Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7.78 Mb.
PDF просмотр
səhifə47/115
tarix25.04.2017
ölçüsü7.78 Mb.
1   ...   43   44   45   46   47   48   49   50   ...   115

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

252 


istəyinizlə verməlisiniz.Yad fikirlini sadəcə bizə müqavimət göstərdiyinə görə məhv etmirik. 

Əksinə, müqavimət göstərməyə qadir olduğu müddət ərzində onu heç zaman öldürmürük. Biz 

onu dəyişdiririk, daxili dünyasına nüfuz edirik, yenidən formalaşdırırıq. Bütün pislikləri və 

yanlış fikirləri varlığından qovub çıxarırıq. Onu yalnız sözdə, görüntü ilə yox, tam səmimi 

şəkildə, ağlı və ürəyi ilə öz tərəfimizə çəkirik. Öldürməmişdən əvvəl onu özümüzdən birinə 

çeviririk. Dünyanın hər hansı yerində, hətta gizli şəkildə, rüşeym halında da olsa, yanlış 

düşüncənin möbvudluğu bizim üçün qəbuledilməzdir. Biz hətta ölüm anında da fərqli fikir 

təmayüllərinə yol verə bilmərik. Keçmiş vaxtlarda kafir tonqala kafir kimi ayaq basırdı. Hətta 

küfr fikirlərini ucadan elan edir, bundan qürur duyurdu. Rusların apardıqları təmizləmələr 

zamanı qurbanlar hər an arxadan gicgahlarına sıxılacaq gülləni gözləyərək, koridorlarla 

addımladıqları anlarda da üsyankar fikirlərini beyinlərindən çıxarmırdılar. Biz isə beyinləri 

vurub dağıtmamışdan əvvəl onları mükəmməl hala gətiririk. Köhnə despotik quruluşlar 

“Etməməlisən!”-deyirdi. Totalitar rejimlər “Etməlisən!”-əmrini verirdi. Biz isə “Sən varsan!”-

deyirik. İndiyə qədər bura gətirilənlərin heç biri qarşımızda duruş gətirə bilməyib. Hamısının 

beynini yuyub təmizləmişik. Hətta bir zamanlar günahsızlıqlarına inandığınız həmin o miskin 

xəyanətkarları - Consu, Aronsonu və Rezerfordu da sonda sındırdıq. Özüm onların istintaqında 

iştirak edirdim. Özüm onların tədricən necə miskin hala düşdüklərinin, yalvarıb-yaxardıqlarının, 

fəryad qopardıqlarının, ağlayıb-sıtqadıqlarının şahidi olmuşam. Ən mühüm olan isə, onların 

ağrıdan, yaxud qorxudan deyil, peşimançılıqdan bu vəziyyətə düşmələri idi. Üzərlərindəki iş 

başa çatdırılandan sonra insandan daha çox kölgəni xatırladırdılar. Əməllərinə görə peşimançılıq 

hissindən və Böyük Qardaşa məhəbbətdən başqa ürəklərində heç bir duyğu, heç bir istək 

qalmamışdı. Güllələnməyə mümkün qədər tez aparılmaları üçün yalvarırdılar. Düşüncələrinin bu 

qədər təmiz və ləkəsiz olsuğu vaxtda dünyadan getmək istəyirdilər.  

O`Brayenin səsində xəyalpərvər notlar sezildi. Coşqunluq və dəlicəsinə vurğunluq ifadəsi hələ 

də sifətinə hakim idi. Uinston fikirləşdi ki, o, rola girmir, ikiüzlülük etmir, dediyi hər sözə 

ürəkdən inanır. Bu anlarda Uinstona hər şeydən çox əzab verən intellektual yarımçıqlığını daha 

aydın dərk etməsi idi. Uinston gah gözləri qarşısında peyda olan, gah da yoxa çıxan O`Brayenin 

ağır bədənini zərifliklə idarə edərək otaqda gəzişməsinə baxırdı. O`Brayen hər cəhətdən ondan 

üstün idi. Uinstonun beynində elə bir fikir doğulmamışdı və doğula da bilməzdi ki, O`Brayenə 

çoxdan məlum olmasın, araşdırılmasın, rədd edilməsin. O`Brayenin ağlı onun ağlını da özündə 

ehtiva edirdi. Belədə O`Brayeni necə dəli saymaq olardı? Dəli özü idi. Uinston idi. O` Brayen 

dayanıb ona baxdı. Yenə əvvəlki sərt səsi ilə sözünə davam etdi. 

 

 

-Hətta tamamilə bizə təslim olandan sonra da, xilas yolu tapacağınızı ağlınıza gətirməyin, 



Uinston. Bir dəfə doğru yoldan sapanların heç biri canını qurtara bilməz. Hətta sizə öz əcəlinizlə 

ölənə qədər yaşamağa imkan yaratsaq da, əlimizdən xilas ola bilməzsiniz. Burada sizə edilən hər 

şey ömürlük nəzərdə tutulur. Sizi elə nöqtəyə qədər əyəcəyik ki, bir də heç zaman qamətinizi 

ondan artıq düzəldə bilməyəcəksiniz. Sizi elə vəziyyətə salacağıq ki, bundan sonra min il 

yaşasanız da, əvvəlki halınıza qayıda bilməyəcəksiniz. Bir də heç zaman adi insani hisslərlə 

yaşamağa qabil olmayacaqsınız. İçərinizdə hər şey öləcək. Heç zaman sevməyə, dostluq etməyə, 

həyatdan nəşələnməyə, gülməyə, hansı məsələlərləsə maraqlanmağa, nəyə isə cəsarət 

göstərməyə, düzlüyə can atmağa qadir olmayacaqsınız. Tam bir boşluğa çevriləcəksiniz. İçinizdə 

nə varsa, hamısını çıxaracağıq. Sonra onu öz istədiyimiz şəkildə yenidən dolduracağıq.  

O, sözünə ara verdi. Ağ xalatlı adama əli ilə nə isə işarə etdi. Uinston başının arxasına hansısa 

ağır cihazın bərkidildiyini hiss etdi. O`Brayen çarpayının yanında oturdu. İndi sifəti, demək olar 

ki, Uinstonun üzü ilə eyni səviyyədə idi. 

-Üç min!-deyə onun başı üzərindən ağ xalatlı adama göstəriş verdi.  


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

253 


Gicgahına iki yumşaq yastıqça qoydular. Yastıqçalar, deyəsən, bir qədər nəm idi. Uinstonun 

bədəni yumaq kimi gərilmişdi. Yenə ağrı olacaq. Bu dəfə başqa, yeni ağrı. O` Brayen inam təlqin 

edən bir şəkildə, az qala nəvazişlə əllərindən yapışaraq onu sakitləşdirdi.  

-Bu dəfə sizi incitməyəcəyik. Düz gözlərimin içinə baxın.  

Eyni anda dəhşətli partlayış baş verdi. Ya da Uinstona elə göründü. Partlayışın səslə müşayiət 

edildiyinə o qədər də əmin deyildi. Adamı kor edəcək qədər parlaq işığı isə, gözləri ilə 

görmüşdü. Bütün bu vaxt ərzində arxası üstə uzansa da, Uinstonda məhz partlayış nəticəsində bu 

vəziyyəti alması ilə bağlı qəribə təəssürat yaranmışdı. Düşünürdü ki, ağrısız, amma dəhşətli 

partlayış onu yatağa pərçimləyib. Elə bil beyninin içində də nə isə dəyişmişdi. Gözü hədəqəsinə 

qayıdandan sonra Uinston kim olduğunu, hara gətirildiyini xatırladı, başının üstündə oturub 

diqqətlə ona baxan adamı tanıdı. Lakin eyni zamanda haradasa böyük bir boşluq yarandığını hiss 

edirdi. Elə bil beyninin bir parçasını kəsib götürmüşdülər.  

-İndi keçib gedəcək,-deyə O`Brayen onu sakitləşdirdi. –Gözümün içinə baxın. İndi Okeaniya 

hansı ölkə ilə müharibə edir?  

Uinston fikrə getdi. Okeaniya sözünün mənasını başa düşürdü. Özünün Okeaniya vətəndaşı 

olduğunu bilirdi. Avrasiya ilə İstasiyanı da xatırlayırdı. Lakin kimin kimlə müharibə etdiyindən 

xəbərsiz idi. Ümumiyyətlə, haradasa müharibənin aparıldığından xəbəri yoxdu.  

-Yadımda deyil. 

-Okeaniya İstasiya ilə müharibə edir. İndi xatırladınız? 

-Bəli. 


-Okeaniya həmişə İstasiya ilə müharibə aparıb. Sizin həyatınızın ilk günündən, Partiyanın 

mövcudluğunun ilk günündən, tarixin yaradılışının ilk günündən bu müharibə fasiləsiz olaraq 

davam edib. Eyni müharibə. Bunu xatırlayırsınız? 

- Bəli. 


- On bir il əvvəl siz xəyanətkar əməllərinə görə ölüm cəzasına məhkum olunmuş üç nəfər 

haqqında özünüzdən əfsanə uydurmuşdunuz. Onların günahsızlığını sübut edən hansısa qəzet 

parçası gördüyünüzü fikirləşirdiniz. Belə qəzet parçası heç zaman mövcud olmayıb. Bunu siz 

uydurmuşdunuz. Sonra özünüz də uydurmanıza inanmışdınız. İndi həmin əfsanəni uydurduğunuz 

an yadınıza düşdümü? Xatırladınızmı? 

-Bəli. 


-Bir az əvvəl barmaqlarımı gözləriniz önündə tutmuşdum.. Beş barmaq gördünüz. Bunu 

xatırlayırsınız? 

-Bəli. 

O`Brayen yenə sol əlinin baş barmağını ovcunun içərisində gizlədib qalan barmaqlarını göstərdi. 



-Burada beş barmaqdır. Onların beşini də görürsünüzmü? 

-Bəli. 


O, həqiqətən də ağlı başından çıxmamışdan əvvəl beş barmağı görmüşdü. Barmaqlar beş idi və 

heç bir yanlışlıqdan söhbət gedə bilməzdi. Sonra yenə hər şey ilkin vəziyyətini aldı, əvvəlki 

qorxu, nifrət, vahimə hissi təzədən geri qayıtdı. Lakin belə zaman kəsiyi vardı, -bu anın nə qədər 

davam etdiyini Uinston xatırlamırdı, bəlkə cəmisi otuz saniyə çəkmişdi,- həmin o aydın və işıqlı 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

254 


zaman kəsiyində O`Brayenin hər yeni təlqini beynindəki boşluğu doldurur və mütləq həqiqət 

kimi qəbul olunurdu. Həmin anlarda iki üstəgəl iki üç də ola bilərdi, lazım gəlsəydi, asanlıqla 

beşə də çevrilərdi. Bu vəziyyət O`Brayen əlini aşağı endirməmişdən əvvəl keçib getdi. Uinston 

istəsəydi də həmin anı geri qaytara bilməzdi, lakin onu istənilən şəxs keçmiş həyatının ən parlaq 

təsadüfünü, mahiyyət etibarı ilə başqa adama çevrilmə prosesini xatırlayan kimi, dəqiq 

xatırlayırdı.  

-İndi gördünüz ki, bu mümkündür,-O`Brayen onu fikrindən ayırdı.  

-Bəli.  


O`Brayen özündən məmnun halda ayağa qalxdı. Uinston sol tərəfindəki ağ xalatlı adamın 

ampulanı sındırıb içərisindəki mayeni şprisə doldurduğunu gördü. O`Brayen, üzündə təbəssüm

Uinstona tərəf çevrildi. Yenə əvvəllər elədiyi kimi, eynəyinin yerini burnunun üstündə 

rahatlayırdı.  

-Yadınızdadırmı,- dedi, - gündəliyinizdə mənim barəmdə yazmışdınız ki, bu adamın dost, yaxud 

düşmən olması elə də əhəmiyyətli deyil, əsas odur ki, qarşısındakını başa düşür və onunla söhbət 

etmək mümkündür. Siz haqlı idiniz. Mən də sizinlə söhbətdən zövq alıram. Düşüncə tərziniz 

xoşuma gəlir. Aradakı bir fərqi - sizin dəli olduğunuzu çıxmaqla, oxşar fikirləşirik. Bu günkü 

söhbətimizi bitirməmişdən əvvəl mənə bir neçə sual verə bilərsiniz. Təbii, istəyirsinizsə.  

-İstədiyim sualı verə bilərəm? 

-Nə istəyirsiziniz, soruşun.- O`Brayen Uinstonun cihaza baxdığını gördü. –Narahat olmayın. 

Söndürülüb. Beləliklə, birinci sualınız. 

-Siz Culiyaya nə etdiniz? 

O Brayen yenidən gülümsədi.  

-O sizi ələ verdi, Uinston. Özü də dərhal, qeyd-şərtsiz. Tutulanlardan kiminsə bizimlə belə 

həvəslə əməkdaşlıq etməsi nadir hallarda olur. Görsəydiniz, gözlərinizə inanmazdınız. Onun 

bütün üsyankarlığı, yalançı qəhrəmanlığı, qayğısızlığı, həyasızlığı – hamısı son damlasına qədər 

canından çıxarılıb. Bu, çox mükəmməl bir dəyişmə oldu. Deyərdim ki, hətta dərsliklərə salınacaq 

nümunədir.  

- Ona işgəncə verdiniz? 

O`Brayen sualı cavabsız buraxdı. 

- Hövbəti sualınız?-dedi. 

- Böyük Qardaş mövcuddur? 

-Əlbəttə. mövcuddur. Partiya mövcuddur. Böyük Qardaş Partiyanın təcəssümüdür.  

-Demək istəyirəm ki, məsələn, mən mövcud olduğum mənada mövcuddur? 

-Siz mövcud deyilsiniz. 

Köməksizlik hissi yenidən Uinstona hakim kəsildi. Mövcud olmadığının hansı dəlillərlə sübuta 

yetiriləcəyini bilirdi. Ən azı, təsəvvürünə gətirirdi. Lakin eşidəcəklərinin hamısı cəfəngiyyat 

olacaqdı, söz oyunu olacaqdı. Məgər “Siz mövcud deyilsiniz”-sözləri məntiqi cəfəngiyyat 

nümunəsi deyildi? Amma mübahisə açmağın faydası vardımı? O`Brayenin onu hansı 

təkzibedilməz, ağlasığmaz dəlillərlə darmadağın edəcəyini yadına salanda mübahisə açmaq 

fikrindən daşındı. 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

255 


-Düşünürəm ki, mövcudam,-dedi.-Öz varlığımı dərk edirəm. Doğulmuşam, sonda isə öləcəyəm. 

Əllərim, ayaqlarım var. Kainatda bəlli bir yer tuturam. Mənimlə eyni anda başqa heç bir bərk 

cisim həmin yeri tuta bilməz. Bilmək istərdim ki, dediyim mənada Böyük Qardaş 

mövcuddurmu? 

-Bunun əhəmiyyəti yoxdur. O, mövcuddur. 

-Böyük Qardaş nə zamansa öləcək? 

-Əlbəttə, yox! O necə ölə bilər? Növbəti sualınız? 

-Qardaşlıq cəmiyyəti mövcuddur? 

-Bax, bu sualın cavabını, Uinston, heç zaman bilməyəcəksiniz. Hər şey başa çatandan sonra sizi 

azad etmək qərarına gəlsək və ondan sonra doxsan yaşına qədər yaşasanız da, heç zaman 

verdiyiniz sualın cavabının “Bəli”, yoxsa “Xeyr ” olduğunu öyrənə bilməyəcəksiniz. Ömrünüz 

boyu bu müəmma üzərində baş sındıracaqsınız.  

Uinston sakitcə uzanmışdı. İndi sinəsi daha tez-tez qalxıb-enirdi. Ağlına ilk gələn sualı hələ də 

verməmişdi. O suala mütləq cavab almalı idi. Amma dili heç cür sözünə baxmırdı. Deyəsən, 

O`Brayenin simasında istehzalı təbəssüm göründü. İstehza hətta eynəyinin parıltısında da hiss 

olundu. “O bilir,-deyə Uinston fikirləşdi,- nə soruşmaq istədiyimi bilir!”. Özündən asılı 

olmayaraq sualını verdi. 

-101-ci otaq nə deməkdir? 

O Brayenin sifətinin ifadəsi dəyişilmədi. Suala quru cavab verdi.  

-Uinston, siz 101-ci otağın nə demək olduğunu gözəl bilirsiniz. 101-ci otağı hamı yaxşı tanıyır.  

O`Brayen barmağını yuxarı qaldırıb ağ xalatlı adama işarə verdi. Söhbət, deyəsən, sona çatmışdı. 

Uinstonun qoluna iynə vurdular. Dərhal da dərin yuxuya getdi.  

 

III FƏSİL 



 

-Sizin yenidən bərpa prosesiniz üç mərhələdən ibarətdir,-O`Brayen dedi.- Bura öyrənmə, anlama 

və qəbul etmə mərhələləri daxildir. Artıq ikinci mərhələyə keçməyin vaxtıdır.  

Uinston həmişəki kimi arxası üstə uzanmışdı. Son vaxtlar ilgəkləri nisbətən boş saxlayırdılar. 

İndi ayaqlarını dizlərindən yüngülcə əyə bilirdi. Başını o tərəf-bu tərəfə çevirmək, dirsəkdən 

yuxarı qollarını qaldırmaq da mümkün idi. Üzəri şkalalarla dolu cihaz da əvvəlki kimi qorxunc 

görünmürdü. Kifayət qədər hazırcavablıq göstərəndə onun ağrılarından can qurtarmaq olurdu. 

Yalnız səfehlik eləyəndə O`Brayen əlini cihazın dəstəyinə atırdı. Bəzən söhbət başa çatana qədər 

onun köməyinə bir dəfə də olsun ehtiyac yaranmırdı. Söhbətlərin sayını xatırlaya bilmirdi. 

Proses çoxdan, Uinston üçün qeyri-müəyyən vaxtdan başlanmışdı. Bəlkə də həftələr idi ki, 

davam edirdi. Arada bəzən bir neçə gün, bəzən isə cəmisi bir, yaxud iki saatlıq fasilə verilirdi.  

-Burada saxlandığınız müddətdə, - O`Brayen deyirdi,-dəfələrlə heyrətlənmisiniz, hətta məndən 

də soruşmusunuz ki, Sevgi Nazirliyi niyə sizə görə naharatlıq keçirməlidir, niyə bu qədər vəsait 

xərcləməlidir? Azadlıqda olanda da eyni sualın yaratdığı anlaşılmazlıq duyğusu sizi tərk etmirdi. 

Yaşadığınız Cəmiyyətin mexanizmini başa düşürsünüz, amma onun hərəkətverici motivlərini 

anlaya bilmirsiniz. Yadınızdadırmı, gündəliyinizdə yazmışdınız: “Necə edildiyini başa düşürəm, 

amma nə üçün edildiyini anlamıram”. Bu “nə üçünün” üzərində fikirləşəndə özünüzün sağlam 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

256 


ağıl sahibi olduğunuza şübhə etməyə başlayırdınız. Siz artıq kitabı, -Qoldsteynin kitabını 

deyirəm,- ya da onun müəyyən hissələrini oxumusunuz. Orada indiyə qədər bilmədiyiniz hər 

hansı mətləbə rast gəldiniz? 

-Siz o kitabı oxumusunuz?-Uinston suala sualla cavab verdi. 

-Onu mən yazmışam. Daha doğrusu, yazılmasında iştirak etmişəm. Yəqin ki, heç bir kitabın fərdi 

qaydada ərsəyə gəlmədiyindən xəbəriniz var. 

-Orada yazılanlar həqiqətdir? 

-Təsviri hissədəkilər həqiqətdir. Təklif olunan proqram isə cəfəngiyyatdır. Gizlicə bilik ehtiyatı 

toplamaq... kütlələri tədricən maarifləndirmək... proletar üsyanı və nəticədə Partiyanı devirmək... 

Bütün bunların nə demək olduğunu yəqin ki, özünüz də yaxşı başa düşürsünüz. Proletarlar heç 

zaman üsyan etməyəcəklər. Nə min il, nə də milyon il sonra. Onlar üsyan edə bilməzlər. 

Səbəbini sizə açıqlamağa lüzum görmürəm. Özünüz hər şeyi bilirsiniz. Nə zamansa silahlı üsyan 

xülyaları ilə yaşamısınızsa, onları da bir kənara buraxın. Partiyanı devirmək üçün heç bir imkan 

mövcud deyil. Partiyanın hakimiyyəti əbədidir. Bunu fikirlərinizin istinad nöqtəsi kimi əsas 

götürə bilərsiniz.  

O`Brayen çarpayıya yaxınlaşdı.  

-Əbədidir!-deyə bir də təkrarladı. -İndi isə “necə” və “nə üçün” suallarına qayıdaq. Partiyanın öz 

hakimiyyətini necə qoruyub saxladığını kifayət qədər yaxşı başa düşürsünüz. İndi mənə deyin 

görüm, biz hakimiyyətdən nə üçün belə möhkəm yapışmışıq”? Səbəb nədir? Nə üçün 

hakimiyyəti bu qədər sevirik? Tez olun, cavab verin! - Uinstonla hələ də sakit dayandığından, 

O`Brayen artıq əmr tonu ilə danışırdı.  

Uinston yenə də bir müddət heç nə demədi. Son dərəcə zəiflədiyini hiss edirdi. O`Brayenin 

üzündə təzədən dəlicəsinə coşqunluğun işartıları görünürdü. Uinston onun nə deyəcəyini 

əvvəlcədən bilirdi. O`Brayen deyəcəkdi ki, Partiya hakimiyyəti özünün son məqsədləri naminə 

deyil, çoxluğun mənafelərini qorumaq üçün əlində saxlayır. Partiya həmişə iqtidarda qalmalıdır, 

çünki kütlə əksərən zəif və qorxaq məxluqlardan ibarətdir, azadlığa təhəmmül edə bilmir, 

həqiqətin gözünə dik baxmağı bacarmır. Ona görə də həmişə özündən daha güclü olan qüvvə 

tərəfindən idarə edilməli və davamlı şəkildə aldadılmalıdır. O`Brayen deyəcəkdi ki, bəşəriyyət 

seçim qarşısındadır: ya azadlığı, ya da xoşbəxtliyi seçməlidir. İnsanların böyük əksəriyyəti isə 

xoşbəxtliyi hər şeydən üstün tutur. Deyəcəkdi ki, Partiya əzilənlərin, zəiflərin əbədi 

müdafiəçisidir, Yer üzərində daha xoşbəxt gələcəyin bərqərar olması üçün çarpışır, başqalarının 

səadəti naminə özünü qurban verir. Uinston fikirləşdi ki, ən dəhşətli şey O`Brayenin bu sözləri 

deməsi deyil, onları dilə gətirərkən özünün də dediklərinə inanmasıdır. Bunu sifətindən də 

görmək mümkündür. O`Brayenin hər şeydən xəbəri var. Cəmiyyətin gerçək vəziyyətini, insan 

kütlələrinin necə dəhşətli miskinlik içərisində yaşadıqlarını, Partiyanın hansı yalanlar və 

vəhşiliklər bahasına onları bu vəziyyətdə saxladığını Uinstondan min dəfə yaxşı bilir. O, hər şeyi 

başa düşür, hər şeyi götür - qoy edib nəticə çıxarmağı bacarır, lakin yenə də əqidəsində qətiyyən 

tərəddüd etmir: çünki son məqsəd hər şeyə haqq qazandırır. “Səndən daha ağıllı olan bir dəliyə 

qarşı nə edə bilərsən?”-deyə Uinston fikirləşirdi. “O, sənin dəlillərini çox diqqətlə dinləyəcək, 

amma bundan sonra yenə öz dəliliyində israr edəcək”. 

 

 

- Rifahımızın daha da yaxşılaşdırılması üçün bizi idarə edirsiniz, - deyə Uinston yavaş səslə 



suala cavab verməyə başladı.-Düşünürsünüz ki, insanlar hələ hakimiyyətə hazır deyillər, ona 

görə də... 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

257 


Uinston titrədi və qışqırtısını güclə boğa bildi. Ağrı bədənindən güllə kimi keçdi. O`Brayen 

dəstəyi otuz beşin üstünə qoymuşdu. 

- Səfeh şeylər danışırsınız, Uinston, çox səfeh şeylər danışırsınız,-dedi.-Sizdən indi 

dediklərinizdən daha ağıllı cavab gözləyirdim. 

O`Brayen dəstəyi geri çəkib sözünə davam etdi. 

- Sualıma özüm cavab verəcəyəm. Məsələ belədir. Partiya hakimiyyətə yalnız və yalnız öz xeyiri 

üçün can atır. Başqalarının rifahı bizi maraqlandırmır. Bizi sadəcə hakimiyyət maraqlandırır. Nə 

zənginlik, nə cah-cəlal, nə uzun ömür, nə xoşbəxtlik-bunların heç biri yox, sadəcə, hakimiyyət, 

yalnız hakimiyyət! Gerçək hakimiyyətin nə demək olduğunu indi başa düşəcəksiniz. Biz keçmiş 

dövrlərin oliqarxiyalarından tamam fərqlənirik, çünki nə etdiyimizi bilirik. Yerdə qalanların 

hamısı, hətta bizimlə müəyyən qədər bənzərlikləri olanlar belə qorxaq və ikiüzlü idilər. Məsələn, 

alman nasistləri və rus kommunistləri əsaslandıqları metodlar baxımından bizə çox yaxın idilər. 

Lakin hakimiyyətlə bağlı şəxsi motivlərini ortaya qoymağa heç vaxt cürət etməmişdilər. Onlar 

özlərini elə göstərirdilər (hətta bəlkə də bunun məhz belə olduğuna inanırdılar) ki, sanki 

hakimiyyəti istəmədən, məhdud bir müddətə əllərinə alıblar, qarşıda, necə deyərlər, tini 

burulandan sonra insanların azad və bərabər yaşayacaqları cənnət həyatı başlayır. Biz elə 

deyilik.Yaxşı başa düşürük ki, hakimiyyəti heç vaxt sonra ondan imtina etmək xatirinə ələ 

keçirmirlər. Hakimiyyət vasitə deyil, hakimiyyət-məqsəddir. Heç kəs inqilabın nailiyyətlərini 

qoruyub saxlamaq naminə diktatura qurmur. Əksinə, diktatura qurmaq üçün inqilab edirlər. 

Repressiyadan məqsəd - repressiyadır. İşgəncənin məqsədi -işgəncədir. Hakimiyyətin məqsədi-

hakimiyyətdir. İndi nə demək istədiyimi başa düşürsünüzmü?. 

O`Brayenin sifətindəki yorğunluğu görəndə Uinston əvvəlki dəfələrdə olduğu kimi 

təəccüblənirdi. Qarşısındakı güclü, kök və sərt sifət idi. Orada dərin ağılla birlikdə daim 

nəzarətdə saxlanan, amma Uinstonun yenə də özünü qarşısında köməksiz saydığı, heç vəhclə 

ram edilməyən ehtiras həkk olunmuşdu. İstənilən halda O`Brayeni sifəti çox yorğun idi. 

Gözlərinin altı qaralıb tuluqlamışdı, yanaqlarının dərisi sallanmışdı. O`Brayen ona tərəf əyildi. 

Bəlkə də bilərəkdən yorğun sifətini daha yaxşı görməsinə imkan yaratmaq istəyirdi. 

-Fikirləşirsiniz ki, sifətim qoca və yorğundur,-deyə sözünə davam etdi.- Fikirləşirsiniz ki, 

hakimiyyətin əbədiliyi haqqında danışıram, amma bədənimin tökülüb itməsinin qarşısını ala 

bilmirəm? Uinston, doğrudanmı siz hələ də fərdlərin sadəcə toxuma olduğunun anlamırsınız? 

Toxumaların zəifliyi-orqanizmin enerjisi deməkdir. Məgər siz dırnaqlarınızı kəsib atanda 

ölürsünüz? 

O, çarpayının yanından sərt hərəkətlə geri dönüb əlinin birini cibinə qoyaraq var-gəl etməyə 

başladı. 

-Biz hakimiyyət kahinləriyik,-dedi. -Allah özü hakimiyyət deməkdir. Lakin indiki anda 

hakimiyyət sizi maraqlandırmayan quru sözdən başqa bir şey deyildir. Ona görə də hakimiyyətin 

nə demək olduğunu anlamaq üçün fikirlərinizi səfərbər etmək vaxtıdır. Hər şeydən əvvəl, 

hakimiyyətin kollektiv anlayış olduğunu başa düşməlisiniz. Fərd yalnız öz fərdiyyətindən imtina 

etdiyi təqdirdə hakimiyyətə yiyələnə bilər. Partiyanın “Azadlıq-köləlikdir”- şüarından, təbii ki, 

xəbəriniz var. Onu tamamilə tərsinə oxumağın mümkünlüyü fikri nə zamansa ağlınıza gəlibmi? 

“Köləlik-azadlıqdır”. Tək və azad insan həmişə uğursuzluğa məhkumdur. Belə də olmalıdır. 

Çünki insan həyatının sonu - ölümdür. Bu, insanın ən böyük məğlubiyyətidir. Lakin o, 

tərəddüdsüz, canı-dildən tabe olmağı bacarırsa, öz fərdiyyətindən imtina etməyə, Partiyanın 

içərisində əriyib itməyə hazırdırsa, o zaman özü də Partiyaya çevriləcək, Partiya ilə birlikdə 

əbədilik və öıümsüzlük qazanacaqdır. İkincisi, başa düşməlisiniz ki, hakimiyyət-insan üzərində 

ağalıq deməkdir. Onların cismi, ən başlıcası isə, şüuru üzərində ağalıq deməkdir. Materiya 


1   ...   43   44   45   46   47   48   49   50   ...   115


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə