Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7.78 Mb.
PDF просмотр
səhifə72/115
tarix25.04.2017
ölçüsü7.78 Mb.
1   ...   68   69   70   71   72   73   74   75   ...   115

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

399 


- Həşərat axtarmağa gedəcəm.. 

- Axı siz axırıncı avtobusa gecikdiniz. 

- Burda gecələməyə bir yer tapa bilmərəmmi? 

- Gecələmək? Bu kənddə? – qoca səksəndi. 

- Əgər burda olmasa, qonşu kəndə gedərəm. 

- Gedərsiz?.. 

- Ümumiyyətlə, mən heç hara elə də tələsmirəm… 

- Yox, yox, niyə özünüzü əziyyətə salırsız… - Qoca birdən – birə lütfükar oldu və söhbətcil 

adamlar kimi davam etdi: - Özünüz görürsünüz, kasıb kənddir, bir dənə də münasib ev yoxdur, 

amma etiraz etmirsizsə, sizə kömək edərəm, kiməsə ağız açaram. 

Pisniyyətə oxşamırdı. Görünür, onlar nədənsə ehtiyat edirlər, - ola bilsin prefekturadan yoxlama 

üçün göndərilən məmur gözləyirlər. İndi, onların qorxu – hürküsü çəkilib gedəndən sonra, yenə 

əvvəlkitək sadə, üzügülər balıqçıldardı. 

- Hədsiz minnətdar olaram… Əlbəttə, sizə də xəcalətli qalmaram. Ümumiyyətlə, mən belə kənd 

evlərində gecələməyi xoşlayıram. 

 

4 ________________________________ 



 

Gün əyildi, külək bir az sakitləşdi. Kişi, qumda küləyin çəkdiyi naxışlar gözlə seçilənədək 

təpənin üstündə ora – bura gəzdi. 

Sözün düzü, ov çox da uğurlu alınmadı. 

Sisəy və düzqanadlılar dəstəsindən olan ağbığ qulağagirən. 

Atlı qarışqalar və bir dənə də başqa həşərat,- o, atlı qarışqaların bir növü olan bu həşəratın adını 

dəqiq bilmirdi. 

Axtardığı sərtqanadlılardan isə təkcə taxılbitləri və uzunayaqlı «məktubpaylayan». 

Əslinə baxanda səfərinin əsas məqsədi olan milçəklər ailəsindən isə bir dənə də olsun nümunə 

ələ keçməmişdi. Ola bilsin, sabahkı qənimətlər ürəkaçan oldu… 

Yorğunluqdan gözlərinin qabağında sönük işıq zolağı uçuşurdu. Birdən qeyri – iradi dayandı və 

artıq tündləşən qum təpəsinin səthinə diqqətlə baxmağa başladı. Artıq ondan asılı deyildi: 

hərəkət edən nə görürdüsə, qabarböcəyi bilirdi. 

Qoca söz verdiyi kimi, onu artel idarəsinin qarşısında gözləyirdi. 

- Sizə əziyyət verdim… 

- Yox canım, təki sizin xoşunuza gəlsin… 

Görünür, idarədə nə barədəsə müzakirə gedirdi. Dörd və ya beş kişi dövrə vurub oturmuşdu, 

gülüş səsləri eşidilirdi. Artırmanın üzərinə üstünə «Vətənə sevgi hissinə sadiq ol» sözləri 

yazılmış böyük bir parça asılmışdı. Qoca nəsə donquldandı – gülüş o dəqiqə kəsildi. Elə bil bir 

qədər həvəssiz irəli addımladı, kişi də onun arxasınca. Balıqqulağı ilə örtülmüş yol qürübda 

ağappaq ağarırdı. 

Nəhayət, qum təpəsinin lap dikində yerləşən çuxurlardan birinə yaxınlaşdılar. Kənd burda 

qurtarırdı. 

Onlar sağa, dikdən aşağı aparan cığıra tərəf döndülər, bir qədər keçmiş qoca qaranlıqda itdi, əlini 

əlinə vurub, bərkdən çağırdı: 

- Ay nənə, hardasan? 

Aşağıda, az qala ayaqlarının altındakı qaranlıqda fənər işığı göründü. 

- Burda, burda… Nərdivan çuvalların yanındadır. 

Doğrudan da, bu dərədən pilləkənsiz çıxa bilməzsən. Aşağıdakı bu ev kimi daha üç evi bir-

birinin üstünə qoymaq olar; hətta nərdivanla da ora çıxmaq müşküldür. Yamac demək olar ki, 

şaqulidir, amma gündüz, dəqiq yadındadır, ona elə gəlmişdi ki, mailidir. Nərdivana güman yox, 

özü də ki, cürbəcür kəndirlərlə bağlanıb və əgər müvazinətini itirsən, hardasa ortadan dolaşacaq. 

Lap təbii qalada yaşamağa oxşayır. 

- Heç nədən narahat olmayın, dincəlin… 

Qoca aşağı düşmədi, bir az dayanıb getdi. 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

400 


Kişi başdan – ayağa qum içində idi və bir anlıq uşaqlığına qayıtdığını düşündü. Onu fənərlə 

qarşılayan qadını nənə deyə çağırırdılar və o, bu qadını qoca arvad bilmişdi, sən demə, xoşsifət, 

çox cavan, otuz yaşlarında, bəstəboy bir qadın imiş. Görünür o, sifətini pudralamışdı! – dəniz 

kənarında yaşayan qadın üçün sifəti həddən artıq ağ idi. Qısası, onu gülər üzlə, süni olmayan 

sevinclə qarşıladığı üçün o, qadına minnətdar idi. 

Açığı, qonaqpərvərliklə qarşılanmasaydı, bu daxmanın kandarından içəri girməyə özünü məcbur 

edə bilməzdi. Yəqin ki, ələ salındığını fikirləşib, o dəqiqə burdan qaçardı. Divarlar qopub 

tökülmüşdü; qapı əvəzinə həsir sallanırdı; damı saxlayan dirəklər əyilmişdi; pəncərələrə taxta 

vurulmuşdu; döşəməyə sərilmiş saman döşəklər dağılmağa hazır vəziyyətdəydi və üstünə ayaq 

basanda yaş məsaməli rezin hopduran kimi fırçıldayırdı. Və bütün bunlardan əlavə – iyrənc, 

yetişmiş qumun çürümüş iyi. 

Lakin axı hər şey ovqatdan asılıdır. O, qadının qonaqpərvərliyi qarşısında mat qalmışdı. Eybi 

yox, deyə özünü sakitləşdirirdi, belə şeylər ildə, ayda bir dəfə olur. Bəlkə bəxtim gətirdi, maraqlı 

bir həşərata rast gəldim. Hər halda belə yerlərdə həşəratlar at oynadır. 

Zənni onu aldatmamışdı. Düz torpaq döşəmədə qazılmış ocağın kənarında, təklif edilən yerdə 

oturmağa macal tapmamış, yağış yağırmış kimi xışıltı eşidildi. Bu, birə yığını idi. Amma onu 

belə şeylərlə qorxutmaq olmaz. Entomoloq belə gözlənilməzliklərə həmişə hazırdır. Sadəcə, 

paltarının astarına xüsusi dərman səpmək, yuxudan qabaqsa bədənin açıq yerlərinə həşərat 

əleyhinə maz çəkmək lazımdır. 

- Mən yemək hazırlayıram, ona görə də hələlik… - qadın əyilib, lampanı götürdü, - bir qədər 

qaranlıqda oturmalı olacaqsınız. 

- Sizdə lampa cəmi bir dənədir? 

- Hə, təəssüf ki… 

Qadın günahkarcasına gülümsədi, - sol yanağında çuxur əmələ gəldi. Bu qadının çox cazibədar 

sifəti var, deyə fikirləşdi. 

Lakin gözlərinin qəribə ifadəsi vardı. Ola bilsin, bu, xəstəliklə əlaqədardır. İltihablamış göz 

qapaqlarını hətta pudra da gizlədə bilmirdi. Yuxudan qabaq gözlərinə damcı dərmanı töksə, pis 

olmaz… 


- Yemək yeməmişdən qabaq çimmək istəyərdim. 

- Çimmək? 

- Nədi ki, mümkün deyil? 

- Çox təəssüf, birisi günə qədər gözləməli olacaqsınız. 

- Birisi günə qədər? Axı birisi gün mən artıq burda olmayacam, - özündən asılı olmayaraq 

bərkdən güldü. 

- Doğrudan?.. 

Qadın üzünü çevirdi, çiyinləri əsdi. Yəqin dilxor oldu. Bu kənd camaatı hisslərini gizlətməyə heç 

çalışmır da. Pərt olub, utandığından dodaqlarını gəmirirdi. 

- Yaxşı, əgər çimməyə yer yoxdursa, yetər ki, sadəcə başımdan su axıdım. Yoxsa, başdan ayağa 

qumun içindəyəm… 

- Üzürlü hesab edin, su cəmi bir vedrə qalıb… Axı quyu çox uzaqdadır… 

Nəsə məzlum qadındır. Yaxşı, daha heç bir söz deməyəcəm. Tezliklə özü də əmin oldu ki, burda 

çimmək tamamilə mənasız bir işdi. 

Qadın qaynadılmış balıq və molyusk şorbası gətirdi. Qısası dənizkənarı qida və bu, heç də pis 

deyildi. O, yeməyə girişmişdi ki, qadın onun başı üzərində böyük bir kağız çətir açdı. 

- Bu nə üçündür? («Yəqin, nəsə yerli adətdir».) 

- Yoxsa qum yeməyin içinə düşər. 

- Niyə? – O, tavana baxdı və nə qədər təəccüblü olsa da, bir dənə də olsun çat – filan görmədi. 

- Bilirsiz, qum… - Qadın da tavana baxdı. – Hər yerdə uçuşur… Bir gün süpürməyəndə, üç 

barmaq qalınlığında yığılır. 

- Bəlkə dam köhnəlib? 

- Yox, fərqi yoxdur, dam lap təzə olan vaxtlarda da qum bura düşürdü… Doğrudan da, qumdan 

dəhşətli heç nə ola bilməz. Ağacovandan da pisdi. 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

401 


- Ağacovan? 

- Belə böcəklərdi, ağac ovurlar. 

- Yəqin termitlərdi. 

- Yox, bilirsiz, bərkdilər. 

- A – a, onda odunböcəyidir. 

- Odunböcəyi? 

- Qırmızımtıl, uzunbığlı. Onlardı? 

- Yox, yox, bunlar düyü boydadılar, rəngləri də qəhvəyi. 

- Hə, belə de. Onda bu, yarpaqyeyəndi. 

- Əhəmiyyət verməsən, bax o boyda taxta dirəyi bir dəqiqədə çürüdər. 

- Nə, yarpaqyeyən? 

- Yox, qum. 

- Niyə? 

- Bütüm dəlmə-deşiklərdən özünə yol tapır. Külək pis tərəfdən 

əsəndə isə, qum çardağa yığılır, əgər yığışdırmasan, o qədər toplanacaq ki, tavandakı taxtalar 

dözməyəcək. 

- Hə, qumun çardaqda yığılmasına yol vermək olmaz… Amma 

dirəkləri çürüdəcək demək sizə bir qədər qəribə gəlmirmi? 

- Niyə ki, çürüdəcək. 

- Məgər qum özü çox quru olması ilə seçilmirmi? 

- Baxmayın, çürüdəcək… Bax, sizə deyirəm, təptəzə getanın (1) qumunu təmizləmədən qoyun – 

yarım aydan sonra ondan bir şey qalmayacaq. 

- Başa düşmürəm niyə.  

 

___________________________________________________________ 



(1) Geta – taxta ayaqqabı 

 

- Ağac çürüyür, onunla birgə qum da çürüyür… Üstünü qum basmış tavan taxtalarını qazıb 



çıxarmağa çalışın, - piylənmiş torpaq görəcəksiz, lap götür xiyar yetişdir. 

- Boş söhbətdi! – kişi həqarətlə üz – gözünü turşutdu. Ona elə gəldi ki, qum haqqında 

təsəvvürləri qadının avamlığıyla təhqir edilir. – Axı mən özüm də qum haqqında bir şey 

bilirəm… Bilirsiz, bax bu qum var ha, il boyu beləcə hərəkət edir… Onun canı hərəkətdədir… 

O, heç yerdə ləngimir – nə suda, nə havada, - özü – özü üçün hərəkətdədir… Elə buna görə də 

qumluqda hər canlı yaşaya bilmir… Bu, çürüməni doğuran bakteriyalara da aiddir… Əgər 

bilmək istəyirsinizsə, qum təmizlik rəmzidir, o, daha çox çürüməni dəf edir və onun özünün 

çürüdüyünü demək ağılsızlıqdır… Siz hələ deyirsiniz ki, qum çürüyür… Elə ondan başlayaq ki, 

qum çox nəcib mineraldır. 

Qadın özünü itirmiş halda susurdu. Kişi qadının hələ də onun başı üzərində tutduğu çətirin 

altında, daha heç bir söz demədən naharını tez-tələsik yekunlaşdırırdı. Çətirin üstü qumla elə 

örtülmüşdü ki, barmaqla yazı yazmaq olardı. 

Dözülməz rütubət vardı. Yox, qum nəm deyildi, sadəcə bədənin özünə rütubət hopmuşdu. Damın 

üstündə külək vıyıldayırdı. Siqaret üçün əlini cibinə saldı – cibi qumla doluydu. Kişi hələ 

siqaretini yandırmamışdan, ağzında tütünün acısını hiss etdi. 

Yaxşı olar ki, içində zəhər olan bankadan həşəratları çıxarım. Nə qədər ki, qupquru olmayıblar, 

sancaqlayıb, heç olmasa pəncələrini hamarlayım. Qadının evin yanındakı talvarın altında qab-

qaşıq yuduğu eşidilirdi. Görünür, ondan başqa burda heç kəs yaşamır. 

Qadın qayıtdı və sakitcə evin küncündəki yatağı döşəməyə başladı. Əgər mən burda uzansam

bəs onda o özü harda gecələyəcək? Hə, əlbəttə, həsirin arxasındakı o dal otaqda. Deyəsən heç 

başqa otaq yoxdur. Amma bir az qəribədir – qonağı qapısı küçəyə açılan aralıq otaqda 

yatızdırırsan, özün isə arxa otaqda. Bəlkə, ola bilsin, orda tərpənə bilməyən ağır xəstə yatır… 

Hə, görünür bu, ağlabatan fərziyyədir. Hər halda, məhz belə düşünmək ən düzgünü olar. Çətin 

ki, tənha bir qadın hər yoldan ötənin qayğısına qalsın. 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

402 


- Burda bizdən başqa kimsə var?.. 

- Kimsə?.. 

- Ailə üzvlərindən… 

- Heç kəs, mən tək-tənhayam. – Qadın deyəsən onun fikirlərini oxudu və gözlənilmədən utana-

utana güldü. – Bu qumun üzündən hər şey nəm çəkib, hətta yorğan da… 

- Bəs sizin əriniz hardadır? 

- Keçən ilki qasırğada… - Qadın yorğan-döşəyi təkrar-təkrar əli ilə saylayıb çırpırdı, bir sözlə 

lazımsız bir işlə məşğul idi. – Buralarda qasırğalar dəhşətli olur axı… Qum bura şəlalədən 

tökülən kimi, gurultu ilə tökülür. Gözünü açıb yumunca bir dze, bir də gördün, iki-üç dze silib 

süpürdü. 

- Axı, iki dze altı metrdi… 

- Belə olanda qumu nə qədər təmizləsən də, çatdırmaq olmur. Hə, onu deyirdim axı, ərim 

qışqırdı ki, toyuq damı təhlükədədir. Və qızımla birgə, onda qızım artıq məktəbə gedirdi, evdən 

bayıra atıldı… Mənsə çıxa bilmirdim – çalışırdım ki, heç olmasa evə xətər toxunmasın… 

Nəhayət, səhər açıldı, külək ara verdi və mən çıxdım. Hinin izi – tozu da qalmamışdı. Onları da 

tapa bilmədim… 

- Qum örtmüşdü? 

- Hə, tərtəmiz. 

- Dəhşətdir… Qorxulu hadisədir. Qum və belə bir iş… Dəhşətdir… 

Gözlənilmədən lampa avazımağa başladı. 

- Yenə də qum. 

Qadın dizləri üstə dikəlib, əllərini uzatdı və gülə-gülə barmaqlarıyla fitildən yapışdı. Lampanın 

işığı o dəqiqə artdı. Elə dizləri üstə dayanıb, diqqətlə alova baxırdı, sifətində isə əzbərlənmiş bir 

təbəssüm donmuşdu. Yəqin yanağındakı çuxuru gözə soxmaq üçün bilə – bilə edirdi. Kişinin 

bədəni qeyri – iradi gərildi. Bu, həyasızlığın son həddi idi, axı elə bu dəqiqələrdə qadın öz 

yaxınlarının tələf olması barədə danışırdı. 

 

5______________________________________ 



 

- Ey, orda kim var? Biz bir nəfər üçün də bel və bidon gətirmişik. 

Uzaqdan gələn səs aydın eşidilirdi, - yəqin səsgücləndirici boruya qışqırırdılar, - və bu səs 

onların arasında yaranmış pərtliyi aradan götürdü. Sonra isə yerə tökülən dəmir-dümürün səsi 

gəldi. Qadın hay vermək üçün yerindən qalxdı. 

Kişi acıqlanmışdı: ona məlum olmayan nəsə baş verirdi. 

- Nə baş verib? Demək, burda daha kimsə var! 

- Lazım deyil, xahiş edirəm… - Qadının bədəni ayışırmış kimi yığıldı. 

- Axı bu dəqiqə kimsə: «Bir nəfər üçün də» - dedi. 

- A – a – a. Onlar sizi nəzərdə tutublar. 

- Məni?.. Belin mənə nə dəxli var?.. 

- Heç, heç, fikir verməyin… Həmişə burunların hara gəldi soxurlar… 

- Yəqin, səhv salıblar. 

Lakin qadın heç nə demədən, elə dizləri üstə dönərək ayaqlarını torpaq döşəməyə salladı. 

- Sizə lampa lazım olacaq? 

- Yox, keçinərəm… Sizə necə, orda lazım olmayacaq? 

- Yox, öyrəncəliyəm. 

Qadın, adətən əkin sahələrində işləyənlərin geyindiyi böyük həsir şlyapanı başına keçirib, 

qaranlıqda itdi. 

Kişi bir dənə də siqaret yandırdı. Ətrafda nəsə anlaşılmaz işlər baş verirdi. Ayağa qalxıb, həsirin 

arxasına boylandı. Orda həqiqətən də otaq var idi, lakin içəridə yorğan-döşək əvəzinə 

divarlardakı dəlmə – deşikdən içəriyə dolan qum təpəciyi ucalırdı. O, zərbə yemiş kimi yerində 

donub qaldı… Bu ev də demək olar ki, ölü idi… Onun içərisini caynaqları ilə hər tərəfdən 

soxulan, əbədi axan qum yarıya qədər həzm etmişdi… Öz məxsusi forması olmayan, millimetrin 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

403 


səkkizdə biri qədər orta diametrdən başqa heç nəyə malik olmayan qum… Lakin heç nə bu 

formasız, dağıdıcı gücün qarşısını ala bilmir… Bəlkə də, elə formasızlıq özü gücün ən ali 

nümayişidir. 

Lakin kişi çox tez də reallığa qayıtdı. Yaxşı, əgər bu otaq istifadəyə yaramırsa, onda qadın harda 

yatacaq? Bax, indi taxtadan qayrılmış divarın o tərəfində ora – bura gəzişir. Qol saatının 

əqrəbləri doqquza iki dəqiqə işlədiyini göstərirdi. Bu vaxtı ona orda nə lazımdır? 

Kişi su axtarmaq üçün torpaq döşəməyə düşdü. Su çənin lap dibində qalmışdı, içində pas üzürdü. 

Hər halda bu, ağzını dolduran qumdan yaxşı olar. Su qalığını üzünə çırpdı, boynuna çəkdi və o 

dəqiqə gümrahlaşdı. 

Torpaq döşəmə ilə sərin külək çəkirdi. Yəqin ki, bayırda ona dözmək asan olardı. Qabağını qum 

kəsmiş qapını çətinliklə açıb, bir-təhər çölə çıxdı. Yol tərəfdən əsən külək doğrudan da bir xeyli 

sərinləşmişdi. Külək pikapın - kiçik yük maşınının səsini ona tərəf gətirirdi. Diqqətlə qulaq 

asanda adam səslərini də ayırmaq olurdu. Ola bilsin ona elə gəlir,amma orda indi 

gündüzdəkindən daha qələbəlikdir. Bəlkə bu, dənizin səsidir? İndi səma ulduzlarla doludur. 

Lampanın işığını görüb, qadın ona tərəf döndü. O, bellə ustalıqla davranaraq, qumu böyük 

kerosin bidonlarına doldururdu. Arxasında başının üstünü alan tünd qum dağı ucalırdı. Bu, onun 

gündüz həşərat tutduğu yerin təxminən altı idi. Qadın bidonları doldurub, hər ikisini birdən 

qaldırdı və divara tərəf apardı. Yanından keçəndə gözlərini qaldırıb, boğuq səslə dedi: 

«Qumdu…» Qadın kəndir nərdivanın asıldığı yerdə bidonları boşaltdı, yuxarıda isə bu dərəyə 

aparan cığır vardı. Əlinin arxası ilə sifətinin tərini sildi. Qadının bura daşıdığı qum yepyekə dağ 

olmuşdu. 

- Qumu kürəyirsiniz? 

- Nə qədər kürəyirsənsə kürə, dalı gəlir. 

Boş bidonlarla yanından keçəndə qadın bekar əliylə qıdıqlayırmış kimi onun böyründən itələdi. 

Gözlənilməz hərəkətdən kişi az qala lampanı əlindən salacaqdı, kənara tullandı. Bəlkə lampanı 

yerə qoyub, qadına qarşılıq verim? Tərəddüd edir, özünü necə aparmaq lazım olduğunu bilmirdi. 

Axırda kişi qərara gəldi ki, onun düşdüyü vəziyyət ən sərfəli vəziyyətdir. Sifətində mənasını özü 

də bilmədiyi təbəssüməbənzər qrimas düzəldib, əlində lampa, utancaq yerişlə, yenidən əlinə beli 

götürmüş qadına yaxınlaşmağa başladı. 

Yaxınlaşanda qadının kölgəsi bütünlüklə qum divarı örtmüşdü. 

- Lazım deyil, - qadın geriyə dönmədən, ağır-ağır nəfəs alaraq dedi. – Qum üçün yuxarıdan səbət 

sallayanadək daha altı bidon daşımaq lazımdır. 

Kişi mısmırığını salladı. Düzü, özündə süni yaratdığı gümrah əhval – ruhiyyədən bu şəkildə, 

sanki qəsdən vurub salındığı xoşuna gəlmədi. Amma iradəsindən asılı olmayaraq damarlarına 

nəsə doldu. Elə bil dərisinə yapışan qum damarlarına soxuldu və ehtirasını daxildən söndürdü. 

- Bəlkə, mən sizə bir az kömək edim? 

- Eybi yox… Elə birinci gündən sizi azca da olsa, işləməyə məcbur etmək yaramaz. 

- Elə birinci gündən?.. Yenə o barədə… Mən burda cəmi bir gecə qalacam! 

- Doğrudan? 

- Əlbəttə, axı mən iş adamıyam… Verin, verin beli! 

- Sizin beliniz bax ordadır; bəlkə lazım deyil… 

Həqiqətən də, içəri girən kimi talvarın altında ayrıca bel və dəstəyi bir-birinə sarınmış iki kerosin 

bidonu qoyulmuşdu. Yəqin bunlar bir az əvvəl yuxarıdan «Bir nəfər üçün də» qışqıranların atdığı 

idi. Hər şey həddən ziyadə incə hazırlanmışdı və onda belə təəssürat yarandı ki, onlar bu kişinin 

niyyətini əvvəlcədən duyublar. Amma axı onda özü də hələ bilmirdi ki, işləməyə həvəsi olacaq. 

Hər halda özünü təhqir olunmuş hiss etdi və əhvalı korlandı. Belin dəstəyi qalın, oduncaq 

kimiydi, çox işləndiyindən isə rəngi qaralmışdı – heç cür əlinə götürmək istəmədi. 

- Nə yaxşı, səbət artıq qonşulardadır! – elə bil onun tərəddüdünü hiss etməyən qadın qışqırdı. 

Səsi əvvəlkindən fərqlənir, fərəh və inamla dolu idi. Bu vaxt bayaqdan uzaqdan eşidilən 

adamların səs-küyü lap yaxınlaşdı. Dalbadal hərdən sakit pıçıltılar, qarışıq boğuq gülüşlə arası 

kəsilən ritmik çığırtılar eşidildi. Əməyin ritmi gözlənilmədən onu da həvəsə saldı. Çox güman ki

bu sadə dünyacıqda bir günlük gecələməyə qalmış adamın əlinə bel götürüb işləməsində 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

404 


qəbahətli heç nə görmürlər. Əksinə, burda onun tərəddüdünə qəribə baxardılar. Lampa 

yıxılmasın deyə, dabanıyla qumda onun üçün oyuq açdı. 

- Yəqin haranı gəldi qazmaq olar, təki qazmaq olsun, düzdü? 

- Yox, haranı gəldi olmaz… 

- Tutaq ki, buranı, olar? 

- Buranı olar, ancaq çalışın divarın dibini boşaltmayasınız. 

- Bu vaxtlar bütün kənddə qum kürənir? 

- Əlbəttə. Gecə qum nəm olur və işləmək asanlaşır… Qum quru olanda isə… - qadın yuxarı 

baxdı, - hardan və nə vaxt üstünə aşacağını heç vaxt bilmirsən. 

Həqiqətən də, yarğanın kənarında qar yığınına bənzər, dolub partlamağa gələn, bir qədər irəli 

çıxmış qum günlük gözə dəyirdi. 

- Axı bu, təhlükəlidir! 

- Eybi yox, - qadın bir az şıltaqcasına güldü. – Bir baxın, duman qalxır. 

- Duman? 

Onlar danışana qədər göydəki ulduzlar seyrəldi və yavaş – yavaş yayğınlaşdı. Göylə qum divarı 

arasındakı sərhəddə nəsə bulanıq bir pərdə nizamsız, topa – topa burulub qalxırdı. 

- Bu ona görə belə olur ki, qum dumanı özünə çəkir… Duzlu qum dumanla doyanda isə, nişasta 

kimi gərilir… 

- Belə de… 

- Elədi, elədi. Üstündən elə indicə dalğa keçib yumuş dəniz sahili kimi, - üzərindən lap tank da 

olsa, sakitcənə keçib gedər. 

- Sən bir işə bax!.. 

- Həqiqi sözümdür… Bax elə buna görə də bir gecənin içində o gördüyünüz çıxıntı əmələ gəlir… 

Külək pis tərəfdən əsən günlərdə isə, vallah düz sözümdü, göbələyin papağı kimi bax beləcənə 

sallanır…Gündüz qum quruyur və bütün bu talvar aşağı gəlməyə başlayır. Və əgər uğursuz 

düşsə, - tutaq ki, bax o damı saxlayan nazik və ya başqa dirəklərin üstünə, - onda axırımızdır. 

Bu qadının maraqları çox məhduddur. Lakin elə ki, öz həyatı sferasına daxil olur, tanınmaz bir 

şəkildə canlanır. Yəqin ki, onun ürəyinə də yol elə burdan keçir. Baxmayaraq ki, bu yol onu elə 

də cəlb etmirdi, qadının intonasiyasında onun kobud iş paltarında gizlənmiş bədənini hiss etmək 

həvəsi oyadan nəsə bir gərginlik vardı. 

Kişi var gücü ilə diş – diş beli bir – birinin ardınca quma vurub, çıxarmağa başladı. 

 

6______________________________________ 



 

O, ikinci dəfə kerosin bidonlarını doldurub kənara çəkəndə səslər eşidildi və yuxarıdakı yolda 

fənər yelləndi. 

Qadın kəskin görünəcək tonla dedi: 

- Səbətlər! Burda bəs edər, mənə orda kömək edin! 

Yuxarıda - nərdivanın yanındakı qumla dolu kisələrin nə üçün nəzərdə tutulduğunu kişi ancaq 

indi başa düşdü. Səbətləri qaldırıb-salanda onların üstü ilə kəndir gedib gəlirdi. Hər səbətlə dörd 

nəfər məşğul olur və belə qrupların sayı iki, ya üç idi. Ona elə gəldi ki, bunlar əsasən bir-birinin 

bəhsinə cəld işləyən gənclərdir. Bir qrupun səbəti dolunca, artıq ikinci səbət öz növbəsini 

gözləyirdi. Altı cəhdə dərədəki qum yığınından əsər-əlamət qalmadı. 

- Maşallah,od-alovdular! 

Köynəyinin qoluyla tərini silirdi, səsinin tonu saflıqla dolu idi. Kişi bütünlüklə öz işinə qapılan 

və onun qadına kömək etməsinə rəğmən bir dənə də olsun şit söz atmayan bu gənclərə simpatiya 

bəsləyirdi. 

- Hə, bizdə «Vətənə sevgi hissinə sadiq ol» şüarına ciddi əməl edirlər. 

- Bu nə hisdir ki? 

- Yaşadığın yerə olan sevgi hissi. 

- Bu çox gözəldir! 

Kişi güldü. Onun ardınca qadın da güldü. Amma o, özü də düz – əməlli bilmirdi ki, nəyə gülmək 

1   ...   68   69   70   71   72   73   74   75   ...   115


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə