Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7.78 Mb.
PDF просмотр
səhifə62/115
tarix25.04.2017
ölçüsü7.78 Mb.
1   ...   58   59   60   61   62   63   64   65   ...   115

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

339 


dedim,  vəbanın  yavaş-yavaş  kənar  məhəllələrdən,  kasıb  səmtlərdən  çəkilməyinə  onu 

inandırmağa çalışdım. 

Danışdıqları çox da ağlıma batmadı, amma təqvimi hazırlamağı mənə həvalə elədi. Padşahın 

başını qatmaq üçün heç  bir mənası  olmayan və  oxuyandan sonra heç kəsin  heç bir nəticə əldə 

edə bilmədiyi bir hekayə yazdığını dedi. Başqa vaxtsa məndən soruşdu:  İnsan oxuma və dinləmə 

zövqündən  özgə,  heç  bir  nəticəsi  və  mənası  olmayan  bir  hekayə  uydura  bilərmi?  Dedim  ki, 

“Musiqi  kimi?”.  Xoca  təəccübləndi.  Sonra  düşündük  ki,  yaxşı  hekayənin  əvvəli  nağıl  kimi 

primitiv, ortası qorxulu yuxu kimi, sonu da ayrılıqla qurtaran eşq əhvalatı kimi olmalıdır. Saraya 

getməmişdən  bir  gecə  əvvəl  oturub  şən-şən  boşboğazlıq  edir,  təlaşla  çalışırdıq.  Yan  otaqda 

Xocanın hələ sonunu yaza bilmədiyi hekayəsinin əvvəlini ağlamaya köçürən dostumuz, solaxay 

xəttat  vardı.  Səhərə  yaxın  mən  əlimdəki  məhdud  rəqəmlərlə  günlərdir  uyğunlaşdırmağa 

çalışdığım  proqnozlardan  vəbanın  sonuncu  qurbanlarını  bazarlarda  öldürüb  iyirmi  gün  sonra 

şəhərə  gedəcəyini  müəyyənləşdirmişdim.  Xoca  da  bu  nəticənin  əsaslandırıldığı  mənbəni 

soruşmadı,  ancaq  xilas  gününün  çox  uzaqda  olduğunu  dedi,  buyurdu  ki,  təqvimi  iki  həftəyə 

əsasən  təzədən  düzəldim  və  müddəti  də  başqa  rəqəmlərlə  birgə  açıqlayım.  O  qədər  də  nikbin 

deyildim,  amma  dediyini  elədim.  Xoca  tez  orda  təqvimin  bəzi  tarixlərinə  misralar  düzüb,  işini 

qurtarmaq üzrə olan xəttata verdi, məndən də xahis elədi ki, misraların bəzilərinə rəsmlər çəkim. 

Günortaya  yaxın  əbrulu,  mavi  bir  qapaqla  tələm-tələsik  cildlətdirdiyi  risaləni  özüylə  götürüb 

gedərkən  qəmli  idi,  darıxırdı  və  qorxurdu.  Mənə  dedi  ki,  təqvimdən  daha  çox,  başdan-başa 

hekayəsinə  doldurduğu  qutan  quşlarına,  qanadlı  buğalara,  qırmızı  qarışqalara  və  danışan 

meymunlara güvənir. 

Axşam  qayıdanda  həyəcanlıydı,  bu  həyəcan  qənaətlərinin  doğruluğunu  Padşaha  tamamilə 

qəbul etdirdiyi o üç həftə ərzində davam elədi. Əvvəllər, deyirdi ki, “Hər şey ola bilər”,  birinci 

gün  heç  də  ümidli  deyildi,  hətta  gözəl  səsli  cavan  bir  oğlana  oxutdurulan  hekayələrini 

dinləyərkən  Padşahın  ətrafında  toplaşan  adamlardan  bəziləri  gülüblər,  məlumdur  ki,  bunu 

Xocanı  alçaltmaq,  Sultanın  gözündən  salmaq  üçün  ediblər,  amma  Padşah,  onları  susdurub  və 

acılayıb, soruşub ki, vəbanın iki həftə sonra qurtaracağını hansı irəliləyişlərə əsasən bilir. Xoca 

da  hər  şeyin  açıqlamasının  heç  kəsin  başa  düşmədiyi  əsərdə  olduğunu  deyib.  Sonra  özünü 

Padşaha  xoş  göstərməkdən  ötru  Trabzondan  gəmilərlə  gətirilən  və  ancaq  həyətlərin  içini  yox, 

otaqları da ağzınacan dolduran rəngbərəng pişikləri əzizləyib. 

O  ikinci gün gələndə dedi ki, saray adamları iki yerə ayrılıb: baş münəccim Sıdqı Əfəndinin 

də  tərkibində  olduğu  qrup  şəhərdəki  bütün  məhdudiyyətlərin  aradan  qaldırlmasını  istəyərkən, 

Xocayla  birgə  digərləri  də  deyirmiş:  “Şəhəri  yaxşı  qoruyaq  ki,  şəhərdə  gəzən  vəba  şeytanı  da 

rahat  nəfəs  ala  bilməsin”.  Mən  günbəgün  ölüm  sayının  azalmasına  nəzər  salıb  ümidlənirdim, 

amma Xoca hələ də həyəcanlıydı, danışırdılar ki, birinci qrup Köpürlüylə razılaşıb üsyan etmək 

istəyir, məqsədləri vəbanın qarşısını almaq yox, düşməndən qorunmaqdı. 

Birinci həftənin sonunda ölüm statistikasında gözəçarpan azalma müşahidə olunurdu, amma 

xəstəliyin  bir  həftə  sonra  bitməyəcəyi  də  mənim  hesablamalarıma  görə  aşkar  olunmuşdu. 

Hazırladığım  təqvimi  dəyişdirdiyinə  görə  Xocaya  hirslənmişdim,  amma  artıq  ümidlənmişdi,  

danışırdı ki, daha baş vəzir haqqında danışılanların davamı gəlmir. Buna görə onlar söz-söhbət 

yayıblar  ki,  Köpürlü  onlarla  əlbir  olub.  Bütün  bu  həlləm-qəlləm  işlərdən  əmməllicə  bezən 

Padşah öz rahatlığını pişiklərdə axtarırmış.  

İkinci həftə qurtaranda şəhər vəbadan çox, görülən tədbirlərdən bezmişdi, hər gün daha az 

insan  ölürdü,  amma  bunu  yalnız  bizim  kimi  işlərin  gedişatını  bilənlər  bilirdi.  Danışırdılar  ki, 

aclıq hökm sürür, İstanbul tərkedilmiş qorxuc bir şəhər kimiydi, məhəllədən kənara çıxmadığıma 

görə  bunları  mənə  Xoca  danışırdı:  Bütün  o  qapalı  pəncərələrin  və  həyət  qapılarının  arxasında 

vəbayla  boğuşan  insanların  çarəsizliyini,  vəbadan  və  ölümdən  özgə  nəsə  gözlədiyini  hiss 

edirlərmiş.  Gözlədikləri  bu  vəziyyət  sarayda  da  hiss  olunurmuş,  yerə  fincan  düşəndə,  kimsə 

bərkdən öskürəndə, qəfil pıçıltıyala danışan və “Sultan görək bu gün nə qərar verəcək” deyərək 

gözləyən  o  çoxbilmiş  saray  əhlinin  bağrı  yarılırmış,  amma  nəsə  olsun,  nə  olursa  olsun  deyən 

çarəsizlər  kimi  tez  həyəcanlanırlarmış.  Xoca  da  bu  həyəcana  mübtəla  olurdu:  Sultan  vəbanın 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

340 


yavaş-yavaş  ciddiləşdiyini, qənaətlərinin doğru çıxdığını başa salmağa çalışıb, amma onu çox da 

təsirləndirə bilməyib, nəhayət, yenə məcburiyyət qarşısında qalaraq heyvanlardan söz salıb. 

İki  gün  keçəndən  və  məscidlərdə  aparılan  hesablamalardan  sonra  ona  məlum  olub  ki, 

xəstəlik  əməllicə  ciddiləşib,  amma  həmin  cümə  Xocanın  sevinci  bununla  əlaqədar  deyildi. 

Ümidsizliyə  qapılan  bir  neçə  kiçik  tacirlər,  yolları  tutan  yeniçərlərlə  vuruşublar,  görülən 

tədbirlərdən narahat olan başqa bir qisim yeniçərləri, məhhələ məscidlərində vəz edən iki axmaq 

axundu,  yağmalamaq  həvəsi  ilə  bəzi  avaraları,  işsiz-gücsüzləri  yanlarına  çəkiblər,  vəbanın 

Allahın  işi  olduğunu,  ona  qarışmağın  mümkünsüzlüyünü  təlqin  edirlərmiş,  amma  hadisələr 

böyüməmiş tez qarşısı alınıb. Şeyxülislamdan fitva alan kimi, bəlkə də hadisələri olduğundan da 

daha böyük göstərmək üçün iyirmi nəfər öldürülüb. Xoca həyatından çox razı idi. 

Səhəri  gün  qələbə  qazandığımızı  elan  elədik.  Artıq  sarayda  görülən  tədbirlərin  aradan 

qaldırılmasından  heç  kəs  söz  sala  bilmirmiş,  yeniçərlərin  başçısı  çağırılanda  üsyançıların 

saraydakı həmrəylərindən də bəhs edib, Sultan hirslənib, düşmənlik edərək Xocaya çətin günlər 

yaşadan o dəstə də çil toyuq balası kimi dağılışıb. Deyilənlərə görə,  bir vaxtlar onların tərəfdarı 

olan Köpürlü üsyançılara qarşı sərt tədbir görəcəkmiş. Xoca ləzzət ala-ala dedi ki, Sultan bu işdə 

onun  təsiri  altındadır.  Üsyanı  yatıranlar  da  Sultanı  razılaşdırmaq  üçün  vəbanın  azaldığını 

deyirlərmiş.  Üstəlik,  bu  söz,  həqiqətən  də,  doğruydu.  Padşah  Xocaya  indiyə  qədər  heç  vaxt 

demədiyi  tərifli  sözləri  deyib:  Afrikadan  gətirtdiyi  meymunlarını  göstərmək  üçün  onu 

hazırlatdırdığı qəfəsə aparıb. Axmaqlıqları və ədəbsizlikləri Xocanı da çimçindirən meymunları 

seyr  edərkən,  Padşah  soruşub  ki,  o  meymunlar  da  tutuquşular  kimi  danışa  bilərmi?  Sonra 

ətrafındakı  adamlara  tərəf  çevrilərək  deyib  ki,  artıq  Xocanı  yanında  daha  çox  görmək  istəyir, 

hazırladığı təqvim də düz çıxıb. 

Bir  ay  sonra,  cümə  günlərinin  birində  Xoca  artıq  baş  münəccim  idi,  hətta  onda  artıq  bir 

vəzifəsi  də  vardı,  Sultan  vəba  qurtardı  deyə,  bütün  şəhərin  iştirak  etdiyi  Ayasofyadakı  cümə 

namazına qatılmışdı, Allaha və Padşaha dua eləyən insanlar arasında mən də var idim. Padşah atı 

ilə  qarşımızdan  keçərkən  ətrafımdakılar  var  gücləri  ilə  qışqırırdılar,  sonra  özlərini  unutdular, 

itələşmə  başlandı,  insanlar  dalğalandı,  yeniçərlər  bizi  arxaya  itələdi,  əlində  ağacla  üstümə 

yıxılanların  arasında  sıxıldım,  insanları  dirsəkləyərək  özümü  qabağa  verdim,  məndən  dörd-beş 

addım aralıda şad-xürrəm yeriyən Xocayla göz-gözə gəldik. Gözlərini məndən çəkdi, sanki məni 

tanımamışdı.  O  qorxunc  səs-küy  içərisindən  məni  qəfil  mənasız  bir  coşqunluq  bürüdü,  o  an 

inandım  ki,  Xoca  məni  görmür,  var  gücümlə  qışqıraraq  onu  çağırdım,  istəyirdim  ki,  burda 

olmağımdan  xəbərdar  olsun,  məni  görsə,  insan  izdihamının  arasından  sanki  məni  çəkib 

çıxardacaqdı,    mən  də  zəfəri  və  qələbəni  qoruyanların  o  xürrəm  yüyürüşlərinə  qoşulacaqdım. 

Amma  bunu  zəfərdən  öz  payımı  əldə  etmək,  yaxud  da  etdiklərimin  qarşılığını  almaq  üçün 

istəmirdim,  içimdə  tamam  başqa  bir  hiss  vardı:  mən  orda  olmalıydım,  çünki  mən  Xocanın 

özüydüm!  Eynən,  tez-tez    gördüyüm  qorxulu  yuxularda  olduğu  kimi,  kənardan  baxıb  seyr 

elədiyim öz varlığımdan ayrı düşmüşdüm: özümə kənardan nəzarət edə bildiyimə  görə, deməli, 

mən  bir  başqa  adam  idim,  ad-sanına  büründüyüm  bu  özgə  adamın  kimliyini  öyrənmək  də 

istəmirdim,  qarşımdan  məni  tanımayaraq  yanımdan  keçən  özümə  qorxuyla  baxarkən,  tez  bir 

zamanda ona qoşulmaq istəyirdim. Amma heyvana bənzəyən bir əsgər var gücüylə məni geriyə, 

insan izdihamının içinə itələdi. 

 

Vəba  qurtarandan  sonrakı  həftələrdə  Xoca  ancaq  baş  münəccimlik  vəzifəsinə  gətirilməklə 

kifayətlənmədi, Sultanla illərdir ümidlə gözlədiyimizdən də yaxın əlaqə qurdu: Baş vəzir o kiçik 

və uğursuz üsyandan sonra artıq  Padşahın  ətrafına topladığı  o  əbləhlərdən qurtulmalı  olduğunu 

anasına hiss elətdirmişdi, çünki tacirlərlər də, yeniçərlər də, Sultanı boş sözləri ilə pis yola çəkən 

çoxbilmişlərin  bəlalarının  yaradıcısı  kimi  görürmüş.  Beləliklə,  qurulan  planlarda  əli  olduğu 

deyilən  əvvəlki  baş  münəccim  Sıdqı  Əfəndinin  qrupu,  sürgünlə  və  müəyyən  şeylərlə  əlaqədar 

saraydan qovulanda olan-qalan işlər də Xocanın  boynuna düşdü. 

Artıq hər gün Padşahın vaxtını keçirdiyi saraylardan birinə gedir, ona vaxtlı-vaxtında zaman 

ayıran Padşahla danışırdı. Evə qayıdanda həyəcanla və zəfər hissi ilə olanları mənə danışırdı:Hər 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

341 


səhər birinci Padşahın gördüyü yuxunu yozurdu. Öhdəsinə götürdüyü işlərini içində, bəlkə də, ən 

çox bu işi xoşlayırdı, Padşah yuxu görmədiyini hüznlə etiraf etdiyi bir gündə isə məsləhət görüb 

ki, başqa bir adamın yuxusunu yozsun Sultan da maraqla bu fikri mənimsəyəndə, bostançılar tez 

yaxşı  yuxu  görən  bir  adamı  axtarıb  tapıb  hüzuruna  gətiriblər,  beləliklə,  hər  səhər  bir  yuxunun 

yozumu  əl  çəkilməsi  mümkün  olmayan  vərdişə  çevrilmişdi.  Başqa  vaxtlar  isə  həyətlərdə,  iri 

çinar və ərqəvan ağaclarının kölgəsi düşən bağçalarda yeriyərkən,  Boğazda qayıqlarla gəzintiyə 

çıxarkən,  təbii  ki,  Sultanın  sevimli  heyvanlarından,  bizim  xəyali  heyvanlarımızdan  da  söz 

salardı.  Amma  mənə  böyük  maraqla  danışdığı  başqa  mövzuları  da  Padşaha  açırdı:  Boğazdakı 

axıntıların səbəbi nədir? Qarışqaların həyatında öyrənməyə dəyərli olan nə var? Maqnit Allahdan 

başqa,  nədən  güc  alırdı?  Ulduzların  elə,  yaxud  belə  fırlanmasının  əsas  xüsusiyyəti  nədən 

ibarətdi?  Müsəlman olmayanların həyatında kafirlikdən başqa öyrənməyə nəsə tapa bilərəmmi? 

Onları qabağımıza qatıb qovalaya bilən hansısa silahı hazırlamaq mümkündürmü? Keçəl bunları 

Sultanın maraqla qulaq asdığını deyəndən sonra həyəcanla masanın arxasına keçib, silah şəkilləri 

çəkmək üçün düzəldilmiş bahalı və iri kağızlara, uzun lüləli toplar, aftomatik atəş mexanizmləri, 

görünüşü  vahiməli  heyvanları  xatırladan  silah  növlərini  qaralayar,  məni  də  masanın  yanına 

çağırıb,  silahı  çox  yaxın  vaxtda  reallaşdırılacağını  bildirər,  danışdığı  bu  xəyallara  şahidlik 

etməyimi istəyərdi. 

Əslindəsə mən, bu danışdıqlarını Xocayla  bölüşmək istəyirdim. Bəlkə də, buna görə fikrim 

hələ  də  bizə  o  qorxulu  və  qardaşlıq  duyğusu  ilə  keçirdiyimiz  günləri  yaşadan  vəbadaydı.  Vəba 

şeytanından xilas olublar  deyə Ayasofyada hamılıqla şükr edərək namaz qılıblar, amma xəstəlik 

hələ şəhərdə  tamamilə  əl çəkməmişdi.  Xoca səhərlər Sultanın  sarayına tələsərkən, mən şəhərdə 

maraqla gəzinər, gödək minarəli məhəllə məscidlərdən, kirəmitləri yosun bağlamış məscidlərdən 

hələ  də  aparılan  cənazələrin  sayını  hesablayar,    səbəbini  indiyə  qədər  başa  düşmədiyim  qeyri-

iradi bir hisslə, istəyirdim ki, xəstəlik şəhərdən və bizdən əl çəkməsin. 

Xoca mənə Padşahı necə təsir altına saldığından, zəfərindən danışarkən mən ona xəstəliyin 

daha  şəhəri  tərk  etmədiyini,  tədbirlər  görüldüyünə  görə  də  təkrarən  baş  qaldıra  biləcəyini 

danışırdım.  Məni  hikkəylə  susdurub  dedi  ki,  guya  mən  onun  uğurunu  qısqanıram.  Ona  haqq 

qazandırırdım,  baş  münəccim  olmağı,  Padşahın  hər  səhər  ona  yuxularını  danışmağı,  bütün  o 

axmaq əyyanları Padşahın yanında olmayanda sözlərini şaha deyə bilməyi – bunlar on beş ildir 

ki, bizim gözlədiyimiz şeylər, uğurlar idi, mənim məsləhət gördüyüm, çox da doğru çıxmayan, 

amma  doğru  tək  qarşılanan  təqvimi,  göründüyü  kimi,  mənim  hazırladığımı  unutmuşdu,    mənə 

çətin  gələn  şey  məni  təlaş  içində  adadan  necə  tələm-tələsik  gətirməsi  yox,  mənim  ora  necə 

getməyimi xatırlaması idi. 

Bəlkə  də,  haqlıydı,  bəlkə  də,  hiss  etdiyim  bu  hissə  qısqanclıq  demək  olar,  amma  bu  onun 

fərqinə  varmadığı  saf  bir  duyğu  idi.  Bunu  başa  düşsün  deyə  vəba  başlamamışdan  əvvəlki 

günlərdə  masanın  iki  tərəfinə  tənha  gecələrin  sıxıntısını  unutmaq  istəyən  iki  subay  oğlan  kimi 

necə  oturduğumuzu  xatırladanda,  bəzən  onun,  bəzən  də  mənim  necə  qorxulara  qapıldığımızı, 

amma bu qorxulardan xeyli şey öyrəndiyimizi, hətta adada tək olanda o gecələr üçün darıxdığımı 

xatırladanda da, bütün bu dediklərimi, özünün heç cür qoşula bilmədiyi bir oyunda mənim aşkar 

olunan saxtakarlığım ibrət götürərək olanların şahidi kimi gülümsəyərək dinləyər, amma mənə o 

əziz günlərimizlə əlaqəli heç bir ümid və söz verməzdi. 

Artıq  məhəllə-məhəllə  gəzdikcə  görürdüm:  tədbirlər  görülsə  də,  sanki  Xocanınn  uğur 

adlandırdığı  nəsnəyə  kölgə  salmaq  istəmədiyinə  görə,  vəba  yavaş-yavaş  şəhərdən  çəkilirdi. 

Bəzən mənə qəribə  gəlirdi  ki,   ölümün zülmət  qorxusu  aramızdan  çəkilib gedirsə, niyə özümü 

tənha  hiss  edirəm.  Bəzən  istəyirdim  ki,  padşahın  yuxularında,  ya  da  Xocanı  ona  nəql  elədiyi 

gələcəkdə  olacaqlardan  yox,  yenə  də  bunlardan  danışaq.  Divarından  götürdüyümüz  vahiməli 

aynanın qarşısına, düz yaxınlığımda ölüm qorxusu olsa belə onunla birgə keçməyə çoxdan hazır 

idim!  Amma Xoca artıq xeyli zamandır ki,  məni  alçaldırdı,  yaxud da özünü elə göstərirdi,  ən 

pisi isə bəzən bunu etməyə  ehtiyat edirdi. 

Onu yenə o əvvəlki xoşbəxt dünyamıza çəkmək üçün bəzən deyirdim ki, artıq yenə də birgə 

masanın  arxasına  keçməliyik.  Bu  işdə  ona  örnək  olmaq  üçün  bir-iki  dəfə  yenə  kağızları 

doldurmağa cəhd etdim, vəbanın qorxusuna, qorxunun əmələ gətirdiyi o pislik eləmək istəyinə, 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

342 


yarımçıq qalmış pisliklərimlə əlaqəli şişirdilmiş söz-söhbətlər yazılmış səhifələri ona oxuyanda 

mənə  qulaq  asmadı.  Bəlkə  də,  öz  uğurundan  çox,  mənim  çarəsizliyimdən  aldığı  bir  güclə 

həyasızcasına  dedi:  Bütün  o  yazılanların  axmaqlıqdan  başqa  bir  şey  olmadığının  da  həmin 

vaxtlar fərqinə varıb, vaxtında o oyunlar nə vaxt qurtaracaq deyə bir problemi yox idi, bir az da 

məni  sınamaq  üçün:  vəbaya  yoluxub  qaçdığım  gün,  onsuz  da  bilib  ki,  mən  necə  adamam. 

Günahkarammış!  İnsanları  iki  yerə  ayırırlar:  onun  kimi  haqq  adamları  və  mənim  kimi 

günahkarlar. 

Uğurlarını  yozmağa  çalışdığım  bu  sözlərinə  cavab  vermədim.  Baxmayaraq  ki,  idrakım 

əvvəlki kimi parlaq idi, gündəlik xırda hadisələrə hirsləndiyimi görəndə başa düşürdüm ki, lazım 

olanda  qəzblənməyə  də  hazıram,  amma  Xocaya  qarşı  hirslənməyə  əsas  verən  o  sözlərinə 

göstərəcəyim  reaksiyayla  onu  haraya  sürütləyəcəyimi,  harada  sıxışdıracağımı  sanki  bilmirdim. 

Ondan  qaçıb  Heybəliadada  keçirdiyim  günlərdə  bilirdim  ki,  məqsədim  tam  aydın  deyil. 

Venesiyaya  qayıtsam  nə  baş  verərdi?  Bu  on  beş  ildə  anamın  ölməyini,  nişanlımın  da  evlənib 

başının  ailə və uşaqlarına qarışmağını beynimə tam yeritmişdim, ürəyimdən onları fikirləşmək 

keçmirdi, yuxularıma da get-gedə az-az girirdilər, həm də özümü o əvvəlki illərdə olduğu kimi, 

Venesiyada    də  onların  yanındakı  kimi  deyil,  yuxularımda  da  onları  İstanbulda,  öz  aramızda 

görürdüm. Venesiyaya qayıtsam, bilirdim ki, yarımçıq qoyduğum həyata qaldığım yerdən davam 

etməyəcəyəm, əgər mümkün olsa, başqa bir həyata təzədən başlaya bilərdim. Bir vaxtlar türklər 

və köləlik haqqında yazmağı planlaşdırdığım kitabdan özgə, o həyatın  maraqlı anları artıq məni 

həyəcanlandırmırdı. 

Bəzən düşünürdüm ki, Xoca məndəki bu zəifliyi və məqsədsizliyi sezdiyi və zəif cəhətlərimi 

anladığı üçün məni alçaldırdı, bəzən də bu cəhətləri yəqinləşdirməsinə şübhə eləyirdim. Hər gün 

Padşaha  danışdığı  hekayələrdən,  təfərrüatlarını  beynində  canlandırdığından  və  Sultanı  mütləq 

təsir altına salacağı o inanılmaz silahın xəyallarından və uğurundan elə halbahal idi ki, bəlkə, heç 

mənim  nələri  düşündüyümün  fərqinə  belə  varmırdı.  Bir  də  görürdüm  ki,  özü-özünə  aludə  olan 

Xocanın  bu  xoşbəxtliyini  qibtəylə  izləyirəm.  Onu  çox  istəyirdim,  şişirtdiyi  uğurundan  aldığı  o 

əldəqayırma  coşğunluğu,  bitib-tükənməyən  planlarını,  Padşahı  ələ  alacağını  deyərkən  ovcunun 

içinə  baxmağını  çox  xoşlayırdım.  Belə  fikirləşdiyimi  özünə  etiraf  edə  bilməzdim,  amma 

hərəkətlərini,  gündəlik  davranışlarını  izləyərkən,  bəzən  elə  hiss  edirdim  ki,  sanki  özümə  göz 

qoyuram. İnsan bəzən bir uşağın, bir gəncin davranışlarında öz uşağlığını və gəncliyini görəndə 

necə  ki  sevgi  və  maraqla  onu  izləyir  ha,  qorxum  və  marağım  da  məhz  beləydi,  tez-tez 

düşünürdüm ki, peysərimdən tutub “mən sənə çevrildim” deyir, amma o günləri ona xatırladanda 

Xoca məni susdurur, ya o gün Sultana inanılmaz silaha inandırmaq üçün nələr ediyini danışır, ya 

da səhər yuxusunu yozanda Padşahın ağlının necə oğurladığını nağıl eləyərdi. 

Pəh-pəhlə  danışdığı  bu  uğurları  parlaqlığına  mən  də  istəyirdim  ki,  inana  bilim.  Bəzən 

xəyallarımın  sərhədsizliyinə  qapılıb  özümü  xoşbəxtcəsinə  onun  yerinə  qoyub  inanırdım  da.  O 

vaxt  onu  və  özümü,  bizi  daha  çox  istəyərdim,  xoş  bir  nağıl  dinləyən  ağzıayrıq  kimi  ağzıaçıq 

halda  danışdıqlarından  sehrlənərkən,  zənn  eləyərdim  ki,  gələcəkdəki  həmin  gözəl  günlər 

haqqında ikimizin də  planıymış kimi danışır. 

Sultanın yuxularını yozarkən ona qoşuldum. Xoca iyirmi bir yaşındakı Padşahı, iqtidarı daha 

çox  sahiblənməyə  yönləndirmək  üçün  qərar  vermişdi.  Beləliklə,  Padşahın  yuxularında  tez-tez 

gördüyü dördnala qaçan  atların, sahibsiz olduqları üçün sevincsiz, vəhşi dişlərilə düşmənlərinin 

hülqumlarına hücum edən qurdların da, öz işlərini özləri gördüyü üçün xoşbəxt olduqları vaxtlar, 

ağlayan  yaşlı  qadınlarla  gözəl  kor  qızların  və  qaranlıqda  yağış  yağarkən  sürətlə  yarpaqlarını 

tökən  ağacların  onu  köməyə  çağırdıqlarını,  müqəddəs  hörümçəklərlə,  ecazkar  şahinlərin  

tənhalığın  fəzilətinə  işarə  elədiyini  danışdı.  İqtidara  yiyə  çıxandan  sonra  istəyirdik  ki,  Sultan 

bizim  savadımızla  maraqlansın,  bundan  ötrü  qorxularından  da  istifadə  edirdik.  Ova  marağı 

olanlarının çoxu kimi, uzun və yorucu öv səfərlərində gecələr, Padşah ovlananın özü olduğunu 

düşünəndə, taxtını itirmək qorxusu ilə yuxusunda öz taxtında, öz uşaqlıq vaxtını görəndə, Xoca 

ona danışırdı ki, taxtında həmişə cavan qalacaq və amma həmişə hazırlıqlı olan düşmənlərimizin 

planlarından ancaq onlar kimi güclü silah hazırlayaraq qurtula bilər. Babası Sultan Muradın qol 

gücünü  isbat  eləmək  üçün  bir  dəfə  qılıncla  vuraraq  iki  yerə  böldüyü  eşşəyin  iki  hissəsinin 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

343 


qaçaraq  bir-birindən  uzaqlaşmağını,  ata  nənəsi  sayılan  Kösəm  Sultan  adlanan  ifritənin  onu  və 

anasını  boğmaq  üçün  dirilib  lüm-lüt  üstünə  gəlməyini,  At  Meydanındakı  çinar  ağaclarının 

yerində bitən əncir ağaclarından əncir yerinə qanlı cəsədlər sallandığını, üzü onun üzünə oxşayan 

pis adamların onu əllərindəki çuvala soxub boğmaq üçün qovaladığını, ya da Üsküdardan dənizə 

girən  tısbağa  ordusunun  kürəklərindəki  çanağın  küləkdən  heç  cür  sönməyən  alovlarla  saraya 

tərəf  yeridiklərini  Padşah  xəyal  edəndə,  biz  onun  dövlət  işlərindən  əl  çəkməyini,  ovdan  və 

heyvanlardan  başqa,  fikrində  heç  nə  olmadığlnı  deyənlərin  nə  qədər  haqsız  olduğunu  düşünür, 

mənim  səbir  və  ləzzətlə  dəftərə  yazaraq  təsnifatlaşdırdığım  bu  yuxuları,  hazırlanmalı  olan 

dəhşətli bir silahın reallaşacağını yozmağa çalışırdıq.       

Xocanın fikrincə, yavaş-yavaş onu təsir altına salırdıq, artıq bu işin öhdəsindən gələcəyimizə 

inanırdım.  Bir rəsədxanada  elm mərkəzi qurmaq üçün, təzə bir silah hazırlamaq üçün ondan söz 

alıb, coşqunluqla xəyal qurduğu gecələrdən sonra bu mövzuları Sultanla bir dəfə də olsun ciddi-

ciddi danışa bilməmişdi. Vəbadan bir il sonra, Köpürlü öləndə Xoca ümidlənmək üçün yenə bir 

bəhanə  tapdı:  Köpürlünün  gücündən  və  şəxsiyyətindən  qorxduğuna  görə  Sultan  beynindəkiləri 

reallaşdırmaqdan çəkinirdi, indi baş vəzir öldüyünə və yerinə də atası qədər güclü olmayan oğlu 

keçdiyinə görə Padşahdan cəsur qərarlar gözləməyin əsl vaxtıydı. 

Ondan sonrakı üç ili bu cəsur qərarları gözləməklə keçirdik. Artıq məni təəccübləndirən şey 

xəyalları  ilə  ovları  arasında  çaş-baş  qalan  Sultanın  süstlüyü  yox,  Xocanın  hələ  ümidini  ona 

bağlaya bilməsiydi. Bütün bu illər ərzində ümidlərini itirib mənə oxşayacağı günü gözləyirdim”.  

Artıq uğur adlandırdığı nəsnədən əvvəlki kimi söz sala bilmir, vəbadan sonrakı aylarda duyduğu 

coşğunluğu baxmayaraq ki, duya bilmirdi, amma Sultanı böyük plan adlandırdığı nəsnəylə onu 

aldada  biləcəyi  günün  xəyalını  hələ  də  sağlam  saxlaya  bilirdi.  Həmişə  bir  bəhanə  tapırdı: 

İstanbulu  küllü-küf  eləyən  o  böyük  yanğından  bir  müddət  sonra  Sultanın  böyük  planlarla  pul 

xərcləməyi  qardaşını taxta çıxartmaq istəyən düşmənlərinə  fürsət  yaradırdı,  Padşah indi heç bir 

şey edə bilmirdi, çünki ordu Macarıstana səfərə çıxmışdı, növbəti ildə də almanlara qarşı hücuma 

keçdiklərinə görə gözləyirdik, sonra qurtarması üçün böyük pullar xərclənən və Turxan Sultan və 

Padşahla birlikdə Xocanın da tez-tez getdiyi Xaliç sahilindəki o Yeni Validə Məscidinin tikilişi 

vardı hələ, sonra da mənim gedə bilmədiyim bitib-tükənməyən ov səfərləri vardı. Mən Xocanın 

ovdan qayıtmağını evdə gözləyərkən nəsihətinə qulaq asmağa çalışır, “böyük plan”, yaxud “elm”  

adlandırdığı  o  şey  üçün  parlaq  iddealar  axtara-axtara  və  tənbəl-tənbəl  mürgüləyərək  səhifələri 

çevirərdim. 

İcra edilsə də verəcəyi nəticəyə çox da inanmadığım bu planların xəyalları belə məni artıq 

sevindirmirdi.  Tanışlığımızın  ilk  illlərində  astronomiya,  coğrafiya,  ya  da  Şərq  elmləri 

mövzularında  düşündüyümüz  şeylərin  real  bir  tərəfi  olmadığını  Xoca  da  mənim  kimi  bilirdi: 

Saatlar, alətlər, modellər küncdə unudulub çoxdan paslanmışdı. Hər şeyi  onun elm adlandırdığı 

bu naməlum işi reallaşdıracağımız günə saxlamışdı, əlimizdə bizi faciədən qurtaracaq böyük bir 

plandan daha çox, planın xəyalı vardı. Məni heç alçada bilməyən bu rəngsiz xəyala inana bilmək 

və  Xocayla  birgə  ola  bilmək  üçün  bəzən  çevirdiyim  səhifələrə,  ya  da  ağlıma  qəfil  gələn 

düşüncələrə onun gözüylə baxmağa, özümü onun yerinə qoymağa çalışırdım. Ovdan qayıdanda, 

məni  üstündə  baş  sındırmaq  üçün  qoyub  getdiyi  hər  hansı  bir  mövzuda,  təzə  bir  həqiqəti 

aşkarlamışdım, hər şeyi  də mənə arxa çevirərək dəyişdirə bilər deyə inamla edərdim; “Dənizin 

qabarıb  çəkilməyinin  səbəbi  ona  tökülən  çayların  istiliyi  ilə  əlaqəlidir”  deyəndə,  yaxud  “Vəba 

havadakı  toz  dənəciklərinə  hopur,  hava  dəyişəndə  isə  yox  olur”,  yaxud  da  “Böyük  bir  silah 

hazırlayıb uzun lüləsi və təkərləri ilə hamını qabağımıza qatıb qovalaya bilmək mümkündür, ya 

da,  “dünya  günəşin  ətrafında  fırlanır,  Günəş  də  Ayın  ətrafında”,  deyəndə  əynindəki  tozlu  ov 

paltarını dəyişən Xoca  həmişə məni xoş-xoş güldürən həminki cavabı verirdi: “Bizim axmaqlar 

bu həqiqətdən xəbərsizdirlər!” 

Sonra  şiddətlə  məni  də  arxasınca  sürütləyən  qəzəb  böhranına  qapılır,  Padşahın  çaşqın 

donuzun  arxasınca  saatlarla  at  sürməyinin,  ya  da  tazılarına  tutdurduğu  dovşan  üçün  göz  yaşı 

tökməyinin  cəfəngiyat  olmağından  danışar,  ov  ərzində  sözlərinin  Sultanın  bir  qulağından  girib 

digərindən  çıxmağını  istəməyə-istəməyə  etiraf  edər  və  nifrətlə  təkrarlayardı:  bu  axmaqlar 

1   ...   58   59   60   61   62   63   64   65   ...   115


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə