Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7.78 Mb.
PDF просмотр
səhifə74/115
tarix25.04.2017
ölçüsü7.78 Mb.
1   ...   70   71   72   73   74   75   76   77   ...   115

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

410 


Üzüqoylu uzanmış lüt qadının pozası həddən artıq ədəbsiz idi, onda nəsə heyvani bir şey vardı. 

Ona elə gəlirdi ki, qadın arxası üstə çevrilməyə hazır idi, təki ona astaca toxunsun. Təkcə ağlına 

gələn bu fikirdən utanaraq töyşüdü. Lakin qəflətən özünü qadına əzab verən cəllad cildində 

gördü, özünü onun bəzi yerləri qumla örtülü bədəninin üstündəymiş kimi hiss etdi. Və anladı… 

Əvvəl – axır bu baş verəcək… Və onda nəsə bir söz deməyə haqqı olmayacaq… 

Birdən qarnının aşağısından kəskin ağrı tutdu. Partlamağa hazır sidik kisəsi azad olmaq istəyirdi. 

 

8___________________________________ 



 

İşəyib yüngülləşəndən sonra, kişi ağır buxarla nəfəs ala- ala dayanmaqda davam edirdi… O, 

burda dayana - dayana, hər hansı bir ümid yerinin peyda olacağına bel bağlamırdı. Sadəcə, heç 

cür özünü evə qayıtmağa məcbur edə bilmirdi. Qadından uzaqda olarkən onun yanında 

dayanmağın nə qədər təhlükəli olduğunu daha aydın şəkildə başa düşürdü. Yox, məsələ yəqin ki, 

qadının özündə deyil, hansı vəziyyətdə uzanmasında, onun bu pozasındadır. Ömründə bir dəfə də 

olsun, belə həyasız qadın görməmişdi. Nə olursa olsun, evə qayıtmayacam. Qadının pozası 

həddən artıq təhlükəlidir. 

Belə bir deyim var: ölü kimi uzanıb qalmaq. Bu, bəzi növ həşəratların və hörümçəklərin, onlara 

qəfildən hücum olarsa, düşdüyü iflic vəziyyətidir… Sındırılmış təsvir… Dispetçer məntəqəsi 

ruhi xəstələr tərəfindən zəbt olunmuş aerodrom. İnanmaq istərdi ki, bu hərəkətsizlik dünyadakı 

bütün hərəkəti dayandıracaq, axı qış yuxusuna getmiş qurbağalar üçün qış deyilən şey yoxdur. 

O, xəyallarda üzərkən, günəşin istisi daha da dözülməz oldu. Kişi elə bil yandırıcı şüalardan 

qorunmaq üçün üçqat olmuşdu. Sonra başını cəld əyib, köynəyinin yaxasından yapışdı və bütün 

gücü ilə dartdı. Köynəyin üç yuxarı düyməsi qopub düşdü. Köynəyin boynunun altındakı qumu 

çırpanda, yadına qadının qumun heç vaxt quru olmadığı, ətrafda nə varsa, hamısını çürütmək 

üçün kifayət qədər nəm olduğu haqda sözləri düşdü. Kişi köynəyini çəkib, şalvarının belini 

boşaltdı ki, heç olmazsa, əyni bir az hava çəksin. Amma düzü, bu qədər narahat olmağa lüzum 

yox idi. Əzginlik necə tez gəlmişdisə, elə də itdi. Görünür, nəm qum hava ilə təmasda olan kimi 

öz iblisani xüsusiyyətlərini itirir. 

Elə bu an ağlına gəldi ki, qadının çılpaqlığını həddən artıq birtərəfli anlatmaqda ciddi səhv edib. 

Əlbəttə, demək olmaz ki, qadının onu tələyə salmaq kimi gizli meyli olmayıb. Lakin istisna deyil 

ki, bu, onun yaşadığı şəraitin diqtə etdiyi sadəcə vərdişdir. Aydındır ki, qadın yalnız dan yeri 

söküləndən sonra yatmağa gedir. İnsan yuxudaykən daha çox tərləyir. Əgər gündüz, üstəlik od 

tutub yanan qum çuxurunda yatmalı olursansa, soyunmaq arzusu təbii bir şeydir. Onun yerinə 

olsaydım, mən də soyunardım; əlbəttə, belə imkan olsaydı… 

Bu tapıntı o saat onu tərli bədəndən qumu təmizləyən külək kimi ağır hisslərdən azad etdi. 

Qorxularımı şiddətləndirməyin mənası yoxdur. Əsl kişi nə qədər istəsən polad və dəmir – beton 

divar da olsa dağıdıb, qaçmağa qadirdir. Təkcə qalanı görüb, ona açarın olub olmamasını 

aydınlaşdırmadan məyusluğa qapılmaq düzgün deyil… Tələsmədən, quma bata – bata o, evə 

tərəf getdi… Bu dəfə sakit danışacam və mənə nə lazımdırsa, ondan öyrənəcəm… O, qadının 

üstünə bağıraraq cumanda, qadın ona heç bir cavab verməməkdə haqlı idi… Bəlkə, qadın ona 

görə susurdu ki, sadəcə utanırdı: o, kişinin onu çılpaq görməməsi üçün heç bir tədbir 

görməmişdi. 

 

9__________________________________ 



 

Qızmış qumun gözqamaşdırıcı parıltısından sonra otaq qaranlıq, soyuq və rütubətli idi. Ağır 

qızmar hava kif iyi verirdi – bayırda bundan yaxşı idi. Birdən hiss etdi ki, onu qara basır. 

Qadın heç yerdə yox idi. Bir anlığa donub qaldı. Bəsdir tapmaca tapdım! Amma, sözün düzü, 

heç bir tapmaca da yoxdur. Qadın əlbəttə ki, buralardadır. O, başını aşağı əyərək arxası kişiyə 

tərəf, su bakının qabağında, əl-üz yuyan tərəfdə sakitcə dayanmışdı. 

… O, artıq geyinmişdi. Adama elə gəlirdi ki, bir - birini tamamlayan solğun - yaşıl kimano ilə şit 

naxışlı şalvardan nanə - cövhərli balzamın sərinləşdirici ətri gəlir. Hə, indi durub, nə deyəsən. O, 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

411 


yenə də qadın haqqında həddən artıq düşünməyə başlayıb. Lakin ola bilməzdi ki, bu ağlasığmaz 

fövqəladə şəraitdə, üstəlik lazım olan qədər yatıb, yuxusunu almadığı bir halda xəyalları 

haralardasa uçuşmasın. 

Qadın bir əli ilə su bakının kənarına söykənmiş, içərisinə baxa – baxa barmağı ilə suda çevrələr 

çəkirdi. Kişi qum və tərdən ağırlaşmış köynəyini var gücü ilə yellələyərək, əlinə kip sarıdı. 

Qadın boylandı, hürkdü. Onun sifəti elə səmimi lal sual, yalvarış ifadə edirdi ki, elə bil bütün 

ömrü boyu bu ifadəli sifətlə yaşamışdı. Kişi isə mümkün qədər özünü elə aparırdı ki, elə bil heç 

nə baş verməmişdi. 

- İstidi, hə?.. Belə istidə heç köynək də geymək istəmirsən. 

Lakin qadın hələ də ona inamsızlıqla, sual dolu gözlərlə, altdan - altdan baxmaqdaydı. Nəhayət 

utancaq, güclə düzəltdiyi təbəssümlə qırıq-qırıq dedi: 

- Hə… düzdü… Əynində paltar tərləyəndə, bütün bədənin qum səpkisi ilə örtülür… 

- Qum səpkisiylə? 

- Aha… Dəri qızarır… yanıqdan sonra olan kimi olur, suluq bağlayır. 

- Hm, suluq bağlayır?.. Məncə, dəri sadəcə rütubətdən çürüyür. 

- Ola bilsin, buna görədi… - Görünür qadın bir qədər ürəklənmişdi, danışqan olmuşdu. – 

Tərləməyə başlayan kimi, əynimizdə nə varsa, çıxarmağa çalışırıq, nə mümkündürsə… 

Görürsünüz də necə yaşayırıq, - kiminsə gözünə belə görünməkdən heç çəkinməyin… 

- Əlbəttə… Bilirsiz, düzdü yaxşı çıxmır, amma istərdim ki, köynəyimi yumağınızı sizdən xahiş 

edim. 


- Yaxşı. Sabah su gətirməlidirlər. 

- Sabah?.. Sabah yəqin ki, gec olar… - Kişi mızıldadı. O, söhbətin məğzini ustalıqla lazımi 

istiqamətə yönəldə bilmişdi. – Yeri gəlmişkən, axır ki, nə vaxt məni yuxarı qaldıracaqlar?.. 

Bütün bunlar məni son dərəcə narahat edir… Mənim kimi adi qulluqçu üçün müəyyən edilmiş 

qaydaların hətta yarım günlük pozulması, çox ağır nəticələrə səbəb ola bilər… Mən heç bircə 

dəqiqə də itirmək istəmirəm… Sərtqanadlılar – yerin üstü ilə uçan həşəratlardır… Qumluqlarda 

lap çoxdurlar, onların necə olduğunu siz bilirsiz?.. Mənim istəyim də budur ki, budəfəki 

məzuniyyətim dövründə bu həşəratın heç olmasa bir yeni növünü tapım… 

Qadın dodaqlarını yüngülcə tərpətdi, amma heç nə demədi. Görünür, o, öz-özünə ona naməlum 

olan «sərtqanadlılar» sözünü təkrar edirdi. Lakin kişi, onun yenidən qaradinməz olduğunu 

yanılmadan hiss edirdi. Və, elə bil, təsadüfən mövzunu dəyişdi. 

- Doğrudanmı kəndin başqa sakinləri ilə əlaqə saxlamaq üçün əlinizin altında heç bir vasitə 

yoxdur? Əgər məsələn, kerosin bidonlarını bir - birinə vursaq, nə olar? 

Qadın cavab vermirdi. O, suya atılmış daş sürətilə yenidən xilasedici susqunluğuna enirdi. 

- Nə baş verir, hə? Niyə susursunuz? – O, az qaldı ki, özündən çıxsın və qışqırmaqdan özünü 

güclə saxladı. – Başa düşmürəm, nə baş verir… Əgər bir xəta baş veribsə, bunu səhv hesab edək 

– və hər şey qaydasındadır… Olan olub, keçən keçib, bir də məsələnin üstünə qayıtmağa 

hazırlaşmıram. Buna görə də, sizin susmağınız xeyir gətirmir. Yaxşı. Bax, sizin kimi məktəblilər 

də var, lakin mən həmişə onlara deyirəm: nə qədər özünüzü bütün günahları boynunuza 

götürürmüş kimi aparsaz, həqiqətdə bu, ən qorxaq davranış tərzidir… Əgər siz öz hərəkətinizə 

haqq qazandıra bilirsinizsə, onda nəyi gözləyirsiniz, düzünü deyin! 

- Məncə… - Qadın üzünü yana tutdu, lakin səsi gözlənilmədən sərt çıxdı. – Siz özünüz başa 

düşmüsünüz? 

- Başa düşmüsünüz? – O, hətta sarsıldığını gizlətməyə cəhd belə etmədi. 

- Hə, mən fikirləşirdim ki, siz hər şeyi başa düşmüsünüz… 

- Mən heç nə başa düşməmişəm! – Axır ki, kişi dözməyib qışqırdı: - Əgər mənə heç nə 

demirlərsə, mən necə hər şeyi başa düşə bilərəm? 

- Axı, düzünə qalsa, həqiqətən də belə şəraitdə yaşamaq tək qadın üçün çox ağırdır… 

- Axı bütün bunların mənə nə aidiyyəti var? 

- Hə, yəqin, mən sizin qarşınızda günahkaram… 

- «Günahkaram»ı necə başa düşək?.. – Onun həyəcandan dili dolaşdı. – Belə çıxır ki, burda 

mənim üçün iş qurublar?.. Tələyə yem qoyublar… Fikirləşiblər ki, it, ya da pişik kimi tələyə 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

412 


düşəcəm, təki tələdə yem əvəzinə qadın olsun… 

- Düzdü, amma axı tezliklə şimal küləkləri və qum burulğanları başlayacaq – biz onlardan çox 

qorxuruq… - qadın gözucu taybatay açılı qapıya baxdı. Onun yeknəsəq, sakit səsində dediklərinə 

küt bir inam hiss edilirdi. 

- Bu zarafat deyil! Hətta cəfəngiyyatın da bir sərhədi olar! Bu, qanunsuz saxlamadan başqa bir 

şey deyil… Əsl cinayətdir… Elə bil güc işlətməsəydiz olmazdı: məsələn, işsizləri günəmuzd 

ödənclə işə dəvət edə bilərdiz, onlar nə qədər istəsənizdir! 

- Əgər orda bizim necə yaşadığımızı bilsələr, yaxşı olmaz… 

- Bəs əgər mən bilsəm, onda necə yaxşı olar?.. Boş söhbətdir!.. Siz sadəcə yanılırsız! Çox 

təəssüf, amma mən avara deyiləm! Mən vergi də verirəm, daimi yaşayış yerim də var… Tezliklə 

axtarış haqqında ərizə də veriləcək, onda burdakıların hamısı cavab verməli olacaq! Necə yəni, 

aydın deyil? Çox sadə bir şeyi başa düşmürsünüz… Maraqlıdır, özünüzə necə haqq 

qazandıracaqsınız… Haydı, günahkarı bəri gətir… Mən ona necə axmaq iş tutduğunu yax – şı – 

ca – na başa salaram! 

Qadın başını aşağı əyıb, yüngülcə ah çəkdi. Onun çiyinləri sallandı, lakin tərpənmədi. Elə bil ki, 

yerinəyetirilməz tapşırıq almış bədbəxt küçük idi. Bu, kişini daha da qızışdırdı. 

- Nə tərəddüd edirsən, heç cür qərar verə bilmirsən?.. Məsələ təkcə məndə deyil. Belə çıxır ki, 

sən özün də mənim kimi qurbansan? Hə, belə deyil? Elə bu dəqiqə özün dedin ki, əgər orda 

bizim necə yaşadığımızı bilsələr, yaxşı olmaz… Məgər bu sübut deyilmi ki, özün boynuna 

alırsan: belə yaşamaq olmaz. Mərhəmətli sifət eləməyi də yığışdır – axı səninlə qul kimi rəftar 

edirlər! Heç kəsin ixtiyarı yox idi ki, səni bura salsın!.. Hə, tez elə, kimisə səslə! Biz buradan 

çıxacağıq!.. Aha, başa düşürəm… Qorxursan, hə?.. Boş şeydi!.. Nədən qorxursan?.. Axı mən 

səninləyəm!.. Mənim qəzetdə işləyən tanışlarım var… Biz burda baş verənləri sosial problem 

kimi təqdim edərik… Hə, nə oldu?.. Niyə susursan?.. Mən sənə deyirəm, heç nədən qorxma! 

Az sonra qadın onu sakitləşdirirmiş kimi birdən dedi: 

- Nahar hazırlayım?.. 

 

10____________________________________ 



 

Kişi oğrun-oğrun, gözünün ucuyla qadının necə kartof təmizlədiyini müşahidə edərək, əzabla 

düşünürdü: onun hazırladığı yeməyi qəbul etsinmi? 

İndi elə bir vəziyyət yaranıb ki, rahatlıq və soyuqqanlılıq tələb olunur… Qadının niyyəti aydındır 

və bütün tərəddudləri kənara atıb, boş-boş ümidlərlə özünü sakitləşdirməməlidir, əksinə, 

faktların gözünün içinə dik baxmaq və burdan can qurtarmaq üçün real plan hazırlamaq 

lazımdır… Qanunsuz hərəkətlərə görə günahlandırmanı sonraya saxlamaq gərəkdir… Aclıq isə 

ancaq və ancaq iradəni sındırmağa işləyir… gücünü toplamağa mane olur. Lakin, digər tərəfdən 

o, hazırkı vəziyyəti qəti rədd edirsə, görünür, qidadan imtina etməlidir. Həm narazı olmaq, həm 

də yeməyi qəbul etmək sadəcə gülməli olardı. Hətta itin özü ona yal verəndə quyruğunu qısır. 

Amma gəlin tələsməyək… Qadının nə qədər dərinə gedəcəyi hələ məlum olmadığı bir şəraitdə, 

belə kəskin müdafiə mövqeyi tutmaq hələ tezdir….Ondan nəyisə müftə qəbul etmək, hər hansı 

iltifat haqqında söhbət belə gedə bilməz… Nə yesəm, pulunu qəpiyinəcən ödəməliyəm… Və 

əgər pulu ödəyibsə, heç nəyə görə özünü borclu bilməz, bir qram da … Hətta televiziyadakı boks 

şərhçisi də həmişə deyirdi ki, hücum, - müdafiənin ən yaxşı üsuludur. 

Beləliklə, o, yeməkdən imtina etməmək üçün əla bəhanə tapıb, rahatlıqla nəfəs aldı. Birdən elə 

bil ki, gözləri açıldı, daim ondan qaçan fikir kələfinin ucundan tutdu. Məgər onun əsas düşməni 

qum deyil? Əgər qumdursa, onda boş yerə ağlasığmaz, həlli müşkül olan, - tutaq ki, məsələn, 

polad qapıları və yaxud bu kimi maneələri yarıb keçmək haqqında qarşıya tapşırıqlar qoymaq 

lazım deyil. Madam ki, kəndir nərdivanı yığışdırıblar, taxta nərdivan düzəltmək olar. Madam ki, 

qum divar həddən artıq şaqulidir, onu qazıb, düzəltmək olar… Əgər bir balaca beynini işlətsən

hər şey qaydasına düşər… Ola bilsin, bu yol çox sadə yoldur, amma əgər bu üsulla məqsədə 

çatmaq mümkünsə, onda nə qədər sadə olsa, bir o qədər yaxşıdır. Məsələnin ən düzgün həlli 

adətən, çox sadə olur. Təki çətinliklərdən qorxmayasan… təki əsl mübarizə aparasan… onda heç 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

413 


nə itirməmisən. 

Qadın kartofu təmizləyib qurtardı, doğradı və köküqarışıq xırda-xırda doğranmış ağ turpla birgə 

ocağın üstündə asılmış böyük dəmir qazana saldı. O, polietilen kisədən səliqəylə kibrit çıxarıb od 

qaladı, kibriti gizlətdi və kisənin ağzını rezinlə yığdı. Sonra isə aşsüzənə düyü töküb, su ilə yudu. 

Yəqin düyünün qumunu yuyurdu. Aş qazanda qaynamağa başladı, ağ turpun xoşagəlməz iyi 

yayıldı. 

- Düzü, su az qalıb, amma, bəlkə siz üzünüzü də yuyasınız? 

- Yox əşşi, üzümü yumaqdansa, içsəm yaxşıdır… 

- Oy, bağışlayın… İçməli su başqa yerdədir – qadın əl-üzyuyanın altından polietilenə bükülmüş 

qazança çıxartdı, - su çox soyuq deyil, amma əvəzində qaynanmışdır, içmək üçün yararlı olsun 

deyə. 

- Axı bakda az da olsa su qalmasa, qabları nəylə yuyacaqsınız? 



- Yox, mən qabları qumla sürtürəm, tərtəmiz olur. 

Bu sözləri deyib, qadın pəncərənin ağzından bir ovuc qum götürdü, əlində tutduğu qabın içinə 

atıb, qumu fırladaraq bir neçə dairəvi hərəkət etdi və qabı ona göstərdi. O, düz-əməlli ayıra 

bilmədi ki, qab təmizləndi, ya yox, amma fikirləşdi ki, yəqin təmizlənib. Hər halda, qumdan belə 

işlərdə istifadə onun qum haqqındakı təsəvvürlərinə tam uyğun gəlirdi. 

Yenə də çətirin altında yeyirdi. Qaynadılmış tərəvəz və qurudulmuş balıq… Təam az da olsa 

qumlu idi. Əgər çətir tavandan asılsaydı, onlar bir yerdə də yeyə bilərdilər - deyə fikirləşdi, lakin 

qadının bunu yaxınlaşmağa cəhd kimi başa düşəcəyindən qorxdu. Yalnız görkəmindən tündlük 

yağan aşağı növ çay, demək olar ki, dadsız idi. 

O, yeyib qurtarandan sonra qadın əl-üzyuyan tərəfdə oturdu və başına bir parça polietilen örtüb, 

yavaş-yavaş yeməyə başladı. İndi bu qadın hansısa həşərata oxşayır - fikirləşdi. Doğrudanmı bu 

qadın ömrünün axırına kimi belə həyat sürməyə hazırlaşır?.. Yuxarıda olanlar üçün bura yalnız 

böyük torpağın kiçik bir parçasıdır, lakin dərənin dibindən heç nə görünmür – ancaq ucu-bucağı 

olmayan qum və səma… Şəkil kimi həmişəlik gözlərdə donmuş yeknəsəq həyat… Və bu həyatı, 

hətta heç nə xatırlaya bilməyəcək bir qadın sürür, - o, ömrü boyu heç kimdən nəvazişli söz 

eşitməyib. Yəqin məni tələyə salıb, xüsusi bir hədiyyə kimi ona verəndə qız kimi ürəyi bərk-bərk 

döyünüb… Mənim ona yazığım gəlir… 

Onun ürəyindən qadına nəsə demək keçdi və söhbəti birtəhər başlamaq üçün siqaret çəkməyi 

düşündü. Doğrudan da, burda gündəlik istifadə üçün lazım olan predmet – polietilensiz 

keçinmək olmaz. Alışdırdığı kibriti siqaretinin qabağında nə qədər tutdusa da, siqaret yanmadı. 

O, siqareti var gücü ilə elə sorurdu ki, yanaqları dişlərinə yapışmışdı, lakin nə qədər çalışsa da, 

ancaq tüstünün tamini hiss etdi. Yağ-nikotinli tüstü, yalnız dilini qıcıqlandırır, siqaret çəkməyi 

heç cür əvəz etmirdi. Əhvalı korlandı, söhbət alınmırdı, üstəlik özü də qadınla söhbət etməkdən 

vaz keçdi. 

Qadın bulaşıq qabları yığıb, torpaq döşəməyə düzdü, tələsmədən onların üstünə qum tökməyə 

başladı. Göz görəsi çətinlik və tərəddüdlə dedi: 

- Bilirsiz… Çardaqdan qumu kürəyib atmaq vaxtıdır… 

- Qumu kürəyib, atmaq? Hə - ə, nə olar, buyurun…- « Bunun mənə nə dəxli var? – kişi 

etinasızcasına düşündü, – qoy tirlər çürüsün, qoy lap dirəklər uçsun – mənim nə işimə?» 

- Əgər mən sizə mane oluramsa, bəlkə, harasa gedim? 

- Üzr istəyirəm, buyurun, amma… 

Xeyri yoxdur, hiyləgərlik etmək lazım deyil! Özünü elə göstərir ki, guya heç nə olmayıb! İçi isə 

soğan yemiş kimi göynəyir… Lakin qadın adətkarda olduğu görünən hərəkətlərlə, çox cəld 

sifətinin aşağı hissəsini ikiqat qatlanmış dəsmalla sarıdı, süpürgəni və taxta parçasını qoltuğuna 

vurub, bircə qapağı qalmış divar şkafının yuxarı rəfinə dırmaşdı. 

- Düzünə qalsa, əgər mənim fikrimi bilmək istəyirsinizsə, - belə ev elə uçsa yaxşıdır!.. 

Bu sözləri püskürən gözlənilməz hirsdən özü də çaşdı, qadın isə ona tərəf heç də az olmayan 

çaşqınlıqla döndü. Buna bax, deyəsən hələ bütünlüklə həşərata çevrilməyib… 

- Yox, siz elə fikirləşməyin ki, mən ancaq sizə acıqlanıram. Burda siz hamınız belə fikirləşirsiniz 

ki, bir adamı zəncirləmisiniz. Mənimsə münaqişələri görməyə gözüm yoxdur. Aydındır? Hətta 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

414 


aydın deyilsə belə, mənim üçün fərqi yoxdur. İstəyirsiz, sizə maraqlı bir hadisə danışım… Bu, 

çoxdan olub. Kirayə qaldığım evdə heç nəyə yaramayan bir it saxlayırdım, həyət iti… Maraq 

doğuracaq qədər sıx olan tüklərini hətta yayda belə tökmürdü… Elə kədərli görkəmi vardı ki, 

onu qırxmağa qərar verdim… Və beləliklə, iti qırxıb qurtarıb, qırxılmış tüklərini atmağa 

hazırlaşırdım ki, it, düzü bilmirəm ağlına nə gəldi, birdən ulayıb, dişlərilə bu tük yığınını 

qamarlayıb, öz yerinə qaçdı… Ola bilsin o, qırxılıb yerə tökülmüş tükünü öz bədəninin bir 

hissəsi bilib və onu itirəcəyinə heyfsilənib. Oğrun-oğrun qadına baxdı: görəsən qadın bu sözləri 

necə qarşılayacaq? Lakin qadın şkaf rəfinin üstünə qeyri-təbii əyilərək, necə dayanmışdısa, elə 

həmin pozada da qalmışdı və hətta ona tərəf dönmək üçün cəhd belə etmədi. – Lap yaxşı… Hər 

kəs özü bildiyi kimi mühakimə yürüdür… Ya qum qazmaq olsun, ya da tamam başqa bir şey – 

buyurun, necə istəyirsinizsə, elə də edin. Lakin mənim qətiyyən, bütün bunlara dözmək fikrim 

yoxdur. Yetər! Eybi yox, bir az da keçsin – mənim burda izim-tozum da qalmaz!.. Məni hədər 

yerə qiymətləndirmirsiniz… Əgər istəsəm, burdan qaçaram, heç bir problemsiz… Hə, elə 

siqaretim də indicə qurtardı… 

- Siqaret. – Onun sadəliyi ilə səfehliyini ayırmaq olmurdu. – Bu bir qədər gec olacaq, suyu 

gətirəndə… 

- Siqaret?.. Siqaretlər də?.. – Kişi özünə də qəribə gələn şəkildə çımxırdı. – Məsələ bunda 

deyil… Qırxılmış tüklərdədir, qırxılmış tüklərdə… Yəni doğrudan başa düşmürsünüz? Deməyim 

odur ki, qırxılmış tükdən ötrü işdən iş çıxarmaq lazım deyil. 

Qadın susurdu və onun özünə haqq qazandırmaq üçün nəsə deyəcəyinə inanmaq olmurdu. O, bir 

qədər də gözlədi və kişinin danışıb qurtardığına əmin olandan sonra, soyuqqanlıqla yenidən onu 

bir qədər əvvəl ayırdıqları işə girişdi. Qadın şkafın üstünə yaxın, tavandakı lyukun qapağını 

kənara çəkib, qurşağadək ora girdi və dirsəkləri ilə özünə dayaq verərək, ayaqlarını naqolay 

şəkildə oynada-oynada yuxarı dırmaşmağa başladı. Ordan-burdan nazik tük kimi qum tökülməyə 

başladı. Kişi çardağda çox güman ki, qeyri-adi bir həşəratın yaşadığını fikirləşdi… Qum və 

çürümüş taxta… Amma yox, bəsdir, qeyri-adi olanlar həddindən artıqdır! 

Sonra isə tavandan – gah ordan, gah da burdan – aşağıya doğru çoxlu qum çayı axmağa başladı. 

Qəribə idi ki, bu bol qum şəlaləsi çox səssiz tökülürdü. Bir göz qırpımında döşəməni örtən 

saman döşəklərin üstündə taxta tavanın bütün çatları, dəlmə – deşikləri ilə birlikdə barelyef kimi 

şəkli qaldı. Qum burnuna dolur, gözlərini yandırırdı. Kişi tələsik özünü bayıra atdı. 

İlk əvvəl elə təəssürat yarandı ki, tonqalın içinə düşüb və artıq pəncələri əriməyə başlayıb. Lakin 

hardasa içində hətta belə istiyə də can verməyən silindrik buz parçası vardı. İçində xəcalət hissi 

qımıldandı. Bu qadın heyvan kimidir… Onun üçün dünən yoxdur, sabah yoxdur – bu günlə 

yaşayır… Qrifel lövhəsindən təbaşiri silən kimi, adamı da tərtəmiz silmək olar əminliyinın ağalıq 

etdiyi dünya. Adamın yuxusuna da girməzdi ki, bizim günlərdə hardasa belə vəhşilik yuvası hələ 

də qalıb. 

Yaxşı… Əgər bunu, keçirdiyi sarsıntıdan sonra özünə gəlməsi kimi başa düşsək və hesab etsək 

ki, rahatlığı qayıdır, onda bu xəcalət hissi heç də pis deyil. 

Amma boş yerə vaxt itirməyə dəyməz. Axşamadək bu işləri yekunlaşdırsa, pis olmaz. Gözlərini 

qıyıb, üzündə elə bil nazik pərdə olan ərimiş şüşəni xatırladan dalğalı qum divarının 

hündürlüyünü gözəyarı ölçdü. O, bu divara nə qədər çox baxırdısa, divar da elə bil ki, bir o qədər 

hündürləşirdi. Əlbəttə, təbiətin əksinə getmək və maili yamacı sıldırım etməyə səy göstərmək 

çətindir, lakin axı o, sıldırım yamacı maili etmək istəyir, vəssalam. Geri çəkilməyə elə də əsas 

yoxdur. 


Ən yaxşısı yuxarıdan başlamaqdır. Lakin, bu mümkün olmadığından, aşağıdan qazmaqdan başqa 

çarə qalmır. Əvvəlcə o, aşağıdan nə qədər lazımdırsa qazar və yuxarıdan qumun uçmağını 

gözləyər, sonra yenidən aşağıdan qazar, sonra yenə yuxarıdan qum uçar… Bunu bir neçə dəfə 

təkrar etdikdən sonra, o, hər dəfə az da olsa hündürə qalxar və son nəticədə yuxarı çatar. Əlbəttə, 

onu uçqunlar gözləyir və qum axınları onu götürüb, aşağı ata bilər. Lakin bunu nə qədər axın 

adlandırsalar da, hər halda qum su deyil. Kiminsə qumda boğulduğunu hələ eşitməyib. 

Bel bidonlarla birlikdə evin çöl divarının yanındaydı. İtilənmiş yarımdairəvi ağzı çini parçası tək 

parıldayırdı. 


1   ...   70   71   72   73   74   75   76   77   ...   115


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə