Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7.78 Mb.
PDF просмотр
səhifə48/115
tarix25.04.2017
ölçüsü7.78 Mb.
1   ...   44   45   46   47   48   49   50   51   ...   115

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

258 


üzərində, sizin dediyiniz kimi, zahiri gerçəklik üzərində hakimiyyət önəmli deyil. Materiya artıq 

çoxdan tam nəzarətimizə keçmişdir.  

Uinston bir anlığa cihazın mövcudluğunu unutdu. Bütün qüvvəsini sərf edərək dikəlib oturmağa 

çalışdı. Əvəzində ağrılarını daha da artırmış oldu. 

-Siz materiyaya necə nəzarət edə bilərsiniz?-deyə az qala qışqırdı.-Hələ heç iqlim qurşaqları, 

cazibə qanunu nəzarətinizdə deyil. Yer üzündə xəstəliklər var, ağrılar var, ölüm var... 

O Brayen əlinin hərəkəti ilə onu sakitləşdirdi. 

-Materiya nəzarətimiz altındadır. Çünki artıq şüura nəzarət edirik. Gerçəklik-insan kəlləsinin 

içərisindədir. Bunu tədricən öyrənəcəksiniz, Uinston. Bizim üçün mümkün olmayan heç nə 

yoxdur. Gözə görünməyə bilərik, pərvazlanıb havaya qalxa bilərik, nə istəsəniz edə bilərik. Əgər 

istəsəm, bu dəqiqə sabun köpüyü kimi dayandığım bu döşəmənin üzərindən qanadlanıb uça 

bilərəm. Amma istəmirəm. Çünki Partiya istəmir. Siz təbiət qanunları haqqında on doqquzuncu 

əsrin təsəvvürlərindən birdəfəlik xilas olmalısınız. Təbiətin qanunlarını biz yaradırıq.  

-Buna gücünüz çatmaz. Siz hələ Yer planetinin sahibi deyilsiniz. Bəs Avrasiya, İstasiya? Hələ bu 

ölkələri fəth edə bilməmisiniz.  

- Çox da vacib məsələ deyil. Lazım olanda fəth edəcəyik. Hətta fəth etməsək də-bunun elə bir 

fərqi yoxdur. Biz onların mövcudluğuna əbədilik göz yumacağıq. Bütün dünya Okeaniyadan 

ibarət olacaq. 

- Lakin dünya özü toz zərrəsi kimi bir şeydir. İnsan isə kiçik və köməksizdir. Onun mövcudluq 

tarixi nə qədərdir? Milyonlarla il Yer kürəsində, ümumiyyətlə, həyat olmayıb.  

- Cəfəngiyyatdır. Bizim neçə yaşımız varsa, Yer kürəsinin də o qədər yaşı var. Yer kürəsi bizdən 

qədim ola bilməz. İnsan şüurundan kənarda heç nə mövcud deyil. 

- Buzlaqlar indi nəsli kəsilmiş heyvanların- mamontların, dinozavrların, nəhəng sürünənlərin 

sümükləri ilə doludur. Hələ insanın mövcudluğu təsəvvürə gəlməyən dövrlərdə onlar Yer 

üzərində yaşamışdılar.  

- Bu sümükləri gözünüzlə görmüsünüz, Uinston? Əlbəttə ki, yox! Hamısı on doqquzuncu əsr 

bioloqlarının uydurmasıdır. İnsandan əvvəl Yer üzündə heç nə olmayıb. İşdir, nəsli kəsilsə, 

insandan sonra da heç bir canlı varlıq olmayacaq. İnsanın varlığından kənarda heç nə mövcud 

deyil.  

- Bizdən kənarda bütöv bir kainat mövcuddur. Ulduzlara baxın. Onlardan bəziləri Yer 

kürəsindən milyonlarla işıq ili məsafədə yerləşir. Onlar insan üçün əbədilik əlçatmazdır.  

-Ulduzlar nədir ki?- O`Brayen laqeyd şəkildə etiraz etdi. -Buradan neçə kilometrsə kənarda 

yerləşən odlu nöqtələr. Biz istəsək, uçub ulduzlara çatarıq. Yaxud lazım gəlsə işıqlarını da 

söndürərik. Yer-kainatın mərkəzidir. Günəş də, ulduzlar da Yerin ətrafında fırlanır.  

Uinston yenə yerindən tərpənməyə cəhd göstərdi. Amma daha mübahisəni davam etdirmədi. 

O`Brayen isə, onun etirazlarına cavab verirmiş kimi, hələ də danışırdı: 

-Bəzi məsələlərdə təbii ki, bu nöqteyi-nəzər özünü doğrultmur. Məsələn, okeanda üzəndə, yaxud 

Günəş tutulması haqqında qabaqcadan xəbər verəndə Yerin Günəş planeti ətrafında fırlanmasını, 

eləcə də ulduzların bizdən milyon kilometrlərlə uzaq olmasını demək daha sərfəlidir. Burada 

qəribə nə var ki? Bəlkə düşünürsünüz ki, ikili astronomiya yaratmaq çox çətin məsələdir? Bizə 

lazımlılıq dərəcəsindən asılı olaraq ulduzlar yaxında, yaxud uzaqda yerləşə bilərlər. Bəlkə 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

259 


riyaziyyatçılarımızın bu işin öhdəsindən gələ bilməyəcəklərini fikirləşirsiniz? Görünür, 

ikifikirlilik haqqındakı təlimi unutmusunuz? 

Uinston çarpayıya daha bərk sıxıldı. Nə deyirdisə, ani cavab dəyənək kimi başına enirdi. Amma 

hələ də ağlıni itirmədiyinə inanırdı. İnanırdı. İnsan şüurundan kənarda heç nəyin mövcud 

olmadığı fikrinə gəldikdə isə... yəqin ki, onun da həqiqətə uyğun gəlmədiyini sübut etmək üçün 

hansısa yollar var. Məgər uzun illər bundan əvvəl belə yanaşma tərzinin yanlışlığı sübuta 

yetirilməyibmi? Hətta xüsusi nəzəriyyə də vardı. Uinston indi yadına sala bilmirdi.  

Xəfif təbəssüm yuxarıdan aşağı Uinstonu süzən O`Brayenin ağzının kənarlarındakı qırışları bir 

balaca dərinləşdirdi.  

-Artıq sizə demişəm, Uinston, metafizika baxımından o qədər də güclü deyilsiniz. Yadınıza 

salmaq istədiyiniz termin solipsizm adlanır. Lakin yanılırsınız. Mənim haqqında danışdığım 

solipsizm deyil. Bilmək istəyirsinizsə, kollektiv solipsizm deyil. Tamamilə fərqli bir şeydir

bəlkə də solipsizmin əksidir. Lakin biz mövzudan uzaqlaşdıq.- O`Brayen indi tamamilə fərqli 

tonda danışırdı.- Əsl hakimiyyət, uğrunda gecə-gündüz vuruşğumuz hakimiyyət əşyalar üzərində 

deyil, insan üzərindəki hakimiyyətdir. - O susdu, sonra qabiliyyətli şagirdini sınağa çəkən 

müəllim kimi soruşdu: 

-Uinston, bir insan başqası üzərində hakimiyyətini necə təmin edir? 

Uinston fikrə getdi. 

- Ona əzab verməklə,- dedi.  

-Doğrudur! Ona əzab verməklə. Sadəcə itaət yetərli deyil. Bir insan əzab çəkmirsə, özünün deyil, 

sizin iradənizi yerinə yetirdiyinə necə əmin ola bilərsiniz? Hakimiyyətin mahiyyəti əzab vermək 

və alçaltmaqdadır. İnsanların şüurunu parçalayıb dağıtmaqda və onları təzədən özünün istədiyi 

kimi yapışdırıb düzəltməkdədir. İndi necə bir dünya qurmaq istıədiyimizi anlayırsınızmı? Bizim 

qurduğumuz dünya köhnə islahatçıların xəyallarında canlandırdıqları səfeh hedonist utopiyaların 

tam əksi olacaq. Bu, qorxu, xəyanət və işgəncə dünyası olacaq, tapdayanların və ayaq altda qalıb 

əzilənlərin dünyası olacaq, insanın kamilləşdikcə daha da amansızlaşacağı dünya olacaq! Bizim 

qurduğumuz dünyada tərəqqi yalnız iztirabların daha da artırılmasına xidmət edəcək. Köhnə 

sivilizasiyalar məhəbbət və ədalət hissinə arxalandıqlarını əllərində bayrağa çevirmişdilər. Bizim 

sivilizasiya isə nifrətə əsaslanır. Bizim dünyamızda qorxu, qəzəb, təntənə və özünüməhvdən 

başqa heç bir hiss olmayacaq. Qalan nə varsa, hamısını məhv edəcəyik. Hamısını! Biz 

İnqilabdan əvvəl mövcud olmuş əski düçüncə tərzlərinin kökünü qazıb atırıq. Biz valideynlə 

övlad, fərdlə fərd, qadınla kişi arasındakı bağları birdəfəlik qırırıq. Artıq heç kəs qadınına, 

uşağına, dostuna inanmır. Gələcəkdə qadınlar və dostlar, ümumiyyətlə, olmayacaq. Qırt düşmüş 

toyuğun altındakı yumurtaları götürən kimi, yeni doğulan körpələri də analarının əlindən 

alacağıq. Cinsi ehtiras hissi ləğv ediləcək. Doğub-törəmə, ərzaq talonunun yenilənməsi kimi, hər 

ilin sonunda həyata keçirilən formallığa çevriləcək. Orqazmı tamamilə aradan qaldıracağıq. 

Bizim neyroloqlarımız artıq bu məsələ üzərində işləyirlər. Partiyaya sədaqətdən başqa ayrı 

sədaqət haqqında söhbət olmayacaq. Böyük Qardaşa məhəbbətdən başqa ayrı məhəbbət 

təsəvvürə də gətirilməyəcək. Məğlub edilmiş düşmən üzərində istehzalı gülüşdən başqa ayrı 

gülüş olmayacaq. İncənətət, elm, ədəbiyyat aradan götürüləcək. Biz qüdrətli olanda elmə

ümumiyyətlə, ehtiyac qalmayacaq. Eybəcərliklə gözəllik arasında heç bir fərq qoyulmayacaq. 

Maraq hissi itib gedəcək, insan həyatdan qətiyyən zövq almayacaq. Zövq müxtəlifliyinə son 

qoyulacaq. Lakin həmişə,-Uinston, bu sözləri yaxşı yadınızda saxlayın!-həmişə hakimiyyət 

ehtirası yaşayacaq, zaman keçdikcə daha da güclənəcək, daha da şiddətlənəcək. Həmişə, hər an 

insanın ağlını başından çıxaran qələbə bağırtıları eşidiləcək, köməksiz düşməni tapdalayıb əzmək 

hissi düşüncələrə hakim kəsiləcək. Sizə gələcəyin obrazı lazımdırsa, o zaman gözləriniz önündə 

insan sifətinin üzərinə sıxılmış uzunboğaz çəkmə canlandırın.  


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

260 


O`Brayen Uinstonun cavabını gözləyirmiş kimi susdu. Uinston isə yenə də çarpayının 

dərinliklərində gizlənmək istəyirdi. Onun deməyə sözü yox idi. Elə bil ürəyi donub buza 

dönmüşdü. O`Brayen davam edirdi.  

-Həm də yadınızda saxlayan – bu, əbədi bir proses olacaq. Tapdanası sifət həmişə tapılacaq. 

Həmişə fərqli düşünən, cəmiyyətə düşmən kəsilən adamlar olacaq, onları yenidən, dönə-dönə 

məğlub etmək, alçaltmaq zərurəti yaranacaq. Bura, əlimizə düşdükdən sonra başınıza açılan 

oyunlar həmişə, özü də getdikcə daha mükəmməl və sərt formada təkrarlanacaq. Satqınlıq, 

xəyanət, həbslər, işgəncələr, edamlar, sirli şəkildə yoxaçıxmalar heç vaxt səngiməyəcək. 

Qurduğumuz terror dünyası, ideyalarımızın təntənəsi dünyası olacaq. Partiyanın qüdrəti artdıqca 

o, daha barışmaz mövqe tutacaq. Müxalifətin müqavimət qüvvəsi azaldıqca despotizm öz 

mövqelərini daha da sərtləşdirəcək. Qoldsteyn və onun yad fikirləri də həmişə yaşayacaq. Hər 

gün, hər an o fikirlər darmadağın ediləcək, ələ salınacaq, alçaldılacaq, lağa qoyulacaq, ictimai 

qınaq hədəfinə çevriləcək.Amma yenə də mövcudluğunu qoruyub saxlayacaq. Mənim yeddi 

ildən bəri sizinlə oynadığım dram da dönə-dönə təkrarlanacaq. O dram daim yeni-yeni nəsillərlə, 

amma hər dəfə daha sərt formada oynanacaq. Həmişə taleyi bizim mərhəmətimizdən asılı olan 

yad düşüncəli adamlar tapılacaq. O, daxilən sındırılmış, miskin vəziyyətə salınmış halda ağrıdan, 

əzabdan bağıracaq, öz-özündən xilas olandan, bütün varlığı ilə tövbə edəndən sonra isə buradan 

bizim yerişimizlə çıxacaq. Bax, biz belə dünya qururuq, Uinston! Qələbə dalınca qələbə, zəfər 

dalınca zəfər və üstəlik, yeni bir zəfər dünyası! Hakimiyyətin əsəbləri ilə oynamaq fikrinə 

düşənlərə qarşı sonsuz təzyiqlər, təzyiqlər və təzyiqlər dünyası! Görürəm, onun necə bir dünya 

olacağını artıq dərk etməyə başlayırsınız. Lakin sonda hər şeyi anlamaqdan daha böyük iş 

görəcəksiniz. Siz bu yeni dünyanı qəbul edəcəksiniz, alqışlayacaqsınız, onun sıra nəfərlərindən 

birinə çevriləcəksiniz.  

Uinston indi danışmaq üçün özündə az da olsa qüvvə hiss edirdi. Haqlılığına o qədər də əmin 

olmayan bir səslə: 

-Bacarmayacaqsınız,-dedi. 

-Nə demək istəyirsiniz, Uinston? 

-Təsvir etdiyiniz dünyanı qura bilməyəcəksiniz. Bu-xəyaldır. Mümkün olan şey deyil.  

-Niyə? 

-Qorxu, nifrət və qəddarlıq üzərində sivilizasiya qurmaq olmaz. Dayaqlar tab gətirməyəcək. 



-Nəyə görə? 

-Çünki belə quruluşun həyat qabiliyyəti olmayacaq. Parçalanıb dağılacaq. Sonu intiharla bitəcək. 

-Cəfəngiyyat danışırsınız. Əbəs yerə beyninizə nifrətin məhəbbətdən daha dağıdıcı qüvvə olması 

fikrini yeritmisiniz. Əvvəla, niyə belə olmalıdır? İkincisi, hətta lap belə olsa da, bunun nə fərqi 

var? Fərz edək ki, biz özümüzü daha tez zəiflədib sıradan çıxarmaq yolunu tuturuq. Fərz edək ki, 

insan həyatının tempini yüksəltməyimiz nəticəsində otuz yaşlı adam ağlı heç nə kəsməyən 

qocaya çevrilmişdir. Bundan nə dəyişəcək ki? Doğrudanmı siz hələ də ayrılıqda götürülmüş bir 

fərdin ölümünün itki olmadığını anlamırsınız? Əsas məsələ Partiyanın ölümsüzlüyüdür.  

Həmişəki kimi, inamlı səs Uinstonu yenə köməksiz vəziyyətə saldı. Həm də qorxurdu ki, 

O`Brayenə etirazlarında israr etsə, cihazın dəstəyi təzədən hərəkətə gələ bilər. Amma susmağı da 

özünə sığışdırmırdı. Ürkək vəziyyətdə, dəlil-sübut gətirmədən (bəlkə O`Brayenin hərarətli 

nitqini saya salmamaq da dilsiz etiraz sayıla bilərdi?) hücumunu təzələmək istədi: 

 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

261 


 

-Bilmirəm... Çıxış yolu görmürəm. Hər halda, sizi iflas gözləyir. Kiməsə məğlub olacaqsınız. 

Həyat özü sizi məğlub edəcək. 

-Uinston, biz həyatı bütün səviyyələrdə nəzarətdə saxlayırıq. Yəqin düşünürsünüz ki, insan 

təbiəti adlanan nə isə sirli bir qüvvə mövcuddur və o, bizim əməllərimizdən hiddətlənərək günün 

birində üsyan edəcək. Amma insan təbiətini yaradanların özümüz olduğunu unudursunuz. 

İnsanları istənilən şəklə salmaq mümkündür. Bəlkə yenə keçmiş xülyanıza qayıtmısınız-

proletariatın və kölələrin ayağa qalxıb bizi devirəcəyi fikrinə düşmüsünüz? Bu fikri başınızdan 

birdəfəlik çıxarın. Proletariat həyət heyvanı kimi gücsüz və itaətkardır. Bəşəriyyət-Partiya 

deməkdir. Qalan heç nəyin önəmi yoxdur.  

-Bir şey deyə bilmərəm... Sonda onlar sizi əzəcəklər. Əvvəl-axır kim olduğunuzu anlayacaqlar 

və o zaman sizi parça-parça edəcəklər.  

-Bəlkə siz artıq təhlükənin hansısa əlamətlərini görürsünüz? Belə ehtimal üçün əlinizdə tutarlı 

dəlillər var? 

-Yox. Bu, sadəcə, mənim inancımdır. Sizi iflas gözlədiyinə qəti əminəm. Kainatda... bilmirəm, 

elə qüvvə, elə ruh, ya da elə bir prinsip var ki, siz ona heç zaman üstün gələ bilməyəcəksiniz.  

-Uinston, siz Allaha inanırsınız? 

-Yox. 


-Bəs onda hansı qüvvə bizi məğlub edəcək? 

-Bilmirəm. İnsan ruhu. 

-Siz özünüzü də insan sayırsınız? 

-Əlbəttə. 

-Siz insansınızsa, Uinston, o zaman sonuncu insansınız. Nəsliniz kəsilmişdir. Yer kürəsinin 

sakinləri artıq bizik! Tamamilə tək qaldığınızın fərqindəsinizmi? Siz tarixdən kənardasınız, siz 

mövcud deyilsiniz.  

Onun sifəti birdən sərtləşdi, kəskin səslə soruşdu: 

-Bəlkə güman edirsiniz ki, mənəvi cəhətdən bizdən-qəddar və yalançı adamlardan daha 

yüksəkdə dayanırsınız? 

-Bəli, mənəvi cəhətdən özümü sizdən daha üstün sayıram.  

O`Brayen cavab vermədi. Yaranan sakitlikdə Uinston iki adamın danışığını eşitdi. Az keçməmiş 

birinin öz səsi olduğunu tanıdı. O, Qardaşlığa daxil olmaq fikrinə düşdüyü axşam O`Brayenlə 

mənzilindəki söhbətlərinin lent yazısı idi. Uinston özünün aldatmağa, oğurlamağa, öldürməyə, 

saxtalaşdırmağa, narkomanlıq və fahişəlik yaymağa, adamları zöhrəvi xəstəliklərə 

yoluxdurmağa, körpə uşağın sifətinə sulfat turşusu atmağa hazır olması haqdakı vədlərini 

yenidən dinlədi. O`Brayen səbirsizliklə əlini yellədi. Sanki bu hərəkəti ilə söhbətə sona qədər 

qulaq asmağın mənasız olduğunu bildirirdi. Hansısa düyməni basdı, səslər kəsildi. 

-Çarpayıdan qalxın!-deyə əmr etdi. 

İlmələr öz-özünə açıldı. Uinston ayaqlarını döşəməyə salladı, özünə inamsız halda ayaq üstə 

dayandı.  


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

262 


-Siz sonuncu insansınız,-O`Brayen dedi.-Siz bəşər ruhunun mühafizəçisiniz. Gərək özünüzü 

olduğunuz kimi görəsiniz. Paltarlarınızı çıxarın.  

Uinston kombinezonu əynində saxlayan ilgəyi açdı. Şalvarının zəncirbəndini çoxdan söküb 

çıxarmışdılar. Həbs olunduğu gündən bəri paltarlarını soyunub-soyunmadığını yadına sala 

bilmədi. Kombinezonunun altında bir vaxtlar alt paltarı sayılan saralmış, cındır əski parçaları 

vardı. Onları da sivirib döşəməyə atandan sonra otağın uzaq küncündəki iri, üçlaylı güzgünü 

gördü. Yaxınlaşdı və yerində donub qaldı. Qəflətən sinəsindən acı bir fəryad qopdu.  

-Hə, nə oldu?-O`Brayen soruşdu.-Ortada dayanın. Onda özünüzə hər tərəfdən tamaşa edib həzz 

ala biləcəksiniz.  

Uinston qorxusundan yerində donub qalmışdı. Güzgüdən ona beli bükülmüş, rəngi bozarmış 

skeleti xatırladan əcaib məxluq baxırdı. Məsələ təkcə güzgüdəki adamın Uinstonu 

xatırlatmasında deyildi. Onun görünüşü insanda ikrah hissi doğuracaq dərəcədə ürəkbulandıran 

idi. Uinston güzgüyə daha da yaxınlaşdı. Güzgüdən ona baxan məxluqun beli əyildiyindən, sifəti 

bir az da qabağa çıxmışdı. Üzünün zavallı məhbus görkəmi, fır basmış alnı, keçəl başı, əzilib 

yastılanmış burnu, göyərmiş almacıq sümükləri, gözlərinin qorxudulmuş vəhşi ifadəsi mənzərəni 

daha da tamamlayırdı. Üzünü qırış basmışdı, ağzı batıb sifətinin içinə çəkilmişdi. Bu, onun 

siması idi.Uinston bütün aradan keçən vaxtda daxilən deyil, zahirən daha çox dəyişdiyini 

düşündü. Sifətində həkk olunan ifadə yaşadığı hisslərdən tamamilə fərqli idi. Qısa müddət 

ərzində saçının çoxu tökülmüşdü. Əvvəlcə saçının ağardığını düşündü. Lakin əlini başına 

çəkəndə ağaran yerlərin tük deyil, dəri olduğunun fərqinə vardı. Əlindən və sifətinin çevrəsindən 

başqa, bütün bədəni neçə müddətdən bəri yığılmış çirkdən bozarmışdı. Bəzi yerlərdə çirkin 

altından işgəncə izi olan çapıqlar və qançırlar görünürdü. Topuğundakı varikoz yarası daha da 

böyüyüb qızarmışdı, qıraqlarından dəri sallanan iltihab basmış pis qoxulu ət parçasına 

çevrilmişdi. Amma Uinstonu ən çox qorxudan bir dəri, bir sümüyə dönməsi oldu. Dərisinin 

altından çıxmış nazik qabırğaları, ensiz döş qəfəsi onu həqiqi skeletə bənzədirdi. Ayaqları elə 

arıqlayıb qurumuşdu ki, baldırları budundan yoğun görünürdü. O`Brayenin onu nə üçün 

güzgünün layları arasında dayanmağa məcbur etməsinin səbəbini anladı. Beli heyrətamiz 

dərəcədə əyilmişdi. Arıq çiyinləri qabağa çıxdığından, sinəsinin batıqlığı daha aydın nəzərə 

çarpırdı. Nazik boynu sanki daha da irilənmiş başının ağırlığını güclə saxlayırdı. Soruşan 

olsaydı, güzgüdə gördüyü adamın bir neçə sağalmaz xəstəlikdən əziyyət çəkən altmış yaşlı qoca 

olduğunu deyərdi.  

-Bəzən düşünürdünüz ki, - arxadan O`Brayenin səsi eşidildi,-mənim, Daxili Partiya üzvünün 

sifəti qoca və yorğun görünür. İndi öz sifətiniz haqqında nə deyəcəksiniz? 

Uinstonun çiyinlərindən tutub özünə tərəf çevirdi. Üzbəüz dayandılar. 

-Görün nə gündəsiniz,-dedi.- Bədəninizdən üfunət qoxusu gəlir. Dırnaqlarınızın altındakı çirkə 

baxın! Ayağınızdakı iltihablamış, irini axan yaraya baxın! Bu dəqiqə əsl keçi iyi verdiyinizdən 

xəbəriniz var? Yəqin burnunuz artıq öz üfunətinizə alışıb. Baxın, necə üzülüb əldən 

düşmüsünüz! Görürsünüz? İndi qollarınızı baş barmağımla çeçələ barmağımın arasında tutub 

sıxa bilərəm. Boynunuzu yerkökü kimi ortadan iki yerə qopara bilərəm. Bizim əlimizə düşəndən 

bəri iyirmi beş kiloqram çəki itirdiyinizdən xəbəriniz var? Hətta saçınız da çəngə-çəngə tökülür. 

Baxın! 

O, Uinstonun başından yapışıb bir topa tükünü dartıb çıxardı.  



-Ağzınızı açın. Doqquz, on, on bir. Cəmisi on bir dişiniz qalıb. Bura gələndə ağzınızda neçə diş 

vardı? Qalanlar da yerində oynayır. Baxın... 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

263 


O`Brayen iki barmağı ilə Uinstonun salamat qalmış qabaq dişlərinin birindən yapışdı. 

Çənəsindən sızıltılı ağrı keçdi. O`Brayen dişi kötüyü ilə birlikdə dartıb yerindən çıxardı. İyrənə-

iyrənə kameranın küncünə atdı.  

-Diri-diri çürüyürsünüz,-dedi.-Tezliklə əriyib yoxa çıxacaqsınız. İndi siz nəsiniz? Bir kisə sür-

sümük, həlməşik. Haydı, bir də güzgüyə tərəf çevrilin. Oradan üzünüzə kimin baxdığını 

görürsünüz? Bəli, bu sonuncu insandır. Siz insansınızsa, deməli, insanlıq çox miskin 

vəziyyətdədir. İndi paltarlarınızı geyinin. 

Uinston sözə baxmayan əlləri ilə kombinezonunu asta-asta üstünə çəkməyə başladı. İndiyə kimi 

necə arıq və zəif olduğunu hiss etməmişdi. Başında yalnız bir fikir dolaşırdı: burada onu 

düşündüyündən daha çox saxlamışdılar. Cır-cındırını əyninə keçirəndən sonra birdən-birə məhv 

olmuş bədəninə yazığı gəldi. Özü də nə etdiyinin fərqinə varmadan dizi üstə döşəməyə çöküb 

başını çarpayının yanındakı alçaq kətilə qoydu və hönkür-hönkür ağlamağa başladı. Necə 

eybəcər vəziyyətə düşdüyünü görürdü, əynindəki çirkli, cındır alt paltarı ilə parlaq işığın altında 

oturub ağlamağın necə acınacaqlı və miskin mənzərə olduğunu başa düşürdü. Amma heç cür 

özünü saxlaya bilmirdi.  

-Həmişə belə davam etməyəcək,-deyə O`Brayen onu sakitləşdirməyə çalışırdı. -İstədiyiniz 

zaman bu vəziyyətdən xilas ola bilərsiniz. Hər şey özünüzdən asılıdır.  

-Bunu siz etdiniz!-Uİnston yenidən hönkürdü. Məni bu günə salan siz oldunuz.  

-Yox, Uinston, siz özünüzü belə vəziyyətə saldınız. Partiyaya qarşı çıxmaqla bu yolu seçdiniz. 

Elə ilk addımlarınızdan hər şeyin sonunu görmək mümkün idi. Əvvəlcədən təsəvvürünüzə gətirə 

bilməyəcəyiniz heç bir hadisə baş verməyib.  

Bir az ara verdi, sonra yenidən davam etdi. 

-Doğrudur, sizi döymüşük, Uinston. İradənizi sındırmışıq. Bədəninizin nəyə çevrildiyini indicə 

özünüz gördünüz. Ağlınız da eyni vəziyyətdədir. Düşdüyünüz bu vəziyyətdən nə isə böyük bir 

qürur hissi keçirdiyinizi düşünmürəm. Sizi təpikləyirdilər, dəyənəyin altına salırdılar, təhqir 

edirdilər, ağrıdan bağırırdınız, döşəmədə qanınızın və qusuntunuzun üstündə o baş-bu başa 

sürünürdünüz. Yalvarıb aman diləyirdiniz, hamını və hər şeyi satırdınız, ələ verirdiniz. 

Uğradığınız bu dəhşətli tənəzzüldən də qorxunc bir şey ağlınıza gəlirmi? 

Uinstonun hönkürtüsü dayanmışdı, amma göz yaşları hələ də yanaqlarına axırdı. Gözlərini 

qaldırıb O`Brayenə baxdı.  

-Mən Culiyanı satmadım,-dedi. 

O`Brayen fikirli halda dayanmışdı. 

-Elədir, - dedi.-Elədir. Tamamilə doğrudur. Siz Culiyanı ələ vermədiniz. 

Uinstonun ürəyi yenə də O`Brayenə qarşı heç bir qüvvənin əskildə bilməyəcəyi rəğbət hissi ilə 

doldu. “Gör bu insanda nə qədər ağıl var! Nə qədər ziyalılıq var!”-deyə düşündü. İndiyə qədər 

O`Brayenin onu ilk kəlmədən anlamadığı bircə hala da təsadüf etməmişdi. Onun yerinə başqası 

olsaydı, dərhal sözünü ağzında qoyub Culiyanı dönə-dönə satdığını deyərdi. Uinstondan işgəncə 

altında hansı məlumatları almamışdılar? Qız haqqında nə bilirdisə hamısını danışmışdı, 

Culiyanın vərdişləri, xarakteri, keçmiş həyatı ilə bağlı bildiklərinin bitdə-bitdə açıb ortaya 

qoymuşdu. Görüşləri zamanı baş verənləri ən intim detallarına qədər təsvir etmişdi, özünün nə 

dediyini, qızın nə cavab verdiyini bircə-bircə xırdalamışdı. Qara bazardan aldıqları ərzaqdan 

tutmuş yataq həyatlarına, Partiya əleyhinə gizli sui-qəsd niyyətlərinə qədər hər şey barəsində 

məlumat vermişdi. Lakin məhz indi nəzərdə tutduğu mənada Culiyanı ələ verməmişdi. Culiyaya 

olan məhəbbətinə xəyanət etməmişdi, onu əvvəlki kimi sevirdi, ürəyində yaşatdığı hisslər 


1   ...   44   45   46   47   48   49   50   51   ...   115


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə