Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7.78 Mb.
PDF просмотр
səhifə54/115
tarix25.04.2017
ölçüsü7.78 Mb.
1   ...   50   51   52   53   54   55   56   57   ...   115

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

297 


     

- Bəri bax görüm… 

     

Kişi gülümsədi, amma yerişini yavaşıtmadı, ötüb keçmək  istədi. Damaso qolunu qızdan 



qoparıb onun yolunu kəsdi.  

 

- Sizin dişləriniz mənim xoşuma gəlmir. 



     

Kişinin rəngi ağarsa da, yenə gülümsəməyində idi.  

     

- Heç mənim də.  



     

Qız imkan tapıb qolundan yapışanacan, Damaso kişinin sifətinə tutarlı bir yumruq 

ilişdirib onu meydanın tən ortasına sərdi. Müştərilərdən heç biri işə qarışmadı. Çığırışa-çığırışa 

hər üç qadın Damaosya çarılıb onu kənara çəkmək istədilər, qız isə itələyə-itələyə salonun dib 

tərəfinə apardı. Qəfil zərbədən sifəti fətir kimi yastılanmış kişi meymun kimi tullanıb yerindən 

qalxdı və meydançanın tən ortasında durub bağırdı: 

 

- Çalın! 



     

Gecə saat ikiyə yaxın salon artıq boşalmışdı və içəridə çox az adam qalmışdı. Hava 

yamanca bürkü idi. Müştərisiz qadınlar şam yeməyinə oturmuşdular; qız da üstündə qızardılmış 

ət olan bir boşqab lobyalı düyünü gətirib qabağına qoydu və masanın arxasında oturub hamısını 

tək qaşıqla yeməyə başladı. Damaso qıza küt nəzərlə baxırdı. Qız qaşığı düyü ilə doldurub: 

     


- Aç ağzını, - dedi.  

 

Çənəsini sinəsinə dirəmiş Damaso başını buladı: 



     

- Biz kişilər belə şey yemirik. Bu – arvad xörəyidir.  

     

Qalxmaq üçün Damasoya hər iki əliylə stoldan bərk-bərk yapışmaq lazım gəldi. Özünü 



birtəhər tarazlamışdı ki, qarşısında əllərini sinəsi üstdə çarpazlayıb durmuş bufetçini gördü.  

     


- Doqquz həştad! Bu monastır dövlətinki deyil.  

     


Damaso onu kənara itələdi.  

     


- Pederastlardan zəhləm gedir! 

     


Bufetçi əvvəl onun qolundan yapışıb çəkmək istədi, ancaq  qıza göz yetirib əl saxladı; 

arxasınca yalnız bunu qışqırdı: 

 

- Eybi yox, nə qədər itirdiyini sonra bilərsən.  



     

 

 



 

 

Damaso çölə səndələyə-səndələyə çıxdı. Ay işığına qərq olmuş gümüşü çayın 



əsrarəngiz parıltısı onun beynində sanki parlaq bir çat oyurdu, ancaq az keçmiş bu duyğu 

büsbütün soğulub getdi. Şəhərin o başındakı evinin qapısını görəndə, Damaso  sonradan kiminlə 

istəsən mərc gəlməyə hazırdı ki, evlərinəcən olan bütün yolu yuxuda gəlib. Başını bərk-bərk 

silkələdi; hansısa dumanlı, lakin güclü bir hiss həmin saniyədən etibarən son dərəcə ehtiyatlı 

davranmağı, hər bir addımı ölçüb-biçməyi təlqin edirdi; cırıldamasın deyə qapını da çox astaca 

itələyib açdı. 

 

Anna ayıldı və Damasonu sandıqda qurdalanan gördü. Cib fənərinin işığı gözlərini 



qamaşdıranda, qeyri-ixtiyari olaraq divara sarı çevrildi, ancaq yuxulu-yuxulu qəfildən dərk elədi 

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

298 


ki, Damaso soyunmaqla məşğul deyil. Otağın qəfil işıqlanması sanki  qadını yataqdan dik 

qaldırdı və o, qalxıb yerinin içində oturdu. Əlində bağlama və cib fənəri tutmuş Damaso ağzıaçıq 

sandığın böyründə dayanmışdı. 

     


Damaso barmağını ehmalca dodaqlarına yapışdırdı; Anna çarpayıdan yerə atılıb pıçıltı 

ilə: 


     

- Sənin başına hava gəlib, - dedi və qaçıb qapının rəzəsini yerinə saldı.  

     

Damaso cib fənərini bıçaq və şiş uclu əyə ilə birgə şalvar  cibinə soxdu, bağlamanı 



qoltuğuna vurub Annanın üstünə yeridi. Anna kürəyini qapıya dayadı, lap yavaşdan dedi: 

     


- Nə qədər ki mən sağam, sən burdan çıxmayacaqsan! 

     


- Çəkil! - Damaso xırıldadı və onu kənara itələmək istədi, ancaq Anna çərçivədən bərk-

bərk yapışıb yerindən tərpənmədi; kirpik çalmadan bir-birinin gözlərinə baxdılar.  

     

- Xalis uzunqulaqsan! - Anna pıçıldadı. - Allah sənə bu cür qəşəng gözlər verib, amma 



hayıf ki, ağlını əlindən alıb.  

    


Damaso onun saçlarından yapışdı, qolunu o qədər burdu ki, axırda Anna ikiqat oldu.  

     


- Dedim ki, çəkil! 

     


Anna, eynən boyunduruq altdakı öküz kimi, hədəqədən çıxmış gözlərlə Damasoya 

yandan, çəpəki baxırdı. Bir anlıq ona elə gəldi ki, hər cür ağrıya dözə bilər, ərindən də xeyli 

güclüdür. Ancaq Damaso qolunu getdikcə daha bərk bururdu; axırda Anna tab gətirmədi və bu 

zaman boğazı qəhərləndi. 

     

- Uşağı öldürərsən… 



 

Damaso onu qamarlayıb çarpayıya sürüklədi. Əl-qolunun sərbəstliyini duyan kimi, Anna 

arxadan onun kürəyinə atıldı və birgə yatağa yuvarlandılar. Hər ikisinin nəfəsi təngimişdi.  

     


- Çığıracam ha, - Anna onun qulağına pıçıldadı, - hünərin var yerindən tərpən, o saat 

qışqırıb aləmi bura tökəcəm.  

     

Damaso xırıldaya-xırıldaya şar bağlamasını onun dizinə çırpırdı. Anna bərkdən zarıyıb 



ayaqlarını bir-birindən araladı, ancaq tez də hər iki əliylə Damasodan möhkəm yapışdı ki, qapıya 

tərəf gedə bilməsin. Və yalvarmağa, dilə tutmağa başladı. 

     

- Qulaq as, sabah mən özüm apararam, gerçək sözümdür, boylu arvadam, məni 



tutmazlar… 

     


Damaso onun əlindən çıxdı.  

     


- Görəcəklər səni, ay heyvan! Görmürsən bu gün hava necə işıqlıdır? Elə gicsən ki, bunu 

da qanmırsan! 

     

Anna bir daha onu tutub saxlamağa, rəzəni çıxarmasına mane olmağa çalışdı, sonra 



gözlərini qıyıb az qala çığıra-çığıra Damaonun üz-gözünü, boyun-boğazını, harasını gəldi 

cırmaqlamağa, əzişdirməyə, döyəcləməyə başladı.  

     

- Vəhşi! Qanmaz! 



     

Damaso üz-gözünü qorumaqda ikən, Anna qapının taxta rəzəsini dartıb onun əlindən aldı 

və düz təpəsinə tuşladı. Damaso qırağa sıçradı; iri və ağır rəzə onun çiynində taqqıldadı və çiyin 

sümüyü şüşə kimi cingildədi.  



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

299 


     

- Qəhbə! - Damaso bağırdı.   

 

Daha səs-küy barədə düşünmədi, var gücüylə qolunu hərlədib Annanın qulağının 



dibindən ağır bir yumruq tutuzdurdu; zərblə divara çırpılan qadının əvvəlcə möhkəm tappıltısı, 

sonra zəif inilitsi eşidildi. Ancaq Damaso ona baxmadan, heç geriyə də  qanrılmadan qapıdan 

çıxdı; qapı aralı qaldı. 

     


Kəskin ağrılar içində Anna döşəməyə uzanıb gözlədi: lap elə indicə onun qarnında nəsə 

olmalı, nəsə baş verməliydi. Divar dalında kimsə boğuq səslə onu yavaşdan çağırdı. 

Hönkürməmək üçün dodaqlarını dişlədi, handan-hana ayağa qalxıb geyindi. O dəfə, Damaso 

oğurluğa getdiyi gecə olduğu kimi, yenə də ağlına gəlmədi ki, əri qapı arxasında durub gözləyir, 

çünki öz planının boş şey olduğunu qanır və ümid eləyir ki, indicə arvadı  çıxıb onu geri 

çağıracaq, dalınca yüyürəcək, zorla tutub saxlayacaq. Lakin Anna eyni səhvi dübarə təkrar elədi: 

ərinin dalınca qaçıb ona çatmaq, onu geri qaytarmaq əvəzinə, yenə başmaqlarını ayağına keçirib 

qapını örtdü və ötən dəfəki kimi yenə də çarpayıya qaxılıb onun yolunu gözləməyə başladı... 

     

 

 



 

 

Qapı örtüləndən sonra, yalnız bu vaxt Damaso geri qayıtmaq ümidinin puça 



çıxdığını dərk edib yola düzəldi. Küçə uzunu, yolun sonunacan onu it hürüşləri ötürdü, sonra isə 

ətrafa hansısa xəyali bir sükut çökdü. O, daş yolla öz addım səslərindən üşənə-üşənə gedirdi

şəhərin lal səssizliyində addımları çox bərk, çox da əcaib səslənirdi. Bilyardxananın köhnə qapısı 

önündəki  boş sahəyə çatanacan heç bir ehtiyat tədbiri barədə düşünmədi.  

     

Bu dəfə cib fənərini yandırmaq lazım gəlmədi; təkcə ötən dəfə həncamasını qopartdığı 



qapı öz yerinə bərkidilmişdi, qalan hər şey elə əvvəlki kimi idi. Damaso sağ əliylə qıfılı kənar 

eləyib, əyənin şiş ucunu o biri həncamanın altına soxdu, var gücünü də işə saldı. Taxtanın çürük 

qırıntıları yavaş-yavaş oyulub töküldü, qapı yerindən oynadı. Həncamasından qopmuş qapını 

itələməzdən qabaq bir qədər qaldırdı ki, kərpic döşəməni sürtməsin. Bir az aralayandan sonra 

çəkmələrini çıxarıb bağlama ilə birgə içəri dürtdü, sonra da özü ay işığına qərq olmuş 

bilyardxanaya girdi. Əvvəl boş şüşələrin, yeşik qalaqlarının yığıldığı qaranlıq dəhlizin yanından 

ötüb keçdi. Sonra pəncərədən içəri düşən bir çəngə ay işığının altında bilyard stolu gözə dəydi; 

bilyard stolunun arxa-sında dalı Damasoya tərəf olan dolablar, ən axırda isə üzü giriş qapısına 

tərəf düzülmüş bir xeyli stol-stul vardı. İşıq topasını və ətrafı sarmış qatı sükutu nəzərə almasan, 

hər şey ötən dəfəkinin eyni idi. Bu yerəcən gərginliyin öhdəsindən məhz iradəsi gücünə gələn 

Damaso sanki hansısa ovsuna düşmüş kimiydi.  

     


Döşəmənin çıxıntı əmələ gətirmiş kərpiclərinə indi o daha heç bir əhəmiyyət vermədi. 

Çəkmələrini qapıya dirəyib ay işığının saldığı zolağın üzərindən adladı və piştaxta arxasındakı 

şar qutusunu axtarıb tapmaq üçün cib fənərini yandırdı. Ehtiyatı tamam unutmuşdu; bu barədə 

heç düşünmürdü də. Fənərin işığını sol tərəfdən sağ tərəfə yönəldəndə toz basmış şüşə qalağını, 

bir cüt əl nərdivanını, maşın yağına bulaşmış köynək bürməyini və nəhayət, şar qutusunu gördü. 

Qutu elə öz köhnə yerində idi. İşığı bir az da o üzə salanda Damaso yenə pişiyi gördü.  

 

Pişik işıq zolağının arasından laqeyd nəzərlə ona baxırdı. Damaso eləcə lal-dinməz 



dayanıb işığı pişiyin üzündən çəkmirdi. Ancaq həmin andaca qəfildən ürəyi titrəyən kimi oldu və 

yadına düşdü ki, gündüzlər bilyardxanada heç vaxt pişik görməyib. O, fənər tutduğu əlini pişiyə 

yaxınlaşdırıb «pişt!» dedi, amma pişik buna zərrəcə məhəl qoymadı. Bu zaman Damasonun 

beynində səssiz bir partlayış qopdu, pişik də yaddaşından ömürlük silinib getdi. Özünə gəlib nə 

baş verdiyini anlayanda fənər artıq əlindən düşmüşdü, amma şar bükülüsü qucağında idi; 

Damaso onu bərk-bərk sinəsinə sıxıb durmuşdu.  

 

- Ey! 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

300 


     

Damaso başdan-başa işığa qərq olmuş bilyardxanada don Rokenin tanış səsini eşidərkən 

kürəklərində dəhşətli bir yorğunluq hiss edib ağır-ağır dikəldi. İşıqdan karıxmış don Roke bircə 

trusikdə idi və əlindəki dəmir çəliklə bilyardxananın o başından yavaş-yavaş ona tərəf gəlirdi. 

Damasonun bayaq yanından ötüb keçdiyi şüşə və yeşik topasının arxa tərəfində qamak asılmışdı; 

qamak da birinci dəfə yox idi.  

 

Aralarındakı məsafə azalıb on addım qalanda don Roke tullanıb müdafiəyə hazır vəziyyət 



aldı; Damaso da bağlama olan əlini arxasında gizlətdi. Don Roke gözlərini qıyaraq başını irəli 

uzatdı və uzağı yaxşı seçməyən eynəksiz gözləri ilə onun kim olduğunu anışdırmağa çalışdı. 

     

- Demək bu sənsənimş! - birdən o heyrətlə bağırdı. 



     

Damaso xeyli uzun sürən nəyinsə sonunun çatdığını hiss etdi. Don Roke çəliyi aşağı salıb 

lap yaxına gəldi; heyrətdən onun ağzı açıla qalmışdı. Eynəksiz və protez dişlərsiz, don Rokeni 

lap arvad hesab eləmək də mümkündü.  

 

- Burda nə işin var sənin, neyləyirsən? 



     

- Heç nə, - deyə Damaso cavab verib öz duruşunu nəzərə çarpmadan, hiss etdirmədən 

dəyişdi.  

     


- O əlindəki nədi? - don Roke soruşdu. 

     


- Heç nə, - Damaso geri çəkilib dediyini təkrar elədi. 

     


Don Roke pörtüb qızardı, əsməyə başladı; əlindəki dəmir çəliyi yellədə-yellədə bir addım 

qabağa qoyub qışqırdı: 

    

- Nədi o əlindəki? 



       

Damaso bağlamanı irəli uzatdı. Don Roke hələ də ehtiyatı əldən vermədən, sol əliylə 

bağlamanı ondan alıb barmaqlarının ucuyla ehmalca yoxladı və yalnız indi her şeyi dərk etdi.  

 

- Ola bilməz, yox, bu ola bilməz, - dedi.  



      

Kişi elə çaşmışdı, elə sarsılmışdı ki, hətta əlindəki çəliyi də piştaxtanın üstünə qoymuşdu 

və kağızı açmağa girişib, deyəsən Damasonu tamamilə yaddan çıxartmışdı; indi o, dərin bir 

sükut içində şarları gözdən keçirirdi.  

 

- Mən onları çoxdan gətirib yerinə qoymaq istəyirdim.  



     

- Şübhə eləmirəm.  

     

Damaso ölü kimi ağardı. İçkinin dəmi çəkilib getmişdi; indi ağzında yalnız torpaq dadı 



qalmışdı və özünü dumanlı bir yalqızlıq içində hiss edirdi.  

     


- Bu da sənə möcüzə, - don Roke şarları təzədən öz yerinə büküb dilləndi. - Sənin bu 

qədər səfeh olduğuna inanmazdım.  

     

Başını yuxarı qaldıranda don Rokenin üzündə artıq tam başqa bir ifadə vardı.  



 

- Bəs iki yüz peso hanı? 

     

- Siyirmədə heç nə yox idi. 



     

Don Roke ağzını büzüb bir qədər fikrə getdi, Damasonu dalğın nəzərlə süzüb irişə-irişə, 

dodağının altında eyni sözü bir neçə dəfə təkrar elədi: 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

301 


     

- Heç nə yox idi, heç nə yox idi, demək heç nə yox idi?.. 

 

Və dəmir çəliyi təzədən əlinə aldı. 



 

- İndi sən bunu alkalda deyərsən.  

     

Damaso tərli ovuclarını şalvarına sürtdü.  



     

- Axı, siz özünüz də bilirsiz ki, orda heç nə yox idi.  

     

Don Rokenin bayaqkı təbəssümü yenə sifətində idi.   



     

- Necə yox idi? Orda iki yüz peso vardı. İndi o pulları sənin dərindən soyub çıxardarlar. 

Özü də ona görə yox ki, sən oğrusan, xeyr, ona görə ki, axmaqsan, xalis axmaq. 

   

Çevirəni: Mahir N. Qarayev 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

302 


Orxan Pamuk 

 

 “Bəyaz Qala” 



 

Roman 


 

 

Türk dilindən çevirən: Fərid Hüseyn 

 

 

“Bəyaz Qala”nın Orxan Pamuku 

 

 

Kitaba xoş gəlmisiniz. Buyurun, keçin kitaba. Ya da dayanın, zəhmət olmasa, sizə bir neçə 



mətləbi aydınlaşdırım, sonra keçərsiz.  

Məncə, oxucular üçün nə Orxan Pamuk haqqında geniş danışmağa ehtiyac var, nə də bu əsər 

haqqında. Amma Orxan Pamuk haqqında çox şey yazmaq olar. 

Orxan Pamuk – Türkiyənin ilk Nobel mükafatçısı. 

Orxan Pamuk – Dünyanın yüz intellektual adamından biri. 

Orxan Pamuk – Türkiyənin xarici ölkələrdə ən çox oxunan yazıçısı 

Orxan Pamuk – Əsl üslubçu. 

Orxan Pamuk – Posmodernist yazıçı. 

Orxan Pamuk –  Esseist. 

Orxan Pamuk – Kinossenarist. 

Orxan Pamuk – Mühəndis. 

Orxan Pamuk – Röyanın atası. 

Orxan Pamuk – Və sair və ilaxır. 

Orxan  Pamukun  “Bəyaz  Qala”  romanı  1985-ci  ildə  çap  olunandan  sonra  onun  şöhrəti 

ölkəsinin  sərhədlərini  aşır,  dünyanı  fəth  edir,  adı  sözün  yaxşı  mənasında  dillərə  düşür. 

Posmodernist roman sayılan bu əsərdə posmodernizimə xas olan bəzi əsas cəhətlər var. Həmin 

cəhətlər  əsərin  janr  etibarı  ilə  tam  posmodernist  bir  əsər  olduğunu  isbat  edir.  Üç  əsas 

posmodernist  cəhəti vurğulamaq istərdim: 

1.

 

Əsərin posmodernist oyuna çevrilməsi. Yəni, əsəri nəql edən oxucunu mətn labirintinə 



salır və öz oyununa oyuncu edir. Mətn həm oxucunu daha dərin düşünməyə vadar edir, 

həm də oxucunun diqqətini bir az da “oyaq saxlayır”. 

2.

 

 Posmodernistlərə görə, bütün mövzular işlənib, yazılası daha heç bir yeni mətn yoxdur. 



Ümumi konteksti faş edən hipermətn var. Bu əsərdə də köhnə dovrə,  yazılmış əsərlərə 

qayıdış var. Bu sanki keçmişə ox işarəsidir, köhnəyə yeni dəyər qatılmasıdır. 

3.

 

 O.Pamuk  bəzi  əsərlərdən  müəyyən  təsirlərin  olduğunu  vurğulayır  və  özü  də  həmin 



əsərlərdən  qaynaqlanıb  öz  mədəniyyətinin  romanını  yazdığını  iddia  edir. 

Posmodernizmdə  belədir  ki,  müəllif  əgər  bu  təsirləri,  oxşarlıqları  əsərdə,  yaxud 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

303 


müsahibələrində,  yaxud  da  məqalə  şəklində  oxuculara  ünvanlayırsa,  yalnız  belə  olan 

halda,  əsər  plagiat  əsər  sayılmır.  O.Pamuk  əsərin  sonunda  bu  tipli  bəzi  məqamları 

“Bəyaz Qala” haqqında” yazısı ilə gün işığına çıxarır. 

Əsərdə Şərq-Qərb probleminə müxtəlif baxışlar var: 

“Bəyaz Qala” romanında bizim öyrəşdiyimiz ənənəvi Şərq-Qərb problemi bəzi məqamlarda 

oyuna  çevrilir.  Və  yazar  onu  iddia  etməyə  çalışır  ki,  BÖYÜK  İNSAN  üçün  bu  toqquşmalar 

yoxdur.  Şərq-Qərb  dəyəri  yoxdur,  sadəcə  dəyər  var  və  BÖYÜK  İNSAN  yalnız  öz  dünyasını 

düşünüb addım atır.  

ŞƏRQ-QƏRB  problemi  iki  insan  arasında  öz  həllini  tapır.  (bəlkə  də,  tapmır).  Yəni, 

qloballaşma  rejimini  belə  fərdlər  idarə  edir.  Bütün  kütləvi  problematikalar  da  fərdlərin 

münasibətindən  doğur  və  səngiyir.  Ona  görə  O.Pamuk  küll  halında,  mədəniyyətlərin 

qarşılaşmasından bir qədər sovuşaraq, iki insan arasında çıxış yolu axtarır. 

Roman iki oxşar insandan bəhs edir. İki ayrı-ayrı “mədəni qütb”ün adamları bir-birinin adət-

ənələrinə, vərdişlərinə bir qədər xor baxırlar. Qərbli Şəqrdə qalsa belə, yenə də, şərqli ola bilmir. 

Şərq və Qərb mədəniyyəti bir-birinin içində ərimədiyindən bu belə olur. 

Əsərdə kölə və ağa münasibəti var. Bu iki ayrı-ayrı mədəniyyətin münasibəti kimi təzahür 

olunur. Amma münasibət fərqli və yad münasibətdir. Kölə ağasız zəifdir. Ağa da köləsiz. Silah 

hazırlayan  Xoca  (ağa)  öz  təbəsinin  enerjisinə,  biliyinə  ehtiyac  duyur  və  onsuz  iş  görə  (silah 

hazırlaya)  bilmir.  Yəni,  Şərq  Qərbdən,  Qərb  də  Şərqdən  yararlanır  və  onların  bir-birindən 

aralanması da çox çətin olar. 

O. Pamuk Şərqlə Qərbin arasında ortaq movqedə dayanmağa çalışır. Bəzənsə hansısa tərəfə 

bir  addım  atır.  Məncə  bu  addım  daha  çox  Qərbə  meyillənir.  Məsələn,  əsərin  baş  qəhrəmanı 

Xocanı  (şərqlini)  ağa  kimi  təqdim  edir,  qərbli  əsiri  isə  kölə  kimi,  amma  ağa  kölənin  elminə 

ehtiyac  duyur,  ona  möhtac  olur.  O.Pamukun  cəbhələrarası  münasibəti,  toxunulmamazlığı 

qorumaq  istəyi,  bəziləri  üçün  xoşagəlməz  olsa  da,  əksər  əsərlərində  biz  bu  düşüncələrlə 

rastlaşırıq.  

“Bəyaz Qala” romanı yazıçıya beynəlхalq arenada şöhrət gətirib, əsərin çapından az müddət  

sonra "Nyu-York Times" qəzeti yazmışdı: "Şərqdə yeni ulduz doğmuşdur. O, türk yazıçısı Orхan 

Pamukdur". Bu mənada, “Bəyaz Qala” O.Pamukun olduğu kimi, dünya çapında da O.Pamuk da 

“Bəyaz  Qala”nındır,  çünki  bu  əsər  onun  şöhrətinin  əlindən  tutub  dünyanı  gəzdirib  və  gəzdirir. 

Dünyanın 13-dən çox dilinə çevrilən bu əsərin Azərbaycanlı oxucular üçün də maraqlı olacağına 

inanıram. 

Bağışlayın, vaxtınızı aldım, buyurun, buyurun keçin içəri–kitaba.  

Fərid Hüseyn 

Farid-002@box.az 

 

 

Yaxşı insan, yaxşı qardaş  

Nilgün Darvinoğlu 

(1961-1980) üçün 

 

 

 

 



“Əlaqəmiz olan bir adamı, bizə görə məchul və öz məchulluğ 

 dərəcəsində cazibəli olan hansısa həyatın ünsürlərinə qarşıdığını zənn etmək  

və həyata ancaq onun sevgisiylə daxil olacağımızı düşünmək, bir eşq başlanğıcından  

özgə nəyi ifadə edir ki?” 

                                          Marsel Prustdan tərcümə edən:Y.K. Qaraosmanoğlu 

 

 

GiriĢ 


1   ...   50   51   52   53   54   55   56   57   ...   115


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə