Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7.78 Mb.
PDF просмотр
səhifə44/115
tarix25.04.2017
ölçüsü7.78 Mb.
1   ...   40   41   42   43   44   45   46   47   ...   115

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

231 


Fasiləsiz işin üçüncü günü gözlərində dözülməz ağrılar başlanmışdı. Hər beş dəqiqədən bir 

eynəyini çıxarıb silməli olurdu. Çəkdikləri zəhmət insanın gücü xaricində olan çətin fiziki işin 

görülməsinə bənzəyirdi: boyun qaçırmağa da haqqın var, amma hansısa dəli ehtiras səni daim 

irəli atılmağa səsləyir. Ara-sıra düşünməyə vaxt tapanda nitqyazara diqtə etdiyi hər sözün, 

kimyəvi karandaşla yazdığı hər kəlmənin ağ yalan olması Uinstonu həyəcanlandırmırdı. 

Departamentin bütün işçiləri kimi, o da daha çox saxtalaşdırmanın mümkün qədər təkmil şəkildə 

həyata keçirilməsi üzərində baş sındırırdı. Altıncı gün səhər saatlarında kağız axını yavaşıdı. 

Təxminən otuz dəqiqə ərzində masaya kağız borucuq düşmədi. Sonra yalnız bir sənəd gəldi. Ara 

yenə kəsildi. Eyni vaxtda hər yerdə işin sona çatmaqda olduğu hiss edilirdi. Departament 

gizlincə rahat nəfəs aldı. Haqqında heç vaxt, heç yerdə danışılmayacaq nəhəng iş başa 

çatdırılmışdı. İndi heç bir insan övladı yazılı sənədlər əsasında Okeaniyanın Avrasiya ilə 

müharibə apardığını sübuta etmək iqtidarında deyildi. Saat 12-də gözlənilmədən Nazirliyin bütün 

işçilərinə sabah səhərə qədər istirahət verildiyi bildirildi. Uinston içərisində kitab olan portfeli 

(işdə onu daim ayaqlarının arasında saxlayırdı, yatanda isə başının altına qoyurdu) götürüb evə 

yollandı. Üzünü qırxdı. Suyu isti adlandırmaq çətin olsa da, yorğunluqdan az qala hamam 

otağında yuxuya gedəcəkdi. 

Qulunclarını ləzzətlə şaqqıldadaraq mister Çarrinqtonun dükanının üstündəki otağa qalxdı. 

Yorğunluq hələ canından çıxmamışdı, amma yatmaq istəmirdi. Pəncərəni açdı, çirkli kerosinkanı 

yandırıb qəhvə dəmləmək üçün qazançadakı suyu odun üstünə qoydu. Bir azdan Culiya da 

gələcəkdi. İndi isə kitabı oxumaq lazım idi. Çirkdən qartmaq bağlamış kresloda oturub portfelin 

qıfılını açdı.  

Qalın kitabın əllə düzəldilmiş qara cildində heç bir sərlövhə yox idi. Sətirlər bəzi yerlərdə bir-

birinin üstünə çıxmışdı. Səhifələrin kənarları didilmişdi, amma asan açılırdı. Görünür, kitab çox 

əllərdən keçmişdi. Titul vərəqində yazılmışdı: 

EMMANUEL GOLDSTEYN  

OLİQARXİK KOLLEKTİVİZMİN  

NƏZƏRİYYƏSİ VƏ TƏCRÜBƏSİ 

Uinston oxumağa başladı. 

 

 

ÜÇÜNCÜ HİSSƏ 



I FƏSİL 

 

 



  

  

 



 

Uinston harada olduğunu bilmirdi. Yəqin Sevgi Nazirliyinə gətirmişdilər. Amma gümanını 

dəqiqləşdirməyə heç bir imkan yox idi. Hündür tavanlı, divarlarına ağ, parıltılı kaşı vurulmuş 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

232 


pəncərəsiz kameraya salınmışdı. Gözə görünməyən lampalar üstünə soyuq işıq salırdı. 

Haradansa qulağı cırmaqlayan asta, lakin aramsız uğultu eşidilirdi.  Uinston bunun havalandırma 

qurğusunun səsi olduğunu düşündü. Qapını, bir də üzbəüzdəki  paraşanın yerini çıxmaq şərti ilə 

kamera boyu divarlara ensiz taxta oturacaqlar bərkidilmişdi. Dörd bir tərəfdən  kameraya dörd 

teleekran nəzarət edirdi.  

 

 



Qarnındakı küt ağrı sakitləşmək bilmirdi. Sancı onu üstüörtülü maşına basıb naməlum istiqamətə 

aparanda başlamışdı. Yemək istəyirdi. Nə isə qeyri-insani, vəhşi hissə çevrilən aclıq əhədini 

kəsirdi.  Bütöv bir gün, bəlkə də gün yarım idi ki, dilinə heç nə dəyməmişdi. Səhər, yoxsa axşam 

həbs edildiyini hələ də bilmirdi.  Yəqin  heç zaman da bilməyəcəkdi. Tutub bura gətirəndən 

sonra bir dəfə də olsun yemək verməmişdilər. 

 

 



Ensiz skamyada əllərini dizinin üstünə qoyub bacardığı qədər sakit oturmağa çalışırdı. Uinston 

ümumiyyətlə həmişə sakit davranmışdı. Burada isə gözlənilməz bir hərəkət eləyən kimi 

teleekran adamın üstünə qışqırırdı. Yemək istəyi get-gedə daha da şiddətlənirdi. Hər şeydən çox 

bir tikə çörək istəyirdi. Nədənsə Uinstona elə gəlirdi ki, kombinezonunun cibində çörək 

qırıntıları olmalıdır. Cibində nə vaxtdansa hətta bütöv bir dilim quru çörəyin qaldığını 

düşünürdü. Yoxsa arabir ayaqlarına toxunan bərk şey nədir? Axırda aclıq qorxuya qalib gəldi. 

Uinston əlini cibinə uzatdı. 

 

 



-Smit!-teleekran cımxırdı.-Altmış-yetmiş doqquz! Smit U.! Kamerada əlinizi cibinizə salmayın! 

 

 



Uinston təzədən əllərini dizinin üstünə qoyub donmuş vəziyyət aldı. Bura gətirməmişdən əvvəl 

onu başqa yerə aparmışdılar. Adi dustaqxana, ya da partulların sərəncamındakı ilkin həbs 

kamerası idi. Orada nə qədər saxlandığını bilmirdi. Hər halda bir neçə saat qalmışdı. Saatı 

olmadığından, üstəlik də, kameraya gün işığı düşmədiyindən, vaxtı təyin etmək mümkün deyildi. 

İlk həbs kamerası üfunət qoxuyan, səsli-küylü yer idi.  Təxminən indikinə bənzəyirdi, amma hər 

tərəfi  çirk içərisindəydi. Kiçik kameraya on, bəlkə də on beş məhbus doldurmuşdular. 

Əksəriyyəti adi cinayətkar idi. Amma aralarında siyasi ittihamlarla tutulanlar da gözə dəyirdi.  

Uinston hər tərəfdən çirkli insan bədənləri ilə sıxışdırılmış halda divarın dibində oturmuşdu. 

Qorxudan və qarnındakı sancıdan kamera yoldaşlarına heç bir maraq göstərmirdi. Lakin Partiya 

 

 



–––––––––––––––––––––––––––––––––––––––––––––– 

 

 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

233 


* Əvvəli jurnalımızın ötən saylarında 

 

 



üzvləri ilə digər məhbusların davranışları arasındakı heyrətamiz fərq diqqətindən yayınmamışdı. 

Partiya üzvlərinin hamısı səssiz-səmirsiz və qorxu içərisində idilər. Adi cinayətkarlar isə, sanki 

meydan sulayır, heç kimdən, heç nədən qorxmurdular. Onlar nəzarətçilərin ünvanına təhqir 

yağdırır, əllərindən bir şeyi almaq istəyəndə sərt müqavimət göstərir, divara və döşəməyə 

ədəbsiz sözlər yazır, paltarlarının kim bilir harasında isə gizlədərək kameraya  gətirdikləri ərzağı 

yeyir, hətta qayda-qanun tələb edən teleekrana çımxırmaqdan da çəkinmirdilər. Digər tərəfdən, 

adi cinaytətkarlardan bəzilərinin nəzarətçilərlə yaxşı münasibət qurduqlarını görməmək olmurdu. 

Onları ləqəbləri ilə çağırırdılar,  arada dilə tutub qapı deşiyindən siqaret almağa çalışırdılar. Güc 

tətbiq etmək lazım gələndə isə,  nəzarətçilər bu cinayətkarlarla daha yumşaq davranır, hətta əl-

qol atmalarına da göz yumurdular. Həbs olunanların əksəriyyəti göndəriləcəkləri icbari əmək 

düşərgələri haqqında çox danışırdılar. Eşitdiyi söhbətlərdən Uinston belə qənaətə  gəlmişdi ki,  

müəyyən əlaqələr yaratsan və hər şeyin yolunu-yatağını bilsən, düşərgədə baş saxlamaq 

mümkündür. Orada pulla ələ alma, kiminsə sevimlisinə çevrilmə və hər cür soyğunçuluq 

mövcuddur, pederastlıq və fahişəlik geniş yayılıb, hətta kartofdan gizlicə araq da çəkirlər. Adi 

cinayətkarlara etimad daha böyükdür. Xüsusən quldurlar və qatillər özünənəxsus həbsxana 

aristokratiyasıdır. Ən qara işlərə isə, həmişə siyasiləri göndərirlər. 

 

 

Kameradan biri-birinin ardınca müxtəlif dustaqlar gəlib keçirdilər. Onların arasında narkotik 



alverçiləri, oğrular, soyğunçular, qaçaqmalçılar, içki düşkünləri, fahişələr vardı. Əyyaşlar bəzən 

elə qalmaqal salırdılar ki, onları sakitləşdirmək üçün bütün kamera birləşməli olurdu. Dörd 

nəzarətçi əl-ayağından yapışdıqları təxminən altmış yaşlarında, döşləri sallanmış, pırpız 

saçlarının ağ şəridləri hər tərəfə dağılmış nəhəng qadını zorla kameraya salmağa çalışırdılar. 

Qadın qışqırır, söyür, təpik atırdı. Basa-basda ayaqqabılarını dartıb ayağından çıxarmışdılar. 

Axır ki, onu içəri  sürüyüb   düz Uinstonun dizlərinin üstünə atdılar. Az qalmışdı ki, ayaqlarını 

sındırsınlar. Qadın birtəhər qalxıb oturdu. Nəzarətçilərin ardınca "S... buradan, oğraşlar!" deyə 

qışqırdı. Yalnız bundan sonra kiminsə ayaqlarının üstündə oturduğunun fərqinə vardı. Birtəhər 

kənara çəkilib skamyada özünə yer elədi. 

 

 



-Bağışla, canım,-dedi. -Dizinin üstündə öz xoşuma oturmamışdım. Bu yaramazlar gətirib atdılar. 

Görürsən, xanımlarla necə rəftar eləməyi də bilmirlər. 

 

 

Qadın susdu, əli ilə sinəsini yüngülcə yumruqlayıb gəyirdi. 



 

 

-Bağışla, dedi,-heç özümdə deyiləm. 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

234 


 

 

Başını yana əydi, dərhal da qusub bütün döşəməni batırdı. 



 

 

-İndi bir az toxtadım,-deyə gözləri yumulu halda arxaya söykəndi. -Mən həmişə deyirəm: gələni 



saxlama. Qarnında qalıb turşumamış boşalt getsin! 

 

 



Halı bir az yaxşılaşmışdı. Başını çevirib   Uinstona bir də baxdı. Deyəsən quşu qonmuşdu. 

Sərbəst əli ilə onun  çiynini qucaqlayıb özünə tərəf çəkdi. Pivənin və qusuntunun  bir-birinə 

qarışmış kəsif iyi Uinstonun üzünə vurdu. 

 

 



-Canım, sənin adın nədir? 

 

 



-Smit,-deyə Uinston soyadını söylədi. 

 

 



-Smit? İşə bax ha! Mən də Smitəm. -Arada qadının hətta gözləri yaşaran kimi də oldu. -Sənin 

anan da ola bilərdim. 

 

 

         "Həqiqətən anam da ola bilərdi",-deyə Uinston fikirləşdi. Yaşı da, bədən quruluşu da uyğun 



gəlirdi. İyirmi il icbari əmək düşərgəsində qalandan sonra hər bir adamın tanınmaz dərəcədə 

dəyişməsi mümkündür". 

 

 

         Kamerada başqa heç kəs Uinstonla danışmadı. Cinayətkarların Partiya üzvlərini açıq-aşkar 



saya salmamaları qəribə görünürdü. Onları gizlətmək istəmədikləri nifrətlə "siyasilər" deyə 

çağırırdılar. Həbs olunmuş Partiya üzvləri, ümumiyyətlə, danışmaqdan qorxurdular. Bir-birləri 

ilə ünsiyyəti isə ağıllarına gətirmirdilər. Uinston yalnız bircə dəfə skamyada bir-birlərinə sıxılıb 

oturmuş Partiya üzvü iki qadının tələsik pıçıldaşmalarından bir neçə söz eşidə bilmişdi. Qadınlar 

hansısa "101-ci otaq" haqqında danışırdılar. Uinston söhbətdən heç nə anlamamışdı. 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

235 


 

 

         İki, bəlkə də üç saat əvvəl isə onu yeni kameraya gətirmişdilər. Qarnındakı küt ağrı heç cür 



keçib getmirdi. Gah sakitləşir, gah da yenidən şiddətlənirdi. Uinstonun fikirləri də ağrıya uyğun 

dəyişirdi. Ağrı güclənəndə yalnız onun mümkün qədər tez sakitləşməsi, bir də aclıq haqqında 

düşünürdü. Ağrı azacıq ara verəndə isə yenidən vahimə hissinə qapılırdı. Bəzən qarşıda özünü 

nələrin gözlədiyini elə aydın təsəvvür edirdi ki, ürəyi az qala sinəsini deşib çıxır, nəfəsi kəsilirdi. 

Dirsəklərinə dəyən dəyənək zərbələrini, nallı çəkmələrlə dizlərinə vurulan təpikləri bədənində 

hiss edirdi. Sındırılmış dişlərini tüpürə-tüpürə döşəmədə sürünməsi, aman diləyib yalvarması 

gözlərinin önünə gəlirdi. Culiya, demək olar ki, yadına düşmürdü.  Fikrini heç cür qızın üzərində 

cəmləyə bilmirdi. Onu sevirdi, ona heç zaman xəyanət etməyəcəkdi. Bu, hesab qaydaları qədər 

sadə və aydın məsələ idi. Amma indi ürəyində Culiyaya qarşı heç bir hiss yox idi. Hətta qızın 

başına gətirilənlər haqda da düşünməməyə çalışırdı. O`Brayeni daha tez-tez xatırlayırdı. Hər dəfə 

də də ürəyində ümid qığılcımı parıldayırdı. O`Brayen Uinstonun həbs edildiyini bilməlidir. 

Düzdür, o, demişdi ki, Qardaşlıq cəmiyyəti heç vaxt öz üzvlərinin xilasına təşəbbüs göstərmir. 

Lakin arada ülgüc söhbəti vardı; mümkün olsa ona gizlicə ülgüc ötürürlər. Nəzarətçilər özlərini 

kameraya yetirənə qədər azı beş saniyə keçəcək. Ülgüc yandırıcı soyuqluqla damarlarını kəsib-

doğrayacaq. Hətta onu sıxan barmaqları da sümüyə qədər doğranacaq. Ən kiçicik ağrıdan da 

qorxub titrəyən bədəni bu fikirlərin təsiri altında əsməcəyə düşürdü. Kameraya ülgüc göndərilsə 

belə, Uinston ondan istifadə edəcəyinə əmin deyildi. İnsan hər anın öz hökmü olduğuna inanır, 

sonunda onu yenə işgəncələr gözlədiyini bilsə də, ömrünü on dəqiqə uzatmaq üçün dəridən-

qabıqdan çıxır. 

 

 



         Bir neçə dəfə kameranın divarlarına vurulmuş kaşıları saymağa çalışmışdı. İlk baxışdan 

adama asan görünürdü. Amma Uinston hər dəfə bu və ya digər yerə çatanda çaşıb hesabı itirirdi. 

Daha çox  hara gətirilməsi və indi saatın neçə olması ilə maraqlanırdı. Bəzən ona elə gəlirdi ki, 

indi küçədə günün günorta vaxtıdır. Bir an sonra isə, eyni əminliklə hər tərəfi qatı qaranlıq 

bürüdüyünü düşünürdü. Təhtəlşüur şəkildə də olsa, belə yerlərdə işıqların heç zaman 

söndürülmədiyini anlayırdı. Bura heç zaman qaranlıq olmayan yer idi! Uinston yalnız indi 

O`Brayenin bu sözlərinin mənasını dərhal anlamamasının fərqinə vardı. Sevgi Nazirliyində 

pəncərə yox idi. Onun kamerası binanın tən ortasında da  ola bilərdi, küçəyə baxan səmtində də. 

Onu yerin altındakı onuncu mərtəbədə də saxlaya bilərdilər, binanın yerüstü hissəsinin otuzuncu 

mərtəbəsində də! Uinston fikrən tez-tez yerini dəyişir, bu yolla bədəninin yerin altında 

gömüldüyünümü, yoxsa torpağın üstündə olduğunumu müəyyən etməyə çalışırdı. 

 

 



         Koridordan eyni ahənglə döşəməyə çırpılan ayaq tappıltıları eşidildi. Polad qapı cingilti ilə 

açıldı. Ağappaq, düzgün cizgili sifəti mum maskaya bənzəyən, əynində kip oturmuş yaraşıqlı 

qara uniformanın parıltısı sifətinə yayılan gənc zabit inamlı addımlarla  içəri girdi. Əlinin işarəsi 

ilə nəzarətçilərə qapının arxasındakı məhbusu kameraya  gətirmələrini əmr etdi. Şair Amplfort 

ayaqları dolaşa-dolaşa  içəri geçdi. Polad qapı cingilti ilə onun arxasınca bağlandı. 

 

 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

236 


         Amplfort əvvəl sağa, sonra sola tərəf bir-iki inamsız addım atdı. Sanki otaqda ikinci 

qapının olduğunu düşünür və onu axtarırdı. Sonra  kamerada o baş-bu başa addımlamağa başladı. 

Hələ Uinstonu görmürdü.  Həyəcanlı nəzərləri onun başı üzərindən bir metr yuxarıya, divara 

zillənmişdi.  Amplfort ayaqqabısız idi. Corabındakı deşiklərdən iri, çirkli baş barmaqları bayıra 

çıxmışdı. Üzü də bir neçə gün olardı ki, qırxılmamışdı. Almacıq sümüklərinə qədər tük basmış 

sifəti ona iri, yöndəmsiz bədəni və əsəbi əl-qol hərəkətləri ilə bir araya sığışmayan quldur 

görkəmi vermişdi. 

 

 



         Uinston özünü ətalət və durğunluqdan çıxarmalı idi. O, Amplfortla danışmalıdır. Hətta 

teleekran üstünə çımxırsa da, mütləq bunu etməlidir.  Bəlkə ülgücü elə Amplfort vasitəsi ilə 

göndəriblər. 

 

 



         -Amplfort!-deyə onu çağırdı. 

 

 



         Teleekran susurdu. Amplfort yüngülcə diksinib dayandı. Baxışları yavaş-yavaş Uinstona 

tərəf yönəldi. 

 

 

         -A-a, Smit!-dedi.-Siz də buradasınız? 



 

 

         -Bəs siz nəyə görə buradasınız? 



 

 

         -Düzünü desəm...-O, yöndəmsiz hərəkətlə Uinstonla üzbəüz skamyada oturdu.-Bilirsiniz 



ki, əslində yalnız bir cinayət var. 

 

 



         -Siz də o cinayəti törətdiniz? 

 

 



         -Görünür, elədir. 

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

237 


 

 

         Amplfort əllərini qaldırıb barmaqları ilə gicgahını ovuşdurdu. Sanki nəyi isə yadına salmaq 



istəyirdi. 

 

 



         -Belə şeylər olur,-deyə inamsız halda sözünə davam etdi. -Yalnız bir şeydən şübhələnirəm. 

Həbsimin yeganə mümkün səbəbi də onu sayıram.  Əlbəttə, ehtiyatsızlığa yol vermişəm. 

Bilirsiniz ki, Kiplinqin əsərlərinin akademik nəşrini hazırlayırıq. Mən misranın sonundakı "God" 

sözünə toxunmadım. Heç nə edə bilmədim!- o, az qala özündən narazı  tərzdə gözlərini qaldırıb 

Uinstona baxdı.- Misranı dəyişdirmək olmazdı. Yeganə uyğun gələn qafiyə "rod"* idi   Sizin 

xəbəriniz varmı ki, bütün ingilis dilində "rod"la həmqafiyə olan yalnız on iki söz mövcuddur?   

Neçə gün baş sındırdım. Amma ayrı  qafiyə tapa bilmədim. 

 

 



         Amplfortun sifətinin ifadəsi dəyişdi. İndi əvvəlki təəssüf hissi çəkilib getmişdi, ani də olsa, 

üzündə hətta məmnunluq ifadəsi göründü. Üzünü basmış tükün və çirkin arxasından yaddaşının 

dərinliklərindən hansısa lazımsız faktı tapıb üzə çıxaran və buna görə də özünü xoşbəxt sayan 

pedantın intellektual sevinci sezilirdi. 

 

 

         -İngilis poeziyasının bütün tarixinin daim ingilis dilinin qafiyə qəhətliyi ilə sıx bağlı olması 



fikri haçansa ağlınıza gəlibmi?  -deyə Uinstondan soruşdu. 

 

 



         ______________________________________________ 

 

 



 

 

İngilis dilində "God" -Allah, "rod" isə "əsa", "dəmir çubuq", "armatur","qırmanc" və s. mənaları 



bildirir. Amplfort Allah sözünü yeniləşdirilmiş mətndə saxladığına və bununla da dini təbliğatla 

məşğul olduğuna görə ittiham edilir. Tərcüməçi.  

 

 

 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

238 


Yox, bu mütəxəssis fikri heç vaxt Uinstonun ağlına gəlməmişdi. İndiki şəraitdə də  

Amplfortun dediyində mühüm və maraqlı heç bir şey görmürdü.  

-Bilmirsiniz, saat neçədir?- deyə ondan soruşdu.  

Amplfort yenə də özünü itirən kimi oldu.  

-Düzü, bu barədə heç fikirləşməmişəm. Məni iki, ya da üç gün əvvəl həbs ediblər. -Elə bil 

haradasa pəncərə görmək ümidi ilə yenə kameranın divarlarını gözdən keçirməyə başladı. - 

Burada gecə ilə gündüzün heç bir fərqi yoxdur. Özüm də bilmirəm, vaxtı necə təyin etmək olar? 

Onlar daha bir neçə dəqiqə danışdılar. Sonra xüsusi səbəb olmadan teleekran “Səsinizi kəsin!”-

deyə üstlərinə çımxırdı. Uinston əllərini dizinin üstünə qoyub səssiz-səmirsiz oturdu. İri gövdəli 

Amplfort ensiz skamyada yerini heç cür rahatlaya bilmirdi. O yan-bu yana çevrilir, arıq, uzun 

qolları ilə dizinin gah birini, gah o birini qucaqlayırdı. Teleekran üstünə çımxırıb sakit 

oturmasını tələb etdi. Vaxt keçirdi. Amma nə qədər? İyirmi dəqiqə, yoxsa bir saat? Dəqiq söz 

demək çətin idi. Koridordan yenə addım səsləri eşidildi. Uinstonun qarnı yenə sancdı. Tezliklə, 

lap tezliklə, bəlkə beş dəqiqədən sonra, bəlkə elə indinin özündə addım səsləri onun növbəsinin 

çatdığını bildirəcək.  

Qapı açıldı. Soyuq sifətli gənc zabit kameraya girdi. Əlinin ani hərəkəti ilə Amplforta işarə 

edərək: 

-101-ci otağa!-dedi. 

Amplfort iki nəzarətçinin müşayiəti ilə koridora çıxdı. Sifətində bərk həyəcan, eyni zamanda 

anlayış ifadəsi vardı.  

Deyəsən, bu dəfə aradan daha uzun vaxt keçdi. Uinstonun qarnındakı ağrı get-gedə şiddətlənirdi. 

Həmişə yuvarlnıb eyni yuvaya düşən bilyard şarı kimi onun başında da eyni fikirlər təkrar-təkrar 

dolaşırdı. Əslində, yalnız altı şey barəsində fikirləşirdi: qarnındakı ağrı, bir tikə çörək, qan və 

fəryadlar, O`Brayen, Culiya, ülgüc. Qarnında yeni, əvvəlkindən də güclü sancı başlandı. 

Koridordan kameraya yaxınlaşmaqda olan ağır ayaqqabı tappıltıları eşidilirdi. Qapı açılan kimi 

Uinstonu soyuq və kəsif tər qoxusu vurdu. Parsonsu gətirmişdilər. Əynində xaki rəngli qısa 

şalvar və qolsuz köynək vardı.  

Təəccübdən hər şey Uinstonun yadından çıxdı.  

-Siz də buradasınız?-deyə soruşdu. 

Parsons çevrilib Uinstona baxdı. Baxışlarında nə maraq, nə də təəccüb sezilirdi. Sadəcə, yazıqlıq, 

miskinlik hiss olunurdu. Əsəbi halda kamerada var-gəl etməyə başladı. Deyəsən hələ də sakitləşə 

bilmirdi. Hər dəfə addımını atanda ətli dizlərinin necə titrədiyi aydın görünürdü. Geniş açılmış 

gözləri düz qabağa baxırdı. Elə bil baxışlarını uzaqdakı hansısa nöqtədən heç cür yayındıra 

bilmirdi.  

-Sizi niyə həbs ediblər?-Uinston soruşdu.  

-Fikir cinayətinə görə!-Parsons az qala ağlamsınaraq cavab verdi. Səsində dərin peşmançılıq, 

üstəlik də, bu dəhşətli kəlmənin özünə aid edilməsindən doğan qorxu və təəccüb sezilirdi. 

Uinstonun qarşısında dayanıb hərarətlə danışmağa başladı: 

-Siz necə fikirləşirsiniz, Smit, onlar məni güllələyəcəklər? Əgər adamın çox böyük günahı 

yoxdursa bizdə ümumiyyətlə heç kimi güllələmirlər, elə deyilmi, Yalnız fikirlərə görə... Amma 

fikrə əmr vermək mümkün deyil axı... İnanıram ki, mənə diqqətlə qulaq asacaqlar. Hər şeyi 

1   ...   40   41   42   43   44   45   46   47   ...   115


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə