СДП (Свободная демократическая партия) – (FDP) Freie Demokratische Partei
Ekvivalent yoxdursa, hər bir abbreviaturanın mənası tərcümə mətnində ilk dəfə göstərilən yerdə izah olunmalıdır.
Məsələn: МИСИ (Московский инженерно-строительный институт) – MISI (Moscow Construction Engineering Institute).
Maşın markalarının, cihazların, aparatların və s. ixtisar edilmiş adlarının adətən açıqlaması verilmir və tərcümədə orijinal yazıda saxlanılır.
Məsələn: BORAX – BORAX komponenti.
Hərf və rəqəmlərdən ibarət olan hərfi abbreviaturalarda rəqəmlər abbreviaturadan əvvəl gəlirsə, abbreviatura ilə birlikdə, abbreviaturadan sonra gəldikdə isə, defislə yazılır. Bu zaman dırnaq işarəsindən istifadə edilmir.
Məsələn: 3312NCR – 3312NCR modulu
SQ 38 – SQ-38 cihazı
Rəqəm və bütöv bir sözün kombinasiyasından ibarət hərfi abbreviaturalarda bütün adlar orijinal yazıda olduğu kimi saxlanılır. Həmçinin, tərcümədə bu kombinasiya dırnaq işarəsinə alınır, birinci söz və xüsusi adlar isə, baş hərflə yazılır.
Məsələn: Festo MS 56987412 – «Festo MS 56987412» detalı