Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7.78 Mb.
PDF просмотр
səhifə50/115
tarix25.04.2017
ölçüsü7.78 Mb.
1   ...   46   47   48   49   50   51   52   53   ...   115

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

270 


instinktdir. Siçovullara gəldikdə, onların da öz instinktləri var. Məsələn, sizin üçün siçovul ən 

dözülməz dəhşətdir. Sizə münasibətdə onlar elə təzyiq formasıdır ki, istəsəniz də qarşısında heç 

zaman duruş gətirə bilməzsiniz. Sadəcə, sizdən tələb olunanı edəcəksiniz.  

-Axı tələb olunan nədir? Nə tələb olunur məndən? Nə istədiyinizi bilmədiyim halda tələbinizi 

necə yerinə yetirə bilərəm? 

 

 



O`Brayen qəfəsi götürüb yaxınlıqdakı masaya gətirdi. Ehtiyatla yaşıl mahudun üstünə qoydu. 

Uinston qanın qulaqlarına necə vurduğunu eşidirdi. Ona elə gəlirdi ki, tamam tənhalıqdadır. 

İnsan ayağı dəyməyən, günəş şüalarının yandırıb-yaxdığı ucsuz-bucaqsız səhrada təkbaşına 

oturub, qulağına çatan səslərin hamısı çox uzaqdan gəlir. İçərisində siçovullar olan qəfəs isə 

gözünün qabağına-iki addımlığına qoyulmuşdu. Siçovullar nəhəng idilər. Elə yaşa çatmışdılar ki, 

sifətləri daha küt və amansız şəkil almış, xəzləri qəhvəyi rəngə çalmağa başlamışdı.  

-Siçovullar gəmiricilər sinfinə aiddir,-deyə O`Brayen hələ də gözəgörünməz auditoriyaya 

müraciətlə başladığı nitqini davam etdirirdi.-Lakin həm də ətyeyəndirlər. Bunu bilməmiş 

olmazsınız. Yəqin şəhərimizin kasıb məhəllələrində onların törətdikləri vəhşiliklərdən xəbəriniz 

var. Bəzi küçələrdə analar körpə uşaqlarını evdə beş dəqiqəliyə də nəzarətsiz qoymağa qorxurlar. 

Çünki siçovullar mütləq belə tək, köməksiz körpələrə hücum edirlər. Çox qısa vaxtda onları 

sümüklərinə qədər gəmirib yeyirlər. Xəstələrə, ölüm ayağında olanlara da hücum çəkirlər. 

Siçovullar insanın köməksiz vəziyyətdə olduğunu heyrətamiz dəqiqliklə müəyyən edə bilirlər.  

Qəfəsdən ciyilti səsləri eşidildi. Uinstona hələ də elə gəlirdi ki, səs haradansa lap uzaqlardan 

gəlir. Siçovullar boğuşurdular. Qəfəsdəki arakəsmədən bir-birini didməyə can atırdılar. Eyni 

anda Uinstonun qulağına dəhşətli ümidsizlik fəryadı da çatdı. Bu fəryadın öz içindən gəldiyini 

anladı.  

O`Brayen qəfəsi qaldırıb əli ilə hansısa düyməciyi basdı. Şaqqıltı səsi gəldi. Uinston var gücü ilə 

özünü sarındığı kreslodan qoparmağa can atırdı. Lakin cəhdi əbəs idi. Bədəninin heç bir 

hissəsini, hətta başını da tərpətmək mümkün deyildi. O`Brayen qəfəsi daha da yaxına gətirdi. 

İndi siçovullar Uinstonun sifətinin bir addımlığında idilər.  

-Mən artıq birinci düyməni basmışan,- O`Brayen izahat verməyə başladı.-Yəqin ki, qəfəsin 

quruluşunu başa düşürsünüz. Maska üzünüzü örtəcək, başınızı azacıq da olsa tərpətməyə imkan 

verməyəcək.İkinci düyməni basanda qəfəsin qapısı yuxarı qalxacaq. Ac siçovullar oradan güllə 

kimi çıxacaqlar. Heç onların havada necə sıçradıqlarını görmüsünüz? Bir göz qırpımında 

üstünüzə atılıb sifətinizi gəmirəcəklər. Çox vaxt əvvəl gözdən başlayırlar. Bəzən də insanın 

yanağını parçalayıb dilini yeyirlər.  

Qəfəs yaxınlaşırdı. Düz gözünün qarşısında idi. Uinston başının üstündə arasıkəsilməyən 

qulaqbatırıcı ciyilti səslərini eşidirdi. Vahiməni bacardığı qədər özündən uzaqlaşdırmağa 

çalışırdı. Hətta bir saniyə qalıbsa da, fikirləşmək, fikirləşmək lazımdır. Yeganə ümid fikirləşib 

nəsə tapmaqdır. Qəfildən siçovulların kəsif, murdar iyi düz burun dəliklərinə doldu. Sanki ödü 

qopub ağzına gəldi. Deyəsən, huşunu itirmək üzrə idi. Hər şey qaranlıqda yox olurdu. Artıq 

Uinston özü də dəliyə dönmüşdü, heyvan kimi bağırırdı. Anidən beyninə xilasedici fikir gəldi. 

Xilas olmağın bir, yalnız bir yolu vardı. Özü ilə siçovulların arasına başqa insanı, başqa adamın 

bədənini sipər kimi qoymalı idi.  

Kifayət qədər enli maska hər şeyi görünməz etmişdi. Qəfəsin məftildən toxunmuş qapısı sifətinin 

bir-iki qarışlığında idi. Siçovullar tam hazır vəziyyətdə dayanmışdılar. Onlardan biri səbirsizliklə 

yerində atılıb-düşürdü. O birisi, çirkab kanallarının uzunömürlü sakini isə dal ayaqları üstə dik 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

271 


qalxıb çəhrayı pəncələrini qəfəsin divarına dayamışdı, burnu ilə havanı acgözlüklə sinəsinə 

çəkirdi. Uinston onun sərt tüklü bığlarını və sarı dişlərini görürdü. Qara qorxu canını almışdı. 

Kor, zəlil, köməksiz idi.  

-Çin imperatorluğunda bu adi cəza növlərindən biri idi,-deyə O`Brayen əvvəlki kimi dərs keçən 

müəllim ədası ilə danışırdı.  

Maska sifətinə lap yaxınlaşmışdı. Məftillər yanağına toxunurdu. Və birdən... yox, xilas olacağına 

inanmırdı. Bu yalnız ümid idi, zəif ümid qığılcımı idi. Gecdir, yəqin ki, çox gecdir... Yalnız son 

anda Uinston qəflətən anladı ki, bütün dünyada cəzasını üstünə yönəldə biləcəyi, bədəni ilə 

özünü siçovullardan qoruya biləcəyi tək bir insan var. Və o, ara vermədən var səsi ilə qışqırmağa 

başladı: 

-Culiyanı onlara verin! Culiyanı onlara verin! Məni yox, Culiyanı! Onun başına nə oyun 

açacağınızın mənə dəxli yoxdur. Qoy siçovullar sifətini parçalasın, sümüklərini gəmirsin. Məni 

yox! Culiyanı! Culiyanı! 

Və o, geri çəkilib siçovullardan bacardığı qədər uzağa, dibi görünməyən dərinliyə enməyə 

başladı. Kresloya sarınmış vəziyyətdə idi, amma döşəməni, binanın divarlrını, yer qatını, 

okeanları, atmosferi, kosmos da ulduzlararası boşluqları yarıb keçirdi. Hər an siçovullardan bir 

az uzaqlaşır, uzaqlaşırdı. Artıq neçə işıq ili məsafə qət etmişdi. Amma O`Brayen lap 

yaxınlığında idi. Qəfəsin soyuq məftili ilə təması hələ də hiss edirdi. Birdən ətrafı bürümüş 

zülmət qaranlıq içərisində Uinston başqa şaqqıltı səsi eşitdi. Qəfəsin qapısının açılmadığını, 

əksinə, bağlandığını başa düşdü.  

 

VI FƏSİL 



 

“Şabalıd kölgəsində” kafesi, demək olar ki, boş idi. Günəşin şüaları pəncərədən süzülüb üstünü 

toz basmış masaları işıqlandırırdı. Saat on beş idi. Bu vaxtlar sakitlik olurdu. Teleekrandan 

gurultulu musiqi sədaları gəlirdi.  

Uinston gözünü qarşısındakı qədəhə zilləyib küncdə, həmişəki yerində oturmuşdu. Arabir başını 

qaldırıb qarşı tərəfdəki divardan onu müşahidə edən nəhəng sifətə baxırdı. Şəklin altında 

“BÖYÜK QARDAŞ SƏNƏ BAXIR” yazılmışdı. Ofisiant çağrılmasını gözləmədən masaya 

yaxınlaşdı, qədəhi “Qələbə” cini ilə doldurdu. Ağzına borucuq keçirilmiş o biri şüşədən də bir 

neçə damcı əlavə etdi. Bu, mixək tozu ilə hazırlanmış saxarin məhlulu idi. “Şabalıd kölgəsində” 

kafesinin brendi hesab olunurdu.  

Uinston teleekrana qulaq asırdı. Hələlik bir musiqi parçası o birisini əvəz edirdi. Lakin hər 

dəqiqə Sülh Nazirliyinin xüsusi bülletenini oxuya bilərdilər. Afrika cəbhəsindən çox 

həyəcanlandırıcı xəbərlər gəlirdi. Uinston səhərdən narahatlıq içində idi. Avrasiya orduları 

(Okeaniya Avrasiya ilə müharibə edirdi. Okeaniya həmişə Avrasiya ilə müharibə etmişdi) 

qorxunc sürətlə cənuba irəliləyirdi. Günorta məlumatında müəyyən yer adı çəkilməmişdi. Lakin 

döyüşlər, çox ehtimal ki, Konqo çayının mənsəbində gedirdi. Brazzavil və Leopoldvilin başı 

üzərini təhlükə almışdı. Bunun nə demək olduğunu xəritəsiz də başa düşmək çətin deyildi. 

Söhbət yalnız Mərkəzi Afrikanın itirilməsindən getmirdi. Bütün müharibə müddətində ilk dəfə 

Okeaniya ərazisi birbaşa təhdidlərə məruz qalırdı.  

Qətiyyən qorxulu deyil, sadəcə, coşqunluq hissi, haradan qaynaqlandığı bilinməyən həyəcan bir 

anlığa Uinstonu bürüdü, sonra isə keçib getdi. Daha müharibə haqqında fikirləşmirdi. Son günlər 

hər hansı məsələ üzərində fikrini bir neçə saniyədən artıq cəmləyə bilmirdi. Qədəhi götürüb 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

272 


birnəfəsə son damlasına qədər içdi. Həmişəki kimi, nəfəsi bir az tıncıxdı, astadan gəyirdi. Cin 

çox murdar içki idi. Əslində, mixəklə saxarinin qəribə qarışığı da onun yağlovça iyini aradan 

qaldıra bilmirdi. Ən pisi isə, Uinstonun gecə-gündüz ayrılmadığı yol yoldaşına çevrilən cinin 

qoxusunun fikrində başqa bir qoxu ilə qarışması idi. Onların qoxusu ilə... 

Uinston heç vaxt, hətta fikirlərində də onların adını çəkmirdi. Bacardığı qədər onları gözləri 

önünə gətirməməyə çalışırdı. Onlar dərk olunmaqdan daha çox ara-sıra gözünün önündən keçən 

və daim də möhkəm cin iyi verən ehtimali varlıqlardan başqa bir şey deyildilər. Cin mədəsini 

qarışdırdığından, qırmızı dodaqlarını irəli uzadıb bir də gəyirdi. Həbsdən çıxanı kökəlmişdi. 

Dərisinin əvvəlki rəngi qayıtmış, hələ bir az da cəhrayılaşmışdı. Sifətinin cizgiləri 

kobudlaşmışdı. Burnunun üstü və almacıq sümüklərindəki dəri qızarıb qabıq bağlamışdı. Hətta 

keçəl başı da çəhrayı rəngə çalırdı. Ofisiant yenə də çağırılmasını gözləmədən şahmat taxtasını 

və şahmat məsələlərinin olduğu səhifədən açılmış “Tayms” qəzetinin təzə sayını gətirdi. Sonra 

qədəhin boş olduğunu görüb cin butulkası ilə geri döndü, onu ağzına kimi doldurdu. Sifariş 

verməyə ehtiyac yox idi. Ofisiantlar Uinstonun xasiyyətini bilirdilər. Burada onu həmişə şahmat 

taxtası gözləyirdi, küncdəki masası da həmişə boş olurdu. Hətta kafe ağzına qədər dolanda da 

Uinston masanın arxasında tək otururdu, heç kəs onun yaxınlığında özünə yer seçməyə cürət 

etmirdi. Uinston içdiklərinin hesabını da bilmirdi. Ara-sıra ona çirkli kağız parçası gətirir, ötən 

müddətdə yığılmış borcları olduğunu deyirdilər. Uinstona elə gəlirdi ki, ondan az pul alırlar. Çox 

alsaydılar da, qətiyyən əhəmiyyət verməzdi. Son vaxtlar həmişə kifayət qədər pulu olurdu. 

İşləyirdi, adını harasa yazmışdılar. İndi əvvəlki iş yerindəkindən daha çox maaş alırdı.  

Teleekranda musiqi bitdi. Danışıq səsi eşidildi. Uinston başını qaldırıb qulaq asmağa başladı. 

Amma cəbhədən heç bir xəbər yox idi. Rifah Nazirliyinin qısa məlumatı oxunurdu. Ötən rübdə 

ayaqqabı bağı istehsalı üzrə Onuncu Üçillik Planın cəmi 98 faiz yerinə yetirilməsi haqqında 

məlumat verilirdi.  

O, şahmat məsələsinə baxdı, fiqurları düzməyə başladı. Bu, iki atla başa çatan çox məkrli 

kombinasiya idi. “Ağlar başlayır və iki gedişdən sonra mat edirlər”. Uinston Böyük Qardaşın 

portretinə baxdı. Mistik və müəmmalı hisslə ağların həmişə mat etdiklərini düşündü. Həmişə! 

Burada bir dəfə yazılmış qaydalardan kənara çıxmağa, istisnalara yol verilmir. Dünya 

yaranandan bəri qaraların udduğu şahmat məsələsi yoxdur. Bu, Xeyirin Şər üzərində əbədi, 

dəyişməz təntənəsi deyilmi? Portretdəki nəhəng sifət sakitlik təlqin edən hökmlə ona baxırdı. 

Ağlar həmişə mat edirlər.  

Teleekrandakı səs danışığına ara verdi, sonra fərqli ahənglə, daha təntənəli tərzdə anons verməyə 

başladı: “Saat on beş otuz dəqiqədə vacib məlumat oxunacaq. On beş otuzda. Müstəsna 

əhəmiyyətli yeniliklər. Verilişlərimizi izləməyi unutmayın. Saat on beş otuzda”. Ardınca yenə 

səs-küylü musiqi eşidilməyə başladı.  

Uinstonun ürəyi sıxıldı. “Müstəsna əhəmiyyətli yeniliklər”, təbii ki, cəbhədəki vəziyyətlə bağlı 

idi. Hissləri ona xəbərlərin yaxşı olmayacağını deyirdi. Bütün günü həyəcan içərisində dönə-

dönə Afrikadakı sarsıdıcı məğlubiyyət haqqında düşünmüşdü. Avrasiya ordularının bir zamanlar 

quş səkməyən ölkə sərhədlərini keçərək, qarışqa sürüsü kimi Afrika sahillərinə ayaq basmaları 

bir an da olsun fikrindən çıxmamışdı. Məgər onlara cinahlardan zərbə endirmək mümkün 

deyildi? Qərbi Afrika sahillərinin xəritəsi bütün miqyası ilə gözləri önündə idi. Ağ at fiqurunu 

götürüb şahmat taxtasının o biri küncünə qoydu. Düzgün mövqe burada olmalı idi. Qara yırtıcılar 

dəstəsinin cənuba axışdıqlarını görsə də, başqa qüvvənin gizli şəkildə toplaşaraq onların 

arxasında hərəkətə keçdiyini, dəniz və quru yollarını bağladığını anlayırdı. Bu qüvvənin 

həqiqətən də mövcud olmasını nə qədər ürəkdən arzuladığını hiss edirdi. Lakin onun son dərəcə 

sürətlə irəliləməsi zəruri idi. Düşmən bütün Afrika üzərində nəzarəti ələ keçirsə, Xeyirxah Ümid 

Burnundakı aerodromları və sualtı qayıq bazalarını tutsa, fəlakət baş verəcək, müharibə 

Okeaniyanın iki yerə bölünməsi ilə nəticələnəcək. Bu da öz növbəsində, sarsıdıcı məğlubiyyətə, 

ölkənin dağılmasına, dünyanın yenidən bölüşdürülməsinə, Partiyanın süqutuna səbəb olacaq. 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

273 


Uinston dərindən ah çəkdi. Onun daxilində son dərəcə qarışıq hisslər bir-biri ilə çarpışırdı. 

Əslində, həmin anda yaşadığı hisslərə qarışıq demək olmazdı, onlar sanki lay-lay bir-birinin 

üstünə yığılmışdı. Heç bir qatdakı hiss də o birisindən daha az əhəmiyyətli deyildi.  

Gərgin anlar ötüşdü. Uinston ağ atı əvvəlki yerinə qaytardı. Amma bir müddət şahmat 

məsələsinin həlli üzərinə qayıda bilmədi. Yenə fikri dağılmışdı. Özü də fərqinə varmadan 

şəhadət barmağı ilə masanın tozlu səthinə yazdı: 

2 + 2 = 5 

“Onlar insanın daxilinə nüfuz edə bilməzlər”-Culiya belə demişdi. Amma nüfuz etdilər. “Burada 

sizə nə edilirsə, ömürlük müddətə edilir”- bu sözləri isə O`Brayen demişdi. Doğru sözlərdir. Belə 

şeylər var. Elə hərəkətlər olur ki, onlardan sonra bir də heç zaman əvvəlki vəziyyətinə qayıda 

bilmirsən. Daxilində nə isə öldürülür, çıxarılıb atılır, yandırılır. 

Culiyanı görmüşdü. Hətta söhbət etmişdi. İndi bu, qorxulu deyildi. Daha heç kəsin nə iş gördüyü 

ilə maraqlanmadığını sövq-təbii hiss edirdi. Ikisindən biri istəsəydi, yeni görüş üçün vaxt da 

təyin edə bilərdilər. Görüşləri isə təsadüfi olmuşdu. Sazaqlı, soyuq küləyin cövlan etdiyi bir mart 

günü Parkda rastlaşmışdılar. Mart ayı olsa da, hələ təbiət oyanmamışdı. Yer dəmir kimi bərk idi, 

otlar göyərməmişdi, tumurcuqlar açmamışdı, yalnız bir neçə solğun nərgiz gülü yaş torpaqdan 

baş qaldırmağa can atırdı, külək isə onları döyəcləyib təzədən palçığa batırırdı. Soyuqdan 

donmuş əllərini gizlətməyə yer tapmayan, gözlərindən su axan Uinston tələsə-tələsə gedirdi. 

Birdən beş-altı addımlığında onu gördü. Culiyanın anlaşılmaz dərəcədə dəyişməsi Uinstonun 

diqqətindən yayınmadı. Yad adamlar kimi bir-birlərinin yanından ötüb keçdilər. Sonra Uinston 

geri dönüb həvəssis addımlarla onu təqib etməyə başladı. Burada təhlükəli bir şey olmadığını, 

indi heç kəsin onlarla maraqlanmadığını bilirdi. Culiya danışmırdı. O, sanki Uinstondan xilas 

olmaq üçün səmtini dəyişdib otluqla yeriməyə başladı. Sonra, görünür, özünü yanaşı 

addımlamağa məcbur edə bildi. Tezliklə seyrək, hələ yarpaq açmamış kolların arasına gəlib 

çıxdılar. Kollar nə küləkdən qorunmağa, nə də yad baxışlardan daldalanmağa yarayırdı. 

Dayandılar. Soyuq daha da bərkimişdi. Külək adamın yeddi qatından keçirdi. Uinston onu 

qucaqladı.  

Yaxınlıqda teleekran yox idi. Amma yəqin haradasa gizli mikrafon qoyulmuşdu. Üstəlik, onları 

görə bilərdilər. İndi bunun əhəmiyyəti yox idi. Heç bir əhəmiyyəti yox idi. Hətta sakitcə torpağa 

uzanıb istədikləri işi görə bilərdilər. Bu fikir beynindən keçəndə əti çimçəşdi. Culiya nə 

Uinstonun onu qucaqlamasına fikir verir, nə də qolları arasından çıxmağa can atırdı. Uinston 

yalnız indi qızdakı dəyişiklikləri sezə bildi. Culiyanın sifəti torpaq rəngində idi. Alnından 

gicgahına qədər dərin çapıq yeri uzanırdı. Çapığın bir hissəsini saçları ilə örtməyə çalışmışdı. 

Lakin əsas dəyişiklik bu deyildi. Culiyanın beli xeyli yoğunlamışdı. Həm də daş kimi bərkimişdi. 

Uinston bir dəfə mərmi partlayışından sonra xarabalıqların altından cəsədləri çıxarmağa kömək 

etdiyini xatırladı. O vaxt cəsədlərin təkcə çox ağır deyil, həm də bərk olmasından 

heyrətlənmişdi. Onları əldə saxlamaq mümkün deyildi, elə bil insan bədənindən deyil, daş 

parçasından yapışmışdın. İndi Culiyanın belini qucaqlayanda yenidən eyni hissi yaşadı. Qızın 

dərisinin əvvəlkindən fərqləndiyi, hamarlıq və yumşaqlığını itirdiyi də diqqətindən yayınmadı.  

Uinston nə onu öpməyə, nə də söhbətə çəkməyə təşəbbüs göstərdi. Otluğun üstü ilə geri 

qayıdanda Culiya ilk dəfə gözlərini qaldırıb düz onun üzünə baxdı. Bu, nifrət və ikrah dolu ani, 

kəskin baxış idi. Uinston ikrah hissinin keçmiş münasibətləri, yoxa şişkinləşmiş, piy basmış 

sifəti və küləkdən sulanmış gözləri ilə əlaqəli olduğunu ayırd edə bilmədi. Parkdakı dəmir 

skamyada yanaşı oturdular. Yanaşı oturmuşdular, amma bir-birlərinə sıxılmamışdılar. Uinston 

Culiyanın danışmaq istədiyini hiss etdi. Qız kobud tufli geydiyi ayaqlarını qabağa uzadıb 

cütləmişdi. Uinston onun baldırlarının da xeyli ətləndiyini nəzərdən qaçırmadı.  

-Mən səni ələ verdim,-deyə Culiya müqəddiməsiz sözə başladı. 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

274 


-Mən də səni ələ verdim. 

Culiya yenə ikrah dolu baxışları ilə onu süzdü.  

-Bəzən adamı elə şeylə hədələyirdilər ki, tab gətirməyəcəyini bilirdin. Tab gətirmək nədir, 

fikirləşməyə də qorxurdun. O zaman deyirdin: “Bu oyunu mənim başıma açmayın, başqa adam 

seçin, filankəsi götürün!”. Sonra öz-özünə haqq qazandırmağa çalışırdın ki, bu yalnız bir 

oyundur, boş sözdür, sadəcə, səndən əl çəkmələri üçün filan adamın adını çəkmisən, əslində isə, 

ona heç bir pislik arzulamamısan. Lakin elə deyil. Həmin sözləri dediyin anda məhz elə olmasını 

istəyirsən. Fikirləşirsən ki, başqa yolla özünü xilas edə bilməyəcəksən. Odur ki, canını bu yolla 

qurtarmağa razı olursan. Səni gözləyən müsibəti başqasına rəva görürsən. Artıq onun əzabları 

sənin vecinə deyil. Həmin anda yalnız özünü düşünürsən. 

 

 

-Yalnız özünü düşünürsən,-Uinston əks-səda kimi eyni sözləri təkrarladı.  



-Sonra isə həmin adama daha əvvəlki hisslərlə yanaşa bilmirsən.  

-Yox,-Uinston dedi.-Əvvəlki hisslərlə yanaşa bilmirsən. 

Deyəsən, daha danışılası başqa sözləri yox idi. Külək nazik kombinezonlarını çırpıb əyinlərinə 

yapışdırırdı. Dinməz-söyləməz bir yerdə oturmaq ikisinə də çətin gəlirdi. Culiya metro qatarına 

gecikdiyini mızıldanıb ayağa qalxdı.  

-Biz yenə görüşməliyik,-Uinston dedi. 

-Elədir. Görüşmək lazımdır.-Culiya razılaşdı.  

Uinston arada yarım addımlıq məsafə ilə qətiyyətsiz halda onun arxasınca düşdü. Daha 

danışmırdılar. Culiya açıq-aşkar can qurtarmağa çalışmırdı, amma yana-yana getməmələri üçün 

addımlarını daha da yeyinlətmişdi. Uinston əvvəlcə onu metro stansiyasına qədər ötürməli 

olduğunu düşünürdü. Lakin az keçməmiş soyuq havada qızın dalınca sürünməyin çətinliyini və 

mənasızlığını anladı. İndi Culiyanı metroya ötürməkdən çox, özünü “Şabalıd kölgəsində” 

kafesinə bacardığı qədər tez çatdırmaq haqqında fikirləşirdi. Kafe Uinstona heç vaxt indiki qədər 

cəlbedici görünməmişdi. Üzərində həmişə şahmat taxtası, qəzet və boşalmaq bilməyən cin 

qədəhi hazır duran küncdəki kiçik masası üçün bərk darıxmışdı. Hər şey bir yana qalsın, kafe 

həm də isti idi. Qəsdən eləməsə də, metroya gedən yolda Culiya ilə arasına bir dəstə adamın 

girməsinə imkan yaratmışdı. Əvvəlcə tez-tez yeriyib onlardan qabağa keçmək istədi. Sonra 

addımlarını yavaşıtdı, geri döndü, tamam əks istiqamətə getməyə başladı. Arada çevrilib arxaya 

baxdı. Adamlar çox olmasa da, Culiyanı seçə bilmədi. Küçə ilə tələsik addımlayanların hər birini 

Culiya saymaq olardı. Onun enlənmiş, kobudlaşmış bədənini arxadan fərqləndirmək mümkün 

deyildi.  

“Həmin sözləri dediyin anda məhz elə olmasını istəyirsən”,-Culiyanın kədərli etirafı yadından 

çıxmırdı. Bu hiss Uinstona tanış idi. Uinston sadəcə söz deməmişdi, həm də məhz belə olmasını 

istəmişdi. Siçovulların çənginə özünün deyil, Culiyanın verilməsini tələb etmişdi. 

 

Teleekrandan eşidilən musiqidə nə isə bir dəyişiklik vardı. İnsanın əsəblərini cırmaqlayan sarı 



not ortaya düşmüşdü. Sonra isə...-bəlkə də heç belə şey olmamışdı, bəlkə də o sarı ton neçə il 

əvvəlki qəribə hadisənin yenidən xatirəsində canlanması idi, -naməlum səs oxumağa başladı: 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

275 


 

Şabalıd kölgəsində, 

Sən məni ələ verdin,  

Mən səni ələ verdim... 

 

Uinstonun gözlərində yaş parıldadı. Yaxınlıqdan keçən ofisiant qədəhin boşaldığını görüb 



təzədən cinlə doldurdu.  

Qədəhi yuxarı qaldırıb iylədi. Hər qurtumdan sonra yaxantıya bənzəyən içki daha da dözülməz 

olurdu. Lakin cin Uinstonu çoxdan öz girdabına salmışdı. Cin onun həyatı, ölümü və yenidən 

dirilməsi idi. Cin hər axşam beynində fikrin sonuncu işartılarını öldürür, hər səhər onu yenidən 

həyata qaytarırdı. Açılmayan göz qapaqları, qupquru qurumuş ağzı və belindəki ancaq sınıq 

zamanı təsadüf edilən dəhşətli ağrılarla yuxudan oyananda,-bu isə adətən saat on birdən tez 

olmurdu,- dərhal çarpayının yanındakı cin şüşəsinə və çay fincanına əl atmasaydı, yəqin ki, 

qamətini düzəltməyə heyi də çatmazdı. Günün birinci yarısını bulaşıq gözlərini cin şüşəsindən 

çəkmədən teleekran dinləməklə keçirirdi. Saat on beşdən bağlanana kimi isə “Şabalıd 

kölgəsində” kafesində olurdu. Daha heç kimin Uinstonla işi yox idi. Fit səsi onu yuxudan 

oyatmırdı, teleekran ona xəbərdarlıq etmirdi. Hərdənbir, həftədə iki dəfə Həqiqət Nazirliyindəki 

unudulmuş, toz basmış kabinəsinə gedirdi. Bunu iş adlandırmaq mümkün idisə, hətta bir az 

işləyirdi. Ona saysız-hesabsız komitələrin birindən qopub ayrılmış hansısa alt komitənin alt 

komitəsində işə vəzifə vermişdilər. Bu alt komitə Yenidil lüğətinin On Birinci nəşrinin çapı 

zamanı meydana çıxan hansısa cüzi çətinliklərin aradan qaldırılması ilə məşğul olurdu. İndi onlar 

İlkin Məruzə adlı sənəd üzərində işləyirdilər. Amma məruzədə hansı məsələlərdən bəhs 

edildiyini heç özü də əməlli-başlı bilmirdi. Deyəsən, vergülün harada-mötərizənin içərisində, 

yoxsa mötərizə bağlanandan sonra qoyulması ilə bağlı mülahizələrin yekunlaşdırılması ilə 

məşğul idilər. Alt komitədə özü kimi daha dörd nəfər işləyirdi. Elə günlər olurdu ki, bir yerə 

yığışanda görüləsi bir iş olmadığını kişi kimi boyunlarına alıb dərhal dağılışırdılar. Elə günlər də 

olurdu ki, ciddi-cəhdlə çalışmağa başlayırdılar, hər şeyin dəqiqəsinə qədər bölündüyü fəaliyyət 

planı hazırlayırdılar, heç vaxt başa çatdırmadıqları uzun memorondumlar tərtib edirdilər. Biri-

birləri ilə mübahisəyə girişirdilər, hərəsi bacardığı qədər geniş şərh verməyə çalışırdı, durğu 

işarələri ətrafındakı söz davasını çıxılmaz nöqtəyə qədər gətirib çatdırırdılar, hətta bir-birlərini 

rəislərə şikayət etməklə hədələyirdilər. Sonra isə qəflətən bu həyat enerjisi sönürdü, masanın 

ətrafında oturub sübh çağı xoruzun ilk banı ilə yoxa cıxan həyulələr kimi böş, sönük gözləri ilə 

bir-birlərinə baxırdılar.  

Teleekkran bir anlığa susdu. Uinston tez başını yuxarı qaldırdı. Məlumat bülleteni? Yox, 

musiqini dəyişdilər. Afrikanın xəritəsi gözlərinin önündən çəkilmirdi. Orduların hərəkətini 

diaqram kimi aydın təsəvvürünə gətirirdi. Qara ox təhdidedici şəkildə yuxarı, cənuba yönəlmişdi. 

Ağ isə qaranın quyruğunu kəsərək üfqi şəkildə şərqə uzanırdı. Sanki bayaqdan bəri beynini 

məşğul edən suallara cavab almaq üçün divardan onu sakit nəzərlərlə süzən portretə baxdı. İkinci 

ağ oxun olmaması ağla sığan şey idimi? 

Hadisələrə marağı yenə itdi. Cindən bir qurtum alıb ağ atla daha bir sınaq gedişi etdi. Şah! Lakin 

bu tamamilə yanlış gediş idi, çünki... 

Çağrılmamış xatirələr yadına düşdü. Şamla işıqlandırılmış otaq, üstünə ağ örtük çəkilmiş böyük 

çarpayı, bir də o özü, döşəmədə oturub stəkana doldurduğu oyun zərlərini var gücü ilə 

şaqqıldadaraq ürəkdən gülən doqquz, ya da on yaşlı oğlan. Üzbəüz oturmuş anası da ona baxıb 

gülürdü. 

1   ...   46   47   48   49   50   51   52   53   ...   115


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə