Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7.78 Mb.
PDF просмотр
səhifə59/115
tarix25.04.2017
ölçüsü7.78 Mb.
1   ...   55   56   57   58   59   60   61   62   ...   115

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

324 


saldığımı  hiss  edib  hirsləndi:  O  da  bunu  bilirmiş,  onu  maraqlandıran  həmin  səsin  bu  sözləri 

oxuyub hansı səbəbdən dayanması imiş. Təbii ki,  narahat olduğuma görə demədim, amma açığı 

mən də elə düşünürdüm. 

Eqoist  uşaqlarda  olan  darıxmaq  hissi,  məhz,  bu  cür  nəzərəçarpan,  ya  da  cəfəng 

nəticələrinin  olduğunu  ancaq  özümdə  yox,  qardaşlarımda  da  olduğunu  bilirdim.  Dedim  ki,  bu 

nəqarətin  səbəbini  yox,  mənasını  düşünməlisən.  O  vaxt  ağlıma  gəldi  ki,  bəlkə  də,  bu  daxili 

boşluqda  dəli  ola  bilər,    mən  də  ümidsizliyin  və  qorxaqlığın  sıxıntısından  ona  nəzarət  edərək 

xilas  olardım.  Bəlkə  bu  dəfə  bunu  edərsə,  həqiqətən  də,  ona  heyran  olardım,  bu  ikimizin  də 

həyatında  real  bir  şey  olardı.  Nəhayət,  axırda  dedi:  “Yəni  neyləyim?”.  Niyə  mən  olduğumu 

düşündüyünü soruşdum, amma bunu məsləhət verirəmmiş kimi demədim, mən də ona bu haqda 

kömək  edə  bilməyəcəyim  üçün,  iş  ancaq  onun  özünə  qalırdı.  Zarafatla  dedi:“Yəni  neyləyim, 

aynaya  baxım?”.  Amma  rahat  görünmürdü.  Düşünsün  deyə  susdum.  Təkrar  dedi:  “Aynaya 

baxım?”. Birdən hirsləndim, düşündüm ki, Xoca öz başına heç bir nəticə  əldə edə bilməyəcək. 

İstəyirdim ki, bunu o da bilsin,  istədim ki, mənsiz heç bir şey edə bilməyəcəyini üzünə deyim, 

amma cəsarətim yox idi, yumşaq bir tövrlə dedim ki, aynaya baxsın. Xeyr cəsarətim yox, halım 

yox imiş, hirsləndi, qapını cırpıb gedəndə qışqırdı. Mənə dedi ki, sən axmaqsan. 

Üç  gün  sonra  söhbəti  təkrar  açanda,  sözü  yenə  “olanlara”  gətirmək  istədiyini  görəndə 

oyunu  davam  etdirmək  istədim,  çünki  necə  olursa  olsun,  işin  arxasınca  getməyi  o  məqam  da 

ümidvericiydi.  Onların  –  mənim  ölkəmdəkilərin  aynaya  baxdıqlarını,  həm  də,  burdakılardan 

daha  çox  aynaya  baxdıqlarını  dedim.  Ancaq  kralların,  kraliçaların,  nəsil-nəcabətlilərin  yox,  adi 

insanların evləri də xüsusi qaydada da çərçivələnib, divarlara diqqətlə asılmış aynalarla dolu idi,  

amma  təkcə  bu  səbəbdən  yox,  ancaq  özlərini  düşündükləri  üçün  bu  işdə  uğur  qazanmışdılar. 

Məni təəccübləndirən maraq və saflıqla soruşdu: “Hansı işdə?”. Fikirləşdim ki, dediklərimin hər 

kəlməsinə  inanır,  amma  sonra  gülümsədi:  “Deməli,  səhərdən  axşama  qədər  aynalara  baxırlar”.  

Ölkəmdə qoyub gəldiklərimi birinci dəfəydi ki, ələ salırdı. Hirslə ona toxunacaq bir söz tapmaq 

istədim, düşünməyərək, inanmadan tezcə dedim:  “Nə olduğunu insan ancaq özü düşünə bilər”, 

amma Xocada bu işi görə biləcək cəsarət  yox idi.  Sifətinin istədiyim kimi kədərlə sarsıldığını 

görəndə ləzzət aldım. 

Amma  bu  ləzzət  mənə  baha  başa  gəldi.  Məni  zəhərləyib  öldürməklə  qorxutduğu  üçün, 

onun  göstərə  bilməyəcəyimi  iddia  etdiyim  cəsarəti,  bir  neçə  gün  sonra  göstərməyimi  məndən 

istədiyi üçün belə oldu. Əvvəl işi zarafata bağlamaq istədim, aynalara baxmaq kimi, insanın kim 

olduğunu  özünü  düşünə  bilməyi  də  zarafat  idi,  o  sözləri  onu  hirsləndirmək  üçün  zarafatla 

demişdim,  amma  elə  görkəmindən  də  görünürdü  ki,  bu  sözlərə  inanan  deyil.  Cəsarətimi  isbat 

etməsəm,  məni  yeməyimi  azaltmaqla,  ən  vacibi,  otağa  salıb  qapını  kilidləməklə  təhdid  elədi. 

Düşünüb kim olduğumu kağıza yazmalıydım, bu işin necə edildiyini, nə qədər cəsur olduğumu 

onda görəcəkmiş. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Əvvəlcə  qardaşlarım,  anam  və  nənəmlə  birgə,  Empolidəki  bağ  evimizdə  keçirdiyimiz  o 

gözəl günləri ehtiva edən bir neçə səhifə yazdım. Mənim niyə mən olduğumu izah etmək üçün 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

325 


bu şeylər haqqında yazmağı qarşıma açıq şəkildə məqsəd qoyduğumu bilirdim, bəlkə də, bu hal 

itirdiyim o gözəl günlərə qarşı olan həsrətimdən qaynaqlanırdı, üstəlik, hirslə dediyim o sözdən, 

qəzəbdən  sonra  Xoca  məni  o  qədər  bu  işə  məcbur  eləmişdi  ki,  eynən  indi  etdiyim  kimi, 

təfərrüatlarını  bəyəndirməyə  çalışaraq,  oxucunu  inandıracağım  şeyləri  düşünərək  yazmaq 

məcburiyyətindəydim.  Amma  Xoca  əvvəlcə  yazdıqlarımı  bəyənmədi,  bunlar  hamının  fikirləşib 

yaza  biləcəyi  şeylərimiş,  aynaya  baxıb  düşünərkən  edilənlərin  bunlar  olduğuna  inanmırmış, 

mənim  Xocada  əskikliyini  gördüyüm  cəsarət  hissi  də  belə  ola  bilməzmiş.  Atam  və 

qardaşlarımızla  getdiyim  ov  vaxtı  qarşıma  çıxan  Alp  ayısı  ilə  göz-gözə  gəlib  uzun-uzadı  bir-

birimizə  necə  baxdığımızı  və  öz  atları  tərəfindən  gözümüzün  qarşısında  tapdandıqdan  sonra 

yatağında  ölən  əziz  arabaçımızdan  ötrü  hiss  etdiklərimi  oxuyanda  da  eyni  reaksiyanı  verdi: 

Bunları hamı yaza bilərmiş. 

Bunun haqqında orda hamının etdiyinin bundan fərqli bir şey olmadığını dedim, ilk sözüm 

əsəblə deyilmişdi, şişirtməni, bundan artığını Xoca məndən gözləməməliydi. Amma mənə qulaq 

asmırdı,  otağa  qapadılmaqdan  qorxduğum  üçün  xəyallarımı  yazmağa  davam  elədim.  Beləliklə, 

iki ay içində, bu cür kiçik, amma xatırlanması xoş bir şey olan bir yığın xatirəni kef və əzabla 

təkrarən  xəyalımda  canlandırdım  və  nəzər  saldım,  əsir  düşənə  qədər  yaşadığım  yaxı-pis  nə 

vardısa, hamısını gözümün qarşısına gətirərək bir də yaşadım: Nəticədə başa düşdüm ki, bu işdən  

zövq  alıram.  Artıq  yazmaq  üçün  Xocanın  məni  məcbur  etməyinə  ehtiyac  yox  idi,  yazdığımın 

onun  istədiyi  kimi  olmadığını  hər  dəfə  deyəndə,  daha  əvvəllər  yazmağı  qərarlaşdırdığım  bir 

başqa xatirəyə, bir başqa əhvalata keçirdim. 

Xeyli  müddət  sonra  Xocanın  da  yazdıqlarımı  oxumaqdan  ləzzət  aldığını  görəndə  onu  bu 

işə cəlb etmək üçün müvafiq bir vaxt tapmağı gözlədim. Onu da hazırlamaq üçün, uşaqlığımdakı 

bəzi təcrübələrimdən danışdım: Sonu olmayan yuxusuz bir gecənin qorxusunu, eyni vaxtda eyni 

şeyləri  düşünmə  vərdişini  əldə  etdiyim  cavanlıq  dostlarımdamdan  birinə  qarşı  hiss  etdiyim 

yaxınlığımı,  sonra  onun  ölümünü  mənim  ölümümlə  səhv  salıb  onunla  birgə  basdırılmaq 

haqqındakı qorxumu danışdım: Bunlardan xoşu gələcəyini bilirdim. Bir müddətdən sonra cəsarət 

tapıb yuxularımdan birini danışdım: Ətraflarım bədəndən ayrılaraq qaranlıqda üzü görünməyən 

bir bənzərimlə razılaşır və ikisi mənə qarşı əlbir olurdular. Xoca da o günlərdə o gülünc nəqarəti 

təkrarən  və  daha  tez-tez  eşitdiyini  deyirdi.  Yuxudan  istədiyim  kimi  təsirləndiyimi  görəndə,  bu 

cür  yazının  onun  da  sınaqdan  keçirməli  olduğunu  israrla  dedim.  Həm  bu  bitib-qurtarmayan 

gözləmək  məcburiyyətindən  qurtular,  həm  də  axmaqları  ilə  onu  ayıran  həqiqi  sərhəd  cizgisini 

görərdi. Arada-bir saraydan çağırırdılar, amma ümidverici bir irəliləyiş yox idi, əvvəlcə bir qədər 

nazlandı,  amma  mən  onu  üstələyəndə  maraqla  və  utana-utana  sınayacağını  dedi.  Gülünc 

görünməkdən  qorxduğu  üçün  zarafat  da  etdi:  “Birlikdə  yazdığımız  kimi,  birlikdə  də  aynaya 

baxacağıq?”. 

Birlikdə  yazmaq  deyəndə,  mənim  onunla  eyni  masa  arxasında  oturmaq  fikrim  yox  idi.  O 

yazmağa  başlayanda  tənbəl  kölənin  öz  azadlığına  təkrarən  qayıdacağını  zənn  eləyirdim, 

yanılmışam.  Dedi  ki,  masanın  üzbəüz  tərəflərində  oturub  qarşılıqlı  yazmalıyıq:  Bu  təhlükəli 

mövzular qarşısında tənbəlləşmək istəyən ağıllarmız ancaq bu şəkildə yola gedərmiş, məsuliyyət 

hissini  ancaq  çalışaraq  bir-birimizə  ötürə  bilərdik.    Amma  bilirdim:  bunlar  hamısı  bəhanəydi. 

Tək  qalmaqdan,  düşünəndə  tək  olduğunu  hiss  etməkdən  qorxurdu.  Boş  kağızla  üz-üzə  gələndə 

mənim  eşitdiyim  kimi  mızıldamağa  başlamağından  da  bunu  başa  düşdüm,  istəyirdi  ki,  yazmaq 

istədiklərini  elə  ordaca  təsdiqləməyim.  Bir  neçə  cümlə  qaraladıqdan  sonra  uşaqcasına  bir 

təvazökarlığı  xatırladan  qürur  əskikliyi  və  maraqla  yazdıqlarını  mənə  göstərməyə  başladı. 

Görəsən, bunlar yazmağa dəyərdimi? Təbii ki, onu dəstəkləyirdim. 

Beləliklə,  iki  ay  ərzində  həyatı  haqqında  on  bir  il  ərzində  öyrənə  bilmədiyim  qədər  

məlumat öyrəndim. Sonralar Padşahla getdiyim Ədirnədə yaşayırlarmış. Atası çox tez ölmüşdü,  

simasını elə-belə xatırlayırdı. Anası çalışqan bir qadın idi. Sonra bir də evlənmişdi. İlk ərindən 

bir  qız,  bir  oğlan  uşağı  vardı,  digər  ərindən  dörd  oğlu  olmuşdu.  Bu  adam  yorğançıymış. 

Oxumağa ən çox maraq göstərən uşaq, təbii ki, bu özüymüş. Qardaşlarının içində ən ağıllısının, 

ən bacarıqlısının, ən çalışqanının  və ən güclüsünün də Xoca olduğunu öyrəndim. Ən dürüstləri 

də o imiş.  Bacılarından başqa, digər uşaqları nifrətlə xatırlayırdı, amma bütün bunları  yazmağa 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

326 


dəyib-dəyməyəcəyini  çox  da  bilmirdi.  Bəlkə,  sonralar  bu  üslubu  və  taleyi  özümünkü  hesab 

edəcəyimə görə onu cəsarətləndirirdim. İnsan seçdiyi həyatı sonradan mənimsəyə biləcəyi qədər 

sevməlidi,  elə  sevirdim  də.  Təbii  ki,  qardaşlarının  hamısının  axmaq  olduğunu  düşünürdü,  onu 

ancaq  pul  istəmək  üçün  axtarırdılar,  amma  o  bütün  enerjisini  oxumağa  sərf  edirdi.  Səlimiyyə 

Mədrəsəsinə  qəbul  olunubmuş,    mədrəsəni  bitirmək  üzrə  olanda  üstünə  böhtan  atıblar.  Bu 

problemə  bir  də  qayıtmadı,  qəzəblə  yazdıqlarının  hamısını  cırdı.  O  gecə  çöldə  çox  pis  yağış 

yağırdı.  Sonralar  bir  neçəsini  yaşadığım  o  qorxunc  gecələrdən  ilkiydi.  Məni  çoxlu  təhqir  etdi, 

yazdıqlarının  yalan  olduğunu  deyəndən  sonra,  hamsını  təzədən  yazmağa  girişdi,  mənim  də 

qarşısında oturub yazmağımı istədiyi üçün, iki günümü yuxusuz keçirdim. Mənim yazdıqlarıma 

artıq  gözucu  da  baxmırdı,  masanın  digər  tərəfində  oturur,  xəyal  gücünü  çox  da  zəhmətə 

salmayaraq, eyni şeyləri təkrar-təkrar yazaraq göz ucu da olsa ona baxırdım. 

Bir neçə gün sonra Şərqdən gətirilən o bahalı və təmiz kağızların üstünə, hər səhər “Niyə 

Sən Mənsən” deyə yazmağa başladı. Amma bu başlığın altında digərlərinin niyə o qədər axmaq 

və  alçaldılmış  olduğundan  savayı,  heç  nə  yazmırdı.  Yenə  də  anasının  ölümündən  sonra  ona 

haqsızlıq  edildiyini,  əlinə  düşən  pulla  İstanbula  gəldiyini,  bir  ara  təkkəyə  dadandığını,  amma 

ordakıların hamsını alçaq və saxtakar olduğunu görəndən sonra ayrıldığını öyrəndim.  Bu təkkə 

macərasını bir də danışmağını istədim: onda onlardan xilas olmağının Xocanın həqiqi bir uğuru 

olduğunu  düşünmüşdüm:  Özünü  kənarlaşdıra  bilmişdi.  Bunu  ona  deyəndə  hirsləndi,  murdar 

təəssüratlarını  bir  gün  ona  qarşı  istifadə  etmək  üçün  maraqlandığımı  bildiyini  dedi,  onsuz  da 

indiyə qədər öyrəndiklərim çox idi, bir də əlavə olaraq o cür – kobud səslənən erotik sözlərdən 

birini burda işlətdi, təfərrüatları öyrənmək istəməyim  onu şübhələndirirmişdi,  sonra uzun-uzadı 

bacısı  Səmradan  danışdı.  Onu  yaxşılığını  və  ərinin  pisliyini,  onu  illərdir  görmədiyinə  görə 

çəkdiyi  dərdindən söz açdı,  amma mən bu haqda maraqlananda şübhələndi,  başqa şey danışdı: 

Əlində  qalan  axırıncı  pulu  kitablara  verəndən  sonra  uzun  müddət  oxumaqdan  özgə  bir  şey 

etmədiyini,  sonra  orda-burda  katiblik  işləri  tapdığını,  amma  insanların  nə  qədər  də  namussuz 

olduqlarını  danışırdı  ki,  az  müddət  əvvəl  Ərzincandan  ölüm  xəbərini  aldığımız  Sadiq  Paşanı 

xatırladı. Onu o vaxt tanıyıb, elmlə maraqlandığına görə tez bir zamanda gözünə girib, məktəbdə 

müəllimlik  işini  də  ona  o  tapıb,  amma  əslində  axmağın  biriymiş,  bir  ay  davam  edən  bu  yazı 

işinin axırında,  bir gecə peşman olub bütün yazdıqlarını cırdı. 

Buna  görə  də  onun  yazdıqlarını  və  öz  keçmişimi,  indi  zəkama  söykənərək  yenidən 

düşünəndə  xoşladığım  təfərrüfatlara  qapılmaqdan  heç  də  qorxmurdum.  Sonuncu  dəfə 

həyəcanlanaraq,  “Yaxından  tanıdığım  axmaqlar”    adlı  bir  başlıqda  hissələrə  böldükləri  yazılar 

haqqında nəsə yazdı, amma hirsləndi: Bütün bu yazılar onu heç bir yerə çatdırmamışdı, təzə bir 

şey  öyrətməmişdi,  niyə  mən  olduğunu  indi  də  bilmirdi.  Dediyinə  görə,  mən  onu  aldatmış, 

xatırlamaq istəmədiklərini boş yerə düşündürmüşdüm. Məni cəzalandıracaqdı. 

Onunla  keçirdiyimiz  ilk  günləri  xatırladan  bu  cəza  sözü,  o  günlərdə  onun  fikrində  hansı 

səbəbdən qaldığını bilmirəm. Bəzən, düşünürdüm ki, sözə qulaq asan sakit bir qorxaq olduğum 

üçün  onu  daha  da  cəsarətləndirirəm.  Yenə  də  cəzadan  söz  salanda  bu  dəfə  müqavimət 

göstərməyə qərar verdim. Xoca bunları xatırlatmaqdan əməllicə bezəndə bir müddət evin içində 

var-gəl  elədi.  Sonra  təkrar  mənim  yanıma  gəldi  və  əsl  düşündüklərini  yazmağın  vacibliyini 

vurğuladı: Aynaya baxanda insan öz görünüşünü necə seyr edirsə, öz düşüncəsinin də daxilinə 

baxaraq özünü seyr edə bilər. 

Bənzətmənin  ifadə  etdiyi  parlaq  məna  məni  də  həyəcanlandırdı.  Tez,  masanın  araxasında 

üzbəüz  oturduq.  O  anda    ağlıma  şəxsiyyətimə  xas  olan  həmin  xüsusiyyətim  gəldiyinə  görə, 

utancaqlığım  haqqında  olan  uşaqlıq  xatirəmi  yazmağa  başladım.  Yenə  başqalarının  pisliyindən 

giley-güzar edən Xocanın yazdıqlarını oxuyanda, ağlıma o an vacib olduğuna inandığım bir fikir 

gəldi və dedim: Xoca da öz pisliklərini yazmalıydı. O vaxt mənim yazdıqlarımı oxuduğuna görə 

mənə  qorxaq  olmadığını  dedi.  İnkar  etdim,  bəli,  qorxaq  deyildi,  amma  hər  insan  kimi,  əlbəttə, 

onun  da  mənfi  xüsusiyyətləri  vardı,  onları  aşkarlayarsa,  həqiqi  mənini  tapacaqdı.  Mən  elə 

etmişdim, o da mənim kimi olmaq istəyirdi, bunu bildiyimi deyəndə gördüm ki, hirsləndi, amma 

özünün  saxladı,  səviyyəsini  saxlamağa  çalışaraq  dedi:  Pis  olan  özgələri  idi,  əlbəttə,  hamı  pis 

deyildi, hər şey digər adamların çoxunun yarımçıq və bədxah olduqları üçün  belə səhv idi. Buna 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

327 


əlavə  olaraq  pis,  həm  də  çox  pis xüsusiyyətləri  olduğunu,  bunun  özünün də  bilməyinə  ehtiyac 

olduğunu deyərək ona qarşı çıxdım. Kobudcasına əlavə etdim ki, Xoca məndən də pis adamdı. 

Beləliklə,  o  gülünc,  qorxunc  və  əzazil    günlər  başladı!  Məni  stula  bağlayıb  masamın 

arxasında oturdandan sonra qarşıma keçir, mənə əmr edirdi ki, istədiyi şeyi yazım, amma artıq 

bunu  nə  olduğunu  özü  də  bilmirdi.  Fikrində  həmin  bənzətmədən  özgə  bir  şey  yox  idi:eynən 

aynada  xarici  görkəminə  baxdığın  kimi,  insan  düşünərək  beyninin  içini  də  nəzərdən  keçirə 

bilərmiş.  Mən də bunu edə bilirəmmiş, amma sirrini guya ondan gizlədirəmmiş. Xoca qarşımda 

oturub  bu  sirri  yazmağımı  gözləyərkən,  mən  qarşımdakı  kağızların  öz  pisliklərimin  şişirdilmiş 

əhvalatları  ilə  doldururdum:  Uşaq  vaxtı  olan  kiçik  oğurluqlarımı,  qısqanclıqdan  dediyim 

yalanları,  özümü  qardaşımdan  daha  çox  istətmək  üçün  bicliklə  həyata  keçirdiyim  fırıldaqları, 

gəncliyimin  cinsi  günahlarını  şişirdə-şişirdə  və  ləzzətlə  yazırdım.  Xoca  onları  maraqla  və  məni 

təəccübləndirən  qəribə  bir  həzz  və  qorxuyla  oxuyandan  sonra  mənə  daha  da  hirslənir,  artıq 

həddini  bilmədiyi  işgənələri  daha  da  artırırdı.  Bəlkə  də,  sahib  çıxacağını  hiss  etdiyi  keçmişin 

pisliklərinə  tab  gətirə  bilmədiyi  üçün  üsyan  eləyirdi.  Əməlli-başlı  vurmağa  başlamışdı.  Bir 

günahımı  oxuyandan  sonra    “namussuz”  deyərkən  zarafatla  qarışıq  qəzəblə  kürəyimə  yumruq 

vururdu, özünü saxlaya bilməyib bəzən şillə də vururdu. Saraydan lap az çağrıldığına, məndən 

və  özündən  başqa  baş  qatacaq  heç  nə  tapmayacağına  artıq  özünün  inandırdığına  görə,  bunları  

sadəcə  məşğulət  üçün  edirdi.  Amma  pisliklərimi  oxuduqca  və  uşaqcasına  olan  cəzalarını 

artırdıqca  qəribə  bir  güvən  hissinə  aludə  olurdum:  ilk  dəfə  onu  ələ  aldığımı  düşünməyə 

başlamışdım. 

Bir  dəfə  əməllicə  əzab  verəndən  sonra  gördüm  ki,  mənə  yazığı  gəlir.  Bu  duyğu  insanın 

özüylə,  demək  olar  ki,  bərabər  görmədiyi  bir  adama  qarşı  olan  bəyənməməzliyi  idi,  belə 

olmasını,  artıq  mənə  nifrətsiz  baxa  bilməməyindən  başa  düşürdüm.  Dedi  ki,  artıq  heç  nə 

yazmayaq. Sonra isə fikrinə düzəliş verdi: “istəmirəm ki, yazasan”, çünki həftələrdir mən mənfi 

xüsusiyyətlərimi  yazanda  o  ancaq  baxırdı.  Getdikcə  daha  da  dərin  məyusluğa  qərq  olan  evdən 

çıxıb  gəzintiyə,  bəlkə  də,  Gəbzəyə  getməli  olduğumuzu  dedi.  Astronomiya  ilə  bağlı 

tədqiqatlarına  təkrar  başlayacaqdı,  qarışqaların  həyatı  haqqında  daha  ciddi  bir  risalə  yazmağı 

düşünürdü. Mənə olan hörmətini tamamilə itirmək üzrə olduğunu görərək, qorxdum və marağını 

daha  da  cəlb  etmək  üçün  özümü  ən  ağır  şəkildə  aşağılayan  bir  əhvalat  uydurdum.  Sevgi  və 

ləzzətlə  yazdıqlarıma  Xoca  heç  hirlənmədi  də,  təkcə,  bu  qədər  pis  bir  insan  olmağa  necə 

dözdüyümə təəcccüb eləyir, bilirdim. Bəlkə də, o vaxt  bir dəfəlik özü olaraq qalmağa razıydı. 

Əlbəttə,  bu  işdə  bir  oyun  olduğunu  çox  yaxşı  bilirdi.    O  gün  onunla  adam  yerinə  qoyulmayan 

saray  təlxəyi  kimi  danışdım,  getdikcə  artan  marağını  dürtmələməyə  çalışdım:  Mənim  elə  adam 

olduğuma  inanmaq  üçün  Gəbzəyə  getməmiş,  son  dəfə,  özü  də  öz  pisliklərinə  aid  nəsə  yazsa, 

guya nə itirərdi ki! Üstəlik yazdıqlarının doğru olduğuna, ya da yazdıqlarına kiminsə inanmağına 

ehtiyac  yox  idi.  Bunu  edərsə,  mənim  və  mənə  oxşayan  adamların  necə  adam  olduğunu 

anlayacaqdı:  bu  məlumat  nə  vaxtsa  karıma  gələ  bilərdi!  Nəhayətdə,  marağına  və  mənim 

boşboğazlığıma  qarşı  dirənməyib,  səhəri  gün  sınayacağını  dedi.  Təbii,  bunun  mənim  axmaq 

oyunlarıma aldandığı üçün deyil, özü elə istədiyi üçün elədiyini deməyi də unutmadı. 

Səhəri  gün  köləliyimin  ən  yaxşı  günü  oldu.  Artıq  məni  stula  da  bağlamırdı,  amma  bütün 

günümü  yavaş-yavaş  başqa  bir  insana  çevrildiyini  ləzzətlə  gözləmək  üçün  qarşısında  oturaraq 

keçirirdim. Gördüyü işə əvvəlcə o qədər inanırdı ki, gülünc məna kəsb edən  “Mən niyə mənəm” 

ifadəsini  səhifəni  üstünə  yazmağa  belə  üşəndi.  Sonra  əyəyləncəli  bir  yalan  axtaran  balaca 

zarafatcıl  uşağı  inamına  ehyam  vurdu:  hələ  də  öz  sağlam  dünyasının  olduğunu  ötəri  baxmaqla 

görürdüm.  Amma  həmin  boş    inam  hissi  çox  davam  etmədi.  Mənə  ünvanlalan  bir  göstərişlə 

qeyzləndiyi  o  qondarma  günahkarlıq  hissi  də  çox  davam  eləmədi.  Az  vaxt  ərzində  ciddi  zənn 

edilən zarafat təşvişə, oyun həqiqətə çevrildi: yalandan da olsa özümü günahkar kimi göstərmək 

Xocanı qeyri-adi dərəcdə qorxudurdu. Yazdığını mənə göstərməmiş tez qaraladı. Amma neyləsə 

də,  maraq  hissi  ürəyinə  girmişdi,  məndən  də  utanırdı,  davam  elədi.  Əslindəsə,  ağlına  gələn  ilk 

şeyi edib masadan qalxsaydı, bəlkə də, rahatlığını pozmaqdan da xilas olardı. 

Sonrakı saatlarda yavaş-yavaş gördüm ki, daxilən çökür. Özünü günahlandıran nəsə yazır, 

sonra  yazdıqların  mənə  göstərməmiş  cırır,  hər  dəfə  özünə  olan  inamını  və  hörmətini  daha  da 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

328 


itirmiş  şəkildə,  amma  yazmağa  itirdiklərini  tapmaq  ümidi  ilə  təkrar  başlayırdı.  Mən  o 

pisliklərinin  etiraflarını,  qaranlıq  çökdüyü  zaman  oxumaq  üçün  istədiyim  o  yazıların  bir 

kəlməsini  də  görə  bilməmişdim,  hamısı  cırılıb  atılmış,  Xocanın  da  gücü  tükənmişdi.  Bunun 

çirkin  və  bir  axmaq  oyunu  olduğunu,  məni  təhqir  edərək  qışqıra-qışqıra  deyəndə,  özünə  olan 

inamı o qədər zəif idi ki, hətta ona həyasızcasına cavab verdim: o qədər kədərlənməməyini, pis 

olmağa vərdiş edəcəyini dedim. Bəlkə də, evdən mənim baxışlarıma dözə bilmədiyi üçün çıxıb 

getdi, gecə çox gec qayıtdı, üstünə hopmuş qoxudan başa düşdüm, ehtimal etdiyim kimi: o evə, o 

bayağı qadınlarla yatmağa gedib. 

Səhəri  gün  günortadan  sonra  onu  işə  başlamağa  fitvalamaq  üçün  Xocaya  belə  kiçik 

oyunlara  qarşı  zəiflik  göstərməyəcək  qədər  güclü  olduğunu  dedim.  Bu  işi  vaxt  keçirmək  üçün 

deyil,  bir  şey  öyrənmək  üçün  edirdik,  işin  məqsədi  axmaq  dediyim  adamların  niyə  belə 

olduqlarını bilmək idi. Bir-birimizi tam tanımaq kifayət qədər maraqlı bir şey deyildimi? İnsanın 

ən kiçik təəssüratına qədər tanıdığı bir adamın təsirinə, qorxulu bir yuxunu xoşladığı kimi aludə 

ola biləcəyini bildirdim.  

Saray  əhlinin  təlxəkliklə  ciddi  saydığı  bu  sözlərimə  görə  yox,  daxili  aləminin  inamı  ilə 

yenə  də  masa  arxasına  keçdi.  Axşam  masadan  qalxanda,  özünə  əvvəlki  günkindən  də  az 

güvənirdi. Gecə yenə qadın yanına getdiyini görəndə ona yazığım gəldi. 

Beləliklə,  hər  səhər,  özünü  o  gün  yazacağı  pisliklərdən  daha  yüksək  tuta  biləcəyini  zənn 

edərək,  bir  gün  əvvəl  itidiklərini  qazanmaq  ümidi  ilə  masa  arxasına  keçir  və  axşam  əlindən 

yarımçıq qalanların bir  hissəsini masada qoyaraq qalxırdı. Artıq özünə xor baxdığı  üçün mənə 

xor  baxmırdı,  onunla  keçən  ilk  günlərimdə  yanılaraq  zənn  etdiyim  bərabərlik  hissini,  nəhayət, 

əldə  etdiyimi  düşünürdüm,  bundan  çox  məmnun  idim.  Mənimçün  narahat  olduğuna  görə 

masanın  digər  tərəfində  oturmağıma  ehtiyac  olmadığını  da  demişdi,  bu  da  yaxşı  bir  hal  idi, 

amma  illərdir  cəmlənən  qəzəbim  məndə  qarşısıalınmaz  nifrət  hissi  tərbiyə  etmişdi.  İntiqamımı 

almaq, hücuma keçmək istəyirdim, onun kimi mən də tərəzinin gözünü əymişdim: Xocanı özünə 

qarşı bir qədər də şübhəyə sala bilsəm, məndən qoruyaraq gizlədiyi etiraflarınının bir hissəsini 

diqqətlə  oxuyub  onu  alçaltsam,  mənə  elə  gəlirdi  ki,  artıq  həm  kölə,  həm  də  evin  ən  pis  insanı 

mən yox, o olacaqdı. Onsuz da bunun işarələri də artıq mövcud idi. Aradabir onu ələ saldığımı 

bilmək üçün bunu tam mənada yəqinləşdirmək istədiyini bilmirdim, özünə güvənməyən bütün o 

zəif insanlar kimi məndən dəstək gözləyirdi, artıq xırda məişət mövzularında mənim fikrimi daha 

çox öyrənirdi: hər şey qədərindəydimi, başqasına verdiyi cavab yaxşıydımı, xəttini bəyənirdimmi 

və  yaxud  nə  düşünürdüm?  Ümidsizliyə  qapılıb  oyunu  yarımçıq  qoymasın  deyə  bəzən  özümü 

alçaldırdım  ki,  rahatlaşsın.  “Ay  səni”  deyən  nəzərlə  baxır,  amma  artıq  yumruq  vura  bilmirdi, 

bilirdim ki, özünün də yumruğa layiq olduğunu fikirləşir. 

Özünü  bu  qədər  alçaltmasına  rəvac  verən  o  etirafların  nədən  ibarət  olduğunu  bilmək 

istəyirdim. O günlərdə, öz-özümə də olsa onu alçaltmağa vərdiş elədiyim üçün etirafların bir növ 

bəsit,  adi  şeylərdən  ibarət  olduğunu  düşünürdüm.  İndi  keçmişini  inandırıcı  etmək  üçün  bircə 

sətrini  də  oxuya  bilmədiyim  bu  etiraflardan  bir-ikisini  təfərrüfatı  ilə  xəyalımda  canlandırmaq 

istəyəndə,  taleyimin  və  xəyalımda  canlandırdığım  həyatımın  gedişatını  pozmayan  və  Xocaya 

yaraşan  pisliyi  heç  cür  tapa  bilmirəm.  Amma  mənim  vəziyyətimdə  olan  bir  adamın  özünə 

təzədən inanacağına ümid eləmirəm.  Yəqin,  Xocaya fərqində  olmadan bir şey icad  etdirdiyimi, 

özünün  və  oxşarlarının  çox  da  dəqiq  və  aydın  olmasa  da,  zəif  nöqtələrini  aşkarladığımı 

demişdim. Yəqin, təkcə onun deyil, digərlərinin də külünü havaya sovuracağım günlərin çox da 

uzaq  olmadığını  düşünmüşdüm;    pis  insan  olduqlarını  faş  edəcək,  onları  çökdürəcəkdim: 

Zənnimcə,  əsərimi  oxuyanlar  Xocanın  məndən  öyrəndiyi  qədər  mənim  də  ondan    öyrənməli 

olduğumu  artıq  başa  düşürlər!  Bəlkə  də,  indi  insan  yaşlaşanda  bu  uyğunluğu  əsərlərdə  də 

axtardığı üçün belə düşünürəm. İllərdir toplanan kinimin həyəcanı ilə coşmuşam. Xocaya özünü 

əməlli-başlı təhqir etdirdikdən sonra da buraxılış kağızımı həyasızca istəyəcəkdim. Cıqqırını da 

çıxarmadan  məni  azad  edəcəyini  düşünür,  ölkəmə  qayıdanda  sərgüzəştlərimin  və  türklər 

haqqında yazacağım kitabların detallarını düşünürdüm. Ölçü hissini necə də asan itirirdim? Bir 

səhər mənə gətirdiyi xəbər hər şeyi dəyişdirdi. 

1   ...   55   56   57   58   59   60   61   62   ...   115


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə