Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"


XI mövzu XIX əsrin ikinci yarısı-XX əsrin əvvəllərində Azərbaycanda ictimai- iqtisadi vəziyyət və milli demokratik fikir. Plan



Yüklə 332,19 Kb.
səhifə16/27
tarix02.01.2022
ölçüsü332,19 Kb.
#39777
növüYazı
1   ...   12   13   14   15   16   17   18   19   ...   27
1-1Az tarixi

XI mövzu

XIX əsrin ikinci yarısı-XX əsrin əvvəllərində Azərbaycanda ictimai-

iqtisadi vəziyyət və milli demokratik fikir.

Plan

1.Çarizmin müstəmləkəçi siyasəti. Kənd təsərrüffatında və sənayedə kapitalizmin inkişafı.

2. Demokratik milli mətbuatın yaranması, “Əkinçi” qəzeti. İctimai fikrin görkəmli nümayəndələri.

3. XX əsrin əvvəllərində Azərbaycanda siyasi təşkilatların və partiyaların

yaranması.Milli –azadlıq hərəkatı.

Ədəbiyyat.

1. Azərbaycan tarixi.VII cilddə,V vild,Bakı,2005,səh.18-161.

2. Azərbaycan tarixi.İ.Əliyevin redaktorluğu ilə.Bakı,1993,səh.226-242.

3. Vəliyev T.T. İmperializm dövründə Azərbaycan sənayesi və proletariatı. Bakı,

1978, səh. 11- 48.

4. Məmmədov İ, Məmmədov Ç. Siyasi tarix. Bakı. 2004, səh. 32-54.

5. Balayev A. Panislamizm, pantürkizm və Azərbaycan. “Azərbaycan”qəzeti,5-12

aprel,1991

6. Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik . Bakı 2014.

XIX əsrin 50-60-cı illəri Azərbaycanda feodal sosial-iqtisadi münasibətlərinin süquta uğraması, yeni kapitalist münasibətlərinin inkişafı ilə xarakterizə olunur. Rusiyada təhkmçilik, Azərbaycanda isə feodal-asılı münasibətlər məhsuldar qüvvələrin və kapitalizmin inkişafına böyük əngəl törədirdi. 1861-ci ildə Rusiyada kapitalizmin inkişafına təkan verən amil-təhkimçilik hüququnun ləğvi həyata keçirildi. Çar II Aleksandr fevralın 19-da “Təhkimçilik asıllığından çıxmış kəndlilər haqqında” Əsasnaməni təsdiq etdi.1870-ci il mayın 14-də Ön Qafqaz quberniyaları: Yelizavetpol, Bakı, İrəvan və qismən Tiflis quberniyaları ali müsəlman zümrəsin­dən olan şəxslərin torpaq qurluşu haqqında “Əsasnamə” verildi. Həmin “Əsasnamə”də kənd­li­lərin şəxsən asılı olmaması,hər 15 yaşına çatmış kişi kəndliyə 5desyatin pay torpağı verilməsi nəzərdə tutulurdu.

Bu əsasnamənin 1847-ci il əsasnaməsindən fərqi ondan ibarət idi ki,hər bir kəndlinin 5 desyatindən artıq torpaq sahəsi əlindən əlindən alınırdı.Kəndlilər torpağın 3/2 hissəsinə malik oldular, qalan torpaqlar yenə də mülkədarların əlində qalmış oldu. Doğrudur kəndliyə öz pay torpağını satın almaq hüququ verilmişdi, lakin kəndlinin həmin torpağı almağa pulu yox idi. Rusiyada torpağı satın almaq üçün kəndliyə dövlət borc pul verirdi, lakin Azərbaycan kəndlisi bundan məhrum idi. Bu, çarizmin milli müstəmləkə siyasətinin təzahürü idi.

1870-ci il islahatı mahiyyətcə burjua islahatı idi. Kəndliyə şəxsi azadlığın verilməsi, əlbəttə, feodal istehsal münasibətlərinə ciddi zərbə olmuş, ölkədə kapitalizmin inkiçafına şərait yaratmışdı.Yəni,kəndlilərin pay torpaqlarını satın alıb onun sahibinə çevrilə bilmələri kapitalizmin inkişafına təkan verirdi. Lakin Azərbaycan kəndliləri yalnız 1870-ci il islahatından sonra, 42-il keçmiş öz torpaqlarını satın alıb mülkiyyətcə çevrilə bildilər.

1861-ci il islahatından sonra Rusiyada sənaye inkişaf etməyə başladı. Sənayenin inkişafı öz növbəsində milli ucqarların əmtəə-mal dövriyyəsinə cəlb edilməsinə səbəb oldu.

Azərbaycan bu dövrdə iqtisadi cəhətdən çox zəif inkişaf etmişdi. Burada sənaye mallarına tələbatın az olması,iri sənaye müəssisələri yaratmaq üçün kapitalın az olması onun iqtisadiyyatının zəif inkişaf etməsinə səbəb olmuşdu.

Lakin Rusiyada kapitalizmin inkişafı nəticəsində neft, dağ-mədən və başqa mühüm sənaye sahələri rus və xarici kapital nümayəndələrinin əlinə keçdi. XIX əsrin 60-cı illərində sənaye müəssisələrində neftdən məhdud miqdarda istifadə edilməyə başlandı. Neft məhsullarına tələbat da artdı. Neft quyularının sayı qismən artdı. Bu vaxt Bakıda ilk dəfə neft zavodu tikildi. Bu 1859-cu ildə Kokarev və Quboninin ilk ağ neft zavodu idi. Bunun ardından Tiflis əczaçısı Vitte Pirallahı adasında ilk dəfə qatı neftdən parafin, parafin şamı və parafin yağı istehsal edən müəssisə yaratdı.

Neft istehsalı əvvəllər qazma üsulu ilə həyata keçirilirdisə,1871-ci ildən buruq üsuluna keçildi.İlk belə buruq Bibiheybətdə qazıldı və neft fontan vurdu. Bununla əlaqədar neft verən torpaqların qiyməti də xeyli artdı.Bir desyatini 1000 manata olan torpaq bir neçə ildən sonra 45 min manata yüksəldi. Tezliklə neft istehsalı ilə məşğul olan çoxlu şirkətlər yaradıldı.1873-cü ildə Bakı rayonunda cəmi 12 şirkət olduğu halda, əsrin sonlarında onların sayı 140-a çatmışdı.

Tezliklə neft sənayesinə rus və xarici kapital axını başlandı. 1879-cu ildə “Nobel qardaşları birliyi”nin əsası qoyuldu.Bu şirkət tezliklə dünyanın ən böyük neft şirkətinə çevrildi. 80-ci illərdə Bakıya Rotşildin simasında fransız kapitalı nüfuz etdi.O, 1885-ci ildə Xəzər Qara dəniz neft sənaye və ticarət cəmiyyətinin rəhbərliyini öz əlinə keçirir. 90-cı illərdə isə İngiltərə kapitalı başda Ceyms Vişau olmaqla Bakıya axmağa başlayır. Onun rəhbərliyi ilə 3 ingilis şirkəti fəaliyyət göstərirdi. ABŞ kapitalistləri də,xüsusən Rokfellərə məxsus olan “Standart oyl” neft şirkəti də Bakı neftini ələ keçirməyə çalışırdı. Xarici kapitalın Bakı neft sənayesinə nüfuz etməsi neftin çıxarılması və emal edilməsi texnikasının təkmilləşdirilməsinə, beynəlxalq bazarda Bakı neftinin mövqelərinin möhkəmlənməsinə şərait yaratdı.

Azərbaycanın neft istehsalına iri kapital qoyuluşu burada sənaye-texniki çevrilişin yaradılmasına imkan yaradır. 70-ci illərdən başlayaraq zərbə üsulu neft quyuları qazılması tətbiq olunur.Buruq üsulu ilə qazılan quyuların sayı daha da artdı. Məs.1873-cü ildə buruq üsulu ilə qazılan quyuların sayı 9 olduğu halda,1879-cu ildə 251,1900-cü ldə 1710 olmuşdu.

1873-cü ildən qazma işində əl əməyini buxar mühərrikləri əvəz etməyə başladı. Neft məhsullarının saxlanılması və daşınması texnikası da təkmilləşdirildi. Dəmir çənlər,vaqon-sisternalar yaradıldı.

Neft istehsalının inkişafında ilk milli kadrlar yetişməyə başladı.Peterburq və Moskvada ali texniki məktəbləri bitirib Azərbaycana qayıdan gənc mütəxəssislər Piri Quliyev, Səməd Rzazadə, Şirəli Şərifov və başqalarının neft istehsalında böyük əməkləri olmuşdur.

Az vaxt ərzində Bakıda bir çox neft sənaye milyonçuları meydana çıxdı ki, onların arasında azərbaycanlı kapitalistlərindən H.Z.Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev və başqaları var idi.

Göstərmək lazımdır ki, 1901-ci ildə Bakı dünya neftinin yarıdan çoxunu (667,1 milyon pud) istehsal edirdi. Neft istehsalının əsas rayonları Sabunçu, Bibiheybət, Suraxanı idi. Neft məhsullarının ixracında da ciddi irəliləyişlər oldu. Bakı-Tiflis dəmiryolunun çəkilməsi (1883) və Xəzər dənizi vasitəsilə yük daşınmasının genişlənməsi neft sənayesinin gələcək inkişafında böyük rol oynadı. Bakı neft məhsulları Rusiyanın daxili quberniyalarına daşınmağa başlandı. Bununla əlaqədar burada Amerikadan gətirilən ağ neft satışı sıxışdırılmağa başlandı. Hətta Bakı nefti Avropa ölkələrinə nüfuz etməyə başladı.1896-cı ildə başlanıb,1906-cı ildə tikintisi başa çatan Bakı-Batum neft kəməri neft ixracatında mühüm rol oynadı. Bakı ağ nefti təkcə Rusiyaya deyil, xarici ölkələrə- Çinə, Hindistana, Avstraliyaya ixrac olunurdu.

Azərbaycanda neft sənyesindən başqa digər sənaye sahələri də inkişaf edirdi.Əsasən dağ-mədən və emaledici sənaye sahələrinə daha çox diqqət yetirilirdi.

Bakıda metal emaledici, tütün və başqa zavodlar fəaliyyətə başladı. Digər şəhərlərdə də sənəye sahələri meydana çıxırdı. Bunlardan Şəkidə ipəksarıma, Gədəbəydə misəritmə sənayesi də inkişaf edirdi. Gədəbəy misəridən zavodu Simmens qardaşları tərəfindən mütərrəqi texnalogiya ilə təmin olunaraq daha da inkişaf etdirilirdi. Onların dövründə ildə 40 min pud mis verən yeni zavodun əsası qoyuldu.

Sonralar Simmens qardaşları Daşkəsən filiz-yataqlarını da alaraq, 1865-ci ildə ilk kobalt zavodunun əsasını qoydular. Bu dövrdə Naxçıvanda daş-duz kombinatı, Bakı və Cavad qəzalarında şoran sulardan duz istehsal edən müəssisələr yaradıldı.

Şərabçılığın əsas rayonları olan Şamaxı, Göyçay, Şuşa, Yelizavetpolda iri üzüm emalı zavodları tikilməyə başlandı. Kürdəmirdə şirvanşahı şərabı çox məşhur idi.İslahatdan sonra Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalı artmağa başladı. Bir sıra sahələrdə sadə əmtəə istehsalı kapitalist əmtəə istehsalı dərəcəsinə gəlib çatmışdı. Kənd təsərrüfatında ixtisaslaşmalar həyata keçirilirdi. Lənkəranda çəltik, Quba qəzasında meyvəçilik, Gəncə və Şamaxıda üzümçülük, Kür boyu rayonlarda pambıqçılıq sahələri üzrə ixtisaslaşmalar yarandı.

1850-ci ildə Tiflisdə yaradılmış” Qafqaz kənd təsərrüfatı cəmiyyətinin” və onun yerlərdəki orqanlarının mühüm rolu olmuşdu. 1885-ci ildə Kürdəmirdə və Gəncədə kənd təsərrüfatı maşınları və alətlərinin sınağı keşirilmiş, az sonra Bakıda, Gəncədə ,Şəmkirdə, Zaqatalada,Şuşada kənd təsərrüfatı maşınları və alətləri satan idarələr açılmışdı.

Azərbaycanda qabaqcıl kənd təsərrüfatı üsullarının yayılmasında görkəmli maarifçi və ictimai xadim Həsən Bəy Zərdabinin 1875-ci ildə nəşr etdiyi”Əkinçi” qəzetinin də mühüm rolu olmuşdur. Qəzetdə kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi, suvarma işləri,maşınların tətbiqi və sair barədə qiymətli məlumatlar verilirdi.

Azərbaycan kəndi kapitalist istehsalına cəlb olunduqca, feodal müıkiyyəti yavaş-yavaş dağılmağa başlayırdı.Kəndlilərin xırda kapitalist mülkiyyəti tipi meydana çıxırdı.Torpaq getdikcə əmtəəyə-alver vasitəsinə çevirilirdi. Kapitalist münasibətlərinin inkişafı nəticəsində kənddə ictimai təbəqələşmə dərinləşirdi.Yeni istismarçı təbəqə olan qolçomaq və muzdlu kəndli təbəqələri yaranırdı.

Azərbaycan kəndində kapitalizmin inkişafı kənd təsərrüfatı fəhlələrinin və ümumiyyətlə kəndlilərin yaşayış səviyyəsini xeyli pisləşdirmişdi. Məsələn, 1900-cu ilin statistik məlumatına görə Bakı quberniyasında kənd təsərrüfatı fəhləsi ildə cəmi 48 manat pul alırdı.Qadınların illik pul qazancı isə 29 manat təşkil edirdi. Kənddə ictimai təbəqələşmənin dərinləşməsi ilə əlaqədar olaraq kənd icmaları da dağılmağa başlayırdı. Kapitalizmin inkişafı, cəmiyyətin sinfi tərkibində baş vermiş dəyişikliklər, iqtisadi həyat birliyinin yaranmasına, vahid dili, mədəniyyəti, ərazisi, iqtisadi və mənəvi həyatı olan Azərbaycan burjua millətinin yaranmasına səbəb oldu. Azərbaycan millətinin forma-laşması XIX əsrin ikinci yarsına təsadüf edir. ”Millət”məfhumunu dilimizə ilk dəfə M. F.Axundov gətirmişdi.

İlk dəfə 80-ci illərdə çıxan “Kəşkül”qəzeti “Azərbaycan milləti” ifadəsini işlətmişdir. Azərbaycan burjua millətinin tərkibinə kapitalistlər, fəhlələr, kəndlilər, tacirlər, sənətkarlar daxil idilər. Millətin yaranması milli şüurun da formalaşmasına səbəb oldu. Milli şüurun formalaşması isə müstəmləkə zülmünə qarşı, torpağın müstəqilliyi uğrunda mübarizə üçün çox vacib oldu.

Azərbaycanın ictimai, iqtisadi və siyasi həyatındakı dəyişikliklər Azərbaycan xalqının mədəniyyətində də öz əksini tapdı. Artıq XIX əsrin ikinci yarısından iri sənaye şəhəri olan Bakı həm də Azərbaycanın mədəniyyət mərkəzinə çevirilmişdi.

Kapitalist iqtisadiyyatının inkişafı nəticəsində ixtisaslı fəhlələrə, təhsilli mütəxəssislərə ehtiyac artırdı. Baxmayaraq ki, çar hökuməti milli ucqarların mədəni və siyasi inkişafına mane olurdu, lakin obyektiv inkişaf davam etməkdə idi.

1867-ci ildə çar hökuməti Qafqazın, o cümlədən Azərbaycanın təhsil müəssələri haqqında Əsasnamə qəbul etdi. Lakin həmin Əsasnamədə yerli dillər sıxışdırılır və rus dilində təhsilə böyük əhəmiyyət verilirdi. Ancaq 1876-cı ildə Qori şəhərində açılmış Zaqafqaziya müəllimləri seminariyasının, xüsusən də onun 1879-cu ildə açılmış Azərbaycan şöbəsinin məzunları (Fərhad Ağazadə, Üzeyir Hacıbəyov,Cəlil Məm-mədquluzadə və b.) kənd məktəblərinə gəldikdən sonra yerli uşaqların bu məktəblərdə oxuması mümkün olmuşdu, lakin bütün ibtidai məktəblərdə təlim ancaq rus dilində aparılırdı, yerli dillərdə ümumtəhsil məktəblərinin açılmasına icazə verilmirdi.

1869-cu ildə Seyid Əzim Şirvani ilk dəfə olaraq Şamaxıda yeni tipli məktəb açmışdı. 80-ci illərdə Şuşada, Lənkəranda, Ordubadda, Naxçıvanda belə məktəblər açıldı. Bu məktəblərin ən mühüm əhəmiyyəti ondan ibarət idi ki, burada ilk dəfə olaraq elmi biliklərin əsasları ana dilində öyrədilməyə başlandı.

Azərbaycan əhalisinin maariflənməsində rus-tatar məktəblərinin də müəyyən rolu olmuşdur. İlk belə məktəbi Bakıda gənc pedaqoqlar Həbib bəy Mahmudbəyov və Sultan Məcid Qənizadə açmışdılar.

Bu məktəblər üçün müəllimlərin hazırlanmasında Qori müəllimlər seminariyasının böyük rolu olmuşdur. 1899-cu ilədək bu Seminariyanı 89 nəfər azərbaycanlı bitirmişdi. Bunların çoxu sonralar Azərbaycan xalq maarif və mədəniyyətinin fəxri nümüyəndələri oldular. Rəşidbəy Əfəndiyev, M. Mahmudbəyov, S.M.Qniəmizadə, Firudin bəy Köçərli, Əlicabbar Orucəliyev və başqalarının maarif sahəsindəki xidmətləri əvəz olunmazdır.

Yeni məktəb xadimlərinin ən mühüm vəzifəsi ana dilində dərsliklərin yaradılması idi. Abdulla Şaiq “Uşaq çeşməyi”, “Gülzar”,M.Mahmudbəyov “İkinci il”, “Üçüncü il”,”Türk ədəbiyyatına ilk qədəm”, “Yeni türk əlifbası” adlı dərsliklər yazmışdılar.

Kişi təhsili ilə yanaşı, qadın orta təhsili də inkişaf edirdi. 1874-cü ildə Bakıda ilk qadın gimnaziyası açıldı,1883-cü ildən bu məktəb Mariya məktəbi adını aldı. 1896-cı ildə Mərdəkanda məşhur messenat H.Z. Tağıyev tərəfindən bağbanlar hazırlayan birinci xüsusi məktəb açıldı. Elə həmin ildə H.Z Tağıyev Bakıda qız məktəbinidə açmışdı.1896-cı ildə Bakıda Yermolayeva tərəfindən ilk musiqi məktəbi də açıldı.1897-ci ildə rəssamlıq məktəbi də açılmışdı.

Azərbaycanda savadın yayılması ilə kitabxana və qiraətxanalara ehtiyac hiss edilməyə başladı. Bu dövrdə ictimai və xüsusi kitabxanalar açıldı. İlk kütləvi kitabxana 1859-cu ildə Şamaxı və Şuşada açılmışdı.

Azərbayacanın ictimai, iqtisadi və mədəni inkişafı elmin inkişafına şərait yaradırdı.Təbiət elmlərinə maraq çox idi. Neft işinin öyrənilməsində Almaniyanın Stras-burq univerisitetinin məzunu Möhsüm Xanlarovun kimyaçı kimi xüsusi xidməti olmuşdur. Biologiya və kənd təsərrüfatı sahəsində də müəyyəın uğurlar əldə edilmişdi. Bu sahədə H.B Zərdabi, N.B.Vəzirovun böyük xidmətləri olmuşdur.H.B. Zərdabi “Gigi-ena”, “Torpaq, hava, su” və başqa əsərlər yararaq təkamül nəzriyyəsini müdafiə etmişdi. Azərbaycanlı həkimlər Vəkilov, Mehmandarov tibb eliminin inkişafına böyük köməklik etmişlər.

XIX əsrin ikinci yarsında Azərbaycanda tarix elmi sahəsində mühüm irəliləyişlər olmuşdu. Mirzə Camal oğlu,Əhməd Bəy Cavanşir,Mir Mehdi Xəzani Qarabağ xanlığının, Mirzə Əhməd Xudaverdi oğlu Lənkəran xanmlığının tarixinin öyrənilməsi sahəsində uğurlu işlər görmüşlər.Azərbaycan ədəbiyyatının inkişafında M.F.Axundov, S.Ə. Şirvani, N.Nərimanov,F.B.Köçərli, H.B.Zərdabi kimi nümayəndələrinin böyük rolu olmuşdur. Fəlsəfi fikrin inkişafında M.F Axundovun xüsusi xidmətləri olmuşdur. Onun üç məktub və cavab adlı əsrində təbiət və cəmiyyət məsələlərinə dair mütərrəqi fəlsəfi fikirlər verilmişdir.

Azərbaycanda teatr sənəti də inkişaf etməkdə idi. Milli teatırın yaranması xalqın mənəvi həyatında böyük hadisə idi. 1873-cu ilin martın 22-də Bakı realnı məktəbinin tələbələri M.F.Axundovun “Lənkəran xanının vəziri” pyesini səhnələşdirmişdilər. Aprelin 17-də “Hacı Qara” pyesi tamaşaya qoyuldu.

Musiqi sahəsində də böyük naliyyətlər əldə edildi.Hacı Hüsü, Cabbar Qaryağdı oğlu, Məsədi İsi, Sadıqcan, Keçəçi Məhəmməd kimi musiqiçilər xalq arasında geniş şöhrətə malik idi.

1908-ci ildə yanvarın 12-də musiqi tarixində unudulmaz gün olmuşdur. Tağıyev teatırının binasında Ü.Hacıbəcyov “Leyli və Məcnun” operasını ilk dəfə tamaşaya qoymuşdu. 1913-cü ildə “Arşın mal alan”musiqili komediyası, 1916-cı ildə M.Maqomayevin “Şah İsmayıl” operaları tamaşaya qoyulmuşdu.

Rəssamlıq sahəsində Ə.Əzimzadə, B.Kəngərli, memarlıq sahəsində Zivər bəy Ağayevin büyük xidmətləri olmuşdur.

-XIX əsrin ikinci yarısında Şimali Azərbaycanın mədəni həyatında milli mətbuatın inkişafı ən mühüm hadisələrdən biri olmuşdur. Azərbaycan ictimaiyyətinin ayrı-ayrı nümayəndələri böyük çətinliklərlə üzləşərək milli mətbuatın bünövrəsini qoymuşdular. Azərbaycan mətbuatının banisi böyük ictimai xadim Həsən bəy Zərdabinin “Əkinçi”qəzetinin buraxılması böyük hadisə idi. Qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdır. H.B.Zərdabi qəzetin təkcə naşiri və redaktoru deyil, həm də onun korrektoru və mürəttibi idi. 1875-1877-ci illərdə “Əkinçi”nin cəmi 56 nömrəsi çıxmışdı.

“Əkinçi” qəzeti mütərrəqi maarifçi,demokratik ideyaları təbliğ edir, mövhumata, cəhalətə və avamlığa qarşı çıxır,Azərbaycan gerçəkliyinin bir çox zəruri problemlərini qaldırırdı. Qəzet azadlığa çıxmağın yolunu elm və maarifdə görürdü. O,təhsil və tərbiyə məsələlərinə xüsusi əhəmiyyət verir, məktəblərdə yeni təlim və tərbiyə üsullarının tətbiq edilməsinə tərəfdar çıxırdı. Azərbaycanda qadın təhsilinin, qadınların ictimai həyata cəlb olunmasının zəruriliyini müdafiə edən ilk Azərbaycan qəzeti “Əkinçi”olmuşdur.Qəzet ana dilinin saflığı uğrunda yorulmaz mübarizə aparırdı.

H.B.Zərdabi və onun qəzeti Cənubi Qafaqaz xalqları arasında çoxəsrlik əlaqələrin möhkəməlndirilməsi ideyalarının qızğın təbliğatçısı kimi çixış edir, bu xalqların daha da yaxınlaşması uğrunda mübarizə aparirdı.

“Əkinçi”Azərbaycanda mütərəqqi ictimai fikrin inkişafında və bütövlükdə Azərbaycan mədəniyyətinin inkişafında böyük rol oynadı. O, qısa müddət ərzində ən qabaqcıl ziyalıları öz ətrafında birləşdirmiş, Azərbaycan xalqının həyatının bir çox sahələrinə müsbət təsir göstərmişdir.

Əkinçinin nəşri dayandıqdan iki il sonra Tiflisdə Azərbaycan dilində “Ziya” qəzeti nəşr edildi. Onun birinci nömrəsi 1879-cu il yanvarın 16-da çapdan çıxdı. Qəzet 1880-ci ilə qədər çıxmış,cəmi 76 nömrəsi buraxılmışdı.1880-ci il dekabrın 6-dan etibarən qəzet “Ziyayi-Qafqaziyyə” adı altında çıxmağa başladı. Qəzetin yaradıcısı Seyid Ünsizadə idi. Qəzetin səhifələrində ictimai-siyasi problemlərə geniş yer verilirdi. Cəmi 104 nömrəsi çıxmış və 1884 –cu ilə qədər nəşr olunmuşdur.

1880-ci ildə onun qardaşı Cəlal Ünsizadənin “Kəşkül” adlı qəzeti nəşr oıunmağa başlandı. Kəşkül öz ideya isqamətinə görə “Əkinçi”yə daha çox yaxın idi. Qəzet, siyasət, ticarət, sənaye, mədəniyyət məsələlərinə toxunurdu. Eyni zamanda qəzet Şərq despotizmini, geriliyi, fanatizmi tənqid atəçinə tutur, maarifçilik və mədəniyyət ideyalarını müdafiə edirdi.

Rusiyanın mərkəzi şəhərlərində,Qori müəllimlər seminariyasında təhsil almış gənclər “Kəşkül”qəzetinin mütərəqqi ideya və təşəbbüslərini müdafiə edərək onun ətrafında toplaşırdılar. “Kəşkül”ün başladığı hərəkatda Azərbaycan ziyalılarından S.Ə.Şirvani,F.Köçərli,M.Şahtaxtlı,A.Qayıbov və başqaları yaxından iştirak edirdilər. Qəzet 1991-ci ilədək nəşr olundu.

O dörün ən mühüm hadisələrindən biri də Tiflisdə satrik “Molla Nəsrəddin “ jurnalının 1906-cı il aprelin 1-də nəşrə başlaması oldu. Jurnal Azərbaycanda, Rusiyanın türkdilli xalqları arasında , həmçinin yaxın Şərqdə satrik mətbuatın əsasını qoydu, həmçinin milli – dümokratik fkrin inkişafında mühüm rol oynadı.

Molla Nəsrəddin “ jurnalının (1906-1931) əsasını Cəlil Məmmədquluzadə qoymuşdur. Jurnalın səhifələrində M.Ə.Sabirin, Ə.B.Haqverdiyevin, Ə.Qəmküsarın, M.Ə.Möcüzün , Y.V.Çəmənzəminlinin yazıları çap olunurdu.

“Molla Nəsrəddin”in ardınca onun təsiri altında “Arı”, “Bəhlul”, “Tutu”, “Zənbur”, “Məzəli”, “Babayi-Əmir”(1907-1917-ci illərdə)satrik jurnalları nəşrə başladı. İnqilabi demokratik publisistikanın görkəmli nümayəndələrindən biri də U.Hacıbəyov idi.

XIX əsrin sonları-XX əsrin əvələrində Azərbaycanın qabaqcıl ictimai və sosioloji fikri yeni ideya məzmunu ilə daha da zənginləşdi. Azərbaycanın sosial-iqtisadi inkişafı, ictimai həyatda islam dəyərlərinin rolunun genişlənməsi milli-demokratik fikrin inkişafında böyük rol oynadı.

Azərbaycan ictimai fkrin formalaşıb inkişaf etməsində Azərbaycan ziyalılarından H.B.Zərdabi M.Şaxtaxlı, Səmədağa Mehmandarov, N.Nərimanov, C.Məmmədquluzadə, S.Ə.Şirvani və sairlərinin görkəmli rolları olmuşdur.

Milli-demokratik və ictimai fikrin yaranmasında Əli bəy Hüseynzadə,
Əhməd bəy Ağayev və Əhməd Ağaoğlu kimi dahi şəxsiyyətlərin xidmətləri ölçüyə gəlməzdir.

Əli bəy Hüseynzadə 1864-cü ildə anadan olmuş, görkəmli ictimai xadim, pedaqoq, həkim, jurnalist, yazıçı kimi fəaliyyət göstərmişdir. Təhsilini Peterburq və İstanbulda almışdır. Peterburqda təhsil alarkən tələbə siyasi dərnəklərində iştirak edən Əli bəy İstanbulda da siyasi fəaliyyətini davam etdirmişdir. O, Sultan Əbdülhəmid rejiminə qarşı “İttihad və tərəqqi ” partiyasının əsasını qoymuşdur. 1903-cü ildə Bakıya gələn Əli bəy jurnalistka ilə məşğul olmuş, ictimai –siyasi fəaliyyətini genişlən­dirmişdir. Onun fəaliyyətində əsas yeri Turançılıq ideyası tuturdu. Əli bəy türk xalq­larının milli birliyi, müstəqil dövlətçilik fikrini ilk dəfə irəli sürmüş, onun elmi –nəzəri əsaslarını işləyib hazırlamışdır. Əli bəy yazdığı “Türklər kimdir və kimdən ibarətdir, “Türk dilinin vəzifeyi- mədəniyyəsi”, “Yazımız, “dilimiz” adlı məqalələrində öz məq­səd və məramını geniş şəhr etmişdir.

O, yazırdı:

Eylər dili Çin səddinətən hökmünü icra

Bir ucudur Altay bu yerin , bir ucu səhra

Əli bəy yaradılmasını nəzərdə tutduğu milli cəmiyyətin quruculuğunda müasir insan amilinə böyük əhəmiyyət verərək yazırdı: “Türk qanlı, müsəlman etiqadlı, firəng fikirli, Avropa qiyafəli fədai” tərbiyə edib yetişdirmək lazımdır.

Əli bəy Hüseyinzadənin XX əsrin əvvələrində irəli sürdüyü “Türkləşmək, islamlaşmaq, müasirləşmək ” şəklində siyasi şüara çevrilən fikri Azərbaycan Xalq Cümhuriyyətinin dövlət atributuna çevrilmişdi.Əli bəy 1940-cı ildə İstanbulda vəfat etmişdir.

İctimai fikrin görkəmli nümayəndələrindən biri olan Əhməd bəy Ağayev (1869-1939) Azərbaycanda türkçülük hərəkatının ideoloqlarındandır. O, Fransanın Sarbona universitetini bitirmiş, Şərq xalqlarının tarixini, ərəb, fars və türk dillərini mükəmməl öyrənmişdir.Əhməd bəy Ağayev müsəlman xalqlarının düşdüyü acınacaqlı vəziyyəti təhlil edir, bunun səbəblərini göstərir, müsəlman xalqlarına böhtan atan əcnəbi, müəlliflərə tutarlı cavablar verirdi.

Əhməd bəy 1905-ci ildə “Həyat”, “İrşad” kimi Azərbaycanda milliyətçilik düşün­cəsinin formalaşmasında mühüm rol oynayan qəzetlərin həm redaktoru, həm də naşiri olmuşdur.

1909-cu ildə Türkiyəyə gedən Əhməd bəy “ Gənc Türklər” hərəkatı ilə yaxınlaşmış və “İttihad və Tərəqqi” partiyasına daxil olaraq elmi-publisistik yazıları ilə mət­buatda çıxışlar etmişdir. O,1918-ci ildə bolşevik-daşnak hökumətinə qarşı mübarizəyə gəlmiş Nuru Paşanın Qafqaz İslam Ordusunun tərkibində siyasi müşavir kimi Azər­baycana gəlmiş və Gəncədə yaradılan yeni hökumətin işinə yaxından köməklik etmişdir. Əhməd bəy Azərbaycan parlamentinə üzv seçilmiş, Paris sülh konfransında iştirak etmək üşün oraya gedəndə Türkiyədə həbs edilərək Malta adsına sürgün edilmişdir.

1921-ci ildə sürgündən gələn Əhməd bəy İstambula gələrək yenidən milli hərəkata qoşulmuş və qurtuluş savaşının fəal iştirakçılarından biri olmuşdur. O, xalqın millətçilik və türkçülük şüurunun oyanmasında çox mühüm rol oynamışdır.

İctimai fikrin görkəmli nümayəndələrindən biri də Əlimərdan bəy Topçubaşov olmuşdur. (1863-1934). O, Rusiyanın müsəlman –türk xalqlarının milli –azadlıq hərəkatının liderlərindən biri olmuşdur. “Kaspi” qəzetinə rəhbərlik etmişdir. Əlimardan bəy 1905- ci ildə Nijni-Novqorodda keçirilən Ümumrusiya müsəlmanlarının 1- ci qurultayında göstərirdi. “Biz Türk övladları, əslimiz bir, nəslimiz bir, dinimiz birdir. Qərbədən Şərqə qədər bizim atalarımızın mülküdür. Atalarımız o qədər qəhrəman millət olduqları halda , bu gün Qafqaz dağlarında , Krım bağlarında, Kazan çöllərində və Orta Asiya ovalıqlarında, atalarımızın mülki olan öz torpaqlarımızda öz ehtiyaclarımızı bildirməyə imkanımız qalmamışdır”.1906-cı ildə onun tərəfindən “ Umumrusiya müsəlmanları ittifaqı” partiyasının proqram və nizamnaməsi yazılmışdır.

Onun təşəbbüsü ilə I Dövlət Dumasında müsəlman fraksiyası yaradılmışdır. Azəri türklərinin müstəqilliyi uğrunda daim mübarizə aparan Ə.Topçubaşov AXC parlamentinin ilk sədri olmuşdur. Paris sülh konfransı nümayəndələrinin rəhbəri olaraq Azərbaycanın de-fakto tanınmasına nail olmuşdu. Əlimərdan bəy sonralar Parisdə yaşayarkən da Azərbaycanla əlaqəni kəsməmiş, hətta 1921-ci ildə Parisdə Qafqaz Konfederasiyası yaradılması məsələsini müzakirə etmişdir. 1934-cü ildə M.Ə.Rəsulzadə ilə birlikdə Konfederasiyanın bəyannaməsini imzalamışdır.

XX əsrin əvvələrində baş verən dünya iqtisadi bühranı (1900-1903) həm Rusiyanı, həm də onun müstəmləkələrini əhatə edir. Bütün imperiyanı sarsıdan tətillər dalğası Azərbaycanı da bürüdü, cəmiyyətin bütün təbəqələrində narazılıqlar artdı və cəmiyyət siyasiləşməyə başladı.

XX əsrin əvvələrində Azərbaycanda ilk siyasi təşkilatlar yaranmağa başladı. Bu təşkilatların əksəriyyəti sosialist yönümlü idilər.

1901-ci ildə ilk təşkilat olan RSDFP –nın Bakı komitəsi yaradıldı. Onun təşkilatçıları Yenukidze, Ketsxoveli və Eyzenbet idilər.

1901- ci ildə Bakıda “İskra” çı qrup da təşəkkül tapdı. Həmin qrup gizli yolla xa­ric­dən “İskra” qəzetini Azərbaycana gətirərək fəhlələr arasında yayırdı. 1901-ci ilin yayında gizli olaraq “Nina” mətbəəsi yaradldı və qəzet həmin mətbəədə çap olunaraq geniş yayılırdı.

1904-cü ilin oktyabrında M.Ə.Rəsulzadə, M.A.Mirqasımov, M.Hacıyev, A.Kazım­zadə­nin birgə səyləri nəticəsində Bakıda müsəlman aləmində ilk sosial—demokratik “Hümmət” təşkilatı fəaliyyətə başladı.Həmin təşkilatın eyni adda qəzeti də nəşr olunur­du. 1905-ci idən N.Nərimanov həmin təşkilata daxil olur və sonralar onun rəhbərinə çevrilir.“Hümmət” təşkilatının 1917-ci ilə qədər fəaliyyətini iki aspektdə -bir tərəfdən bir çox siyasi məsələlərdə Bakı komitəsi ilə birgə fəaliyyətə, digər tərəfdən isə milli ləyaqət və hüquqların müdafiəçisi kimi nəzərdən keçirmək olar.1904-cü ilin dekabrında fəhlələrlə kapitalistlər arasında “müştərək müqavilənin “ bağlanmasında “Hümmət” təşkilatının böyük rolu olmuşdur. 1905-ci ildə “Hümmət” qəzeti senzura tərəfindən bağlanısa da, 1907-ci ildə təşkilat “Təkamül”qəzetinin buraxılmasına nail olur.

Azərbaycan sosial –demokratları və hümmətçiləri ilə İran milli-azadlıq hərəkatı mücahidləri arasında sıx əlaqə var idi. Onların çoxu dəfəlıərlə İranda olmuş və 1906-1911-ci illərin İran inqilabi hadisələrində iştirak etmişdir.

Hümmətçilərin Tflis təşkilatı daha aktiv fəaliyyət göstərirdi. Onun proqramında insanların sinfi və milli mənsubiyyətindən asılı olmayaraq demokratik azadlıqlar və hüquqları bəyan edilirdi.”Ədalət, bərabərlik, azadlıq” sözləri təşkilatın devizinə çevrilmişdi. Sonralar Azərbaycan Parlamentinin üzvlətri olmuş M.Əbilov, M.Şeyxülislamov,S.Ağamalıoğlu Tiflis “Hümmət”inə daxil idilər.

1903-cü ilin yayında Bakıda sosialist inqilabçıları (S R) –eserlər partiyası meydana çıx­dı. Eserlər digər şəhərlərdə də fəhlə və gənclər arasında öz təsirlərini yaymağa çalışırdılar. Məsələn, Şuşada realni təhsil məktəbində eser dərnəyi yaradılmışdı. Gəncədə də belə bir təşkilatın yaradılmasına cəhd göstərilmişdi. Azərbaycanlı eserlər üçün milli məsələ ön planda dururdu. Onlar geridə qalmış kütlələri maarifləndirməyi və xalqın azadlığını özlərinin əsas vəzifəsi elan etmişdilər.

1905-ci il 17 oktyabr Çar Manifestindən sonra yaranan siyasi və ictimai vəziyyət cəmiyyətin bütün təbəqələrini hərəkətə gətirdi, siyasi partiya və təşkilatların yaranmasına təkan verdi. 1905-ci ildə Azərbaycanın siyasi səhnəsində ilk olaraq sırf milli partiyalar meydana çıxdı. Fevralda Gəncədə “Sosial-fedaralistlərin türk inqilabi komitəsi” yarandı. Bu təşkilatın buraxdığı vərəqələrdə Qafqaz xalqlarının birliyi, müstəməlkəçiliyə qarşı mübarizə, Azərbaycanın muxtariyyəti ideyaları öz əksini tapmışdı.

1905-ci ildə Gəncə və Şuşada “Qeyrət”adlı təşkilat (qrup) da fəaliyyətə başlamışdı. Bura Gəncənin tanınmış hüquqşünasları Ə.Rəfibəyli,A.Xasməmmədov, H.Yusifbəyli daxil idilər. Bu qrupun əsas məqsədi Qafqazın Rusiya ilə fedarativ münasibətlərinin qurulması və bu federasiya çərçivəsində müsəlman əhalisinə muxtariyyat vermək idi. Bu qrup 1908-ci ilə qədər fəaliyyət göstərdi.

1906-cı ildə Bakı və Gəncədə “Difai”partiyası meydana çıxdı.Onun banisi Ə.Ağayev idi.Bir çox şəhərlərdə onun yerli şöbələri yaradılmışdı.

Azərbaycan xalqının siyasi cəhətdən birləşməsində 1911-ci ildə Bakıda meydana çıxan Müsəlman Demokratik Müsavat (Bərabərlik) Partiyası mühüm rol oynadı. Bu təşkilata milli mənafe uğrunda müəyyən mübarizə təcrübəsi olan bir sıra ictimai xadimlər başçılıq edirdilər. Partiyanın baniləri Tağı Nağı oğlu, M.Əli Rəsulzadə və Abbas Kazımzıdə olmuşlar.

Bu partiya 1917-ci ildə yaranmış “Türk Ədəmi Mərkəziyyət Partiyası” ilə birləşərək (N.Yusifbəyli) “Türk federalist Müsavat Partiyası” adını almışdır. Partiyanın rəhbəri və ilhamvericisi M.Ə. Rəsulzadə idi.(1913-cü ildən).Bu partiyanın təbliğat orqanı olan “Açıq söz” qəzeti nəşri olunurdu.

1912-ci ildə “Müsavat” partiyasının manifesti və proqramı nəşr edildi. Proqramda qarşıya həyati məsələlər qoyulmuşdu. Bütün müsəlman xalqları üçün bərabərlik əldə olunması, müsəlmanların dövlət müstəqilliyinin qorunması, müstəqilliyini yaradan və onu qorumaq uğrunda mübarizə aparan müsəlman dövlətlərinə maddi və mənəvi yardım göstərilməsi. Partiya həm müsəlmanlar, həm də demokratik amallara əsaslanan bütün partiyalarla əməkdaşlığa üstünlük verirdi.Tezliklə partiya ziyalıları,xırda burjua, kəndli, fəhlə və qulluqçuların nümayəndələrini öz sıralarına cəlb etdi və tezliklə Qafqazın ən güclü partiyalarından birinə çevrildi.

XX əsrin əvvəllərində sosial ziddiyyətlərin kəskinləşməsi nəticəsində fəhlə və kəndlilərin həm siyasi, həm də ideolji cəhətdən fəallaşması üçün obyektiv şərait yaratdı. 1905-ci ilin yazında Rusiya imperiyasında,onun ucqrlarında, o cümlədən Azərbaycanda milli azadlıq mübarizəsi yüksəlməyə başladı. İlk dəfə 1905-ci ildə Azərbaycanda Petisiya (imzatoplama) kampaniyası genişləndi.

Azərbaycan xalqının siyasi özünüdərkinin formalaşmasında publisistika böyük rol oynayırdı. Məqalə müəlləfləri mövcud siyasi hadisələri həm işıqlandırır, həm də bu hadisələrin mahiyyətlərini açıb göstərirdilər.

Azərbaycanda burjua millətinin təşəkkülü, milli mədəni müəssisələrin meydana çıxması, doğma dillərdə qəzet və jurnalların nəşri xalqın milli şüurunun artmasına və siyasi fəaliyyətinin güclənməsinə, mlli azadlıq hərəkatının genişlənməsinə səbəb olurdu. Milli azadlıq hərəkatları çox vaxt əsarət altına alınmış fəhlə və kəndli hərəkatları ilə birləşirdi.

Azərbaycan burjuaziyası müxtəlif məhdudiyyətlərin aradan qaldırılması, ana dilində təhsilin həyata keçirilməsi, zemstvo sistemi yaradılması və sair islahatların keçirilməsini tələb edirdilər.Hətta iri torpaq sahibləri də öz sinfi hüquqları və silki üstünlüklərini müdafiəyə qalxırdılar. Azərbaycan burjuaziyasının milli azadlıq ideyaları “Yeni Füyuzat”, “Şəlalə”jurnallarında,”iqbal”, “Yeni həyat”, “Günəş” və başqa qəzetlər­də geniş təbliğ olunurdu.

Azərbaycanın demokratik ziyalıları da milli zülmə qarçı çıxış edirdilər.Bu istiqamətdə C.Məmmədquluzadə, M.S.Ordubadi, N.B.Vəzirov, N.Nərimanov, Ə.Haq­ver­diyev, M.Ə.Rəsulzadə və başqaları mühüm rol oynayırdılar.

Aparılan mübarizə, tökülən qanlar nəhayət 1918-ci ildə öz bəhrəsini verdi və Azərbaycan xalqı öz milli müstəqilliyini əldə etdi.


Yüklə 332,19 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin