Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7.78 Mb.
PDF просмотр
səhifə58/115
tarix25.04.2017
ölçüsü7.78 Mb.
1   ...   54   55   56   57   58   59   60   61   ...   115

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

319 


bir şey olmadığı üçün. Başa düşə bilmirdim, amma bütün bunları məndən öyrəndiyini düşünmək 

mənə xoş gəlirdi. 

Sonralar özümüzü elə aparırdıq ki, guya hansı məna kəsb etdiyini bilmirik və bu sözü tez-

tez  təkrarlayırdıq.  Amma  ilişdiyi  bu  höcətlikdə  daha  çox  sual  verən  xəyalpərvər  bir  tələbənin 

ədası  hiss  olunurdu,  hər  dəfə  sonuna  qədər  gedəcəyini  deyəndə,  mən,  başına  gələn  hadisələrin 

səbəblərini  soruşan  çarəsiz  bir  aşiqin  hüznlü  və  əsəbi  gileylənməsinə  şahid  olduğumu  zənn 

edirdim. O ərəfələrdə bu sözü tez-tez deyirdi, yeniçərlərin üsyan hazırladıqlarını öyrəndiyi vaxt 

deyirdi,  uşaq  məktəbindəki  şagirlərin  ulduzlardan  daha  çox  mələklərlə  maraqlandığını 

danışarkən  deyirdi,  çoxlu  pul  verərək  aldığı  əlyazmanı  daha  yarısını  oxumamış  əsəbi  şəkildə 

kənara  tullayandan  sonra  və  artıq  sırf  alışqanlığa  görə  muvaqqitxanədə  görüşüb  danışdıqları 

dostlarından ayrılandan sonra deyirdi və yaxşı qızdırılmamış hamamda soyuqladıqdan sonra və 

ətrafına  və  güllü  yorğanını  üstünə  sərdiyi  kitabları  ilə  yatağına  uzanandan  sonra    və  məscidin 

əlüzyuyanında  dəstəmaz  alanların  axmaqcasına  danışdıqlarına  qulaq  asandan  sonra  deyirdi  və 

Venesiyalılara  məğlub  olduğunu  öyrənəndən  sonra  və  yaşının  keçmək  üzrə  olduğunu  deyərək 

onu  evləndirmək  üçün  onunla  görüşməyə  gələn  məhəllə  əhlini  səbirlə  dinləyəndən  sonra  yenə 

deyirdi: Sonuna qədər mübarizəsini davam etdirəcəkmiş. 

İndi düşünürəm: bu yazdıqlarımı axıra qədər oxuyan kim, baş verənləri, ya da xəyal edərək 

nəql  etdiyim  hər  şeyi  səbirlə  izləyən  hansı  oxucu  deyə  bilər  ki,  Xoca  niyə  bu  sözünün  üstündə 

durmadı? 

 

 

 

 

 

 

 

Yayın axrına yaxın günlərdə baş münəccim Hüseyn Əfəndinin cəsədini İstiniyyə sahilində 

tapıldığını  eşitdik.  Paşa  qətl  üçün  fitva  əmrini  ən  axırda  alıb,  o  da  gizləndiyi  yerdə  rahat 

durmayıb, Sadiq Paşanın yaxın günlərdə öləcəyi ehtimalı var deyə hər yana kağızlar yolladığına 

görə  yerini  biliblər.  Anadoluya  keçmək  istəyərkən  cəlladlar  qayığına  çatıb  boğublar.  Malının-

mülkünün  müsadirə  edildiyini  öyrənəndə  Xoca  baş  münəccimin  kağızlarını,  kitablarını, 

dəftərlərini ələ keçirmək üçün fəaliyyətə keçdi: bunun üçün yığdığı nə qədər pulu varsa, hamısını 

rüşvətə xərclədi. Bir axşam evə yekə bir sandıq içində gətirdiyi minlərlə kitabı bir həftə içində 

əxz elədikdən sonra bundan lap yaxşısını düzəldə biləcəyini dedi. 

 Dediyini  eləyərkən  mən  də  ona  kömək  etdim.  Padşaha  təqdim  etməyə  qərar  verdiyi 

“Həya-ül-Heyvan  və  Əcaib-ül-Məxluqat”  adlı  iki  risalə  üçün  Empolidəki  evimizin  geniş 

bağçalarında,  çayırlarında  gördüyüm  gözəl  atlar,  qeyri-adi  eşşəklər,  dovşanlar,  kərtənkələlər 

haqqında ona danışdım.  

Xoca  intuisiyamın  nə  qədər  geniş  olduğunu  deyəndən  sonra,  su  zanbaqları  olan 

hovuzumuzdakı  bığlı  firəng  qurbağalarını,  Siciliya  ləhcəsi  ilə  danışan  mavi  tutuquşuları  və 

cütləşməmişdən  əvvəl  otururub  bir-birinin  tüklərini  təmizləyən  sincabları  ona  xatırladaraq 

danışdım. Sultanın çox maraqlandığı, amma sarayın birinci həyətinin təmizliyinə görə lazımınca 

məlumat  sahibi  olmadığı  mövzulardan  biri  olan  qarışqaların  həyatı  uzun  müddət  diqqətlə  

araşdırdığımız sahələrdən biri oldu. 

Xoca qarışqaların nizamlı, məntiqli həyatını qələmə alarkən uşaq Padşahı öyrədəcəyimizi 

də  düşünürdü.  Bu  məqsəd  üçün  bizə  məlum  olan  qara  qarışqaların  məlumatı  tam  əks 

etdirmədiyini  görəndə,  Amerikadakı  qırmızı  qarışqaların  həyat  sistemindən  danışdı.  Bu  da  ona 

Amerika  adlandırılan,  ilanlı  ölkədə  yaşayan  və  yaşadıqları  həyatı  dəyişdirməyən  qul 

vətəndaşların başlarına gələnlər haqqında həm kin-küdurətli, həm də çoxhissəli bir kitab yazmaq 

fikrində olduğunu bildirdi: Mənə bu haqda əhatəli danışarkən deyirdi ki, ova getməyi  xoşalayan 

bir uşaq kralın elmlə maraqlanmadığı üçün, nəticədə ispaniyalı kafirlər tərəfindən necə peşman 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

320 


edildiyini yazacaq, zənnimcə, kitabı  axıra qədrə yazmağa cəsarəti çatmadı. Qanadlı mamontları, 

altıayaqlı  öküzləri,  ikibaşlı  ilanları  daha  başa  düşülən  tərzdə  çəkmək  üçün  çağırtdırdığımız  

miniatür ustasının çəkdikləri ikimizi də razı salmadı. “Orjinalı əvvələr beləydi, indiysə hər şey 

üçölçülü,  orjinal  kölgəli,  -  bir  bax-  eninə  olanda  da  kölgəsini  arxasındakı  oxşarı  kürəyində 

daşıyan kimi səbirlə dözərək daşıyır.” – Xoca dedi. 

Sultanın  soruşdurmadığına  görə,  risalələri  Padşaha,  Paşanın  vasitəsi  ilə  verməyi 

qətiləşdirmişdi, amma sonra buna görə çox peşman oldu. Paşa ulduz elminin boş şey olduğunu, 

baş münəccim Hüseyn Əfəndinin boyundan böyük işlərə girişdiyini, siyasi oyunlar oynadığını, 

Xocanın  da  indi  onun  boş  qalan  yerində  gözü  olmağından  şübhələndiyini,  elm  adlanan  şeyə 

inandığını, amma bunun ulduzlara yox, silahlarla əlaqəli olduğunu, baş münəccimliyin uğursuz 

bir iş olduğunu, bunun o vəzifəyə gələnlərin hamısının nəhayətdə öldürülmələrindən, ya da lap 

pisi, nə vaxtsa sirri faş edib yox olmaqlarından başa düşdüyünü, çox istədiyi və elminə güvəndiyi 

Xocanın  da  bu  səbəbdən,  bu  vəzifəyə  yiyələnməyi  heç  də  istəmədiyi,  onsuz  da  təzə  baş 

münəccimin  bu  işin  lazımınca  öhdəsindən  gələ  biləcək  qədər  axmaq  və  saf  olan  Sıdqı  Əfəndi 

olacağını,  Xocanın  əvvəlki  baş  münəcimin  kitablarını  əldə  etməyini  eşitdiyini,  bu  işlə 

maraqlanmamasını  təvəqqe  etdiyini  ona  deyib.  Xoca  da  ona,  elmdən  başqa  bir  şeylə 

maraqlanmadığını  deyərək,  Padşaha  çatdırmasını  istədiyi  risalələri  verib.  Axşam  elmdən  özgə 

şeylə maraqlanmayacağını, amma bu elmi reallaşdırmaq üçün lazım olan hər şeyi də edəcəyini 

deyib, ilk işi olaraq da Paşaya lənət oxudu. 

Sonrakı ay, idrakımızın yaratdığı  rəngli heyvanlara uşağın necə bir reaksiya göstərməsiylə 

maraqlanarkən, Xoca hələ də saraydan niyə çağırılmadığını düşünürdü. Nəhayət, ova çağırdılar, 

o Padşahın yanına, məni ancaq uzaqdan baxmaq üçün, Kağızxana dərəsinin sahilindəki Miraxor 

köşkünə getdik, adam  çox idi. Bostançıların başçısı hər şeyi  hazırlayıb:  dovşanları  və tülküləri 

qovurandan sonra arxasınca tazıları bişirdilər, biz də baxdıq: Dovşanın biri digərlərindən ayrılıb 

özünü suya atanda hamı ona baxdı: üzə-üzə qarşıdakı sahilə keçmək istəyəndə bostançılar ora da 

it  göndərmək  istədilər,  amma  uzaqdakıları  da  eşidirdik.  Padşah  dovşanın  azad  olmağına  izin 

vermədi.  Amma  yad bir  it digər sahildəymiş,  dovşan  yenə  özünü suya  atdı, amma it ona çatdı, 

bostançılar tez yüyürüşüb dovşanı onun ağzından aldılar. Padşahın hüzuruna gətirdilər. Uşaq tez 

heyvanı  yoxlatdırdı, bədənində ciddi bir yara olmadığını görəndə sevindi, o sonra dağın başına 

gedib  dovşanın  aşağı  atılmasını  əmr  verib.  Sonra  aralarında  Xocanı  və  qırmızı  saçlı  zənəni 

gördüyüm qələbəlik də Padşahın ətrafına toplaşdılar. 

Axşam  Xoca  danışdı.  Padşah  soruşub  ki,  bu  hadisə  necə  yozulmalıdı?  Hamıdan  sonra, 

növbə  özünə  gələndə,  Xoca,  Sultana  deyib  ki,  heç  gözlənilməyən  yerdən  düşmənlər  peyda 

olacaq,  amma  təhlükədən  sağ-salamat  çıxacaqsan.  Düşmənlərin  ölüm  təhlükəsindən  danışan, 

hətta  Padşahla  dovşanı  bir  tutan  bu  yozumu  pisləməyə  səy  göstəriblərsə  də,  Sultan  aralarında 

təzə  baş  münəccim  Sıdqı  Əfəndinin  də  olduğu  insanları  susdurub,  Xocanın  sözlərinin  qulağına 

sırğa olacağını deyib. Sonra biz-biz tükü olan qaranquşun can hovlu  özünü müdafiə etməsinə və 

arsız  tazıların    kiçik  hissələrə  ayırdıqları  bir  tülkünün  acınacaqlı  ölümünü  seyr  edərkən  Sultan 

aslanın  biri  dişi,  biri  də  erkək,  bir-birinə  uyğun  iki  bala  doğduğunu,  heyvanlar  haqda  olan 

kitabları çox xoşladığını deyib və  Xocadan Nil ətrafındakı çayırlarda rast gəlinən mavi öküzləri 

və çəhrayi pişikləri soruşub. 

Sarayda hansısa hadisələrin baş verməsi xəbərini bu hadisədən çox sonra eşitdik: Kösəm 

Sultan  yeniçərlərin  ağaları  ilə  razılaşıb,  Sultanı  və  anasını  öldürüb  yerinə  Şahzadə  Süleymanı 

keçirmək  üçün  plan  qurublar,  amma  sonra  planlarını  pozmayıblar.  Kösəm  Sultanın  ağzından, 

burnundan qan gələnə qədər boğub öldürüblər, Xoca baş verənləri muvaqqitxanaya gələn səfeh 

dostlarının dedi-qodularından eşidirdi, bir də məktəbə gedirdi ordan da öyrənirdi, başqa heç yerə 

çıxmırdı. 

Payızda bir ara yenə də kosmoqrafiya  ilə məşğul olmağa qərar verdi, amma ümidsizliyə 

qapıldı: Rəsədxana lazım idi, üstəlik axmaqların ulduzlara qara qəpik vermədiyi kimi, ulduzlar 

da  axmaqlara  dirsək  göstərirdi.  Qış  gəldi,  qapalı  günlər  başladı  və  bir  gün    öyrəndi  ki,  Paşa 

təhlükədədir.  Onu  da  boğduracaqlarmış,  amma  Validə  Sultan  razı  olmayıb,  malını-mülkünü 

əlindən  alıb  Ərzincana  sürgün  eləyiblər.  Bir  daha  ölümündən  özgə  heç  bir  xəbərini  eşitmədik. 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

321 


Xoca dedi ki, artıq heç kəsdən qorxmur, heç kəsə də beş köpüklük minnət borcu yoxdu, bunları 

deyərkən  məndən  nə  qədər  şey  öyrənib-öyrənməməyini  bilmirəm.  Artıq  uşaqdan  da,  anasından 

da  çəkinirmiş,  az  qalırıdı  ki,  desin:  “Ya  dövlət  başa,  ya  quzğun  leşə”,  amma  evimizdə  qalır, 

kitablar  arasında  sakitcə  oturur,  Amerikadakı  qırmızı  qarışqalardan  danışaraq  təzə  bir 

qarışqanamənin xəyallarını qururduq. 

Ondan  əvvəlkilər  və  ondan  sonrakı  bir  çox  qış  kimi  o  qışı  da  evdə  keçirdik,  heç  bir  şey 

olmadı. Soyuq gecələrdə, sazağın qapısından, bacasından girdiyi evin aşağı mərtəbəsində oturub 

danışırdıq.  Artıq  mənə  yuxarıdan-aşağı  baxmırdı,  ya  da  mənə  xor  baxmağa  həya  edirdi.  Bu 

yaxınlığı nə saraydan, nə də saraya yaxın bir çevrədən heç kəsin onunla əlaqə saxlamaması ilə 

əlaqələndiridim. Bəzən də düşünürdüm ki, aramızdakı oxşarlığı mənim qədər o da düşünür, artıq 

mənə baxarkən özünü gördüyünü düşünürdüm, mənə baxanda özünü görər deyə maraqlanırdım: 

Nəyi düşünürdü? Heyvanlar haqqında yenə də uzun bir risalə yazıb qurtarmışdıq, amma Paşanın 

sürgün  olunduğuna  görə  və  Xoca  saraya  girib-çıxan  uzaq  tanışlarının  heç  birinin  minnətini 

götürməyə hazır olmadığı üçün, risalə masanın üstündə qalırdı. Aradabir boş keçirdiyim günlərin 

sıxıntısı ilə səhifələri açar, çəkdiyim bənövşəyi çəyirtikələrə, uçan balıqlara baxar, Padşahın bu 

sətirləri oxuyanda nə fikirləşəcəyini düşünərdim. 

Xocanı  bir  də  baharın  əvvəlində  çağırdılar.  Uşaq  onu  görəndə  çox  sevinib:  Xocanın 

dediyinə  görə,  hər  hərəkətindən,  hər  sözündən  Xocanı  xeyli  vaxtı  düşündüyünü,  amma 

ətrafındakı  səfehlərin  təzyiqi  ilə  axtarmadığını  başa  düşürmüş.  Padşah  tez  ata  nənəsinin  

planından söz salıb, Xocanın bu təhlükəni əvvəlcədən gördüyünü deyib, amma Xoca, Sultanın bu 

təhlükədən sağ-salamat qurtaracağını da əvvəlcədən bilib. O gecə sarayda canına qəsd edənlərin 

qışqırıqlarını eşidərkən uşaq qətiyyən qorxmayıb,  çünki yadına dovşanı dişləyən xain it düşüb. 

Padşah  tərifli  sözlərdən  sonra,  Xocaya  uyğun  bir  yerdən  dirilik  verilməsini  buyurub.  İş 

sənədləşdirilib  təsdiqlənməmiş,  Xoca  getmək  məcburiyyətində  qalıb,  deyiblər  ki,  dirilik  bəraəti 

üçün yayın axrını gözləsin.  

Gözləyərkən,  diriliyin  gəlirinə  güvənərək  Xoca  bağçada  çox  da  böyük  olmayan  bir 

rəsədxana  qurmağı  planlaşdırdı,  qazılacaq  quyunun  ölçülərini,  yerləşdirəcəyi  mexanizmin 

maliyyəsini  hesabladı,  amma  bu  dəfə  tez  bezdi:  O  ərəfədə  şkafda  Takiyüddün  əldə  etdiyi 

astronomik  nəticələr  toplanmış  kitabın  pis  əlyazmasından  çıxardılmış  nüsxəsini  tapmışdı.  İki 

ayını  tapdığı  kitabı  isbat  etməyə  xərclədi,  amma  nəhayətdə,  hansı  səhvin  öz  ucuz 

avadanlıqlarından, hansının Takiyüddən, hansının da əlyazması pis olan katibin diqqətsizliyindən 

qaynaqlandığını bilmədiyi üçün hirsləndi. Əsəblərini daha da gərginləşdirən şey altmışlıq üsulla 

hesablanmış  triqonometrik  qrafika  cədvəllərinin  arasına  kitabın  əvvəlki  sahiblərindən  birinin 

yerləşdirdiyi,  vəznli,  qafiyəli  misralar  idi.  Kitab  sahibi  əbcəd  hesabı  və  başqa  üsullarladan 

istifadə edərək dünyanın gələcəyi haqqında təvazökarlıqla proqnozlar vermişdi. Ən axırda, dörd 

qızdan  sonra  bir  oğlan  uşağı  olacaq,  günahsızı  günahkardan  ayıran  biri  peyda  olacaq,  qonşusu 

Bahəddin Əfəndi öləcəkmiş. Xoca bu qənaətləri oxuyarkən əvvəl əyləndisə də, sonra ümidsizliyə 

qapıldı. Başımızın içindən, qəribə və qorxuducu bir qaranlıqdan danışılırdı: Sanki qapağını açıb 

içinə baxa biləcəyimiz sandıqlardan, otağın içindəki şkaflardan danışılıdığını da vurğulayırdı. 

Padşah  söz  verdiyi  dirilik  nə  yayın  axırında  verildi,  nə  də  qışa  yaxın.  Növbəti  bahar  isə 

Xocaya  yeni  bir qərar hazırlandığını deyiblər, ona qədər  gözləməliymiş.  Bu  ərəfədə, az da olsa 

saraya çağırılır, çartlayan bir aynanın,  Yassı ada düzənliklərinə düşən yaşıl ildırımın, durduğu 

yerdə  dağım-dağım  olan  gilas  suyu  ilə  dolu  sürahinin  yozumunu  və  son  yazdığım  risalədəki 

heyvanlar  haqqında  Padşahın  soruşduğu  sualları  cavablandırırdı.  Evə  qayıdanda  uşağın  həddi-

bulüğ çağına yetişdiyini dedi, insanın ən asan təsirə düşən çağı bu çağ idi. Padşahı ələ alacaqmış. 

Bu  məqsədlə  təzə  bir  kitab  yazmağa  başladı.  Məndən  asteklərin  süqutunu,  Kortezin 

xatirələrini eşitmişdi, ağlında elmə diqqət ayırmadığı üçün haqqında bədii bir şey yazılan zavallı 

bir  uşağın  əhvalatı  əvvələr  də  vardı.  O  vaxtlar  yaxşı  insanlar  yuxulayarkən  toplarıyla, 

avadanlıqlarıyla , qorxuducu mifləriylə və silahlarıyla onları məğlub edib öz qayda-qanunlarına 

boyun  əydirən  namusuzlardan  danışırdı,  amma  çəkilib  yazdığı  şeyləri  o  vaxtlar  məndən 

gizlədirdi. Hiss  edirdim, gözləyirdi ki,  əvvəlcə mən maraqlanım,  amma o günlərdə  məni  qeyri-

adi  bədbəxtliyə  itələyən  yurd  həsrəti,  ona  qarşı  olan  kinimi  artırmışdı,  marağımı  gizlədirdim. 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

322 


Özümü elə göstərməyə başladım ki, guya ucuz olduğu üçün alıb oxuduğu cildləri çırıq kitabları 

və mənim danışdıqlarımı əsas götürərək yaradıcı zəkasının yaratdığı nəticələri bilmək istəmirəm.  

Öz  iş  otağı  kimi  düzəltdiyi  yuxardakı  kiçik  otağa  çıxırdı,  düzəltdirdiyi  masamızda 

əyləşirdi, hətta düşünürdü də, amma yaza bilmirdi, bunu özü də hiss edirdi, həm də bilirdim ki, 

yaza bilmir, düşündüklərini, mənim bəyəndiyimi öyrənməmiş yazmağa cəsrətinin çatmadığını da 

bilirdim.  Onu  özünə  inanmaqdan  tam  çəkindirən,  yuxarıdan-aşağı  baxdığı  mənim  bəsit 

düşüncələrimin  əskikliyi  də  deyildi.  O  əslində  mənim  kimilərin    -“onların”,  mənə  bütün  o 

bilikləri  öyrədən,  beynimin  içinə  o  düşüncəni,  o  elm  gözlərini  yerləşdirən  başqalarının 

məlumatlarını  öyrənmək  istəyirdi.  Onlar,  görəsən,  bu  vəziyyətdə  nə  düşünürlər?  Məndən 

soruşmaq  istədiyi,  amma  soruşa  bilmədiyi  şey  bu  idi!  Qürurunu  tapdalayıb,  bu  sualı  məndən 

soruşmağını  necə  də  çox  gözlədim.  Amma  soruşmadı.  Qurtardığını,  yaxud  qurtarmadığını 

bilmədiyim  bu  kitabı,  bir  müddət  sonra  yarımçıq  qoyub  yenə  o  “axmaqlar”ın  fikrinə  düşdü. 

Öyrənmək  istədiyi  əsl  elm  yolu  onların  niyə  elə  axmaq  olduqlarını  öyrənməkdən  keçirdi, 

beyinlərinin  içinin  niyə  elə  olduğunu bilib  ona  əsasən düşünməliydi!  Düşünürdüm  ki,  saraydan 

gözlədiyi nəticənin işarələrini almadığı üçün, eyni şeyləri ümidsizliklə  təkrarlayır. Zaman boş-

boş axır, Padşahın həddi-büluğ çağı ona çox da sərf etmirdi. 

Amma  Köpürlü  Mehmed  Paşa  baş  vəzir  olandan  əvvəlki  yaz,  nəhayət,  Xoca  diriliyə 

qovuşdu,  həm  də  öz  istədiyi  yeri  seçərək:Gəbzə  yaxınlığındakı  iki  dəyirmanla,  qəsəbəylə 

arasında  bir  saat  yol  olan  iki  kəndin  gəlirini  birləşdirmişdilər.  İşimizlə  bağlı  Gəbzəyə  getdik, 

təsadüf  nəticəsində  boş  olan  köhnə  bir  ev  tutduq,  amma  Xoca  burada  keçirdiyimiz  ayları, 

gətirtdiyim  masaya  nifrətlə  baxtdığı  günləri  unutmuşdu.  Sanki  evlə  birlikdə  xatirələri  də 

köhnəlmiş,  çirkinləşmişdi,  orda  onsuz  da  keçmişdə  qalan  heç  bir  şeylə  maraqlanmayacaq 

səbirsizlik mövcud idi. Bir neçə dəfə  kəndlərlə bağlı məlumatları dəqiqləşdirdi:Bundan əvvəlki 

illərin  gəlirini  öyrəndi,  dedi-qodusundan  muvaqqitxanadaki  dostlarından  eşitdiyi  Tərxunçu 

Əhməd  Paşanın  təsiri  ilə  diriliyin  hesabını  çox  bəsit  və  anlaşıqlı  şəkildə  göstərən  bir  dəftər 

tutmaq üsulu tapdığını açıqladı. 

Amma  azadlığına  və  yararlılığına  özünün  də  inanmadığı  bu  kəşfi  ilə  kifayətlənmədi: 

Köhnə  evin  arxa  həyətində  oturaraq  göyə  baxa-baxa  boş-boş  keçirdiyi  gecələr  içindəki 

astronomiya  sevgisini  təkrar  alovlandırmışdı.  Düşüncələrini  bir  addım  daha  irəli  aparacağını 

zənn edərək, bir ara onu mən də cəsarətləndirdim, amma niyyəti nəyisə  müşahidə etmək, ya da 

fikir irəli sürmək deyilmiş: Kənddə  və Gəbzədə  tanıdığı  ən  ağıllı gəncləri, uşaqları,  ən  ali elmi 

onlara öyrədəcəyini hiss edərək evə çağırdı, məni yollayıb İstanbuldan gətirtdiyi modeli, zəngləri 

təmir  edib,  yoxlayıb  həyərin  arxa  hissəsində  onlardan  ötrü  qurdu  və  bir  axşam,  haradan 

yarandığını bilmədiyim ümid və güclə illər əvvəl Paşaya, daha sonra Padşaha danışdığı o göyüzü 

haqqında  qanunu  heç  də  mürəkkəbləşdirməyərək  təkrarladı.  Gecənin  yarısı  bircə  sual  da 

verməyərək  evlərinə  qayıdan  adamlardan  və  astronomiyadan  ümidini  sonuncu  dəfə  kəsməsi 

üçün, növbəti səhər qapımızın qarşısında, içindən hələ ilıq qan sızan bir qoyun ürəyi tapmağımız 

bəs elədi. 

Amma  bu  məğlubiyyəti  çox  da  böyütmədi:  Əlbəttə,  dünyanın  və  ulduzların  necə 

fırlandığını  başa  düşən  deyildilər,  hələlik  heç  onların  başa  düşməyi  də  vacib  deyildi,  başa 

düşməli  olan  artıq  həddi-büluğ  çağını  qurtarmaq  üzrəydi,  bəlkə  də,  o  da  biz  olmayanda  bizi 

axtarmışdı,  görəcəyimiz işdən sonra  əldə  edəcəyimiz üç-beş manat  üçün  biz hədər  yerə  fürsəti 

fövtə verirdik.  İşlərimizi yoluna qoyub,  ağıllı gənclərin ən ağıllı görünənini də eşikağası təyin 

edəndən sonra, İstanbula qayıtdıq.  

Ondan sonrakı üç il ən pis illərimiz oldu. Hər gün  bir gün əvvəlkinin, hər ay ötən ayın, hər 

mövsüm yaşadığımız başqa bir mövsümün bezdirici, əsəbiləşdirici təkrarıydı: Eyni şeyləri kədər 

və ümidsizliklə təkrar görür və ad verə bilmədiyimiz məğlubiyyəti sanki hədər yerə gözləyirdik. 

Yenə  arada  bir  saraydan  çağırtdırıb,  heç  yozulmamış  yozumlar  etməsini  istəyirdilər,  yenə  hər 

çərşənbə günortadan sonra həmişə toplaşdıqları yerdə  elm dostları ilə görüşüb danışır, əvvəlki 

kimi ardıcıl olmasa da, yenə səhərlər tələbələri görür və döyür, yenə  arada bir onu evləndirməyə 

gələnlərə,    bu  dəfə  az  da  olsa  qərarsızlıq  içində  qalsa  da,  müqavimət  göstərir,  yenə  qadınlarla 

yatmaq  üçün,  ta  xoşlamadığı  o  musiqiyə  qulaq  asmaq  məcburiyyətində  qalır,  yenə  axmaqlara 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

323 


qarşı  olan  nifrətindən  bəzən  sanki  boğulur,  yenə  otağına  qapanır,  sərdiyi  yatağına  uzanıb 

yanındakı  əlyazmalarını,    bayağı  kitabları  ordan-burdan  hirslə  vərəqlədikdən  sonra,  saatlarca 

tavana baxaraq gözləyirdi. 

Xoşbəxtliyini  daha  da  artıran  şey,  muvaqqitxanya  getməyə  davam  edən  dostlarından 

təfərrüfatını    öyrəndiyi  Köpürlü  Məhməd  Paşanın  zəfərləri  idi.  Donanmanın  venesiyalıları 

məğlub  etməyi,  Bozcaadanın  və  Limninin  geri  alındığını,  ya  da  üsyançı  Abaza  Həsən  Paşanın 

əzildiyini  mənə  deyərkən,  bunların  ən  axırıncı  və  ötəri  uğurlar  olduğunu  əlavə  edirdi:  yaxın 

vaxtda axmaqlığın və bacarıqsızlığın palçığına batacaq şikəstin son tərpənişləri idi bunlar: sanki 

bir-birini təkrarlayaraq bizi daha da çox yoran günləri dəyişdircək pis bir hadisə gözləyirdi. Həm 

də elm deyə bayraq etdiyi varlığın da, yanında ümidi qalmadığı üçün tam mənada dura bilmirdi. 

Yeni  bir düşüncənin  həyəcanına bir həftədən  çox dayana bilmir, tez bir zaman da axmaqlarını 

xatırlayaraq hər şeyi unudurdu. İndiyə qədər düşündükləri onun üçün bəs etmirdimi? Onun üçün 

bu  qədər  beyin  yormağa  dəyərdimi?  Bu  qədər  hirslənməyə  dəyərdimi?  Hələ  o  vaxtlar  özünün 

onlardan ayırmağı lap təzə öyrəndiyi üçün, bu elmin mahiyyətinə çatmaq üçün lazım olan gücü 

və istəyi öz içində cəmləyə bilmirdi. Amma özünün onlardan fərqli olduğuna artıq inanırdı. 

Daha  çox  nəzərəçarpan  ilk  həyəcan  daxili  sıxıntıdan  əmələ  gəldi.  Artıq  başını  heç  bir 

mövzuda uzun-uzadı yormadığı üçün, o günlərdə vaxtını, eynən öz-özüylə  oynamayan eqoist və 

axmaq uşaqlar kimi evin içində bir otağa girib digərindən çıxaraq, bir mərtəbədən digərinə çıxıb-

düşərək,  pəncərələrdən  boş-boş  baxaraq  keçirirdi.  Taxta  evi  taq-taraq  taqqıldadan  bu 

qurtarmayan  əsəbiləşdirci  gəzintiləri  vaxtı  mənim  yanıma  gələndə,  məndən  başqatılası  bir 

əyləncə,  düşüncə  və  ümidləndirici  söz  gözlədiyini  bilirdim.  Amma  bezginliyimə  baxmayaraq 

ona qarşı olan qəzəb və niftətim heç də azalmadığı üçün, gözlədiyi sözü ona demirdim. Məndən 

cavab almaq üçün qürurunu qırıb, alçalaraq bir neçə cümlə dediyi vaxtlar belə istədiyi sözü ona 

deməzdim,  saraydan  aldığı  xeyrəyozulası  bir  xəbəri,  ya  da  prinsiplə  araxasınca  gedərsə,  burnu 

ovulacaq bir nəticəylə üzləşəcəyi  yeni fikirini  eşidəndə,  ya özümü eşitməməzliyə vururdum,  ya 

da  dediyi  şeyin  ən  bayağı  tərəfini  üzə  çıxararaq  həyəcanını  azaldırdım.  Daxili  boşluqda, 

ümidsizlik içində qıvrılmağını seyr eləmək mənə xoş gəlirdi. 

Amma sonralar başını qatacaq yeni düşüncənin də bu boşluqda olduğunu gördü, bəlkə, bu 

hal öz-özü ilə qaldığı üçün beləydi, bəlkə də, heç bir şeyin üstündə tam dəqiqliyi ilə dayanmayan 

fikri  öz  səbirsizliyinin  sərhəddini  keçə  bilmədiyi  üçün.  O  vaxt  ona  cavab  verdim,  çünki  onu 

cəsarətləndirmək  istəyirdim,  ağlına  gələn  şey  mənim  də  marağıma  səbəb  oldu,  düşündüm  ki, 

bəlkə,  mənim  də  marağımın  fərqinə  varar.  Bir  gün  axşamüstü  evi  tıqqıldadaraq  gəzəndə  ayaq 

səsləri  ilə  birgə  Xoca  otağıma  girib,  gündəlik  və  adi  bir  şeydən  danışırmış  kimi  “niyə  sən 

mənsən?” deyəndə, onu cəsarətləndirmək istəyərək cavab verdim. 

Niyə  mənim  Xoca  olduğumu  bilmədiyimi  deyəndən  sonra,  bu  problemin  orada,  onların 

arasında,  çox  soruşulduğunu,  hər  gün  daha  çox  öyrənilmək  istənildiyini  əlavə  etdim.    Bunu 

deyərkən  fikrimdə  bu  sözümü  saxlayacaq  heç  bir  örnək,  heç  bir  fikir  yox  idi,  heç  bir  şey  də 

yoxdu,  sadəcə  olaraq  sualı  o  istəyən  kimi  cavablandırmaq  istəmişdim,  bəlkə  də,  bəsit  bir 

instinktlə,  oyundan  xoşlanacağını  hiss  etdiyim  üçün  bu  beləydi.  Təəccübləndi.  Mənə  maraqla 

baxırdı, istəyirdi ki, davam eləyim, mən susanda səbri çatmadı, istədi ki, təkrar deyim: demək, 

onlar  bu  sualı  soruşurdular?  Gülümsəyərək  onun  sözünün  təsdiq  elədiyimi    görəndə  hirsləndi, 

bunları onlar soruşurlar deyə soruşmurmuş, onların soruşduğundan xəbərsiz olaraq özü soruşub, 

onların  nə  iş  gördükləri  onun  heç  vecinə  də  deyilmiş.  Sonra  qəribə  bir  ədayla  dedi:  “Sanki, 

qulaqlarımın içində bir səs, davamiyyətli olaraq mənə mahnı oxuyur.” Qulağının dibində oxuyan 

bu müğənni ona atasını xatırladıb, ölümündən əvvəl onun da elə bir müğənnisi var imiş, amma 

onun mahnıları fərqliymiş. “Mənim müğənnim həmişə eyni nəqarəti oxuyur”, - bir qədər utanan 

kimi oldu və dedi: “Mən mənəm, mən mənəm. Ah!” 

Az  qala  qəhqəhə  çəkəcəkdim,  özümü  saxladım.  Bu  əgər  xoş  bir  zarafatdısa,  o  da 

gülməliydi,  amma  gülünclükdən  kənar  olduğunu  bilirdi.  Mənim  boynuma  düşən  həm  bu 

gülünclüyün, həm də nəqarətin ifadə etdiyi mənanı başa düşdüyümü hiss etdirmək idi, çünki bu 

dəfə  istəyirdim  ki,  yenə  davam  eləsin.  Nəqarətin  ciddi  bir  şey  olduğunu  dedim,  təbii  ki, 

qulağımın  dibində  o  mahnını  oxuyan  ondan  özgə  adam  deyildi.  Yəqin  bu  sözlərimlə,  onu  ələ-


1   ...   54   55   56   57   58   59   60   61   ...   115


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə