Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7.78 Mb.
PDF просмотр
səhifə71/115
tarix25.04.2017
ölçüsü7.78 Mb.
1   ...   67   68   69   70   71   72   73   74   ...   115

Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

393 


Kobo Abe 

 

Qumluqdakı qadın 



 

Roman 

Tərcümə edəni: Balaxan Nəzərov 

 

Birinci hissə 

 



 

Avqust günlərindən birində bir nəfər qeyb oldu. O, məzuniyyətini burdan qatarla yarım günlük 

məsafədə yerləşən dəniz kənarına səyahətə həsr etmək istəyirdi və o gündən onun izi-sorağı itdi. 

Nə polisin axtarışı, nə də qəzetlərdə verilən elanlar heç bir nəticə vermədi. 

Ümumiyyətlə, adam itkisi elə də nadir hadisə deyil. Statistikaya görə, hər il qəzetlərdə bir neçə 

yüz itkin düşmüş adam haqqında məlumat çap edilir. Və nə qədər qəribə olsa da, tapılanların faiz 

göstəricisi elə də böyük deyil. Qətl və bədbəxt hadisələr zamanı müəyyən izlər qalır; adam 

oğurluğu zamanı da hadisənin səbəbini təyin etmək çətinlik törətmir. Lakin itki tamam başqa 

səbəbdəndirsə, itənin izinə düşmək çox çətin olur. Düzü, itkindüşməni kimdənsə, nədənsə qaçma 

adlandıran kimi, bu hadisələrin bir çoxunu elə adi qaçışlar silsiləsinə aid etməkdən başqa çarə 

qalmır. 

Haqqında danışılan hadisə zamanı da ortada dəlil-sübutun olmamasında qeyri-adi bir şey yox idi. 

Bu adamın yola düşdüyü yer təxmini məlum idi, lakin oradan naməlum meyit tapılması barədə 

məlumat gəlmədi. Sənəti də məxfiyyatla bağlı deyildi ki, ondan ötrü bu adamı oğurlasınlar. 

Hərəkət və davranışlarında isə qaçmaq haqqında düşündüyünə işarə belə yox idi. 

Əvvəlcə hamı, təbii ki, məsələdə hər hansı bir qadının əli olduğunu güman etdi. Lakin polis 

məmurları və iş yoldaşları arvadından öyrənəndə ki, itkin düşən öz kolleksiyası üçün həşərat 

yığmağa gedib, deyim ki, bir qədər məyus da oldular. Həqiqətən də, hansısa qadına qoşulub 

qaçmağını gizlətmək üçün bir sürü ləvazimatı – zəhər dolu şüşə qabı, həşərat tutmaq üçün əl 

torunu özünlə sürüyəsən, - bu, çox böyük hiyləgərlik olardı. Ən əsası isə, stansiya işçisi xəbər 

verdi ki, həmin gün qatardan düşən alpinist görkəmli kişinin çiynində rəssamların istifadə 

etdiyinə oxşar çarpaz asılmış taxta yeşik və su qabı vardı: onun dəqiq yadında idi ki, bu adam 

tamamilə tək idi. Beləliklə, bu gümanlar da öz-özünə qüvvədən düşdü. 

Mizantropiya zəminində özünəqəsd haqqında versiya üzə çıxdı. Bu şayiəni psixoanalizin böyük 

həvəskarı olan iş yoldaşlarından biri buraxdı. Yetkin bir adamın həşərat kolleksiyası toplamaq 

kimi mənasız bir işə aludə olması faktının özü, artıq psixi yarıtmazlığın göstəricisidir. Hətta 

uşağın da həşərat kolleksiyası toplamağa həddən ziyadə meylli olması adətən Edip kompleksi 

əlaməti sayılır. 

Yerinə yetməmiş arzularını hər nə cürsə kompensə etmək məqsədilə o, ləzzətlə sancağı artıq 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

394 


ölmüş, onsuz da heç yerə qaça bilməyəcək həşərata sancır. Və əgər, yetkinlik yaşına çatdıqdan 

sonra da şakərindən əl çəkmirsə, deməli vəziyyəti daha da ağırlaşıb. Axı entomoloqlar tez – tez 

nəyisə əldə edib, toplamaq maniyası ilə alışıb yanır, son dərəcə adamayovuşmaz olmaqla, 

kleptomaniya (oğurluğameyllilik) və pederastiyadan (uşaqbazlıq) əziyyət çəkirlər. Bütün 

bunlardan mizantropiya zəminində intihara isə cəmi bir addım qalır. Bu azmış kimi, 

kolleksiyaçılar arasında elələri var ki, nəinki təkcə kolleksiyanın özünə, ondan da çox şüşədəki 

zəhərə meyl göstərir və bu səbəbdən də öz məşğuliyyətlərindən əl çəkə bilmirlər… Bir dəfə də 

olsun maraq göstərdiyi sahə barədə açıq danışmağa meyli olmamasının özü də, ayıblı bir işlə 

məşğul olduğunu dərk etdiyinə sübut idi. 

Lakin meyidi tapılmadığından ilk baxışda məntiqli görünən bütün bu mülahizələr öz gücünü 

itirmiş oldu. 

İtkindüşmənin əsl səbəbini isə axıra qədər heç kəs bilmədi. Və Mülki kodeksin 30 - cu 

maddəsinə əsasən hadisənin üstündən yeddi il keçdiyi üçün itkin düşmüş adam ölmüş hesab 

edildi. 


 

2 ___________________________________ 

 

Bir dəfə avqustda günortadan xeyli keçmiş stansiyanın platformasında boz pike panamalı kişi 



peyda oldu. Çiyinlərində çalın - çarpaz asılmış iri taxta yeşik və su qabı vardı, şalvarının ətəkləri 

corabının içinə salınmışdı, elə bil dağa çıxmağa hazırlaşırdı. Lakin yaxınlıqda zirvəsinə çıxası bir 

dənə də olsun dağ yox idi. Və çıxışda biletləri yoxlayan stansiya işçisi onun ardınca bir xeyli 

şübhəli-şübhəli baxdı. Həmin adam tərəddüd etmədən stansiyanın yanında dayanmış avtobusa 

mindi və arxa cərgədə yer tutdu. Avtobus dağlara tam əks istiqamətdə hərəkət edirdi. 

Bu adam avtobusla axırıncı dayanacağadək getdi. Avtobusdan düşəndə buraların intəhasız enişli-

yoxuşlu bir yer olduğunu gördü. Düzənlikləri başdan-başa ensiz zolaqlara bölünmüş düyü 

sahələri zəbt etmiş, aralarında isə sanki adaymış kimi seyrək xurma ağaclığı ucalırdı. Kişi kəndi 

keçdi və irəliyə – dəniz sahilinə doğru addımladı. Ayaq basdığı yerin rəngi get-gedə daha da 

açılır və quruyurdu. 

Tezliklə evlər gözdən itdi, yalnız hərdən bir-birinə yaxın bitən şam ağacları gözə dəyirdi. 

Tədricən bərk torpaq dənəvari və ayağa yapışan quma keçdi. Adda-budda quru ot adacıqları 

qaralırdı və dəqiqliklə deyə bilərik ki, səhvən bura düşmüş quru badımcan sahələri görünürdü. 

Lakin ətrafda heç kəs yox idi. Görünür, ona tərəf istiqamət götürdüyü dəniz irəli idi.  

Nəhayət, adam dayandı, ətrafına baxıb, gödəkçəsinin qolu ilə sifətinin tərini sildi. Tələsmədən 

taxta yeşiyin qapağını açdı və oradan çubuq dəsti çıxardı. Çubuqları bir – birinə birləşdirib, 

həşəratları tutmaq üçün əl toru düzəltdi. Qarşısına çıxan seyrək ot kolcuqlarını ağacla aralaya – 

aralaya yenidən irəliyə doğru addımladı. Qumdan dəniz iyi gəlirdi. 

Amma vaxt keçir, dəniz isə görünmək bilmirdi. Ola bilsin, dərə- təpəli yer qarşıda nə baş 

verdiyini görməyə imkan vermirdi, lakin göz gördükcə landşaftın dəyişmədiyi aşkar idi. Birdən 

qarşısına kənd çıxdı. Bu, adi kasıb bir kənd idi: yanğınsöndürmə qülləsinin ətrafında üstü daşla 

basılmış nazik taxtalardan düzəldilmə damlar böyür-böyürə sıxlaşmışdı. Bir neçə evin üstü qara 

kirəmitlə, bəziləri isə hətta qırmızı boyanmış dəmirlə örtülmüşdü. Kəndin yeganə dördyolunun 

ayrıcındakı dəmir damlı ev, çox güman ki, balıqovlama artelinin idarəsi idi. 

Dəniz və qum təpələri hökmən kəndin arxasında olmalıdır. Lakin kənd nədənsə həddən artıq 

geniş əraziyə yayılmışdı. Ətrafı bir neçə münbit torpaq sahəsi, qalan yerlər isə başdan-başa 

ağappaq qumluq idi. Çox da böyük olmayan yerfındığı və kartof sahələri görünürdü; dəniz iyi 

mal-heyvan iyinə qarışmışdı. Elə bil qum və gillə sementlənmiş sərt yolun kənarında doğranmış 

ağ balıqqulağı təpəcikləri ucalırdı. Kişi yolla getdiyi müddətdə artel idarəsinin qarşısındakı 

açıqlıqda oynayan uşaqlar da, tor toxuyan qoca da, kənddə yeganə olan xırdavat dükanının 

qabağına toplaşan pərişan görkəmli qadınlar da, - hamı bir anlığa donuxub, təəccüblə onun 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

395 


arxasınca baxırdı. Amma bu adam onlara heç diqqət ayırmırdı. Onu yalnız qum təpələri və 

həşəratlar maraqlandırırdı. 

Lakin qəribə olan təkcə kəndin ölçüləri deyildi. Yol birdən dikə qalxdı. Elə bu özü də tam 

gözlənilməz bir şey idi. Axı, bu yol dənizə aparırdısa, onda təbii ki, aşağıya enməli idi. Bəlkə o, 

xəritəyə baxanda səhv edib? İstədi ki, elə indicə qarşısına çıxan qızı sorğu – suala tutsun. Amma 

qız gözlərini yerə zilləyib, yan keçdi, özünü elə apardı ki, guya sualı eşitmir. Olsun, yolumuza 

davam edək. Nə deyirsən de, qumun rəngi də, balıqçı torları da, balıqqulağı yığını da – hər şey 

dənizin lap yaxınlıqda olduğuna dəlalət edirdi. Axır ki, narahatlıq üçün əsas yoxdur. 

Yol daha da dikəlir və artıq ətrafda qumdan başqa heç nə görünmürdü. 

Amma qəribədir, evlər olan tərəf heç yarım metr də qalxmırdı. Təkcə yol özü yuxarı qalxırdı, 

kənd isə bu vaxt elə bil alçaqda qalırdı. Bununla belə, yuxarı qalxan yalnız yol deyildi. Yolla 

birgə evlərin arasındakı məsafə də artırdı. Buna görə də adama elə gəlirdi ki, bütün kənd dağa 

qalxır, təkcə evlər bir səviyyədə qalır. Qum təpəsinin yuxarısına doğru irəlilədikcə bu təəssürat 

daha da güclənirdi və tezliklə ona elə gəldi ki, evlər qumda qazılmış iri çalalarda tikilib. 

Nəhayət, onun irəlilədiyi yol və evlər arasındakı məsafə damlardan da hündür oldu. 

Qəfildən yamac demək olar ki, şaquli vəziyyət aldı. İndi onun yanından damların üstünədək 

hardasa iyirmi metr olardı ki, az olmazdı. «Nə həyat ola bilər ey, orda?» - deyə ürpəşərək dərin 

çalaya baxıb fikirləşdi. Birdən sifətinə vuran küləyin ani şiddəti kişinin nəfəsini boğdu və o, 

çalanın kənarından çəkilməyə tələsdi. Qəfildən çox-çox aşağıda, bulanıq köpüklənən, sahilboyu 

qumu yalayan dənizi gördü. Adam məhz can atdığı yerdə – qum təpəsinin lap yuxarısında 

dayanmışdı. 

Təpənin, mussonlar əsən tərəfindən dənizə baxan yamacı həmişə olduğu kimi şaquli və keçəl idi. 

Lakin bir qədər əydəmli yerlərdə ensiz yarpaqlı ot kolcuqları göyərmişdi. Ətrafa göz gəzdirəndə, 

təpənin lap uc hissəsinə yaxınlaşdıqca daha da dərinləşən nəhəng çuxurların eninə kəsilmiş arı 

şanısı kimi qat-qat kəndin mərkəzinə meylləndiyini gördü. Elə bil ki, kənd təpəyə dırmaşırdı. 

Bəlkə də, əksinə. Hər halda, kəndin görkəmi adamı qıcıqlandırır, darıxdırırdı. 

Nə isə, arzuladığı təpələrə çatıb və hər şey qaydasındadır. O, su qabından iri bir qurtum vurdu

dərindən nəfəs aldı, lakin ilk baxışda çox təmiz görünən hava boğazını sumbata kimi yandırdı. 

Adam, kolleksiyasını qumda yaşayan həşəratlarla zənginləşdirmək istəyirdi. 

Qum həşəratlarının rəngi tutqun, özləri isə çox iri olmur, lakin kolleksiya toplamaq maniyası ilə 

alışıb yanan adamı nə parlaq qanadlı kəpənəklər, nə də ki, iynəcə maraqlandırır. O, öz 

kolleksiyasını ekzotik nümunələrlə bəzəmək istəmir, sistemliliyə xüsüsi maraq göstərmir, çin 

təbabətində istifadə olunan dərmanlar üçün xammal axtarışı ilə məşğul olmur. Entomoloqun 

sadə, ürəkdən gələn bir sevinci var – yeni növün tapılıb üzə çıxarılması. Nail oldunmu? O dəqiqə 

entomoloci atlasda, yenicə tapılmış həşəratın latınca yazılmış uzun elmi adının yanında sənin də 

adın peyda olacaq və istisna deyil ki, bu ad orada əsrlərlə qalacaq. Sənin adın, lap tutaq ki, 

həşəratın sayəsində də olsa, insanların yaddaşında uzun müddətə qalırsa, bu o deməkdir ki, 

əziyyətin hədər getməyib. 

Gözlə görünməyən sonsuz sayda həşərat növləri yeni kəşflər üçün geniş imkanlar açır. Elə özü 

də uzun müddət ikiqanadlı və insanların zəhləsini tökən adi ev milçəklərini toplamağa vaxt sərf 

etdi. Milçəyin növləri nə qədər qəribə olsa da, həddən ziyadədir. Lakin bütün entomoloqların 

məqsədi bir istiqamətdə inkişaf etdiyindən, onlar demək olar ki, çox az rast gəlinən, Yaponiyada 

tapılmış səkkizinci mutant da daxil olmaqla bu növlərin bir çoxunu öyrənib qurtarıblar. Ola 

bilsin bu, insanların həyatı ilə milçəklərin həyatının sıx bağlı olduğundan irəli gəlir. İlk növbədə 

diqqəti mühitə yönəltmək məqsədəuyğundur. Milçək növlərinin çoxsaylı olması onların böyük 

uyğunlaşma qabiliyyəti ilə izah olunur. O, bu kəşfi edəndə sevincindən göyə tullandı. Mənim 

fikrim heç də axmaq fikir deyil. Milçəklərin başqa həşəratların yaşaya bilmədiyi ən əlverişsiz 

mühitdə belə yaşaya bilməsi faktı onların böyük uyğunlaşma qabiliyyəti ilə izah edilir. Onlar, 

məsələn, hətta bütün canlıların məhv olduğu səhrada yaşamağa da uyğunlaşa biliblər… 

Bu qənaətə gəlincə, o, qumluqlara xüsusi diqqət ayırmağa başladı. Nəticə özünü çox gözlətmədi. 

Bir dəfə o, evinin yaxınlığında yerləşən 

qurumuş çay yatağında sərtqanadlılar fəsiləsinə aid olan qabarböcəyini xatırladan lap xırdaca 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

396 


sarımtıl həşərat gördü (Cicindela Japonica, Motshulsky). Məlumdur ki, qabarböcəklər müxtəlif 

rənglərdə və ölçülərdə olurlar. Lakin onların qabaq pəncələri bir – birindən çox da fərqlənmir.Elə 

bu da onların təsnifatı üçün əsas amillərdən biridir, belə ki, qabaq pəncələrin fərqi növ fərqini 

təyin edir. Gözünə dəyən həşəratın qabaq pəncəsinin ikinci buğumu həqiqətən də, diqqətçəkən 

xüsusiyyətə malik idi. 

Qabarböcəkkimilərə aid olan həşəratların qabaq pəncələri adətən, nazik, qara və olduqca 

hərəkətli olur; bu milçəkdə isə yumru, kök, elə bil möhkəm çanaqla örtülü olmaqla rəngi sapsarı 

idi. Ola bilsin ki, pəncələrə tozcuqlar yapışmışdı. Ola da bilsin, tozcuqları yığmaq üçün həşəratda 

tükcük kimi xüsusi bir şey vardı. Əgər həşərata baxış zamanı ciddi bir səhv buraxmayıbsa, onda 

çox güman ki, vacib bir kəşf edib. 

Amma təəssüf, bu həşəratı tutmaq ona nəsib olmadı. Həddən artıq həyəcanlı idi, sözün açığı 

milçək özü də bir ayrı cür uçurdu. O, uçub getdi. Sonra isə qayıdaraq onun yaxınlaşmasını 

gözləməyə başladı, sanki: «Tut görüm, necə tutursan» - demək istəyirdi. O, inanaraq 

yaxınlaşanda, milçək yenə uçdu, qayıtdı və yenə gözləməyə başladı. Elə bil ki, onu ələ salırdı, 

sonra isə birdəfəlik otluqda gizləndi. 

Bax beləcə o, sarı qabaq pəncəli bu qabarböcəyinin əsirinə çevrildi. 

Qumluq yerə diqqət yetirərkən öz gümanlarına daha da əmin oldu. Axı qabarböcəyi tipik səhra 

həşəratı idi. Nəzəriyyələrdən birinə görə, bu böcəklərin qeyri – adi uçuşu, xırda heyvanları öz 

yuvalarından aldadıb çıxarmaq üçün tələdən başqa bir şey deyil. Böcəklərin bu yolla cəlb 

etdikləri siçanlar, kərtənkələlər öz yuvalarından səhranın içinə doğru uzaqlaşır və orda aclıqdan, 

yorğunluqdan məhv olurlar. Böcəklər də elə bunu gözləyirmişlər kimi, onların üstünə düşüb 

yeyirlər. Bu böcəklərin «məktubpaylayan» kimi zərif yapon ayaması var və baxmayaraq ki, onlar 

ilk nəzərdə cazibədar görünürlər, əslində çox iti çənələri var, elə qaniçəndirlər ki, hətta biri – 

birilərini yeməkdən belə çəkinmirlər. O, bu nəzəriyyənin doğru olub olmadığını bilməsə də, heç 

şübhəsiz, qabarböcəyinin sirli uçuşunun əsiri oldu. 

Təbii ki, onun qabarböcəyinin yaşaması üçün münbit şərait yaradan qumluqlara da marağı artdı. 

O, qum haqqında ədəbiyyat oxumağa başladı və nə qədər çox oxuyurdusa, bir o qədər də qumun 

çox maraqlı bir hadisə, təzahür olduğuna əmin olurdu. Məsələn, ensiklopediyada qum 

haqqındakı məqalədə bunları oxumaq olar: 

«Qum - dağılmış dağ suxurlarının bir yerə yığılmasıdır. Tərkibcə özündə maqnetit, kasiterit, bəzi 

hallarda isə qızıl tozu və qumu birləşdirir. Diametri on altıda bir millimetrdən on altıda iki 

millimetrədək olur». 

Necə də aydın tərifdir! Qısası, qum dağılmış dağ suxurlarından yaranır və hardasa kiçik daşla gil 

arasında olan bir nəsnədir. Lakin qumu aralıq məhsul adlandırmaq hələ tam izah vermək demək 

deyil. Nə üçün torpağı təşkil edən bu üç elementdən - daş, qum, gilin mürəkkəb birləşməsindən, 

yalnız qum təcrid olunmuş vəziyyətdə qala, səhra və qumluq ərazilər yarada bilir? Əgər bu, 

yalnız aralıq məhsul olsaydı, onda daz qayalarla gil sahələri arasındakı erroziya nəticəsində 

onların qarşılıqlı təmasından əmələ gələn saysız aralıq məhsullara rast gəlinərdi. Axı əslində 

aydın şəkildə seçilən cəmi üç suxur növü məlumdur: qaya, qum və gil. Bu da maraqlıdır ki, qum 

dənələrinin ölçüsü demək olar həmişə eynidir: istər Enosima adaları sahillərindəki qum olsun, 

istərsə də Qobi səhrasındakı – bu, orta hesabla millimetrin səkkizdə birinə bərabərdir. 

Bir elmi əsərdə torpağın erroziya nəticəsində dağılmasına son dərəcə sadə bir izah verilmişdi: 

yüngül elementlər çox böyük məsafələrə yayılır. Lakin burada millimetrin səkkizdə birinə 

bərabər olan qum dənəsinin ölçü xüsusiyyəti tamamilə izahsız qalırdı. Geologiya üzrə başqa bir 

elmi əsərdə isə bunun tamam əksi izah olunurdu. 

«Su və hava axını burulğan yaradır. Burulğan dalğasının ən qısa uzunluğu səhradakı qum 

dənəsinin diametrinə ekvivalentdir. Məhz bu xüsusiyyətinə görə, burulğan zamanı torpaqdan 

ancaq qum xaric olur, özü də burulğana nəzərən düz bucaq altında. Əgər torpağın ayrı-ayrı 

komponentləri arasında bağlılıq gücü zəifdirsə, onda qum daş və gili qaldıra bilməyən hətta çox 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

397 


zəif küləkdə də havaya qalxa bilər. Sonra isə qum küləyin əsmə istiqamətində bir qədər 

irəlilədikdən sonra yenidən yerə enir. Görünür, qumun xüsusiyyətləri aerodinamika nəzərindən 

öyrənilməlidir». 

Yuxarıdakı tərifi davam etdirək: 

«… yəni, onları daha da fəal edən belə ölçülü dağılmış dağ suxurlarının hissəcikləri». 

Yerdə həmişə külək və su axınları mövcud olduğundan, qumların yaranması qaçılmazdır. Və nə 

qədər ki, küləklər əsəcək, çaylar axacaq, dənizlər öz dalğalarını diyirlədəcək, yerdən hər dəfə 

yeni – yeni qum kütləsi çıxacaq və canlı orqanizm kimi hər yana yayılacaq. Qum dincəlmək 

nədir, bilmir. Hiss olunmadan, lakin israrla hər yeri zəbt edib, dağıdır… 

Əbədi hərəkət edən bu qum mənzərəsi onu sözlə ifadə edilə bilməyən bir şəkildə həyəcanlandırır 

və sanki qamçılayırdı. Qumun faydasız olması, adətən təsəvvür edildiyi kimi təkcə onun 

susuzluğu ilə deyil, heç bir canlının dözə bilməyəcəyi fasiləsiz hərəkətilə izah edilir. Bu necə də 

günü-gündən bir-birindən yapışan insanların kədərli həyatına bənzəyir. 

Bəli, qum həyat üçün elə də yararlı deyil. Lakin sarsılmazlıq həyat üçün beləmi mütləq vacib 

şərtdir? Məgər iyrənc rəqabətçilik möhkəmliyini, sarsılmazlığını təsdiq elətdirməyə çalışmaq 

uğrunda mübarizədən doğmurmu? Əgər möhkəmliyini bir kənara atıb, özünü qumun hərəkətinə 

tabe etsən, onda rəqabət də qurtarar. Axı səhrada da güllər bitir, həşəratlar və heyvanlar yaşayır. 

Bütün bu canlı orqanizmlər uyğunlaşmanın gücünün sayəsində rəqabət çərçivəsindən canını 

qurtarmışlardır. Elə bu qabarböcəklərinin özləri kimi… 

O, xəyalında qumun hərəkətini çəkdi və artıq onda hallüsinasiyalar başladı – özünü də bu sonsuz 

axında hiss etdi. 

 

3 ____________________________ 



 

Kişi başını aşağı salıb, qala səddi kimi kəndi aypara şəklində dolanan qum təpəsinin diki ilə 

yenidən irəli addımladı. O, demək olar ki, irəlidə nə baş verdiyinə fikir vermirdi. Entomoloq 

üçün vacib şərt odur ki, bütün diqqətini ancaq öz ayağından üç metrlik məsafədəki radiusda 

cəmləsin. Və daha bir vacib şərt – kürəyi günəşə dayanmamaq. Əgər günəş səndən arxada qalsa, 

onda öz kölgənlə həşəratı hürküdə bilərsən. Buna görə də, günəş həşərat ovçularının alın və 

burnunu eyni vaxtda yandırıb qaraldır. 

Kişi aram və səlis addımlarla irəliyə addımlayırdı. Hər bir addımı atdıqca, qum çəkmələrinə 

səpələnirdi. Ətrafda, orda-burda kökünü çox da dərinə buraxmayan, bir balaca artıq rütubət 

olarsa, elə bu dəqiqə gül açmağa hazır olan ot kolcuqlarından başqa, bir dənə də olsun canlı yox 

idi. Uçan bir şey gözə dəyirdisə də, o da insan tərinin iyinə gəlmiş tısbağa çanağı rəngində 

böcəklər idi. Bax, elə arzular da çox vaxt belə yerlərdə çin olur. Düzdü, qabarböcəklər sürü ilə 

yaşamağa meylli deyillər və elə hallar olur ki, bir böcək ətrafda özü üçün kilometrlərlə ərazi zəbt 

edir. Nə edəsən – axtarışları israrla davam etdirmək lazım gəlir. 

O, birdən dayandı. Otluqda nəsə tərpənirdi. Bu, hörümçək idi. Hörümçək onun nəyinə lazım? 

Siqaret çəkmək üçün aşağı oturdu. Dənizdən fasiləsiz külək əsir, aşağıda isə parça – parça ağ 

dalğalar qum təpəsinin ətəklərini gəmirirdi. Orda–qum təpəsinin qərb sonucu qurtaran yerdə, 

dənizdə çox da iri olmayan qayalıq seçilirdi. Qayalığın üstünə günəş şüaları iti iynə kimi 

səpələnmişdi. 

Kibrit heç cür yanmaq istəmirdi. Onunu yandırdı – hamısı da hədərə. Qum dalğası yerə atılmış 

kibrit çöpləri boyunca demək olar ki, saniyəölçən sürətilə hərəkət edirdi. O, çox da iri olmayan 

qum dalğası gördü və bu dalğa çəkmələrinin dabanına çatınca ayağa qalxdı. Şalvarının 

qırışlarından yerə qum töküldü. O, tüpürdü – elə bil ağzına sürtkəc sürtdülər. 

Burda həşəratlar gözlənildiyindən az deyilmi? Bəlkə qumun hərəkət sürəti həddən artıqdır? Yox, 

məyus olmaq hələ tezdir. Axı nəzəri cəhətdən burada həşəratlar olmaya bilməz. 

Qum təpəsinin üstü bir qədər hamarlandı, bəzi yerlərdə isə o, dənizdən uzaqlaşırdı. Şikar tutmaq 

arzusuyla maili enişlə enməyə başladı. Orda – burda qumun hərəkətini əngəlləmək üçün istifadə 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

398 


olunmuş bambuk sipər qalıqları vız dururdu və bir qədər aşağıda terras görünürdü. Kişi küləyin 

maşın dəqiqliyi ilə çəkdiyi qum naxışlarını yarıb keçərək irəliyə addımladı. Qəfildən onun görüş 

dairəsindən hər şey yox oldu və dərin bir dərənin kənarında dayandığını gördü. 

Dərənin eni iyirmi metrdən çox olmaqla, kələ-kötür dairə formasında idi. Qarşı divarı nisbətən 

maili, onun dayandığı yer isə demək olar ki, dikinə kəsilmişdi. Dərənin çini fincan kimi hamar 

olan qabarıq tərəfi çox sürüşkən idi. Ayağını ehtiyatla dirəyib, aşağı baxdı. Ancaq bu vaxt başa 

düşdü ki, ətraf aydın olsa da, axşam düşür. Dərənin lap dibində, zülmət dərinliyin içində sükuta 

qərq olmuş bir daxma vardı. Damının bir tərəfi maili qum divara girmişdi. «Əsl ilbiz qabığıdır, - 

deyə fikirləşdi – Burda nə edirsən et, qumun qoyduğu qayda – qanunun əksinə gedə 

bilməzsən…» 

Elə fotoaparatını sazlayırdı ki, qum ayağı altından xışıldayaraq aşağı sürüşdü. Qorxub ayağını 

çəkdi, qum isə bir müddət axmaqda davam etdi. Qumun müvazinəti necə də səbatsızdır! 

Həyəcandan tövşüyüb, nəmlənmiş ovuclarını şalvarına sildi. 

Kimsə arxada öskürdü. Demək olar ki, lap yanında, az qala çiyinlərinə toxunacaq qədər yaxın 

məsafədə hardan peyda olduğu naməlum olan bir qoca dayanmışdı, görünür yerli balıqçılardan 

idi. Fotoaparata, sonra isə dərənin dibinə baxıb, gülümsəyərək aşılanmış sifətini qırışdırdı. Qan 

qoymuş gözlərinin qıraqlarında nəsə yapışqan kimi bir şey yığılmışdı. 

- Nədi, yoxlamadı? 

Səsini külək aparır, əl radiosundan çıxırmış kimi küt, şəffaf gəlirdi. Amma tələffüzü aydın idi, 

başa düşülürdü. 

- Yoxlama? – Adam özünü itirmiş halda ovcu ilə obyektivin gözünü qapadı və qocanın diqqətini 

çəksin deyə əli ilə əl torunun ora – burasını düzəltdi. – Siz nə demək istəyirsiniz? Mən nəsə sizi 

anlaya bilmirəm… Mən, belə demək mümkünsə, həşərat kolleksiyası toplamaqla məşğulam. 

Peşəm – bu qumluqlarda dolaşan həşəratlardır. 

- Nə? – Qoca elə bil heç nə başa düşmədi. 

- Hə – şə – rat – la – rın kol – lek – si – ya – sı – nı! – qışqıraraq təkrar etdi. – Hə – şə – rat – la – 

rın, başa düşürsüz, hə – şə – rat – la – rın! Mən onları tuturam! 

- Həşəratları? – qoca heç şübhəsiz inanmayaraq, üzünü çevirib tüpürdü. Ya da, belə demək 

olarsa, dodağından tüpürcək sallandı. Külək tüpürcəyi qapıb, uzun sap kimi uzatdı. Əslinə 

baxanda, onu belə nə narahat edir? 

- Bu ərazidə nəsə yoxlama gedir? 

- Yox, əgər siz yoxlayıcılardan deyilsinizsə, nə istəyirsiz edin, mənə dəxli yoxdur. 

- Yox, yox, mən təftişçilərdən deyiləm. 

Qoca hətta sağollaşmadan ona arxa çevirdi və həsir səndəlinin burnu ilə yeri qaza – qaza, qum 

təpəsinin diki ilə ağır – ağır getməyə başladı. 

Əlli metr aralıda, görünür qocanı gözləyən eyni geyimli üç kişi çömbələrək oturmuşdu. Bunlar 

nə vaxt peyda oldu? Deyəsən onlardan birində, aramsız olaraq dizinin üstündə hərlədiyi durbin 

vardı. Qoca onlara yaxınlaşdı və dördü də bir – birinin ayağı altından qumu qaza – qaza nə 

barədəsə müzakirəyə başladılar; deyəsən mübahisə edirdilər. 

Artıq axtardığının – öz milçəyinin dalınca getməyə hazırlaşırdı ki, qoca tövşüyə – tövşüyə onun 

yanına qaçdı. 

- Dayanın, siz doğrudanmı prefekturadan deyilsiniz? 

- Prefekturadan?.. Yox əşşi, siz yanılırsız. 

«Həvəsdir, bəsdir» - fikirləşdi və vizit kartını zəhlətökən qocaya tərəf uzatdı. O, isə dodaqlarını 

əsdirə – əsdirə bir xeyli kartı oxudu. 

- H – ə – ə, siz müəllimsiniz… 

- Görürsüz, mənim prefektura ilə heç bir bağlılığım yoxdur. 

- Aha, demək siz müəllimsiniz… 

Deyəsən, axır ki, başa düşdü; qoca gözlərini qıyıb, vizit kartı da əlində o birilərinin yanına 

qayıtdı. Elə bil, vizit kartı onları bir qədər sakitləşdiridi. Qalxdılar, çıxıb getdilər. 

Lakin qoca yenidən qayıtdı. 

- Yaxşı, bəs indi nə etmək fikrindəsiz? 


1   ...   67   68   69   70   71   72   73   74   ...   115


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə