3.1.6. İşarələr, ölçüvahidləri, rəqəmlər, formullar, tənliklər, riyazivəşərtiişarələr İşarələr, ölçü vahidləri, formullardakı rəqəmlər, formullar və tənliklər tərcümədə tərcümə dilində qəbul edilmiş formada verilirlər. Məsələn, formullar «Microsoft Word» mətn redaktorunun «Microsoft Equation» formul redaktoru vasitəsilə daxil edilirlər. Tərkibində sözlər olan indekslər (məsələn, ) o zaman tərcümə olunur ki, sifarişçi həmin indeksi orijinal dildə saxlamaq istəmir. İndekslərin orijinal dildə saxlanılması üçün əsas tərcümə dilində uyğunluqların olmaması ola bilər.
Fiziki göstəricilərin vahidləri və onların beynəlxalq və rus dilində olan işarələri üçün Beynəlxalq vahidlər sisteminin (BVS) vahidləri tətbiq edilir. Qeyri-metrik vahidlər həm tam, həm də ixtisar olunmuş formada yazılır, beynəlxalq vahidlərin işarələri isə, Sİ-yə uyğun şəkildə yazılır.
Xarici pul vahidlərinin adını bildirən və orijinal mətndə rəqəmdən əvvəl gələn şərti işarə (€, £ və s.) Azərbaycan dilinə tərcümədə «avro», «funt sterlinq» və s. kimi sözlərlə əvəz edilməlidir ki, bunlar da Azərbaycan dilinin normalarına əsasən rəqəmdən sonra yazılır.
Rum rəqəmləri mətnin ayrı-ayrı bölmələrinin nömrələnməsi üçün istifadə olunmursa, bunlar tərcümədə ərəb rəqəmləri ilə əvəz olunur (əgər bu əvəzləmə rum rəqəmlərinin bir sıra dillərdə istifadəsinə zidd deyilsə). Məsələn, rus dilində ənənəyə görə rum rəqəmləri aşağıdakıları bildirirlər: a) qurultay, konfrans, konqreslərin nömrələri, b) beynəlxalq birliklərin nömrələri, i) ildönümləri, q) əsrin idman yarışlarının nömrələri, d) təqvim kvartalları.
Tərcümədə bir sıra tematik işarələrin istifadəsi nəzərə alınmalıdır:
Çoxrəqəmli göstəricilərin bölünməsi işarəsi: rus dilinə tərcümədə çoxrəqəmli göstəricilər (üç rəqəmdən artıq) nöqtə vasitəsilə hər birində üç işarə olan qruplara ayrılırlar. Məsələn: 5.685.937 (nömrələri və təqvim illərini bildirən rəqəmlər istisna olmaqla). Xarici dilə tərcümədə müvafiq dildə qəbul edilmiş işarələr istisna olunur;
Onluq kəsr rəqəmi: rus dilinə tərcümədə sətrin aşağı hissəsində vergüldən istifadə olunur, məsələn 0,02. Xarici dilə tərcümə zamanı müvafiq dildə qəbul edilmiş işarələrdən istifadə olunur.
İstifadə olunan işarələr müvafiq dilin qəbul edilmiş ümumi normalarına cavab verməlidir.
Məsələn: № (rus.), No. (ing.), Nr (alm.), No (fr.).