Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7.78 Mb.
PDF просмотр
səhifə56/115
tarix25.04.2017
ölçüsü7.78 Mb.
1   ...   52   53   54   55   56   57   58   59   ...   115

 

 

 

 

 

 

 

 

 

 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

309 


Otağa girən adam inanılmayacaq qədər mənə bənzəyirdi. Sanki mən də ordaydım. İlk anda 

belə düşündüm. Sanki mənə kələk gəlmək istəyən biri, mənim girdiyim qapının düz qarşısındakı 

qapıdan  məni  bir  də  içəri  salır  və  belə  deyirdi:  bax,  sən  əslində  belə  olmalıydın,  içəri  belə 

girməliydin, əlini, qolunu belə yellətməli, otaqda oturan digər özünə-oxşarına belə baxmalıydın. 

Göz-gözə gələn kimi salamlaşdıq. Amma o çox da təccüblənənə oxşamırdı. O vaxt mənə elə də 

çox oxşamadığını yəqinləşdirdim, onun saqqalı vardı, həm də özüm özümün nəyə bənzədiyimi 

sanki unutmuşam. O qarşımda oturanda yadıma düşdü ki, bir ildir aynaya baxmıram. 

Az sonra mənim girdiyim qapı açıldı və onu içəri çağırdılar. Gözləyərkən bunun ustalıqla 

edilən zarafat deyil, mənim sıxıntılı düşüncəmin məhsulu olduğunu zənn etim. Çünki o günlərdə 

davamiyyətli olaraq xəyal görürdüm. Guya evə qayıdıram, hamı məni yaxşı qarşılayır, əsirlikdən 

də  tez  buraxırlarmış,  guya  gəmidə  öz  kameramda  yatıram  və  bütün  bunlar  yuxudu  deyə  təsəlli 

nağılları uydurudum. Bunun da həmin nağıllardan biri olduğunu, amma reallaşdığını, ya da hər 

şeyin bir anda öz qaydasına düşəcəyinin işarəsi olduğunu düşünürdüm, elə bu vaxt, qapı açıldı və 

məni çağırdılar. 

Paşa  mənə  oxşayan  adamdan  bir  az  aralıda  ayaq  üstə  dayanmışdı.  Ətəyini  öpdürdü,  

xətrimi soruşanda hücrədə çəkdiyim sıxıntılardan,  ölkəyə qayıtmaq istəməyimdən danışırdım ki, 

heç  mənə  qulaq  da  asmadı.  Astronomiyadan,  elmdən,  mühəndislikdən  başım  çıxdığı  haqda 

danışmağımı  Paşa  xatırlayırmış,  yaxşı  bəs  o  göy  üzünə  atılan  həmin  fişənglərdən,  barıtdan  da 

nəsə  bilirdimmmi?  Tez  bildiyimi  dedim,  amma  qəfil  o  biri  adamla  göz-gözə  gələndə 

şübhələndim ki, mənə tələ qurub. 

Paşa  edəcəyi  toyun  bənzərsiz  olacağını  deyirdi,  həm  də  atəşfəşanlıq  hazırlatdıracaqmış, 

amma  görülən  iş  bundan  əvvəlkilərə  oxşamamalıydı,  bundan  əvvəl  Sultan  anadan  olanda, 

sonradan ölən bir maltalının atəşbazlarla hazırladığı nümayişdə, Paşanın sadəcə “XOCA” dediyi 

bənzərim  də  çalışıbmış,  bir  az  bu  işi  bilirmiş,  amma  Paşa  düşünüb  ki,  mən  də  ona  kömək  edə 

bilərəm. Bir-birimizi tamamlamalıydıq. Yaxşı bir iş nümayiş etdirsək, Paşa bizi sevindirəcəkmiş. 

Məqamıdır  deyə  arzumun  ölkəmə  getməkdən  ibarət  olduğunu  dedim,  Paşasa  gələndən  bəri  heç 

qadınlarla  yatıb-yatmamağımı  soruşdu  məndən,    cavabımı  öyrənəndə  isə  o  işi  etməyəcəyəmsə, 

azadlığın da boş şey olduğunu vurğuladı. Nəzarətçilərin işlətdiyi kəlmələrlə danışırdı, yəqin ki, 

axmaq-axmaq baxırammış, çünki mənə baxıb qəhqəhə çəkdi. “Sonra “XOCA” dediyi bənzərimə 

tərəf çevrildi: məsuliyyət oxşarımın üstünə düşürdü. Otaqdan çıxdıq. 

Səhər  bənzərimin  evinə  gedəndə  düşünürdüm  ki,  ona  öyrədə  biləcəyim  heç  bir  şeyim 

yoxdur.  Amma  onun  da  məlumatı  mənimkindən  artıq  deyilmiş.  Dübarə,  məlumatlarımız  bir-

birinə  uyğun  gəlirdi.  Bütün  problem  yaxşı  bir  maddə  qarışığı  əldə  etmək  idi.  Bunu  üçün  lazım 

olan  nəsnə  tərəzi  və  maddə  ölçənlərlə  ölçüb  diqqətlə  hazırladığımız  qarışıqları  gecələri  qabın 

dibində alovlandırıb və gördüklərimizdən nəticə çıxarmaqdı. Hazırladığımız fişəngləri,  bizi seyr 

edən  uşaqların  heyran  olduğu  adamlarımız  yandırdarkən,  biz  lap  sonraları  gün  işığında  o 

inanılmaz  silah  üçün  işləyərkən  etdiyimiz  kimi,  qaranlıqdakı  ağacların  altında  durub  maraq  və 

həyəcanla  gözləyirdik.  Sonra  da  bəzən  ay  işığında,  bəzən  qaranlıqda,  kiçik  bir  dəftərə 

gördüklərimi  yazmağa  çalışırdım.  Gecə  biz  ayrılmamışdan  əvvəl,  Xocanın  Xaliçə  tərəf  baxan 

evinə qayıdır və nəticələr haqqında uzun-uzadı danışırdıq. 

Evi kiçik, sıxıntılı və cansıxıcı idi.  Hardan axdığını heç vaxt bilməyəcəyim iylənmiş suyun 

palçığa çevrildiyi dolanbaclı, qarğaşalı bir küçədə girlənirdi. İçəridə demək olar ki, əşya yox idi, 

amma evə hər dəfə girəndə darıxır, qəribə bir sıxıntıya qərq olurdum. Bəlkə, bu duyğunu mənə, 

babasından  qalan  adını  xoşlamadığı  üçün,  özünə  “Xoca”  deməyimi  istəyən  adam  bəxş  edirdi? 

Məni gözətləyirdi, sanki məndən nəsə öyrənmək istəyirdi, amma o vaxt həmin şeyin nə olduğunu 

bilmirdi.  Divar  diblərinə  sərdiyi  döşəkçələrdə  oturmağa  vərdiş  etmədiyim  üçün,  sınaqlarımız 

haqda mübahisə edərkən, mən ayaq üstə dayanar, bəzən də otaqda hirsli-hirsli var-gəl edərdim. 

Məncə,  Xocanın  bundan  xoşu  gəlirdi,  o  oturardı,  beləliklə,  solğun  lampanın  işığında  da  olsa, 

mənə doyunca baxardı. 

Mənə  baxdığını  biləndə  aramızdakı  oxşarlığı  hiss  etməməsi  məni  narahat  edirdi.  Bir-iki 

dəfə də oxşarlığımızı bilib, amma hiss etmirmiş kimi, bir tövrlə davrandığını başa düşdüm. Sanki 

mənimlə  oyun  oynayırdı,  elə  bil  ki,  məni  kiçik  bir  sınaqdan  keçirir,  mənim  başa  düşmədiyim 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

310 


bəzi şeyləri yəqinləşdirirdi. Çünki əvvəliki günlərdə mənə həmişə məhz, belə baxardı. Elə bil ki, 

nəyisə  öyrənir,  öyrəndikcə  də  daha  da  maraqlanırmış  kimi.  Mənə  darıxdırıcı  gələn,  evini 

cansıxıcı edən məhz bu davranış idi! Baxmayaraq ki, təvazökarlığı məni cəsarətləndirirdi, amma 

rahat  olmağa  qoymurdu.  Bir  dəfə  sınaqlarımız  haqqında  danışanda,  bir  başqa  dəfə  də  məndən 

hələ  də  niyə  müsəlman  olmadığımı  soruşanda,  məni  gizli-aşkar  bir  mübahisəyə  sövq  etmək 

istədiyini başa düşəndə özümü güclə saxladım. Bu sarıdan çəkindiyimi hiss etdi, mənə yuxarıdan 

aşağı baxdığını başa düşdüm, bu da məni hirsləndirdi. O günlərdə razılaşdığımız bircə şey, bəlkə 

də, bu idi: İkimiz də bir-birimizə yuxarıdan aşağı baxırdıq.  Bu atəşfəşanlıq nümayişini qəzasız-

bəlasız  uğurla  reallaşdırsaq,  bəlkə,  ölkəmə  qayıtmağıma  izin  verərlər  deyə  fikirləşir  və  özümü 

saxlayırdım. 

Bir gecə olduqca yüksəkliyə qalxan fişəngin bəxş etdiyi zəfər həyəcanıyla Xoca dedi:  nə 

vaxtsa ta aya qədər getməyə qüdrəti olan bir fişəng hazırlaya bilər: problem sadəcə olaraq barıt 

qarışığını tapmaq və barıta davam gətirə biləcək metal lövhəni hazırlamaqdır. Ayın çox uzaqda 

olduğunu deyirdim ki, sözümü kəsdi, o da ayın çox uzaqda olduğunu bilirmiş, amma dünyaya ən 

yaxın  ulduz  elə  Ay  deyildimi?  Onun  sözünə  haqq  qazandıranda  düşündüyüm  qədər  də 

rahatlaşmadı, daha da narahat oldu, amma başqa söz demədi. 

İki  gün  sonra  gecəyarısı  təkrar  Ayın  ən  yaxın  ulduz  olduğuna  niyə  bu  qədər  əmin 

olduğumu  məndən  soruşdu:  Bəlkə  də,  özümü  göz  aldanışına  inandırırdım.  Onda  ona  aldığım 

astronomiya  təhsilimdən  birinci  dəfə  söz  açdım.  Ptlomey  kosmoqrafiyasının  əsas  qaydalarını 

qısaca izah etdim.  Maraqla qulaq asdığını görürdüm,   amma marağını aşkar bildirəcək hansısa 

işarəni  bəlli  etməkdən çəkinirdi. Bir müddət  sonra, mən susanda Ptlomey  haqqında özünün də 

məlumatlı olduğunu, amma bununla belə Aydan daha yaxında bir ulduz ola biləcəyi haqqındakı 

şübhəsinə sadiq qalacağını dedi. Səhərə yaxın o, ulduzlardan elə danışırdı ki, sanki indidən ona 

ulduzların movcudluğu tam məlum idi.  

Səhəri  gün  əlimə  səliqəsiz  xəttlə  yazılmış  bir  kitab  verdi.  Hələ  kifayət  qədər 

püxtələşməmiş türkcəmə baxmayaraq götürdüm. Almagestin (Ptolomeyin kitabıdır.F.H) məncə, 

deyəsən, özündən yox, sürətindən çıxardılmış ikinci nüsxəsiydi, məni isə təkcə planetlərin ərəbcə 

olan məlumatları maraqlandırırdı, o vaxt onları da özümə yaxın buraxacaq halda deyildim. Xoca 

bir  tərəfə,  baxdığım  bu  kitabın  məni  həyəcanlandırmadığını  hiss  edəndə  daha  da  hirsləndim. 

Yəqin,  doğru  olardı  altı  altun  verdiyi  bu  cildə  təvazökarlığın  daşını  atıb,  səhifələrini  çevirib 

baxmaq. Sakit bir şagird kimi səbirlə təkrarən açdığım kitabın  səhifələrini çevirərkən primitiv 

bir  sxemlə  qarşılaşdım.  Dünyaya  görə  planetlər,  bəsit  çizgilərlə  çəkilmiş  kürələrə 

yerləşdirilmişdi.  Baxmayaraq  ki,  kürələrin  yeri  doğru  idi,  amma  aralarındakı  nizam  fərqi  və 

rəssamın heç bir nəzərə çarpası hansısa fikri yox idi. Sonra Ayla yer  arasında balaca bir planet 

nəzərimi  özünə  cəlb  etdi,  bir  az  diqqət  kəsiləndə  bunun  əlyazmaya  sonradan  əlavə  edildiyi 

mürəkkəbin  təzəliyindən  də  bilinirdi.  Əlyazmanı  axıra  qədər  vərəqlədikdən  sonra  Xocaya 

verdim. Mənə o kiçik ulduzu tapacağını dedi. Heç də zarafat edənə oxşamırdı, heç nə demədim. 

Mənim  qədər  onun  da  əsəbləri  ilə  oynayan  sakitlik  çökdü.  Başqa  heç  bir  fişəngi,  sözü 

astronomiya  həddinə  qədər  çatdırmayana  kimi,  bu  mövzu  bir  daha  açılmadı.  Özümüzün  kiçik 

uğurumuz və sirrini əldə edə bilmədiyimiz bir təsadüf olaraq qaldı. 

Amma  işığın  və  alovun  gücü  və  parlaqlığı  haqqında  çox  yaxşı  nəticələr  əldə  edir, 

uğurumuzun sirrini də bilirdik.  Xoca bir-bir gəzdiyi İstanbul dükanlarının birində, satıcının da 

adını  bilmədiyi  toz  tapmışdı,  mükəmməl  parlaqlıq  verən  bu  sarımtıl  tozun  kükürdlə  gözdaşı 

qarışığı olduğunu müəyyənləşdirdik. Sonralar parlaqlığın rəngini daha da artırsın deyə ağlımıza 

gələn hər maddəni qarışdırdıq, amma bir-birinə oxşayan qəhvəyi rənglə, açıq yaşıl rəngdən özgə 

bir  şey  əldə  edə  bilmədik.  Xocanın  dediyinə  görə,  etdiyimizin  bura  qədər  olan  hissəsi  belə, 

indiyə qədər İstanbulda düzəldilənlərin ən yaxşısı imiş. 

Toyun  ikinci  gecəsi    göstərdiyimiz  nümayiş  də  əlayımış,  hamı  belə  dedi,  hətta  başımızın 

dalından iş tutub işimizi əlimizdən almaq istəyənlər də. Xaliçin  qarşıdakı sahilindən, Paşdşahın 

bizə baxmağa gəlməsini deyəndə çox həyəcanlandım,  nəsə alınmayacaq və illərcə ölkəmə gedə 

bilməyəcəyəm deyə qorxurdum, “başlayın” deyəndə də qorxdum. Əvvəlcə qonaqları salamlamaq 

və  nümayişə  başlamaq  üçün  dimdik  qalxan  rəngsiz  fişəngləri  odladıq,  sonra  da  Xocayla 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

311 


“dəyirman”  adlandırdığımız  cəmbərli  fişəngi  atdıq,  göy  bir  anda  qırmızı,  sarı  və  yaşıl  oldu, 

qorxunc  gurultu  bizim  gözlədiyimizdən  də  gözəl  idi,  fişənglər  atıldıqca  çevrə  daha  da  sürətlə 

fırlandı, və birdən ətrafı gün kimi işıqlandıraraq dayandı. Bir an özümü elə hiss etdim ki, sanki 

Venesiyadayam, səkkiz yaşındayam, belə bir nümayişi birinci dəfə seyr edirəm və indiki kimi də 

xoşbəxt deyiləm, çünki təzə qırmızı paltarımı mənə yox, bir gün əvvəl əyin-başı davada cırılan 

böyük qardaşıma geyindiriblər, fişənglər də o gecə geyinə bilmədiyim və bir daha geyməməyə 

and  içdiyim  çoxlu  düyməsi  olan  paltarımı  qırmızısı  ilə  birgə  parıldayırdı,  düymələr  də  böyük 

qardaşıma dar olan paltarla eyni rəngdəydi. 

Sonra  “çeşmə”  adlandırdığımız  fişəngi  yandırdıq,  beş  adam  boyu  hündürlüyündə  bir 

çatının ağzından alov püskürməyə başladı: yəqin ki, qarşıdakı sahildə dayananlar alov novlarını 

daha  yaxşı  görürdülər,    sonra  “çeşmə”nin  ağzından  fişənglər  fışqırmağa  başlayanda,  yəqin  ki, 

bizim  qədər  onlar  da  həyəcanlanmışdılar,  amma  istəmirdik  ki,  həyəcanları  azalsın.  Əvvəlcə 

oyuncaq qüllələr və hasarların daxilindən fişənglər alovlanaraq keçəndə yanıb tutuşdular, bunlar 

da  simvolik  olaraq  keçmiş  zamandakı  zəfərləri  təmsil  edirdilər.  Mənim  əsir  düşdüyüm  ilin 

gəmilərini   keçirərkən, digər  gəmilər   yelkənimizi  fişəng  yağışına qərq etdi,  beləliklə, mən əsir 

düşdüyüm  günü  bir  daha  yaşadım.  Müqəvva    gəmilər  yanıb  batarkən  iki  sahildən  də    “Allah, 

Allah“  deyə  qışqırırdılar.  Sonra  yaşav-yavaş  əjdahalarımızı  keçirdik,  burun  pərlərindən, 

ağızlarından, qulaqlarından alovlar püskürürdü. Bir-biri ilə vuruşdurduq onları, planlaşdırdığımız 

kimi, əvvəlcə başlamadılar, sahildən atdığımız fişənglə aranı daha da qızışdırdıq, sonra hava bir 

az qaralanda, qayıqların içindəki adamlarımız çarxları işə saldılar və əjdahalar yavaş-yavaş  göyə 

qalxmağa  başladılar,  heyrətlə  və  qorxuyla  bağırışırdılar,  əjdahalar  gurultuyla  yenə  bir-birinə 

dəyəndə  qayıqlardakı  bütün  fişənglər alovlandı,  bu varlıqların bədəninə  yerləşdirdiyimiz fitillər 

də, yəqin elə bu vaxt yandırılmışdı ki, hər yan istədiyimiz kimi cəhənnəmə çevrildi. Uğurumuzu 

yanımızdakı  bir  uşağın  qışqıra-qışqıra  ağladığını  eşidəndə  başa  düşdüm,  atası  oğlanı  unudub, 

ağzı açıq halda dəhşətlərə bürünən göyə baxırdı. Artıq düşünürəm ki, məni ölkəmə buraxarlar.  

Elə  bu  vaxt  bu  cəhənnəmin  içinə  mənim  “Şeytan”  adlandırdığım  məxluq,  altında  heç  kəsin 

görmədiyi  kiçik  qara  qayığı  ilə  hərəkətə  başladı  və  o  ona  qədər  fişəng  bağlamışdıq  ki, 

adamlarımızla birgə bütün qayıq havaya qalxacaq deyə qorxurduq, amma işlər öz axarında getdi, 

döyüşən  əjdahalar  alovlarını  tükəndirərək  gözdən  itəndə  “Şeytan”  qəfil  alovlanan  fişəngləri  ilə 

birgə göyə qalxdı, sonra bütün gövdəsiylə birgə havada partlayaraq alov topaları saçdı. Bir anda 

bütün İstanbulu teror və qorxuya aludə etdiyimizi düşünərək, sanki hansı şəhərdə olduğumun o 

vaxt  heç bir  əhəmiyyəti yoxuydu. Şeytanınsa orda, hamısının üstündə bütün  gecə  alov  saçaraq 

qalmasını  istəyirdim.  Bir  az  sağa-sola  vurnuxandan  sonra,    heç  kəsə  sataşmadan,  iki  sahildəki 

adamları coşğunluqla qışqırdaraq Xaliçə getdi. Suya batarkən belə hələ də üstü alovlanırdı. 

Səhəri gün nağıllarda olduğu sayaq Paşa, Xocaya bir kisə altun göndərib.  Nümayişdən çox 

razı qaldığını, amma şeytanın zəfərini yadırğadığını deyib.  Bundan sonra nümayişə on gecə də 

davam  etdik.  Gündüzlər  alov  maketləri  hazırlanır,  yeni  oyunlar  qurulur  və  zindandan 

gətirtdiyimiz dustaqlara fişəng doldurtdururduq. On torba barıtla birgə sifətini də  yandıran kölə 

kor oldu. 

Toy çal-çağırı qurtaranda Xoca harasa yox oldu. Bütün günün məni gözətləyən bu adamın 

qısqanc  gözlərindən  xilas  olduğum  üçün  rahatlaşdım,  amma  demirəm  ki,  fikrimdə  onunla 

keçirdiyim  maraqlı  günləri  düşünmürdüm.  Ölkəmə  qayıdanda,  mənə  bu  qədər  oxşamasına 

baxmayaraq  bu  bənzərsizlikdən  heç  söz  açamayan  bu  adam  haqqında  hamıya  danışacaqdım. 

Hücrəmdə oturur və vaxt keçirmək üçün xəstələrə baxırdım. Paşanın məni çağırdığını eşidəndə 

həyəcanla, bir qədər də, sevinclə qaçaraq getdim.  Əvvəlcə tez-tələsik məni təriflədi, atəşfəşanlıq 

hamını  məmnun  eləyib,  çoxlu  əyləniblər,  mən  də  çox  bacarıqlıyammış  və.s.  Sonra  birdən  bu 

sözləri  dedi:  müsəlman  olsam,  məni  azad  edəcəkmiş.  Təəccübləndim,  axmaqlaşdım,  ölkəmə 

qayıtmaq  istədiyimi  dedim,  həmin  axmaqlıqla  kəkələyə-kəkələyə  anamdan,  nişanlımdan  söz 

salmaq kimi şəxsiyyəti alçaldan işə beləcə əl atdım. Paşa məni heç eşitmirmiş kimi təkrar eyni 

şeyi  dedi.  Bir  qədər  susdum.  Ağlıma  hansısa  səbəbdən  tənbəl  və  dəcəl  uşaqlıq  dostlarım, 

atalarına  əl  qaldıran  və    nifrətlə  qarşılanan  uşaqlar  gəlirdi.  Dinimi  dəyişməyəcəyimi  deyəndə 

Paşa mənə hirsləndi. Hücrəmə qayıtdım. 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

312 


Üç  gün  sonra  Paşa  yenə  çağırdı.  Bu  dəfə  kefliydi.  Dinimi  dəyişdirməyimin  qaçmağıma 

xeyri olub-olmamadığını bilmədiyim üçün tam qərara gəlməmişdim. Paşa fikrimi soruşdu, burda 

gözəl bir qızla məni şəxsən özü evləndirərmiş. Cəsarətimə inanaraq dinimi dəyişdirməyəcəyimi 

deyəndə Paşa bir qədər təəccübləndi, sonra axmaq olduğumu dedi. Ona görə dinimi dəyişdirsəm 

belə,  onsuz  da  ətrafımda  elə  bir  adam  yox  idi  ki,  üzünə  baxa  bilməyim.  Sonra  bir  qədər  İslam 

dini haqqında danışdı. Susanda isə məni hücrəmə göndərtdi. 

Üçüncü  dəfə  gedəndə  Paşanın  hüzuruna  aparmadılar.    Eşikağası  fikirmi  soruşdu.  Bəlkə, 

qərarımı  dəyişdirərdim,  özü  də  bunu  hansısa  eşikağası  soruşdu  deyə  yox,  öz  xoşuma  dedim. 

Dedim  ki,  indiki  halda  dinimi  dəyişməyə  hazırlıqlı  deyiləm.  Eşikağası  qolumdan  tutub  məni 

aşağı apardı, başqa bir adama təhvil verdi. Bu şəxs uzunboylu, yuxularımda da tez-tez gördüyüm 

bir  adam  idi,  qoluma  girdi,  yatalağa  kömək  edən  sayaq  mərhəmətlə  məni  bağçanın  küncünə 

apararkən,  yanımızda  yuxulara  girməyəcək  qədər  gerçək  olan  biri  gəldi,  yekə  biriydi.  İkisi  bir 

divar  dibinndə  durub  əllərimi  bağladılar,  əlində  çox  da  böyük  olmayan  balta  vardı.  Müsəlman 

olmasam, Paşa tez bir zamanda başımı bədənimdən ayıracaqmış. Ölümlə-olumun arasındaydım. 

Düşünmürdüm ki, bu qədər tez olar. Mənə yazıq kimi baxırlar. Heç nə demədim. Deyirdim 

ki, heç olmasa bir də soruşmasınlar, bir qədər sonra soruşdular. Beləliklə, dinim mənim gözümdə 

ondan ötrü asanlıqla can verilə bilən bir nəsnəyə çevrildi, özümü üstün tutur, bir tərəfdən də sual 

verdikcə  dinimdən  dönməyimi  çətinləşdirən  o  iki  nəfər  kimi  özümə  yazığım  gəlirdi.  Başqa  bir 

şey fikirləşmək üçün özümü məcbur edəndə, gözümün qarşısında, evimizin arxasındakı bağçaya 

baxan  bir  pəncərədən  gördüklərim  canlandı:  masanın  üstündə  sədəf  nişanlı  sininin  içində 

şaftalılar  və  albalılar  vardı,  masanın  arxasında  həsirdən  hörülmüş  divan  vardı,  üstündə 

pəncərənin  yaşıl  rəngi  ilə  eyni  rəngli  quş  tükü  ilə  doldurulmuş  yastıq  qoyulmuşdu,  lap  arxada 

kənarına sərçə qonan quyu ilə birgə zeytun və albalı ağaclarını görürdüm. Onların arasındakı qoz 

ağacının  hündür  bir  budağında  uzun  iplərlə  bağlanmış  yelləncək  xəfif  küləkdə  yavaş-yavaş 

tərpənirdi.  Bir  də  soruşanda,  dedim  ki,  dinimdən  dönməyəcəyəm.  Orda  kötük  var  idi,  dizimi 

büküb  başımı  kötüyə  dayadılar.  Əvvəlcə  gözlərimi  qapadım,  amma  sonra  açdım.  Biri  baltanı 

götürdü.  O  biri  dedi  ki,  bəlkə  də,  peşman  olmuşam,  məni  ayağa  qaldırdılar.  Bir  qədər  də 

düşünməliyəmmiş. 

Mən  fikirləşəndə  kötüyün  düz  yanında  torpağı  qazmağa  başladılar.  Fikirləşdim  ki,  məni 

orada  basdıracaqlar,  içimdə  ölümdən  başqa,  bir  də  ölməmiş  basdırılmaq  qorxusu  baş  qaldırdı. 

Fikirləşirdim  ki,  onlar  məzarı  qazana  qədər  qərarımı  verərəm,  kiçik  bir  çuxur  qazıb  yanıma 

gəldilər.  O  vaxt  burda  ölməyin  çox  axmaq  bir  şey  olduğunu  fikirləşdim.  Müsəlman  olmaq 

istədim,  amma  buna  vaxt  yox  idi.  Zindana,  artıq  vərdiş  elədiyim  hücrəmə  qayıtsam,  təkcə  indi 

yox,  bütün gecəni oturub fikirləşər, səhərə qədər dinimi dəyişməyə qərar verə bilərdim. 

O an tutub aparıb dizimi bükdülər. Başımı kötüyə dayamamışdan əvvəl ağacların arasından 

sanki  uçaraq  keçən  kimisə  görüb  təəccübləndim.  Mən  saqqalarım  uzanmış  halda,  həmin  yerdə 

ayaqlarım torpağa dəymədən gəzirəmmiş. Ağacların arasından keçib gedən öz əksimi çağırmaq 

istədim,  səsim  çıxmadı,  başım  kötüyə  qoyulmuşdu.  O  vaxt  reallaşacaq  şeyin  yuxudan  fərqli 

olmayacağını  düşünərək  başımı  qoydum,  gözlədim,  boynum  və  kürəyim  üşüyürdü,  düşünmək 

istəmirdim, amma üşüyə-üşüyə düşünürdüm. Sonra məni qaldırıb dedilər: Paşa çox hirslənəcək. 

Orda  əllərimi  açarkən  məni  danladılar.  Allahın,  Məhəmmədin  düşməniyəmmiş.  Yuxarı,  evə 

apardılar. 

Paşa ətəyini öpdürəndən sonra könlümü aldı, dinimdən həyatım bahasına belə dönmədiyim 

üçün  mənə  hörmətinin  artdığını  dedi:  amma  bir  qədər  sonra  özündən  çıxdı.  Boş  yerə  höcət 

edirəmmiş, islam daha yaxşı din imiş - bu kimi sözlər dedi: danışa-danışa daha da hirsləndi, məni 

cəzalandırmağa  qərarlı  imiş.  Sonra  danışdı  ki,  kiməsə  söz  verib,  bu  sözün  başıma  gəlməsi 

mümkün  olan  bəzi  hadisələrdən  məni  xilas  etdiyini  başa  düşürdüm,  nəhayətdə  söz  verdiyi  və 

danışdığı adamın Xoca olduğunu başa düşdüm. Onda Paşa məni Xocaya hədiyyə elədiyini dedi. 

Əvvəlcə  çox  da  başa  düşməyərək  baxırdım.  Paşa  izah  etdi:  Artıq  Xocanın  quluyammış,  ona 

kağız da verib, məni azad etmək və saxlamaq onun əlindəymiş, bundan sonra mənə nə istəsə, edə 

bilərmiş. Paşa otaqdan çıxıb getdi. 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

313 


Xoca da imarətdəymiş, məni aşağıda gözləyirmiş. Onda başa düşdüm ki, bağçada ağacların 

arasında  gördüyüm  adam  o  imiş.  Yeriyə-yeriyə  evinə  getdik.  Dedi  ki,  ta  əvvəldən  mənim 

dinimdən dönməyəcəyimi bilirmiş. Artıq evin bir otağını da mənim üçün hazırladıb. Soruşdu ki, 

acam,  yoxsa  tox?  Hələ  də  canımda  ölüm  qorxusu  vardı,  nəsə  yeməyə  halım  yox  idi.  Buna 

baxmayaraq  qabağıma  qoyduğu  çörəklə  qatıqdan  bir-iki  tikə  yeyə  bildim.  Loxmaları 

çeynəyərkən  Xoca  da  ləzzətlə  mənə  baxırdı.  Bazardan  təzə  aldığı  atını  bəsləyərkən  atına 

gələcəkdə  gördürəcəyi  işləri  düşünərək  ləzzət  alan  kəndli  kimi  baxırdı  mənə.  Xocanın,  Paşaya 

təqdim  edəcəyi  saatın  və  kosmoqrafiya  qanununun  dəqiqliyinə  diqqət  kəsilərək  məni  unutduğu 

zamana qədər bu baxışını tez-tez xatırladım. 

Sonra,  dedi  ki,  mənə  hər  şeyi  öyrədəcək,  Paşadan  buna  görə  məni  istəyib,  mən  ancaq 

ondan  sonra  azad  oluna  bilərəmmiş.  Bu  dediyi  “hər  şey”in  nə  olduğunu  bilməyim  üçün  gərək 

aylar keçəydi. “Hər şey” məktəblər də, mədrəsələr də öyrəndiklərimmiş, orada, mənim ölkəmdə 

öyrədilən  bütün  astronomiya,  mühəndislik,  elm  və  s.  Sonra  hücrəmda  qalmış  və  səhəri  gün 

gətirtdiyi kitablarda yazılanlar da,  bütün eşitdiklərim və gördüklərim də, çaylar, göllər, buludlar 

və dənizlər haqqındakı düşüncələrim də, zəlzələnin və göy gurultusunun səbəbləri də “hər şey” 

idi. Gecənin  yarısına  yaxın ulduzlar və planetlərlə maraqlandığını  əlavə  elədi. Açıq pəncərədən 

içəriyə işıq düşürdü,  mənə dedi ki, Ay ilə dünya arasındakı o ulduzların varlığı, ya da yoxluğu 

ilə  bağlı,  heç  olmasa,  dəqiq  bir  cavab  tapmalıyıq.  Mən,  ölümlə  əlbəyaxa  olduğum  bir  günün 

qorxulu  gözləriylə,  aramızdakı  əsəbiləşdirici  oxşarlığı  yenə  də,  heç  istəməyərək    müşahidə 

edərkən,  Xoca  artıq  “öyrənmək”  kəlməsindən  istifadə  etmirdi:  birgə  araşdıracaqdıq,  birgə 

tapacaqdıq, birgə də davam edəcəkdik. 

Beləliklə,  qapının  arasından  onlara  qulaq  asan,  böyükləri  evdə  olmayanda  da  dərslərini 

inamla  oxuyan  iki  yaxşı  şagird,  iki  mehriban  qardaş  kimi  çalışmağa  başladıq.  Əvvəllər  mən 

özümü  daha  çox  tənbəl  qardaşı  ona  çatsın  deyə  əvvəlki  biliklərinə  nəzər  salmağa  razı  olan 

xoşniyyətli  böyük  qardaş  kimi  hiss  edirdim.  Xocasa  böyük  qardaşının  bildiklərinin  çox  da 

əhəmiyyətli  bir  şey  olmadığını  isbat  etməyə  çalışan  idraklı  digər  qardaş  kimi  davranırdı. 

Aramızdakı bilgi fərqi, ona görə ancaq, hücrəmdən gətirib şkafın bir gözünə düzdüyü və mənim 

xatırladığım  cildlərin  sayı  qədərdi.  Qeyri-adi  təəccübü  və  zəkasıyla,  sonralar  daha  da 

mənimsədiyi  italyancanı  öyrənib,  altı  ay  ərzində  bütün  kitabları  oxuyub,  bütün  xatırladıqlarımı 

da  mənə  xatırladanda  ondan  heç  bir  üstünlüyüm  qalmamışdı.  Amma  əslində,  çoxunun 

dəyərsizliyini  özünün  də  qəbul  etdiyi  kitablarını  aşan,  öyrənilmiş  şeylərdən  daha  təbii  və  daha 

dərindən  gələn  bir  bilgisi  də  varmış  kimi  davranırdı.  İşə  başlayandan  altı  ay  sonra,  artıq  birgə 

öyrənən, birlikdə irəliləyən bir cütlük deyildik. O düşünür, mən də ancaq, onun işi grə bilməsi 

üçün  bəzi  incə  məqamları  ona  xatırladır,  ya  da  bildiklərinə  bir  də  nəzər  salmasına  kömək 

edirdim. 

Əksəriyyətini  unutduğum  bu  “fikirlər”  daha  çox  gecə  vaxtlarına  təsadüf  edir,  axşam 

yediyimiz  adi  yeməkdən,  məhəllədə  bütün  lampalar  sönəndən  və  hər  tərəf  sükuta  bürünəndən 

sonra olurdu. Səhərlər iki məhəllə aralıda yerləşən məscidin uşaq məktəbinə dərs deməyə gedir, 

həftədə  iki  dəfə  də  mənim  heç  addımımı  da  atmadığım,  uzaq  bir  məhəllə  məscidinin 

muvaqqitxanasına (muvaqqitxanə- bura namaz vaxtının təyin edilməsi ücun xüsusi bir məkandır, 



həmçinin    orta  əsirlərdə  riyaziyyat  və  astronomiya  ilə  məşğul  olanlar  üçün  xüsusi  bir  yerdir. 

Fərid Hüseyn) baş çəkirdi. Yerdə qalan vaxtını ya bu “gecə düşüncələri”ni beynində yaratmaqla, 

ya  da o fikirləri  götür-qoy  etməklə  keçirirdik.  O vaxtlar tez bir zamanda ölkəmə qayıdacağıma 

inanırdım,  Xocayla  təfərrüatlarına  çox  da  diqqətlə  qulaq  asmadığım  “düşüncə”ləri  haqqında 

mübahisə  etmək  bu  gedişatı  olsa-olsa  bir  qədər  dəyişdirəcəyini  düşündüyüm  üçün  onun 

sözlərinin əleyhinə söz deməzdim. 

Beləliklə, birinci ili xəyali ulduzun varlığının, ya da yoxluğunun isbatını araşdırmaq üçün 

dərindən  öyrəndiyimiz  astronomiya  ilə  məşğul  olaraq  keçirdik.  Xeyli  pul  tökərək  Flamanddan 

(Belçikada  tayfadır  və  xüsusi  bir  ləhcələri  var  ki,  dünyada  çox  məşhurdurlar.  F.H)  lupalar 

gətizdirib  hazırlatdığı  teleskoplarla,  rəsədxana  alətləri  ilə  və  cədvəllərlə  işləyərkən  Xoca  xəyali 

ulduz  problemini  unudub,  daha  dərin  bir  problemə  girişdiyini,  Ptolomey  sistemini  mübahisə 

mövzusuna  çevirəcəyini  dedi,  amma  mübahisə  etmirdik,  o  danışır,  mən  də  qulaq  asırdım: 


1   ...   52   53   54   55   56   57   58   59   ...   115


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə