Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7.78 Mb.
PDF просмотр
səhifə53/115
tarix25.04.2017
ölçüsü7.78 Mb.
1   ...   49   50   51   52   53   54   55   56   ...   115

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

290 


     

Qapını arxasınca çırpıb çıxan Damaso üçün upuzun və mənasız bir bazar günü başlandı. 

Səkkiz saatlıq ibadətdən sonra uşaqları ilə kilsədən çıxan arvadların göz qamaşdıran açıq rəngli 

paltarları, bazarın rəngarəng səs-küyü meydana nəsə bir canlılıq verirdi, amma hava dözülməz 

dərəcədə qızmışdı.  

 

O, bütün günü bilyardxanada keçirtdi. Səhər bir neçə kişi oturub orda kart oynayırdı; 



nahara yaxın qısa müddətə adam bir az çoxalsa da, açıq-aşkar hiss olunurdu ki, bilyardxana öz 

əvvəlki cazibəsini, marağını itirib. Yalnız axşam üstü, beysbol çempionatından radio verilişləri 

başlanan zaman bilyardxana həyatı nisbətən öz məcrasına qayıdıb ötən vaxtları xatırladırdı.  

     


Bilyardxana bağlanandan sonra Damaso birdən ayıldı ki, bayaqdan bəri az qala qan-tər 

içində, məqsədsiz-filansız şəkildə veyillənə-veyillənə hansısa meydana doğru addımlamaqdadır. 

O, sahil küçəsinə paralel şəkildə uzanıb gedən yolla, xeyli aralıdan  eşidilən şən musiqi 

sədalarının havasına üz tutub irəliləyirdi. Bər-bəzəyi təkcə elə rəngi bozarmış zəncirvari, 

bürməli-naxışlı kağızdan ibarət olan iri rəqs salonu bomboş idi; salonun dərinliyindəki taxta 

estradanın üstündə balaca bir orkest çalırdı. Qadın pomadasının boğucu ətri adamın nəfəsini 

kəsirdi. 

 

O, keçib piştaxtanın böyründəcə oturdu. Musiqi nömrəsi başa çatan kimi, orkestrdə 



boşqab dınqıldadan yeniyetmə oğlan rəqs eləyən kişilərin arasıyala gəzib pul yığmağa başladı. 

Bir qız rəqs elədiyi oğlanı buraxıb Damasoya yanaşdı.  

  

- Necəsən, Xorxe Neqrete? 



     

Çəkilib yanında qıza yer elədi. Üzünə pudra çəkib qulağına qərənfil taxmış bufetçi əlüstü 

peyda olub zil səslə soruşdu: 

 

- Nə içəcəksiz? 



     

- Biz nə içəcəyik? - qız Damasoya sarı çöndü. 

     

- Heç nə.  



     

- Mənim hesabıma.  

     

- Pul söhbəti deyil. Mən acam, yemək istəyirəm.  



 

- Təəssüf, çox təəssüf! - deyə, bufetçi çox dərindən köks ötürdü. - Heç bu cür gözlərə 

yaraşan şeydimi!.. 

     


Salonun o biri küncünə, dib tərəfdəki yeməkxanaya keçdilər. Belə baxanda, qız lap 

sütüldü, yeniyetmə bir uşaqdı, amma üz-gözünün lay-lay pudrası, dodağının boyası onun həqiqi 

yaşını gizlədirdi. Yeyəndən sonra onlar mal-qaranın gövşəyi eşidilən qaranlıq patiodan keçib 

qızın otağına gəldilər. Çarpayının üstündə alabəzək əskiyə bükülmüş çağa yatırdı. Qız əskini 

açıb onu taxta yeşiyin üstünə sərdi və çağanı bələyib yeşiyin üstünə, yeşiyi isə yerə qoydu.  

 

- Orada onu siçovullar yeyər ki… 



     

- Siçovulun uşaqla nə işi? 

     

Qız əynindəki qırmızı paltarı soyunub üstündə iri, sarı gülləri olan yaxası, qolları açıq 



qısa bir don geyindi.  

 

- Bunun atası kimdir? 



     

- Allah bilir, - qız qısaca cavab verib qapıya tərəf yönəldi, çıxmazdan qabaq əlavə elədi: - 

İndi qayıdıram.  


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

291 


     

Damaso qapının çöl tərəfdən qıfıllandığını eşitdi, paltarını çıxarıb stuldan asdı və uzanıb 

dalbadal bir neçə siqaret çəkdi; mambo ritmində yırğalanan yataqda nə vaxt yuxuladığını da hiss 

eləmədi. Ayılanda çalğı kəsilmişdi və bəlkə bu səbəbdəndi ki, otaq ona bayaqkından daha iri 

görsəndi.  

 

Qız elə çarpayının böyründəcə soyundu.    



     

- Saat neçədir? - Damaso soruşdu. 

     

- Dördə az qalıb. Uşaq ağlamamışdı? 



     

- Deyəsən yox.  

     

Qız Damasonun böyrünə uzandı, köynəyinin düymələrini aça-aça, yüngülcə xumarlanmış 



tutqun gözlərlə bir müddət ona tamaşa elədi. Qızın içdiyini, özü də çox içdiyini hiss edən 

Damaso əlini uzadıb lampanı söndürmək istədi. Amma qız buna imkan vermədi: 

 

- Qoy qalsın. Gözlərinə baxmaq istəyirəm. Sənin gözlərinə baxmaq elə xoşuma gəlir ki… 



     

     


 

 

Obaşdanın səs-küyü otağı dolduranda çağa oyanıb ağladı. Qız elə yataqdanca əlini 



uzadıb onu götürdü və döşünə saldı, ağzını açmadan sadə bir mahnını pəsdən zümzümə etməyə 

başladı. Axırda hamısı yuxuladı. Saat yeddiyə yaxın qızın çağanı götürüb otaqdan necə çıxdığını 

Damaso hiss eləmədi; qayıdanda isə uşaqsız qayıtdı.  

     


- Camaat sahilə axışır.  

     


- Xeyir ola? - Damasoya elə gəldi ki, bütün bu vaxt ərzində sanki bir tikə də çimir 

eləməyib.  

     

- Şarları oğurlayan zəncini bu gün yola salacaqlar, camaat da yığışıb tamaşasına gedir. 



     

Damaso siqaret alışdırdı.  

  

- Yazıq! - deyə qız dərindən köks ötürdü.  



     

- Sən ona yazıq deyirsən?! - Damaso özündən çıxdı. - Kim onu məcbur eləmişdi? 

     

Qız başını sinəsinə əyib bir müddət fikrə getdi, az sonra  səsini qısıb yavaşdan dilləndi: 



 

- Şarları o oğurlamayıb.  

     

- Kim dedi ki? 



     

- Dəqiq bilirəm. Bilyardxana yarılan gecə zənci Qloriya ilə olub, ertəsi gün də axşamacan 

onun evindən bayıra çıxmayıb. Kinodan qayıdanda isə dedilər ki, yazığı orda tutublar.  

     


- Nə əcəb Qloriya polisə bir söz demir? 

     


- Zənci özü deyib. Alkald Qloriyanın evini alt-üst eləyib, axırda da hədə gəlib ki, səni də 

ona qoşub damlayacam. Yazıq qız iyirmi peso ilə canını güclə qurtarıb. 

   

Damaso yataqdan qalxanda saat səkkizə az qalmışdı. Qız onu buraxmaq istəmədi.  



 

- Qal. Nahara səninçün toyuq kəsərəm.  



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

292 


     

Damaso əlində tutduğu darağın tüklərini çırpıb təmizlədi və onu dal cibinə soxdu.  

 

-Qala bilmərəm, - dedi. 



 

Sonra qızın əllərindən tutub onu özünə tərəf çəkdi; qız üz-gözünü yumuşdu və doğrudan 

da çox cavan görsənirdi. Onun iri, qara gözləri vardı və bu gözlər ona aciz, yazıq bir görkəm 

verirdi. Damasoya sarılıb təkrar yalvardı: 

     

- Nolar, qal. 



    

- Həmişəlik qalım? 

 

Qız yüngülcə qızarıb onu buraxdı. 



     

- Yalançı. 

 

 

 



 

 

Anna bu səhər yuxudan oyananda özünü çox əzgin  hiss etdi, bununla belə, 



ümumi həyəcan ona da sirayət eləmişdi. Yuyulası paltarları həmişəkindən tez yığıb çay kənarına 

yollandı; nəyin bahasına olursa-olsun, zəncinin necə yola salınmasını öz gözləriylə görmək 

istəyirdi. Getməyə hazır dayanmış, indicə yola çıxacaq gəmilərin qənşərindəki körpünün üstündə 

iynə atsaydın yerə düşməzdi. Damaso da elə burdaydı; Anna barmağıyla onun toqqasını 

tıqqıldadanda, diksinib geri sıçradı.  

 

- Sən burda nə gəzirsən? 



     

- Sənnən vidalaşmağa gəlmişəm.  

     

Damaso taxta fənər dirəyini tıqqıldadıb: 



 

- Dilin qurusun! - dedi.  

 

Axırıncı siqaretini alışdırıb boş qutunu çaya tulladı. Anna korsajın altından təzə bir qutu 



çıxarıb onun köynək cibinə  dürtəndə isə, özünü saxlaya bilməyib gülümsədi.  

 

- Səfeh ki, səfeh! 



     

Anna ürəkdən güldü. 

     

Bir azdan zəncini darta-darta meydanın ortasına gətirdilər. Əllərini kəndirlə arxadan 



bağlamışdılar; polislərdən biri ipin ucundan yapışmışdı, əli tüfəngli digər iki polis yanıyla 

gedirdi.  Zənci köynəksiz idi; dodağı tən ortadan paralanmışdı, qaşları da boksçularınkı kimi 

şişmişdi. Camaatın nəzərindən qurbanlıq bir adamın ləyaqəti ilə yayınırdı. Ən çox tamaşaçı 

bilyardxananın böyründə cəmləşmişdi ki, tamaşanın hər iki əsas ifaçısını görə bilsin. Bilyardxana 

sahibkarı kirimişcə durub ona baxır, tənə ilə başını yelləyirdi. Camaat zəncini gözüylə diri-diri 

yeyirdi.  

 

Barkas lövbərini qaldırdı. Zəncini göyərtə uzunu aparıb əl-ayağını iri neft çəninə 



sarıdılar. Barkas çayın ortasında dövrə vurub son dəfə fit verərək yola düzələndə zəncinin kürəyi 

günün altında işım-işım işıldayır, par-par alışıb yanırdı.  

     

- Yazıq, - Anna pıçıldadı.  



 

Annanın böyründə dayanmış tanımadığı hansısa bir qadın da dözməyib dilə gəldi: 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

293 


     

- Canilər! Heç adam da bu istiyə tab gətirər? 

     

Damaso arxaya qanrılıb baxanda qadının ifrat dərəcədə kök olduğunu gördü. Sonra 



camaatın arasından keçib meydana tərəf irəlilədi. Gedə-gedə yolda Annanın qulağına pıçıldadı:   

     


- Yaman çox çərənliyirsən ha. Bircə o çatmır ki, qışqırıb bütün meydana car çəkəsən.  

     


Anna onu bilyardxanayacan ötürdü.    

     


- Heç olmasa paltarını dəyişəydin, - aralanmazdan qabaq Damasonun yadına saldı. - 

Yoxsa lap dilənçi kökündəsən ey. 

     

Yenilik bilyardxananı səsli-küylü müştərilərlə ağzınacan  doldurmuşdu; içəridə adam 



əlindən tərpənməyə yer yox idi. Hər kəsin istəyini yerinə yetirmək xatirinə, don Roke eyni 

vaxtda bir neçə masaya xidmət edirdi. Damaso bir qıraqda hazırca dayanıb məqam güdür, don 

Rokenin gəlib yanından keçməsini gözləyirdi; qoca böyründən ötəndə cəld soruşdu: 

 

- Sizə kömək eləyim? 



     

Don Poke başına stəkan keçirilmiş altı şüşə pivəni Damasonun qabağına qoydu: 

 

- Sağ ol, ay bala. 



     

Damaso şüşələri əlüstü götürüb masalara payladı, sifariş qəbul elədi, içki şüşələrini aşağı 

yuxarı daşıya-daşıya, ta bütün müştərilər nahar etməkçün evlərinə dağılışanacan don Rokeyə əl 

tutdu. Sübh tezdən evə qayıdanda onun bəs deyincə gillətdiyini, kefli olduğunu Anna dərhal hiss 

elədi. Götürüb Damasonun əlini qarnının üstünə qoydu. 

 

- Hələ bir əl vur görüm. Nəsə eşidirsən? 



     

Damaso heç bir sevinc-filan duymadı.  

     

- Tərpənir ey, xəbərin var? - Anna həvəslə sözünə davam elədi. - Bütün gecəni təpikləyib.  



     

Ancaq hər şeydən göründüyü kimi, bütün bunlar deyəsən Damasonun heç vecinə deyildi. 

Öz fikirlərinə qərq olmuş halda o, səhər obaşdan evdən çıxır, bir də gecə yarısı qayıdırdı; tək-tük 

hallarda – yataqda uzanıb siqaret çəkdiyi cəmi bir neçə dəqiqəlik müddətdə isə söhbətdən 

yayınır, heç nə danışmaq, heç nə eşitmək istəmirdi. Beləcə, düz bir həftə ötüb keçdi. Anna ona 

qarşı indi xüsusilə diqqətli olmuşdu. Birgə yaşadıqları ailə həyatının ilk dövrlərində də Damaso 

hərdən özünü eynən bu cür aparırdı və onda, xasiyyətinə yaxşı bələd olmadığından Anna onun 

zəhləsini tökür, Damaso da arvadı çarpayıya yıxıb üstünə çıxır, o ki var çırpırdı. İndi Anna 

kifayət qədər səbrli idi. Hələ dünəndən lampanın böyrünə bir qutu siqaret qoymuşdu; bilirdi ki, 

əri ac qalar, amma siqaretsiz qalmağa dözməz.  

 

 

 



 

 

 



 

Və bir dəfə, iyulun ortalarında Damaso evə axşam çağı qayıtdı. Anna fikirləşdi və 

dərhal da narahat olub əl-ayağa düşdü ki, hərgah Damaso evə belə tez qayıdıbsa, deməli əməlli-

başlı gillətməyə macal tapıb. Nəsə pəjmürdə görünürdü, elə bil keyləşmişdi; ağzını açıb bir söz 

demir, heç dinib-danışmırdı. Şam yeməyi də eləcə lal-dinməz ötüşdü, ancaq yatağa təzəcə 

uzanmışdılar ki, birdən dilləndi: 

 

- Getmək istəyirəm.  



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

294 


     

- Hara? 


     

- Hara gəldi.  

     

Anna otaqdakı əşyaları bircə-bircə gözdən keçirtdi. Öz əli ilə jurnalların üz qabığından 



kəsib bütün divarlara yapışdırdığı kinoaktyorların rəngli fotoşəkilləri saralıb-solmuş, neçə yerdən 

cırılıb qopmuşdu. O, çarpayısında uzanıb həmin şəkillərə tamaşa eləyən, sonra da yavaş-yavaş 

onların rəngini canına hopdurub özüylə aparan kişilərin sayını çoxdan itirmişdi. 

     


- Mənimlə birgə darıxırsan, - Anna dedi.  

     


- Məsələ darıxmaqda deyil, şəhərdədi. 

 

- Bütün şəhərlər necə, bizimki də elə.  



     

- Şarları satmaq mümkün deyil.  

     

- Çıxart o zəhrimarları beynindən. Nə qədər ki, canımda can var, nə qədər ki, paltar 



yumağa gücüm çatır – bu qara-qura işlərə qurşanmağa sənin heç bir ehtiyacın yoxdur.  

 

Və bir qədər susandan sonra, ehtiyatla əlavə elədi:  



 

- Baş açammıram ki, bu iş sənin necə ağlına gəldi.  

     

Damaso siqareti dibinəcən sümürüb dedi: 



     

- Elə asan oldu ki, heç mən də baş açammıram, nə əcəb bu  indiyəcən kiminsə ağlına 

gəlməyib… 

     


- Fikrin-zikrin puldur, ona sözüm yox. Amma daha sənin kimi ikinci axmaq tapılmazdı 

ki, durub şar oğurlasın.  

     

- Anışdıra bilmədim, piştaxtanın dalında, qutunun içində gözümə qəfil sataşdılar. O saat 



fikirləşdim: bu qədər əziyyətdən sonra evə əliboş qayıdım?! 

   


- Baxtın yatıb sənin. 

     


Damaso bir az yüngülləşən kimi oldu.  

     


- Təzələrini də göndərmirlər. Xəbər gəlib ki, şarlar bahalaşıb, don Roke də deyir ki, bəs 

mənə sərf eləmir.  

      

O, təzə siqaret alışdırdı və danışa-danışa içinin qara-qura şeylərdən arıtlanıb az da olsa 



yüngülləşdiyini hiss etdi. Dedi ki, bəs guya don Roke bilyard stolunu satmaq qərarına gəlib, 

amma ona indi bir elə pul verməzlər, çünki bilyardı təzə öyrənənlərin naşılığı ucbatından cırıq-

cırıq, deşik-deşik olmuş mahud yaman gündədir; başdan-başa allı-güllü yamağa tutulub. Ömrü 

bilyard masasının böyründə keçən əsl oyunçuların isə yeganə əyləncəsi  hələlik beysbol 

yarışlarıdır.  

 

Damaso xeyli danışıb axırda sözünü belə tamamladı: 



     

- Belə çıxır ki, özümüz istəməsək də, hamıya qarşı xalis əclaflıq etmişik.  

     

- Özü də barı bir xeyrimiz ola! - Anna əlavə elədi.  



     

- Gələn həftə çempionat da qurtarır.  



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

295 


     

- Dərd çempionat dərdi deyil, zəncinin dərdidir. Bu işdə adamı yandıran əsas məsələ 

odur.  

     


Anna qabaqlar olduğu kimi, yenə uzanıb başını ərinin çiyninə qoymuşdu və onun 

qəlbindən keçənləri duyurdu. Damaso siqareti söndürənəcən beləcə gözləyib, sonra çox ehmalca: 

 

- Damaso, - pıçıldadı. 



 

- Nədi? 


     

- Bəlkə şarları qaytarasan? 

     

Damaso təzə siqaret alışdırdı. 



     

- Neçə gündü elə özüm də bu barədə fikirləşirəm. Amma heç bilmirəm necə qaytarım.  

     

Əvvəlcə belə danışdılar ki, şarları gediş-gəliş olan bir yerə qoysunlar, ancaq sonra Anna 



fikirləşdi ki, belədə bilyardxananın yarağı düzəlsə də, bunun biçarə zənciyə heç bir xeyri 

dəyməyəcək; şarların tapılmasını, zəncinin suçunu üstündən götürmədən polis yüz cürə yoza 

bilərdi. Başqa əngəl də mümkün idi: bəlkə heç şarları tapan adam nəfsinin ucbatından onları 

qaytarmacaq, sonradan satmaq umuduyla özündə saxlayacaqdı?  

 

- Qaytaranda da elə qaytaraq ki, barı bir xeyri olsun,  - deyə Anna fikirini yekunlaşdırıdı. 



     

Şarları basdırdıqları yerdən qazıb çıxartdılar; Anna onları qəzetə bükdü, özü də elə 

düzəltdi ki, qıraqdan baxanda şar olmaları bilinməsin. Sonra bükülünü sandığa qoyub dedi: 

     


- İndi gözləmək lazımdı münasib vaxt düşsün.  

     


Ancaq iki həftə ötüb keçsə də, münasib bir fürsət düşmədi ki, düşmədi. Şarların 

oğurlandığı gündən düppədüz iki ay sonra,  avqustun iyirmisində, axşamdan xeylaq ötmüş 

Damaso bilyardxanaya gəldi. Don Roke piştaxtanın arxasında tək-tənha oturub əlindəki yelpiklə 

milçəkləri qovurdu. Radio susurdu və bu susqunluq qocanın tənhalığını daha betər sezdirirdi.  

 

- Hə, mən deyən oldumu? - don Roke Damasonu görcək ucadan səsləndi; sanki öz 



gümanının düz çıxmasından sevincək olmuşdu. - Cəhənnəm oldu hamısı! 

 

Damaso cibindən pul çıxarıb musiqi avtomatına saldı. Bir yandan mahnının gur sədaları, 



bir yandan da yanıb-sönən rəng-bərəng işıqlar onun bilyardxanaya həqiqi sədaqətini bir daha 

təsdiqləməkdə idi; hər halda özünə belə gəlirdi. Amma don Roke  deyəsən bunu çox da hiss 

etmirdi. Damaso keçib onunla yan-yana əyləşdi və toxtaqlıq verməyə çalışdı, intəhası sadaladığı 

dəlillər elə də tutarlı səslənmir, don Roke də etinasız bir görkəmlə qulaq asa-asa yelpiyini 

yelləyirdi.  

       


- Çarə nədir, daha beysbol il uzunu ola bilməz ki. 

     


- Nə bilmək olar, bəlkə şarlar tapıldı? 

     


- Hara tapılır. 

     


- Zənci onları yemədi ki! 

     


- Polis hər yeri ələk-vələk eləyib, - deyə don Roke əsəbi bir qətiyyətlə təsdiqlədi. - Çaya 

tullayıb yəqin. 

     

- Birdən möcüzə baş versə, şarlar tapılsa? 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

296 


     

- Gümanuva güc vermə, bala. Düzələn iş deyil bu, məsələ bitib-bağlanıb. Sən bəyəm 

möcüzəyə inanırsan? 

     


- Hərdən inanıram. 

     


Damaso bilyardxanadan çıxanda camaat hələ kinoda idi; kino hələ bitməmişdi və filmin 

uzaqdan eşidilən uğultulu səsləri, əcaib-qəraib ifadələri yuxulu şəhərin başı üzərində gah əriyib 

yoxa çıxır, gah da təzədən ucalırdı və hələ açıq olan bir neçə qapı da indilərdə bağlanasıydı. 

Meydanda bir qədər veyillənib, sonra rəqs salonuna tərəf addımladı. 

    

Salonda cəmisi bircə müştəri vardı; orkestr şəxsən ondan ötrü çalırdı, o da eyni vaxtda iki 



qadınla rəqs edirdi. Salondakı digər qadınlar divar boyunca elə cərgələnib oturmuşdular ki, elə  

bil hardansa nəsə bir xəbər gözləyirdilər. Damaso masa arxasına keçib əli ilə bufetçiyə işarə elədi 

ki, pivə gətirsin. Sonra nəfəsini dərə-dərə elə şüşədəncə içməyə başladı, özü də cüt qadınla rəqs 

edən kişidən göz çəkmirdi; pivə şüşəsi arxasından izlədiyi bu kişi  boyca hər iki qadından 

balacaydı.  

     


Gecə yarıdan ötəndə kinodan çıxan arvadlar, arxasınca da dəstə-dəstə kişilər hay-küylə 

içəri doluşdu; Damasonun tanış qızı da içəri təpilənlərin arasında idi və Damasonu görcək, keçib 

masa arxasında onunla üzbəüz oturdu.  

 

Damaso qıza heç baxmadı da; o, pivənin altı şüşəsini artıq boşaltmışdı və hələ də rəqs 



eləyən kişiyə baxır, gözlərini ondan ayırmırdı. Kişi isə indi üç qadınla rəqs edirdi, ancaq rəqs 

etdiyi qadınları bir tikə də vecinə almır, onlara əsla məhəl qoymurdu; bütün fikri-zikri öz hoqqa 

çxaran ayaqlarında idi. O, dedikcə xoşbəxt görünürdü və daha da xoşbəxt olması üçün əl-

ayağından savayı deyəsən təkcə quyruğu çatışmırdı.  

 

- Bu tip mənim xoşuma gəlmir, - Damaso dilləndi. 



     

- Onda baxma ona, - qız dedi və bufetçidən içki istədi.  

     

İndi meydanca rəqs eləyən cütlüklərlə dolmuşdu, bayaqkı üç qadınla oynayan kişi isə 



sanki bunları görmür və özünü hələ də elə aparırdı ki, elə bil salonda tək idi. Hansısa anda 

baxışları ani olaraq Damasonun baxışlarıyla qarşılaşanda o, ayaqlarının çevikliyini daha da 

artırdı və gülümsəyib dovşan dişinə bənzəyən  xırdaca dişlərini göstərdi. Damaso kirpik 

tərpətmədən eləcə düz onun gözünün içinə baxırdı. Və axırda kişi buna tab gətirmədi, 

təbəssümünü udub üzünü çevirdi.  

     


- Özünü kefcil sayır.  

     


- O elə gerçəkdən kefcildir, hər gələndə başqa kommivoyajörlər kimi öz hesabına musiqi 

çaldırır. 

     

Damaso qızın üzünə çaşqın nəzərlərlə baxdı. 



     

- Onda nə durmusan, get sən də qoşul. Üç adama çatan yem dördüncünü də görər.  

 

Qız cavab qaytarmadı, üzünü rəqs meydançasına çevirib stəkandakı içkini qurtum-qurtum 



udmağa başladı. Rəngi solmuş sarımtıl donda o dedikcə ürkək və qətiyyətsiz görsənirdi.  

 

Sonra rəqs eləməyə durdular. Damasonun sifəti getdikcə tutulurdu. Qız onun qolundan 



yapışıb piştaxtaya sarı çəkdi: 

 

- Acından ölürəm. Elə sən də bir şey yesən pis olmaz.  



     

Bu vaxt kefcil kişi yanındakı üç qadınla birgə qarşılarına çıxdı. Damaso ayaq saxladı. 


1   ...   49   50   51   52   53   54   55   56   ...   115


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə