Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə64/115
tarix25.04.2017
ölçüsü7,78 Mb.
#15742
1   ...   60   61   62   63   64   65   66   67   ...   115

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

349 


Kimsə  mənə pıçıldayırdı ki,  bir  gün kimisə  beynimizin  içini  açaraq bütün bu düşündüklərimizi 

təsdiqləyəcək. Vəba olan günlərdə ayanaya birlikdə baxarkən, hiss elədiyi böyük bir həqiqətdən 

danışdı,  indi  hamısı  beynində  aydınlaşmışdı,  bax  silah  da  bu  həqiqətin  təsdiqi  idi!  Sonra  bu 

həyəcanlı  sözlərdən  çox  da  məna  dərk  etməyən  mənə,  əsəbi  barmaqlarının  ucuyla  kağızların 

üstündəki qəribə və naməlum bir ölçünü göstərərdi. 

Hər göstərəndə bir az daha təkmilləşdiyin gördüyüm bu forma, sanki mənə nəsə xatırladırdı. 

Rəsmin  ancaq  “Şeytani”  adını  verə  biləcəyim  o  qara  ləkəsinə  baxarkən,  qəfil  gördüyüm  şeyi 

nəyə  oxşatdığımı  elə  bilirdim  ki,  deyəcəyəm,  amma  dilim-ağzım  quruyaraq,  ya  da  bir  oyun 

oynadığını düşünərək susardım. Əsas mətləblərim kağızların arasına dağılan, hər dəfə bir az da 

təkmilləşərək  dəqiqləşən  bu  formanı  ən  axırda,  illərlə  toplanan  bütün  o  pulları  və  insan  əməyi 

sərf  edərək  reallaşdığı  o  dörd  il  ərzində,  həmişə  belə  gördüm.  Bəzən  gündəlik  həyatda,  bəzən 

yuxularımızda,    bir-iki  dəfə  də  bir-birimizə  xatirələrimizi  danışdığımız  vaxtlarda  gördüyümüz, 

ya  da  haqqında  danışdığımız  bir  şeyə  bənzədirdik,  amma  ağlımdan  keçənləri  izah  edəcək  bir 

addım  ata  bilməz,  düşüncələrimin  naməlumluğuna  boyun  əyərək,  silahın  sirrini  mənə  özünün 

açacağını  boş-boşuna  gözləyərdim.  Dörd  il  sonra  o  kiçik  ləkə  bütün  İstanbulun  haqqında 

danışdığı böyük bir məscid boyda olan o qəribə varlığa, o qorxunc görünüşə, Xocaya görə həqiqi 

bir silaha çevrildiyi vaxt belə, hər kəs onu bir şeyə oxşadanda, mən Xocanın silahı gələcəkdəki 

zəfəri haqqında əvvələr danışdığı təfərrüatların arasında itib-batırdım. 

Saraya getdiyim vaxtlarda, ən parlaq və qorxuducu təfərrüatların eynən yaddaşımızın inadla 

unutmaq  istədiyi  yuxunu,  insanın  xatırlamaq  istədiyi  kimi  Sultana  təkrarən  deməyə  çalışır, 

Xocanın mənə Allah bilir neçənci dəfə danışdığı o təkərlərdən, çarxlardan, qübbəllərdən, barıt və 

linqlərdən danışardım. Sözlər mənim sözlərim deyildi, danışdıqlarımda Xocanın atəşli sözlərinin 

həniri  belə  yox  idi,  amma  yenə  də  gördüm  ki,  Padşah  təsirlənir.  Normal  insan  saydığım  bu 

adamın  bu  baş-ayaq  söz  yığnağından,  mənim  də  ancaq    loru  dildə  fikrimi  ifadə  edə  bildiyim 

Xocanın o çoşqulu zəfər və qurtuluşla bağlı şeirindən ümidlənməsi məni də təsirləndirdi. Padşah 

evdə  olan  Xocanın,  eynən  mən  olduğumu  deyərdi.  Fikrimi  əməlli-başlı  qarışdıran  zəka 

oyunlarına artıq vərdiş eləmişdim. Düşünürdüm ki, mənim Xoca olduğumu deyəndə, heç bir şey 

başa düşməməyim daha yaxşı idi, çünki bir qədər sonra iddia elədi ki, bütün bunları Xocaya mən 

öyrədirəm.  İndiki  kimi  utancaq  deyilmiş,  amma  bunları  edən  mən  əvvəlcədən  Xocanı 

dəyişdirmişəmmiş!  Düşünürdüm  ki,  o  günki  əyləncələrdən,  heyvanlardan,  şənliklərdən,  ya  da 

planlı şəkildə edilən  tacir ələsalmalarından danışaq. Sonra, Padşah dedi ki, hamı bilir ki, bu silah 

planlarının araxasında sən dayanırsan. 

Məni ən çox qorxudan da elə bu idi. Xoca, illərdir ortalıqda görünmürdü, onu demək olardı 

ki,  unutmuşdular,  iqamətgahlarda,  saraylarda,  şəhərin  içində,  Padşahın  yanında  ancaq-tez-tez 

məni  görürdülər,  artıq  məni  qısqanırdılar!  Ancaq  haqqında  söz-söhbət  günbəgün  artan  bu 

naməlum silah planına əvvəlcə kəndin, zeytunluğun, xanın gəliri bağlandı deyə, Sultana bu qədər 

yaxın  olduğuma  görə  deyil,  bu  silahla  başqalarının  işinə  burnumuzu  soxuruq  deyə,  məni 

kafirlərin  əlaltısı  sayırdılar.  Etirafların  qulaq  asanda  narahatlıqlarımı  Xocaya  da,  Sultana  da 

açardım. 

Amma  tam  mənada  oralı  ola  bilməzdilər.  Xoca  planlarına  qərq  olmuşdu!  Gəncin  arzusuna 

həvəslənən qocalar kimi, mən də onun qəzəbinə həvəslənirdim. Kağızların üstündəki o naməlum 

və  qara  ləkəni  dəqiqliyi  ilə  öyrənib  təkmilləşdirərkən,    məni  qorxudan,  bir  ucu  mənim  köhnə 

planlarıına çevrildiyi planlara da çoxlu pul tökərək, heç bir güllənin batmayacağı qədər poladlar 

tökdürdüyü  axır  aylarda,  ona  danışdığım  pis  dedi-qodulara  qulaq  da  asmazdı,  ancaq  bu 

söhbətlə\rin danışıldığı səfir qonaqlarıyla maraqlanardı: bu səfirlər necə insanlardır,  başları necə 

işləyir,  bu  silah  üçün  nəsə  düşünürdülərmi  və.s  Və  ən  vacibi:  Sultan  nəyə  görə  dövləti  o 

ölkələrdə  davamiyyətli  təmsil  edən  səfirlər  yollamağı  düşünmür?  Özünün  bu  vəzifəyə 

yiyələnmək  istədiyini,  onların  içində  yaşamaq  və  bu  axmaqlardan  xilas  olmaq  istədiyini 

sezirdim, amma planını reallaşdırmaqda çətinlik çəkdiyi, tökdürdüyü poladların çatladığı, ya da 

pulun  çatışmadığı ümidsiz günlərdə belə bu istəyindən açıq-aşkar danışmırdı. Ancaq bir-iki dəfə 

“onların”  yetişdirdiyi  elm  adamları  ilə  əlaqə  yaratmaq  istədiyini  ağzından  qaçırtdı,  ağlımıza 

uyğun  zənn  etdiyi  həqiqətləri,  bəlkə,  onlar  başa  düşərdilər,  venesiyalı,  florensiyalı  yaxud  da 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

350 


növbəti hansı  ölkə ağlına gəlsə, bax o uzaq ölkələrin elm adamları ilə məktublaşmaq istəyirdi. 

Görəsən  onların  ən  yaxşıları  hansılardı,  harada  yaşayırlar,  onlarla  necə  yazışmaq  olar,  bunları 

elçilərdən  öyrənə  bilərəmmi?  Başlı-başına  buraxdığım  və  reallaşmaqda  olan  silahla  çox  da 

marqlanmadığım o ərəfələrdə, düşmənlərimzə ləzzət verəcək bir bədbinliyin izlərini daşıyan bir 

istəyi unutdum. 

Düşmənlərimizin dedi-qodularına Padşah da qulaq asırdı. Xocanın silahı sınaqdan keçirmək 

üçün  o  dəhşətli  polad  yığnağının  içinə  girib,  boğaz  yandıran  pas  və  dəmir  qoxusunun  içində 

çarxları  çevirə  bilən  cəsur  adamlar  axrardığı  günlərdə,  mən  dediklərindən  gileylənəndə,  Sultan 

mənə qulaq asmadı. Həmişə etdiyi kimi, mənə Xocanın danışdıqlarını təkrarlatdı. Ona inanırdı, 

hər şeydən razı idi, ona bel bağladladığına görə heç də peşman deyildi. Bütün bunlara görə mənə 

təşəkkür  edirdi.  Təbbi  ki,  yenə  eyni  səsbəbdən,  Xocaya  hər  şeyi  mən  öyrətdiyimə  görə  bu 

beləydi.  O  da  Xoca  kimi  başlarının  içindən  danışırdı,  bu  marağına  təsdiq  kimi  sonra  digər 

problemi xatırlayırdı, eynən Xocanın məndən bir vaxtlar soruşduğu kimi, Sultan da soruşurdu ki,  

orada, o ölkədə necə yaşayırlar. 

Ona  bir  yığın  xəyallarımı  danışırdım.  Təkrarlaya-təkrarlaya  bu  gün  çoxuna  inandığım  bu 

xəyalların  cavankən,  həqiqətən,  başma  gəldiyini,  ya  da  reallığa  əsaslanmayaraq,  kitabıma 

yazmaq  üçün  hər  stula  oturanda  qələmimin  ucuna  gələn  xəyali  əhvalatlar  olduğunu  indi  dəqiq 

bilmirdim:  Bəzən  o  vaxt  ağlıma  gələn  bir-iki  əyləncəli  yalanı  ortalığa  atırdım,  uydura-uydura 

bəzi nağıllar da yaradırdım,  Padşah bu vəziyyəti öyrənmək istədiyi üçün, hamısının paltarlarında 

çoxlu  sayda  düymə  olduğunu  təkrarlayırdım,  detallarının  xatirələrimdən,  yuxularımdanmı 

qaynaqlandığını  bilə-bilmədiyim  əhvalatlar  danışırdım,  amma  iyirmi  beş  il  ərzində  hələ  də 

unutmadığım  bir-iki  həqiqət  vardı:  O  həqiqətlər  anam,  atam  və  qardaşlarımla  birgə  cökə 

ağaclarının  altında  səhər  yeməyi  yeyərkən  süfrə  arxasında  danışdıqlarımız  idi.  Padşah  ən  az 

bunlarla  maraqlanırdı.  Bir  dəfə  mənə,  əslində  bütün  talehlərin  bir-birinə  oxşadığını  demişdi. 

Nəyə görəsə bu sözdən qorxmuşdum, onda Sultanın üzündə daha əvvəllər heç vaxt görmədiyim 

şeytani bir ifadə vardı, istədim ki, ondan bu sözün hansı mənanı ifadə etdiyini soruşum. Sonra 

üzünə  qorxuyla  baxarkən,  ürəyimdən  “mən,  mənəm”  demək  keçdi.  Sanki  bu  mənasız  sözü 

deməyə cəsarətim çatsaydı, məni başqa bir adam etmək üçün həlləm-qəlləm işlər görən bütün o 

ağzıgöyçəklərin,  Xocanın  və  Padşahın  oyunlarını  boşa  çıxaracaq  və  öz  varlığımın  içində 

rahatlıqla yaşamağa davam eləyəcəkdim. Əslindəsə, rahatlığımı təhlükə qarşısında qoya biləcək 

hər cür naməlumluğun sözündən belə ürkənlərsayaq qorxaraq susdum. 

Xocanın  silahı  hazırladığını,  amma  işə  salmaq  üçün  adamları  toplaya  bilmədiyinə  görə 

istifadə  edə  bilmədiyi  bu  günlərdə  artıq  bahar  gəlmişdi.  Bir  müddət  sonra  Padşah  ordu  ilə 

birlikdə  Ləhistana  (Polşanın  əvvəlki  adı  Ləhistan  olub.F.H)  səfərə  gedəndə  təəccübləndik. 

Düşmənlərimizi  qabağına  qatıb  qovalamaq  iqtidarına  malik  silahı  və  məni  niyə  özüylə  birgə 

aparmamışdı,  yoxsa  bizə  güvənmirdimi?  İstanbulda  qalanlar  kimi,  biz  də  inanırdıq  ki,  Sultan, 

əslində,  müharibə  üçün  yox,  ov  üçün  səfərə  gedib.  Xoca  bir  il  əlavə  olaraq  qazandığı  üçün 

məmnun idi, mənim başqa görüləsi işim və əyləncəm yox idi, ikimiz birlikdə silah üçün çalışdıq. 

Vasitəçilər  vasitəsi  ilə  adamlar  tapmaq  üçn  çox  əlləşdik.  Qorxunc  görünüşlü,  nə  olduğu 

məlum olmayan alətin içinə heç kəs girmək istəmirdi. Xoca deyirdi ki, çoxlu pul verəcəm, şəhərə 

dəllalar göndərtdik, limana, topxanaya adamlar göndərdik, işsizlər toplaşan çayxanlarda avaralar, 

hoqqabazlıq  edənlərin  içində  adam  axtardıq.  Tapa  bildiyimiz  adamlarin  çoxu  qorxusuna  qalib 

gəlib,  dəmir  yığınının  içinə  girsələr  də,  o  dəmir  böcəyin  içinə  tam  sıxılıb  istidə  bişə-bişə  çarx 

fırlatmağa dözə bilməyib qaçırdılar. Yayın axırında, vasitəçilərə iş tapşırdığımız vaxt, illərdir bu 

iş  üçün  yığılan  pulların  hamısı  qurtarmışdı.  Maraqlananların  təəccüblü  və  qorxulu  baxışları  və 

zəfər qışqırıqları arasında silah yavaş-yavaş tərpəndi, xəyali bir qalaya hücum edib sarsıla-sarsıla 

topları ilə atəş açdı və dayandı. Kəndlərdən, zeytunluqlardan pul, gəlir gəlməkdə davam eləyirdi, 

amma Xoca çox pul tutduğunu iddia edərək çətinliklə tapıb yıdığımız qrupu da dağıtdı.  

Qışı  gözləməklə  keçirdik.  Padşah  səfərdən  qayıdandan  sonra  çox  xoşladığı  Ədirnədə 

qalmışdı, bizi itirib-axtaran  yox idi, tək-tənha qalmışdıq.  Səhərlər sarayına gedib  hekayəmizlə 

əyləndirəcəyimiz və gecələri imarətlərində əylənəcəyimiz kimsə oladığı üçün işsiz-gücsüz idik. 

Mən  Venesiyadan  gələn  bir  rəssama  portretimi  çəkdirərək,  ud  dərsləri  alaraq  günlərimi 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

351 


keçirməyə  çalışırdım.  Xoca  da  tez-tez  Qala  yaxınlığında  yanında  bir  əsgər  qoyduğu  silahını 

görmək  üçün  gedirdi.  Demək  olmaz  ki,  vasitəçi  orasına-burasına  nəsə  əlavə  edib 

təkmilləşdirməyə  çalışmadı,  amma  bu  işdən  tez  bezdi.  Birgə  keçirdiyimiz  axırıncı  qışın 

gecələrində  mənə  silahdan  və  onunla  edəcəyi  işlərdən  də  danışdı.  Onu  bir  süstlük  bürümüşdü, 

amma bu arzusunda olduğu üçün yox, mən onda həyəcan oyandıra bilmədiyimə görə beləydi. 

Gecələr vaxtımızın çoxunu gözləməklə keçirirdik, küləyin və qarımn azalmasını gözləyirdik, 

səhərə  yaxın  küləyin  ləngiməyini,  sobaya  odun  atmaq  üçün  közün  küllənməsini  gözləyirdik, 

Xaliçin  üzbəüz  sahilində  son  titrək  çırağın  sönməyini  və  gəlməyən  yuxumuzun  gəlməyini  və 

səhər  azanını  gözləyirdik.  Az  danışaraq  tez-tez  xəyallara  daldığımız  o  qış  gecələrinin  birində, 

Xoca mənə dedi ki, çox dəyişmisən, tamam başqa bir adama olmusan. Mədəm göynədi, kürəyim 

tərlədi,  istədim  ki,  cavabını  verim,  haqsız  olduğunu,  əvvəlki  kimi  olduğumu,  bənzədiyimizi, 

mənimlə əvvllər maraqlandığı kimi yenə də mənə diqqət ayırmalı olduğunu, danışmalı hələ çox 

söz-söhbətimizin olduğunu demək istədim, amma haqlıydı,  gözüm həmin səhər rəssamdan alıb 

gətirdiyim  portretimdə  ilişib  qalmışdı,  dəyişmişdim:  Ziyafətlərdə  tıxışdırmaqdan  kökəlmiş, 

buxağım  sallanmış,  ətim  yayılmış,  hərəkətlərim  ağırlaşmışdı,  ən  pisi  isə  üzüm  də  tamam 

dəyişmişdi,  o  məkanlarda  içib  öpüşməkdən  dodaqlarım  arsızlaşmış,  yerli-yersiz  yuxusuz 

qalmaqdan,  içib  yatmaqdan  gözlərimin  altı  tuluqlamış,  həyatlarından,  dünyadan  və  özlərindən 

razı olan o axmaqlar kimi, baxışıma bayağı bir rahatlıq çökmüşdü, amma bilirdim, bu hallımdan 

razı idim:Susdum. 

Sonralar  Padşahın  bizi  silahlarla  birgə  Ədirnəyə  səfərə  çağırtdırdığını  öyrənəndə,  tez-tez 

eyni yuxunu görürdüm Qarışıqlığı, İstanbuldakı əyləncələri xatırladan bir əyləncədə, Venesiyada 

maskalı  bir  baldayıq,  Üzlərindəki  bayağı  qadın  maskalarını  üzlərindən  çəkəndə  insanların 

arasında gördüyüm anamla nişanlımı tanıyaraq ümidlənir, mən də, artıq məni tanısınlar deyə, öz 

maskamı  çıxarırdım,  amma  onlar  heç  cür  məni  tanımırdılar,  bilmirdilər  ki,  bu  adam  mənəm, 

sapından tutduqları maskalarla, arxamdakı hansısa adamı əlləriylə göstərirdilər, çevrilib baxanda 

görürdüm ki, mənim əsl mən olduğumu başa düşəcək bu adam Xocadır. Məni tanısın deyə, bu 

dəfə  də  ona  ümidlə  yaxınlaşanda,  Xoca  olan  adam,  mənə  heç  bir  söz  deməyərək  maskasını 

çıxardır və maskanın altından məni günahkarlıq duyğusu ilə qorxudaraq məni  yuxudan oyadan 

gəncliyim çıxırdı. 

10 

Yayın  əvvəlində,  Padşahın  bizi  və  silahı  Ədirnədə  gözlədiyini  öyrənənə  qədər  Xoca  işə 

başladı. Hər şeyi hazırladığını, silah payladığı qrupla əlaqəsini qışboyu davam elətdirdiyini onda 

başa  düşdüm.  Üç  gün  sonra  səfərə  hazırlaşdıq.  Xoca  axırıncı  günün  axşamını  sanki  təzə  evə 

köçürükmüş kimi cildləri cırıq köhnə kitabları, yarımçıq qalmış risalələri, saralmış qaralamaları, 

əşyalarını,  xırda-xuruş  şeylərini  eşələyərək  keçirdi.  Paslanmış  namaz  saatının  zəngini  düzəltdi, 

astronomik cihazların tozunu aldı. İyirmi beş ildir yazdığımız kitabların, hazırladığımız alətlərin 

eskizləri,  qaralamaları  arasında  səhərə  qədər  eşələndi.  Gün  doğanda,  fişənglərlə  həyata 

keçirdəcəyimiz  atəşfəşanlıq  üçün  etdiyimiz  sınaqların  müşahidələri  ilə  doldurduğum  kiçik 

dəftərin  cırılmış  və  saralmış  səhiflərini  səhifələyəndə  onu  gördüm,  çəkinə-çəkinə  soruşdu: 

Bunları  da  özümüzlə  aparmalıyıq,  görəsən,  işimizə  yarayar?  Görəndə  ki,  boş-boş  baxıram, 

əsəbiləşib əlindəkiləri bir küncə tulladı. 

Amma  yenə də  on  gün  davam  edən bu Ədirnə  səyahətində  ötən illərdəki qədər olmasa da, 

bir-birimizin  işinə  kömək  etdik.  Hər  şeydən  əvvəl,  Xoca  ümidliydi,  qorxunc  xışıltılar,  qəribə 

guppultular,  yavaş-yavaş  gedən  və  az  təsadüf  olunan  böcək,  şeytan,  oxlu  tısbağa,  hasar,  qara 

dəmir,  toraman  (Türkiyədə  kişi  adıdır  və  güclü,  qüvvətli  mənalarını  ifadə  edir),  təkərli  qazan, 

div,  təpəgöz,  canavar,  donuz  xislətli  qaraoğlan,  göy  gözlü  qarabəd  deyə  adlandırılan  silahımız, 

Xocanın  istədiyi  kimi,  görənləri  dəhşətə  salaraq,  düşündüyümüzdən  də  sürətlə  irəliləyirdi.  Yol 

boyu  ətrafdakı  kəndlərdən  gələn  maraqlananların  yaxınlıqdakı  təpələrə  toplaşıb  qorxudan 

yaxınlaşmadıqları silaha həyəcanla baxdıqlarını görəndə Xoca ləzzət aldı. Gecələr, gün ərzində 

qan-tər  içində  qalan  adamlarımız  çadırlarında  dərin  yuxuya  gedəndə  oxuyan  böcəklərimizin 

böldüyü  səssizilikdə  Xoca  mənə  toramanın  düşmənlərimizə  neyləyəcəyi  barədə  danışırdı. 

Baxmayaraq ki, əvvəlki həyəcan qalmamışdı, Padşahın ətrafındakı adamların və ordunun silaha 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

352 


necə reaksiya verəcəklərini, ordu hücum edəndə bu silaha necə bir yer veriləcəyini, o da mənim 

kimi  narahatlıqla  gözləyirdi,  amma  hələ  “son  şansımızdan”  işin  axarını  istədiyimiz  istiqamətə 

çevrilə  biləcəyindən  və  ən  vacibi,  həyəcanımızı  azalmağa  qoymayan  “onlaradan  və  bizlərdən” 

ürək rahatlığı ilə və inanaraq danışa bilirdik. 

Ədirnədə  Padşahdan  və  ətrafındakı  bir  necə  işbilməyən  yaltaqlardan  başqa  heç  kəsin 

xoşhalla  qarşılamadığı  silahın  sınaq  nümayişinə  başladılar.  Padşah,  Xocanı  köhnə  bir  dostunu 

qarşılayansayaq  qarşılamışdı,  danışılırdı  ki,  müharibə  ola  bilər,  amma  çox  da  hazırlıq  və  təlaş 

gözə  dəymirdi,  günlərini  bir  yerdə  keçirməyə  başladılar.  Onlara  mən  də  qoşulurdum,  atlarına 

minib  ətrafdakı  qaranlıq  meşələrə  quş  cikkiltisinə  qulaq  asmağa,  Tuncada  və  Meriçdə  qayıqla 

gəzintiyə  çıxaraq  qurbağalara  baxmağa,  qartallarla  savaşarkən  yaralanıb  Səlimiyyə  həyətinə 

düşən leyləklərə baxıb zövq almağa və bacarıqlarını bir də görmək üçün onlar silaha baxmağa 

gedəndə mən həmişə yanlarında olurdum. Amma ağrıyla hiss edirdim ki, danışdıqları mövzulara 

qoşulmaq, maraqla mənə qulaq assınlar deyə və onlara ürəklə deyə  bilməcəyim heç bir sözüm 

yoxdu. Bəlkə də, bir-birlərinə belə  yaxın olduqlarına görə qısqanırdım. Amma artıq bilirdim ki, 

bezmişəm: Xoca hələ də həmin şeiri oxuyurdu. Zəfərdən, digərlərinin üstünlüyündən xəbərdardı, 

döyüşə başlamalıyıq, gələcək və beynimizin içi haqqında olan eyni uydurulmuş hekayəyə hələ də 

Padşahın aldanmağına təəccüblənirdim. 

Müharibə  başlayacaq  deyə  danışılan  söz-söhbətlər  yayın  ortasında  artırdı,  Xoca  bir  gün 

güclü-qüvvətli bir adama ehtiyacı olduğunu deyərək məni öz  yayına götürdü. Ədirnənin içində 

tez-tez yeridik, qaraçı və yəhudi məhəllələrindən, daha əvvələr də darıxa-darıxa gəzdiyimiz bəzi 

boz küçələrdən, çoxu da bir-birinə oxşayan kasıb müsəlman evlərinin arasından keçdik. Solumda 

olan sarmaşıqlı evlərin sağ tərəfimə keçdiyini biləndə başa düşdüm ki, eyni küçələrdə gəzişirik, 

ondan  soruşdum,  dedi  ki,  Fildamı  məhəlləsindəyik,  Xoca  birdən-birə  bir  evin  qapısını  döydü. 

Yaşıl gözlü, təxminən səkkiz yaşı olan bir uşaq qapını açdı. Xoca ona dedi: “Aslanlar! Padşahın 

sarayından aslanlar qaçıb onları axtarırıq”. Uşağı itələyərək evin içinə girəndə mən də arxasınca 

getdim. İçəridən toz, taxta və sabun iyi gəlirdi, qatı qaranlıqda cırıldayan pilləkənlərdən tələm-

tələsik  yuxarıya,  zala  çıxdıq,  Xoca  qarşısına  çıxan  qapıları  açdı.  Birinci  otaqda  ahıl  bir  qoca 

dişsiz,  ağzıaçıq  halda  yatırdı,  ondan  nəsə  soruşmaq  üçün  saqqalına  əl  uzadan  iki  şən  uşaq 

görəndə ki, qapı açıldı, o dəqiqə qorxdular. Xoca bu qapını örtdü, bir başqasını açdı, içəridə bir 

yığın yorğan və yorğanlıq parça vardı,  üçüncü otağın qapısına küçə qapısını açan uşaq Xocadan 

əvvəl  yapışıb dedi:”Burda aslan  yoxdu, anamla gəlinimiz var”, Xoca buna baxmayaraq, qapını 

açdı,  arxası  bizə  tərəf  olan  iki  qadın  solğun  işığın  altında  namaz  qılırdılar.  Dördüncü  otaqda 

yorğan  tikən  bir  adam  vardı,  saqqalsız  olduğu  üçün  mənə  çox  oxşayırdı,  Xocanı  görən  kimi 

ayağa qalxdı. Dilləndi: “Niyə gəldin, səfeh?”. Xoca cavab verdi:  “Bizdən nə istəyirsən? Səmra 

hardadı?”.  Həmin  adam  dedi:  “On  il  əvvəl  İstanbula  gedib.  Vəbadan  ölüb.  Bəs  sən  niyə 

gəbərməmisən?”.  Xoca  heç  bir  söz  deməyərək  pilləkənlərdən  düşüb  evdən  çıxdı.  Arxasınca 

gedərkən, arxadan uşağın qışqırdığını və bir qadının ona cavab verdiyini eşitdim: “Ana, aslanlar 

gəlib”. “Xeyr, əmilərin gəlib”. 

Bəlkə,  baş  verənləri  hec  cür  yoza  bilmədiyimə  görə,  bəlkə,  yeni  həyatıma  və  hələ  səbirlə 

oxuduğumuz bu kitaba hazırlıq  olsun deyə iki həftə sonra, səhər tezdəndən  yenə həminki  yerə 

getdim.  İşıq  məni  aldatdığı  üçün  əvvəlcə  küçəni  və  evi  tapmaqda  çətinlik  çəkdim,  tapanda  da 

əvvəlcədən istiqamətini müəyyənləşdirdiyim Bəyazid məscidinin həkimxanasına gedən ən kəsə 

yolu  dəqiqləşdirməyə  çalışdım.  Bəlkə  də,  ən  kəsə  yolu  secəcəklərinə  görə  körpüyə  çatan  və 

qovaq ağaclarının kölgəsi düşən qısa yolu heç cür tapa bilmədim, tapdığım qovaq ağacları olan 

yolun  kənarında  isə  elə  bir  yer  yox  idi  ki,  insan  oturub  çaya  baxa-baxa  halva  yesin. 

Xəstəxanadasa  xəyalımızda  canlandırdıqlarımızın  heç  biri  yox  idi,  palçıqlı  deyildi,  bəlkə  də, 

təmiz  idi,  amma  nə  su  səsi  gəlirdi,  nə  də  rəngli  şüşələr  vardı.  Aşiq  olmuş,  dəliyə  çevrilmiş, 

əksəriyyəti dəlilər kimi özünü  başqa bir adam hesab edirmiş, yenə də ora haqqında danışacaqdı, 

amma qulaq asmayaraq qayıtdım. 

Elə bilirdim ki, səfərə çıxmayacağıq, amma həmin səfərə çıxmaq qərarı yayın axırında, heç  

gözləmədiyimiz bir gündə alındı: Keçən ilki məğlubiyyətə və ondan çox vergiyə dözə bilməyən 

lehlilər, “vergini gəlin qılıncınızla alın” deyə xəbər yollayıblar. Ondan sonrakı günlərdə Xoca az 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

353 


qalırdı  hirsindən  partlasın:  ordu  sırayla  yeriş  qaydasına  hazırlaşarkən  heç  kəs  silah  haqqında 

düşünmürdü, heç kəs döyüşərkən bu qara dəmir yığınını  yanında görmək istəmirdi, heç kəs bu 

yekə  qazandan  bir  kəramət  gözləmirdi,  ən  vacibi  də  onu  uğursuz  bir  şey  kimi  qəbul  edirdilər. 

Artıq Xoca səfərdən bir gün əvvəl müharibənin  gələcəyi üçün ehkam qurarkən, düşmənlərimiz 

sözlərini bir yerə qoyub, silahın uğurla bərabər uğursuzluq-lənət də gətirəbiləcəyini deyiblər. Bu 

lənətin arxasında Xocadan çox, mənim olduğumu düşüdüklərini Xoca mənə danışanda qorxdum, 

Padşah bildirib ki, Xocaya və silaha güvənir, mübahisə olmasın deyə, silahın döyüş vaxtı birbaşa 

özünə və öz qüvvələrinə mənsub olacağını deyib. Sentyabrın əvvəlində, isti bir gündə Ədirnədən 

getdik. 

Hamı düşünürdü ki, səfərə çıxmaq üçün bu mövsüm çox gecdi, amma bu mövzuda çox da 

danışmırdılar. Səfər ərəfəsində əsgərlərin düşmən qədər, bəzən düşməndən də çox uğusuzluqdan 

qorxduğunu,  məğlubiyyət  qorxusu  ilə  döyüşdüklərini  təzə-təzə  öyrənirdim.  Baxımlı,  varlı 

kəndlərdən,  silahımızın  yerini  inildətdiyi  körpülərdən  keçərək  quzeyə  getdiyimiz  birinci  günün  

axşamı,  Xoca,  Sultanın  çadırından  çağırılanda  təccübləndik.  Əsgərləri  kimi,  Padşah  da 

uşaqlaşmışdı,  onda  təzə  bir  oyuna  başlayan  uşağın  marağı  və  həyəcanı  vardı,  eynən  əsgərləri 

kimi,  Xocadan  gün  ərzində  baş  verənləri  necə  qiymətləndirdiyini  soruşdu:  batan  günəşin 

qarşısındakı qızılı bulud, alçaqdan uçan şahinlər, bir kənd evinin qırıq bacası, güney tərəfə qonan 

leyləklər-  bütün  bunlar  hansı  mənanı  ifadə  edirdi?  Təbii  ki,  bunların  hamısını  Xoca  yaxşı  izah 

etdi. 

Amma  işimiz  bitməmişdi,  Padşahın  səfər  gecələrində  qorxulu,  maraqlı  hekayələrə  qulaq 



asmağa meyilli olduğunu ikimiz də yenicə öyrənirdik. Xoca bir neçə il əvvəl Sultana verdiyimiz 

o ən xoşladığım kitablarımızdakı coşğun şeirdən təsirlənərək bir şəkil çəkdi, bu şəkil ölülər, qanlı 

məğlubiyyətlər,  uğursuzluqlar,  xəyanətlər  və  səfalətlə  qaynaşan  çirkin  bir  şəkil  idi,  amma 

qalibiyyətin  alovu  Padşahın  qorxulu  baxışlarının  görə  biləcəyi  bir  tərəfdə  parıldayırdı:  onu 

körükləmək üçün ağlımızı işlətməliydik, “onların və bizlərin”, sonra  beynimizin içinin, Xocanın 

illərdir mənə danışdığı və artıq unutmaq istədiyim bütün digər şeylərin, tez bir zamanda fərqinə 

varmalı,  ayılmalıydıq!  Bəlkə  də,  artıq  Padşahın  da  bezdiyini  düşündüyünə  görə,  mənə  də 

bezdirici  gələn  bu  cansıxıcı  hekayənin  qaranlığını,  çirkinliyini,  dəhşətini  Xoca  hər  gecə  bir  az 

daha artırırdı. Yenə də beyninmizin içindəkilərdən danışarkən Padşahın ləzzətlə ürpəndiyini hiss 

edirdim. 

Ov  səfərləri  yürüşümüzlə  eyni  həftədə  başladı.  Sırf  bu  iş  üçün  orduya  gələn  dəstə  irəlidə 

gedir,  ərazidə  kəşfiyyat  aparandan,  əlverişli  ərazi  seçəndən,  kəndlilər  hərəkətə  keçəndən  sonra 

Padşah, biz və ovçuları,  yüyürüş olan  tərəfdən  çəkərək  ceyranları  ilə məşhur bir qoruğa, vəhşi 

donuzların  qaçışdığı  dağın  yamaclarına,  ya  da  tülkülərlə  dovşanların  qaynaşdığı  bir  meşəyə 

gedirdik.  Saatlarla  davam  edən,  bu  kiçik  və  əyləncəli  ov  səfərlərimizdən  sonra  hücum  qoluna, 

zəfərlə qurtardığımız döyüşdən qayıdan kimi qayıdar, ordu Padşahı salamlayarkən bizlər də onun 

arxasınca  gələrdik.  Xocanın  qəzəb  və  nifrətlə  qarşıladığı  bu  mərasimləri  xoşlayırdım,  axşam 

yürüşdə  olanda,  ordunun  keçdiyi  kəndlərin  və  qəsəbələrin  halından,  ya  da  düşmənlərimizdən 

gələn  son  xəbərlərdən  çox,  Padşahla  birgə  ov  haqqında  danışmaqdan  xoşum  gəlirdi.  Sonra 

Xocanın axmaqca sərsəmliklə əlaqələndirdiyi bu cəfəng söhbətlərin qəzəbiylə şiddətini hər gecə 

bir  az  da  artıran  hekayələrdən  və  qənaətlərdən  danışmağa  başlayardı.  Padşahın,  qorxuducu 

hekayələrə,  beynimizin  içiylə  əlaqəli  bu  nağıllara  inanmağı  ətrafındakılar  kimi,  məni  də 

kədərləndirirdi. 

Amma  ən  pis  hadisələrə,  bundan  sonra  şahid  olacaqdım!  Yenə  də  məğlubiyyətə  doğru 

irəliləyirdik,  ona  yaxın  kənd  boşaldılmışdı,  əhalisini  də  əllərindəki  tənəkəylə  vura-vura 

çıxardıqları  çığırtıyla  əsəbiləşərək  və  maralları  bizim  atlarımız  və  silahlarımız  olan  yerə 

qısnasınlar deyə, ormana səpələnmişdilər, amma günortaya qədər heç bir heyvana rast gəlmədik. 

Bir  az  da  günortanın  istisinin  təsiri  ilə,  bədənimizə  yayılan  sıxıntını  azaltmaq  üçün  Padşah, 

Xocadan  xahiş  etmişdi  ki,  gecələr  onu  ürpəndirən  həmin  əhvalatları  danışsın.  Çox  uzaqlardan 

gələn,  az-çox  eşidilən  tənəkə  uğultusuna  qulaq  asaraq  yavaş-yavaş  irəliləyirdik  ki,  xrtistian 

kəndlərindən birinə çatıb dayandıq. Onda gördüm ki, Xoca, Paşaya boş kəndin evlərindən birini 

göstərir,  qapının  arasından  başını  uzadan  cılız  bir  qoca  qoltuq  ağacı  ilə  onalara  yaxınlaşır.  Bir 



Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin