Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7.78 Mb.
PDF просмотр
səhifə66/115
tarix25.04.2017
ölçüsü7.78 Mb.
1   ...   62   63   64   65   66   67   68   69   ...   115

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

359 


danışdım. İnsanları bir-birindən fərqləndirən bəzi kiçik detallardan danışdım.  Bütün bunları – ta 

kiçik qardaşımın kürəyindəki iri xala qədər – ona əvvəl də danışdığımı, ona bunları nəql etdikcə 

xatırlayırdım.  Amma  Padşaha  danışarkən,  ya  da  indi  bu  kitabı  yazarkən,  bəzən,  zənnimcə, 

həqiqəti yox, ancaq xəyallarımı ifadə etdiyim bu  əhvalatlara, danışa-danışa özüm də inanırdım: 

Bacımın dilində az-maz pəltəklik olduğu da doğruydu, paltarlaımızda çoxlu düymələrin olmağı 

da,  yaxud  da  evimizin  arxa  bağçasına  baxan  pəncərədən  gördüklərim  də.  Səhərə  yaxın  bu 

əhvalatlara,  bəlkə  də,  qaldıqları  yerdən,  gec  də  olsa,  davam  edəcəyinə  inandığıma  görə 

aldandığımı zənn elədim. Xocanın da eyni şeyləri fikirləşdiyini, öz əhvalatına sevinclə inandığını 

bilirdim. 

Paltarlarımızı, təlaşa qapılmadan sakitcə dəyişdirdik. Ona üzüyümü və illərdir ondan gizləyə 

bildiyim  medalyonumu  verdim.  İçində  nənəmin  anasının  şəkli  və  nişanlımın  öz-özünə  ağaran 

saçı  vardı,  zənnimcə,  onu  xoşladı,  boynuna  taxdı.  Sonra  çadırdan  çıxıb  getdi.  Sakit  dumanın 

içində yavaş-yavaş gözdən itməyinə baxdım. Hava işıqlanırdı, yuxum tökülürdü, onun yatağına 

uzanıb rahatlıqla yatdım. 

 

 

 

 

 

11 

Artıq  kitabımın  axrına  çatmışam.  Bəlkə  də,  ağıllı  oxucularım,  əslində,  əsərimin  çoxdan 

qurtardığına  qərar  verərək  onu  artıq  əllərindən  tullayıblar  da.  Bir  vaxtlar  mən  də  eyni  cür  

düşünürdüm, illər əvvəl yazdığım bu səhifələri bir də təkrar oxumamağa qərarlı olaraq bir küncə 

tullamışdım. O vaxtlar ağlıma, Padşah üçün yox, özüm üçün ləzzətlə uydurduğum digər əsərlərə,  

aludə  olub  onların  arasına  qarışan  bir  tacirlə,  heç  görmədiyim  ölkələrin  kimsəsiz  çöllərində  və 

buzlu  meşələrində  baş  verən  eşq  əhvalatlarına  aludə  etmək  fikrinə  düşmüşdüm,  bu  kitabı,  bu 

əhvalatı unutmaq istəyirdim. Eşitdiyim o qədər söz söhbətdən, yaşadığı o qədər şeylərdən sonra, 

çox da asan olmayacağını  bildiyim bu işi, bəlkə də, bacaracaqdım, amma iki həftə əvvəl  məni 

görməyə  gələn  bir  qonağımın  sözlərinə  aldanaraq  kitabı  yenidən  ortaya  çıxartdı.  Bu  gün  ən 

sevdiyim  kitabımın  bu  kitab  olduğuna  artıq  inanıram,  onu  lazım  olan  tərzdə,  istədiyim  kimi, 

arzusunda olduğum kimi bitirəcəyəm. 

Kitabımı  yazıb  qurtarmaq  üçün  arxasına  keçdiyim  köhnə  masamızdan,  Cənnəthisardan 

durub  İstanbula  gedən  kiçik  bir  yelkənli  gəmini,  uzaqdakı  zeytunluqların  içindəki 

dəyirmanlardan birini, bağçanın aşağı hissəsindəki, əncir ağaclarının arasında itələşərək oynayan 

uşaqları, İstanbuldan Gəbzə ərazisinə daxil olan tozlu yolu görürdüm.Yoldan qarda-qışda çox da 

keçən olmur, baharda və yayda, Şərqə, Anadoluya, Bağdada, şama gedən karvanları görürəm, ən 

çox  ağır-ağır  irəliləyən  o  sınıq-salxaq  kağnılar  (öküz  arabası  –F.H)  keçir,  bəzən  də  uzaqdan 

palatarını  dəqiq  seçə  bilmədiyim  bir  atlını  görərək  həyəcanlanıram,  amma  yaxınlaşdıqca 

yolçunun mənim yanıma gəlmədiyini baş düşürəm. Son vaxtlar heç kəs gəlmir, artıq bilirəm ki, 

heç gəlməyəcəklər də. 

Amma şikayətçi deyiləm, tənhalıq adlı bir dərdim yoxdu. Baş münəccim olduğum illərdə 

çox  pul  topladım,  evləndim,  dörd  uşağım  var,  bəlkə  də  sənətimin  mənə  qazandırdığı 

uzaqgörənliklə  fəlakətləri  əvvəlcədən  görərək  vaxtında  işimdən  uzaqlaşdım:  Sultanın  ordusu 

Viyanaya  getməmiş,  məğlubiyyətlərin  qəzəbiylə  ətrafındakı  təlxəklərin,  məndən  sonrakı  baş 

münəccimin  boynu  vurulmamış,  heyvanlara  həvəskar  olan  Padşahımız  taxtdan  salınmamışdan 

çox  əvvəl,  bura–Gəbzəyə  qaçdım,  bu  evi  tikdirib,  xoşladığım  kitablarım,  uşaqlarım  və  bir-iki 

adamımla bura köçdüm. Baş münəccim olanda evləndiyim həyat yoldaşım məndən çox balacadı, 

ev işlərindən çox yaxşı başı çıxır, bütün evi, başqa xırda-para işlərimi o idarə edir, yetmiş yaşına 

nərdivan  söykəyən  məni  də  kitablarımı  yazım  və  xəyala  dalım  deyə  bütün  günü  bu  otaqda  tək 

qoyur. Beləliklə, əsərimə və həyatıma uyğun bir sonluq tapmaq üçün onu doyunca düşünürəm. 

Halbuki,  əvvəlki  illərdə  çalışırdım  ki,  bunu  heç  etməyim.  Bir-iki  dəfə  Padşah  ondan 

danışmaq  istəyəndə,  mənim  bu  mövzunu  heç  xoşlamayacağımı  görmüşdü.  Zənnimcə,  o  da  bu 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

360 


vəziyyətdən  razı  idi,  sadəcə  maraqlanırdı,  amma  bilmədim  ki,  nəyin  onu  nə  qədər 

maraqlandırdığını heç vaxt dəqiq bilmədim. Əvvəllər mənə demişdi ki, ondan təsirləndiyim və 

ondan öyrəndiyim üçün gərək onu heç vaxt unutmayım. O vaxtlar ona təqdim elədiyim bütün o 

kitabları,  təqvimləri,  qənaətləri  onun  yazdığını  lap  əvvəlcədən  bilirmiş,  bunu  evdə  bataqlığa 

bataraq  qalan  silahımızın  planları  ilə  əlləşəndə  də  ona  bu  sözləri  deyib,  onun  da  mənə,  eynən 

mənim ona hər şeyi danışdığım kimi, bunları danışdığını da bilirmiş. Bəlkə də, o vaxtlar, ikimiz 

də  kələfin  ucunu  tam  itirməmişdik,  amma  Sultanın  işini  daha  etibarlı  tutduğunu  bilirdim. 

Padşahın məndən daha intellektual olduğunu, bilinməli olan hər şeyi  bildiyini, məni  ələ almaq 

üçün  oyun  oynadığını  o  vaxt  düşünürdüm.  Bəlkə  də,  bataqlıqda  rastlaşdığımız  təxribatdan  və 

uğursuzluq haqqında deyilənlərdən qəzəblənən əskərlərin hirsindən məni xilas elədiyi üçün ona 

olan minnət borcumun da buna təsiri vardı. Çünki kafirin qaçdığını öyrənəndə əsgərlərin bəziləri 

mənim  başımı  istəmişdilər.  Əvvəlki  illərdə  açıq  şəkildə  soruşsaydı,  zənnimcə,  Sultana  hər  şeyi 

danışacaqdım.  O  vaxtlar  artıq  mənim  mən  olmadığım  haqqında  gəzən  söz-söhbətlər  də 

çıxmamışdı, baş verənləri kiminləsə danışmaq istəyirdim və ondan ötrü darıxırdım. 

Uzun  illər  birgə  yaşadığımız  evdə  tək  qalmaq  əsəblərimi  daha  da  pozdu.  Ciblərim  pulla 

doluydu, əsir bazarına ayağım o ərəfədə öyrəşmişdi, axtardığımı tapana qədər aylarla ora gedib-

gəldim.  Nəhayət,  mənə  də,  ona  da  oxşamayan  bir  məzlumu  pulla  alıb  evə  gətirdim.  Gecə  ona, 

mənə hər şeyi  öyrətməyini,  ölkəsi  və keçmişi  haqda danışmasını,  ən vacibi pis  əməllərini  açıb-

ağartmasını deyəndə, onu aynanın qabağına çəkəndə məndən qorxdu. Çox pis  gecəydi, məzluma 

yazığım  gəldi,  səhəri  gün  azad  edəcəkdim,  beynimin  qurdu  tərpəndi,  aparıb  qul  bazarında 

qaytardım. Sonra evlənməyə qərar verərək məhəlləyə xəbər yaydım. Ən axırda məni də özlərinə 

oxşadacaqlarını, küçəyə rahatlıq gələcəyini düşündükləri üçün sevinclə gəldilər. Mən də onlara 

oxşamaqdan məmnun idim, nikbin idim, söz-söhbətin qurtardığını, illərdir Padşahıma əhvalatlar 

uydurub  rahatlıqla  yaşayacağımı  düşünürdüm.  Həyat  yoldaşımı  diqqətlə  seçdim,  O,  gecələri 

mənimçün ud çalardı. 

Söz-söhbətlər  təzədən  başlayanda,  əvvəlcə  zənn  elədim  ki,  bu  Padşahın  oyunudur, 

düşünürdüm ki, narahatlığıma göz qoymağı, məni təəccübləndirən suallar verməyi çox xoşlayır. 

İlk  baxışda,  mənə  qəfildən  -“özümüzü  tanıyırıqmı,  insan  gərək  kim  olduğunu  yaxşı  bilə”  –  bu 

kimi  sözlər  deyəndə  çox  da  narahat  olmamışdım,  bu  əsəbləri  pozan  sualları,  ətrafına  təzədən 

toplamağa başladığı o təlxəklər arasındakı yunan fəlsəfəsinə marağı olan çoxbilmişdən öyrənib 

inandığını  düşünürdüm.  Bu  haqda  nəsə  yazmağımı  istəyəndə,  ona,  özləri  üstündə  çox  da 

dayanmadıqları  və  kim  olduqlarını  heç  bilmədikləri  üçün  xoşbəxt  şən  ceyranlar  və  sərçələr 

haqqında  olan  sonuncu  kitabımı  təqdim  elədim. Kitabı  diqqətlə  yanaşaraq,  ləzzətlə  oxuduğunu 

öyrənəndə  bir  qədər  rahatlaşdım,  amma  söz-söhbətlər  mənim  də  qulağıma  gəlib  çatırdı.  Guya 

Sultanı axmaq hesab eləyirəmmiş, çünki yerinə keçdiyim heç bir adama oxşamırmış, o daha zəif 

və incəymiş, mənsə gombulammış: Onun bildiyi hər şeyi mən heç vaxt bilməyəcəyimi deyəndə 

yalan  dediyimi  başa  düşüblər,  nə  vaxsa  müharibə  vaxtı  mən  də  uğursuzluğa  onları  mübtəla 

edəndən  sonra  qaçacaq,  onun  elədiyi  kimi  döyüş  sirrini  düşmənə  verərək  məğlubiyyəti 

asanlaşdıracaqdım və sair və ilaxır. Zənnimcə, Sultanın  yaydığı bu söz-söhbətlərdən qorunmaq 

üçün əlimi-ayağımı əyləncədən çəkdim, ortalıqda çox da görünmədim, arıqladım və o son gecə 

Padşahın  çadırında  danışılanları  diqqətlə  araşdıraraq  öyrəndim.  Arvadım  dalbadal  uşaqlar 

doğurdu,  gəlirim də  yaxşıydı,  söz-söhbətləri, onu, keçmişi unudub hüzrla işimə davam  eləmək 

istəyirdim. 

Yeddi ilə yaxın dözdüm, əsəblərim daha sağlam olsaydı və ən vacibi, Sultanın ətrafındakı 

adamların  bəzilərinin  uzaqlaşdırılacağını  sezməsəydim,  bəlkə,  axıra  qədər  də  gedərdim,  çünki 

onu unudaraq Padşahın mənə açdığı qapılardan keçə-keçə unutmaq istədiyim o əvvəlki mənimə 

bürünmüşdüm.  Artıq  əvvəllər  məni  narahat  eləyən  şəxsiyyət  problemlərinə  də  daha  bişmiş 

cavablar verirdim. Deyirdim ki, “İnsanın kim olduğunun nə önəmi var, vacib olan etdiklərimiz 

və edəcəklərimizdi”. Padşah, zənnimcə, ürəyimə bu üsulla yol tapdı! Məndən onun qaçdığı ölkə, 

İtaliya haqqında danışmağımı istəyəndə, çox da məlumatımın olmadığnı deyəndə əsəbiləşdi: O 

mənə  hər  şeyi  danışmağını  Sultana  da  deyib,  həm  də  deyirdi  ki,  niyə  qorxursan,  onun 

danışdıqlarını xatırlamağım bunun üçün kifayətdir. 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

361 


Beləliklə, onun uşaqlığını və bir qismini bu kitabımda yazdığım gözəl xatirələrini, Sultana 

bir-bir təzədən danışdım. Lap əvvəllər əsəblərim çox da pozulmamışdı, Sultan mənə lazım olan 

şəkildə,  başqasından  eşitdiyi  hadisəni  danışan  bir  adama  qulaq  asan  kimi  qulaq  asırdı,  amma 

sonrakı illərdə daha diqqətcil oldu, danışdıqlarıma artıq ona qulaq asan kimi qulaq asırdı, amma 

onun bilə-biləcəyi təfərrüatları soruşandan sonra məndən xahiş elədi ki, qorxmayım ağlıma gələn 

cavabı verim: Bacımın kəkələməyi hansı hadisədən sonra başlamışdı, Padua Universitetinə niyə 

qəbul olunmamışdım, Venesiyada seyr elədiyi atəşfəşanlıqda böyük qardaşı hansı rəngdə paltar 

geyinmişdi?  Bu  detalları,  öz  başıma  gəlmiş  kimi  Padşaha  danışarkən,  ya  da  bir  qayıq 

gəzintisində,  ya  da  qurbağalarla  dolu  olan  su  zanbaqları  olan  hovuzun  yanında,  ya  da  ədəbsiz 

meymunların  gümüş  qəfəslərinin  qabağında,  ya  da  bir  vaxtlar  birlikdə  gəzdikləri  üçün  ortaq 

xatirələri  ilə  zəngin  olan  o  bağçaların  birində  olurduq.  O  vaxt  hekayələrdən  və  yaddaşımızın 

bağçasında  açan  çiçəklərin  oyunundan  xoşu  gələn  Padşah,  mənə  lap  yaxınlaşır,  bizə  xəyanət 

edən köhnə bir dostu axtarırmış kimi ondan danışardı: O vaxtlar onun qaçmağının yaxşı bir hal 

olduğunu,  yoxsa  onu  o  qədər  əyləndirməsinə  baxmayaraq,  həyəsızlığına  dözə  bilməyib  onu 

öldürməyi  çox  düşündüyünü  dedi.  Sonra  hansımız  haqqında  danışdığını  tam  müəyyənləşdirə 

bilmədiyim üçün, məni  qorxudan bəzi şeyləri izah elədi, amma hiddətlə yox, xoş-xoş danışırdı. 

Bəzi  vaxtlar  özünü  bilməməzliyə  vurmağına  dözə  bilməyib  onu  öldürəcəyimdən  qorxduğu 

günlər  olub,  axırıncı  gecə  də  az  qala  cəlladları  çağırtdırırmış!  Sonra  mənə  dedi:  sən  həyəsız 

deyilsən, amma özümü dünyanın ən ağıllı, ən bacarıqlı insanı zənn edirsən, vəbanın dəhşətini öz 

xeyrin  üçün  istifadə  eləməzsən,  kağıza  yazılan  uşaq  kralların  əhvalatları  ilə  gecələr  heç  kəsin 

yuxusunu  qaçırtmazsan:  Sultanın  yuxularına  qulaq  asandan  sonra  evə  qaçıb  onu  ələ  salarkən 

düşünürdüm  ki,  onları  danışmağa  heç  kəsin  yoxdur,  onu  aldatmaq  üçün  birlikdə  axmaq  və 

əyləncəli bir  əhvalat  yazmağa da heç kəsin  yoxdur! Bu sözlərə qulaq asarkən, zənn edirəm  ki, 

yuxudakı  kimi  özümü  və  ikimizi  kənardan  görürəm,  kələfin  ucunu  itirdiyimizi  qorxuyla  hiss 

edirdim, amma axır aylarda Sultan sanki məni dəli eləmək üçün daha da danışırdı: Sən mənim 

kimi  deyiləsən. Mənim  kimi  ağlını  da, onlarla-axmaqlarla bizi  ayıran boş sözlərə  vermisən”, ta 

illər  əvvəl,  birgə  həyata  keçirdiyimiz  və  Padşahın  səkkiz  yaşında,  bizləri  tanımamışdan  əvvəl, 

qarşıdakı  sahildən  seyr  elədiyi  atəşfəşanlıqda,  ona  qaranlıq  göldəki  şeytanı  zəfərə  çatdıran 

mənim  şeytanım,  indi  onunla  birlikdəymiş  və  onunla  birgə  rahatlıq  tapacağını  zənn  elədiyi 

ölkəyə gedib! Sonra bir-birininə oxşayan o bağça gəzintilərimizin şirin  yerində Sultan diqqətlə 

soruşardı: İnsanlar, dörd bir tərəfdə, həmişə bir-birlərinə oxşadığını başa düşmək üçün, görəsən, 

mütləq Padşahmı olmalısan? Qorxaraq susardım:  Sanki  son dözümümü də qırmaq üçün bir də 

soruşardı:  insanların  hər  yerdə  bir-birinin  bənzəri  olduğunun  ən  yaxşı  sübutu  onların  bir-

birlərinin yerinə keçməsi deyildimi? Artıq işin zibili çıxmışdı. 

Nə  vaxtsa  Sultanın  mənimlə  birlikdə  onu  da  unutmağı  bacaracağını  umduğum,  daha  çox 

pul  toplamağı  düşündüyüm  üçün,  bəlkə  də,  bu  olanlara  daha  səbirlə  dözəcəkdim,  çünki 

naməlumluğun  qorxusuna  öyrəşmişdim,  amma  Sultan  sanki  bir  dovşanın  ardınca  at  sürərkən 

yolumuzu  itirdiyimiz  meşədə,  rahatlıqla  gəzinirdi,  fikrimin  qapılarını  açıb  bağlayırdı,  üstəlik, 

bunu artıq hamının yanında edirdi, yan-yörəsini yenə o təlxəklərlə doldurmuşdu, yenə də onların 

vəzifədən uzaqlaşdırılacağını, hamımızın malını-mülkünü müsadirə ediləcəyini düşündüyüm bir 

vaxtda,  yaxınlaşan  bəlaları  hiss  elədiyim  üçün  qorxdum.  Mənə  Venesiyadan  körpüləri,  uşaq 

vaxtı səhər yeməyi yediyi masanın örtüyündəki bəzəkli naxışları, müsəlman olsun deyə, az qala 

boynunun vurulacağı bir vaxtda xatırlatdığı üçün, evin həyətinə baxan pəncərədən gördüklərini 

danışdığı  gün,  bütün  bunları,  sanki  öz  başıma  gəlmiş  hadisə  kimi,  bir  kitabda  yazmağı 

buyuranda, qərar verdim ki, tez bir zamanda İstanbuldan qaçım. 

Onu  unutmaq  üçün  Gəbzədə  başqa  bir  evə  köçdük.  Əvvəllər  saraydan  adamların  gəlib 

məni aparacaqlarından qorxardım, amma arayıb-axtaran olmadı, gəlirimə də ilişmədilər, məni ya 

unutmuşdular, ya da Padşahın gizli nəzarəti altındaydım. Vecimə də almadım, işlərimi qaydaya 

saldım,  bu  evi  tikdirdim,  arxa  həyəti  ürəyimdən  keçən  impusllara  inanaraq  istədiyim  kimi 

düzəltdim, vaxtımı kitabları oxumaqla, öz kefim üçün əyləncəli hekayələr yazmaq və uzun illərin 

baş  münəccim  olduğumu  öyrənib  fikir  öyrənməyə  gələn  qonaqlarımı,  daha  çox  pullarına  görə 

yox,  əylənmək  üçün  dinləyərək  keçirirdim.  Uşaqlığımdan  bu  günə  qədər  üstündə  yaşadığım 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

362 


ölkəmi,  bəlkə  də,  ən  çox  bu  ərəfələrdə  tanıdım.  Şikəstlərə,  oğlunu  qardaş-bacısını  itirmiş  çaş-

başlara,  xəstələrə,  evdə  qalmış  qızların  atalarına,  boyu  heç  cür  uzanmayanlara,  qısqanc  ərlərə, 

korlara, gəmiçilərə, ağlı başından çıxmış eşqə düşənlərə gələcəklərini deməmişdən əvvəl, uzun-

uzadı  öz  həyatları  haqqında  danışdırır,  gecələri,  eynən  bu  kitabda  etdiyim  kimi,  sonralar 

əsərlərimdə istifadə etmək üçün qulaq asdıqlarımı dəftərlərə yazardım. 

Otağıma  özüylə  birgə  dərin  kədər  gətirən  o    qocanı  da  həmin  illərdə  tanıdım.  Yəqin  ki,  

məndən on, on beş yaş böyük idi. Adı Övlya imiş, üzündəki kədəri görən kimi dərdinin tənhalıq 

olduğunu  yəqinləşdirdim, amma elə demədi: bütün ömrünü gəzintilərə və bitirmək üzrə olduğu 

on  cildlik  səyahətnaməyə  sərf  edib,  ölməmişdən  əvvəl  Allaha  ən  yaxın  olan  yerə  Məkkəyə  və 

Mədinəyə  gedəcək,  oralar  haqqında  da  yazacaqmış,  amma  kitabında  onu  narahat  edən  bir 

əskiklik varmış, çeşmələrini və körpülərinin gözəlliyini hiss elədiyi İtaliyanı da oxucularına nəql 

etmək istəyirmiş, fikirləşib ki, görəsən, İstanbulda ad-sanını eşitdiyi  adam, yəni mən ona bunları 

danışa  bilərdimmi?  Deyəndə  ki,  İtaliyanı  görməmişəm,  bildirdi  ki,  bunu  hamı  kimi  o  da  bilir, 

amma  bir  vaxtlar  ordan  gəlmiş  bir    köləm  varmış,  o  mənə  hər  şeyi  danışıb:  Mən  də  ona 

danışsam,  Övliya  da  əvəzində  mənə  əyləncəli  şeylər  danışacaqmış.  Onun  fikrincə,  həyatın  ən 

gözəl  hissəsi  xoş  əhvalatlar  uydurub,  xoş  əhvalatlara  qulaq  asmaq  deyildimi?  Çantasından 

çəkinə-çəkinə  bir  xəritə  çıxarmışdı,  bugünədək  gördüyüm  ən  bərbad  İtaliya  xəritəsiydi,  qərara 

gəldim ki, bildiklərimi danışım. 

Uşaq  əllərini  xatırladan  toppuş  əliylə  xəritəsindəki  bir  şəhəri  göstərir,  adını  höcələyərək 

oxuyandan sonra, danışdığım arzularımı diqqətlə kağıza köçürürdü. Hər şəhər üçün, bir də qəribə 

bir əhvalat istəyirdi. Beləliklə, quzeydən güneyə on üç gecədə, on üç şəhərdə həyatımda ilk dəfə 

gördüyüm  bütün  bu  ölkələri  keçdik.  Səhərimizin  hamısını  sərf  etdiyimiz  bu  işdən  sonra, 

Siciliyadan  gəmiylə  İstanbula  qayıtdı.  Danıdıqlarımdan  çox  razı  olduğuna  görə  o  da  məni 

sevindirməyə  qərar  verərək  Akka  (Akka-İsrailin  şəhərlərindən  biridir.  F.H)  göylərində  itən 

kəndirbazlardan,  Konyadakı  fil  doğan  qadınla  oğlundan,  Nil  sahilindəki  mavi  qanadlı 

buğalardan,  çəhrayı  pişiklərdən,  Vyanadakı  saat  qülləsindən,  orda  düzəltdirdiyi  və  mənə 

gülümsəyərək  göstərdiyi qabaq dişlərindən, Azak sahilindəki  danışan mağaradan, Amerikadakı 

qırmızı qarışqalardan danışdı. Hansı səbəbdənsə, məndə qəribə bir hüzn yaradırdı bu əhvalatlar, 

istəyirdim  ki,  ağlayım:  Günəşin  bütün  qızıllığı  otağımada  əks  olunurdu,  Övliya  sən  də  belə 

təəccübləndirci hekayələr bilirsənmi deyə soruşanda, onu, həqiqətən, təccübləndirmək istəyərək, 

dedim  ki,  adamlarıyla  birgə  gecə  burda  qalsınlar.  Bir-birinin  yerinə  keçən  iki  insan  haqqında 

xoşlayacağı bir əhvalatım vardı. 

Gecə  hamı  otağına  çəkiləndən,  evə  ikimizin  də  gözlədiyi  o  sakitlik  çökəndən  sonra, 

təzədən  otağa  qayıtdıq.  Bitirmək  üzrə  olduğumuz  əhvalatı  birinci  dəfə  onda  düşündüm! 

Danışdığım sanki uydurulmuş yox, yaşanmış bir əhvalat imiş kimi, sanki bütün bu sözləri mənə 

başqa  bir  adam  sakit-sakit  pıçıldayırammış  kimi,  cümlələr  bir-birinin  ardınca  yavaş-yavaş 

düzülürdü: “ Venesiyadan  Neapola gedirdik, türk gəmiləri yolumuzu kəsdi...” 

Gecə yarısından çox sonra əhvalatım bitəndə, uzun müddət davam edən bir sakitlik çökdü. 

Bilirdim, qonağım da, mən də onu düşünürdük, amma onun fikrində mənimkindən tamam başqa 

bircə  o  var  idi.  Öz  həyatını  düşünürdü,  bundan  heç  şübhəm  yoxdu!  Mən  də  öz  həyatımı,  onu, 

əhvalatımı  xoşladığımı  düşünürdüm,  yaşadığım  və  arzusunda  olduğum  hər  şeylə  qürur 

duyurdum:  İçində  oturduğumuz  otaq,  ikimizin  də  bir  vaxtlar  olmaq  istədiyimiz  və  olduğumuz 

varlıqların  hüzünlü  xatirələri  ilə  doluydu,  onu  heç  vaxt  unutmayacağımı,  bu  halın  da  məni 

həyatımın axırına qədər bədbəxt edəcəyini də, o vaxt açıq-aşkar başa düşdüm, artıq bilirdim ki, 

heç  vaxt  təkcə  yaşaya  bilməyəcəyəm.  Əsərimlə  birlikdə,  sanki  gecənin  yarısı  otağın  içinə, 

ikimizi  də  maraqlandıran,  diqqətçəkən  bir  xəyalatın  kölgəsi  düşmüşdü.  Səhərə  yaxın,  qonağım 

əhvalatımı  çox  xoşladığını  deyərək  məni  sevindirəndən  sonra,  əlavə  elədi  ki,  bəzi  şeylərə  də 

qarşı  çıxacaq.  Bəlkə  də,  ikimizi  də  əsəbiləşdirici  xatirəsindən  xilas  olaq,  tez  bir  zamanda  yeni 

həyatımıza qayıdaq deyə onu maraqla dinlədim. 

Əsərimdəki  kimi  qəribə  və  təəccüblü  olanı  axtarmalıyıqmış,  bəli,  dünyanın  bu  bezdirici 

darıxdırıcılığına qarşı edə biləcəyimiz yeganə şey, bəlkə də, bu imiş, bunu həmişə eyni şeylərin 

təkrarlandığı o uşaqlıq və məktəb illərindən bəri bildiyi üçün, həyatı dörd divar arasında ağlına 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

363 


belə gətirməmişdi, buna görə də bütün ömrünü gəzintilərdə və sonu olmayan süjetlər axtarmaqla 

keçirmişdi. Amma qəribə və təəccüblü olan şeyi dünyada axtarmalıyıqmış, öz içimizdə yox! Öz 

içimizdəkini axtarmaq, öz üstümüzdə də o qədər uzun-uzadı  düşünmək bizləri kədərləndirərdi. 

Mənim  əsərimdə  insanların  başına  gələn  də  elə  bu  imiş:  buna  görə  də  qəhrəmanlar  özləri 

olduqlarına heç cür inanmır, buna görə də həmişə başqa biri olmaq istəyirlərmiş. Sonra məndən 

soruşdu: “bu əsərdə olanların həqiqət olduğunu düşünəkmi, bir-birinin yerinə keçən o insanların 

yeni  həyatlarında  xoşbəxt  ola  biləcəklərinə,  sən  inanırsanmı?  Susdum.  Hansı  səbəbdənsə  mənə 

əsərimdəki  bir  detalı  xatırlatdı:  Qolu  qopmuş  bir  ispaniyalı  kölənin  ümidlərinə  özümüzü  aludə 

etməməliyikmiş!  Onda,  o  cür  əsərləri  yaza-yaza,  qəribəliyi  öz  içimizdə  axtara-axtara,  bizlər  də 

başqa  biri  oluruq,  Allah  qorusun,  oxucularımız  da.  Onun  qənəti  beləydi:  insanların  həmişə 

özlərindən,  öz  qəribəliklərindən  danışılan,  kitabların  və  əsərlərin  də  həmişə  bu  şeylərdən  bəhs 

edən o qorxunc dünyanı düşünmək belə istəmir. 

Mən  istəyirdim!  Buna  görə,  bir  gündə  xətrini  istədiyim  bu  qoca,  Məkkəyə  getmək  üçün 

gün  doğarkən  adamlarını  yığıb,  birgə  yola  düşəndə,  tezcə  oturub  kitabımı  yazdım.  Bəlkə  də, 

gələcəyin  o  qorxunc  dünyasının  insanlarını  daha  yaxşı  xəyalımda  canlandırmaq  üçün  kitabıma 

özümdən  və  özümdən  ayıra  bilmədiyim  Ondan  əlimdən  gələn  qədər  çox  bəhs  etdim.  Amma 

əlimdən çox da  gəlmədiyini,  on altı  il  əvvəl  bir  kənara atdığım bu kitabı,  bu günlərdə təzədən 

oxuyarkən düşündüm. Bunun üçün insanın özündən – duyğuların aşıb-daşmasına aludə olaraq – 

danışmasından xoşhal olmayan oxucularımdan üzr istəyərək bu səhifəni kitabıma əlavə edirəm: 

Onu çox istəyirdim, onu  yuxumda gördüyüm  öz çarəsiz,  əsl  simamı xoşladığım kimi,  bu 

görünüşün utancı, hikkəsi, günahı və hüznüylə sanki boğulan tək, kədərlə ölən vəhşi bir heyvan 

qarşısında  utanca  qapılırıq  kimi,  öz  oğlumun  arsızlığına  əsəbiləşirəmmiş  kimi,  özümü 

axmaqcasına bir diksintiylə, cəfəng bir sevinclə tanıyrımmış kimi xoşlayırdım. Bəlkə də, ən çox 

belə: əlimin-qolumun böcək kimi elə-belə tərpənişinə aludə olduğum, ağlımın sərhədlərində hər 

gün  əks-səda  verərək,  sonra  səngiyən  düşüncələrimi  bildiyimi,  iri  bədənimdən  çıxan  nəmin 

bənzərsiz qoxusunu, qalın saçlarımı, çirkin ağzımı, qələmimi tutan çəhrayi əlimi tanıdığım kimi: 

Bunun  üçün  məni  aldatmadılar.  Kitabımı  yazıb  onu  unutmaq  üçün  bir  kənara  atndan  sonra, 

yayılan  bütün  o  söz-söhbətlərə  ad-sanımızı  eşidib,  bundan  istifadə  etmək  istəyənlərin  oyununa 

aldanmadım!  Qahirədə  paşaların  birinin  qoruyucu  qanadları  altında  yeni  bir  silahın  planlarını 

hazırlayırmış! Vyananın pis günlərində şəhərin içindəymiş, tez bir zamanda məğlub olmağımız 

üçün  düşmənə  bilmədiklərini  başa  salırmış!  Ədirnədə  dilənçi  cildində  görüblər  onu,  özü 

fitvaladığı  tacirin  dava-dalaşının  birində  yorğançını  bıçaqlayaraq  qaçıb,  yox  olub!  Uzaq  bir 

Anadolu  qəsəbəsinin  məhəllə  məscidində  axundluq  edirmiş,  bir  muvaqqitxana  yaradıb,  bu 

sözləri təsdiq edən andlar içirdi, bir də saat qülləsi üçün pul yığmağa başlayıb! Vəba xəstəliyinə 

görə  getdiyi  İspaniyada  kitablar  yazaraq  varlanıb!  Yazıq  Padşahımızı  taxtdan  salan  siyasi 

oyunları  da  onun  qurduğunu  deyirdilər!  Slavyan  kəndlərində,  ən  axırda  çata  bildiyi  həqiqi 

etiraflara qulaq asa-asa, əfsanəvi bir keşiş kimi əl üstündə saxlana-saxlana insanı daxili böhrana 

salan  kitablar  yazırmış!  Anadoluda  gəzirmiş,  axmaq  şahları  hakimiyyətdən  salacağını  deyərək, 

qənaətləri və şeirləri ilə təsir altına saldığı qaragüruh əhlini öz arxasınca aparır, yanına məni də 

çağırırmış!  Onu  unutmaq  gələcəkdəki  o  qorxunc  insanların,  o  qorxunc  dünyaları  ilə  baş  qata 

bilmək  üçün,  xəyallarımın  dadını  qaçırtmaq  üçün  hekayələr  yazdığı  on  altı  ildə  bu  söz-

söhbətlərdən  başqa  söz-söhbət  də  eşitdim,  amma  heç  birinə  inanmadım.  Bilmirəm,  bu  hal 

başqalarında  da  olurmu?  Bəzən,  Xaliçin  uzaq  ərazilərində  o  dörd  divarı  bir-birimizə  zindan 

eləyərək, bəzən bir imarətdən, ya da saraydan heç cür gəlməyən çağırışı gözləyərkən, bəzən bir-

birimizə  ləzzətlə  nifrət  edərkən,  bəzən  də  qarşılıqlı  şəkildə  gülüşərək  Padşahımız  üçün  risalə 

yazarkən,  gündəlik  həyatın  içində,  qəfil  ikimiz  də,  adi  bir  situasiyaya  da  diqqət  edirdik:  Səhər 

ikimizin  də  gördüyü  islaq  bir  it,  iki  ağac  arasında  asılmış  paltarların  düzülüşündəki  rəng  və 

ölçülərindəki  gizli  geometrikliyi,    həyatın  simmetriyasını  aşkarlayan  adi  şeylərdi.  İndi  ən  çox 

bunlardan  darıxıram!  Ölümündən  illər,  bəlkə  də,  yüz  illər  sonra  bu  işlə  maraqlananların  biri 

bizdən  çox,  öz  həyatını  xəyalında  canlandıraraq  oxuyacağını  zənn  etdiyim,  əslində,  onsuz  heç 

kəs oxumasa da, çox da vecimə almayacağam və bunun üçün də onun adını çox da dərin olmasa 

da,  gizləyərək  basdırdığım    oxşarımın  kitabına  buna  görə:  vəbalı  gecələri,  Ədirnədə  keçən 


1   ...   62   63   64   65   66   67   68   69   ...   115


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə