Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7.78 Mb.
PDF просмотр
səhifə46/115
tarix25.04.2017
ölçüsü7.78 Mb.
1   ...   42   43   44   45   46   47   48   49   ...   115

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

245 


alan da O`Brayen idi. Uinstonun ağrıdan nə zaman qışqırmalı olduğuna o qərar verirdi. İstintaqa 

nə zaman ara verilməsi, nə zaman yeməsi və yatması, qoluna nə zaman iynə vurulması – hamısı 

O`Brayenin hökmünə bağlı idi. Qarşıya sual qoyan da, cavabları təklif edən o idi. İşgəncə verən 

də, müdafiə eləyən də, cəllad kəsilən də, dost olan da o idi! Bir dəfə isə,-Uinston həmin sözləri 

dərmanın təsiri altında qaldığı, həqiqətən yatdığı, yoxsa oyaq olduğu vaxt eşitdiyini xatırlaya 

bilmirdi,- bir səs yavaşcadan qulağına pıçıldamışdı: “Harahat olmayın, Uinston. Burada mənim 

himayəmdəsiniz. Yeddi il sizə göz qoymuşam. İndi sınaq anı gəlib çatıb. Mən sizi xilas 

edəcəyəm. Mən sizi mükəmməl insana çevirəcəyəm”. Eşigtdiyi səsin sahibinin O` Brayen 

olduğuna qəti əmin deyildi. Lakin eyni səs yeddi il əvvəl başqa bir yuxuda ona “Biz heç zaman 

qaranlıq olmayan yerdə görüşəcəyik!”-demişdi. 

 

 

İstintaqın bitib-bitmədiyini xatırlamırdı. Arada elə bil qatı zülmət işərisinə düşmüşdü. Sonra indi 



saxlandığı kamera, yaxud otaq bu zülmətin içindən tədricən ortaya çıxdı. Arxası üstə uzanmışdı. 

Hərəkət edə bilmirdi. Bədəninin idarə oluna biləcək bütün hissələri möhkəm bağlanmışdı. Hətta 

başının arxasını da hansısa üsulla yatağa bərkitmişdilər. O`Brayen dayanıb yuxarıdan aşağı ona 

baxırdı. Gözlərində təəssüf , hətta kədər ifadəsi vardı. Aşağıdan baxanda şişmiş göz qapaqları və 

ağzının kənarlarından çənəsinə doğru uzanan qırışlar O`Brayeni həm yorğun, həm də eybəcər 

göstərirdi. Uinstonun düşündüyündən daha yaşlı təsir bağışlayırdı. Qırx səkkiz, bəlkə də əlli yaş 

vermək olardı. Əli müxtəlif şkala və rəqəmlərlə dolu hansısa cihazın dəstəyində idi.  

-Mən sizə demişdim,-üzünü Uinstona tutdu, - yenidən görüşməli olsaq, burada görüşəcəyik. 

-Elədir,-deyə Uinston cavab verdi.  

O`Brayenin əlinin yüngül hərəkəti hesaba alınmasa, heç bir xəbərdarlıq edilmədən Uinstonun 

bədəninə ağrı seli axdı. Ağrı qorxunc idi. Uinston başına nə oyun açıldığından xəbərsiz idi. 

Amma indiyə qədər görmədiyi dəhşətli işgəncəyə məruz qaldığını hiss edirdi. Bütün bunların 

həqiqətən də baş verdiyini, yoxsa şiddətli elektrik cərəyanının yaratdığı qarabasma olduğunu 

kəsdirə bilmirdi. Lakin bədəni elə bil öz formasını itirir, əli-ayağı gövdəsindən asta-asta ayrılaraq 

qırılırdı. Ağrıdan alnında tər muncuqlamışdı. Ən çox qorxduğu şey fəqərə sütununun qırılması 

idi. Dişlərini bir-birinə sıxaraq çətinliklə burnundan nəfəs alırdı. Dözə biləcəyi ana qədər 

qışqırmamağa qərar vermişdi.  

-Qorxursunuz ki,-gözünü ondan çəkməyən O`Brayen dilləndi, -bu dəqiqə nə isə sınacaq. Ən çox 

fəqərə sütununuzun qırılmasından qorxursunuz. Əminəm ki, mənzərəni kifayət qədər aydın 

təsəvvür edirsiniz. Fəqərə sütununu təşkil edən qığırdaqlar bir-birindən qopub ayrılır, onların 

arasından isə onurğa beyini süzülüb axır. Düzünü deyin, Uinston, siz bu barədəmi 

düşünürdünüz? 

Uinston cavab vermədi. O`Brayen dəstəyi geri fırlatdı. Ağrı dalğası qəfil gəldiyi kimi qəfil də 

çəkildi.  

-Qırx dərəcəyə qədər qalxmışdıq,-O`Brayen izahat verməyə başladı.-Görürsünüz, şkala yüz 

dərəcəlidir. Lütfən, söhbətimiz zamanı sizə istədiyim vaxt və istədiyim dərəcədə ağrı vermək 

imkanımın olduğunu yadınızdan çıxarmayın. Əgər yalan danışsanız, cavab verməkdən boyun 

qaçırsanız, yaxud ümumi əqli qabiliyyətinizin səviyyəsi ilə müqayisədə səfeh təsir bağışlayan 

sözlər danışsanız, bir an içində ağrıdan qışqırmalı olacaqsınız. Nə dediyimi başa düşürsünüz? 

-Bəli,-deyə Uinston cavab verdi. 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

246 


O`Brayen əvvəlki kimi amansız deyildi. Fikirli-fikirli eynəyini düzəltdi, otaqda var-gəl etməyə 

başladı. Danışanda səsi daha sakit və yumşaq çıxırdı.. İndi o, cəzalandırmaq deyil, inandırmaq 

istəyən həkimə, müəllimə, hətta keşişə bənzəyirdi.  

-Mən sizə görə narahatam, Uinston,-deyə təzədən sözə başladı,-çünki bu narahatlığa dəyərsiniz. 

İşin nə yerdə olduğunu çox gözəl başa düşürsünüz. Uzun illərdir ki, sizin hər şeydən xəbəriniz 

var, lakin bütün bu illər ərzində şüurlu olaraq bildiklərinizə qarşı vuruşmusunuz. Siz psixi 

cəhətdən xəstəsiniz. Yaddaş pozulmasından əziyyət çəkirsiniz. Gerçək hadisələri xatırlamaq 

iqtidarında deyilsiniz. Əvəzində isə özünüzü heç zaman baş verməyən şeyləri xatırladığınıza 

inandırırsınız. Xoşbəxtlikdən, bu, müalicəsi mümkün olan xəstəlikdir. Amma siz heç vaxt 

müalicə olunmaq istəməmisiniz. Çünki sağalmaq yolunu seçməkdən boyun qaçırmısınız. Kiçik 

bir cəhd kifayət idi. Siz isə bunu istəmədiniz. Hətta indi də xəstəliyinizi böyük fəzilət sayaraq 

ondan dörd əlli yapışdığınıza qəti əminəm. Bu dəqiqə sizi kiçik bir imtahana çəkəcəyəm. Deyin 

görüm, hazırda Okeaniya hansı ölkə ilə müharibə aparır? 

-Mən həbs olunanda Okeaniya İstasiya ilə müharibə edirdi. 

-İstasiya ilə. Yaxşı. Okeaniya həmişə İstasiya ilə müharibə vəziyyətində olub, elə deyilmi? 

Uinston dərindən nəfəs aldı. Cavab vermək üçün ağzını açdı, amma dərhal da dayandı. Gözlərini 

cihazın əqrəbindən çəkə bilmirdi. 

-Lütfən, Uinston, həqiqəti deyin. Öz inandığınız həqiqəti. Yaxşı, bu məsələ ilə bağlı daha nə 

xatırlayırsınız?  

-Yadımdadır ki, mənim həbsimdən bir həftə əvvələ qədər biz İstasiya ilə qətiyyən müharibə 

etmirdik. Bu ölkə ilə müttəfiq idik. Müharibə Avrasiya ilə aparılırdı. Həmin müharibə dörd il 

çəkdi. Daha əvvəl isə.. 

O`Brayen əlinin hərəkəti ilə onu dayandırdı.  

-Başqa misal,-dedi. -Bir neçə il qabaq siz həqiqətən də çox yanlış olan bir fikrə düşmüşdünüz. 

Haradansa beyninizə girmişdi ki, Partiyanın üç keçmiş üzvü-özləri bütün günahlarını 

boyunlarına alandan sonra xəyanət və təxribatçılıq fəaliyyətinə görə edam olunan Cons, Aronson 

və Rezerford cinayət məsuliyyətinə cəlb edildikləri iş üzrə günahsızdırlar. İnanırdınız ki, onların 

etiraflarının saxtalığını sübuta yetirən hansısa çox mühüm və dəqiq sənəd görmüsünüz. Hətta 

gözünüzə hansısa bir foto-şəkil görünmüşdü. İnanırdınız ki, onu əlinizdə tutmusunuz. Məsələn, 

buna bənzər bir şəkil... 

O`Brayenin barmaqları arasında uzunsov qəzet parçası göründü. Onu təxminən beş saniyə 

Uinstonun gözlərinin qarşısında tutdu. Şübhəyə heç bir yer yox idi. Eynən həmin foto-şəkil idi. 

On bir il əvvəl təsadüfən aldığı və dərhal da məhv etdiyi, Jonsun, Aronson və Rezerfordun Nyu-

Yorkda, hansısa partiya təntənələrində çəkilmiş şəklinin surəti idi.. O, yalnız bir anlığına 

Uinstonun gözləri önündə olmuşdu, sonra həmişəlik yoxa çıxmışdı. Lakin Uinston o şəkli 

görmüşdü. Şübhəsiz, görmüşdü! Uinston ümidsiz halda, can çəkişirmiş kimi başını azacıq yuxarı 

qaldırmaq istədi. Amma heç bir tərəfə yarım santimetr də tərpənə bilmədi. Bir anlığa hətta 

cihazın şkalasını da unutmuşdu. Yeganə istəyi şəkli yenidən barmaqları arasında tutmaq, heç 

olmazsa, bir anlığa ona baxmaq idi. 

-Deməli, şəkil qalır!-deyə qışqırdı.  

-Yoxdur! 

O`Brayen kreslodan aralandı. Qarşı tərəfdəki divarda yaddaş qutusu vardı. Qutunun qapağını 

qaldırdı. Gözəgörünməz hava axını nazik, uzunsov qəzet parçasını sorub apardı. Alovun odlu 

ağzı onu həmişəlik uddu. O`Brayen əvvəlki yerinə qayıtdı.  



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

247 


-Külə döndü,-dedi. -Küldə isə heç nə tapa bilməzsən. Sadəcə kül tozu! Foto-şəkil yoxdur. Heç 

vaxt olmayıb.  

-Olub! İndi də var. Yaddaşda yaşayır. Xatirədə yaşayır. Mən o şəkli xatırlayıram. Siz 

xatırlayırsınız. 

-Mən heç nə xatırlamıram,- deyə O`Brayen cavab verdi. 

Uinston ürəyində boşluq hiss etdi. Bu-ikifikirlilikdir. Öldürücü köməksizlik hissi şüuruna hakim 

kəsildi. O`Brayenin yalan danışdığına əmin olsaydı, heç nəyə əhəmiyyət verməzdi. Amma 

O`Brayenin belə bir foto-şəklin mövcudluğunu yaddan çıxarması tamamilə mümkün idi. 

Belədirsə, deməli, şəkli xatırladığını inkar etməsini də unudub. Deməli, bunu unutduğunu da 

unudub. Kim bunun sadəcə fokus olduğuna inana bilərdi? Bəlkə həqiqətən də beyində belə bir 

ağılsız yerdəyişmə baş vermişdir? Gəldiyi qənaət Uinstonu tamam ruhdan saldı.  

O`Brayen də fikrə dalmışdı. O, indi həmişəkindən daha çox öz qabiliyyətli, ancaq sözə 

baxmayan şagirdinin əməllərindən iztirab çəkən müəllimi xatırladırdı. O` Brayen üzünü 

Uinstona çevirdi. 

-Keçmişə nəzarətlə bağlı Partiya şüarı var,-dedi.-Zəhmət olmazsa, onu təkrarlayın.  

-”Kim keçmişə nəzarət edirsə, o gələcəyə nəzarət edir. Kim bu günə nəzarət edirsə, o keçmişə də 

nəzarət edir”,-deyə Uinston itaətkarlıqla şüarı təkrarladı  

-”Kim bu günə nəzarət edirsə, o keçmişə də nəzarət edir”,- O`Brayen razılıqla başını tərpətdi. -

Yaxşı, Uinston siz keçmişin həqiqətən də mövcud olduğunu düşünürsünüz?  

Köməksizlik hissi yenidən Uinstonun şüuruna hakim kəsildi. Gözünü çevirib cihazın əqrəblərinə 

baxdı. Hansı cavabın -“bəli”nin, yoxsa “xeyr”in onu ağrıdan xilas edəcəyinə əmin olmaması bir 

yana qalsın, hansı cavabı düzgün saydığını heç özü də bilmirdi.  

O`Brayen xəfifcə gülümsündü.  

-Sizin metafizikadan xəbəriniz yoxdur, Uinston. İndiyə qədər “mövcud olmaq” anlayışının 

mənası üzərində bir dəfə də düşünməmisiniz. Fikrimi daha aydın ifadə etməyə çalışıram. Keçmiş 

konkret məkan daxilində mövcuddurmu? Elə bir yer, fiziki obyektlərin elə bir dünyası varmı ki, 

orada keçmiş indi də yaşasın, davam etsin? 

-Yox. 


-Əgər keçmiş mövcuddursa, bəs onda harada mövcuddur? 

-Sənədlərdə. Yazılı sənədlərdə. 

-Sənədlərdə. Sonra harada? 

-Ağılda. İnsan yaddaşında. 

-Yaddaşda. Çox yaxşı. Partiya bütün sənədləri nəzarətdə saxlayır, bütün yaddaşlara nəzarət edir. 

Deməli, biz həm də keçmişə nəzarət edirik, elə deyilmi? 

-Siz adamların nəyi isə xatırlamalarının qarşısını necə ala bilərsiniz?-Uinston yenə də bir anlığa 

cihazın əqrəblərini yaddan çıxararaq bərkdən qışqırdı.-Axı, bu insanın iradəsindən kənar 

hərəkətdir. Heç kimdən asılı deyil. Axı siz yaddaşa necə nəzarət edə bilərsiniz? Məsələn, mənim 

yaddaşıma nəzarət edə bilməzsiniz.  

O`Brayenin sifəti yenidən sərtləşdi. Əlini dəstəyin üstünə qoydu.  


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

248 


-Əksinə,-dedi.-Siz öz yaddaşınıza nəzarət edə bilmirsiniz. Ona görə də bura gəlib düşmüsünüz. 

Ona görə buradasınız ki, özünüzdə itaətkarlıq və daxili intizam tərbiyə edə bilməmisiniz. Sağlam 

ağlın əsas göstəricisi olan tabeçilik duyğusuna yiyələnə bilməmisiniz. Siz xəyalpərvərliyə 

qurşanmağı, azlıqda qalmağı daha üstün tutdunuz. Yalnız sərt intizama tabe tutulan ağıl 

gerçəkliyi görə bilər, Uinston! Siz gerçəkliyin nə isə obyektiv, zahiri, özlüyündə mövcud bir şey 

olduğuna inanırsınız. Siz eyni zamanda gerçəkliyin mahiyyət etibarı ilə aydın və anlaşılan 

olduğunu düşünürsünüz. Aldanış hissinin təsiri altında nəyi isə gördüyünüzü güman edəndə 

bütün qalan adamların da sizin kimi eyni şeyi gördüklərini düşünürsünüz. Amma mən sizə 

deyirəm, Uinston, gerçəklik qətiyyən zahirdə mövcud deyil. Gerçəklik insan şüurundan başqa 

heç yerdə mövcud ola bilməz! Həm də gerçəklik daim səhvlərə yol verən və qısa müddətdən 

sonra ölüb gedən fərdi şüurda deyil, Partiyanın əbədi və kollektiv şüurunda mövcuddur. Partiya 

nəyi həqiqət sayırsa – həqiqət odur! Gerçəkliyə Partiyanın nəzərləri ilə baxmaqdan başqa ikinci 

yanaşma tərzi ola bilməz! Yenidən öyrənməli olduğunuz əsas mətləb budur, Uinston! Öyrənmək 

üçün isə özünüzü daxildən sındırmalısınız, istək və iradə nümayiş etdirməlisiniz. Sağlam ağıla 

qovuşmamışdan əvvəl özünüzü yenməyi, itaət göstərməyi bacarmalısınız.  

O`Brayen sanki dediklərinin mənasının Uinstona çatmasını gözləyərək sözlərinə bir müddət ara 

verdi.  

-Yadınızdadır, -deyə söhbətini davam etdirdi, -gündəliyinizə yazmışdınız ki, “Azadlıq iki üstəgəl 

ikinin dördə bərabər olduğunu demək haqqıdır”.  

-Yadımdadır.-Uinston cavab verdi.  

O`Brayen sol əlini yuxarı qaldırdı, baş barmağını ovcunun içində gizlədib dörd barmağını 

Uinstona göstərdi.  

-Əlimdə neçə barmaq var, Uinston? 

-Dörd. 


-Əgər Partiya desə ki, onlar dörd deyil, beşdir, onda neçə barmaq olacaq? 

-Dörd... 

Dəhşətli ağrı sözünü ağzında yarımçıq qoydu. Cihazın əqrəbi əlli beşin üstündə dayanmışdı. 

Uinstonun bütün bədənini tər bürümüşdü. Hava seli sanki ciyərini parçalayır, hər dəfə nəfəs alıb-

verməsi dəhşətli fəryadlarla müşayiət olunurdu. Dişlərini biri-birinə saxsa da, qışqırmağının 

qarşısını heç cür ala bilmirdi. O`Brayen gözlərini ondan çəkmirdi, sol əlinin dörd barmağı isə, 

hələ də havada idi. Axır ki, dəstəyi geri çəkdi. Ağrı yüngülcə də olsa, səngidi. 

-Barmaqların sayı neçədir, Uinston? 

-Dörd. 

Əqrəb altmış rəqəminin üzərində dayandı. 



 

 

-Barmaqların sayı neçədir, Uinston? 



-Dörd? Dörd! Axı başqa nə deyə bilərəm? Dörd barmaq görürəm. 

Əqrəb yəqin ki, bir az da yuxarı qalxmışdı. Amma Uinston daha cihaza baxmırdı. Yalnız 

O`Brayenin ağır, sərt üzünü, bir də havada oynayan barmaqlarını görürdü. Barmaqlar gözlərinin 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

249 


qabağında uca, nəhəng sütunlar kimi dayanmışdı. Onlar sanki titrəyirdilər, biri-birinin üstünə 

gəlirdilər. Amma sayları yenə dörddən çox deyildi.  

-Burada neçə barmaq var, Uinston? 

-Dörd. Dayandırın onu! Dayandırın! Sizdə heç insaf yoxdur? Dörd! Dörd! 

-Barmaqların sayı neçədir, Uinston? 

-Beş! Beş! Beş! 

-Yox, Uinston, səyiniz əbəsdir! Yalan danışırsınız. Ürəyinizdə dörd olduğunu düşünürsünüz. Bir 

də soruşuram: barmaqların sayı neçədir? 

-Dörd. Beş. Dörd! Sizin istədiyiniz qədər! Xahiş edirəm, dayandırın! Məni bu əzabdan qurtarın! 

İndi Uinstona dikəlib yerində oturmuşdu, O`Brayen əlini onun çiyninə qoymuşdu. Deyəsən, 

arada bir neçə saniyəliyə huşunu itirmişdi. Bədənini sıxan ilmələr bir az boşaldılmışdı. Çox 

soyuq idi, Uinston tir-tir titrəyirdi. Dişləri bir-birinə dəyib şaqqıldayır, sifətindən göz yaşları 

axırdı. Bir anlığa uşaq atasına sığınan kimi O`Brayenə qısıldı. Çiyninə qoyulmuş kobud əl 

ürəyinə toxtaqlıq gətirdi. Uinston düşündü ki, yeganə himayəçisi O`Brayendir. Ağrı haradansa 

tamam kənardan, başqa mənbədən göndərilir. Onu əzabdan qurtarsa, yalnız O `Brayen 

qurtaracaq.  

-Siz zəif şagirdsiniz,Uinston.- deyə O`Brayen nəzakətlə onu məzəmmət etməyə başladı. 

-Axı mən nə edim?-Uinston hıçqıra-hıçqıra deyirdi.-Gözümün önündə olanı necə görməyə 

bilərəm? İki üstə gəl iki dörd eləyir.  

-Bəzən dörd eləyir, Uinston. Bəzən beş eləyir. Bəzən üçə bərabər olur. Bəzən isə neçə tələb 

olunursa, o qədər də eləyir. Gərək daha möhkəm çalışasınız. Sağlam ağla malik olmaq o qədər 

də asan iş deyil.  

O, Uinstonu yerinə uzatdı. Bədənindəki ilmələr yenə bərkidildi. Amma ağrı asta-asta çəkilirdi. 

Titrətməsi dayanmışdı. Yalnız yüngülcə üşütmə, bir də zəiflik hiss edirdi. O`Brayen bayaqdan 

bəri hərəkətsiz dayanmış ağ xalatlı adama başı ilə işarə etdi. Ağ xalatlı aşağı əyilib diqqətlə 

Uinstonun gözlərinə baxdı, nəbzini yoxladı, qulağını sinəsinə söykəyib barmaqlarının ucu ilə 

bədəninin ora-burasını döyəclədi. Sonra O`Brayenə baxıb başını tərpətdi. 

-Bir də,-deyə O`Brayen göstəriş verdi.  

Uinstonun bədəninə ağrı seli axdı. Əqrəb, yəqin ki, yetmişin, bəlkə də yetmiş beşin üzərində idi. 

Uinston gözlərini yummuşdu. Bilirdi ki, O`Brayenin barmaqları düz qarşısındadır, sayı da 

dörddür. Əsas məsələ bu dəfəki ağrını da bir təhər sovuşdurmaq idi. Artıq qışqırıb-

qışqırmadığının fərqində deyildi. Ağrı yenə birdən yavaşıdı. Uinston gözlərini açdı. O`Brayen 

cihazın dəstəyini geri fırladırdı.  

-Barmaqların sayı neçədir, Uinston? 

-Dörd. Güman edirəm ki, dörddür. Bacarsam, beş görərdim. Beş barmaq görmək üçün çalışıram.  

-İstəyiniz nədir? Məni beş barmaq gördüyünüzə inandırmağa çalışırsınız, yoxsa həqiqətən də 

barmaqları beş görməyə çalışırsınız? 

-Həqiqətən də o cür görmək istəyirəm. 

-Elə isə, bir daha sınayaq!-O`Brayen əmr verdi.  


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

250 


Əqrəb bu dəfə azı səksənin, bəlkə də doxsanın üzərində olmalı idi. İndi Uinston ağrını yalnız 

kəsik-kəsik hiss edirdi. Biri-birinə sıxılmış göz qapaqlarının arxasında bütöv barmaq meşəsi 

rəqsə başlamışdı. Onlar gah sıxlaşır, gah da seyrəlirdi. Bir-birinin arxasında görünməz olur, 

sonra təzədən aşkara çıxırdılar. Uinston səbəbini özü də bilmədən onları saymaq istəyirdi. Lakin 

dördlə beş arasındakı qəribə, sirli eyniyyətə görə barmaqların hesabını aparmağın heç cür 

mümkün olmadığını başa düşürdü. Ağrı yenə birdən-birə sakitləşdi. Uinston gözlərini açanda 

bayaq gördüyü mənzərə ilə qarşılaşdı. Saysız-hesabsız barmaqlar hərəkət eləyən ağaclar kimi 

biri-birinin qarşısına keçir, sonra təzədən ayrılırdılar. Gözünü yummaqdan başqa çarəsi qalmadı.  

-İndi neçə barmaq görürsünüz, Uinston. 

-Bilmirəm. Bilmirəm. Əgər cihazı bir də qoşsanız, məni öldürəcəksiniz. Dörd, beş, altı... 

həqiqətən bilmirəm. 

-İndi daha yaxşıdır!-deyə O`Brayen dilləndi. 

Uinstonun qoluna iynə vurdular. Dərhal da bütün bədəninə xoş, sərməstedici istilik yayıldı. Ağrı 

hissi, demək olar ki, unudulmuşdu. Gözlərini açıb minnətdarlıqla O` Brayenə baxdı. Zəhmli, bəzi 

yerlərdə qırış kəsmiş, həm ağıl ziyası ilə işıqlanmış, həm də eyni dərəcədə eybəcər sifəti görəndə 

Uinstonun ürəyi minnətdarlıq hissi ilə çırpındı. Tərpənmək imkanı olsaydı, mütləq əlini uzadıb 

O`Brayenin əllərinə toxunardı. Heç vaxt onu indiki qədər ürəkdən sevməmişdi. Məsələ təkcə 

işgəncənin dayandırılmasında deyildi. O`Brayenin dost, yaxud düşmən olmasının elə bir önəm 

daşımaması haqqındaki köhnə fikirləri yenidən yadına düşdü. O`Brayen elə adam idi ki, onunla 

hər şey barəsində danışmaq olardı. Bəlkə də insan sevilməkdən daha çox başa düşülməyə 

möhtacdır. O`Brayen ona insanı dəli olmaq dərəcəsinə çatdıran işgəncə verirdi. Azacıq da davam 

etsə, o biri dünyaya göndərəcəkdi. Amma bu elə də əhəmiyyətli deyil. Müəyyən mənada onların 

münasibətləri dostluqdan daha dərin idi. Onlar ruhən yaxın idilər. Nə vaxtsa, haradasa sözləri 

bərkdən deməyə ehtiyac duymadan görüşüb hər şey haqqında danışa bilərdilər. O`Brayen 

Uinstonun başı üstündə dayanıb elə ifadə ilə baxırdı ki, sanki bu dəqiqə o da eyni şeyləri 

düşünür. Sözə başlayanda səsinin sakit, barışdırıcı tonu aşkara çıxdı. 

-Siz harada olduğunuzu bilirsinizmi, Uinston? 

-Bilmirəm. Sadəcə təxmin edirəm. Yəqin ki, Sevgi Nazirliyindəyəm. 

-Burada nə qədər qaldığınızdan xəbəriniz var? 

-Bilmirəm. Bəlkə neçə gün, neçə həftə, neçə ay... Yəqin bir neçə ay olar.  

-Necə düşünürsünüz, biz adamları niyə bura gətiririk? 

-Yəqin, günahlarını boyunlarına almaları üçün. 

-Yox, bu elə də ciddi səbəb deyil. Yaxşı-yaxşı fikirləşin.  

-Cəzalandırmaq üçün. 

-Yox!-deyə O`Brayen qışqırdı. Səsi tanınmaz dərəcədə dəyişildi, sifəti isə yenidən sərt və əsəbi 

görkəm aldı. –Yox! Sizi nə etiraflarınızı dinləmək, nə də cəzalandırmaq üçün bura gətiririk. 

İstəyirsiniz nə üçün gətirildiyinizin səbəbini izah edim? Müalicə etmək üçün! Sağlam ağıl 

sahibinə çevirmək üçün! Başa düşürsünüzmü, Uinston, yolu bura düşən bir nəfər də bizim 

əlimizdən müalicə olunmamış qurtara bilməz. Törətdiyiniz sarsaq cinayətlər bizi qətiyyən 

maraqlandırmır. Aşkar düşmənçilik Partiyanı narahat etmir. Əsas əndişəmiz insanların 

beynindəki fikirlərlə bağlıdır! Biz düşmənlərimizi öldürmürük, onların beyinlərini dəyişirik. Nə 

dediyimi başa düşürsünüz? 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

251 


O, Uinstonun üzərinə əyildi. Çox yaxın olduğuna görə sifəti daha iri görünürdü, aşağıdan 

baxanda isə daha eybəcər təsir bağışlayırdı. Bu sifətə anlaşılmaz coşqunluq və dəlicəsinə 

inadkarlıq ifadəsi həkk olunmuşdu. Uinstonun ürəyi yenə sıxıldı. Bacarsaydı, çarpayının 

içərisində yerli-dibli görünməməyə çalışardı. Bu dəqiqə O`Brayenin sadəcə məzələnmək üçün 

cihazın dəstəyini yuxarı qaldıracağına əmin idi. Lakin O` Brayen artıq geri çevrilmişdi. Otaqda 

bir neçə addım o baş - bu başa gedib - gəldi. Sonra, əvvəlki coşqunluqla olmasa da, sözlərinə 

davam etdi:  

-İlk növbədə, burada əzabkeşlərə yer olmadığını başa düşməlisiniz. Yəqin keçmiş dövrlərdəki 

dini təqiblər haqqında oxumusunuz. Orta əsrlərdə İnkvizisiya mövcud idi. Amma o, vəzifəsinin 

öhdəsindən gələ bilmədi. İnkivizisiya küfrün kökünü qazıb atmaq istəyirdi, əvəzində isə, küfrə 

əbədi həyat verdi. Tonqalda yandırılan hər kafirin yerinə minlərlə yenisi baş qaldırdı. Nəyə görə 

belə oldu? Çunki İnkivizisiya düşmənlərini açıq şəkildə öldürürdü. Tövbəyə nail olmadan aradan 

götürürdü. Daha doğrusu, onları tövbə etmədiklərinə görə öldürürdü. Adamlar əqidələri naminə 

ölümə gedirdilər. Nəticədə, şöhrət inanc yolunda əzablı ölümü qəbul edən qurbanların, 

biabırçılıq və lənət isə, bu qoxzmaz insanları diri-diri tonqalda yandıran İnkivizisiyanın adına 

yazılırdı. Sonralar, iyirminci əsrdə totalitar rejimlər adlanan quruluşlar meydana çıxdı. Məsələn, 

alman nasistləri, yaxud rus kommunistləri. Ruslar yadfikirliliyi İnkivizisiyadan daha amansız 

şəkildə təqib edirdilər. Bununla da keçmişin səhvlərindən nəticə çıxardıqlarını düşünürdülər. Hər 

halda, öldürülənlərdən əzabkeş obrazı düzəltməyin yolverilməz olduğunu başa düşürdülər. 

Qurbanlarını açıq məhkəmə önünə çıxarmamışdan əvvəl onların olan-qalan ləyaqət hissinin 

üstündən xətt çəkirdilər. Həbs olunanları işgəncə və qorxu nəticəsində sındırırdılar. Bu yolla 

onları miskin, kölə təbiətli məxluqlara çevirirdilər. Belələri hər şeyi boyunlarına alırdı, məcburən 

əzbərlədikləri sözləri tutuquşu kimi təkrarlayırdılar. Özlərinə ləkə yaxır, günahı biri-birlərinin 

üstünə atır, biri digərinin arxasında gizlənməyə çalışır, ağlayıb-sıtqayır, əfv diləyirdilər. Amma 

aradan vur-tut bir neçə il keçəndən sonra tarix özünü yenidən təkrar etdi. Edam olunanlar 

əzabkeşə çevrildilər, miskin hərəkətləri isə yerli-dibli unuduldu. Sizcə, niyə hər şey bu şəkildə 

təkrarlandı? İlk növbədə ona görə ki, həmin adamların etirafları işgəncə yolu ilə qoparılmışdı, 

başdan-başa yalan və saxta idi. Biz belə səhvlər etmirik. Burada dilə gətirilən bütün etiraflar - 

həqiqətdir. Biz hər şeyin həqiqi olmasının qayğısına qalırıq. Hər şeydən əvvəl ölülərin yenidən 

üstümüzə qalxmalarına imkan vermirik. Gələcək nəsillərin sizə haqq qazandıracağı firkini 

ağlınıza da gətirməyin, Uinston! Gələcək nəsillər haqqınızda heç zaman heç bir şey 

eşitməyəcəklər. Çünki sizi tarixin axarından çəkib çıxaracağıq. Buxara çevirib atmosferə 

buraxacağıq. Sizdən Yer üzərində heç bir iz qalmayacaq. Nə mənbələrdə adınız, nə də insanların 

yaddaşında xatirəniz yaşayacaq. Siz keçmişdən də, gələcəkdən də silinib atılacaqsınız. Heç 

zaman bu dünyada yaşamadığınız təəssüratı yaradılacaq.  

“-Onda nə üçün mənə işgəncə verib özünüzü bu qədər zəhmətə salırsınız?”-deyə Uinston acı-acı 

düşündü.  

O`Brayen, Uinstonun ürəyindən keçənləri eşidibmiş kimi, ayaq saxladı. Enli, çirkin sifətini, 

qıyılmış gözlərini ona daha da yaxınlaşdırdı.  

-Yəqin fikirləşirsiniz ki, sonda sizi məhv edəcəyiksə, sözlərinizin və hərəkətlərinizin heç bir 

əhəmiyyəti yoxdursa, onda nəyə görə özümüzü əziyyətə salıb istintaq aparır, mühakimə qururuq. 

İndicə bu barədə düşünürdünüz, elə deyilmi? 

-Bəli,-Uinston təsdiq etdi.  

O`Brayen xəfifcə gülümsündü.  

-Siz cəmiyyətdə qüsurlu bir istisnasınız, Uinston. Siz elə ləkəsiniz ki, mütləq silinib atılmalısınız. 

Məgər az öncə indiyə qədər mövcud olmuş cəza orqanlarından fərqimizi sizə izah etmədim? Biz 

zahiri tabeçiliklə, hətta müticəsinə itaətkarlıqla barışa bilmərik. Sonda təslim olmaq qərarını öz 

1   ...   42   43   44   45   46   47   48   49   ...   115


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə