Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 4.05 Mb.
Pdf просмотр
səhifə12/44
tarix23.12.2016
ölçüsü4.05 Mb.
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   ...   44

 

 

 

AZƏRBAYCAN SUVENİR  RESPUBLİKASI DEYİL, 

SUVEREN RESPUBLİKADIR 

(Azərbaycan KP XXXII qurultayında çıxış. 9 iyun, 1990) 

 

Hörmətli yoldaşlar! 



Partiyanın  müxtəlif  qurultaylarına  müxtəlif  adlar  verilib  Qaliblər  Qurultayı, 

həlledici Qurultay və demək olar ki, hamısı Tarixi Qurultay. Bu adların zamanın sınağı 

qarşısında  doğrulub-doğrulmaması  başqa  məsələdir.  Arzu  edərdim  ki,  Azərbaycan 

kommunistlərinin  bu  qurultayı  tarixə  sözün  həqiqi  mənasında  Səmimi  Qurultay  kimi 

daxil  olsun,  yəni  bu  məclisdə  hərə  öz  düşündüyünü  desin.  Bu  baxımdan  mən  də  tam 

səmimiyyət  ruhunda  ürəyimdəkiləri  etiraf  etmək  istəyirəm.  Bu  ilin  qanlı  yanvar 

hadisələrindən, xalqımıza tutulan divandan sonra mən bu divana yol vermiş partiyanın 

sıralarında qalmaq istəmirdim. Və bu gün mən buradayamsa, bu kürsüdən danışıramsa 

bunun  səbəbini  izah  etməliyəm:  düşünüb-daşınıb,  çox  ciddi  tərəddüdlərdən  keçib  bu 

qərara gəldim ki, 23 il ərzində bu partiyanın üzvü olan bir adam kimi mən də partiyanın 

cəmiyyət,  ölkə  və  xalq  qarşısındakı  günahlarına  görə  məsuliyyət  daşıyıram  və  bu 

günahların  yuyulmasında  iştirak  etmək  üçün  onun  öz  içində,  onun  mexanizmləri  və 

tribunaları  vasitəsilə  fəaliyyət  göstərməliyəm.  İlkin  sosialist  ideallarını  təhrif  edib 

totalitar  bir  rejim  yaradan  Stalin-Brejnev  sisteminin  amansız  səhvləri  və  cinayətləri 

üçün yalnız sabiq və indiki rəhbərlər məsuliyyət daşımır, bütün bu haqsızlıqlara dözən, 

səsini qısan, razılaşmasa da susan sıravi partiyaçılar və o cümlədən mən də məsuliyyət 

daşıyıram. O illərin məhdud imkanları daxilində hər halda demək istədiklərimizi az-çox 

desək də.  

Altı və üstü talan olunmuş torpağımız, azdırılmış tariximiz, unutdurulmuş adımız, 

dəyişdirilmiş  əlifbamız  (yeri  gəlmişkən  yenidən  latın  əlifbasına  qayıtmağın  vaxtı 

çatmışdır)  illər  boyu  kürül-kürül  axan  yalanlar,  boş  vədlər,  təbiətin  kor  qoyulması, 

şəhərlərimizin  zəhərlənməsi,  mənəviyyatın  pozulması,  riyakarlıq,  saxtakarlıq, 

rüşvətxorluq,  qohumbazlıq,  yerlibazlıq  -  cəmiyyətimizdə  geniş  yer  almış  bütün  bu 

bəlalara  görə  heç  birimiz  məsuliyyət,  cavabdehlik  və  təqsir  yükünü  boynumuzdan  ata 

bilmərik. 


Partiyanın  tarix  qarşısında  şərəfli  missiyası  -  həm  ümumən  ölkədə,  həm  də  hər 

respublikada,  o  cümlədən  Azərbaycanda  demokratik,  çoxpartiyalı  sistem  yaratmaqdır. 

Tarixin parodoksudur ki, Kommunist Partiyası özü və məhz o, hakimiy-yətə şərik çıxa 

biləcək ictimai qüvvələrə yardım əlini uzatmalıdır. Bu onun kələcək nəsillər qarşısında 

ən şərəfli işi ola bilər. 

Tarixdə  heç  nə  itmir,  batmır.  Bu  günlərdə  Azərbaycan  Demokratik 

Respublikasının  72-ci  ildönumünü  bayram  edərkən,  indiyədək  tanış  olmadığımız 

sənədlər,  faktlar  üzə  çıxarılarkən  Azərbaycan  xalqının  zəngin  demokratik  ənənələrə 

malik  olduğu  bir  daha  aydınlaşdı.  Demokratiya  da,  siyasi  və  ictimai  fikir  müxtəlifliyi 

də,  milli  müstəqillik  də  bizimçün  göydəndüşmə  bir  şey  deyil,  onların  torpağımızda, 

tariximizdə  kökləri,  rişələri  var.  Demokratiya  həqiqi  milli  müstəqilliyin  də,  insan 

azadlığının  da  ilkin  şərtidir.  Dəqiq  demokratik  institutlar  və  qanunlar  olmadan 

müstəqillik yeni bir totalitarizmə, şəxsi, siyasi və ya dini despotizmə, istibdada gətirib 

çıxarda  bilər.  Odur  ki,  bu  gün  xalqımızın  gələcəyi  haqqında  məsuliyyət  hissi  ilə 

düşünən  bütün  siyasi  və  ictimai  qüvvələr  məhz  demokratiyanın  möhkəmlənməsi 

uğrunda  mübarizə  aparmalıdırlar.  Tarix  göstərdi  ki,  ayrıça,  təcrid  olunmuş  bir  ölkədə 

sosializm  qurmaq  müşkül  işdir.  Eynilə  ölkənin  hər  hansı  ayrı  respublikasında,  təcrid 

olunmuş  şəkildə  nə  müstəqillik,  nə  də  tam  demokratiya  əldə  etmək  olar.  Hər 

respublikanın,    o    cümlədən  Azərbaycanın  demokratikləşməsi  ölkədəki  demokratik 

proseslərlə  bağlıdır,  amma  bu  proseslərin  möhkəmlənməsi  üçün  biz  də  öz  səyimizi 

əsirgəməməli, qeyrət və hümmət göstərməliyik. Bu işdə Kommunist Partiyası müstəsna 

rol oynaya bilər. Ancaq burda da tam səmimiyyət lazımdır. Çoxpartiyalılıq süni surətdə 

yuxarıdan qurula bilməz, heç kəsi təmsil etməyən beş-on nəfərlik oyuncaq partiyaların 

formal təsdiqi hələ demokratiya deyil. Siyasi plüralizm və demokratiya həqiqətən xalqın 

öz  içindən  çıxan,  onun  öz  iradəsiylə  yaranmış,  onun  əhəmiyyətli  hissəsinin  fikir  və 

duyğularını  ifadə  edən  hərəkatla  səmimi  və  sağlam  əməkdaşlıqdır.  Qeyri-formal 

adlandırdığımız  bu  hərəkat  və  onun  nüfuzlu  öncülü  olan  Azərbaycan  Xalq  Cəbhəsi  - 

ictimai və siyasi həyatda layiq olduğu yeri bir sədəqə kimi deyil, halal qazanılmış hüquq 

kimi  almalıdır.  Xalq  Cəbhəsinin  sağlam  qüvvələri  haqqında  danışanda  belə  nəzərdə 

tuturuq  ki,  orda  qeyri-sağlam  qüvvələr  də  var.  Doğrudan  da  belədir,  Xalq  Cəbhəsində 



karyeristlər, demaqoqlar, üzdə bir şey, dalda başqa şey deyənlər də var. Amma məgər 

Kommunist Partiyasının sıralarında tək bir yalnız sağlam qüvvələr cəmləşib, əliəyrilər, 

bürokratlar, doqmatiklər yoxdur? 

Xalq Cəbhəsinin fəaliyyətində ciddi səhvlər və nöqsanlar varmı? Var! Amma hər 

halda Xalq Cəbhəsinin iki il ərzində buraxdığı səhvlər 70 il ərzində edilən səhvlərdən 

bir qədər az olar. 

Mən burda münasibətləri ayırd eləmək fikrində deyiləm. Yeganə istədiyim odur 

ki,  məhz  Kommunist  Partiyasının  sağlam  qüvvələriylə  Xalq  Cəbhəsinin,  digər  ictimai 

hərəkatların,  gələcək  partiyaların  sağlam  qüvvələri  arasında  əməkdaşlıq  yaransın. 

Azərbaycan ziyalılarının təşəbbüsü ilə fəaliyyətə başlamış Məşvərət Şurası - respublika 

rəhbərliyinin,  Xalq  Cəbhəsinin  və  ziyalıların  arasında  möhkəm  körpü  olmalıdır,  iş 

birliyinə  xidmət  etməlidir.  Bu  şuranın  ilk  toplantısı  yüksək  səviyyədə  və  real 

əməkdaşlıq şəraitində keçdi. Təəssüf ki, sonrakı toplantılar həm səviyyə, həm səlahiyyət 

baxımından  çox  da  səmərəli  olmadı.  Bu  orqan  isə  respublikamızın  gələcəyi  üçün, 

xalqımızı hər hansı bəladan hifz etmək üçün son dərəcə mühüm görüş yeridir. 

 

 



 

 

SSRİ XALQ DEPUTATLARININ NÖVBƏDƏNKƏNAR V 

QURULTAYINDA ÇIXIŞ 

(31 avqust 1991) 

 

Hörmətli deputat yoldaşlar! 



Azərbaycan deputat heyətimiz qurultaya əməli təkliflərlə, əməli iş görmək arzusu 

ilə gəlmişdir. Yoldaşlarımızın çıxışlarından da bunu gördünüz. 

Mən  də  burada  tamam  başqa  təklif  və  mövzularla  çıxış  etmək  istərdim.  Lakin 

vəziyyət elə gətirdi ki, deputat heyətimiz bəyanat qəbul etməyə məcbur oldu. 

SSRİ  xalq  deputatları  qurultayında  millətlərarası  zəmində  münaqişələr 

Azərbaycan  Respublikasının  Dağlıq  Qarabağ  Muxtar  Vilayəti  barəsində  ermənilərin 

əsassız  ərazi  iddialarından  başlanmışdır.  Millətlərarası  toqquşmalarda  tökülən  ilk  qan 

Qarabağda  həlak  olmuş  iki  azərbaycanlı  gəncin  qanıdır.  Dörd  il  ərzində  bu  münaqişə 

yüzlərlə adamın ölümünə bais  olmuşdur. 

Bu  gün,  bu  çox  mühüm  qurultayda,  İttifaqın  yeni  quruluşunun  əlamətləri 

müəyyən olunduğu bir vaxtda erməni separatçıları hələ qərarlaşmamış barışığı pozmağa 

hazır olan qızışdırıcı rolunu oynayırlar. SSRİ Ali Sovetinin çoxdan buraxdığı iyirminci 

çağırış DQMV Vilayət Sovetinin qərarı məhz belə tədbirdir. O, Azərbaycanın xəritəsini 

özbaşına  dəyişdirir,  mövcud  olmayan  Şaumyan  rayonunu  öz  tərkibinə  daxil  edir  və 

muxtar vilayətin əhalisinin azərbaycanlı hissəsinin iradəsinə etinasızlıq göstərir. 

Qarabağda  qan  tökülməsinin  məlum  ilhamçısı  Zori  Balayanın  bu  qurultaydakı 

çıxışı  növbəti  fitnəkarlıq  olmuşdur.  İki  xalqın  -  Azərbaycan  və  erməni  xalqlarının 

fəlakəti məhz onun qatı millətçi ideologiyasının mayası ilə yoğrulmuşdur. Onun çıxışı 

göstərir  ki,  avqust  qiyamı  hələ  qurtarmamışdır.  Azərbaycan  Respublikasının 

prezidentinə  onun  atdığı  böhtan  da  məhz  bu  ruhdadır.  Prezidentin  dediyi  sözlər  təhrif 

olunmuş  və  mətndən  yarımçıq  götürülmüşdür.  Yedək  maşınlarından,  silahdan  və 

sairdən  istifadə  olunması  haqqında  bütün  iftiralar  Rusiya  ilə  Azərbaycanın  arasında 

nifaq  salmaq  cəhdindən  başqa  bir  şey  deyildir.  Belə  bir  suala  cavab  verməkdən  yaxa 


qurtarmaq  istəyirlər:  erməni  yaraqlılarının  Bağanıs  Ayrım  kəndini  və  Azərbaycanın 

digər kəndlərini yerlə-yeksan etdikləri zəhmli, müasir silah haradan alınmışdır? 

Azərbaycan Respublikasının ali dövlət hakimiyyəti orqanı istiqlaliyyət haqqında 

akt  qəbul  etmişdir.  Azərbaycan  Respublikası  milliyyətindən,  dini  etiqadından  asılı 

olmayaraq  bütün  vətəndaşların  hüquqlarına  və  azadlıqlarına  təminat  verir.  Ölkə 

tarixinin bu məsuliyyətli məqamında biz qurultayda sədrlik edənlərdən tələb edirik ki, 

millətlərarası  ədavəti  qızışdırmaq  üçün  göstərilən  hər  cür  cəhdlərin  qarşısını  alsınlar, 

qurultayı  öz  başlıca  vəzifələrindən  yayındıran  məsələlərin  müzakirəsinə  yol 

verməsinlər. 

Nadir, bəlkə də yeganə imkandan istifadə edərək Ermənistan deputat heyətinə və 

Gürcüstan deputat heyətinə müraciət etmək istəyirəm: gəlin, keçmişin dərslərini,  1918-

20-ci illərin tarixini unutmayaq. 

Hamımız  müstəqillik  istəyirik.  Üç  Zaqafqaziya  respublikası  yalnız  o  zaman 

müstəqil ola bilər ki, onların arasında sülh və həmrəylik olsun. Bu respublikalardan biri 

digəri  ilə,  yaxud  ikisi  üçüncüsü  ilə  öcəşəndə  isə  bizim  nə  müstəqilliyimiz,  nə  də 

azadlığımız olacaqdır. Gəlin bu barədə birlikdə   düşünək.  



Anarın  şərhi:  Bu  mənim  SSRİ  Xalq  deputatı  olduğum  müddətdə  son 

çıxışımdır.Xalq deputatı və SSRİ Ali Sovetinin İttifaqlar Şurasının üzvü olduğum iki il 

ərzində  iyirmidən  artıq  dəfə  Qurultaylarda,  sessiyyalarda,    komissiyalarda  çıxışlar 

etmişəm. Təəssüf ki,onlaran yalnız bir qismi arxivmidə yaxud qəzet səhifələrində qalıb. 

Çıxışlarım rus dilində olduğu üçün onların əlimdə olanlarının əksəriyyəti bu  kitabın rus 

dilindəki  nəşrində  verilir.Buradakılar  isə  o  vaxt  Azərbaycan  dilinə  çevrilib  dövrü 

mətbuatda çap olunanlardır. 

1980-1991-ci  il  SSRİ  Xalq  deputatlığım  -  ömrümün  ən  çətin  dövrüdür.O 

gərgin,əsəbi,qarmaqarışıq zamanlarda Azərbaycan deputatları hər tərəfdən,hər səmtdən 

amansız  hücümlara  məruz  qalırdı.  O  vaxtki  respubilka  iqtidarı  bizim  müxalifətlə  və 

Moskvanın  Regionlararası  qrupla  təmaslarımızdan  narazı  idi,müxəlifət  iqtildara  qarşı 

kəskin  mövşe  tutmamaqda  günahlandırırdı  bizi,ermənilər  teleqram,  məktub  və  telefon 

zəngləriylə bizi təhdid edir, hətta ölümlə hədələyirdilər. Məsələnin bütün mürəkəbliyini 

,vəziyyətin bütün çətinliyini  yetərincə dərk etməyən, Sovet parlamanında muhitin bizə 



qarşı  olduğunu  nəzərə  almayan  minlərlə  həmvətənlərimiz  isə  bizi  hər  şeydə 

suçlayırdılar. Deputatlar arasında yazıçı kimi başqalarından daha çox tanındığım üçün - 

əsas hədəf  mən idim. Elə gün olurdu yüzə qədər teleqram alırdım yaxud mehmanxana 

nömrəsində olduğum vaxt Bakıdan, Moskvadan, İrəvandan dəqiqə başı aramsız telefon 

zənglərinə  cavab  verməli  olurdum.  Həmvətənlərimizin  zəngləri,  teleqramlar  arasında 

bizi  dəstəkləyən,  ürək  -dirək  verənlər  də  az  deyildi,  amma  yerli-yersiz    iradlar, 

imkanamız xaricində olan tələblər, bəzən ittihamlar və təhqirlər də böyük yer tuturdu. 

Təəsüf  ki,  deputatlıq  dövrü  bitəndən  sonra      Moskvadan  ayrılarkən  bu  teleqramları 

özümə yük edib Bakıya gətirməmişəm, saxlamamışam. 

Burada faktların olduğu kimi şərh olunması naminə yalnız iki  məsələyə aydınlıq 

gətirmək  istəyirəm.  Bu  məsələlərdən  biri  bədxahlarımın  indiyə  qədər  hallandırdıqları 

məsələdir  -  Qorbaçovun  bir  dəfə  iclasda  mənə  soz  verməməsi  məsələsi.  O  gün  mən 

çıxışa yazılmamışdım. Növbəsiz çıxış etmək istəyəndə  iclas aparacısının(Qorbaçovun) 

bir  imkanı  var,düyməni  basır,  mikrofonu  söndürürdü.  Mən  əl-qol  ata  bilərdim,səsim 

çıxmayacaqdı.Gülünc-  vəziyyətə  düşməmək  üçün  kürsünü  tərk  etdim.Səhərisi  gün 

Qorbaçev  rəhmətlik  akademik  Püstə  xanım  Əzizbəyova  vasitəsiylə  (O,  Rəyasət 

heyətində  Qorbaçovuni  yananda  əyləşmişdi)demişdi  ki,mən  bilməmişəm  sizin 

yazıçınızdır,ondan  üzr  istəyirəm.  Bu  da  qəzetlərdə  dərc  olundu.  O  vaxt  Dövlətin 

Prezidentinin məndən üzr istəməsini, ondan əvvəl və sonra dəfələrlə çıxışlar etməyimi 

heç kəs yadına salmır, amma mənim məhz o gün, yeganə dəfə söz ala bilmədiyimi  hər 

dəfə  başıma qaxırlar. 

Sonralar Qorbaçovla şəxsən tanış oldum, bir neçə dəfə onunla görüşlərdə iştirak 

etdim, ağrılı problemlərimiz haqqında mükalimələr və mubahislər etdik. Sonuncu dəfə 

Qorbaçovu  Moskvada  Nizami  yubileyində  gördüm.  1991-ci  ilin  dekabrı  idi,avqust 

qiyamından  iki  ay  keçmişdi,  SSRİ-nin  dağılmasına  da  demə  ikicə  ay  qalırmış. 

Nizaminimn Böyük teatrda keçirilən yubileyində məruzə etdim, br neçə respublikanın 

nümayəndələri çıxış etdlilər. Rəsmi hissədən sonra elə teatrın binasındaca furşet oldu. 

Furşetdə  Azərbaycanın  Prezidenti  A.Mütəllimov,  Respublika  Nazirlər  Sovetinin  sədri 

H.Həsənov,  SSRİ-nin  Mədəniyyət  naziri  N.Qubenko  iştirak  edirdilər.  Qorbaçov  da 

gəlmişdi. Uzun masanın əks tərəflərində dayanmışdıq. Qorbaçov Mütəllimovun yanında 



durmuşdu.  Məni  gördü,  yaxınlaşdı,  əl  verdi:  -Afərin  sizə  --dedi  -  belə  bir  vaxtda  bu 

qədər respublikaların nümayəndələrini bir araya gətirə bilmisiniz. 

Özünə  isə  bu  iş  müyəssər  olmadı,  respbikalalrı  bir  yerə  yığıb  yeni  adla  İttitfaq 

yarada  bilmədi.  Elə  həmin  ilin  dekabrında  SSRİ  dağıldı,  onun  ilk  Prezidenti 

M.Qorbaçov tarixə həm də qeyb olmuş ölkənin sonuncu prezidenti kimi düşdü.      

Burda  gətirmək  istədiyim  başqa  bir  mətn  hadisələrin  bilavasitə  içində  olan,  Ali 

Sovetdə  müxbir  kimi  iştirak  edən  mərhum  Balaş  Abbaszadənin  mətbuatda  dərc- 

olunmuş yazısıdır. 



 «SSRİ  Xalq  deputatı  seçilənə  kimi  mən  Anarın  çoxsaylı  pərəstişkarlarından 

biriydim, onu yaxından tanımırdım,onunla heç bir ünsiyyətdə olmamışdım. Qələmindən 

çıxan bütün yazılırı oxumağa çalışırdım. 

Təsadüf  elə  gəitrdi  ki,mən  iş  yerimi  dəyişməli  oldum.  Anar  SSRİ  Xalq  deputatı 

seçildi.  Çoxları  təskinlik  içində  nəfəslərini    dərdilər:deputat  korpusu  içində  xalqın 

əzablarını,  əziyyətini,  faciəsini  öz  əzab-əziyyəti,  öz  faciəsi  kimi  yaşayan,  millətin 

adından danışmağa qadir layiqli adamlarımız vardır. Unutmamalıyıq ki, Anar siyasətçi 

deyil, yazıçıdır. Lakin son iki ildə Anarın deputat kimi fəaliyyəti əvəzsizdir. 

SSRİ Xalq deputatilarının Birinci qurultayndan sonra Anara münasibət müəyyən 

mənada  dəyişdi.  Bu  da  hardasa  təbii  idi.  Çünki  xalqımız  hər  şeydən  əlini  üzmüşdü, 

bütün respublika rəhbərliyinin görə bilmədiyini Anardan gözləyir və umurdu. Hər şeyə 

qadir Anar illyuziyası qəflətən dağıldı, məlum oldu ki, Anar sehrbaz deyil, onun «sim-

sim  qapınıi  aç»  hökmü  yoxdur.  Ermənilərin  iki-üç  qatı  düşməni  varsa,  onlardan  biri 

Ziya Bünyadov, ikincisi Anardır. 

Anar deputat kimi fəaliyyətinin ilk günündən oyuna düşdü. Oyun yazıçı Anara nə 

qədər mənfi təsir göstərdisə vətəndaş Anarı iradəsindən döndərmədi.  

Xalq  əksər  hallarda  deputatların  fəaliyyətini  televizya  baxmaqla  və  çıxışlarını 

oxumaqla  qiymətləndirir.  Bir  çox  deputatlar  məhz  bundan  istitfadə  etməklə  siyasi 

kapital  yığırdılar.  Mümkün  qədər  tez-tez,  mümkün  qədər  kəskin  danışmağa  meyl 

göstərirdilər.  Deputatalaırn,  xüsusən,  bizim  deputatların  fəaliyyətini  ancaq  və  ancaq 

iclasdakı  çıxışları  və  ya  heç  çıxış  etməməyi  ilə  qiymətləndirənlər  böyük  səhvə  yol 

verirlər.  Unuda  bilmərik  ki,  Ermənistandan  Azərbaycana  ilk  qaçqınlar  gələndə  ilk 

pənahları  Yazıçılar  İttifaqı,Anar  olub.  Onlar  Anar  deyib  gəlirdilər,  Anar  da  əlindən 

gələni  əsirgəmirdi.  Bütün  bunlar  məlum  həqiqətlərdir  və  bunların  üstündən  xətt  çəkə 

bilmərik. 

İşimlə əlaqədar tez-tez Moskvada deputatlarımızla ünsiyyətdə olmuşam. Onların 

fəaliyyətinin də, fəaliyyətsizliyinin də şahidlərindən biriyəm. Həmin ağır günlərdə mən 

Anar qədər işləyən, çalışan ikinci bir deputat yada sala bilmirəm. Anar öz çıxışlarından 

başqa  digər  deputatlar  üçün  də  çıxışlar  yazırdı,  şəxsi  əlaqəsi  olan  deputatlarla 

söhbətlər  aparırdı.  Bəzi  deputatlarımız(dili  bilmədiyindənmi,  yorğunluğunumu  bəhanə 

gətirməklə) Moskvada zülmlə təşkil edilmiş müxtəlif görüşlərdən imtina edəndə qabağa 

düşən  Anar  olurdu.  Özü  də  Anar  çalışmıırdı  ki,  gördüyü  işlərin  sorağı  Azərbaycana 

çatsın.  Çalışırdı  ki,  erməni  versiyası  tədricən də  olsa,  damla-damla  da  olsa,  dağılsın, 

çoxüzlü    «həqiqətin»  əvəzinə  yeganə  həqiqət  dünyaya  yayılsın.  Anar  demişkən  əgər 

SSRİ  Xalq  deputatlarının  Birinci qurultayında  ermənilərin  gündəliyə beş  məsələ daxil 

etmək istəyi baş tutmamışdısa, bu da deputatlarımızın səyi nəticəsində olmuşdu. Anarın 

mart ayında İttifaq hökümətinin, Mərkəzin ünvanına söylədiyi tənqidi çıxışı həmin fikrə 

sübutdur. 

Balaş Abbaszadə, 

 «Anlamaq dərdi»  



«Respublika» qəzeti 14 noyabr 1990 

 

      



 

 

 



 

MƏDƏNİYYƏT DƏ İSTEHKAMDIR, QALADIR 

 

Hörmətli yoldaşlar, xanımlar və bəylər! 



Mən  uzun  illər  boyu  işlətdiyimiz  «yoldaşlar»  sözündən  də,  son  dövrlərdə  daha 

çox dəbdə olan «xanımlar və bəylər» müraciətindən də təsadüfən istifadə etmirəm. Hələ 

«Kitabi-Dədəm  Qorqud»  dastanlarında  dost,  həmdəm,  arxadaş  anlamında  işlənən 

«yoldaş»  sözünə  istehzayla  yanaşmağa  ixtiyarımız  olmadığı  kimi,  bütün  dövrlərdə 

qadına  hörmət  əlaməti  kimi  «xanım»  deməyimiz  də  təbiidir  və  kimlərə  görəsə  «bəy» 

ifadəsini  də  lağa  qoymağa  haqqımız  yoxdur.  «Bəy»  deyəndə  biz  qüdrətli  Mirzə  Cəlil 

qələminin damğaladığı qurbanəlibəyləri düşünmürük. Həsən bəy Zərdabilərin, Əli bəy 

Hüseynzadələrin,  Əhməd  bəy  Ağayevlərin,  Əlimərdan  bəylərin,  Nəsib  bəylərin, 

Əbdürrəhim  bəylərin,  Üzeyir  bəylərin  işıqlı  surətlərini  xəyalımızda  canlandırırıq.  Bu 

gün bu mədəniyyət məclisində müqəddəs sələflərimizin adlarını xatırlamağım    da əbəs 

deyil.  Çünki  xalqın  ən  ağır  gunundə  onun  təsəllisi,  dayağı,  guvənc  yerlərindən  biri, 

bəlkə  ən  önəmlisi  keçmişin  parlaq  simaları,  tariximizin  şərəfli  səhifələridir.  Bəzən 

xalqın  son  müdafiə  qalası,  son  istehkamı  -  onun  mədəniyyəti,  dili,  mənəviyyatı  olur. 

Amma  bu  gün  xalqımızın  bu  sınaq  illərində  bizi  ağrıdan,  dərdimizə  dərd  artıran 

itkilərimiz-torpaqlarımızın,  şəhər  və  kəndlərimizin  işğalı,  axıdılan  qanlar,  çöllərdə 

sərkərdan  qalmış  qaçqınların  müsibəti  və  başqa  bəlalarımızla  birlikdə  həm  də 

mədəniyyətimizin  böhranı,  ona  qarşı  etinasızlıq  və  sayğısızlıqdır.  Mədəniyyətə 

məsuliyyətsiz  münasibət  xalqın  yalnız  keçmişinə  deyil,  gələcəyinə  də  məsuliy-yətsiz 

münasibət  deməkdir.  Əlbəttə,  başa  duşürük  ki,  bu  gun  dövlətimizin  qarşısında  ölüm-

dirim səviyyəsində problemlər durur. Amma belə bir zamanda bu cür mötəbər məclisi 

toplanmasının  mədəniyyət  problemlərinin  həlli  yolunda  bir  dönüş  nöqtəsi  olacağına 

inanmaq istərdim. 

Düşmən  torpağımıza  təcavüz  etmədən  çox-çox  əvvəllər  mədəni  sərvətlərimizə, 

tariximizə qarşı hucumlar təşkil etdi. Tariximizi ya danmaq, ya azdırmaq istədi, tarixi və 

memarlıq abidələrimizə ortaq çıxdı, musiqimizi,

 

folklorumuzu qa- rət edib öz malı kimi 



qələmə verməyə cəhd göstərdi. İftixar etdiyimiz tarixi şəxsiyyətlərimizə əli çatmayanda, 

onları  lə-  kələmək  üçün  dəridən-qabıqdan  çıxdı.  Babək,  Qaçaq  Nəbi,  Nərimanov 



haqqmda  ədəbi  əsərlər,  filmlər 

yaradılarkən  o  vaxtkı  mərkəzə  - 

Moskvaya  danoslar  yazan,  həm 

bu şəx- siyyətləri damğalamağa, hənı də 

onlar haqqmda əsər yara- danları, onlarm adlarım əbədiləşdirən dövlət xadimlərini 

lə-  kələməyə  səy  göstərən  erməni  millətçiləri  qarşılarma  dəqiq  məqsəd  qoyurdular. 

Azərbaycan xalqmı tarixsiz, mədəni və mənəvi dəyərlərsiz, böyük şəxsiyyətlərə malik 

olmayan bir xalq kimi qələmə vermək istəyirdilər. Bu - illərdən bəri apa- rılan ideoloji 

təxribat  idi  və  mənhus  niyyətlərin  gerçəkləşmə-  si  üçün  real  şərait  yarananda 

Azərbaycanı  layiqli  təmsil  edə  biləcək  dirilərin  də  növbəsi  çatdı,  bu  qara  ernıəni 

siyahısma real gücə malik olan siyasi xadinılərimizin və nüfuzlu ziyalı- larımızın adları 

düşdü. Yə nə yazıq ki, bu məkrli düşmən hiylələri çox vaxt, hörmətli yazıçımız İsmayıl 

Şıxlınm  bizə  xatırlatdığı  bir  xalq  ifadəsində  deyildiyi  kimi  «sapı  özümüzdən  olan 

baltalar»  vasitəsilə  edilirdi.  Keçmiş  SSRİ-  nin  ən  yüksək  siyasi  mövqeyində  olan 

yeganə azərbaycanlı Heydər Əliyevə qarşı kampaniyalar da belə təşkil olunurdu. SSRİ 

Ali Sovetində o zaman Azərbaycanm həqiqətlərini öl- kəyə və dünyaya çatdıra biləcək, 

ən  yüksək  kürsüdən  söz  deyə  bilən  deputatlarımız  -  onlarm  sırasmda  mən  ilk  olaraq 

mərhum  dostlarım  Tofiq  İsmayılovun,  Vəli  Məmmədovun,  Vaqif  Cəfərovun  adlarını 

çəkmək istəyirəm - bu sayaq göz- dən salmırdı. 

Xalqa  bər-bəzəkli  şüarlar  və  gurultulu  çağırışlarla  deyil,  acı  və  sərt  həqiqətlərlə 

müraciət  etmək  istəyən  ziyalılarımız  da  beləcə  pisikdirilir,  təhqir  olunur,  çeşid-çeşid 

yazılı  və  şi-  fahi  böhtanlara  məruz  qalırdı.  Bəzən  adama  elə  gəlirdi  ki,  sanki 

düşmənlərimizin - erməni millətçilərinin yazdığı ssena- rini biz özümüz epizod-epizod, 

ardıcıllıqla həyata keçiririk. Bu xalqı ağsaqqalsız, ziyalısız qoymaq istəyirik. Bu həm də 

bizim  milli  əxlaqımıza  qarşı  çinayət  idi,  çünki  yazılmamış  milli  əxlaq  kodeksində 

həmişə  ağsaqqal  sözünə  hörmət  olub.  Məhz  bu  ənənəni  alt-üst  edib  dağıtmaq 

istəyirdilər. 

Ziyalılarımıza  qarşı  uydurma  ittihamlardan  biri  də  guya  onlarm  seyrçi,  passiv 

mövqe tutmaları haqqmda böhtan idi. 

Xalq Cəbhəsi müxalifətdə olduğu zaman o vaxtkı res- publika rəhbərliyilə mənim 

bütün  söhbətlərimdə  -  bəzən  be-  lə  söhbətlərə  imkan  olurdu,  xüsusilə,  Moskvada  Ali 

Sovetin  iclasları  zamanı  daha  çox  imkan  olurdu,  mən  hər  zaman  Xalq  Cəbhəsini 

220 

221 


müdafiə  etməyə  çalışırdım,  real  bir  qüvvə  kimi  Xalq  Cəbhəsiylə  hesablaşmağa 

çağırırdım, onlarla sağlam dialoq qurulmasmı təklif edirdim. Və bu gtin də mən Xalq 

Cəbhəsinin iqtidara gələnə qədər Azərbaycanm milli azadlıq hərəkatında xidmətlərinin, 

rolunun  iistündən  qələm  çəkmək  istəmirəm  və  gələcəkdə  də  Xalq  Cəbhəsini  parla- 

ment,  təkrar  edirəm  Parlament  müxalifəti  kimi  görmək  is-  təyirəm.  Amma  iqtidara 

gələndən  sonra  Xalq  Cəbhəsi,  tə-  əssüf  ki,  çox  səhvlər  etdi.  Bu  səhvləri  bilirsiz  də, 

deyilib də, təkrar etmək istəmirəm. Amma ən ciddi səhvlərindən biri, mənə elə gəlir ki, 

ziyalılarla  düzgün  münasibət  qura  bilmə-  mələri  oldu.  Ziyalılara  qarşı  nə  isə  bir 

qısqanclıq  vardı.  Guya  ziyalılar  kinıinsə  şöhrət  payma  ortaq  çıxacaqdı.  Bu  soyuqluq, 

ögey  münasibət  tək  ayrı-ayrı  ziyalılara  deyil,  ümumiyyətlə,  mədəniyyətimizə  olan 

münasibətdə özünü gös- tərirdi. Və o zaman da yenə biz öz sözümüzü deyirdik. Si- yasi 

repressiyalar, təqiblər başlananda, bu təqiblərin bunıe- ranq kimi qayıdıb təqibçilərin öz 

başıııa  gələcəyi  barədə  de-  dik  və  belə  də  oldu.  Dilimizin  adım  dəyişəndə  etirazımızı 

bildirdik, dilimizi ən yüksək səviyyədə ləhcə adlandıranda etirazımızı bildirdik. Bunlara 

da qulaq asan olmadı. Və nə- hayət 1992-ci il oktyabrm 23-də Azərbaycan ziyalılarmm 

böyük  bir  qrupu  -  «Mədəniyyətimiz  təhlükə  qarşısındadır»  harayı  ilə  mətbuatda  çıxış 

etdi.  Dövlətin  mədəniyyət  sahələ-  rinə  etinasızlığmm  ədəbiyyatımıza,  sənətimizə 

sağalmaz ya- ra vuracağı barədə xəbərdarlıq etmək istəyirdik. Çünki mə- dəniyyət elə 

şeydir  ki,  onun  fasiləsi  ola  bilməz.  Yəni  «hələlik  dayanm,  iki  ildən  sonra 

mədəniyyətimizi  davam  etdirərik».  Mədəniyyət  bitən,  boy  atan  ağac  kimidir,  kəsdin, 

qurtardı  getdi.  Bazar  iqtisadiyyatına  keçid  dövründə  ədəbi  jurnalları-  mız,  qəzetimiz 

maliyyə  çətinlikləri  ucbatmdan  bağlanacaq-  sa,  kitab  nəşri  yalnız  kommersiya 

meyarlarıyla  tənzinılənə-  cəksə,  deməli,  ədəbiyyatımız  da  olmayacaq.  Mən  Yazıçılar 

Birliyini təmsil  etdiyim  üçün  bu  məsələni  daha qabarıq şə- kildə  çatdırmaq  istəyirəm. 

Bu gün nəşr, çap çətinlikləriylə əlaqədar olaraq elə vəziyyət yarana bilər ki, XX əsrin 

so-  nunda  Azərbaycan  ədəbiyyatmın  yazılı  dövrü  bitib  tükənə  bilər.  Yenidən  şifahi 

ədəbiyyat dövrünə keçə bilərik, sözümüzə bir az zarafat qatıb desək, nasirlərimiz şifahi 

nağıllar  danışmağa,  şairlərimiz  əllərinə  saz  alıb  şifahi  şeirlər  söyləməyə  məcbur  ola 

bilərlər. Yəni belə getsə, bu bir həqi- qətdir ki, yazılı ədəbiyyat -jurnallar, qəzet, kitablar 

vasitə- silə yaranan Azərbaycan ədəbiyyatı olmayacaq. Mən təklif- lərinıi yazılı şəkildə 



vermişəm,  təkliflərimdən  biri  budur  ki,  dövlət  ədəbiyyatımızı  bu  maliyyə 

böhranlarmdan qorumalı- dır. Bu dövlətin sədəqəsi deyil, dövlət səhiyyəyə, təhsilə və- 

sait ayırdığı kimi, ədəbiyyatı da yaşatmaq iiçün ona maddi yardım etməyə borcludur. 

Bu  ilin  axırmacan  jurnallarımızı  və  qəzetimizi  saxlamaq  üçün  Nazirlər  Soveti 

vəsait ayırıb, sağ olsunlar, amma gələn il Yazıçılar Birliyinin mətbuat orqanları dövlət 

büdcəsinə qəbul olunmasalar, onlarm bağlanmaq təhlükəsi tamamilə realdır. 

Azərbaycan  bu  gün doğrudan da  tarixinin  ən  ağır günlə-  rini  yaşayır  və  çoxları 

kimi  mənim  də  bu  ağır  günlərdən  qur-  tarmaq  ümidlərim  Heydər  Əliyevin  rəhbərliyə 

gəlməyi ilə bağlıdır. Tək kiçik qonşumuzun - ermənilərin yox, böyük qonşularımızm da 

siyasi oyunlarını yaxşı bilən, dünya siya  

səti miqyaslarmda düşünən, zəngin təcrübəyə malik olan, siyasi addımlarında yüz 

ölçüb bir biçməyi bacaran Heydər Əliyev bəlkə də bu ağır günlərdə Azərbaycanımızm 

son  şan-  sıdır.  Tarixi  şəxsiyyətləri  müqayisə  etmək  düzgün  deyil:  am-  ma  ölkələrin 

düşdüyü tarixi situasiyalarm müəyyən oxşarlıq- ları olur. Türkiyənin ən ağır günlərində 

tarixin  meydana  çı-  xardığı  böyük  bir  şəxsiyyət  -  Atatürk  Türkiyəni  həm  xilas  etdi, 

qurtardı, həm də qurdu, gələcəyini sağlam demokratik əsaslar üzərində müəyyənbşdirdi. 

Əlbəttə, tək əldən səs çıx- maz. Amma müxtəlif əqidslərə sahib olan siyasi xadimlərin 

birgə  səyinə,  ziyalılarm  real  yardımına  əsaslanan  yeni  rəh-  bərliyin  Azərbaycanı  həm 

qurtaracağma,  həm  də  quracağı-  na  inanmaq  istəyirəm,  yəni  bu  gün  biz  XXI  əsr 

Azərbayca- nını xoşbəxt bir ölkə kimi görmək istəyiriksə, onun bu xoş- bəxtliyi yalnız 

müstəqillik,  demokratiya  yolunda  ola  bilər,  demokratik  mexanizmlərin  və  institutların 

saat kimi dəqiq işlədiyi bir şəraitdə ola bilər. 

 

(Azərbaycan Respublikası Prezidentinin solahiyyətlərini icra edən,  



Ali Sovetin sədri HEYDƏR ƏLİYEVİN ziyalılarla görüşündə 

Anaı ın çıxışı  



21 sentya.br 1993

195 

 

 



 

*** 


Hörmətli  deputatlar,  mən  üzr  istəyirəm  ki,  ikinci  dəfə  danışıram.  Amma  bu  qanun 

bizim komissiyada hazırlandığı və burada toxunulan məsələlər çox ciddi olduğu üçün bəzi 

fikirləri  və  bəzi  nöqtələri  bir  də  aydınlaşdırmaq  istəyirəm.  Əvvəla,  mən  bütün  çıxış 

edənlərə təşəkkür edirəm.  

Bununla bərabər, mən bəzi şeyləri demək istəyirəm. Bu qanunu çox genişləndirmək, 

yəni burada hər şeyi əhatə eləmək  mümkün deyil. Məsələn, burada belə bir təklif səsləndi 

ki, bizim göllər, gölməçələr, filan da qanuna salınsın. Doğrudur, bizim meşələr də qırılır, 

ağaclarımız da qırırlar, bu da bir təhlükədir, bu da həyəcan təbili çalınmalı bir məsələdir. 

Amma bunların hamısını mədəniyyət qanununda əhatə eləmək mümkün olmaz. Bu, yəqin 

ki, başqa  sahələrin  qanunlarında  əks  olunmalıdır.  Ona  görə  bunu  nə  genişləndirmək  olar, 

nə  də  daraltmaq  olar.  Çünki  mədəniyyət  abidələri  belədir  ki,  bunları  heç  bir  təsisata  aid 

eləmək olmaz.  

 Mən  də  hamımız  kimi  qəti  əminəm  və  buna  heç bir  şübhəm  yoxdur ki, gec-tez və 

arzu  edirəm  ki,  çox  tez,  bizim  o  işğal  olunmuş  torpaqlarımız  qayıdacaq.  Azərbaycanın 

əbədi torpaqlarıdır bu və oradakı abidələri də biz yenidən həyata qaytarmalı olacağıq. İndi 

o  abidələrin  vəziyyəti  haqqında  məndə  məlumat  azdır.  Yəni  mən  bilirəm  ki,  o,  düşmən 

əlindədirsə,  düşmən  buna  qayğı  göstərmir.  Ola  bilsin,  dağıdıb.  Yəqin  bizim  əlaqədar 

kəşfiyyat  orqanlarında  daha  dəqiq  məlumatlar  var.  Yaxşı  olardı  ki,  onlar  bu  barədə  bizə  

məlumat  versinlər  və  bu  abidələrin  işğal  olunmuş  torpaqlarda  nə  vəziyyətdə  olduğunu 

bilək. Onların bərpası gələcəyin məsələsi olsa da, onun təməlini bu gün qoymaq lazımdır. 

Çünki  gec-tez  biz  onlara  sahib  duracağıq,  yiyələnəcəyik.  Amma  görək  işğal  olunmamış 

ərazimizdəki  abidələrin  biz  bu  gün  qeydinə  qalırıqmı?  Qarabağ  abidələri  hamımız  üçün 

əzizdir.  O  biri  tərəfdən  də  Naxçıvandakı  Qarabağlar  abidəsi  əzizdir,  amma  maliyyə 

vasitələri olmadığından o abidədə bərpa işləri tamamlana bilmir və onun da uçub dağılmaq 

təhlükəsi var.  


196 

 

Qanunda biz siyahını təqdim eləmirik. Qanunda prinsipi təsdiq edirik ki, gələcəkdə 



belə bir siyahı olsun və bunu Milli Məclis təsdiq eləsin. İndi biz təsdiq olunmamış siyahını 

bura  nə  cür  çıxara  bilərik?  Gərək  əvvəl  qanunda  təsdiq  olunsun  ki,  belə  bir  siyahı 

olmalıdır. Ondan sonra da bu siyahını Milli Məclisə təqdim edək.  

Qanun bu şəkildə təsdiq olunarsa, onların siyahısı Milli Məclisə çıxarılaraq, xalqın 

gözü qarşısında göstəriləcək ki, bax, bu 600 abidə dünya əhəmiyyəti abidədir. YUNESKO-

ya  qalsa,  YUNESKO  bəlkə  bunu  15  ildən  sonra  təsdiq  edəcək.  Amma  biz  özümüz  bu 

abidələri  dünya,  ölkə  əhəmiyyətli  abidələr  sayırıq,    ona görə  də  bunların  siyahısını Milli 

Məclisdə təsdiq edirik.  

Nizami  muzeyindən  dedilər.  Mən  Nizami  muzeyi  müdirinin  məktubunu  almışam. 

Yazır  ki,  muzeyin  dirəkləri  çürüyür,  uçmaq  təhlükəsi  var.Yəni  deyirəm,  bizim  hələ 

paytaxtımızda olan abidələri belə təhlükələr gözləyir. Bunu da nəzərə almaq lazımdır.  

 

 



 
1   ...   8   9   10   11   12   13   14   15   ...   44


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə