Əgər şəkildə mətnə dair heç bir istinad yoxdursa, onu yerləşdirməmək olar. Bunun əvəzinə tərcümə dilində kurvislə dairəvi mötərizənin içərisində «Şəkil» və ya «Təsvir» sözü yazılır.
Məsələn: ingilis dilinə tərcümədə – (image), (picture). Tərcümə zamanı ancaq bu sözləri və ancaq yuxarıda verilmiş tərtibatda yazmaq vacibdir. Foto, şəkil və s. kimi analogiya və sinonimlər yazmaq olmaz! Bu qayda mətnin vahid üslubiyyətini saxlamaq üçün tətbiq edilir.
Mətndə yerləşdirilmiş təsvirə istinad olunursa,həmin təsvirin ölçüsü və yeri saxlanılmaqla lazımi yerə qoyulur.
Notarialtərcümələrüçünsituasiyadanasılıolmayaraqancaqbirincivarianttətbiqedilir!!! Əgər mətndə cədvəllər varsa, onların strukturu maksimum saxlanmaqla və xanaların məzmunu, həmçinin sətir və sütunların sayı dəyişdirilmədən keçirilməlidir. Bəzən mətnin yazılma istiqamətinin dəyişdirilməsi də tələb oluna bilər.