Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 4.05 Mb.
Pdf просмотр
səhifə17/44
tarix23.12.2016
ölçüsü4.05 Mb.
növüYazı
1   ...   13   14   15   16   17   18   19   20   ...   44

ŞƏXSİYYƏTİN MİQYASI 

 

Şəxsiyyətlərin  miqyası  bir  tərəfdən  onların  öz  zamanlarında  gördükləri  işlərin, 



yaratdıqlarının, etdiklərinin, dediklərinin, həyata keçirdiklərinin əhəmiyyəti ilə, əhatəsi ilə, 

təsir  dairəsi  ilə  ölçülürsə,  digər  tərəfdən  bu  fəaliyyətin  tarixdə  əks-sədasıyla,  uzun  illər, 

dövrlər  müddətində  hadisələrin  gedişatını  yönəltməsi  ilə  müəyyənləşir.  Hər  iki  meyarla 

Heydər Əliyev - tarixi şəxsiyyətdir. Bu danılmaz həqiqəti onu sevənlər də, sevməyənlər də, 

onun tərəfdarları da, ona qarşı olanlar da təsdiq etməyə bilməz. Bu gün dünya miqyasında 

tanınmış siyasi xadim olan Heydər Əliyev Azərbaycanın geniş siyasi meydanına 1969-cu 

ildə  çıxdı.  Doğrudur,  bu  tarixdən  neçə  illər  qabaq  da  Heydər  Əliyev  təhlükəsizlik 

xidmətlərində  məsul  vəzifələrdə  çalışmış  və  o  dövrün  yazılmamış  qanunlarına  uyğun 

olmayan  bir  şəkildə  Azərbaycan  Dövlət  Təhlükəsizlik  Komitəsinin  sədri  də  təyin 

olunmuşdur.  Bu,  o  dövr  qanunlarına  ona  görə  uyğun  deyildi  ki,  adətən  müttəfiq 

respublikalarda bu vəzifəni yerli  millətin nümayəndələrinə etibar etmirdilər, həmin postu 

başqa  yerlərdən  göndərilmiş,  əsasən  rus  kadrları  tuturdu.  DTK  keçmiş  rejimin  ən  qapalı 

idarələrindən biri idi və onun nəinki işçilərini, rəhbərlərini belə ictimaiyyət çox vaxt üzdən 

də  tanımırdı.  Heydər  Əliyevin  bu  cəhətdən  də  məharətlə  istifadə  etdiyini  yada  salmaq 

istəyirəm.  Mərkəzi  Komitənin  katibi  seçiləndən  sonra  ilk  vaxtlar  çox  adamın  üzdən 

tanımadığı  Heydər  Əliyev  «Şah  Abbassayağı  «təğyiri-libas»  olaraq  bazarları,  dükanları 

gəzir, qanunsuzluqları, əliəyrilikləri, pozuntuları özü öz gözləriylə əyani müşahidə edir və 

yerindəcə müqəssirin cəzasını verirdi. Və belə faktlar da əhalidə yeni ədalətli rəhbərin iş 

başına gəlməsi və hər cür ədalətsizliklərin kökünü kəsəcəyi haqqında söz-söhbətlərin geniş 

yayılmasına səbəb olurdu.  

Bu üsul təbii ki, ən qısa bir müddətdə davam edə bilərdi, çünki tezliklə respublikanın 

yeni  rəhbərini  hamı  üzdən  də  tanımağa  başladı  və  Heydər  Əliyev  qanun  pozuntularına 

qarşı  mübarizəsini  başqa,  daha  geniş  miqyasla  davam  etdirdi.  Bu  mübarizənin  bütün 

mərhələləri, uğurları və uğursuzluqları gözlərim qarşısında keçib. 



261 

 

Amma  şəxsən  şahidi  olduğum  bu  dövrə  keçməzdən  qabaq,  Heydər  Əliyevin 



Təhlükəsizlik Komitəsində işlədiyi dövrə aid mənə məlum olan faktlardan söhbət açacam. 

Təkrar  edirəm,  o  idarədəki və  o dövrdəki  fəaliyyəti  haqqında mənim  də,  cəmiyyətimizin 

əksəriyyəti  kimi  bildiklərimiz  yox  dərəcəsindədir.  Ancaq  bir  nəfərin  mənə  danışdığı 

maraqlı  bir  faktı  ilk  dəfə  burada  yaçmaq  istəyirəm.  İndi,  dünya  və  quruluş  dəyişəndən 

sonra bu həqiqətin yaçılması heç kəsə ziyan gətirə bilməz. Odur ki, onun haqqında yalnız 

indi  danışmaq  mümkün  oldu.  Məsələ  ondadır  ki,  sovet  dövründə  Azərbaycanın  bir  neçə 

gənc  şairi,  yazıçısı,  jurnalisti  gizli  bir  təşkilat  yaratmaq  fikrinə  düşüblər,  yaradıblar, 

yaratmayıblar, bilmirəm,  hər  halda belə bir  niyyətləri  olub və onlar hər hansı  bir  addımı 

atmazdan əvvəl bu barədə DTK duyuq düşüb, dərhal hamısı həbs edilib. Bu gənclərdən biri 

mənimlə «Qobustan» toplusunda işləyən istedadlı jurnalist və şair Tofiq Məhərrəmoğlu idi. 

O  vaxt  bütün  Sovet  İttifaqında  «əcinnələr  ovuna»  çıxmışdılar.  Hər  yerdə  asi,  dissident 

axtarırdılar.  Bizim  bu  dəliqanlı  cavanların  da başına  min  oyun  açıla bilərdi,  izləri-tozları 

qalmazdı. Amma Heydər Əliyevin şəxsi cəsarəti, nüfuzu və riski sayəsində onların heç biri 

nəinki  cəzalandırıldı,  hətta  çox  tez  zamanda  hamısını  azadlığa  buraxdılar.  Bunları  mənə 

vaxtilə (hələ sovet dövründə) Tofiq Məhərrəmoğlu danışmışdı. Deyirdi ki, Heydər Əliyev 

bizim hamımızı kabinetinə çağırdı, sütül, cılız cüssəli cavanlar idik. - Sizsiniz bu hökuməti 

yıxmaq istəyənlər? - deyə güldü - gedin ağlınızı başınıza yığın, öz işinizlə məşğul olun və 

xalqınıza gördüyünüz xeyirli işlərlə xidmət edin - dedi. 

Heydər  Əliyevin  DTK-da  işiylə  bağlı  başqa  bir  əhvalatı  da  eşitmişdim.  Sovet 

dövrünün  siyasi  dustaqlarından  birini  otağına  çağırır,  söhbət  əsnasında  müsahibinin  ac 

olduğunu  hiss  edir.  Borş  gətizdirir,  dustaq  xörəyi  iştahla  gözünə  təpir.  Görüşün  sonunda 

Heydər Əliyev onun azadlığa buraxıldığını deyir və əlavə edir: amma onu bil ki, bu idarədə 

adama borşu bircə dəfə verirlər. 

Bu hadisələri xatırlatmaqda bir məqsədim var. Son  yüz-yüz əlli ilin, özəlliklə də XX 

əsrin  1920-ci  ildən  üzü  bəri  gələn  tariximizin  acı  bir  xüsusiyyəti  var:  Həmişə 

Azərbaycanda millətçilik, pantürkçülük axtarılıb və çox vaxt, əlbəttə, sapı özümüzdən olan 

baltaların  şeytançılığı  və  canfəşanlığı  ilə  olmayan  yerdə  də  tapıblar.  İyirminci  illərdə 


262 

 

N.Nərimanova qarşı kampaniya da, 37-ci il repressiyaları da, əllinci illərin ikinci yarısında 



respublika  rəhbərlərinin  dəyişdirilməsi  də  eyni  siyasi  modelin  müxtəlif  şəkillərdə  işə 

salınması idi. 

Nə  yazıq  ki,  -  bunu  ağır  təəssüf  hissi  ilə  qeyd  etməli  olursan  -  bu  model  əsasən 

rəhbər  kadrların  arasındakı  çəkişmələrdən,  ziddiyyətlərdən,  vəzifə  hərisliyindən  istifadə 

olunaraq işə salınırdı və həmin rəhbərləri bir-birinin əli ilə sıradan çıxarırdılar. 60-cı illərin 

sonlarında, 68-ci ildə  Çexoslovakiya  hadisələrindən  sonra  Mərkəzi  narahat  edən, nigaran 

qoyan  artıq  yalnız  Avropanın  sosialist  ölkələrində  deyil,  SSRİ-nin  müttəfiq 

respublikalarında  belə  baş  qaldıra  biləcək  sərbəstlik  («müstəqillik»  sözünü  dilə  belə 

gətirmək istəmirdilər) meylləri, millətçilik təzahürləri idi. 

Bu  cür  təzahürləri  həmişəki  tək  ilk  növbədə  Azərbaycanda  axtarırdılar.  Belə  bir 

zamanda,  bu  sayaq  təhlükələrlə  mübarizə  aparmaq  üçün  ən  münasib  şəxsiyyət  DTK 

generalı ola bilərdi.  

Moskvada Azərbaycana rəhbərliyi məhz ona tapşırmağı məqsədəuyğun saymışdılar. 

Bircə şeyi nəzərdən qaçırmışdılar: Heydər Əliyev Mərkəzdə oturub onun təyinatı haqqında 

qərar verənlərin hamısından  ağıllı  idi  və heç vaxt öz  doğma  Vətənini,  -  Azərbaycanı, öz 

xalqını  onların  ayağına  verməzdi.  Bu  çətin  missiyanı  lazımi  tədbirlərlə  həyata  keçirmək 

üçün isə kifayət qədər təcrübəsi və bacarığı vardı. 

1969-cu ilin yayında Azərbaycan KP MK-nın Birinci katibi seçiləndən sonra Heydər 

Əliyev Mərkəzin ondan gözlədiyi mübarizəni - millətçilik təzahürlərinə qarşı mübarizəni -

tamamilə  başqa  və  təhlükəsi  daha  real  bir  bəlaya  qarşı  -  qanun  pozuntularına, 

rüşvətxorluğa,  əliəyriliyə,  ədalətsizliyə  qarşı  mübarizəyə  çevirdi.  Və  bununla  yalnız 

Azərbaycanın deyil, ümumən SSRİ-nin gələcək taleyinin dəyişməsi üçün ilk addımlardan 

birini atdı. 

Təbii ki, Heydər Əliyev real şəraiti nəzərə almalı idi. Onun hər addımını, hər sözünü, 

hər  hərəkətini  diqqətlə  izləyən  Moskva  emissarları  da  vardı,  həmişə  quyruq  bulayıb 

Mərkəzə  xidmət  göstərməyə  hazır  olan  «özümüzünkülər»  də…  Necə  deyərlər,  Papadan 

artıq  katoliklər,  ya  kraldan  artıq  kraliçalar...  O  dönəmin  ideoloji  katibi  danışırdı  ki, 


263 

 

Moskvada Sov. İKP MK-da bir yığıncaqda Gürcüstan partiya təşkilatı millətçilikdə ittiham 



olunub, bizi isə beynəlmiləlçiliyimizə görə tərifləyiblər. Amma Gürcüstanın ideoloji katibi 

bununla razılaşmayıb. Bizim katib isə, özü fəxrlə etiraf etdiyi kimi, beynəlmiləlçiliyimizin 

təqdir olunmasına baxmayaraq, «bizdə də millətçilik meylləri var» - demişdir. 

Bəli, belə «köməkçilərinin» əhatəsində işləməli olurdu Heydər Əliyev. Azərbaycan 

mətbuatında, ədəbiyyatında, sənətində, ensiklopediyasında, «antisovetliyi», «millətçiliyi», 

«türkçülüyü»  eşələyib  lazımi  instansiyalara  çuğulluq  edənlər  də  məhz  belələri  idi  -  öz 

dilimizdə yazıb oxumağı bacaran «özümüzünkülər». 

Azərbaycan  KP  MK-nın  rus  millətindən  olan  ikinci  katibi  maraqlanırmış: 

«Qobustan»  jurnalı  türkcəmi  çıxır?  Təbii ki, bu  adam  nə  Azərbaycan  dilini, nə  Türkcəni 

bilirdi, kim idi, kimlər idi ona belə məlumatlar ötürənlər? «Özümüzünkülər!». 

Özümüzün əli ilə özümüzə vurulan zərbələrin bir ucu Mərkəzi Komitənin rəhbərinə 

gəlirdi  və  o,  bacardıqca  bu  zərbələrin  qarşısını  almağa,  ya  heç  olmasa  yumşaltmağa 

çalışırdı.  Məhz  buna  görə  də  yüksək  kürsüdən  əhli-qələmlərimizdən  biri  başqa  birisi 

haqqında  «filankəs  də  bizim  Soljenitsemizdir»  (yəni,  o  vaxtkı  anlayışa  görə  düşməndir, 

təqib  olunmalıdır)  deyəndə,  başqa  birisi  «toplu»,  yaxud  «önəmli»  sözlərini  işlədənləri 

«pantürkist» adlandıranda bu danoslara ustalıqla, tədbirlə reaksiya vermək lazım gəlirdi və 

belə bir təmkinli siyasətin nəticəsində Azərbaycanda sənət adamları nəinki dissident kimi 

təqib  olunur,  təzyiqlərə  məruz  qalırdı,  əksinə,  onların  Moskva,  Leninqrad  yazıçılarının 

əsərləri  qədər  cəsarətli,  ifşaedici  yazıları  himayə  edilirdi.  Xatırlayıram  ki,  yalnız 

Moskvanın deyil, Pribaltika kimi sərbəst, müstəqil düşüncəyə alışmış regionların ziyalıları 

belə  bizim  bəzi  kitabları  oxuyanda,  tamaşa  və  filmlərimizi  görəndə,  onların 

yasaqlanmamasını biləndə təəccüb qalırdılar. 

«Qeyrətli danosbazlarımız iş bacarırkən», «tənbəl dəli şeytanlara» ehtiyac qalmırdı. 

Yazıçı  İsa  Hüseynovun  «Qobustan»  incəsənət  toplusuna  verdiyi  bir  müsahibəsində 

işlətdiyi  «nərimanlaşmaq»  ifadəsi  iki  dalın  arasında  Sov.  İKP  MK-ya  böyük  bir  siyasi 

təxribat  kimi  çatdırılmışdı.  Nərimanovun  ucaldılmalı  olan  heykəlinin  guya  Kirovun 

abidəsindən hündür olması haqqında da Sov. İKP MK dəfələrlə arayışlar tələb edirdi. İş o 


264 

 

yerə çatmışdı ki, hər iki heykəlin boyunu ölçüb Mərkəzi bu sarıdan «sakitləşdirmişdilər». 



Bütün  bu  illərdə  öz  milli  «həvəskarlarımızla»  yanaşı,  erməni  bədxahlarımızın  da  fəal 

əməliyyatlarını  unutmaq  olmaz.  Azərbaycanda  millətçilikdən  və  Heydər  Əliyevin  buna 

havadarlıq  etməsindən  Moskvaya  Ermənistandan  Allah  bilir  neçə  ton  kağız,  teleqram, 

ərizə,  şikayət,  xəbərdarlıq  göndərilmişdi.  Həyasızlıqları  o  yerə  çatmışdı  ki,  Mirzə  Cəlil 

Məmmədquluzadə  kimi  humanist  bir  sənətkarı  qatı  millətçi,  faşist  adlandırmaqdan  belə 

çəkinmirdilər.  «Usta  Zeynal»da  guya  erməni  xalqını  təhqir  edib,  «Kamança»  kimi  nəcib 

insani  hisslərlə  aşılanmış  əsəriylə  guya  milli  ədavəti  qızışdırır.  Bədnam  Sero  Xanzadyan 

Sov. İKP MK-ya Rəsul Rzanın «Babək» şeiri, Ənvər Məmmədxanlının və Eldar Quliyevin 

«Babək» filmi ilə bağlı böhtan və yalanla dolu məktublar yazır, Babəki ən iyrənc  şəkildə 

təhqir edir və «təəccüblənirdi» ki, Heydər Əliyev belə bir adamın adına Naxçıvanda rayon 

qoyur, Rəsul Rzanı isə Sosialist Əməyi Qəhrəmanı nişanıyla təltif edir. 

Bütün  bu  faktlar  -  bu  isə  nəinki  olan  faktların,  hətta  mənim  bildiklərimin 

(bilmədiklərim,  əlbəttə,  daha  çoxdur),  yalnız  cüzi  bir  hissəsidir.  Bunları  misal 

gətirməyimin  səbəbi  bu  gün  o  keçmiş  haqqında  çox  bəsit,  dayaz  və  bayağı  təsəvvürlərlə 

yaşayan adamlara o dövrün ab-havasını azacıq da olsa anlatmaq cəhdidir. 

Əvvəllər də dediyim kimi, 1969-cu ilin iyul ayında Heydər Əliyev Azərbaycan KP 

MK-nın  I  katibi  seçildi  və  yanılmıramsa  avqustun  5-də  Plenumda  böyük  proqram 

məruzəylə çıxış etdi. Bu çıxış bizi - bizi deyəndə mən bu cür düşünən bir çox ziyalılarımızı 

nəzərdə tuturam - həm təəccübləndirdi, - həm kədərləndirdi, həm də sevindirdi. 

Təəccübləndirdi ona görə ki, Azərbaycanda deyil, ümumiyyətlə, Sovet İttifaqında ilk 

dəfə  yüksək  vəzifəli  partiya  xadimi  belə  sərt  həqiqətləri  çılpaqcasına,  olduğu  kimi, 

bəzəmədən  deməkdən  çəkinmirdi.  Kədərləndirirdi  ona  görə  ki,  bu  həqiqətlər  çox  acı  idi, 

yəni respublikamızın həyatındakı haqsızlıqlar, ədalətsizliklər, rüşvətxorluq, əliəyrilik açıq 

görünürdü. Sevindirirdi, ona görə ki, bu sözlər deyilirdi, bu yaramazlıqlar nəhayət ki, ört-

basdır edilmir, gur səslə etiraf olunurdu. 

Biz  bədii  yazılarımızda  gördüyümüz,  hər  gün  rastlaşdığımız  naqislikləri,  əyintiləri, 

eybəcərlikləri az-çox əks etdirməyə çalışırdıq.  


265 

 

Mənim  də  o  vaxt  «Molla  Nəsrəddin  66»  adlı  kəskin  satirik  hekayələr  silsiləm 



çıxmışdı.  Amma  bir  var  bütün  bunları  bədii  yazıda,  obrazlar  vasitəsiylə,  adsız-ünvansız 

deyəsən, bir də var ki, yüksək partiya kürsüsündən, konkret adlar çəkərək, tam açıqlığıyla, 

sərtliyiylə  söyləyəsən.  On  altı  il  sonra  «aşkarlıq»  adıyla  təbliğ  olunmağa  başlayan  bir 

prosesin  ilk  təməli  Azərbaycanda  Heydər  Əliyevin  bu  tarixi  çıxışıyla  qoyulurdu  -  desək 

yanılmarıq.  Və  bu  çıxıldan  sonra  gerçəyi  olduğu  kimi  -  həqiqi,  realist  boyalarla,  yaxud 

islahına çalışaraq qabartma, şişirtmə üslubunda yaranan ədəbiyyat, kino və teatr əsərlərinin 

damğalanmasına həvəs azaldı, bu ilin həvəskarları səslərini qısmalı oldular. «Həyatı tünd 

boyalarla  göstərmək»,  «cəmiyyətimizə  ləkə  yaxmaq»,  «kölgəli  cəhətlərə  aludəçilik», 

«sosialist  realizminə  zidd  getmək»  kimi  ittihamlarla,  ədəbi  mübahisələrdən  daha  artıq 

siyasi danoslara bənzəyən bu sayaq sözlərlə sənətkarla hədə-qorxu, xox gələnlərin sıraları 

xeyli  seyrəldi,  onların,  necə  deyərlər,  köpü  yatdı.  Respublikada  elə  ab-hava  yarandı  ki, 

sənətə  sənət  meyarlarıyla  qiymət  verilməyə  başlandı  və  bizdən  yaşlı nəsil  artıq  müəyyən 

dərəcədə  özünü  təsdiq  edib  qoruya  bilirdisə,  bizim  nəslin,  -  60-cılar  nəslinin  də  - 

ədəbiyyata,  kinoya,  teatra,  sənətimizin  balqa  sahələrinə  gəlib  öz  sözünü  demək  imkanı 

yaranmışdı. Bu imkanı bizə Heydər Əliyev yaratmışdı və onun dəstəyini, yardımını başqa 

nəsildaşlarım kimi mən də daima hiss etmişəm. 

Möhtərəm  Prezidentimizin  75  illiyi  ərəfəsində  yazdığım  bu  yazıda  bütün  bunları 

böyük  minnətdarlıq  hissləriylə  xatırlayır,  Heydər  Əlirza  oğlunu  yubileyi  münasibətiylə 

ürərkdən  təbrik  edir,  ona  uzun  ömür,  cansağlığı,  Azərbaycanımızın  xoşbəxt  gələcəyi 

naminə yeni uğurlar diləyirəm. 



4 may 1998  

266 

 

QALİB GƏLDİ, QALİB GETDİ 

 

Neçə aydır ürəyimiz səksəkədə idi. Vaxtaşırı səhhətinin yaxşılaşdığını, tezliklə geri 



dönəcəyini  eşitsək  də,  nigarançılığımız  səngimirdi.  Onun  xəstə  çağının  görüntülərinin  - 

kino-video  kadrlarının,  adicə  fotolarının  meydana  çıxmamasını  başa  düşürdüm,  çünki 

xasiyyətinə az-çox bələd idim. Xəstə, həm də ağır xəstə, həm də yaşı 80-i ötmüş bir insanın 

vücudunda  da,  sifətində  də  təbii  ki,  bir  üzgünlük,  zəiflik  seziləcəkdi.  Heydər  Əliyev 

dostlarına da, düşmənlərinə də, doğma xalqına da bu şəkildə, bu halda görünməyə heç cür 

razı  olmazdı.  O,  yaddaşlarda  həmişəki  kimi  şax  yerişli,  məğrur  duruşlu,  xoşsifətli, 

gülərüzlü, bəzən də sərt, iti baxışlı bir insan kimi qalmaq istəyirdi. Və elə beləcə də qaldı. 

Bugünlərdə müxtəlif telekanallarda nümayiş etdirilən kadrlarda onun yalnız rəsmi surətini 

yox,  çox  təbii,  çox  səmimi,  çox  insani  sifətlərini  də  gördük,  şux  zarafatlarını  da  eşitdik, 

dalğınlıq  anlarının,  qəmli-qüssəli  məqamlarının,  musiqidən  təsirlənib  gözlərinin 

yaşardığının da şahidi olduq. Əvvəllər gördüyümüz kadrlara da yenidən ayrı gözlə baxırıq. 

Neçə ayın həyəcanları, təlaşları içində bir an da ümidimi itirmirdim. İnanırdım ki, bir gün 

Bakı  hava  limanında  uçaqdan  enib  üstünə  cuman  jurnalistlərə  təbəssümlə  baxaraq:  - 

mətbuat  səhifələrində  məni  neçə  dəfə  dəfn  etmisiniz  -  deyəcəkdi  -görürsünüz  ki,  sağ-

salamatam - deyəcəkdi. 

Dekabrın 12-dən 13-nə keçən məlum gecə ümidlərimiz puç oldu. ANS televiziyonu 

qara xəbəri bütün Azərbaycana yaydı, xalqımız yetim qaldı. İlham Əliyev və Sevil xanım 

atalarını,  Azərbaycan  böyük  oğlunu,  mən  isə  çox  doğma,  çox  yaxın,  çoz  əziz  adamımı 

itirdim. 

Bu sözləri tam səmimiyyətlə deyirəm. Heydər Əliyevə nə qohumluğum çatırdı, nə də 

yaş fərqi, ictimai mövqe etibarilə dost ola bilərdik. Amma ömrüm boyu onun diqqətini və 

qayğısını,  isti  münasibətini  duymuşdum.  Bilirdim  ki,  istər  sovet  dönəmində,  istərsə  də 

müstəqillik  dövründə  məndən  ona  pis  niyyətlə  deyənlər  az  olmayıb.  Yazıçıların  X 

qurultayında  çıxıl  edərkən  özü  bu  barədə  danışdı.  Amma  onu  da  bilirdim  ki,  bütün  bu 

danoslar  mənə  olan münasibətinə  zərrə qədər də təsir  etmirdi və  edə də bilməzdi.  Çünki 


267 

 

insan sərrafı idi və kimin kim olduğunu da yaxşı bilirdi. Boğazdan yuxarı təmənnalı sözləri 



də  gerçək  əməllərdən  seçib  ayırırdı.  Elə  adamlar  var  ki,  özləri  lakey  xislətli  ola-ola 

özgəsinin səmimi hisslərinə heç cür inana bilmir. İnana bilmir ki, sevgi təmənnasız da ola 

bilər,  hörmət  qarşılıqlı  da  ola  bilər.  Mənim  heç  bir  vəzifə  sahibindən  heç  vaxt  şəxsi 

umacağım olmayıb və  Heydər Əliyev iş başında olanda da, olmayanda da ona eyni hörmət 

və rəğbət hissləri bəsləmişəm. Amma hisslərimi sağlığında ürək dolusu deyə bilməmişəm, 

təmtəraqlı, gurultulu sözlərlə ifadə etməmişəm. Düşünmüşəm ki, bunu ayrı cür yozacaqlar. 

Halbuki,  Heydər  Əliyevin  mənim  haqqımda,  ayrı-ayrı  əsərlərim  haqqında,  60  illiyimlə 

bağlı dediyi xoş sözlər mənim onun haqqında dediklərimdən və yazdıqlarımdan az deyil. 

Yalnız bir dəfə 75 illiyində «Oqonyok» jurnalının sifarişi ilə onun barəsində «Şəxsiyyətin  

miqyası» adlı məqalə yazmışdım. 

İndi bu böyük şəxsiyyətin miqyasının o vaxt mənim yazdığımdan da ulu olduğunu 

etiraf  edirəm.  Və  şübhə  etmirəm  ki,  illər  ötdükcə  bu  miqyasların  çox-çox  daha  böyük 

olduğunu dərk edəcəyik. 

Heydər  Əliyevi  tanıyanda  çox  gəncdim.  Sonrakı  illərdə  Azərbaycanın  rayonlarına 

səfərlər  zamanı,  müxtəlif  vaxtlarda  Gəncədə,  Naxçıvanda,  Şuşada,  habelə  İstanbulda  və 

Ankarada,  Moskvada,  Romada,  Pekində  və  Şanxayda,  Almatıda,  Bişkekdə  dövlət 

başçılarıyla söhbətlərində, sənətçilərlə ünsiyyətində, tarlalarda, ya küçələrdə adi adamlarla 

görüşlərində  onu  yaxından  müşahidə  etmək  imkanım  olub.  Saysız-hesabsız toplantılarda, 

yubileylərdə onu dinləmişəm. Yazıçılarla, sənət adamlarıyla görüşlərində iştirak etmişəm, 

2-3  dəfə  isə  təkbətək  çox  ətraflı,  məhrəm  söhbətlərimiz  olub.  1997-ci  ilin  payızında 

İtaliyadan  qayıdarkən  təyyarədə  ta  Romadan  Bakıyacan  3    saatdan  artıq  ikilikdə 

danışmışıq. Bu söhbətləri gündəliyimdə bütün ayrıntıları ilə və tam dəqiqliklə isti-isti qeyd 

etmişəm.  İndi  mənim  bu  böyük  insanın  xatirəsi  qarşısında  borcum-  hafizəmdə  və  kağız 

üzərində  qalmış  bütün  təfərrüatları,  uzun  illər  müşahidə  etdiklərimi  və  məhrəm 

söhbətlərimizin tam mətnini, eləcə də Heydər Əliyev fenomeni haqqında düşündüklərimi 

iri bir yazı şəklində qələmə almaqdır və mən bunu mütləq edəcəm. 



268 

 

Ağır itkimizin təsiri altında yazdığım bu kiçik qeydlərdə isə Heydər Əliyev taleyinin 



yalnız  bir  neçə  əsas  cəhəti  üstündə  durmaq  istəyirəm.  Zənnimcə,  Heydər  Əliyev  bu 

dünyaya həmişə qələbə çalmaq üçün gəlmişdi. 

O,  heç  bir  vaxt  qarşısına  çıxan  heç  bir  çətinliklərin  qabağından  qaçmazdı.  Ən 

qorxulu vəziyyətlərdən belə zəfər çalaraq çıxardı. Xalq cəbhəsi hakimiyyətdə olan vaxt rus 

qoşunlarının  Azərbaycandan  çıxarılmasını  böyük  tarixi  uğur  hesab  edirlər.  Razıyam. 

Amma  çıxarılan  ordunun  yerini  tutacaq  milli  zabitlər  korpusunun  əsasını  axı  Heydər 

Əliyev çox-çox qabaqlar, Sovet dönəmində Naxçıvanski adına hərbi məktəbi yaratmaqla, 

neçə-neçə gənci SSRİ-nin ali hərbi məktəblərinə göndərməklə qoymuşdu. 

Sirr  deyil  ki,  Sovet  dövründə  Azərbaycanın  hərbi  çağırışçılarını  orduda,  ya  tikinti 

batalyonlarında  və  mətbəxdə  işlədirdilər.  Böyük  əhəmiyyətini  yalnız  15-20  il  sonra, 

Qarabağ davası başlananda - tam dərk etdiyimiz bu il - milli hərbi kadrların yetişdirilməsi - 

sovet  ehkamları  üzərində  qələbə  idi.  Azərbaycanı  yalnız  xammal  ərazisi  kimi  görmək 

istəyənlərə qarşı - ən yeni sənaye ocaqlarının qurulması - SSRİ-nin iqtisadi ətalət siyasətinə 

qalib  gəlməkdi.  37-ci  ilin  milyonlarla  repressiya  qurbanlarından  yalnız  birinin  -  böyük 

Hüseyn  Cavidin  nəşinin  tapılıb  Vətənə  gətirilməsi  hələ  də  zehinlərdə  hökm  sürən  Stalin 

buzlaqlarının  əridilməsi  deməkdi.  Azərbaycanın  görkəmli  sənətkarlarının  yüksək 

ümumittifaq  mükafatlarına,  təltiflərinə  nail  olmaq  yalnız  o  konkret  şəxslərin  deyil, 

ümumən ədəbiyyatımızın, sənətimizin və deməli, Azərbaycanımızın nüfuzunu ucaltmaqdı. 

Bütün  bunlar  -  Heydər  Əliyev  zəkasının,  iradəsinin,  uzaqgörənliyinin  qələbəsi  idi.  Və 

bütün  bunlar  bədnam  qonşularımızı  qıcıqlandırır,  qızışdırır,  qəzəbləndirir,  yuxularını 

qaçırırdı. 

Moskvaya,  mərkəzi  dairələrə  danos  -  danos  dalınca  gedirdi.          «Heydər  Əliyev 

Naxçıvanı  ermənilərdən  təmizlədi,  indi  də  Qarabağı  təmizləmək  niyyətindədir»  - 

danosların əsas məğzi bu idi. 

Heydər  Əliyev  bunu  bilirdi  və  bunu  bilə-bilə  məhəl  qoymurdu.  Brejnevlə  xoş 

münasibətlərinin  bir  səbəbi  də  özünü  və  xalqını,  respublikasını  mikoyanlardan, 

baqramyanlardan və onların tör-töküntülərindən sığorta etmək idi. 


269 

 

Şuşada  əzəmətli  Vaqif  məqbərəsini,  Natəvan  heykəllərini  ucaltmaqla,  Üzeyir 



Hacıbəyli,  Bülbül  muzeylərini  açmaqla,  Şuşada  təntənəli  beynəlxalq  sənət  tədbirləri 

keçirməklə  Heydər  Əliyev  bu  qədim  Azərbaycan  şəhərinin  milli  simasını 

müəyyənləldirirdi. 

1987-ci ildə ermənilərin və erməni dairələrinin güclü təsiri altında olan Qorbaçovun 

birgə səyləri ilə Heydər Əliyev SSRİ-nin siyasi Olimpindən uzaqlaşdırıldı. Düz bir həftə 

sonra isə adıbədnam akademik Aqanbekyan Parisdə Qarabağ kampaniyasına start verdi. 

Cəmisi bir-iki il keçdi, Qorbaçovun özü də, ölkəsi də yerlə-yeksan oldu. İndi SSRİ-

nin  ilk  və  son  prezidenti  vaxtını  öldürmək  üçün  radioda  uşaq  nağıllarını  səsləndirir  və 

cibini  doldurmaq  üçün  «Makdonalds»ı  reklam  edir.  Heydər  Əliyev  isə  XX  əsrdə 

müstəqilliyini  ikinci  dəfə  qazanmış  milli  dövlətimizin  düz  on  il  ərzində  Prezidenti  oldu. 

Özü də elə bir Prezident ki, ərazisi və əhalisi baxımından kiçik ölkənin dövlət başçısıyla ən 

böyük  məmləkətlərin  rəhbərləri  hesablaşırdı.  Kim  qalib  çıxdı?  Nəinki  öz  hakimiyyətini 

qoruya bilən, başçılıq etdiyi dövləti belə bada verən Qorbaçovmu, ya parçalanmaqda olan 

ölkəsini  xilas  edən,  sonrakı  çevriliş  cəhdlərinin  qarşısını  alan,  bir  gecə  yarısı  televiziya 

çıxışı ilə Prezident sarayı ətrafına minlərlə insanı toplaya bilən Heydər Əliyevmi? 

H.Əliyev  Azərbaycanın  mənafeyinə  zidd  olan  heç  bir  güzəştə  getmədi.  «Siyasət  - 

mümkün olanın sənətidir» fikri baxımından bu da qələbə idi. 

2003-cü  ili  -  ömrünün  son  ilini  də  Heydər  Əliyev  qalib  kimi  başa  vurur.  Geniş 

infarkt keçirmiş, gecəsi-gündüzü olmayan, nə şənbə, nə bazar, nə məzuniyyət, nə istirahət 

bilən, yaşı səksənə çatmış insan çıxış edərkən qəlb böhranı keçirir, yıxılır, yeddi qabırğası 

sınır və dözülməz ağrılara tab gətirərək yenidən səhnəyə qayıdır, sözünə davam edir. Bir də 

yıxılır və yenə görünməmiş, inanılmaz bir iradə ilə səhnəyə dönür, xalqı ilə vidalaşmağa 

özündə  güc  tapır.  Bu  da  onun  yıxılması  haqqında  hərzə-hərzə  danışan  və  yazan 

mənəviyyatsız düşüklər üzərində qələbə idi. 

Dünyaya qalib kimi gəldi, dünyadan qalib kimi getdi. 


270 

 

Heç kəsin xidmətini danmadan müstəqil Azərbaycanın qorunmasında, qurulmasında 



və yaşamasında Heydər Əliyevin müstəsna rolu insafı olanların hamısına açıq-aşkardır. Bir 

jurnalist doğru yazıb ki, Heydər Əliyev Qulliver, ona çirkab atanlar isə liliputlardır. 

Bütün  keçəri,  ötücü  narazılıqlar,  umu-küsülər,  giley-güzarlar  unudulub  gedəcək, 

Heydər  Əliyevin  möhkəmləndirdiyi,  inkişaf  etdirdiyi  ölkə  -  sabit,  istiqrarlı,  söz,  mətbuat 

azadlığı  təmin  olunmuş,  müxtəlif  siyasi  qurumların,  o  cümlədən  müxalifət  partiyalarının 

fəaliyyət  göstərdiyi,  senzurasız,  ölümhökmsüz,  sivil  dünya  ailəsində  layiqli  yer  tutan 

demokratik  Azərbaycan  qalacaq.  Azərbaycanın  yaxın  gələcəyinin  təməlini  bütün  şər 

qüvvələrlə mübarizələrdə qalib çıxan Heydər Əliyev qurdu, əl-ayağına dolaşanlara rəğmən 

çətin  doğulan  əsər  kimi  yaratdı.  Çağdaş  Azərbaycan,  doğrudan  da  Heydər  Əliyevin 

əsəridir.  Bizim  borcumuz  bu  əsəri  yaşatmaq,  qorumaq,  cilalamaq  və  gələcək  nəsillərə 

yetirməkdir.  Bütün  siyasi  çəkişmələr,  dartışmalar,  toqquşmalar  -  xalqın  taleyi  qarşısında 

çox cılız görünür, böyük Tarix önündə çox kiçik həvəslər, hərisliklər, hikkələrdir. 

Heydər Əliyev hər xalqa bəlkə də əsrdə bir dəfə qismət olan qənimət, nadir şəxsiyyət 

idi.  Həyata  qalib  kimi  gəlmişdi.  Xalqı  vəfatıyla  sarsıdan,  sarsıdaraq  birləşdirən, 

kədərləndirərək bütövləşdirən Heydər Əliyev ölümüylə də zəfər çaldı. Kim nə deyir desin, 

nə yazır yazsın, qalib gəldi, qalib getdi. 



Dekabr 2003 

  

 



 

 

1   ...   13   14   15   16   17   18   19   20   ...   44


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə