Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7.78 Mb.
PDF просмотр
səhifə63/115
tarix25.04.2017
ölçüsü7.78 Mb.
1   ...   59   60   61   62   63   64   65   66   ...   115

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

344 


həqiqətlərin fərqinə  nə vaxt  varacaqlar? Bu qədər axmağın  bir-birini tapması  təsadüf idi,  yoxsa 

zərurət. Niyə bu qədər axmaqdılar? 

Beləliklə  yavaş-yavaş,  “elm”  adlandırdığı  nəsnəyə,  bu  dəfə  onların  beyinlərinin  içini  başa 

düşmək üçün, təzədən başlamalı olduğunu hiss edirdi. Bir stolun arxasında oturub, bir-birimizə 

nifrət  edərək,  bir-birimizə  oxşadığımız  o  gözəl  günləri  ağlıma  saldığı  üçün  mən  də  bu  “elm”ə 

girişməyə  həvəsləndim,  amma  ilk  sınaqlardan  sonra  başa  düşdük  ki,  artıq  işlər  əvvəlki  kimi 

deyildi. 

Bir  dəfə,  onu  hara,  nəyə  görə  sıxışdırılacağımı  bilmədiyimə  görə  heç  cür  üstünə  gedə 

bilmirdim.  Ən  vacibi  hiss  edirdim  ki,  ağrıları  və  məğlubiyyəti  sanki  mənim  ağrılarım  və 

məğlubiyyətlərim  idi.  Bir  dəfə  inanamasam  da  burdakıların  axmaqlığını  şişirdilmiş  örnəklərlə 

xatırladandan, onlar qədər özünün də məğlubiyyətə məhkum olduğunu hiss etdirəndən sonra ona 

göz  qoydum:  Baxmayaraq  ki,  hiddətlə  mənim  əleyhimə  hərəkət  edir,  məğlubiyyətin  məcburi 

olmadığını, onlardan əvvəl başlayıb bu işlərlə məşğul olsaq, sözgəlişi deyirdi ki, bu silah planını 

həyata  keçirdə  bilsək,  üstümüzə  doğru  axıb  bizi  arxaya  aparan  çayın  axınını  yenə  də  geriyə 

çevirə bilərdik, planlarından  yox, ümidsiz olanda etdiyi kimi, “planlarımızdan” danışaraq məni 

sevindiridi, amma yaxınlaşan və qaçılmaz məğlubiyyətin dəhşəti onu bürümüşdü: Onu kimsəsiz 

bir  uşağa  bənzədirdim,  mənə  köləliyin  əvvəlki  illərini  xatırladan  qəzəbini  və  hüznünü  çox 

xoşlayırdım,  mən  də  onun  kimi  olmaq  istəyirdim.  Otağın  içində  var-gəl  edərkən,  qaranlıqda, 

yağışın altındakı palçıqlı küçəyə, yaxud da Xaliç sahilindəki bir-iki evin hələ də yanan solğun və 

titrəyən işıqlarına baxırdı, sanki orada ümid bağlanılması mümkün olan yeni bir işartının izlərini 

axtarırdı,  düşünürdüm  ki,  otağın  içində  qıvrılaraq  gəzinən  Xoca  yox,  mənim  gəncliyimdi.  Bir 

vaxtlar  mən  olan  bu  adam,  məni  tək  qoyub  getmişdi,  küncdə  mürgələyən  mən  isə  sanki 

həyəcanımı təkrarən özmdə tapa bilmək üçün ona diqqətlə baxırdım. 

Qurtarmaq  bilməyən  və  özünü  təkrarlayan  bu  həyəcan  hissindən  artıq  bezmişdim.  Baş 

münəccim  olandan  sonra  Gəbzədəki  torpaqları  böyümüş,  gəlirimiz  də  artmışdı.  Padşahla 

boşboğazlıq edib vaxt keçirməyindən özgə, bir işlə məşğul olmağına da ehtiyac yox idi. Arada 

bir  Gəbzəyə  gedib  sınıq-salxaq  dəyirmanları  və  hamıdan  əvvəl  bizi  yekə  çoban  itlərinin 

qarşıladığı kəndləri gəzərək gəlirlərini yoxlayır, qeydlərə nəzər salaraq eşikağasının bizi nə qədər 

aldatdığını  anlamağa  çalışır,  bəzən  gülüşərək,  əksər  vaxt  da  sıxıntıyla  ah  çəkərək  Padşah  üçün 

əyləncəli  risalələr  yazır,  başqa  heç  bir  iş  də  görmürdük.  Mən  israr  eləməsəydim,  bəlkə,  gözəl 

vaxt keçirib, axırda, gözəl qoxulu qadınlarla yatdığımız o yerləri də qaydasına saldırmayacaqdı. 

Əsəblərini  daha  da  pozan  şey  Almaniya  səfəri  idi,  Girit  Qalasıydı,  orduların  və  paşaların 

İstanbulu  yiyəsiz  qoymağından  və  anasının  da  ona  sözünü  keçirə  bilməməyindən  cəsarətlənən 

Padşahın,  saraydan  qovulan  bütün  çənəbaz  çoxbilmişləri,  təqlidçiləri,  alçaqları  ətrafına 

toplamasıydı.  Nifrət  ettdiyi  və  zəhləsi  gedən  bu  saxtakarlardan  özünü  ayırmaq  və  üstünlüyünü 

onlara da qəbul elətdirməkdən ötrü Xoca onların arasına girməməkdə qərarlı idi, amma Padşahın 

israrı  ilə  bir-iki  dəfə  danışıb  mübahisə  etdikləri  şeyləri  dinləmək  məcburiyyətində  qaldı. 

Heyvanların  ruhu  ola  bilərdmi,  hansının  ruhu  var,  hansı  cənnətə,  hansı  cəhənnəmə  gedir, 

balıqqulağı  erkəkdir,  yoxsa  dişi,  hər  səhər  çıxan  günəş  təzə  günəşdirmi,  yoxsa  axşam  batan 

günəş arxadakı yoldan fırlanıb sabah digər tərəfdən başını çıxarır, bu tipli mövzuların danışıldığı 

bu yığıncaqlardan gələcəkdən ümidini üzərək çıxar, nəsə eləməsək, yaxın vaxtlarda Padşahın da 

əldən gedəcəyini deyərdi. 

Bizim  planlarımızdan,  bizim  gələcəyimizdən  danışdığı  üçün  sevinclə  ona  qoşulurdum.  Bir 

dəfə Sultanın fikrinin nədən ibarət olduğunu anlamaq üçün mənim illlərdir tutduğum dəftərləri, 

gördüyüm  yuxuları,  xatirələrimizi  açıb  tökdük.  Sanki  şkafın  siyirmələrindən  çıxan  xırda-

xuruşları yığışdırırdıq. Padşahın ağlının istiqamətini tutmağa çalışırdıq, nəticə çox da ümidverici 

deyildi:  Xoca  hələ  də  bizi  xilas  etməli  olan  o  dəhşətli  silahlardan,  ya  da  fikrimizdə  tez  bir 

zamanda  həll  etməli  olduğumuz  sirlərdən  baxmayaraq  ki,  danışa  bilirdi,  amma  artıq  elə 

davranırdı  ki,  guya  daha  yaxınlaşmaqda  olan  qorxunc  bir  iflasın  da  fəriqində  deyil.  Bu  haqda 

aylarca çənə yorduq. 

Süqutdan,  imperatorluğun  əlindəki  ölkələri  bir-bir  itirməsini  başa  düşürdükmi? 

Xəritələrimizi  masanın  üstünə  sərər,  əvvəlcə  hansı  ölkənin,  sonra  hansı  çaylarla  hansı  dağların 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

345 


əldən  gedəcəyini  təyin  edərdik.  Yoxsa  süqut,  insanların  və  inancların  fərqinə  varmadan 

dəyişməsi  demək  idi?  Bütün  istanbulluların  bir  səhər  isti  yataqlarından  başqa  bir  insan  kimi 

qalxdıqlarını  gözümüzün  qabağına  gətirdik,  paltarlarını  bilmirdilər  ki,  necə  geyinsinlər, 

minarələrin  nə  üçün  istifadə  edildiyini  xatırlaya  bilmirdilər.  Bəlkə,  bu  süqut,  digərlərinin 

üstünlüyünü görərək onlara oxşamaq demək idi:  Belə olanda mənə Venesiyadakı həyatımdan bir 

fraqment  danışdırar,  sonra,  burdakı  tanışlarından  bəzilərinin  başında  şapkalar,  əyinlərində 

şalvarlarla mənim xatirələrimi təkrarən yaşadıqlarını xəyalımızda canlandırardıq. 

Qurarkən  vaxtın  necə  keçdiyini  bilmədiyimiz  bu  xəyalları  sonuncu  xilas  yolu  kimi  Paşaya 

bildirməyə  qərar  verdik.  Deyirdi  ki,  xəyalların  ən  incə  detalları  ilə  canlandırılan  bütün  o  süqut 

səhnələri,  bəlkə,  onu  təlaşa  salar.  Beləliklə,  səssiz  və  qaranlıq  gecələr  ərzində  aylarla  hüzn  və 

ümidsiz  sevinclə  planlaşdırdığımız  o  məğlubiyyət  və  süqut  xəyallarından  yaranan,  bütün  o 

boynubükük kasıbları, palçıqlı yolları, yarımçıq qalmış tikililəri, qaranlıq və qəribə küçələri, hər 

şey əvvəlki kimi olsun deyə başa düşmədikləri duaları oxuyanları, dərdli analarla yazıq ataları, 

başqa  ölkədə  hazırlanan  və  yazılanları  bizə  başa  salmağa  ömürləri  çatmayan  bədbəxtləri, 

işləməyən  alətləri, o  gözəl  günlərə mərsiyə  oxuyan gözüyaşlıları,  bir dəri bir sümük olan küçə 

itlərini,  torpaqsız  kəndliləri,  şəhərdə  boş-boş  gəzən  işsizləri,  oxuyub  yaza  bilməyən  şalvarlı 

müsəlmanları və sonu məğlubiyyətlə bitən bütün müharibələri kitaba doldurduq. Kitabın başqa 

bir  hissəsinə  mənim  solğun  xatirələrimi:  anam,  bacım  və  qardaşımla  Venesiyada  olanda  və 

məktəb  illərində  başıma  gələn  xoşbəxt  və  ibrətamiz  hadisələrdən  bir-ikisini  yazdıq.  Bizi 

məğlubiyyətə düçar edəcək adamlar bu cür yaşayırdılar, biz də onlardan əvvəl başlayaraq bu cür 

etməliydik.  Solaxay  xəttatımızın  ağlamaya  yazdığı  nəticə  hissəsində  isə  Xocanın  çox  xoşuna 

gələn  şkaf  bənzətməsiylə  beyinlərimizin  sirli  müəmmasının  qarışıq  sıralarına  giriş  sayıla  bilən 

qafiyəli bir şeir vardı. Qürurlu və səssiz adlandıra biləcəyim bu şeirin incə tərzi, Xocayla birgə 

yazdığımız kitab və risalələrin ən yaxşısını hüzünlə tamamlayırdı. 

Xoca  kitabı  Sultana  verəndən  bir  ay  sonra  ondan  bu  dəhşətli  silahın  hazırlanmasına 

başlamaq  üçün  əmr  aldı.  Təəccüb  içindəydik,  uğurumuzun  nə  qədərini  bu  kitaba  borclu 

olduğumuza heç cür qərar verə bilmirdik. 

 

 

 

 

“Düşmənlərimizi  darma-dağın  edəcək silahı  hazırla, bir baxaq” deyərkən, bəlkə də, Sultan 

Xocanı  sınayırdı,  bəlkə  də,  hansısa  yuxunu  görüb  Xocadan  gizlətmişdi,  bəlkə,  təzyiq  göstərən 

anasına  və  paşalara,  ətrafına  yığdığı  o  çoxbilmişlərin  əllərindən  bir  iş  gəldiyini  göstərmək 

istəyirdi, bəlkə də, vəbadan sonra başqa Xocanın bir möcüzə də yaradacağını düşünürdü,  bəlkə, 

də  kitabımıza  doldurduğumuz  o  süqut  xəyallarından,  həqiqətən  də,  təsirlənmişdi,  bəlkə  də, 

süqutdan  çox,  bir  neçə  dəfə  ordunun  uğursuzluğundan  sonra  qorxduğu  kimi,  onun  yerinə 

qardaşlarını  hakimiyyətə  gətirmək  istəyənlərin  onu  taxtdan  salacağını  düşünərək  narahat 

olmuşdu.  Bütün  bunları  Padşahın  silahı  təkmilləşdirək  deyə  gəlirlərini  bizə  həvalə  etdiyi 

kəndlərindən,  zeytunluqlarından  əldə  edəcəyimiz  çoxlu  pulları  təəccüblənə-təccüblənə 

hesablayarkən düşünürdük. 

Nəhayət,  dedi  ki,  təəccüblənməli  olduğumuz  şey  elə  çaşbaş  olmağınızdır:  illərdir  Sultana 

danışdığı o əhvalatlar, yazdığımız risalələr və kitablar doğru deyildimi ki, onlara inananda belə 

şübhələnirdik. Hələ  bundan başqa: Padşah beynimizin içindəki  o müəmmalarda nələrin olduğu 

ilə maraqlanmağa başlamışdı. Xoca həyəcanla məndən soruşurdu: bu, illərdir gözlədiyimiz uğur 

deyilmi? 

Bu  idi,  üstəlik  bu  dəfə  uğurumuzu  bölüşərək  işə  başlamışdıq,  işin  nəticəsini  onun  qədər 

gözləmədiyim  üçün  mən  də  xoşbəxt  idim.  Silahı  təkmilləşdirdiyi  sonrakı  altı  il,  ən  təhlükəli 

illərimiz oldu.  Barıtla işlədiyimiz üçün, qısqanc  düşmənlərimizin  bizmlə həsədi  olduğuna  görə, 

hər kəs səbirsizliklə uğurumuzu, yaxud da məğlubiyyətimizi gözlədiyi üçün, biz də həmin şeyləri 

qorxuyla gözlədiyimizə görə təhlükədəydik. 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

346 


Əvvəlcə  masanın  araxasında  işləyərək  vaxtımızı  hədər  yerə  keçirdiyimiz  bir  qış  keçdi. 

Həyəcanlıydıq, həvəsliydik, amma silahın fikrindən və onun düşmənlərmizi qabağına qatıb necə 

qovalayacağını  düşünərkən  müəmma  olan  o  naməlum  və  təsvirsiz  detallardan  başqa  əlimiz  də 

heç  bir  şey  yox  idi.  Sonra  barıtla  işləməyə  və  açıq  havaya  çıxmağa  qərar  verdik.  Eynən  birgə 

atəşfəşanlıq  hazırladığımız  həftələrdəki  kimi,  biz  hündür  ağacların  altındakı  sərin  kölgəliklərə 

çəkilərkən,  işçilərimiz  bizim  reseptlərini  hazırladığımız  qarışıqları  uzaqda  partladırdılar. 

Müxtəlif gurultu səsləri ilə çıxan rəngbərəng dumanları izləməyə, İstanbulun dörd bir tərəfindən 

maraqlananlar  gəlirdi.  Daha  sonra  hazırladığımız  topların,  uzun  lülələrin  hədəflərimizin  və 

çadırlarımızın yerləşdiyi çayırın ətrafı maraqlanan adamlarla dolu olurdu. Yayın axırında bir gün 

qəfildən Sultan gəldi. 

Onun  üçün  də  atəşfəşanlıq  həyata  keçirdik,  yeri-göyü  inildətdik,  yaxşı  sıxışdırılmış  barıt 

qarşıqları üçün hazırlatdırdığımız gilizləri, güllələri, təzə topları və hələ hazırlanmamış lülələrin 

qəlib  planlarını,  öz-özünə  alovlanan  mexanizmlərin  eskizlərini  bir-bir  göstərdik.  Onlardan  çox 

mənimlə  maraqlandı.  Əvvəlcə  Xoca  məni  Padşahdan  çox  uzaqda  saxlamaq  istəmişdi,  amma 

nümayiş  başlayanda,  mənim  də  onun  kimi  əmrlər  verdiyimi,  adamlarımızın  Xoca  qədər  də 

məndən söz soruşduğunu görəndə mənimlə maraqlanıb.  

On beş il sonra, ikinci dəfə hüzuruna gedəndə, Padşahın məni əvvəlcədən tanıdığını, amma 

indi mənə kimliyini tam müəyyənləşdirə bilmədiyi  və gözübağlı daddığı meyvənin hansı meyvə 

olduğunu  müəyyənləşdirməyə  çalışan  biri  kimi  baxdı.  Ətəyini  öpdüm.  İyirmi  ildir  burda 

olduğumu,  amma  hələ  müsəlman  olmadığımı  biləndə  qəzəbləndi.  Fikri  başqa  bir  şeydə  idi: 

“Deməli,  iyirmi  il?”  dedi.  “Qəribədi!”.  Sonra  məndən  bu  sualı  soruşdu:  “Bunları  ona  sən 

öyrədirsən?”.  Amma  bunu  mənim  cavabımı  öyrənmək  üçün  soruşmamışdı,  barıt  və  qırma 

qoxuyan  dağınıq  çadırımızdan  çıxıb  gözəl  ağ  atına  tərəf  yeriyirdi,  birdən  dayandı,  həmin  vaxt 

yan-yana  dayanan  bizə,  ikimizə  tərəf  çevrildi  və  Allahın  insan  nəslinin  qürurunu  qırmaq, 

mənasızlığını  bir-birinə  bildirmək  üçün  yaratdığı  o  əvəssiz  gözəlliklərdən  birini,  qüsursuz  bir 

ləçəri, ya da sanki eynən bənzəyən ekiz qardaşları görmüş kimi gülümsədi. 

Gecə  onu  düşündüm,  amma  o  Xocanın  istədiyi  kimi  deyil.  Xoca  hələ  də  ondan  nifrətlə 

danışırdı,  mənsə  ona  nifrət  edə  bilməyəcəyimi,  ona  yuxarıdan-aşağı  baxa  bilməyəcəyimi 

demişdim: rahat, gülərüz, ağlına gələn hər şeyi deyən o ərköyün uşaqdan xoşum gəlmişdi. Mən 

də  onun  kimi  olmaq  istəyirdim,  ya  da  onunla  dost  olmaq  istəyirdim.  Xocanın  əsəb  böhranı 

keçirəndən sonra, yatağımda yatmağa hazırlaşanda düşünürdüm: sanki Padşah aldadılmalı adam 

deyildi, ona hər şeyi demək istəyirdim. Amma həmin hər şey nə idi? 

Marağım  qarşılıqsız  deyildi.  Bir  gün  Xoca,  Padşahın  səhər  özüylə  birlikdə  məni  də 

gözlədiyini  ürəksiz  deyəndə  mən  də  onunla  getdim.  Dəniz  və  yosun  qoxan  o  gözəl  payız 

günlərindən  biriydi.  Bütün  günümüzü,  tökülən  qırmızı  yarpaqlarla  əhatələnmiş  böyük  bir 

qoruqda, cökə və çinar ağaclarının altındakı su zanbağı olan hovuzun ətrafında keçirdik. Sultan 

istədi  ki,  hovuzu  ağzınacan  ləbələb  dolduran  qurbağalardan  danışaq.  Xoca  ona  üz  vermədi, 

xəyaldan  və  gözəlliklərdən  uzaq  bir-iki  basmaqəlib  söz  danışdı.  Məni  çox  təəccübləndirən  bu 

ərköyünlüyə Sultan baş qoşmadı. Daha çox mənimlə maraqlandı. 

Beləliklə,  qurbağaların  sıçrama  marağını,  qan  dövranını,  bədənlərindən  qopsa  da,  uzun 

müddət  döyünən  ürəkləri,  yedikləri  milçək  və  böcəklər  haqqında  uzun-uzadı  danışdı.  Bir 

yumurtanın hovuzdakı yetkin qurbağalara bənzəmək üçün keçirdiyi böyümə prosesini göstərmək 

üçün kağız-qələm istədim. Yaqutla bəzənmiş gümüş bir mürəkkəbqabının içində gətirilən gümüş 

qələm  dəsti  ilə  şəkilləri çəkərkən  Padaşah  çox  maraqlanırdı.  Yadımda  qalan  qurbağalı  nağılları 

əylənə-əylənə dinlədi, növbə qurbağa öpən şahzadəyə gələndə öyüyərək üzünü turşutdu, amma 

Sultan, Xocanın danışdığı kimi axmaq bir cavana heç oxşamırdı, daha çox həyata elm və sənətlə 

addımlamaq istəyən, ağllı-başlı yetkin kimi, görünürdü. Xocanın qaş-qabağını tökərək keçirdiyi 

həmin  gözəl  saatların  sonunda  Padşah  əlindəki  qurbağa  şəkillərini  baxaraq  mənə  belə  dedi: 

“Hekayələri  sənin  uydurmağından  onsuz  da  şübhələnirdim.  Deməli,  şəkilləri  də  sən 

çəkirsənmiş”. Sonra məndən bığlı qurbağaları soruşdu. 

Padşahla əlaqəm, bax, belə başladı. Artıq hər dəfə Xocayla birgə mən də saraya gedirdim. 

Əvvəllər  Xoca  çox  da  danışmırdı,  daha  çox  Padşahla  mən  danışırdım.  Sultanla  yuxulardan, 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

347 


həyəcanlarından,  qorxularından  və  keçmişdən  və  gələcəyindən  danışarkən,  qarşımdakı  bu 

zarafatcıl,  idarklı  adamın,  illərdir  Xocanın  mənə  danışdığı  Padşaha  nə  qədər  bənzədiyini 

düşünürdüm. 

 Ustalıqla  soruşduğu  suallardan,  hiyləgərliyindən  də,  Padşahın  ona  təqdim  olan  kitablara 

əsalanaraq,  Xocanın  nə  qədər  Xoca,  nə  qədər  mən,  mənim  nə  qədər  mən,  nə  qədər  Xoca 

olduğumuzu  bilmək  istədiyini  anladım.  O  vaxt  Xoca,  axmaqlıq  kimi  qəbul  etdiyi  bu  maraqla 

maraqlanmayaraq toplarla və hazırlatdırmağa çalışdığı uzun lülələrlə məşğul idi. 

Toplarla  işləməyə  başlalamışdan  altı  ay  sonra,  bu  işlərə  burnumuzu  soxmağımızın  top 

atıcısını  əsəbiləşdirdiyini,  adamın  ya  özünün  vəzifədən  uzaqlaşdırılmağını,  ya  da  yenilik 

edəcəyəm  deyə  topçuluq  sənətini  rüsvay  edən  biz  dəlilərin  İstanbuldan  qovulmasını  istədiyini 

öyrənəndə Xoca narahat oldu, üzləşməyə hazır görünən top atıcısı ilə razılaşmaq üçün çıxış yolu 

axtarmadı.  Bir  ay  sonra,  Padşah  bizə  silahı  təkmilləşdirmək  üçün  toplardan  başqa  vasitələr 

tapmağımızı buyuranda Xoca çox da pis olmadı. İkimiz də artıq bilirdik ki, tökdürdüyümüz yeni 

toplar, lülələr illərdir istifadə olunan köhnələrindən üstün deyil. 

Beləliklə,  Xocaya  görə,  artıq  hər  şeyi  təzədən  qurub  yaradacağımız  yeni  dövürə  qədəm 

qoymuşduq,  amma  əsəbinə  və  arzularına  artıq  vərdiş  elədiyim  üçün,  mənə  təzə  görünən  şey 

ancaq  Padşahı  tanımaq  idi.  Padşah  da  bizi  tanıdığına  görə  xoşbəxt  idi.  Daşları  qarışdıraraq 

davaşan iki nəfəri “bu sənin, bu da sənin” deyərək bir-birindən ayıran diqqətli bir ata kimi, o da 

sözlərimiz  və  davranışlarımıza  göz  qoyaraq,  bizi  bir-birimizdən  ayırırdı.  Bəzən  uşaqcasına, 

bəzən  də  idrakla  hər  şeyə  göz  qoymağı  məni  təəccübləndirirdi:  Şəxsiyyətimin  məndən  ayrılıb 

Xocanın şəxsiyyətinə, Xocanın şəxsiyyətinin də mənimkiylə biz fərqinə varmadan birləşdiyinə, 

Padşahın da bu xəyali varlığı öz yerinə qoyaraq bizi bizdən daha yaxşı tanıdığına az qalırdım ki, 

inanım. 

Yuxularımı  yozanda,  ya  da  o  ərəfələrdə  ancaq  xəyalları  ilə  əlləşdiyimiz  yeni  silahdan  da 

danışarkən, Padşah qəfil durub ikimizdən birimizə tərəf çevrilərək, dedi: “Xeyr, bu sənin deyil, 

onun  düşüncəsidi”.  Bəzən  də  hərəkətlərimizi  bir-birindən  ayırırdı:  “İndi  onun  kimi  baxırsan, 

özün kimi bax!”. Mənə təəccüblə gülümsəyərək əlavə edərdi: “Bax, belə, afərin. Siz heç ikiniz 

birgə  aynaya  baxmısınız?”.  Aynaya  baxarkən  hansımızın,  əsl  özü  olmağımıza  nə  qədər  dözə 

bildiyimizi  soruşardı.  Bir  dəfə  də  illərdir  ona  yazıb  verdiyimiz  o  risalələri,  heyvanlarla  bağlı 

kitabları, təqvimləri gətirtdi, səhifə-səhifə çevirib oxuyarkən hansı hissəsinin hansımız yazdığını,  

harasını  hansımızın  özünü  digərinin  yerinə  qoyaraq  düşündüyün  dedi.  Amma  Xocanı 

əsəbiləşdirən,  məni  də  tilsimə  salaraq  təəccübləndirən  şey,  biz  yanında  olanda  hüzuruna 

çağırtdırdığı o təqlidçi idi. 

Bu adamın  nə üzü, nə də bədəni bizə oxşayırdı, qısaboy və kök idi, pal-paltarı da fərqli idi, 

amma danışmağa başlayanda qorxdum: Sanki o yox, Xoca danışırdı. Onun kimi, sirri faş edirmiş 

tək,  Padşahın  qulağına  sarı  əyilir,  onunsayaq  diqqətli  və  düşüncəli  tövrüylə  incə  məqamlardan 

danışarkən səsini qalınlaşdırırdı, belə edərkən eynən onun kimi dediklərinin həyəcanına qapılıb 

əlini qolunu qarşısındakını inandırmaq üçün, əsəbi-əsəbi yelləyərkən lap yaxında dururdu, amma 

Xocanın  vurğuları  ilə  danışarkən  ulduzlarla,  dəhşətli  silahlarla  əlaqəli  dərdini  danışmır,  ancaq 

saray  mətbəxində  öyrəndiyi  yeməklərin  və  onları  bişirmək  üçün  lazım  olan  şey-şüyün  və 

ədviyyatın  adlarını  sayırdı.  Padşah  gülümsəyərkən  təqlidçi  Xocanın  üzünü  qara  edən  işinə, 

İstanbulla  Hələb  arasındakı  mənzilləri  bir-bir  sayaraq  davam  elədi.  Sonra  Padşah  təqlidçidən 

xahiş elədi ki, onu da yamsılasın. Təəccüblü-təəccüblü ağzıaçıq mənə baxan o adam mən idim: 

Özümü  itirmişdim. Padşah  yarısının Xoca,  yarısının  da mən olan biri kimi bizi təqlid etməsini 

istəyəndə tilsimləndim. Adamın hərəkətlərini izləyərkən, eynən Padşah kimi mənim də içimdən 

“bu mənəm, bu da Xoca” demək keçirdi, amma təqlidçi barmağı ilə bizi işarə edə-edə bu işi özü 

görürdü. Padşaha təşəkkür edib təqlidçini yola salandan sonra, bizə buyurdu ki, bu, haqda bir də 

düşünək. 

Bu söz hansı mənanı kəsb edirdi? Axşam Xocaya Padşahın mənə illərdir danışdığı insandan 

daha  çox  idraklı  olduğunu  deyirdim,  onu  çəkmək  istədiyi  istiqamətə  Sultan  artıq  öz  istəyiylə 

gedirdi,  Xoca  yenə  də  qəzəb  böhranına  qərq  olmuşdu.  Bu  dəfə  ona  haqq  qazandırırdım, 

təqlidçinin hünəri dözüləsi bir şey deyildi. Xoca dedi ki, bundan sonra çətinə düşmədikcə saraya 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

348 


ayaq  basmayacaq.  İllərdir  gözlədiyi  fürsəti,  nəhayət,  əlinə  keçirtmişkən  o  axmaqların  arasına 

soxulub  əzişdirilməyə  artıq  heç  niyyəti  yox  imiş.  Onun  dediyinə  görə,  Padşahın  maraqlarını 

bildiyim, o həlləm-qəlləmliklərdən baş çıxardığım üçün saraya onun yerinə mən getməliydim 

Xocanın  xəstələndiyini  deyəndə  Sultan  mənə  inanmadı.  Sultan  dedi:  “Silahı  hazırlamaq 

üçün işləsin”. Beləliklə, Xocanın silahı  hazırlayıb işə sala bildiyi o dörd ildə saraya mən getdim, 

o da əvvəllər mənim elədiyim kimi, evdə öz xəyalları ilə qaldı.  

Həyatın  nəyisə  gözləməli  yox,  dadıçıxarılası  bir  şey  olduğunu  bu  dörd  ildə  öyrəndim. 

Padşahın  Xoca  kimi,  mənə  də  dəyər  verdiyini  görənlər,  demək  olar  ki,  hər  gün  keçirilən  o 

mərasimlərə,  əyləncələrə  məni  də  çağırırdılar.  Bir  gün  vəzirin  qızı  evlənir,  bir  başqa  gün 

Padşahın  uşağı  doğulur,  sonra  oğulları  sünnət  olunur,  səhəri  gün  macaralardan  alınan  bir  qala 

üçün mərasim keçirilir, sonra şahzadə məktəbə getməyə başladı deyə mərasimlər olur, həmçinin 

ramazan və bayram şənlikləri də başlayırdı. Əksər günlərdə davam edən bu şənliklərdə yağlı ət 

və  plov  tıxışdırmaqdan,  şəkərdən  və  fıstıqdan  hazırlanmış  aslanlardan,  dəvəquşularından,  su 

pərilərindən yeməkdən tez bir zamanda kökəldim. Günlərimin çoxu, ürəkləri gedənədək güləşən 

yağlı  güləşçilərə,  məscidin  minarələrinin  arasında  asdıqları  ipə  çıxıb  kürəklərinə  qoyduqları 

çubuqla  oynayan,  dişləri  ilə  at  nalını  qıran,  orasına-burasına  bıcaqlar,  şişlər  batıran 

kəndirbazlara,  cübbələrindən  ilanlar,  göyərçinlər,  meymunlar  çıxardan,  əlimizdəki  fincanları, 

cibimizdəki  pulları  qaşla  göz  arasında  yox  edən  hoqqabazlara,  söyüşlərindən  ləzzət  aldığım 

Qaragözlə Hacivətə baxmaqla keçirdi. Gecələr fişəng atışmaları yoxdursa, hamının çıxıb getdiyi 

o  saraylardan,  evlərdən  birinə,  çoxunu  da  o  günlərdə  tanıdığım  təzə  dostlarımla  birgə  gedər, 

saatlarla arağın özünə belə sağlıq deyib, araq içərək musiqi dinləyəndən sonra, yuxulu ceyranları 

yamsılayan  gözəl  rəqqasələrlə, su üstündə  yeriyə-yeriyə  oynayan  yaraşıqlı rəqqaslarla,  yanğılı 

səsləri ilə ürəklə şən mahnılar oxuyan müğənnilərlə qədəh toqquşduraraq əylənirdim. 

Məni  də  o  elçilər  qalan  evlərdə  görmək  istəyirdilər,  buna  görə  o    evlərə  də  tez-tez  gedir, 

sevimli  qızlarla  oğlanların  oynadıqları  baletə  baxandan,  ya  da  Venesiyadan  gətirilmiş  musiqi 

qrupunun  ən  axırıncı  və  dəbdə  olan  musiqilərinə  qulaq  asandan  sonra,  yavaş-yavaş  artan  ad-

sanımın  ləzzətini  çıxardırdım.  Səfirliklərdə  yığışan  avropalılar,  başıma  gələn  o  dəhşətli 

sərgüzəştləri məndən soruşardılar, nə qədər zülm çəkdiyimi, necə müqavimət göstərdiyimi, hələ 

də  necə  dözdüyümü  bilmək  istəyirdilər.  Bütün  həyatımı  dörd  divar  arasında  mürgüləyərək  və 

mənasız  kitablar  oxumaqla  keçirdiyimi  gizlədər,  tanımaq  istədikləri  bu  qəribə  diyar  haqqında, 

eynən  Sultana  etdiyim  kimi,  vərdiş  edərək  uydurduğum  dəhşətli  əhvalatları  danışardım.  Ancaq 

evlənməmişdən  əvvəl  atalarını  görməyə  gələn  gənc  qızlar,  yaxud  mənimlə  əlləşən  səfir 

arvadların  yox,  bütün  o  ayağısürüşkən  elçilər,  katiblər  uydurduğum  qanlı  din  və  vəhşət 

əhvalatlarını,  hərəm  və  eşq  intiriqalarını  heyranlıqla  dinləyirdilər.  Çox  təzyiq  göstərsələr,  elə 

ordaca  tez-bazar  uydurduğum  bir-iki  dövlət  sirrini  qulaqlarına  pıçıldayar,  Sultanın  heç  kəsin 

bilməyəcəyi  qəribə  vərdişlərinin  olduğunu  deyərək  onu  bəzəyirdim.  Daha  çox  məlumat  almaq 

istəyəndə  özümü  qaldırıb dağın  başına qoymaqdan xoşum gəlirdi, elə  görünürdüm  ki,  guya hər 

şeyi deməyəcəyəm, Xocayla bizi oxşatmağa səy göstərən bu axmaqları daha da maraqlandıraraq 

susurdum. Amma bilirdim ki, onlar elm tələb edən böyük və təsirli bir planla, çoxlu pullar tələb 

edən naməlum bir silah hazırlamaq istədiyimi öz aralarında danışırlar. 

Gördüyüm gözəl bədənlərinin xəyalları ilə, içdiyim içkilərin təsiri ilə başılovlu, bu evlərdən, 

saraylardan axşam  evə qayıdanda  görürdüm ki,  Xoca iyirmi ildir işlədiyimi  masanın  arxasında 

oturub işləyir. Onda indiyədək heç vaxt  görmədiyim  qədər sürətlə işləyirdi,  masanın  üstü  başa 

düşə bilmədiyim qəribə şəkillərlə, rəsmlərlə, əsəbi və tələsik əlyazmalarla doldurduğu kağızlarla 

doluydu.  Məndən  istəyirdi  ki,  gün  ərzində  etdiklərimi,  gördüklərimi  ona  danışım,  amma  o  bir 

qədər  sonra  ona  arsız  və  axmaqcasına  təsir  bağışlayan  əyləncələrdən  çimçinərək  sözümü  kəsər 

və “bizlərdən və onlardan” söz salaraq mənə planlarını danışardı. 

Bir  də  yenə  deyirdi  ki?  hər  şey,  beynimizin  içiylə  əlaqəldir,  bütün    planlarını  bununla 

əsaslandırmışdı, beyin adlandırdığımız xırda-xuruşlarla dolu qabın simmetriyasından,  yaxud da 

qarmaqarışıqlığından  həyəcanla  danışırdı,  amma  buna  əsasən  bütün  ümidlərini,  ümidimizi 

bağladığı  o  silahı  hansı  formada  haz;rılayacağını  anlaya  bilmirdim.  Zənn  edirdim  ki,  bunu  nə 

başqa  bir  adam,  nə  də  bəzi  vaxtlar  düşündüyüm  kimi  hətta  özü  belə  başa  düşə  bilməyəcək. 


1   ...   59   60   61   62   63   64   65   66   ...   115


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə