Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7.78 Mb.
PDF просмотр
səhifə57/115
tarix25.04.2017
ölçüsü7.78 Mb.
1   ...   53   54   55   56   57   58   59   60   ...   115

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

314 


Ulduzlar asılmış şəffaf kürələrin nizamsızlığından danışırdı, bəlkə də, onları orda saxlayan başqa 

bir şey vardı, görünməyən hansısa güc, cazibə qüvvəsi, bəlkə də, Günəş kimi bir şey. Dünyanın 

da başqa bir şeyin ətrafında fırlandığını iddia elədi, bəlkə də, bütün ulduzlar, bizim varlığından 

xəbərdar olmadığımız başqa bir kürənin ətrafına fırlanırdı. Daha sonra Ptolomeydən daha geniş, 

daha  əhatəli  düşünəcəyini  bildirdi,  çox  ətraflı,  kosmoqrafiya  üçün  tədqiq  olunmamış  bir  yığın 

ulduza diqqətlə baxdı,  bəlkə də mərkəz Venera idi, amma bu fikirlərdən də tez bezdi. Sonralar 

indiki  problemin,  bu  yeni  düşüncələri  ortaya  atmaq  üçün  deyil,  ulduzları  və  hərəkətlərini 

burdakılara    bildirmək  üçün  olduğunu,  bu  işə  birinci  Paşadan  başlayacağını  deyirdi  ki,  Sadiq 

Paşanın  Ərzuruma  sürgün  olunduğunu  eşitdik.  Deyilənlərə  görə  uğursuz  bir  qruplaşmaya 

qoşulmuşdu.  Paşanın  sürgündən  qayıdacağını  gözlədiyimiz  illərdə  Boğazdakı  axıntının 

səbəbindən  yazmalı  olduğu  risalə  üçün  aylarla  Boğazın  arxa  tərəfinə,  iliklərimizə  işləyən 

küləkdə  dənizin  axınını  seyr  edərək  və  vadilərdə  əlimizdəki  qablarla  Boğaza  tökülən  suyun 

temperaturunu və axıntısını ölçməyə çalışaraq gəzindik. 

Paşanın  xahişi  ilə  onun  işini  görmək  üçün  gedib  üç  ay  qaldığımız  Gəbzədə  məscidlər 

arasındakı namaz vaxtlarındakı uyğunsuzluq, Xocanın ağlına tamam başqa bir fikir saldı: namaz 

vaxtlarını göstərən qüsursuz bir saat hazırlayacaqdı. Masa adlanan əşya haqqında ona həmin vaxt  

başa saldım, ölçülərini verərək dülgərə hazırlatdırdığım əşyanı müsəlla daşına oxşadırdı, deyirdi 

ki,  uğursuz  bir  şeydi,  amma  sonra  oturacaqlara  da,  stola  da  vərdiş  elədi,  belə  daha  yaxşı 

düşündüyünü  və  yazdığını  da  dedi.  Namaz  vaxtları  üçün,  günəşin  fırlanma  periyoduna  uyğun 

elliptik  dişlər  hazırlamaq  üçün  İstanbula  qayıdanda,  masamız  da  eşşəyin  üstündə  arxamızca 

gəlirdi. 

İkimiz  birgə  masada  əyləşib  işlədiyimiz  o  aylarda,  Xoca  dünyanın  kürə  formasında 

olmasına görə, gündüzlə gecə arasında böyük zaman fərqi olan soyuq ölkələrdə, namaz və oruc 

vaxtlarının necə müəyyənləşdiriləcəyini anlamağa çalışırdı. Başqa bir sual da, Məkkədən başqa 

hansı  tərəfə  dönsə  də,  insanın  qibləyə  baxa  bilməsi  üçün  başqa  bir  yerin  mövcud  olub-

olmamasıydı.  Daxilən  yuxarıdan-aşağı  baxdığı  bu  problemlərlə  maraqlanmadığımı  gördükcə, 

Xoca mənə ciddi adam kimi baxmırdı, amma o vaxtlar düşünürdüm ki, mənim üstünlüyümü və 

fərqliliyimi  başa  düşür,  bəlkə  də,  o  da  mənim  bunu  anladığımı  fikirləşdiyinə  görə  əsəbiləşirdi. 

Uzun-uzadı elmdən danışdığı kimi, zəkadan da danışırdı, Paşanı, İstanbula qayıtdığı vaxt planları 

ilə daha da təkmilləşdirdiyi və bir modelə, başadüşülən bir vəziyyətə salacağı yeni kosmoqrafiya 

sistemi  ilə,  yeni  saatla  öz  təsiri  altına  salacaqdı,  bununla  da  tərəqqi  meyillərini,  öz  ürəyindəki 

marağı hamıya yoluxduraraq özündən uzaqlaşdıracaqdı. Bunu ikimiz də bilirdik. 

 

 

 

 

 

 

O  günlərdə  saatın  hər  həftə  yox,  ən  azından    hər  ay  qurulub  zəng  çalmağını  nizamlayan 

daha  böyük  dişli  mexanizmanı  necə  düzəldə  bilərəm  deyə  düşünürdü,  belə  bir  dişli  dəsti 

hazırlayandan  sonra,  ildə  bir  dəfə  namaz  vaxtı  qurulan  saatı  hazırlamağı  da  fikirləşirdi,  bütün 

problem də bu böyük saatın qurulma vaxtlarının arasındakı zaman məsafəsinin artdıqca artan və 

ağırlaşan dişlərini hərəkətə gətirə biləcək qüvvəni necə tapmaqda idi, elə tapacağını düşünürdü 

ki, saraydakı dostlarından Paşanın Ərzurumdan qayıtdığını öyrəndi. 

Səhəri gün Paşanı təbrik etməyə  getdi. Qonaqların qələbəliyi içində, Paşa, Xocayla, onun 

kəşfləri ilə maraqlanmış, hətta məni də soruşmuşdu. O gecə saatı söküb-söküb yenidən qurduq. 

Dünya  modelinin  orasına-burasına  nələrisə  əlavə  etdik,  əlimizdəki  fırçalarla  ulduzlara  boya 

sürtdük.  Xoca ona qulaq asanları təsirləndirmək üçün və poetik bir dillə qələmə alıb əzbərlədiyi 

mətndən parçaları mənə oxudu. Səhərə yaxın ulduzların fırlanma məntiqinə bağlı olan bu mətni 

həyəcanını  azaltmaq  üçün  təzədən  tərsinə  oxudu.  Sonra  çağırtdırdığı  arabaya  alətlərimizi 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

315 


yükləyib  Paşanın  evinə  getdi.  Aylardır  evi  dolduran  saatın  və  modelin  tək  atlı  arabanın  yük 

yerində az yer tutmağına təəccüblə baxdım. Axşam çox gec qayıtdı. 

Alətləri həyətinə qoyandan və Paşa bu qəribə şeyləri zarafatla, həm də çox da bəyənmədən 

və  zəhmli  bir  qocanın  soyuqluğuyla  baxandan  sonra,  Xoca  əzbərlədiyi  mətnləri  ona  oxuyub. 

Paşa  da  məni  xatırlayıb,  illər  sonra  paşdşahın  da  deyəcəyi  bu  sözləri  deyib:  “O  öyrətdi  sənə  

bunları?” İlkin reaksiyası ancaq bu olub. Xoca isə Paşanı daha da təəccübləndirən bir reaksiya 

verib:  “KİM?”.  Amma  sonra  tezcə  söhbətin  məndən  getdiyini  başa  düşüb.  Paşaya  mənim 

oxumuş bir nadan olduğumu deyib. Bunları mənə danışanda mənimlə maraqlanmırdı, fikri hələ 

də  Paşanın  imarətində  olan  hadisələrdə  idi.  Sonra  israrla  hamısının  öz  kəşfi  olduğunu  deyib, 

amma Paşa ona inanmayıb, sanki bir günahkar axtarırmış və o günahkarın da çox istədiyi Xoca 

olmağına ürəyi heç cür razı olmurmuş. 

Beləliklə,  ulduzlar  haqqında  danışmaq  əvəzinə  məndən  danışıblar.  Xocanın  bu  mövzuda 

danışmaqdan  çox  da  xoşu  gəlmədiyini  anlayırdım.  Beləliklə,  sakitlik  olub,  Paşanın  da  diqqəti 

ətrafındakı digər qonaqlara gedib. Axşam yeməyində Paşa ulduzlardan və kəşflərindən danışmaq 

üçün  yenə  söz  salarkən  Paşa  mənim  üzümü  xatırlamağa  çalışdığını,  ancaq  gözünün  qabağına 

Xocanın  üzünün  gəldiyini  deyib.  Süfrə  arxasında  başqaları  da  əyləşibmiş,  insanların  qoşa 

yaradıldığı haqda cəfəngiyyat başlamış, bu mövzuda şişirdilən örnəklər xatırlanmış, anaların bir-

biri ilə səhv saldığı əkiz qardaşlardan, bir-birini görən kimi qorxan, amma sehrlənmiş sayaq bir-

birlərindən heç vaxt ayrılmayan, günahsızları əvəzləyən quldurlardan danışıblar. Yemək qurtarıb 

qonaqlar evə gedərkən Paşa, Xocadan xahiş edib ki, qalsın. 

Xoca  təzədən  danışmağa  başlayanda  əvvəl-əvvəl  Paşa  çox  əylənirmiş,  hətta  çox  da  başa 

düşülməyən bir sıra qarışıq məlumatlarla kefi yenidən pozulduğu üçün məmnun deyilmiş, amma 

sonra Xocanın əzbərdən oxuduğu mətni üçüncü dəfə dinləyəndən  və modelimizdəki dünyanın 

və  ulduzların  bir  neçə  dəfə  gözünün  qarşısında  fır-fır  fırlandığını  görəndən  sonra,  sanki  nəyisə 

başa düşüb,  ən azından,  məlum-naməlum bir maraq hiss edib  və Xocanın danışdıqlarına qulaq 

asmağa başlayıb. O vaxt Xoca ulduzların hər kəsin zənn elədiyi kimi elə yox, belə fırlandığını 

həyəcanla təkrarlayıb. Ən axırda Paşa deyib: “Yaxşı, başa düşdüm, elə də ola bilərlər, niyə də elə 

fırlanmasınlar ki?”. Onda Xoca susub. 

Fikirləşdim  ki,  yəqin,  uzun  müddət  sakitlik  olub.  Pəncərədən  çölə,  Xaliçin  qaranlığına 

baxan Xoca dilləndi. “Niyə dayandı, niyə başqa şey demədi?”. Bu sualın cavabını mən də belə 

bilirdim:  bəlkə,  gələcəkdə  gediləcək  o  yer  haqda  Xocanın  bir  fikri  vardır  deyə,  düzü, 

şübhələnirdim, amma o da bir şey demədi. Sanki hamının ona oxşamağından narahatlıq duyurdu. 

Paşa  daha  sonra  saatla  maraqlanıb,  içini  açdırıb  dişlərinin,  mexanizmin,  ağırlığının  hansı  işə 

yaradığını  soruşub.  Sonra  qaranlıq  və  qorxulu  bir  ilan  yuvasını  qurdalayan  kimi,  qorxa-qorxa 

barmağını  tıqqıldayan  alətin  içinə  soxub  və  çəkib.  Bu  vaxt  Xoca  saat  qüllələri  haqqında  və 

hamının  eyni  vaxtda  qılacağı  namazın  gücündən  danışırmış  ki,  birdən  Paşa  şiddət  göstərərək 

deyib: “Ondan xilas ol.  İstəyirsən zəhərlə, istəyirsənsə də  azad ol.  Rahatlaşarsan”. Yəqin  onda 

qəfil  qorxu  və  ümidlə  Xocaya  baxmışam.  Onların  məni  işin  məqsədini  bilənə  qədər  azad 

etməyəcəklərini də dedi.  

Fərqinə varmalı olduğum şeyin necə bir şey olduğunu soruşmadım. Bəlkə də, Xocanın da 

bunu  bilmədiyini  öyrənməkdən,  intuisiyamın  gücüylə  qorxurdum.  Sonra  başqa  şeylərdən 

danışıblar,  Paşa  qaşqabağını  töküb  qarşısındakı  detallara  istehza  ilə  baxırmış,  Paşanın  yenə  də 

maraqlanacağını ümidlə gözləyən Xoca, artıq çox da istənilmədiyini bilə-bilə axşamdan  sonra 

Paşanın  mülkündə  qalıb.  Sonra  alətlərini  arabaya  yüklətdirib.  Arabanın  qaranlıq  və  səssiz 

döngədəki bir evdə olduğunu və yatağında yatamayan bir adam haqqında düşündüm: Təkərlərin 

gurultulu səsi arasında iri saatın tıqqıltısını eşidir və maraqlanırdı.  

Xoca  gün  işıqlanana  qədər  otaqda  qaldı.  Sönən  şamın  təzəsini  yandıracaqdım,  qoymadı. 

İstəyirdi ki, nəsə deyim, fikrini bildiyim üçün dilləndim: “Paşa başa düşəcək”. Bunu qaranlıqda 

olanda  dedim,  bəlkə,  inanmadığımı  o  da  bilirdi,  amma  bir  qədər  sonra  cavab  verdi:  Bütün 

müəmma Paşanın inandığı o zamanın sirrini faş etməkdədi. 

İlk  fürsətdə  bu  sirri  çözmək  üçün  Paşanın  yanına  getdi.  Bu  dəfə  Paşa  onu  sevinclə 

qarşılayıb.  Olanları,  yaxud  da  niyyətlərini  başa  düşdüyünü  deyib.  Xocanın  könlünü  alandan 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

316 


sonra  silah  hazırlamaq  üçün  məsləhət  verib  ona.  “Düşmənlərimizə  dünyanı  zindan  edəcək  bir 

silah”.  Belə  deyib,  amma  bu  silahın  necə  bir  silah  olacağını  deməyib.  Elmə  olan  marağını  bu 

sahəyə  yönləndirərsə,  bax  bu  vaxt  Paşa,  Xocanı  dəstəkləyərmiş.  Evdə  açıb  saydıq,  on  yeddi 

dənəydi, qəribə rəqəm idi. Padşahı, Xocanın dinləməyə vadar edəcəyini bu kisəni verəndən sonra 

deyib.  Deyib  ki,  uşaq  belə  şeylərə  maraq  göstərir.  Nə  mən,  nə  də  asanca  ümidlənən  Xoca  bu 

sözdən həvəsləndik, amma bir həftə sonra xəbər gətirdilər. Paşa bizi, məni də, bəli, iftardan sonra 

kürsüyə çıxaracaqmış. 

Hazırlıq kimi Xoca, Paşaya oxuduğu mətni doqquz yaşındakı bir uşağın anlayacağı şəkildə 

dəyişdirərək əzbərlədi. Amma fikri nəyə görəsə Paşdşahda yox, Paşada və onun hansı səbəbdən 

sakitləşməyində  idi.  Bir  gün  bunun  sirrini  kəşf  edəcəkmiş.  Paşanın  hazırlatmaq  istədiyi  silah 

necə  bir  şey  ola  bilərdi?    Mənim  deməyə,  demək  olar  ki,  sözüm  qalmamışdı,  özü  tək  işləyirdi. 

Xoca  gecənin  yarsına  qədər  otağına  qapanarkən,  mən  artıq  ölkəmə  nə  vaxt  qayıdacağımı  belə 

düşünmədən,  axmaq  bir  uşaq  kimi,  pəncərəmin  qabağında  boş-boş  oturub  xəyal  qururdum: 

Masanın arxasında oturub çalışan, Xoca yox mənəm, istədiyim vaxt istədiyim yerə gedə bilərəm. 

Axşamüstü  məmulatlarımızı  arabaya  yükləyib  saraya  getdik.  Artıq  İstanbul  küçələrini 

xoşlayırdım,  görünməyən  adam  olduğumu,  onların,  bağçadakı  iri  çinar,  şabalıd  və  palıd 

ağaclarını arasından xəyal kimi keçdiyimi düşündüm. Avadanlıqları, başqa adamların da köməyi 

ilə göstərdikləri yerdə- ikinci həyətdə qurduq. 

Padşah  boyu  başına  görə  qısa,  qırmızı  yanaqlı  sevimli  bir  uşaq  idi.  Avadanlıqları  öz 

oyuncaqları  kimi  əlləşdirirdi.  Onunla  həmdəm  və  dost  olmaq  istədiyimi  o  vaxtmı,  yoxsa  çox 

sonra, on beş il sonra təkrar qarşılaşdığımız zamanmı düşündüyümü indi dəqiq bilmirəm, amma 

ona  haqsızlıq  etməməli  olduğumu  o  an  hiss  etdim.  O  vaxt  həyəcanlanır,  Padşahın  ətrafındakı 

adaçlar  da  maraqla  onu  gözləyirdi.  Nəhayət,  başlaya  bildi,  hekayəsinə  təptəzə  şeylər  əlavə 

edibmiş:  Ulduzlardan  idrakı  olan  canlı  varlıqlar  kimi  danışdı,  geometrik  və  ariometrik  sistemə 

uyğun  olan  və  bu  uyğunluğu  bildiklərinə  görə  də  nizamla  fırlanan  cazibəli,  sirli  varlıqlara 

bənzətdi  onları.  Arada  bir  başını  qaldıraraq  göyə  heyranlıqla  baxan  uşağın  təsirləndiyini 

gördükcə  coşurdu.  Budur,  üstündə  asılı  qalaraq  ulduzların  fırlandığı  şəffaf  kürələri  burda 

göstərmişdi,  baxın,  Venera burdaydı və beləcə fırlanırdı,  burada duran nəhəng şey də Ay idi və 

deməli, o da, yerini başqa cür dəyişirdi. Xoca ulduzları fırlatdıqca modelə bağlı zəng xoş səsi ilə 

çalınır,  kiçik  Padşah  qorxaraq  bir  addım  geriləyir,  sonra  cəsarətini  toplayıb  zınqıldayan 

avadanlığa sehrli bir qutuya yaxınlaşan sayaq yaxınlaşıb anlamağa çalışırdı. 

İndi  xatirələrimi  ümumiləşdirib  özümə  bir  keçmiş  uydurmağa  çalışarkən,  bunun  

uşaqlığımda dinlədiyim nağıllara, o nağıllara şəkil çəkən rəssamlara uyğun bir xoşbəxtlik tablosu 

olduğunu  düşünürdüm.  Bircə  torta  bənzəyən  qırmızı  damlı  evlərlə,  tərsinə  çevriləndə  qar 

yağdıran o şüşə kürələr əksik idi. Sonra mən-uşaq soruşmağa, Xoca da cavab verməyə başladı. 

Bu  ulduzlar  havada  necə  elə  dayanırdılar?  Şəffaf  kürələr  asılıydılar.  O  kürələr,  görəsən, 

nədən  hazırlanmışdı?  Onları  şəffaflaşdıran  şəfaf  bir  maddədən  hazırlanmışdı.  Bir-birlərinə 

toxunmurdular?  Xeyr, maketdəki kimi qatqat idilər. O qədər ulduz vardı, bəs nəyə görə o qədər 

kürə  yox idi? Çünki  onlar çox uzaqdaydılar. Nə qədər çox? Çox, lap çox! Digər ulduzların  da 

fırlandıqca çalınan zəngləri var idimi? Xeyr, onu zəngli ulduzların bir tam periyodu məlum olsun 

deyə biz qoymuşduq. Göy gurultusunun bununla əlaqəsi vardımı? Yox idi! Nəylə əlaqəsi vardı? 

Yağışla!  Göydən  məlum  olduğuna  görə  yağmayacaqdı.  Göy,  Padşahın  xəstə  aslanı  üçün  nə 

deyirdi? Yaxşılaşacağını və ona səbirli olmağını və s. və ilaxır. 

Xəstə aslan haqqında fikirlərini bildirəndə, Xoca ulduzlar haqqında danışarkən etdiyi kimi, 

yenə də göyə baxmışdı. Evə qayıdandan sonra bu təfərüfatdan ürək dolusu danışmadı. Əsas olan 

uşağın  elmlə  boş  sözü  bir-birindən  ayırması  yox,  nəyisə  bilməsi  imiş,  yenə  həmin  kəlməni 

işlədirdi,  üstəlik  özünü  elə  aparırdı  ki,  guya  fərqinə  varılacaq  nəsnənin  nə  olduğunu  mən 

bilirəmmiş. Mən isə artıq düşünürdüm ki, müsəlman olsam da, olmasam da eyni şeydi. Saraydan 

çıxarkən  verdikləri  kisədən  düz  beş  qızıl  çıxmışdı.  Xoca  dedi  ki,  ulduzlarda  baş  verənlərin 

arxasında  hansısa  məntiqin  dayandığını  bilir.  Ah  Padşah,  sonra,  lap  sonra  tanıdım  onu.  Eyni 

Ayın,  bizim evin pəncərəsindən görünməsi məni təəccübləndirdi, uşaq olmaq istəyirdim. Xoca 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

317 


özünün  saxlaya  bilməyib  eyni  mövzuya  qayıtdı:  aslan  problemi  önəmli  deyilmiş,  sadəcə  uşaq 

heyvanları çox istəyirmiş, vəssalam. 

Səhəri gün otağına qapanıb işləməyə başladı. Bir neçə gün sonra saatı və ulduzları arabaya 

yüklətdi, pəncərənin arxasındakı o nigaran baxışlarım altında bu dəfə məktəbə getdilər. Axşam 

evə qayıdanda kədərliydi, amma o qədər kədərli  deyildi ki, danışmasın: “Elə bildim ki, uşaqlar 

da  Sultan  kimi  anlayacaqlar,  amma  səhv  etmişəm.”  dedi.  Sadəcə  qorxublar,  Xoca  danışandan 

sonra,  uşaqlardan  danışdıqlarını  soruşanda  bir  uşaq  göy  üzünün  digər  tərəfində  cəhənnəm 

olduğunu deyib və ağlamağa başlayıb. 

Ondan sonrakı həftəni Padşahın anlayışına olan inancını azaltmaqla keçirdi, ikinci həyətdə 

keçirdiyimiz dəqiqələri mənə bir-bir xatırladır, sübutlarını təsdiqlədirdi: Bəli, uşaq intellektliydi, 

indidən  düşünməyi  bilirdi,  bəli,  ətrafındakıların  təzyiqindən  xilas  ola  biləcək  qədər  şəxsiyyətli 

idi,  bəli  eləydi!  Sonralar,  Sultan  bizim  üçün  yuxular  görməmişdən  əvvəl  biz  onun  üçün  beləcə 

yuxular  görməyə  başladıq.  Xoca,  eyni  zamanda  saat  üçün  də  çalışırdı,  zənn  edirdim  ki,  silah 

üçün də nəsə düşünür, çünki çağırılanda Paşaya elə deyib. Amma bilirdim ki, Paşadan ümidini 

kəsib. Onunçün Paşa demişdi: “Bu da başqaları kimi oldu. Bilmədiyini bilmək istəmir artıq”. Bir 

həftə sonra Paşa yenə onu çağırtdırdı. 

Sultan,  Xocanı  sevinclə  qarşılayıb.  “Deyib  ki,  aslanım  sağalıb,  dediyin  oldu”.  Sonra 

ətrafındakı  adamlarla  birlikdə  həyətə  çıxıblar.  Padşah  hovuzdakı  balıqları  göstərib,  onları  necə 

tapdığını Padşahdan soruşub. Bunu mənə danışarkən Xoca dedi: “Qırmızıydılar!  Başqa bir söz 

demək  ağlıma  gəlmədi”.  O  vaxt  balıqların  hərəkətlərində  nizam  olduğunu  sezib,  sanki  öz 

aralarında  danışıb  bu  qüsursuzluğu  qorumağa  çalışırlarmış.  Xoca  deyib  ki,  balıqlar  ağıllıdır. 

Padşaha  dayanmadan  anasının  öyüdlərini  xatırladan  hərəmağalarının  birinin  yanındakı 

adamlardan biri –qırmız saçlı cücə bu sözə güləndə Sultan onu acılayıb. Arabalara minərkən də 

cəza olsun deyə həmin adamı- qırmızı saçlı cücəni özüylə aparmayıb. 

 Arabalarla  aslanxanaya,  at  meydanlarına  gediblər.  Qədim  bir  kilsənin  sütünlarına, 

Padşahın  Xocaya  bir-bir  göstərdiyi  aslanlar,  leopardlar,  qaplanlar  zəncirləri  ilə  bağlıymış. 

Xocanın  sağalacağını bildiyi  aslanın qarşısında dayanıblar, uşaq onunla danışıb, aslanı Xocaya 

tanıdıb. Sonra bir küncdə yatan başqa bir aslanın yanına gediblər, digərləri kimi pis iy verməyən 

bu heyvanın qarnında balası varmış. Padşah gözləri parıldaya-parıldaya soruşub: “Bu aslan neçə 

dənə doğar, neçəsi erkək neçəsi dişi olar?”. 

Hirslənən  Xoca  sonradan  mənə,  “səhv  elədim”  sözünün  ona  dedirdən  bir  şey  edib, 

astronomiyadan başı çıxdığını, amma münəccim olmadığını Padşaha deyib. Amma uşaq da belə 

deyib: “Amma münəccimlərin rəhbəri Hüseyn Əfəndidən yaxşı bilirsən”.  Xoca cavab verməyib, 

ətrafdakılar eşidər, Hüseyn Əfəndiyə çatdırarlar deyə qorxurmuş. Kefi qaçan  Padşah əlavə edib: 

“Yoxsa Xoca heç bir şey bilmir, ulduzlara boş yerə baxır?”. 

Bunun haqqında Xoca, lap sonralar deməyi planlaşdırdığı şeyləri tez bir zamanda demək 

məcburiyyətində  qalıb.  Ulduzlardan  çox  şey  öyrəndiyini,  bu  öyrəndiklərindən  çox  yararlı 

nəticələr  çıxardığını  deyib.  Gözlərini  açaraq  dinləyən  Padşahın  susqunluğunu  xeyrə  yozaraq  

ulduzları seyr edəcək bir rəsədxana tikilməsinə ehtiyac olduğunu deyib. Eynən rəhmətlik atası I 

Əhmədin  babası  III  Muradın  doxsan  il  öncə  buyurub  rəhmətlik  Takiyüddi  Əfəndiyə 

hazırlatdırdığı  və sonradan baxımsızlıqdan dağılan o rəsədxana kimi  bir şey, xeyr, ondan daha 

yaxşı bir şey: bir elm mərkəzi ki, içində ancaq ulduzları yox, bütün aləmi, çayları və dənizləri, 

buludları  və  dağları,  çiçəkləri  və  ağacları  və  təbii  ki,  heyvanları  da  öyrənən  alimlər  bir  yerə 

toplansınlar və istədikləri nəticələri danışa-danışa reallaşdırsınlar ki, zəkamız formalaşsın. 

Xocadan mənim də ilk dəfə yəqinləşdirdiyim bir qənaəti də, Padşah şirin bir nağıl dinləyən 

sayaq  dinləyib.  Arabalarla  saraya  qayıdarkən  bir  də  soruşub:  “Səncə,  aslan  necə  doğacaq?”. 

Xoca  daha  əvvəl  də  bu  barədə  düşündüyü  üçün  bu  dəfə  deyib:  “Doğulan  balalar  bir-birinə 

oxşayacaq”.  Mənə  evdə  bu  sözün  heç  bir  təhlükəsi  olmadığını  dedi.  Deyirdi  ki,  o  səfeh  uşağı 

“ovcumun  içinə  alacağam.  Baş  münəccim  Hüseyn  Əfəndidən  daha  bacarıqlıyam”.  Padşahdan 

danışarkən bu kəlməni işlətməsi məni təəccübləndirmişdi. Daha dəqiq desək, qınamışdım onu. O 

vaxt daxili sıxılaraq ev işləriylə əlləşirdim. 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

318 


Sonra  o  kəlməni  bütün  kilidlərə  düşən  açar  kimi  işlətməyə  başladı.  Axmaq  olduları  üçün 

başlarının  üstündə  gəzən  ulduzlara  baxıb  düşünmürdülər,  axmaq  olduqları  üçün  öyrənəcəkləri 

şeyin  əvvəlcədən  nəyə  lazım  olduğunu  soruşurdular,  axmaq  olduqları  üçün  bir-birlərinə 

bənzəyirdilər  və  s.  Bir  neçə  il  öncə  ölkəmdə  bu  cür  açıqlamaları  etməkdən  mən  də  çox  razı 

qalmağıma baxmayaraq, Xocaya heç nə deməzdim.  O vaxtlar da o mənimlə yox, axmaqları ilə 

daha  çox  əlaqəli  idi.  Mənim  axmaqlığım  başqa  cür  imiş.  Gördüyüm  bir  yuxunu  o  vaxtkı 

boşboğazlığımla ona danışmışdım:  Mənim yerimə keçib ölkəmə gedir, nişanlımla evlənir, toyda 

da heç kəs bilmirdi ki, o mən deyiləm,  mən də bir türk paltarı ilə seyr elədiyim əyləncənin şirin 

yerində anam və nişanlımla qarşılaşır və o məni  yuxudan oyandıran göz yaşlarıma baxmayaraq 

ikisi də kim olduğumu bilmədən mənə arxasını çevirib uzaqlaşırlar. 

O  ərəfələrdə  iki  dəfə  Paşanın  malikanəsinə  getdi.  Paşa,  deyəsən,  onun  rizasından  xaric 

Padşahla  yaxınlıq  etməsindən  xoşu  gəlmirdi,  onu  sorğu-suala  tutub:    məni  soruşduğunu, 

haqqımda məlumat topladığını çox sonra, Paşa İstanbuldan sürgün olunandan sonra mənə dedi: 

yoxsa  günlərimi  zəhərlənmək  qorxusu  ilə  keçirəcəkdim.  Yenə  də  Paşanın  Xocadan  çox  mənə 

maraq duyduğunu bilirdim: Xocayla aramızdakı oxşarlıqdan, məndən daha çox Paşanın narahat 

olmağı  məni  qürurlandırıdı.  O  ərəfələrdə  sanki  bu  oxşarlıq,  Xocanın  heç  vaxt  öyrənmək 

istəməyəcəyi  və mövcudluğu mənə qəribə bir cəsarət verən sir idi: Bəzi vaxtlar, sırf bu oxşarlığa 

görə  Xoca  yaşadığı  müddətdə  təhlükədən  uzaq  olduğumu  düşünürdüm.  Bəlkə  də,  buna  görə 

Paşanın  da  bu  axmaqlardan  biri  olduğunu  deyəndə  Xocayala  razılaşmırdım,  onda  da  Xoca 

hirslənərdi. Məndən həm əl çəkə bilmədiyini, həm də utandığını bilmək, məni vərdiş eləmədiyim 

bir  arsızlığa  sürütləyərdi.  Dəqiqə-başı  Paşanın  ikimiz  üçün  dediklərini  soruşar,  Xocanı  səbəbi 

özünə də məlum olmayan bir hirsə aludə edərdim. O vaxt inadla təkrarlayaraq deyərdi: Paşanın 

da  ayağının  altını  qazacaqlar,  yaxın  vaxtda  yeniçərlər  nəsə  edəcəklər,    sarayın  içində  müxtəlif 

planlar qurulduğunu hiss edirmiş. Buna görə Paşanın dediyi kimi, silah üçün çalışacaqsa, bunu 

gəldi-gedər vəzir üçün deyil, Padşaha təqdim etmək üçün hazırlamalıymış. 

Düşündüm  ki,  bir  ara  ancaq  bu  naməlum  silah  planı  ilə  əlləşir,  çalışırdı,  amma  davam 

eləmirdi. Davam eləsəydi, mənə ürəyini açacağından, məni alçaltmalı olsa da, nə fikirləşdiyimi 

öyrənmək üçün planlarını  mənə danışacağından əmin idim.  Bir axşam iki-üç həftədə etdiyimiz 

kimi, Ağsaraydakı o evə gedib, musiqi dinləyəndən sonra qadınlarla yatıb evə qayıdırdıq. Xoca 

mənə dedi ki, səhərə qədər işləyəcək, sonra məndən qadınları soruşdu, heç etmədiyimiz bir şey 

idi qadınlardan danışmaq, sonra birdən dedi ki, “fikirləşirəm”, amma nəyi fikirləşdiyini deməmiş 

evə  gələn  kimi  otağına  keçdi.  Mən  də  artıq  səhifələrini  belə  çevirməyə  üşəndiyim  kitabların 

yanında  qaldım  və  onu  davam  etdirmədiyinə  inanmadığım  hər  hansı  bir  planını,  yaxud  da 

düşüncəsini,  qapandığı  otaqda  hələ  tam  vərdiş  etmədiyi  masanın  arxasında  oturub  qarşısındakı 

boş  kağızlara  baxdığını,  masanın  ətrafında  saatlarla  utanc  və  hirslə  boş-boş  oturduğunu 

düşündüm. 

Gecəyarısından  çox  sonra  otağından  çıxdı,  kiçik  bir  problemlə  üzləşdiyi  üçün  kömək 

istəyən şagirdin təvazökar utancaqlığıyla məni içəri, masasının yanına çağırdı. Heç çəkinmədən 

dedi: “Mənə kömək et. İşləri birgə düşünək, təkcə davam edə bilmirəm”. Bir an bunun qadınlarla 

əlaqəli bir şey olduğunu düşünüb susdum. Mənasız-mənasız baxdığımı görəndə, ciddi-ciddi dedi: 

“Axmaqlar haqqında düşünürəm.  Niyə o qədər axmaqlar var?. Sonra mənim cavabımı  bilirmiş 

kimi  əlavə  etdi:  “Yaxşı,  axmaq  deyillər,  amma  beyinlərində  nəsə  çatmır”.  “Onların”  kimliyini 

soruşmadım.  “O  məlumatları  beyinlərində  saxlayacaq  bir  yer  yoxdumu?”-  dedi,  sanki  bir  söz 

axtarırdı,  ətrafına  baxdı.  “Beyinlərinin  içində  bir  qutu,  bu  şkafın  gözləri  kimi,  qarışıq  əşyaları 

içinə  yerləşdirməsi  mümükün  olan  bir  künc  olmalıdır,  amma  sanki  elə  bir  şey  yoxdu.  Başa 

düşürsən?”,  nəsə  başa  düşdüyümə  özümü  inandırmaq  istəyirdim,  amma  çox  da  başa  düşə 

bilmirdim. Uzun müddət  ikimiz də susduq.   Ən axırda dedi: “Onsuz da guya insanın  niyə elə, 

yaxud da belə olduğunu kim bilir ki? Ah, kaş ki, həqiqi bir həkim olaydın və mənə öyrədəydin, 

dedi,  sonra  əlavə  etdi:  “Bədənlərimizi  və  beynimizin  içini”.  Sanki  bir  qədər  utandı.  Məni 

qorxutmaq istəmədiyi üçün bu haqda sağlam bir  tövrlə açıqladı: Təslim  olmayacaqmış,  sonuna 

qədər gedəcəkmiş, həm nəhayətdə nə olacaq deyə maraqlandığı üçün, həm də edə biləcəyi başqa 

1   ...   53   54   55   56   57   58   59   60   ...   115


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə