Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 4.05 Mb.

səhifə3/44
tarix23.12.2016
ölçüsü4.05 Mb.
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   44

 

 

DANIŞA  BİLMİRƏM 

 

Kükrəyən vicdanı bütün varlığını sarsıdanda dahi Tolstoy «Susa bilmirəm» deyə 



fəryad qoparmışdı.Bu gün bir sıra başqa Azərbaycan yaşıçıları kimi mən də bircə onu 

deyirəm  ki,danışa  bilmirəm.  Başımıza  gələn  müsibət  qarşısında  söz  acizdir,nitqimiz 

tutulub,dilimiiz  lal  olub.Gərək  belə  olmasın,bilirəm.Yazıçı  xalqının  dərdini 

hayqırmalıdır.  Amma  faciəmiz  o  qədər  böyük,matəmimiz  o  qədər  müdhiş,ağrımız  o 

qədər  dözülməzdir  ki,onları  bəlkə  də  yalnız  sükutla  ifadə  etmək  olar.  Ən  təsirli,ən 

parlaq  sözlər  qiymətdən  düşüb,mənasızlaşıb.  Nə  təsəlli  sözləri  tapıram,nə  ürək-dirək 

vermək istəyirəm. Bütün sözlər deyilib qurtarıb,deməyə söz qalmayıb,elə bil sözlərin içi 

boşalıb. Dünya sanki sössüzlük səhrasıdır. 

Niyə qismətimiz belə gətirdi.nəydi gunahımız,bu ağır bəlaya neçin düçar olduq? 

Qanlara bulaşmış tanklar,güllələrdən çopur olmuş divarlar,qətl yerinə çevrilmiş küçələr, 

iki gündə qəbristana dönmüş yaşıl yamac,göz yaşları, boğuq hıçqırıqlar, nalələr, yas… 

Analara  oğullarını,  uşaqlara  atalarını,qadınlara  ərlərini  kim  qaytaracaq,  kim?  Kim 

verəcək  bu  acı  sualların  cavabını?  Bilmirəm.Danışa  bilmirəm.  Düşünə  bilmirəm.  Söz 

tapmıram deməyə… 



Dərdimi suya dedim 

Alışdı su da yandı. 

Xalqa təsəllini yenə də yalnız xalqın özü verə bilir.Xalqın əsrlərdən bəri cilalayıb 

dediklərinə bərabər söz tapmaq mümkün deyil. 

Aşıq naçar ağlama, 

Gündür keçər,ağlama. 

Qapını bağlayan fələk 

Bir gün açar,ağlama. 

 

Şəhidlərmiizə mir rəhmət.Məzarları nurla dolsun. Əzizlərinin,yaxınlarını başı sağ 



olsun.Xalqımızın başı sağ olsun. 

22 yanvar 1990 

 


ANARIN  ŞƏRHİ.  Qara  yanvar  gecəsinin  səhəri  indiki  Prezident  sarayının 

qarşısında mitinqdə çıxış etdim,elə həmin gün Elmlər Akademiyasının böyük salonunda 

ziyalıların  yığıncağına  sədrlik  etdim,axşam  isə  Azərbaycan  Ali  Sovetinin  fövqəladə 

vəziyyət  şəraitində  bütün  gecə  davam  edən  iclasında  dəfələrlə  danışdım,beynəlxalq 

təşkilatlara  müraciətlər  hazırladım.  O  günlərdə  rus  dilində  yazdığım  «BEDA» 

(«Müsibət»  adlı  yazım  bütün  respublikaların  Yazıçılar  İttifaqlarına,bir  sıra  SSRİ  Xalq 

deputatlarına 

göndərildi,rus 

dilində 

ilk 


dəfə 

Bakıda 


«Çernıy 

yanvar» 


kitabında,Azərbaycan dilində «Şəhidlər dağı» kitabımda dərc edildi,İranda və Fransada 

nəşr olundu.Qış məzuniyyətindən sonra işə başlayan SSRİ Ali Sovetinin fevral ayında 

ilk  iclasından  başlayaraq    sesiyalarında  bu  mətnin  tezislərini  müxtəlif  çıxışlarımda 

dəfələrlə  səsləndirdim.Qara  yanvar  günlərində  isə    «Pravda»  nın  müxbirlərini  qəbul 

etdim  və  söhbətimiz  qəzetdə  çap  edildi.  Sözəlrimi  dediyim  kimi  vermişdilər,  onda 

doğrudan da belə hiss edirdim ki,həyatım bitib. 

 

«Azərbaycan Yazıçılar İttifaqının Birinci katibi, Xalq deputatı,SSRİ Ali Sovetinin 



üzvü Anar deyir: 

-Hesab edirəm ki, faciənin qarşısını almaq olardı.Axı güc hakimiyyətin əlində idi. 

Talanlara  imkan  verilməyə  bilərdi..  Mən  silahsız  adamları  tankların  qabağına 

göndərənləri  də  ittiham  edirəm.Amma  Xalq  cəbhəsinin  sağlam  qüvvələri  ilə  əlaqə 

yaratmaq  lazım  idi..Mən  bu  barədə  Vəzirova  dəfələrlə  demişdim,amma  o  məhəl 

qoymurdu,hamısı quldurlardır,SRU agentləridir - deyirdi. 

Ənənənəyə uyğun çay içirik,pəncərədən gün işığı düşür,yaxında dəniz sayrışır, - 

sanki heç  bir şey  baş  vermiş  faciəni xatırlatmır.  Amma  yox,görürəm  ki, evin 52  yaşlı 

sahibinin ürəyində ağrılar  tuğyan edir. 

Anar  davam  edir:  Mənim  yeniyetməlik  dövrüm  1956-cı  ildə  bizim  qoşunlar 

Macarstana  daxil  olanda  qurtardı.  Gəncliyim  1968-cə  ildə  Çexoslavakiya  hadisələri 

zamanı sona yetdi. İndi isə məndə  belə bir hiss  var ki, Bakı yanvarında bütün ömrüm 

bitdi. 


Yazıçının  sözlərindəki  faciəvi  şiddəti  peşəkar  emosianallığın  hesabına  yazmaq 

olardı.  Amma  mübaliğəsiz,dünyaya  birinci  dərəcəli  ulduzlar  bəxş  etmiş  Azərbaycan 

ziyalılığının məşhur nümayəndəsinin hadisəyə verdiyi qiyməti nəzərə almamaq olmaz. 

-Yanğını başlamamışdan söndürmək lazım idi-deyir Anar - Mərkəzdə də,yerlərdə 

də qərarların nüfuzunu qırmaq,xüsusilə də özlərinin Qarabağa aid   qəraralarını yerinə 

yetirməmək  olmazdı». 



A.Qoroxov,V.Okulov  

«Pravda»nın xüsusi müxbirləri.  

«Gecədən sonra şəfəq»  

Azərbaycan paytaxtında indiki vəziyyəti  

belə səciyyələndirmək olar.  

(«Pravda» qəzeti 2 fevral 1990) 

       

 

P.P.S.  Yanvarın  20-də  Akademiyada  keçirilən  iclas  zamanı  mən  də  da  bir  çox 



başqa  yazıçılar  kimi  Kommunist  patiyasından  çıxacağımı  demişdim.Aşağıdakı 

müsahibədə bu məsələyə aydınlıq gətirilir: 



Müxbir Mehriban Əbülfət qızının sualı: 

- O vaxt partbileti atıb, sonra geri götürməniz çoxları tərəfindən pis qarşılandı… 

Mən inanıram ki, o bileti atanda da, geri götürəndə də Anar xalqı düşünmüşdü… 

Cavab:-Neçə  dəfə  demişəm,  mən  partbileti  atmamışdım,  yəni  partbilet  deyilən  o 

şeyi  heç  kimə  təhvil  verməmişdim.  Yanvar  hadisələrindən  sonra  Akademiyada  iclasda 

dedim  ki,  mən  də  partiyalan  çıxıram,Sonra  Qurultay  oldu  və  mən  də  partityanın  üzvü 

olmuş,onun  günahlarına  cavabdeh  adam  kimi  bu  qurultayda  iştirak  emək  qərarına 

gəldim.Sonra bu partiya öz-özünə ləğv oldundu.Mənsə daha heç bir partiyaya qoşulmaq 

istəmirəm,çünki nə vaxtsa bir partiyada olmuşam (düz hərəkət eləmişəm, eləməmişəm, 

bu  başqa  məsəşələdi)  Bu  gün  bu  partiyada,  sabah  başqasında  olmaq  mənim  siyasi 

əxlaqıma sığışmır. 

(«7 gün» qəzeti, 6 fevral 1993). 

 


 

 

MÜSİBƏT 

 

Azərbaycan torpağına müsibət üz verdi. 19-dan 20-sinə açılan yanvar gecəsində 



rəsmən  fövqəladə  vəziyyət  elan  olunmasından  altı  saat  əvvəl  Sovet  qoşunları 

Azərbaycana  və  onun  paytaxtı  Bakıya  qarşı  əməlli-başlı  hərbi  əməliyyata  başladılar. 

Tanklarla,  zirehli  maşınlarla,  başqa  müasir  silahlarla.  Rəsmi  məlumata  görə  qadınlar, 

uşaqlar, yeniyetmələr, qocalar daxil olmaqla 170 insan - əksərən azərbaycanlılar, amma 

həm də ruslar, yəhudilər, tatarlar, ləzgilər tank tırtılları altında qalmış, zirehli maşınlarla 

əzilmiş, üzdən və arxadan gülləylə vurulmuş  - həlak olmuşdur. Neçə yüz adam isə ağır 

yaralar  almış,  itkin  düşmüşdür.  Sonrakı  günlərdə  yaralananlardan  ölənlər  də  çoxdur. 

Qoşunlar yaşayış binalarının mərtəbələrini, xəstəxanaları atəşə tutub, eyvana çıxan, öz 

mənzilində  olan,  avtobusda  gedən,  küçədə  avtomat-telefonla  danışan  adamlara  güllə 

atıblar. Elə hallar olub ki, yaralananlardan da əl çəkməyib, onların da axırına çıxıblar. 

Təcili  yardım  maşını  atəşə  tutulub:  -  yaralıların  imdadına  tələsən  həkimlər,  tibbi 

personal məhv edilib. Qətlə yetirilənlərin bədənindən mütəhərrik güllələr çıxarılıb. Öz 

ölkəsinin    vətəndaşlarını  qorumalı  olan    bir  ordunun  həmin  vətəndaşlara  qarşı  belə 

görünməmiş qəddarlığını, kor hiddətini anlamaq çətindir. 

Böyük  Vətən  müharibəsi  illərində  Bakı  nefti  Sovet  dövlətinin  faşist  işğalçıları 

üzərində  qələbə  çalmasında  mühüm  amillərdən  biri  idi.  Hitler  Bakı  neftinə  can  atırdı. 

Onun qoşunları Bakıya çata bilmədi. Bakını faşist qəsbkarları üzərində qələbədən 45 il 

sonra  «Qəhrəman  Sovet  Ordusu»  aldı.  Yeniyetmələrin  və  uşaqların  müqavimətini 

qıraraq şəhəri «fəth etdi». 

Öz  ölkəsinin  əhalisinə  qarşı  belə  görünməmiş  qaniçənliyə  bəraət  qazandırmaq 

üçün gətirilən dəlillər əsassızdır; təsadüfi deyil ki, ölkənin ən yüksək rəhbərliyi belə bu 

hərəkətin səbəbini müxtəlif şəkildə izah və şərh edirdi. Rəhbərlərdən biri deyir   ki, biz 

Sovet  hakimiyyətini  qorumaq  məqsədi  güdürdük,  başqası  deyir  ki,  millətlərarası 

çəkişmələrə  son  qoymaq  istəyirdik,  üçüncüsü  isə  Azərbaycan  Xalq  Cəbhəsinin 

strukturlarını  dağıtmaq  cəhdindən  dəm    vurur.  Nə  olursa  olsun,  belə  bir  aksiya 

hadisələrə  uyğun  olmayan,  həm  də  keçikmiş  bir  hərəkət  idi.  Axı  söhbət  Sovet 

hakimiyyətindən gedirsə, Dağlıq Qarabağda belə   bir hakimiyyət iki ildir yoxdur və bu 


cəhət  Bakının  üstünə  qoşun  yeridənləri  görünür,  o  qədər də  narahat  etmirmiş.  Bu  bir. 

İkinci; məgər rəsmi təsdiq olunmuş bir təşkilatla  - Azərbaycan Xalq Cəbhəsiylə siyasi 

dialoq  mümkün  deyildi?  Məgər  tarixin  acı  dərsləri  sahibi-ixtiyarlara  heç  bir  şey 

öyrətməyib?  Dərk  edə  bilməyiblər  ki,  ayrı  siyasi  baxışlara  malik  olan  adamlarla 

tankların və dəyənəklərin diliylə danışmaq heç bir vaxt xeyirli nəticə vermir. 

Yanğını  alışıb  ətrafı  bürüyənə  qədər  söndürmək  lazımdır.  Yanvarın  13-14-də 

Bakıda kimlər tərəfindən törədildiyi bəlli olmayan erməni talanları baş verdi. Əsgəran 

və  Sumqayıt,  Ermənistanın  Qukark  rayonu,  Fərqanə,  Yeni  Uzen,  Tbilisi  faciələrindən 

sonra iki il ərzində hakimiyyət orqanları belə qəddarlığın, təhdid və talanların qarşısını 

ala  biləcək  bir  mexanizm,  təcili  fəaliyyət  göstərməyə  qadir  olan  bir  qüvvə  yarada 

bilməzdilərmi?  Nəyə  görə  talanların  ərəfəsində  respublikanın  daxili  qoşunlarının 

silahları  alınmışdı?  Bakı  ermənilərinin  ünvanları  talançılara  məlum  idisə,  bu  ünvanlar 

asayişi qorumalı olan respublika və mərkəz dairələrinə niyə məlum deyildi və günahsız 

adamları müdafiə etməyə onlara nə, ya kim mane oldu? Nazir Bakatinin dediyinə görə 

bu zaman Bakıda beş min talançı, on iki min nəfərlik daxili qoşun vardı, bəs onda iki 

yarım milis işçisi bir talançının öhdəsindən gələ bilməzdimi? Suallar, suallar, suallar... 

Bu  sualların  cavabı  isə  yoxdur.  Hər  halda  bu  suallara  cavab  vermək  istəmirlər.  Bu 

talanlar kimə lazım idi, kimə xeyir idi? Bir çox azərbaycanlı ailələri, Xalq Cəbhəsinin 

nümayəndələri erməniləri gizlədib qoruyurdular. 

Bizim  bütün  ziyalılarımız,  ictimaiyyətimiz  kimi  Azərbaycan  yazıçıları  da,  qəti 

şəkildə  və  qeydsiz-şərtsiz  bu  talanları  pislədi,  onların  təşkilatçılarının  və  icraçılarının 

ciddi  məsuliyyətə  cəlb  olunmasını  tələb  etdi.  Həlak  olanların  hamısına  acıyırıq. 

Hakimiyyət orqanları, o cümlədən mərkəzi hakimiyyət orqanlara bu talanların qarşısını 

almaqda  acizlik  göstərdilərsə,  heç  olmasa  13-14  yanvarda  Bakıda  cinayət  törədənləri 

tapmalı  və  cəzalandırmalıydılar.  Bunun  əvəzində  isə  mərkəzi  hakimiyyət  bütöv  bir 

xalqdan  «qisas  almaq»  fikrinə  düşdü,  bu  xalqın  öz  ləyaqət  və  namusunu  qorumaq, 

torpağını və ərazi bütövlüyünü təcavüzdən mühafizə etmək əzmini qan içində boğmaq 

istədi. Qatillər və canilər deyil, yüzlərcə günahsız azərbaycanlını - on üç yaşlı qızcığazı, 

on dörd yaşlı oğlanları, yetmiş yaşlı qoca qarını, kor rus fəhləsini, təcili yardımın yəhudi 

həkimini cəzalandırdılar. 



Cinayəti  törədənlər  başqaları  idi,  cəza  alanlar  başqaları.  Əgər  bir  şəhərdə  hər 

hansı cinayət baş verirsə, bu səbəbdən həmin şəhəri gülləbaran etmək, evləri, küçələri, 

adamları yelpicvari atəşə tutmaq məqbuldurmu? Qocaya da, körpəyə də qan uddurmaq 

olarmı - nə var, nə var, onlar bu   şəhərin sakinidir? Hələ onu demirəm ki, vicdansızlığın 

son  həddi  -  belə  kütləvi  qırğının  kecikdiyindən  gileylənməkdir.  Yəni  ki,  günahsız 

insanlar  bir  az  daha  qabaq,  uşaqlar  daha  körpə  yaşında  qanına  qəltan  edilməliymiş  - 

bunu  yüksək  kürsülərdən  söyləyənləri  insan  saymaq  olarmı?  Həm  də  bunu  həmin  o 

dildə deyirlər  ki, o dildə  Dostoyevski körpənin göz  yaşları haqqında  məşhur  kəlamını 

bəyan  edib.  Belələrini  qan  seliylə  də  sarsıtmaq  olmaz,  onda  ki,  bir  körpənin  göz  yaşı 

olsun. 


Bir ovuc qatili və canini tapmaq və zərərsizləşdirməkdən ötrü tanklara və zirehli 

maşınlara,  sərkərdələrin  hərbi  məharətinə    və  superdövlətin  silahlı  qüdrətinə  ehtiyac 

vardımı?  Məgər  Moskva  ətrafındakı  Lübertsi  qəsəbəsində,  yaxud  Kazan  şəhərindəki 

mütəşəkkil cinayətə qarşı bu vasitələrlə mübarizə aparılır?  

Bəzən  iddia  edirlər  ki,  söhbət  SSRİ-nin  dövlət  sərhədlərinin  qorunmasından 

gedirdi. Məgər bu sərhədlər Bakıdan keçir?  Sərhədləri vaxtlı-vaxtında həm də onlardan 

500 km uzaqda olan şəhərdə yox, sərhədlərin keçdiyi yerlərdə qorumaq olardı. Bir də 

iddia  edirlər  ki,  söhbət  Bakıda  Sovet  hakimiyyətinin  devrilməsindən  gedirdi.  Məgər 

«Sovet  hakimiyyəti»  və  Bakıda,  rayonlarda  iflasa  uğramış,  istefası  tələb  olunan  ayrı-

ayrı partiya rəhbərləri eyni anlayışdır? Nəyə görə başqa yerlərdə iqtidarsız rəhbərliyin 

istefaya  çıxması  haqqında  tələblər  -  demokratiyanın  təntənəsi,  Azərbaycanda  isə  eyni 

şey  dövlət  çevrilişi  sayılır?  Şübhəli  bir  fikir  də  ortaya  atılır:  guya  kimsə  burda  İslam 

respublikası yaratmaq niyyətindəymiş. Nə Xalq Cəbhəsi, nə başqa mötəbər bir hərəkat 

ya  təşkilat  heç  vaxt  və  heç  yerdə  belə  bir  məsələ  qaldırmayıb.  Əgər  hardasa  kiçicik 

dəstələr belə şüarlar irəli sürüblərsə, onda da bu ikimilyonluq şəhər və yeddi milyonluq 

respublikaya  qarşı  cəza  tədbirlərinə  səbəb  ola  bilməz.  Tez-tez  Mərkəzi  televiziyayla 

Rusiyada  monarxiya sistemini bərpa etmək arzusunda olan adamlar çıxış edirlər. Məgər 

onların  bu  arzusuna  avtomat  atəşiylə,  topların  yaylımıyla,  sərnişinli  «Jiquli»ni  xurd-

xəşil edən tankların yürüşüylə cavab verirlər? 


Matah  yenidənqurma  bu  imiş?  Bu  cür  yenidənqurmanı  intizarla  gözləyir, 

sadəlövhlüklə  buna  inanırmışıq?  Heyf,  səd  heyf.  Bu  imiş  demə  demokratikləşma, 

cəmiyyətin təzələnməsi, yeni düşüncə tərzi. Hələ onu demirəm ki, SSRİ Konstitusiyası 

(229-cu  maddə,  14-cü  bənd)  kobudcasına  pozulmuşdur.  Azərbaycan  SSR-in 

Konstitusiyası  da  həmçinin.  Respublikanın  suverenliyi  tamamilə  alt-üst  edilmişdir. 

Respublikanın  ali  hakimiyyət  orqanları  ilə  formal  cəhətdən  belə  razılaşdırılmadan  bu 

cür  zalım  bir  aksiya  hazırlanırmış.  Həm  də  ölkənin  ali  mənsəbləri  Azərbaycan 

ziyalılarını, deputat korpusunu yalançı vədlə aldatdığı bir vaxtda belə bir qırğına şıdırğı 

hazırlıq  gedirmiş.  Bu  oyunu  bizim  başımıza  açdılar  ki,  başqalarına  da  görk  olsun,  öz 

suverenliyini, müstəqilliyini  çox da ciddi qəbul eləməsinlər. 

Yeniyetməlik çağım  1956-cı ildə, Sovet qoşunları Macarıstana girəndə qurtardı, 

gəncliyim 1968-ci ilin avqustunda Sovet ordusu «Praqa baharı»nı boğanda bitdi. 1990-

cı ilin Bakı yanvarında mənə elə gəlir ki, həyatımın axırıdır... 

Uzun  müddət  ərzində  SSRİ  Ali  Soveti  və  Xalq  deputatları  Qurultayında  xüsusi 

tədqiqat  aparılırdı  -  Əfqanıstana  qoşunların  girməsinə  kim  əmr  verib,  Molotov  - 

Ribbentrop  müqaviləsi, bütöv  xalqların  yerindən dəbərdilib  sürgün edilməsi üçün  kim 

məsuliyyət  daşıyır?  İndi,  Stalin  zamanında  yox,  Brejnev  zamanında  yox,  bizim 

günlərdə,  aşkarlıq  dövründə  suveren  respublikanın  ərazisinə  qoşun  yeridirlər,  həm  də 

əvvəlcədən qurbanları da nəzərə alırlar (təcavüzdən bir neçə saat qabaq xəstəxanalarda 

yerlər  tədarük  edir,  tibbi  personalı  səfərbər  edirlərmiş),  amma  ölkənin  Ali  Sovetinin 

nəinki razılığı alınır, heç onu xəbərdar etməyi də lazım bilmirlər. Tbilisi faciəsi də dərs 

olmadı  bunlara.  13-14  yanvar  talanlarıyla  Bakıya  qoşun  yeridilməsi  arasında  beş  gün 

var. Bu beş günə Azərbaycana on min əsgər gətirməyə vaxt tapdılar, amma Moskvada 

Ali  Sovetin  üzvü  olan  540  deputatı  toplamağa  imkan  tapmadılar.  Belə  fövqəladə  bir 

məsələdə onların rəyini bilməyə macal olmadı. Ümumiyyətlə, səhv etmirəmsə, ölkənin 

tarixində  fövqəladə  vəziyyət  ilk  dəfə  tətbiq  olunur  və  onun  mexanizmi  haqqında  da 

dəqiq  anlayış  yoxdur.  Görünür,  Azərbaycan  belə-belə  işlərin  tətbiq  olunması  üçün 

münasib  sınaq  meydanıdır.  Bundan  sonra  hələ  Qanuni  Dövlət  yaradılmasından  dəm 

vururlar. 


Nə  gizlədim:  Bizim  üçün  -  Azərbaycan  nümayəndələri  üçün  bu  hadisələr 

yenidənqurma,  demokratikləşmə  prosesləri,  sosializmin  təkmilləşməsi,  respublikaların 

müstəqilliyinin  və  suverenliyinin  artması,  insan  hüquqlarının  mühafizəsi  haqqında 

bütün  xoş  və  xam  xəyalların  puça  çıxması  deməkdir.  Əgər  bu  gün  zülmə  və  yalana, 

zorakılığa və riyakarlığa qarşı gur səslə etiraz etməsək. 

1988-ci ilin fevralında Əsgəranda öldürülən iki azərbaycanlı gənc, bundan sonra 

baş  vermiş  Sumqayıt  faciəsi,  Ermənistanın  Qukark  və  başqa  rayonlarındakı  zorakılıq, 

hər  iki  tərəfdən  yüz  minlərlə  qaçqın,  yüz  minlərlə  qırılmış  tale,  söndürülmüş  ocaq, 

alçaldılmış,  təhqir  olunmuş,  didərgin  salınmış  insanlar  və  nəhayət,  Bakının  qanlı 

yanvarı - Qarabağ konfliktinin acı yekunları bunlardır. Özlərinin çıxardıqları qərarlara, 

qətnamələrə, fərmanlara Ali Dövlət orqanlarının vecsiz münasibəti, bu qərar, fərman və 

qətnamələrin  həyata  keçirilməyib  elə  kağız  üzərində  qalması  regionda  gərginliyə  və 

zorakılığa  rəvac  verdi.  Konstitusiya  qanunlarına,  ölkənin  Ali  Sovetinin  rəyinə 

saymamazlıq göstərmək ümumən qanunları saymamazlıqla nəticələndi. 

Daha  dəhşətli  bir  bəla  bu  inzibati-bürokratik  gücsüzlüyün  milli  qarşıdurmayla 

nəticələnməsi  olardı.  Kimlərsə  milli  qarşıdurmayla  da  kifayətlənməyib  dini  ədavətin 

ocağını qalamağa cəhd edir. Milli düşmənçilik bizim yolumuz deyil. Dini dözümsüzlük 

ruhumuza  yaddır.  Azərbaycanda  rusların  əleyhinə,  ruslar  arasında  azərbaycanlıların 

əleyhinə  hissləri  qıcıqlandırmaq  -  tarix  qarşısında  cinayət  olardı.  Azərbaycanlı  analar 

da, rus, erməni analar da eyni dildə - dərd dilində ağlayırlar. 

Bakı  həmişə  elə  şəhər  olub  ki,  burda  müxtəlif  millətlərin  övladları  birlikdə 

yaşayıb, işləyib, sevinib, kədərləniblər. Uzun illər boyu onların münasibətinə heç bir şey 

kölgə salmayıb. Bəs niyə şəhərimizin füsunkar Dağ parkı iki gün ərzində yüz məzarlı 

Şəhidlər  qəbiristanına  çevrildi?  Niyə?  Nədən?  Bu  ağrılı  suallara  kim  cavab  verəcək? 

Analara oğullarını, uşaqlara atalarını, qadınlara ərlərini, bacılara qardaşlarını, qardaşlara 

bacılarını kim qaytaracaq? 

Ölkə yazıçılarına, ziyalılarına, jurnalistlərinə deputatlarına müraciət edirik. Gürcü 

xalqının  ağır  günündə  Tbilisiyə  tələsdiyiniz  kimi,  bu  gün  də  Bakıya  gəlin,  müxtəlif 

millətlərin nümayəndələrini ağuşuna almış Şəhidlər qəbiristanlığını ziyarət edin. Təsəlli 

və  kədər,  etiraz  və  qəzəb  sözlərini  tapıb  deyin.  Bakılılar  məğrur  insanlardır,  onlar 



sızlamağı, ona-buna dərdlərini açmağı sevmirlər, ağlayıb heç kəsin ürəyini yumşaltmaq 

istəmirlər. Ancaq hər halda bu ağır günlərdə onlar özlərini yalqız, unudulmuş, matəmi 

şəriksiz  çəkən  dərdlilər  kimi  hiss  etməməlidirlər.  Yoxsa  ümumi  ailə,  ümumi  tale, 

ümumi gələcək haqqında təmtəraqlı sözlərin nə qiyməti varmış? 

Heç kəs məsuliyyətdən yaxasını qurtara bilməyəcək - nə Bakının Qara yanvarının 

baiskarları,  nə  də  kütləvi  informasiya  vasitələrində  bu  qanlı  faciə  üçün  zəmin 

hazırlayanlar,  faktları  təhrif  edənlər,  bəzi  məlumatları  gizlədib,  bəzilərini  şişirdənlər, 

ictimaiyyəti  aldadıb  müəyyən  yanlış  təsəvvürlər  yaradanlar,  bir  xalqı  o  birinə  qarşı 

qaldıranlar  və  indinin  özündə  üçüncü  bir  xalqı  da  düşmən  etmək  üçün  canfəşanlıq 

edənlər...  Moskva  jurnalisti  Georgi  Rojkovun  fəryadı  məni  çox  mütəəssir  etdi.  Bizim 

tərəflərə gəlibmiş. Hər şeyi öz gözüylə görüb, bir müddət sonra isə gördüklərini yazıb, 

«Vışka»  qəzetinə  göndərib.  İri  məqaləsinə  belə  bir  qeyd  də  verib:  «İki  aydan  artıq 

müddət  keçməsinə  baxmayaraq  Azərbaycana  və  Ermənistana  səfərim  barəsində  bircə 

sətir  də  çap  etdirə  bilməmişəm.  Moskvanın  bircə  qəzeti,  bircə  jurnalı  da  mənə 

səhifələrində yer vermir. Niyə? Səbəbi çox sadədir: mənim yazdığım həqiqət aydan-aya 

oxucuların və dinləyicilərin beyinlərinə yeridilən fikrə uyğun deyil. Bu fikir isə belədir: 

«Azərbaycan  qan  hərisidir,  təcavüzkardır,  Azərbaycanın  qonşuları  isə  günahsız 

qurbanlardır». 

Mərkəzi  nəşrlərdə  plüralizmin  bariz  örnəyidir,  deyilmi?  Georgi  Rojkovun 

buradakı  vəziyyət  haqqında  ədalətli  fikrinə  görə  minnətdaram  ona.  Qoy  süngüylə 

yaralanmışları qələmləriylə öldürən curnalnistlər vicdanları qarşısında xəcalət çəksinlər. 

Xalqımız  haqqında  istər,  «sağ»,  istərsə  «sol»  mətbuatda,  televiziya  ekranlarında 

çox böhtanlar, iftiralar yazılıb, deyilib. Xalqımız kinli və qisasçı xalq deyil. Və biz - bu 

xalqın  nümayəndələri  -  ölkənin  bütün  namuslu  adamlarına  müraciət  edirik:  bizim 

faciəmizi  anlayın.  Başa  düşün  ki,  bu  həm  də  sizin  faciənizdir.  Bu  bizim  ümumi 

faciəmizdir. Dəmir yolu qəzaları baş verəndə milli matəm elan edən ölkə Bakının qara 

yanvar günlərində televiziya ekranlarında, radio efirdə çalıb oynamamalıydı. Çünki bu 

matəm, yalnız minlər və milyonlarla azərbaycanlının və erməninin matəmi deyildi, bu 

yalnız həlak olanlara tutulan yas deyildi. Bu ölkədə demokratik dəyişmələrə tutulan yas 

idi, həyatımızın düzələcəyinə, yaxşılaşacağına olan inam və ümidlərimizin matəmi idi. 



Bu  ümidlər  o  qədər  kövrək,  o  qədər  köməksiz  imişlər  ki,  onları  tanklar  və  sapoqlarla 

asanca tapdalayıb əzmək oldu... 

Müxtəlif  xalqlara  ayrı  gözlə  baxmaq  olmaz:  birinin  hüquqlarının  doğrudan,  ya 

yalandan  pozulmasına  vasvasılıqla  diqqət  yetirmək,  o  birinin  əzilib  məhv  olunmasını 

sakitcə seyr etmək. Bəzən hətta bu qanlı qırğına haqq da qazandırırlar. Bakı hadisələrinə 

bəzilərinin  münasibətini  belə  ifadə  etmək  olar:  canilərın  törətdikləri  talanlara  cavab 

olaraq hökumətin də talan törətməyə haqqı var. Belələri, bu zorakılığa bəraət axtaranlar, 

yəni əslində dövlət terrorizmini məcburi tədbir kimi qiymətləndirənlər, gec-tez bu sayaq 

«obyektivliklə» öz talelərində rastlaşacaqlar. O zaman gecikmiş, sonrakı peşmançılığın 

faydası  olmayaçaq.  Belə  bir  fikir  də  gəzir  ki,  min  adamı  xilas  etmək  üçün  yüz 

günahsızın  qanını  tökmək  olar,  Bu  gün  belə  deyənlər  sabah  milyonları  «xilas»  üçün 

minləri,  biri  gün  yüz  mnlyonların  «xilası»  üçün  milyonları  qurban  verə  bilər.  Çox 

şübhəli hesablamalardır.  

Tarixin  bu  dərsini  də  çoxdan  keçmişik.  Dəfələrlə.  Eyni  dərsi  neçə  kərə  təkrar 

etmək olar? 

Bu  qaranlıq  tunelin  axırında  bir  işıq  ucu  sezilirmi?  Ölüləri  qaytarmaq  olmaz. 

Ölənlə ölmək olmaz. Amma ölənlərin xatirəsi naminə əlimizdən gələni etməliyik ki, bu 

müsibət bir də təkrar olunmasın. Bununçün isə hadisəyə aydın və qəti qiymət vermək 

lazımdır.  Siyasi  oyunların,  vəzifə  «qeyrəti»nin  ucundan  həqiqətin  və  ədalətin  ağzı 

yumulmamalıdır. Cinayətin bütün baiskarları cəzalarına çatmalıdırlar. 

«Günahsızların qanı yerdə qalmasın deyə başqa günahsızların qanı axıdılmalıdır» 

-  belə  məntiqi  heç  bir  zaman,  heç  bir  dəlillə  qəbul  edə  bilmərəm.  Hələ  məktəb 

yaşlarından bizə təlqin edirdilər ki, Lev Tolstoy dahi yazıçı olsa da   fəlsəfi və   əxlaqi 

baxışları naqis idi, nəyisə heç cür başa düşə bilmirdi. 

Bəlkə,  indi  vaxtı  gəlib  deyək  ki,  yanılan  Tolstoy  yox,  biz  olmuşuq.  Əsrin  və 

ikinci  minilliyin  axırında  bu  ucu-bucağı  görünməyən  ölkədə  uçurum  qarşısında  xilas 

olmağın yeganə yolu Tolstoy təlimi- zora zorla cavab verməmək fəlsəfəsidir. 

23 yanvar, 1990. 

1   2   3   4   5   6   7   8   9   ...   44


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə