Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7.78 Mb.
PDF просмотр
səhifə51/115
tarix25.04.2017
ölçüsü7.78 Mb.
1   ...   47   48   49   50   51   52   53   54   ...   115

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

276 


Bu, deyəsən, anasının həmişəlik yoxa çıxmasından bir ay əvvəlin hadisəsi idi. Ailələrində qısa 

müddətə də olsa əmin-amanlıq yaranmışdı, daim qarnında gəzdirdiyi dəhşətli aclıq 

unudulmuşdu, anasına əvvəlki məhəbbəti yenidən ürəyində baş qaldırmışdı. Uinston o günü çox 

yaxşı xatırlayırdı; tutqun hava idi, şıdırğı yağış yağırdı, leysanın suyu pəncərə şüşələri ilə üzü 

aşağı axırdı. İçəri yarımqaranlıq olduğundan oxumaq da mümkün deyildi. İki uşaq balaca, 

qaranlıq yataq otağında darıxdıqlarından nə edəcəklərini bilmirdilər. Uinston zarıyır, şıltaqlıq 

edir, səylərinin hədər olduğunu bilsə də, yemək istəyirdi. Bir yerdə dayanmırdı, otaqda o tərəf - 

bu tərəfə qaçırdı, əlinə keçən hər şeyi vurub dağıdırdı, üstünə nazik suvaq çəkilmiş taxta 

divarları təpikləyirdi. Səs-küyə əsəbiləşən qonşular o biri tərəfdən divarı hirslə döyəcləyirdilər. 

Kiçik bacısı isə hər beş dəqiqədən bir qiyyə çəkib qışqırırdı. Nəhayət, anası dözmədi, “Özünü 

yaxşı apar, sənə oyuncaq alacağam,-dedi. -Özü də yaxşı oyuncaq. Mütləq xoşuna gələcək”. Və 

göydən yağış tökməsinə baxmayaraq, küçəyə çıxıb yaxınlıqdakı ara-sıra açıq olan dükana getdi. 

Bir azdan karton qutu ilə qayıtdı. Yaş kartonun iyi indiyə qədər Uinstonun burnundan 

çəkilməmişdi. Bu qəribə oyun “Çərpələng-Pilləkən” adlanırdı. Oyuncaq çox kobud 

hazırlanmışdı. Taxta lövhə bir neçə yerdən çatlamışdı. Zərlər isə elə düzəldilmişdi ki, atanda 

güclə bir tərəfi üstə dayanırdı. Əvvəlcə oyuncaq maraqlı görünmədiyindən Uinston qaş-qabağını 

töküb baxırdı. Anası tez şam yandırdı, oynamaq üçün döşəmədə üzbəüz oturdular. Az keçməmiş 

oyunun nəşəsi onu bürüdü. Gülməkdən özünü saxlaya bilmirdi. Zərlər atıldıqca kiçik lövhəciklər 

gah “çərpələnglə” üzüyuxarı qalxıb qələbəyə yaxınlaşır, gah da “pilləkənlə” aşağı sürüşüb 

yenidən başlanğıc nöqtəsində dayanırdılar. Səkkiz əl oynadılar, hərəsi dörd dəfə uddu. Hələ çox 

balaca olduğuna görə oyundan başı çıxmayan bacısı da yastığın üstündə oturub elə hey gülürdü. 

Çünki qardaşı ilə anası gülürdülər. Həmin gün qaranlıq düşənə qədər, uşaqlığının lap ilk illərində 

olduğu kimi, üçlükdə xoşbəxt idilər.  

Uinston bu idillik lövhəni özündən uzaqlaşdırdı. Saxta xatirələrdir. Saxta xatirələrin ara-sıra onu 

narahat etdiyi vaxtlar olurdu. Amma belə şeylərin həqiqi qiymətini biləndə təhlükəliliyi itirdi. 

Həqiqətən də, bəzi işlər olmuşdu. Bəziləri isə olmamışdı. Uinston yenə şahmat taxtasına baxdı. 

Təzədən ağ at fiqurunu əlinə götürdü. Dərhal da onu taqqıltı ilə taxtanın üstünə saldı. Bədəninə 

iynə batırılbmış kimi, yerindən dik sıçradı.  

Şeypur səsləri havanı lərzəyə gətirmişdi. İndicə bülleten oxunacaqdı! Qələbə! Əgər məlumat 

bülletininin oxunuşundan əvvəl şeypur çalınırsa, bu, qələbə deməkdir. Kafenin içindən elə bil 

güclü elektrik cərəyanı keçdi. Hətta ofisiantlar da diksinib qulaqlarını şəklədilər.  

Görünməmiş hay-küydə şeypur sədaları eşidilməz olmuşdu. Teleekranda həyəcanlı bir səs nə isə 

üdüləyib tökürdü. Amma kütlənin hər tərəfə yayılan sevinc bağırtıları içərisində onun nə dediyini 

anlamaq olmurdu. Yenilik ildırım sürəti ilə bütün şəhərə yayılmışdı. Uinstonun teleekrandan 

eşitdikləri hər şeyin əvvəlcədən təsəvvüründə canlandırdığı kimi olduğunu söyləməyə kifayət 

idi: qüvvələrini son dərəcə məxfilik şəraitində cəmləşdirən armada, düşmənə arxadan endirilən 

dəhşətli zərbə... Ağ ox qara oxun quyruğunu kəsib atmışdı. Səs-küyün içərisindən zəfər təntənəsi 

ilə dolu ayrı-ayrı ifadələr qulağına çatırdı.: “Möhtəşəm strateji manevr... qüvvələrin qüsursuz 

qarşılıqlı əlaqəsi.., vahimə içərisində geri çəkilmə.., yarım milyon nəfər əsir..., düşmən mənəvi 

cəhətdən darmadağın edilmişdir..., Afrika tam şəkildə ələ keçirilmişdir..., müharibənin sonu 

yaxın gələcəyin məsələsinə çevrilmişdir..., qələbə..., bəşəriyyət tarixində misli-bərabəri 

görünməmiş qələbə..., qələbə..., qələbə...” 

Uinstonun ayaqları masanın altında aramsız titrəyirdi. Oturduğu yerdən qalxmasa da, fikrində 

qaçır, gücü gəldikcə qaçırdı. Küçədə, qışqırmaqdan qulağı batmış kütlə ilə birlikdə idi. Yenə 

Böyük Qardaşın portretinə baxdı. Bütün Yer kürəsini öz üzərində saxlayan əzəmətli sütun! Asiya 

ordularının çırpılıb məhv olduğu sarsılmaz qaya! Uinston fikirləşdi ki, on dəqiqə bundan əvvəl, 

cəmisi on dəqiqə əvvəl hələ ürəyində şübhələr cövlan eləyirdi, cəbhədən qələbə, yoxsa 

məğlubiyyət xəbərinin alınacağını bilmirdi. Bu anlarda heçliyə qovuşan Avrasiya ordularının 

məğlubiyyətindən də mühüm hadisə baş vermişdi. Sevgi Nazirliyinə düşdüyü ilk gündən onun 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

277 


daxilində çox şey dəyişmişdi. Son zəruri, sağlamlaşdırıcı dəyişiklik isə məhz indi, son bir neçə 

saniyənin içərisində baş vermişdi. 

Teleekrandan eşidilən səs hələ də qırğınlar, əsirlər, hərbi qənimətlər haqqında nağılını davam 

etdirirdi. Küçədən gələn bağırtılar isə get-gedə azalırdı. Ofisiantlar təzədən işlərinə 

başlamışdılar. Onlardan biri, əlində cin şüşəsi, Uinstona yaxınlaşdı. Munis xəyallara dalmış 

Uinston hətta qədəhinin necə doldurulduğunu görmədi. O, artıq kütlə ilə birlikdə qaçmırdı, 

sevincdən qışqırmırdı. Yenidən Sevgi Nazirliyində idi, əfv edilmişdi, ürəyi qar kimi ağappaq, 

tərtəmiz idi. Müttəhimlər kürsüsündə oturmuşdu, bütün günahlarını boynuna almışdı, hamının 

əleyhinə ifadə vermişdi. Ağ kaşı döşənmiş koridorla, üzünə günəş doğmuş adam kimi şəstlə 

gedirdi. Arxasınca silahlı nəzarətçi addımlayırdı. Uzun müddətdən bəri gözlədiyi güllə başını 

dələrək beyninə girirdi.  

Uinston gözlərini zilləyib qarşıdakı portretin nəhəng sifətinə baxırdı. Onun qara bığları arxasında 

gizlənən təbəssümü dərk etmək üçün qırx il vaxt lazım olmuşdu. Ah, qəddar, lüzumsuz 

anlaşılmazlıq! Ah, sevimli ağuşdan kənar düşməyə can atan tərs, inadkar qaçaq! İki damla göz 

yaşı Uinstonun burnunun kənarlarından üzü aşağı yuvarlanırdı. Amma indi yaxşıdır. Hər şey 

qaydasındadır! Mübarizə başa çatıb. O, öz üzərində qələbə çalıb. O, Böyük Qardaşı sevir.  

 

1949 

 

Tərcümə: Vilayət QULİYEV 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

278 


Qabriel Qarsia Markes 

 

Bizlərdə oğru yoxdur  



 

Povest 


  

Tərcümə edəni: Mahir Qarayev 

 

Mahir Qarayev 



 Ön sözü 

 

Markes yaradıcılığının ən parlaq nümunələrindən sayılan bu lakonik əsərdə bütün hadisə və 



detalların güzgü üzərindəki kimi son dərəcə dəqiq əksi var. Elə əsərin baş qəhrəmanı – gənc və 

gözəl Damaso da, sanki üz-üzə qoyulmuş iki güzgü arasında dayanıb; bu güzgülərin biri 

Damasonun mövcud olmayan keçmişini, digəri isə mövcud olmayacaq gələcəyini paralel şəkildə 

əks etdirir. Sakini olduğu  balaca və darıxdırıcı şəhərdə bütün yaşıdları kimi, onun da həyatı 

maraqsız-məzmunsuz keçir; Damaso yaşadığı boz şəhərin və əhatə olunduğu rəngsiz mühitin 

təbii məhsulu, həm də qurbanlığıdır. 

 

Damasonun Dünəni yoxdur; bu səbəbdən onun kimliyi barədə əsərdə bircə epizodun, bircə 



ştrixin də verilməməsi əsla təsadüfi deyil; Damasonun Dünəni yoxdur və bu yoxluğu onun 

heçlikdən yoğrulmuş mənasız-məzmunsuz Bugünü təsdiqləyir. Keçmişi olmadığından onun 

Bugünkü real həyatının yalançı gerçəkliyi heçliyə məhkumdur və belə bir vəziyyətdə, qarşıda 

onu hər hansı perspektivin gözləyə biləcəyi də absurddur, çünki gələcəyinin uğurunu şərtləndirən 

Bugünü iflasa məhkumdur. Heç bir ciddi arzusu olmayan, şəhər-şəhər gəzib bilyardxanalardan 

şar oğurlayacağını və  satıb pula çevirəcəyini çox dumanlı şəkildə təsəvvür edən sadəlövh gəncin 

həyat fəlsəfəsi o qədər bəsit və ümidsizdir ki, hətta həmin pulu hara xərcləyəcəyini də dürüst 

bilmir: «Özümə kefim istəyən qədər kostyum alacam, əlli cüt də ayaqqabı…» 

 

Və bu iflas labüddür: əgər Damaso oğurluq etməsəydi, onda oxşar  aqibətlə nəticələnəcək digər 



mənasız bir hərəkətə yol verəcəkdi – təsadüfi deyil ki, ona pul verməyən arvadını Damaso 

qabağına çıxan birinci adamı öldürəcəyi ilə hədələyir və oxucu onun «səmimiyyətinə» inanır; 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

279 


özü də don Rokenin təbirincə desək, ona görə yox ki, Damaso oğru yaxud qatildir, xeyr, sadəcə 

olaraq, axmağın yekəsidir; daha doğrusu, hər şeyin beləcə alınıb-satıldığı, heyvani hissiyyatın 

insani şüuru üstələdiyi, riyakarlığın həyat tərzinə çevrildiyi mühitdə hər hansı səmimiyyət 

səfehlik kimi görünməyə məhkumdur. 

 

Mənasızlıq və heçlik içində yaşayan bütün bu insanlar Markesin bir çox personajları kimi 



dəhşətli tənhalığa mübtəladırlar; elə Damasonun faciəsi də əslinlə onun səmimiyyət və 

tənhalığındadır. Müsahibələrində tənhalığı insan təbiətinin zəruri bir hissəsi adlandıran, bunun 

məhz belə olduğunu dəfələrlə vurğulayan yazıçı tənhalıqdan xilas yolunu göstərmir, daha 

doğrusu, onun fikrincə, belə bir yol ümumiyyətlə mövcud deyil; çünki tənhalıq özü bir taledir. 

Və Damaso da taleyinə çevrilmiş doğma tənhalığıyla mənasız ömrunun mövcud olmayan, yalnız 

Annanın timsalında üzə çıxan Keçmişi və Gələcəyi arasında vurnuxur. 

 

Damasonun məhkum olduğu tənhalıqdan hansısa çıxış yolu varmı? Yazıçı bu barədə 



«inadkarcasına» susub, bircə kəlmə də danışmır və heç nəyə müdaxilə eləmir, amma hər şeyi 

güzgü kimi və güzgüdə olduğu kimi elə bir dəqiqliklə göstərir ki, oxucu hadisələrin kənar 

seyrçisindən bilavasitə iştirakçısına çevrilir və yazıçının acı fəlsəfəsini az qala öz taleyində 

yaşamış olur: xeyr, heç bir halda heç bir çıxış yolu yoxdur. 

 

Tər və soğan iyi gələn boylu arvadı ərinə acı-acı bildirir ki, «sənin otuz yaşın olanda mənim qırx 



yeddi yaşım olacaq». Bəlkə problem bundadır, yəni keçmiş fahişə Annanın gənc Damasoya tay 

olmamasındadır? Amma bu zaman qarşı güzgüdə ərindən 17 yaş böyük arvadın gənclik variantı 

ola biləcək təxminən 17 yaşlı yeniyetmə qızın surəti peyda olur. Əlbəttə, ilk baxışda bu qız 

Damasoya daha münasib görünür, ona daha çox həmtaydır; amma diqqətlə baxanda, bəyəm bu 

yeniyetmə qız elə dərisi ağappaq olan Annanın gəncliyi, onun özü deyilmi? 

 

Beləliklə, əsərdə iki yox, əslində bir qadın var: Anna!  Qız – Annanın  gəncliyi, Anna isə Qızın 



yaşlı variantıdır; Qızın adsız olması əsla təsadüfi deyil. Eləcə də, hər ikisinin zənciyə eyni 

dərəcədə acıması, ikisinin də zənci barədə eyni sözü («Yazıq!») işlətməsi və Damasonu eyni 

dərəcədə cinləndirməsi; Damasonu eyni kinoaktyorun (Xorxe Neqrete) adıyla çağırması, yaxud 

ona «yalançı» deməsi və digər yardımçı detallar qətiyyən təsadüfi sayıla bilməz. 

 

Anna bətnində yeddiaylıq uşaq gəzdirir, Qız isə artıq uşağı doğub. Damaso Annanın hələ 



doğmadığı uşağa nə dərəcədə laqeyddirsə, Qızın artıq doğduğu uşağa da o dərəcədə etinasızdır. 

Yəni doğulacaq uşaq Damasonun mənasız həyatını heç nə ilə dəyişməyəcək, necə ki, doğuliuş 

uşaq onu mübtəla olduğu tənhalıqdan qurtarmaqda acizdir. Üstəlik də, doğduğu uşağın atasını 

tanımayan Qız əslində elə Annanın özüdür; həmin Anna ki, jurnallardan kəsib divarlara 

yapışdırdığı kinoaktyorların rəngli fotoşəkilləri saralıb-solmuş,  çarpayısında uzanıb o şəkillərə 

tamaşa eləyən, sonra da yavaş-yavaş onların rəngini canına hopdurub özüylə aparan kişilərni 

sayını çoxdan itirmişdi… 

 

Damaso yaşlı qadınla deyil, cavan Qızla da evlənə, yaxud Anna ona gənc vaxtında ərə gedə 



bilərdi; əsərdə bu variantların hər ikisi var, amma hər iki halda vəziyyət dəyişmir və dəyişə də 

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

280 


bilməz – Markesin təsvir etdiyi rəngsiz mühitin, hüdudlarını dəqiq cızdığı kiçik əyalət şəhərinin 

boz tənhalığından o üzə adlamaq mümkün deyil. 

 

Damasonun zərbəsindən sonra Ananın bətnindəki uşağın tələf olacağı  da gözləniləndir; amma iş 



bunda deyil, çünki əsərdə tələf olmamış, doğulmuş uşaq faktı onsuz da mövcuddur. Kim bilir

bəlkə elə o yad uşağın da atası Damasodur, ya da Annanın bətnindəki uşağın atası heç Damaso 

deyil? Hər iki hal mümkündür, heç biri də heç nəyi dəyişmir – Damaso hər iki varianta (hər iki 

uşağa) eyni dərəcədə (həm də ifrat dərəcədə!) etinasızdır. 

 

Və problemi heç də qadının yaşı, yaxud ər-arvadın bir-birinə həmtay olub-olmaması 



doğurmayıb; Anna Damasoya lap yeniyetmə qızlıq çağında rast gəlsəydi belə, onunla ailə həyatı 

qurub dünyaya vaxtında uşaq gətirsəydi də vəziyyət dəyişməyəcəkdi; çünki əsrlərin, yüzilliklərin 

Markes qələmi ilə təsvir edilmiş və Markes məntiqi ilə əsaslandırılmış tənhalığından heç bir çıxış 

yolu yoxdur; zavallı Damaso isə, sadəcə olaraq, dahi müəllifin bu qaçılmaz, bu çarəsiz 

tənhalıqda qovrulan onlarla, yüzlərlə personajından biridir. 

 

BĠZLƏRDƏ OĞRU YOXDUR 

 

        Damaso xoruzların birinci banında gəlib çıxdı;  yeddi aylıq hamilə arvadı Anna paltarını 



soyunmadan yatağın içində oturub eləcə gözləyirdi. İşartısı öləziyən nöyüt lampasına baxa-baxa 

Damaso hiss etdi ki, Anna bütün gecə dəqiqəbədəqiqə onu gözləyib; elə indi də gözləməkdədir. 

Odur ki, toxdaqlıq üçün başını tərpətdi. Ancaq Anna cavab vermədi, qorxudan bərəlmiş gözlərini 

Damasonun əlindəki qırmızı bağlamaya dikib, hönkür-tüsünü boğmaq üçün dodaqlarını bir-

birinə sıxaraq titrətməyə başladı. Damaso səssiz bir çılğınlıqla arxadan gəlib hər iki əliylə 

qadının korsajından yapışdı. Ondan turşumuş spirt iyi gəlirdi.  

 

Anna birtəhər ayağa qalxdı, sonra bütün ağırlığıyla özünü Damasonun qucağına yıxdı, 



üzünü al-qırmızı rəngli zolaq-zolaq köynəyinə sıxıb hönkürdü, ta sakitləşənə qədər ondan bərk-

bərk yapışıb buraxmadı. 

     

- Oturduğum yerdəcə yuxulamışam, - deyə zarıya-zarıya hıçqırdı,  - yuxuda görürəm 



birdən qapı taybatay açılır, səni qan içində sürüyüb içəri atırlar.  

     


Damaso arvadının ağuşından kirimişcə qopub onu bayaqkı yerində oturtdu, sonra 

bağlamanı onun qucağına atıb özü bayıra,  ayaqyoluna çıxdı. Anna bağlamanı açanda 

oynanmaqdan didiklənib çopur-çopur olmuş üç bilyard şarı gördü: ikisi ağ rəngdə, biri qırmızı. 

Damaso təzədən içəri girəndə qadın hələ də təəccüb içində şarları gözdən keçirirdi. 

 

- Bunlar neyçündü belə?   



 

Damaso çiyinlərini çəkdi: 

     

- Bilyard oynamaqçün. 



     

Sonra şarları təzədən qırmızı əskiyə bükdü və bıçağı, cib fənərini, bir də özünün yonub 

düzəltdiyi kilidaçanı bağlama ilə birgə sandığın dibində gizlətdi. Anna elə paltarlı-paltarlı yerinə 

uzanıb üzünü divara çevirdi. Damaso təkcə şalvarını soyundu. O, yatağa sərələnib siqareti 

siqaretə calaya-calaya bayırı dinşəyir, çöldən eşidilən erkən sübh xışıltıları içində, törətdiyi 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

281 


həngamənin hansısa əlamətini, əks-sədasını kəsdirməyə çalışırdı; qəfildən hiss etdi ki, Anna da 

yatmır.  

 

- Nə fikirləşirsən? 



     

- Heç nə, - Anna cavab verdi.  

  

Hirsindən Damasonun səsi indi daha dərindən və daha boğuq çıxırdı. O, siqaretə son 



qüllab vurub kötüyü torpaq döşə-məyə basıb söndürdü və dərindən köks ötürüb pıçıldadı: 

 

- Başqa şey yox idi, boş-boşuna nahaqdan bir saat özümü həlak elədim.  



 

- Hayıf ki, səni öldürmədilər. 

     

- Dilin qurusun sənin! - Damaso taxta çarpayının qırağını tıqqıldadıb əsəbi tərzdə 



mızıldandı, torpaq döşəməyə əl gəzdirib kibritini, siqaretini axtardı.  

     


- Daha sənə sözüm yoxdu, xalis uzunqulaqsan! Heç olmasa məni düşünəydin. 

Fikirləşəydin ki, gözümə yuxu getmir, oturub səni gözləyirəm. Küçədən hər xışıltı gələndə, hər 

dəfə bir hənirti eşidiləndə elə bilirdim sənin meyitini gətirirlər.   

     


Anna köks ötürüb davam elədi: 

    


- Özü də nədən-nədən, üç dənə qotur şardan ötrü! 

     


- Daxılda cəmi-cümlətanı iyirmi beş sentavo vardı.  

     


- Onda heç nəyə əl vurmayaydın.  

     


- İçəri zorla girmişdim, daha əliboş qayıtmayacaqdım ki. 

     


- Başqa şey götürəydin də. 

     


- Dedim ki, başqa heç nə yox idi.  

     


- Bəsdi görək, bilyardxanada şey azlığıdı? 

 

- Adama elə gəlir, amma içəri keçib yaxşı-yaxşı göz yeti-rəndə görürsən ki, bir fərli şey 



yoxmuş.  

     


Anna susdu. Damaso özlüyündə arvadının bilyardxananı xəyalən göz önünə gətirib ac 

gözləri ilə qaranlıqda nəsə qiymətli bir şey aradığını təsəvvür elədi.  

     

- Nə bilim, bəlkə də elə sən deyən kimidir, - deyə arvad handan-hana dilləndi.  



     

Damaso təzədən siqaret alışdırdı. Kefliliyi keçib getdikcə yavaş-yavaş bədəninin keyi 

açılır, o da öz varlığına yiyəlik etmək iqtidarında olduğunu artıq duymağa başlayırdı.  

     


- İçəridə yekə bir pişik vardı. Yekə, ağappaq bir pişik.  

     


Anna bu biri böyrü üstə çevrilib, top kimi şişmiş qarnını ərinin qarnına sıxdı, ayağını da 

onun paçasının arasına soxdu; ondan soğan iyi gəlirdi. 

 

- Bərk qorxurdun? 



     

- Kim, mən? 

     

- Əlbəttə, sən. Deyirlər, hərdən kişilər də qorxurlar.  



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

282 


     

Arvadının gülümsədiyini hiss etdiyindən Damasonun da kefi əməlli-başlı duruldu və 

gülümsünüb dedi:   

 

- Qorxurdun da sözdü? Az qala şalvarı islatmışdım.  



     

Annanın öpməsinə mane olmasa da, özündən cavab öpüşü gəlmədi. Bir az ara verib, 

sonra səfər təəssüratlarını bölüşürmüş kimi hamısını yerli-yataqlı danışmağa başladı; necə bir 

təhlükəyə qol qoyduğunu yaxşıca dərk etsə də, əməlindən peşmançılıq çəkməsi zərrəcə hiss 

olunmurdu. Anna bir xeyli müddət dinmədi.  

   


- Səfeh iş tutmusan. 

     


- Çətini başlamaqdır. - Damaso cavab verdi, - Siftə üçün sən deyən o qədər də pis deyil.  

 

 



    

 

Damaso yuxudan ayılanda günortanın istisi tüğyan eləyirdi. Anna çoxdan 



qalxmışdı; Damaso da tənbəl-tənbəl dikəldi, fəvvarəyə sarı yeriyib başını suyun altına tutdu, 

yuxusu dağılanacan beləcə qaldı. Onların kirayə yaşadıqları mənzil ortaqlı patiosu olan adi, 

saysız otaqlardan biri idi. Qapının girəcəyənidə biş-düş hazırlamaqdan və ütünü qızdırmaqdan 

ötrü soba, bir də yemək stolu vardı; yemək masasından həmçinin paltar ütüləmək üçün istifadə 

olunurdu. Ərinin qalxdığını görən Anna ütülənmiş ağları masanın üzərindən yığışdırdı və qəhvə 

hazırlamaq üçün ütünü sobanın qırağına çəkdi; dərisi ağappaq olan qadın ərindən gövdəliydi və 

ömrü boyu qorxu-hürkünün nə olduğunu bilməyən adamlara məxsus ötkəm yerişi vardı.  

     


Damaso baş ağrısının qatı dumanı içindən arvadını süzüb onun sözlü adama oxşadığını, 

eyhamlı baxışlarla ona nəsə demək istədiyini hiss etdi və patiodan gələn səslərə qulaq kəsildi. 

Anna qəhvəni onun qabağına qoyub astadan pıçıldadı: 

     


- Səhərin gözü yırtılandan hamı bundan danışır. Kişilər çoxdan ora yollanıblar.  

  

Damaso pəncərədən çölə boylandı; paltar sərən arvadlardan başqa həyətdə heç kəs gözə 



dəymirdi: nə kişilər, nə uşaqlar. O, qəhvəsini içə-içə bayırdan eşidilən qarışıq səslərə, hənirtilərə 

qulaq verdi. Sonra siqaret alşdırıb qapıya çıxdı.  

 

- Teresa! 



     

İslaq donu bədəninə yapışmış yeniyetmə qız əlüstü ona sarı döndükdə Anna pıçıldadı:  

 

- Ehtiyatlı ol. 



     

Qız yaxınlaşanda Damaso laqeyd səslə soruşdu: 

     

- Nolub ki? 



     

- Bilyardxananı yarıb hər şeyi aparıblar, - deyə qız elə o saat üdüləməyə başladı; özü də 

elə yerli-yataqlı danışırdı, elə bil hər şeyi öz gözüylə görmüşdü. Qızın üdüləməsindən belə 

çıxırdı ki, guya bilyardxanada nə vardısa, bilyard stolu qarışıq hamısını yığıb-yığışdırmış, 

çırpışdırıb aparmışdılar. Qızı dinləyə-dinləyə Damaso bir anlığa özünü unudub, az qala bütün 

bunların gerçəkdən belə olduğuna inandı. Yalnız otağa qayıdarkən «lənət sənə, kor şeytan!» 

deyib dodaqaltı mızıldandı. 

     


Anna pəsdən oxuyurdu. Damaso həyəcanını boğmaq üçün stulu çəkib lap divara dirədi. 

Üç ay əvvəl onun iyirmi yaşı tamam olmuşdu. Gizli ciddi-cəhdlə və nəvazişlə uzatdığı nazikcə 

bığları çopur sifətinə bir ötkəmlik verirdi; Damasonun özünə inamı da elə o vaxtdan  artmışdı. 

1   ...   47   48   49   50   51   52   53   54   ...   115


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə