3.2.5. Rekvizitlərin tərcüməsinin tərtibatı (əgər ancaq sənədin rekvizitlərini tərcümə etmək lazımdırsa)
Əgər sənəddə ancaq rekvizitləri tərcümə etmək lazımdırsa (sənədin qalan hissəsi Azərbaycan dilində olmaqla), tərcümə vərəqi aşağıdakı kimi tərtib edilir:
-
Məhz hansı sənədin rekvizitlərinin tərcümə olunacağı yazılmalıdır ki, bu zaman aşağıdakı məlumatlar göstərilir:
-
Sənədin adı;
-
Sənədin sahibinin soyadı, adı, atasının adı (əgər varsa);
-
Sənədin tarixi və nömrəsi;
-
Sənəd kim tərəfindən verilib;
-
Sənəd hansı dildən hansı dilə tərcümə ediləcək;
-
Sonra yuxarıda verilmiş tələblərə uyğun olaraq tərcümə yerinə yetirilir.
Məsələn:
Bizə Stepanov Pyotr İvanoviçin doğum haqda şəhadətnaməsini tərcümə etmək üçün sifariş daxil olub. Şəhadətnamənin №-si 33-R-dir. 21.12.1990-cı il tarixində Minsk şəhəri, Frunze rayonu VVAQ idarəsi tərəfindən verilib. Şəhadətnamənin mətni rus dilində, rekvizitlər isə, belorus dilindədir. Sənəd Rusiya Federasiyasının dövlət orqanlarına təqdim edilmək üçün hazırlanır. Bu halda tərcümə vərəqi aşağıdakı kimi tərtib edilir:
Stepanov Pyotr İvanoviçin 33-R saylı, 21.12.1990-cı il tarixli, Minsk şəhəri, Frunze rayonu VVAQ idarəsi tərəfindən verilmiş doğum haqda şəhadətnaməsinin rekvizitlərinin belorus dilindən rus dilinə tərcüməsi.
Möhür: * Belarus Respublikası * Minsk şəhəri Frunze rayonu * Vətəndaş vəziyyətləri aktlarının qeydiyyatı idarəsi *
|
Dostları ilə paylaş: |