Bölmə 3.2. Tərtibatadairtələblər Tərcümədə orijinal sənəddəki mətnlərin, formulların, həmçinin cədvəl və şəkillərin, abzasların ardıcıllığı saxlanılmalıdır.
Əgər mətndə rəqəmlər varsa, tərcüməçi onları yekun sənəddə saxlayır və ya təhrif etmədən yekun sənədə keçirir.
Bütün haşiyələr, əlavələr, cədvəllər, siyahılar və təsvirlər olduğu kimi təkrarlanır, təsvirlərdəki və cədvəllərdəki mətn elementləri isə, tərcümə olunur.
Tərcümə mətnində tam olaraq aşağıdakılar saxlanılmalıdır:
Bütün bölmə və bəndlərin nömrələnməsi (o cümlədən sadalama zamanı) – hətta bu zaman orijinalın dilindəki simvollardan istifadə olunursa;
Orijinal mətnin işarələnməsi (kursiv, altından xətt çəkilməklə işarələmə, yarıtünd şrift və s.);
Mümkün qədər cədvəl forması və formulların yazılışı.
Mətndəardıcılancaqbiraraolabilər!!! Tərcümə mətnində bir neçə aranın qoyulması üçün tabulyatordan istifadə etmək lazımdır.
Vərəqin orientasiyasını və ya ölçüsünü dəyişmək lazım gələn hallar istisna olmaqla, sənədi ayrı-ayrı hissələrə bölmək olmaz (səhifə aralıqları).
Tərcümə zamanı sənədin ilkin və/və ya çıxış orientasiyasını (abom/kitab) saxlamaq lazımdır.