələri  (Türkiyənin  özü,  Kiprin  türk  hissəsi,  Balkan  türk  anklavları)  və 

Uyğur  çöllərindən  Qazaxıstan  və  Orta  Asiyaya  qədər  uzanan  türk  əraziləri  arasında 

körpü rolunu Azərbaycan oynamalıdır. O, həmin fəzanın mərkəzindədir. Həm coğrafi-

siyasi mövqeyinə, həm də tarixən bir çox məsələlərdə birinciliyinə görə. 

Şərqin  ilk  dramaturqu,  dram  və  opera  teatrı  sənətinin  ilk  qaranquşları,  Rusiya 

imperiyasında  ilk  müsəlman  qəzeti,  ilk  respublika  dövlət  quruluşu  (bu  sahədə  bütün 

müsəlman Şərqində birinciliyimiz vardır) 1921-ci ildə Şərq xalqlarının Bakıda Birinci 

qurultayı, Birinci türkoloji qurultay (1926-cı il) - bütün bunlar həm Azərbaycan, həm də 

türk mənəviyyat tarixinin şərəfli səhifələridir. 

Təəssüf ki, türk xalqlarının həyatındakı rolumuzu Stalin irticası dövründə, lap elə 

sonralar da itirdik. Təşəbbüsçüsü olduğumuz və ilk tətbiq etdiyimiz latın əlifbasını da 

qoruya bilmədik. 

Latın qrafikalı əlifbanın bərpası mənəvi birliyimiz üçün mühüm addımdır. Bu iş 

türk  dilləri  ailəsinə  daxil  olan  hər  bir  dilin  xüsusiyyəti  nəzərə  alınmaqla  həyata 

keçirilməlidir. Yeni sözlərin (neologizmlərin) və terminlərin yaranması sahəsində işlər 

də  bu  cür  istiqamətləndirilməlidir.  Bu  məsələlər  ikinci  türkoloci  qurultayın  çağrılması 



zərurətini  göstərir.  Qurultayın  Bakıda  -  Türk  dünyasının  qəlbində  keçirilməsi  ədalətli 

olardı.  Türkoloji  qurultay  nəinki  yuxarıda  qeyd  olunmuş  məsələlərin  həllinə,  həm  də 

müəyyən daimi orqanın yaradılmasına təkan verə bilərdi. 

Bu  orqanı  türk  xalqlarının  humanitar  problemləri  ilə,  onların  tarixi,  ədəbiyyatı, 

incəsənəti, memarlıq və mədəniyyət abidələri ilə məşğul olacaq «Türk YUNESKOsu» 

kimi  bir  təşkilat  şəklində  təsəvvür  edirəm.  Bu  təşkilat  bütün  müstəqil  türk  dövlətləri 

tərəfindən müəyyənləşdirilə və maliyyələşdirilə bilərdi.

2

 



Azərbaycanın  yaradıcı  ittifaqları  tərəfindən  təsis  edilmiş,  eyni  adlı  qəzetin  bir 

neçə nömrəsi nəşr edilmiş «Oğuz eli» assosiasiyası mahiyyət etibarilə bu tip ümumtürk 

humanitar mədəni təşkilat, qurum kimi nəzərdə tutulmuşdur. Məhdud maddi imkanlar, 

binanın  olmaması  (hərçənd  şəhər  hakimiyyəti  bina  boyun  olub),  texniki    bazanın 

yoxluğu,  (Assosiasiyanın  nəinki  öz  mətbəəsi,  hətta  kompüter,  kseroks,  müasir  rabitə 

vasitələri, teleksi, faksı da yoxdur), perspektivli bir  

 

təşkilatın  fəaliyyətini  məhdudlaşdırır.  Bu  cür  humanitar-mədəni  Türk  Mərkəzi  böyük 



bir fəzanın mənəvi simasını dəyişə bilərdi

3

.



 Humanist dəyərlərə, sivilizasiyalı, toleranslı 

(dözümlü),  dünyəvi  və  demokratik  əqidələrə  əsaslanan    qurum  hər  cür  totalitarizmə  - 

istər kommunist, istər millətçi-faşist, istər təməl dinçi - totalitarizmə sədd ola bilər. 

Artıq bu əsrin sonu, gələcək minilliyin əvvəlində türk ölkələri dünyanın coğrafi-

siyasi strukturunda mühüm  amillərdən olacaqlar. Avrasiyanın  qarşılaşacağı problemlər 

bu  böyük  regionun  mentalitetindən,  -  ruhundan,  mənəviyyatından,  düşüncə  yükündən 

asılıdır. İlk növbədə türk xalqları bir-birini yaxşı tanımalıdırlar. 

«Türk YUNESKO»su təhsil prosesini də nizama sala bilər. Belə ki, ali türkoloci 

təlimin  olmasına  baxmayaraq  heç  bir  türk  ölkəsində,  o  cümlədən  Türkiyədə, 

azərbaycanşünaslıq, qazaxşünaslıq, özbəkşünaslıq və s. fənlər yoxdur. 

                                                 

2

 



1Sonralar bu fikir və Türk Mədəniyyət Nazirləriylə görüşdə çıxış etdiyim zaman 

verdiyim təklif TÜRKSOY adlı təşkilatın yaranmasıyla nəticələndi. 

 

3

 



Sonralar bu niyyət və bu məqsədlərlə Azərbaycanda Atatürk Mərkəzi  yaradıldı.

 

 


Ayrı-ayrı  türk  ölkələrinin  tarixi,  dili,  ədəbiyyatı,  incəsənəti,  coğrafiyası  və 

iqtisadiyyatını  peşəkarcasına  bilən  adamları  -  yalnız  elmi  işçiləri  yox,  geniş  profilli 

mütəxəssisləri-  ölkəşünasları  hazırlamaq  lazımdır.  Türkiyədə  olarkən,  həm  mətbuat 

səhifələrində,  həm  də  söhbətlər  zamanı  İstanbul,  Ankara,  İzmir  və  başqa  şəhərlərin 

universitetlərinin  türkoloci  fakültələrində  Bakıdan  müəllim  kadrlarını  cəlb  etməklə 

Azərbaycan  şöbəsinin  təşkil  edilməsi  məsələsini  qaldırmışam.  Azərbaycanın 

öyrənilməsinə  həsr  edilmiş  xüsusi  fənlərlə  yanaşı,  Kirill  əlifbasının  öyrənilməsinə  də 

diqqət yetirilməlidir. Bu əlifbanın xoşumuza gəlib-gəlməməsindən asılı olmayaraq, onu 

bilmədən son əlli ildə Azərbaycanın ictimai-siyasi həyatını öyrənmək mümkün deyil. 

Azərbaycanın Türkiyədə mədəni mərkəzi olmalıdır. Cari ilin yanvarında Türkiyə 

və Azərbaycan prezidentlərinin imzaladıqları sazişdə də belə bir mərkəz  

 

haqqında  bənd  vardı.  Əgər  rəsmi  Azərbaycan  səfirliyinin  Ankarada  yerləşməsi 



təbiidirsə,  mədəni  mərkəzin  İstanbulda  açılması  məqsədəuyğundur.  Çünki  əsas  ziyalı 

potensialı,  sanballı  qəzet  redaksiyaları,  nəşriyyatların  çoxu,  bir  çox  teatrlar,  muzeylər 

burada  yerləşir.  Mədəni  mərkəz,  həm  də informasiya  mərkəzi olmalıdır.  Axı,  mövcud 

məlumat  blokadası  şəraitində  Azərbaycan,  o  cümlədən  Qarabağ  münaqişəsi  haqqında 

həqiqəti dünya ictimaiyyətinə məhz Türkiyə kanalı vasitəsilə çatdırmaq imkanı var. 

«Türk YUNESKO»su formalı təşkilatın yaradılması məsələsinə qayıdarkən qeyd 

etmək istərdim ki, o yalnız təhsil, tələbə və müəllim mübadiləsi ilə deyil, həm də tibbi, 

idman,  turist  əlaqələri,  teatrların,  musiqi  kollektivlərinin  qastrol  səfərləri,  bədii 

sərgilərin açılması, filmlərin birgə çəkilişi məsələləri ilə də birbaşa məşğul ola bilər. 

Həm  efirdə,  həm  teleekranda,  həm  də  canlı,  mədəni  maarif  proqramları  tərtib 

etmək  olar:  poeziya  günləri,  klassiklərə  həsr  edilmiş  qiraət,  mövzu  üzrə  konsert  və 

sərgilər,  elmi  simpoziumlar,  konqreslər,  birgə  ekskursiyalar,  məsələn:  Monqolustana 

Orxon abidələri kimi türk xalqlarının ümumi sərvəti olan yerlərə birgə səfərlər, folklor, 

klassik və çağdaş ədəbiyyata aid kitablar, tematik seriallar: «Türk ədəbiyyatı xəzinəsi», 

«Türk  ədəbi  irsi»,  «Türklərin  tarixi  romanı»,  «Çağdaş  türk  hekayəsi»,  «Gənc 

müəlliflərin əsərləri», «Türk publisistikasından seçilmiş mətnlər», «Türk poeziyası 1500 

il ərzində»,1) «Türk xalqlarının nağılları, atalar sözləri» və s. və i. a. 


Yeri gəlmişkən qeyd edim ki, Azərbaycan Yazıçılar Birliyi beşcildlik Azərbaycan 

ədəbiyyatı antologiyasını (folklor, poeziya, nəsr, dramaturgiya, tənqid,  

 

 


publisistika)  Türkiyədə,  eləcə  də  beşcildlik  Türkiyə  ədəbiyyatı  antologiyasını 

azərbaycanca nəşr etdirmək təşəbbüsünü irəli sürüb.  

(Belə bir kitabı - iki cildlik  «1500 ilin oğuz şeiri» adlı antologiyanı,habelə «Min 

ilin  yüz  şairi»  adlı  Azərbaycan  poeziya  toplusunu  tək  başıma  tərtib  etdim,Bakıda  və 

Ankarada nəşr olundular). 

Respublika  Dövlət  Mətbuat  Komitəsinin,  Azərbaycan  Yazıçılar  Birliyinin  Bədii 

Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin və Türkiyə mətbəələrinin birgə səyi nəticəsində 

həmin  nəşri  qısa  müddətdə  yüksək  poliqrafik  səviyyədə  həyata  keçirmək  olardı. 

(Məsələnin poliqrafik cəhətinə gəldikdə, Türkiyənin iştirakı vacibdir, çünki bizdə bu cür 

zəngin  və  rəngarəng  illüstrasiyalı  çoxcildliyin  nəşri üçün  müvafiq  istehsalat  bazası  və 

texniki səviyyə yoxdur). 

Mətbəə çətinlikləri iki böyük arzumuzun da həyata keçməsinə maneçilik törədir. 

Azərbaycan  Yazıçılar  Birliyinin  nəzdində  «Dədə  Qorqud  ensiklopediyası»  redaksiyası 

yaradılıb.  Ensiklopediya  bu  sahədə  yalnız  epos  haqqında  ilk  və  yeganə  bilgi  toplusu 

olmayacaq,  o,  həm  də  tariximizin,  mədəniyyətimizin,  coğrafiyamızın,  məişətimizin 

böyük  bir  dövrünü  araşdırmaq  məqsədi  güdür.  Türkiyənin  texniki,  poliqrafik  köməyi 

olmadan bu işi həyata keçirmək mümkün deyil 1). Belə bir kömək olmasa, ikinci böyük 

arzumuz - «YUNESKO KURYERİ» tipli jurnalı da Bakıda nəşr etdirə bilmərik 2).  

 

_____________________________________________ 



1)Heydər  Əliyevin  dəstəyiylə  «Dədə  Qorqud  ensiklopediyası»nı  Bakıda,  öz 

gümüzlə nəşr edə bildik. 

2)Hazırda Azərbaycan Yazıçılar Birliyi bu səpgidə «Ulu çinar» dərgisini çap edir. 

 

 



Jurnalımız  üçün  gözəl  ad  da  seçmişik:  «İpək  yolu».  Çindən  Avropaya  qədər 

uzanan Böyük «İpək yolu» əsasən türk torpaqlarından keçib. Bu ticarət yolu Asiya və 

Avropanın qarşılıqlı münasibətində  misilsiz  rol  oynamaqla,  ətrafdakı  digər xalqları da 

birləşdirmişdir.  Tarixən  qonşu  olduqları  Çin  və  Monqolustan,  Rusiya  və  Qafqaz, 

Hindistan və İran, Ərəb və Balkan ölkələri ilə münasibətdə türk xalqları digər ölkələrin 

mədəni  nailiyyətlərindən  faydalandıqları  kimi,  bu  ölkələri  də  öz  mənəvi  sərvətləri  ilə 

zənginləşdirirdilər. 

İpək  yolu  özünün  geniş  tarixi-mədəni  anlayışına  görə  yalnız  Şərqi  və  Qərbi 

birləşdirən yol deyil, eyni zamanda Şimal və Cənub arasında da körpüdür. 

Əsasən  İslam  dininə  etiqad  edən  türklərin  başqa  dinlərə  hörmətlə  yanaşması 

onlara  xaçpərəstlər,  yəhudilər,  buddaçılarla  sıx  əlaqə  saxlamaqa  imkan  verirdi.  Qeyd 

etmək  yerinə  düşərdi  ki,  bəzi  türk  xalqları  keçmişdə,  elə  indinin  özündə  də  müxtəlif 

dinlərə etiqad edirlər, məsələn, qaqauzlar - xaçpərəst, qaraimlər - iudey, qədim uyğurlar 

- buddaçı, manixey dininə tapınırdı, bəzi türk xalqları isə qədim etiqadlarını -  şamanlıq 

və tenqriçiliyi qoruyublar. 

«İpək  yolu»  özünəqapılma  meylindən  uzaq  bir  curnal  olmalıdır.  Türk  mənəvi 

varlığını,  türk qəlbinin  zənginliyini bütün bəşəriyyətə  açıb göstərməli,  başqa xalqların 

yüksək mədəni, fəlsəfi, estetik və əxlaqi nailiyyətləri ilə türkləri tanış etməlidir. «İpək 

yolu»  adının  özündə  belə  tarixilikdən  başqa,  yumşaqlıq,  parlaqlıq,  əlvanlıq  da  əks 

olunur. 


Beynəlxalq  məişətdə  «Qərənfil  inqilabı»,  «Məxməri  inqilab»  kimi  ifadələr  var. 

Türk  xalqlarının  mənəvi  təkamül  yolunu,  mədəni  dirçəliş  və  qarşılıqlı  yaxınlaşma 

yolunu «İpək yolu» kimi təsəvvür edirəm. 

Bu sülh və xeyirxahlıq, insansevərlik və demokratiya, azadlıq və ləyaqət yoludur.  

 

1991 

AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİ KATİBLİYİNİN 

MÜRACİƏTİ 

 


Azərbaycan  Yazıçılar  Birliyinin  katibilyi  hörmətli  siyasi  xadimlərmizə,rəsmi 

dövlət,hökumət  dairələrinə,  müxalifət  rəhbərlərinə,millət  vəkillərinə,  müxtəlif 

partiyaların liderlərinə müraciət edir. Səsimizi eşidin. 

Qarabağ hadisələri başlanandan bəri beş il ərzində Yazıçılar təşkilatı tariximizin 

ən  mühüm,ən  faciəli  günlərində  öz sözünü  demiş,  istər öz  xalqımızın,istərsə də  başqa 

xalqların,ölkələrin  yazıçılarına,  mətbuat  orqanlarına,  ictimaiyyətinə  müraciətlər  qəbul 

etmişdir. 

Dəfələrlə dediyimizi bir daha təkrar etmək istəyirik: 

Bir-birimizlə  haqq-hesab  çəkmək,bir-birimizi  hörmətdən  salmaq,bir-birimizi 

bacardıqca  ağır  vurmaq  vaxtı  deyil.  Bir-birimizi  mənəvi,bəzən  də  hətta  fiziki  şəkildə 

qırsaq,şikəst  etsək,  daha  bizə  düşmən  nə  lazım?  Böyük  Sabir  demişkən:  «Öz 

qövmümüzün  başına  əngəl-kələfiz  biz».  Və  yenə  də  Sabir  demişkən:  «Qırdıqca 

yorulduq  və  yorulduqca  qırılıdıq».  Romantik  siyasətin,ancaq  haya-küyə  arxalanan, 

ancaq çılğın hisslərin,qaynar emosiyaların əsasında müəyyənləşən siyasətin vaxtı deyil. 

Ayıq və oyaq siyasət,imkanlarımızı və real gerçəkliyi nəzərə alan siyasət aparmalıyıq. 

Bəlkə, heç kəsin yaşıçılar qədər senzuradan başı bəla çəkməyib.Bəlkə yazıçılardan artıq 

demokratiya  arzusunda  olan  az  adam  tapılar.  Amma  demokratiyaya  nə  qədər  sadiq 

olsaq  da,  hər  hansı  siyasi  gedişin,hərəkətin  kütləvi  müzakirə  olunmasının,  qiymətlən-

dirilməsinin,başı  çıxanın  da,çıxmayanın  da  qəti  siyasi  hökmlər  verməsinin,olan-qalan 

niyyətlərimizi,bəzən  hətta  sirrlərimizi  elliklə  araşdırılmasının,  təhlil  olunmasının 

əleyhinəyik. Ən demokratik quruluşlarlda belə müharibə dövrünun, müharibə şəraitinin 

öz  xüsusiyyətləri  və  müəyyən  məhdudiyyətləri  var.  Düşmənlə  ölüm-dirim  mübarizəsi 

gedərkən tənqidin, təzyiqin sərhədləri  olmalıdır. Xalqımızın bu bəladan qurtulub azad, 

müstəqil,  demokartik  şəraitdə  yaşayacağına  inanırıqsa  siyasi  toqquşmaların  da  o  vaxt 

təbii və yerli-yerində olacağına əminik.Normal siyasi həyat üçün normal şərait lazımdır. 

İndi biz qeyri-normal bir şəraitdə, ağır iqtisadi, hərbi, siyasi böhran içində yaşayırıq. Bu 

dövrü ağılla,tədbirlə, mübarizəni udaraq,çətinlikləri dəf edərək keçməliyik. 

Bizcə,  indi  Ali  Sovetin,Milli  şuranın  qanunverici  orqan  olaraq  iş  sisteminri 

saxlamaq,  Nazirlər  Şurasının  icra  orqanı  kimi  fəaliyyəitini  davam  etdirməklə  bərabər, 

təcili surətdə müharibə dövrünün muvəqqəti ali orqanını, tam səlahiyyətli fövqəladə bir 



orqanı  -  AZƏRBAYCAN  RESPUBLİKASININ  BEŞ  NƏFƏRDƏN  İBARƏT  MİLLİ 

XİLAS  KOMİTƏSİNİ  YARATMAQ  LAZIMDIR.  Biz  bu  bəradə  sürülən  təkliflərə 

tərəfdar  çıxırıq.  Vətənimizi  bu  böhrandan  çıxarmaq  üçün  bütün  məsuliyyəti  həmin 

Komitənin  öhdəsinə  vermək  lazımdır.  BİZCƏ  BU  BEŞ  NƏFƏRLİK  KOMİTƏYƏ 

AZƏRBAYCAN  RESPUBLİKASI  ALİ  SOVETİNİN  SƏDRİ,  RESPUBLİKANIN 

BAŞ  NAZİRİ,  NAXÇIVAN  MUXTAR  RESPUBLİKASININ  ALİ  MƏCLİSİNİN 

SƏDRİ  (Heydər  Əliyev  nəzərldə  tutulur-tərtibçilər)  VƏ  İKİ  NƏFƏR  XALQ 

CƏBHƏSİNİN, DİGƏR MÜXALİFƏT NÜMAYƏNDƏSİ DAXİL OLMALIDIR

4

  

Gərək  bu  orqanın  fikri-zikri  daxili  müunaqişələrə  yayınmasın,ancaq  Qarabağ 



problemini  həll  etmək,  vətənmimizin  ərazi  bütövlüyü,sərhədlərimizin  toxunulmazlığı, 

əhalimizin  müdafiəsi  yolunla  bütün  səylərini,imkanlarını  cəmləşdirməlidir.  Bu  orqana 

Ali  Sovet  ya  Milli  şura  muəyyən  bir  möhlət,  -  həm  də  qısa  bir  möhlət  verməli,bu 

möhlətdə həmin orqanın sakit işləməsinə şərait yaratmalı və bu möhlətdən sonra ondan 

hesabat tələb etməlidir. Yəni böhran aradan qaldırılarsa bu elə xalqa ən yaxşı hesabat 

olar.Bütün  siyasi  qüvvələri,habelə  elmi  və  yaradıcılıq  təşkilatlarını  çağrışımıza 

qoşulmağı təklif edirik 

Təbii ki, bizim təkliflərimizlə razılaşmayanlar da tapılacaq, amma xahiş edirik ki, 

fikrimizi  təhrif  etməsinlər,  ora-bura  yozmasınlar,  açıq-aydın  ifadə  etdiyimiz 

mövqeyimizin  arxasında  nə  durduğu  barədə  cürbəcür  gumanlara  düşməsinlər. 

Sözümüzü düşündüyümüz kimi və səmimi şəkildə deyirik, Bəlkə yanılırıq. Bəlkə, kimsə 

başqa,daha  doğru-dürüst  yol  göstərəcək.  Bəlkə  bizim  fikrimizə  əlavələr,  təshihlər 

veriləcək.  Amma  nə  ediriksə  gəlin  tez  edək.  Vaxt  aman  vermir.  Uzun-uzadı 

mübahisələr,diskussiyalar  vaxtı  keçib.İş,əməl  vaxtıdır.  Bir-birindən  gürültülü 

sözlər,alovlu  şüarlar  bizi  bircə  addım  da  qabağa  aparmır.  Real  siyasi  proqqram  və  bu 

proqramı həyata keçirəcək əzmi, iradəsi, gücü olan hakimiyyət lazımdır. Bu hakimiyyət 

orqanı iqtidarı, bacarığı,nüfuzu olan bütün qüvvələri birləşdirməlidir. 

                                                 

1)

 

4



 

Bu müraciət Heydər Əliyevi hakimiyyətə gətirmək yolunda mətbuat səhifələrində 

ilk təşəbbüslərdən idi. 

 


Ayrı-seçkiliyi  başqa  zamanlara  saxlayaq.  Yeganə  amalımız  Azərbaycanımızın 

birliyidir,  -  siyasi  birliyi,mənəvi  birliyi,  məqsəd  birliyi.  Bu  məqsədə  çatandan  sonra 

siyasi  fikir  ayrılığı  və  düşüncə  müxtəliliyi,geniş  pluralizm  və  sairə  gözəl-gözəl 

anlaıyışların da öz məqamı gələcək. Bu gün isə - bir məqsəd, bir hədəf, bir yol. 

Səsimizi eşidin. 

Azərbaycan Yazıçılar Birliyinin katibliyi 



12 mart 1992 

«Ədəbiyyat  qəzeti», 20 mart 1992 

 

 



MƏDƏNİYYƏTİMİZİN TALEYİ 

TƏHLÜKƏ ALTINDADIR 

 

Xalqımız  tarixinin  ən  məsuliyyətli,  ən  mühüm  və  ən  çətin  dövrünü  yaşayır. 



Azadlıq,  milli  müstəqillik,  demokratiya  yolunda  ilk  addımlarımız,  böyük  və  kiçik 

uğurlarımız,  cəbhədən  gələn  hər  xoş  xəbər  qəlbimizi  qürur  hissiylə  doldurur.  Eyni 

zamanda  siyasi  qarşıdurma,  iqtisadi  böhran,  gün-gündən  azalmayıb  artan  çeşid-çeşid 

problemlər  bizdə  nigarançılıq,  həyəcan  və  təlaşlı  hisslər  oyadır.  Qarşımıza  çıxan  ən 

böyük sınaq torpaqlarımıza tamah salmış azğın düşmənlə Vətənimizin ərazi bütövlüyü, 

şərəfi  və  qeyrəti  naminə  aparılan  qanlı  müharibənin  ağrıları-acıları,  ölüm-itimidir. 

Xalqımızın  haqq  və  ədalət  yolunda,  milli  heysiyyəti  və  mənliyi  uğrunda  apardığı  bu 

davada ziyalı sözünün, ziyalı çağrışının öz yeri var və bu səs, bu haray şübhəsiz daha da 

gur eşidilməlidir. 

«Toplar danışanda ilham pəriləri susur» -- deyirlər. Başqa bir ifadə də var: «dava 

günündə belə ilham pəriləri susmur». 

Amma  indi  söhbət  ilham  pərilərinin  susub-susmamasımdan  deyil,  ilham 

pərilərinin yaşayıb-yaşamamasından, qalmasından, ya məhv olmasından gedir. Bu gün 

mədəniyyətimizin, 

elmimizin, 

ədəbiyyatımızın, 

incəsənətimizin 

və 


deməli 

mənəviyyatımızın, bir milləti tarixlərdə tanıdan və tarixlərdə yaşadan dəyərlərin taleyi 

təhlükə  altındadır.  Mədəniyyətimizə,  mənəviyyatımıza  qarşı  təcavüz  torpaqlarımıza 

təcavüz qədər qorxunc və təhlükəlidir. 

Çoxəsrlik  Azəri  mədəniyyəti  bu  gün  bazar  meyyarlarıyla  və  bazarı  anlayışlarla, 

bazarı zövqlərlə və bazarı səviyyəylə üz-üzə durub, bazarı əxlaqa sinə gərir. 

Xalqın  bütün  mədəni  keçmişi  bu  gün  təftiş  olunur.  Azadlığı  azğınlıq  kimi 

qavrayan  bəzi  başabəla  əhli-qələmlər  əlimizə  girəvə  düşüb  deyə  xalqın  əsrlər  boyu 

iftixar  etdiyi  şəxsiyyətlərə  çaxır  atırlar:  Kimlərə  hücum  edilmir,  kimlərin  şəxsiyyəti, 

fəaliyyəti,  tarixdə  yeri  çək-çevir  edilmir?  Babək,  Nizami,  Xətai,  Koroğlu,  Axundov, 

Sabir, Mirzə Cəlil Məmmədquluzadə, Nərimanov - dərsə pis hazırlaşmış şagirdlər kimi 

özləri özlərinə tələbkar müəllim səlahiyyəti vermiş müfəttişlər tərəfindən imtahan edilir, 

müttəhimlər kimi istintaqa çəkilirlər. Özlərini müdafiə etmək imkanından məhrum olan 


bu «günahsız müqəssirlərə» qarşı onların xalq, millət, mədəniyyət yolunda etdiklərinin 

mində  birini  etməmiş  «rüsxətli  igidlər»  dünən  vəsf  etdiklərini  bu  gün  rüsvay  etmək 

üçün  yarışırlar.  Deyə  bilərlər  ki,  bunu  ayrı-ayrı  müəlliflər,  hətta  bir-birinə  zidd 

mövqelərdə  dayanan  qələm  sahibləri  yazır.  Babəki  islam  dininə  qarşı  mübarizə  etdiyi 

üçün  qınayanın  Şah  İsmayıl  Xətai  ilə  işi  yoxdur.  Şah  İsmayılı  Osmanlı  sultanıyla 

müharibəyə görə tənqid edən Koroğluya dəyib toxunmur, Koroğlunun bəylərə, xanlara 

qarşı çıxdığını bəyənməyən Mirzə Fətəlidən söz açmır, Mirzə Fətəlini çar məmuru kimi 

ifşa  edən  Sabirə,  Mirzə  Cəlilə  sataşmır,  Mirzə  Cəlilin,  Sabirin  mövhumata  qarşı 

yazılarından narazı qalanların Nərimanov yadlarına düşmür, Nərimanovu yalnız mənfi 

səciyyələndirənlər  Üzeyir  Hacıbəyovu  hələ  ki,  sakit  buraxıblar  («Əsli»  obrazına  görə 

onu  da  qara  siyahıya  salanlar  tapılar).  Bəli,  bu  belədir,  hər  bir  tarixi  şəxsiyyətə  qarşı 

ayrı-ayrı  müəlliflər hücum edir, amma küll halında bu tək-tək atmacalar cəmləşib çox 

müdhiş bir mənzərə yaradır. Yəni bütün keçmiş irsimiz şübhə altına alınır, yeni yetişən 

nəsillərin ürəklərinə, beyinlərinə inkarçılıq, bəyənməzlik, bütün keçmiş irsə inamsızlıq 

toxumları  səpilir.  Hələ  onu  demirik  ki,  20-ci  il  28  Apreldən  sonra  yaranan  bütün 

ədəbiyyatımız  şərəfsiz,  riyakar  və  sairə  təhqiramiz  sözlərlə  damğalanır.  Bu  növ  ifrat 

inqilabi çıxışlar sütül cavanlar tərəfindən ediləndə bunu hələ qızılça, göyöskürək kimi 

uşaqlıq  xəstəliyi  saymaq  və  bağışlamaq  olar.  Amma  yaşı  yetkinlik  çağına  çatmış 

nüfuzlu  müəllifin  37-ci  ildən  salamat  çıxan  bütün  ziyalıların  gölgəsini  (daha  doğrusu 

ruhunu) qılınclaması miskin qisasçılıqdan, naxələf nankorluqdan başqa bir şey deyildir. 

70 ilin totalitar rejiminə qarşı bəziləri eyni totalitar münasibətlə çıxış edirlər. Yəni 

bu  illərin  ucdantutma  bütün  mədəni  dəyərləri,  sənət  uğurları,  ədəbi  nailiyyətləri,  elmi 

qazancları  və  təbii  ki,  ilk  -növbədə  onların  yaradıcıları  kobud  və  bəhərsiz  inkarçılıq 

mövqeyindən  ləkələnir.  Halbuki  XX  əsrdə  və  o  sıradan  son  70  ildə  Şimali 

Azərbaycanda yaranmış İncəsənət, Ədəbiyyat, Elm sahəsindəki ən uğurlu əsərlər Şərqin 

və  Qərbin  bir  çox  ölkələri  üçün  örnək  ola  bilər.  Hər  halda  bizim  son  onilliklərdə 

yaranmış  şeirimiz,  nəsrimiz,  musiqimiz,  təsviri  sənətimiz,  kinomuz,  teatrımız, 

memarlığımız,  elmimiz  üçün  xəcalət  çəkməyə,  utanmağa  heç  bir  əsasımız  yoxdur, 

əksinə  fəxr  etməyə,  öyünməyə,  qürurlanmağa  tam  haqqımız  var.  Bəsdir  yarımçıqların 

meydan  sulaması,  yetər  hər  növ  kəmfürsətlərin  müqəddəs  saydıqlarımızı  tapdalaması, 



yetər  xalqın  tarixi  yaddaşını,  güvəndiyi  ədəbiyyat,  sənət,  elm  nümunələrini  və 

numayəndələrini  hərrac  bazarına  qoyduğunuz!  Tanınmışları  tapdamaq    özünü  tanıda 

bilməyənlərin  yeganə  özünütəsdiq  vasitəsidir.  Bu  günün  az-çox  tanınmış  ziyalılarına 

qarşı həyasız hücumlar, böhtanlar, iftiralar, yalanlar da eyni cəhdin davamıdır. Ən çətin 

illərdə  susanlar,  ya  səslərini  qısanlar  indi  o  illərdə  səslərini  qısmayanların  və 

susmayanların ittihamçısına çevriliblər. Bəla ondadır ki, bu bayağı qeybətlərin, bu iftira 

və  böhtanların  da  öz  müştərisi,  öz  alıcısı  var  və  üfunətli,  çürük  malını  baha  satmaqla 

tirajlarını,  deməli  maaşlarını,  qonorarlarını  artıran  qəzetlər  də  fürsəti  fotə  vermirlər. 

Amma bu ucuz oyunlar xalqımızın mənəviyyatı üçün baha başa gələ bilər.  

Mədəniyyətimizin  yalnız keçmişini deyil, gələcəyini  də itirə  bilərik.  Bu  real bir 

təhlükədir. 

XX əsrin əvvəli Azərbaycan mədəniyyətinin yüksəlişiylə başlamışdısa və keçən 

dövr  ərzində  bütün  çətinliklərə,  təzyiqlərə,  təqiblərə,  ölümlərə,  itimlərə,  sürgünlərə 

baxmayaraq  bu  irəliləyiş  pillə-pillə,  addım-addım  davam  edirdisə  -  XX  əsrin  sonu 

mədəniyyətimizin süqutuyla tamamlana bilər. 

İnqilab  və  mədəniyyət  --  bu  iki  sözü  nə  qədər  uzlaşdırmağa  çalışmışlarsa  da, 

onlar çətin uyuşur. İnqilab hər şeyin kökündən dəyişməsi, sarsılması, yıxılıb dağılması 

və  yenidən  tamam  başqa  cür  tikiləcəyinə  ümidlərlə,  -  bəzən  elə  ümid  və  xəyal  olaraq 

qalan ümidlərlə  -  bağlıdır.  Mədəniyyətin  isə  əsas  prinsipi  ardıcıllıqdır,  davamiyyətdir, 

vərəsəlikdir, bünövrələrin üzərində ucalmaqdır. 

«Ot kökü üstündə bitər» deyimi inqilaba yox, mədəniyyətə aiddir. Hər bir inqilab 

bütün olan-qalanı darmadağın etməkdən başlanır və ilk tarmar edilən  - mədəniyyətdir. 

Talanlar ziyalılardan başlanır. Hər vəzifə başına gələn elə hesab edir ki, o şeiri şairdən, 

musiqini  bəstəkardan  daha  yaxşı  başa  düşür,  aktyora  aktyorluğu,  rəssama  rəssamlığı, 

alimə alimliyi öyrətmək  onun alnına yazılıb. 

Əlbəttə,  ədəbiyyatın,  sənətin  öz  daxili  inqilabları,  estetik  sıçrayışları,  forma, 

üslub,  ifadə  cəhətdən  yeniləşmə  qanunları  var.  Amma  bu  estetik  dəyişmə  siyasi 

meyllərin dəyişməsiylə bağlananda, sənətin iflası başlanır. 

Əgər  bu  gün  mədəniyyətimiz,  elmimiz,  ədəbiyyat  və  sənətimiz  böhran  içində 

çapalayırsa, sabah onların halvasını çalmaq məqamı gələcək (o vaxta un və şəkər qalsa). 



Ədəbiyyatın  yaşaması  üçün  kitab  nəşri,  ədəbi  jurnallar,  ədəbiyyata  maraq 

göstərən  qəzetlər  lazımdır.  Nəşriyyatlarımız  özünü  iqtisadi  cəhətdən  saxlamaq 

məcburiyyəti qarşısında əyləncə və bulvar ədəbiyyatına meydan verəcəksə hansı həqiqi 

və  ciddi  ədəbi  ölçülərdən  danışmaq  olar?  Qalın  və  nazik  ədəbi  jurnallarımız, 

almanaxlarımız,  maddi  çətinliklər  ucbatından  qapanacaqsa  -  kim  əsər  -  illah  da  iri 

həcmli  əsər  -  roman,  povest,  poema,ətraflı  tədqiqat  yaratmağa,  sanballı  tərcümələrə 

girişər?  Tək-tük  fədakarlar  tapılsa  belə  onların  yaradacaqları  «sandıq  ədəbiyyatının» 

oxucusu  olmayacaq  və  həqiqi  ədəbiyyatsız  yetişən,  ana  südü  əvəzinə  əmziyə,  qida 

yerinə saqqıza alışmış yeni oxucu nəsilləri gələcəkdə  «sandıq» ədəbiyyatına da maraq 

göstərməyəcək.XX  əsrin  son  onilliyində  Azərbaycanda  yazılı  ədəbiyyatın  öz  yerini 

yazısız, yəni şifahi ədəbiyyata vermək qorxusu realdır. Nasirlər nağıl danışmağa, şairlər 

sazla şeirlərini oxumağa alışmalıdırlar. (O vaxtacan saz istehsalı da bitib-tükənməsə). 

Ədəbiyyatsız  yetişən  nəsillər  həm  də  milli  kinosuz,  teatrsız  yetişəcəklər,  çünki 

sənətin bu sahələri, bu qolları bir-biriylə sıx bağlıdır. 

Kinomuzun yalnız gələcəyini deyil, keçmişini də itirə bilərik. 

Kinomuzun tarixi yerli-dibli silinib yox ola bilər. Sözün hərfi mənasında. Yaxşı-

yaman kinomuzda nə yaranmışsa  -- bütün filmlərimizin oricinalları, əksər hallarda isə 

yeganə nüsxələri Moskvada, kino və televiziya saxlanclarındadır. Onların qorunub hifz 

olunacaqlarına kim zəmanət verə bilər?  

Neçə  ildir  ki,  Azərbaycanda  opera,  balet,  iri  simfonik  əsərlər  yaranmır. 

Heykəltəraşlıq  sahəsində  müəyyən  canlanma  var  --  xeyli  heykəl  uçurmuşuq,  -    çox 

yaxşı,  amma  sənətkarlıq  və  vəsait  ayırma  baxımından  o  uçurulan  əsərlər  miqyasında 

abidələr ucalda biləcəyikmi? 

Milli  dövlət  teatrımız  keçmişin  səyyar  truppaları  səpkisində  sərgərdan  həyat 

sürür.  İstedadlı  diricorlarımız,  ustad  musiqi  ifaçılarımız  peşələrinin  tam 

perspektivsizliyini görüb xaricə gedirlər. 

Amma  xaricə  mühacirətdən  daha  ağır  mühacirət  -  daxili  mühacirətdir.  Yəni  elə 

yaşadığın yerdəcə qalırsan, amma öz peşəndən mühacirət edirsən, vətəndən ayrılmırsan, 

ömrünü həsr etdiyin sənətdən ayrılırsan, yazmağa, yaratmağa, oxuyub-çalmağa, film, ya 

rəsm  çəkməyə  -  bir  sözlə,  sənətə,  ədəbiyyata  biganələşirsən,  həvəsini,  səriştəni, 



bacarığını  itirirsən  və  bütün  yarada  bilib  yaratmadıqların  tək  sənin  deyil,  milli 

mədəniyyətin kisəsindən gedir. 

Xalqımızın fəxr etdiyi nadir Xalça muzeyi sözün hərfi mənasında küçəyə atılıb, 

yaradıldığı müddətdən, yəni 60 il ərzində bir dəfə abırlı binası olmayan Teatr muzeyinin 

bu gün qısa bir müddətdə bina almağı mücdəsindən umsuq olduğundan sonra - yenə də 

binası yoxdur. 

Dövlət  nəinki  mədəniyyətə  lazımi  qayğı  göstərmir,  hətta  indiyəcən  malik 

olduğunu  da  mədəniyyət  ocaqlarının  əlindən  alır.  Dövlətin  mədəniyyətə  qayğı 

göstərməsi,  onu  maddi  iflasdan  qorumalı  olması,  bəzi  darmacal  müəlliflər  tərəfindən 

yanlış  yozulur.  Dövlətin  ədəbiyyata,  sənətə  qayğısını  -  saray  ədəbiyyatı,  saray  sənəti 

yaratmaq  cəhdi  kimi  mənalandırırlar.  Bu  kökündən  yanlışdır.  Əvvəla  onu  deyək  ki, 

Şərqdə də, Qərbdə də memarlığın, rəssamlığın, xalçaçılığın, poeziyanın, musiqinin bir 

çox şah əsərləri sarayların himayəsində yaranıb. İkincisi, indi belə bir saray da yoxdur 

axı;  plan  və  maliyyə  idarələrinin  qəpiyinəcən  sənədləşdirilmiş  vəsaitinin  zəngin  saray 

ənamlarıyla  bənzəyişi,  bəzi  indiki  bəylərin  keçmiş  bəylərə  bənzəyişi  qədərdir. 

Üçüncüsü,  məgər  dövlətin,  məsələn,  səhiyyəni,  maarifi,  idmanı  dəstəkləməsi  saray 

həkimlərini, saray müəllimlərini, saray idmançılarını şirnikdirmək üçündür? 

Mədəniyyətimiz  təhlükəylə  üz-üzədir.  Xalqa  bağlı  olmayan  ədəbiyyat,  sənət 

qeyri-mümkündür  -  bu  doğrudur.  Amma  ədəbiyyatsız,  sənətsiz,  elmsiz  bir  xalqı  da 

təsəvvür etmək mümkün deyil. 

Ötən  çətin  illərdə  yaranan  Azəri  ədəbiyyatı,  sənəti  mövcud  quruluşun,  cəmiy-

yətin, mühitin eybəcərliyinə qarşı müqavimət və etiraz simlərində köklənmişdi (təbii ki, 

söhbət həqiqi ədəbiyyatdan, sənətdən gedir, konyüktürçülər isə o dövrdə də vardı, indi 

də var). 

Bügünkü  azadlıq,  müstəqillik,  demokratiya  ideyaları  göydən  düşməyib,  bu 

zəminin  dərin  qatlarında  cücərib  boy  atıb  -  namuslu  yazıçılarımızın,  şairlərimizin, 

dramaturqlarımızın, sənətçilərimi-zin, alimlərimizin səpdiyi toxumlardan. 

İndi qarşımızda duran vacib məsələ Azərbaycanımızı dünyaya layiqincə tanıtmaq, 

bütün planetdə xalqımızın həqiqi və canlı obrazını təsdiq etməkdir. 


Bu  məqsədləri  həyata  keçirmək  üçün,  yəni  mədəniyyətimizi  qorumaq  və 

yaşatmaq üçün,  

Ədəbiyyatımızın, sənətimizin, elmimizin, tariximizin həqiqi dəyərlərinə, ayrı-ayrı 

böyük şəxsiyyətlərinin adlarına, xatirələrinə qahmar durmaq üçün, 

Şeirimizi, nəsrimizi, tənqidimizi, teatrımızı, kinomuzu, musiqimizi, ifaçılığımızı, 

təsviri sənətimizi, elmimizi bazar meyarlarından müdafiə etmək üçün, 

Muzeylərimizi,  tarixi  abidələrimizi  xilas  etmək  üçün,  sənətkarlarımızın,  elm 

adamlarımızın  qayğısına  qalmaq,  onlara  maddi  və  mənəvi  yardım  göstərmək,  onlara 

olan haqsız hücumlara vaxtlı-vaxtında cavab vermək üçün

Babalarımızdan  qalan  və  nəvələrimizə  ötürməli  olduğumuz  mədəniyyət  çırağını 

sönməyə qoymamaq üçün, 

Yaradıcı,  Elmi  və  Texniki  Ziyalılar  Müstəqil  hərəkat  -  AYDINLAR  OCAĞI 

yaratmalıdır. 

Bu Ocaq siyasi təşkilat deyil, siyasi məsələlərə qarışmır və heç bir siyasi iddiası, 

üzvlərinin  vəzifə  iddiası  yoxdur.  Lakin  yeri  gələrsə,  mənəviyyatımızın  qorunması  və 

mədəniyyətimizin  inkişafı  naminə  respublikanın  siyasi  həyatında  iştirak  etməkdən 

imtina etmirik. 

Hərəkatın  əsasını  qoyanlar  sırasında  müxtəlif  partiyalara  mənsub  ziyalılar  ola 

bilər, amma onlar bu hərəkata partiyalarının adından deyil, yalnız müstəqil fərdlər kimi, 

-  mədəni  dəyərlərimizi  qorumaq  məqsədini  güdən  bir  Ocağın  fəalları  kimi 

qoşulmalıdırlar. 

Hərəkatımıza  bundan  sonra  da  indiki,  ya  keçmişdəki  partiya  mənsubiyyətindən 

asılı olmayaraq məqsədlərimizi bölüşən hər hansı şəxs qoşula bilər. 

İlk bəyanatla çıxış edəndən sonra hərəkatın geniş Toplantısını (təsis konfransını) 

çağırmaq, orada yığcam inzibati qrup yaratmaq, nizamnaməmizi tərtib və təsdiq etmək, 

Konstitusiyamıza uyğun olaraq rəsmiyyətdən keçmək fikrindəyik. 

Azərbaycan  mədəniyyətinin  taleyinə  laqeyd  və  biganə  olmayan  hər 

vətəndaşımızdan,  ədəbiyyat,  elm,  sənət  təəssübkeşlərindən  həmrəylik,  arxadaşlıq 

gözləyirik.  Gələcəkdə imkanlarımız artdıqca - öz qəzetimizi, jurnallarımızı buraxmaq, 

nəşriyyatımızı  yaratmaq,  xarici  ölkələrlə  mədəni  əlaqələrimizi  qurmaq  istəyirik. 



Televiziya  ekranında  və  radio  efirdə  hərəkatı-mızın  çalışmalarını  işıqlandıran,  onun 

hazırladığı müstəqil proqramlara saat ayrılması məsələsini qaldıracayıq. 

Bu  bəyanatı  imzalayanların  çoxu  keçmiş  quruluşun  təsis  etdiyi  fəxri  adları 

daşıyır. Bizcə bu adların mövcud olması ziyalıları bir növ məhdudlaşdırmaq, əl-qolunu 

bağlamaq, onların arasında xəstə rəqabət yaratmaqdan başqa heç bir əhəmiyyətə malik 

deyil.  Sənətkar  özü  öz  adını  təsdiq  edibsə  -  bu  onun  ən  böyük  xoşbəxtliyidir.  Əsl 

sənətkarın əlavə rəsmi təsdiqə ehtiyacı yoxdur. Hərəkatımızın ilk addımı kimi hamımız 

daşıdığımız fəxri adlardan imtina edirik və Ali Məclisimizə müraciət edirik ki, ümumən 

fəxri adlar ləğv edilsin. 

Qayğılarımız,  təlaşlarımız  çoxdur,  amma  ümidlərimiz,  arzularımız,  xoş 

niyyətlərimiz daha çoxdur. 

Geniş  ictimaiyyətin  narahatçılığımızı  başa  düşəcəyinə,  Tarixin  isə  həyəcan 

təbilimizn doğru qiymətləndirəcəyinə əminik. 




Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   44


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə