Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə13/115
tarix25.04.2017
ölçüsü7,78 Mb.
#15742
1   ...   9   10   11   12   13   14   15   16   ...   115

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

65 


partlayışdan sonra uzun illər həmin yerdə bircə çiçək belə bitmədi! Barıt, Konde 

kazarmalarından əlavə, yaxınlıqda yerləşən daha dörd binanı da uçurmuş və şəhərin 

ucqarlarınadək bütün evlərdəki qab-qacağı sındırmışdı; partlayışın dalğasından yüngülcə 

diksinən prezident: «Vəssalam!» - deyib köks dolusu nəfəs almışdı; sursata qənaət məqsədilə iki 

cərgəyə düzdürülüb güllələnmiş on səkkiz zabitin meyitini zibil furqonlarında liman qalasından 

çıxaranda isə prezident: «Vəssalam… - deyib köks dolusu nəfəs almışdı, general Rodriqo de 

Aqilar isə onun qarşısında mil dayanaraq: «Bütün siyasi canilər yaxalanıb, dustaqxanalarda yer 

çatışmır, mənim generalım!» - deyə hesabat verəndə, prezident köks dolusu nəfəs alıb yenə: 

«Vəssəlam!» - demişdi. Bu qələbənin şəninə çalınan kilsə zənglərinin nikbin harayını, bayram 

atəşfəşanlığının səs-küyünü, onu vəsf edən, sülh və əmin-amanlığın növbəti yüz ilinin gəlişindən 

xəbər verən himnlərin təntənəli melodiyalarını eşidəndə də: «Vəssalam!» - deyib köks dolusu 

nəfəs almışdı. «Vəssalam, lənət şeytana… - demişdi – bununla da bütün həngamə sona yetdi!» 

Bu hadisədən sonra onun. öz gücünə inamı o qədər artmışdı ki, öz şəxsi təhlükəsizliyinə də 

səhlənkarlıqla yanaşmağa başlamış, bu sahədə bütün hissiyatı elə korşalmışdı ki, günlərin bir 

günü sübh tezdən inək sağımından sonra saraya qayıdarkən, qızılgül kolunun arxasından çıxıb 

ona sarı cuman cüzamlı xəstəni belə dərhal sezə bilməmişdi. Cüzamlı, yalnız onun yolunu 

kəsəndən sonra, titrək barmağı, qara poladı payız çiskinində parıldayan tapançanın tətiyini 

basmağa cəhd edəndə, yalnız o an ayılmışdı… sinəsini irəli vermb, əllərini geniş açaraq: «Ürəkli 

ol, qurumsaq, ürəkli ol!» ¬ - deyə bağırmışdı. Həm də bir vaxtlar görücü-falçının yozduğu kimi, 

saf bulaq suyunda əks olunduğu kimi yox, tamam başqa cür öldüyünə heyrətlənərək: «Kişisənsə, 

vur!» - deyərək, çığırmışdı. Cüzamlı da özünü itirib duruxmuşdu, tərəddüd içində qalmışdı, 

gözləri sönmüş, alt dodağı iradəsiz zəifliklə sallanmışdı… bir qədər sonra isə gürz ağırlığında 

yumruğun zərbəsindən döşəməyə sərilmişdi və orda ağnaya-ağnaya çənəsindən dəhşətli təpik 

zərbələri almışdı, sui-qəsdə məruz qalan isə, başı üzərində sönük-sönük işaran yalqız ulduz 

görmüşdü və qışqırtımına qaçıb gələn mühafizəçilərin ayaq səslərini yuxudaymış kimi, hardansa 

uzaqdan eşitmişdi. «Nolub, mənim generalım?!» Bu vaxt beş güllə açıldı, beş göyümtül parıltı 

bağı işıqlandırdı – cüzamlı xəstə, prezident qvardiyasının - onun cəlladlarının əlinə diri 

keçməmək üçün daraqdakı patronların beşini də qarnına boşaltmışdı. O, qan içində qıvrılan 

cüzamlı xəstənin meyiti üzərindən adlayıb, əl-ayağa düşmüş saray sakinlərinin hay-həşirini gur 

səsiylə batıraraq, əmr elədi ki, cüzamlı xəstənin meyitini şaqqalasınlar, ətini qaxac eləsinlər, 

başını duzlayıb hamıya ibrət olsun deyə, de Armas meydanında tamşaya qoysunlar, əmr etdi ki, 

sağ ayağını Santa-Mariya-del-Altar sərhədinə, sol ayağını qərb sərhədinə – şor çıxarılan səhraya 

göndərsinlər, əmr etdi ki, bir qolunu aran sakinlərinə, o biri qolunu, meşə sakinlərinə nümayiş 

etdirsinlər, quyruq yağında qızardılmış tikələrini yeddi iqlimdə, bu iyrənc əyyaşxananın bütün 

vilayətlərində xalqa nümayiş etdirsinlər, qoy hamı bilsin ki, öz atasına əl qaldıran şəxsi hansı 

aqibət gözləyir. Bu əmri verib, hələ də qəzəbdən göyərmiş vücuduyla qızılgül kolluğuna girdi ki

keşikçilərin, cüzamlı xəstələri, böcək, kəpənək kimi, süngülərinə keçirib kolluqdan 

çıxardıqlarına tamaşa eləsin. - «Açın üzünüzü, quldurlar!» Sarayın pillələriylə qalxa-qalxa, iflic 

olmuş xəstələri təpikləyib oyadır, onlarıdan, onları bu dünyaya kimin gətirdiyini, analarını kimin 

mayalandırdığını soruşurdu. «Bic köpəkuşağı, barı bilirsiniz bunu kim eləyib?!» O, dəhlizlərlə 

gedə-gedə: «Çəkilin yoldan, lənət şeytana, hakimiyyət gəlir!» - deyə qışqırırdı. Qorxuya düşmüş 

məmurların, onu «Ölməz» adlandıran soyuqqanlı yaltaqların əhatəsində, özündən sonra 

arxasınca odlu vulkan axınını bənzər qızmar fısıltısını qoya-qoya getdi və dövlət şurasının iclas 

salonunda ani şimşək sayrışmasıyla görünüb, öz yataq otağında gözdən itdi, otağın qapısını üç 

qıfıl, üç cəftə, üç zəncirlə bağlayıb, bulaşmış şalvarını barmaqlarının ucuyla, iyrənə-iyrənə 

soyunub atdı. Və elə həmin andan başlayaraq, yenə rahatlığını itirdi… bir dəqiqə belə olsun, 

sakitləşə bilmədi, məiyyətindən kimlərin, yaxud kimin, cüzamlı xəstənin əlinə tapança verdiyini 

havanın iyindən bilməyə çalışaraq, hey öz-özündən: onun məxfi düşməni kim ola? – deyə 

soruşdu. Hiss edirdi ki, bu düşmən hardasa, lap yaxınlıqda, onun lap yanındadı… kimdisə, o 

qədər yaxın adamdı ki, onun, öz balqabaqlarını harda gizlətdiyini də bilir, kimdisə, gözləri bütün 

qapıların deşiyindən onu izləyir, kimdisə, qulaqları bütün divarları dinşəyir və bu adamı, günün 

istənilən vaxtı sarayda, sarayın istənilən otağında görmək mümkündür. «Mənim öz portretlərim 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

66 


kimi, lənət şeytana!» Düşmən hər yerdəydi, onun varlığı, yanvar küləklərinin əsimində də, 

bürkülü gecələrin jasmin ətrində də duyulurdu, bu adam onun yuxusuzluğunun özəyində, həmin 

o vahimənin canındaydı, zülmət qaranlığın içiylə gözəgörünməz, qorxunc kabus ayaqlarıyla 

sarayın ən gizli künc-bucaqlarını gəzib dolaşır, beləcə, dolaşa-dolaşa, günlərin bir günü, axşam, 

domino oyunu zamanı ətə-qana doldu: havada bir anlıq asıla qalan qoşa beş daşıyla oyunu başa 

çatdıran əl, onun əliydi və daxili bir səs ona dedi ki, bu əl, həmin o düşmənin, xainin əlidir. - «Bu 

odu, lənət şeytana, odu!» 

O, bir anlıq duruxdusa da, özünü ələ ala bildi, başını qaldırdı və masanın üzərindən asılmış 

lampanın gur işığında öz əziz dostunun - sadiq generalı Rodriqo de Aqiların gözəl və ifadəli 

gözlərinə baxdı və: «Bu, mümkün olan iş deyil. - fikirləşdi - Axı, Rodriqo de Aqilar mənim sağ 

əlimdi, biz müqəddəs dostluq telləriylə bağlıyıq, o, hər bir işdə mənə dayaq olub». Lakin 

həqiqətdən qaçmaq olmazdı və o, hər şeyi birdən-birə ayrı rəngdə gördü, illər uzunu ustalıqla 

qurulmuş, onu tora salıb dolaşdırdıqları oyunu, bütün bu hiylə və kələkləri öz fəhmiylə, bircə 

anın içində görə bildi! Bu illər ərzində onun heç ağlına da gəlməzdi ki, əziz dostu, əslində, ona 

doğma olan bir insan siyasi fahişələrə, bəxti yeyin siyasətbazlara nökərçilik eləyir! Bunun bir 

günahı da onun özündəydi, öz mənafeyi xatirinə bu hoqqabazları ən ucqar dəlmə - deşiklərdən 

gün işığına o özü çıxarmışdı, federasiya uğrundakı müharibədən sonra onlara misli görünməmiş 

imtiyazlar vermişdi. Özü hər cür imkan yaratmışdı ki, onlar elə onun özünə dayaqlanaraq, 

yüksək mənsəbə yetsinlər, sərvət yığsınlar, elə bir mənsəb və sərvət ki, bir vaxtlar, liberal 

hərəkatının tufanıyla yer üzündən süpürülmüş aristokratların heç yuxusuna da girməzdi. – 

«Onların iştahası, düşündüyümdən də böyük imiş, lənət şeytana, qudurmağa bir bax… Gör bir, 

sən demə, bunlar Allahın sevimlisinin yerinə - mənim yerimə göz dikiblərmiş, yarımçıq 

doğulmuşlar! Bunun üçün də mənim tam etibarımı qazanmış, mənə ən yaxın olan, dövlət 

sənədlərini mənə imzalatmağa gətirən şəxsdən istifadə etmək qərarına gəliblər!» Həqiqətən də 

dövlət sənədlərini onun yanına imzalatmağa gətirməyə yalnız bir şəxsin – general Rodriqo de 

Aqiların səlahiyyəti çatırdı, çünki onun bütün fərmanlarını, çıxardığı bütün qanunları məhz 

Rodriqo de Aqilar rəsmi dilə salıb mətnləşdirirdi, əvvəlcə şifahi, prezidentin mübarək 

düzəlişlərindən sonra isə yazılı şəkildə ona imzalatmağa gətirirdi, o da hər bir sənədin aşağısına 

öz baş barmağını basırdı – bu, onun imzasıydı; sonra bu qeyri-adi imzanı dövlət möhürüylə 

təsdiqləyirdi; onun möhür-üzük şifrəsi, yalnız özü bildiyi xüsusi seyfdə saxlanılırdı. O, 

imzaladığı kağızları Rodriqo de Aqilara qaytaranda, zarafata salıb: «Mənim gözəldən də gözəl, 

əziz dostum, - deyirdi - daha ayaqyoluna getməyə kağızın var.» Və beləcə, onun sonsuz 

etimadından istifadə edən general Rodriqo de Aqilar, öz idarəçilik mexanizmini, dövlət daxilində 

yaratdığı dövlətini bu minvalla idarə edirdi; görünür, bu, ona, istədiyi qədər gəlir gətirə 

bilməmişdi. «Onun gözü bununla doymurdu, altdan-altdan Konde kazarmalarının qiyamını 

hazırlayır, bu işdə ona, yaxın dostu, onun qılıncoynatma müəllimi - birgə holland fahişələrinin 

qonağı olduqları səfir Norton kömək eləyirdi, məhz həmin bu Norton, diplomatları gömrükxana 

yoxla-masından və rüsum verməkdən azad edən qanundan istifadə edərək, ölkəyə sursat 

gətirmişdi, domino oyunu zamanı isə məni tərifləyib göylərə qaldıra-qaldıra deyirdi ki, yer 

üzündə mənim hökumətimdən loyal, insapərvər və ədalətli hökumət tanımır! 

Saxta cüzamlının əlinə tapançanı da onlar vermişdi. Əlli min pesoya danışmışdılar, qəsdin 

muzdunu qatilə verəndə, hər pul bağalamasından pulun yarısını kəsib götürmüşdülər, həmin bu 

yarımçıq pul bağlamaları, sui-qəsdçinin evində axtarış zamanı tapılmışdı və məlum olmuşdu ki, 

bağlamaları oğurlanmış hissəsini qatilə, mənim ölümümdən sonra, əziz dostum general Rodriqo 

de Aqilar şəxsən özü təqdim etməliydi. Onlar sui-qəsd pozulandan sonra da sakitləşmədilər və 

başladılar plan cızmağa ki, qan tökmədən, dinc yolla məni aradan necə götürsünlər, gör iş nə 

yerə çatdı ki, general Rodriqo de Aqilar mənim barəmdə şahid ifadələri toplamağa başladı. 

İttihamları da bundan ibarət idi ki, guya mən gecələr yatmıram, güldanlarla danışıram, 

qaranlıqda qəhrəmanların və arxiyepiskopların portretləriylə söhbət eləyirəm, termometrlə 

inəklərin hərarətini ölçürəm, onlara cürbəcür dava-dərman, qızdırmanı salan həb verirəm, sonra, 

guya böyük admirala sərdabə tikdirmişəm və guya həmin o admiral, yalnız mənim xəstə 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

67 


təsəvvürümdə mövcuddur, halbuki, mən, pəncərəmin altında lövbər salmış üç karavellanı öz 

gözlərimlə görmüşdüm! Dəlil-sübut yığırdılar ki, guya mən, külli miqdarda dövlət vəsaitini hər 

cür mürəkkəb sistemli maşın və mexanizmlərin alınmasına sərf etmişəm, guya astronomları 

məcbur eləmişəmmiş ki, günəş sisteminin qanunlarını elə dəyişdirsinlər ki, gözəllik kraliçası 

mənə aşiq olsun, guya o qızı da özümdən uydurmuşam, qocalıqdan ağlımı o qədər itirmişəm ki, 

iki min uşağı, sementlə dolu barjaya mindirib, açıq dənizdə batırmağı əmr eləmişəm, görürsən bu 

köpəyuşağını?!..» General Rodriqo de Aqilar bütün bu zəruri sübutları toplayıb prezident 

qvardiyasının qərargahında onun bütün zabitləri ilə sazişə girib və qərara alınıb ki, prezident, 

qocalar evinə göndərilsin; qayanın başında tikilmiş o evdə keçmiş diktatorlar yaşayırdı; bu 

əməliyyatın, bu ilin mart ayının birində, mühafizəçi və keşikçilərin himayədarı sayılan 

Müqəddəs Mühafizəçi Mələyin şərəfinə təşkil edilən ənənəvi axşam yeməyi zamanı həyata 

keçirilməsi qərara alınıb. - «Yəni üç gündən sonra, mənim generalım!» Onda o, bircə hərəkətiylə 

belə sezdirmədi ki, sui-qəsddən xəbəri var, bircə hərəkəti ilə belə bir kəsdə şübhə oyatmadı ki, 

hər şeyi bilir və təyin olunmuş gün, öz qonaqlarını – şəxsi qvardiyasının ali zabitlərini qəbul etdi, 

onları banket stolunun arxasında əyləşdirdi və onlara içki təklif etdi. - «General Rodriqo de 

Aqilar gəlib əsas sağlığı deyənəcən, bir az boğazımızı isladaq». O, bütün qonaqlarla dostyana 

söhbət edir, zarafatlaşır, zabitlər isə bir-bir, guya ötəri təsadüflə öz saatlarına baxır, saatı 

qulaqlarına tutur, silkələyir, qurur, vaxtı düzəldirdilər – artıq saat on ikiyə beş dəqiqə qalırdı, 

lakin general Rodriqo de Aqilar hələ də görünmürdü. 

Hava, gəmi qazanının istisiylə qızmışdı, ancaq bu, ətirli bir bürkü idi: qladiolosların, 

qərənfillərin və tər qönçələrin ətri otağı bürümüşdü, amma nəfəs almağa hava yox idi; kimsə 

qalxıb pəncərəni açıdı - «Və biz hamımız sinə dolusu nəfəs aldıq, sonra yenə saatlarımıza 

baxdıq, açıq pəncərədən içəri bayram yeməklərinin iştahaçan qoxusu və meh doldu». Ondan 

başqa hamı tər içindəydi və bir anlıq, hamı özünü necəsə naqolay hiss elədi və özünü 

oturanlardan, çoxdan ötüb keçmiş illəriylə, qalxanla qorunan kimi qoruyan, qonaqlarına 

hardansa, öz məkanından - zamana dəxli olmayan dünyasından boylanan bu qoca heyvanın geniş 

açılmış, kiprik çalan gözlərinə baxmaqdan utandılar. – O: «Sizin sağlığınıza… - deyib badəsini, 

yuxulu zambağı qaldıran tək, yuxarı qaldırdı - sizin sağlığınıza!» O, bütün axşamı badəsini, 

içkidən bir qurtum da almadan, bircə-bircə zabitlərin badəsiylə toqquşdurdu. Və budur, tam 

səssizlikdə, saat mexanizminin, sanki məşum uçurumun dibindən gəlirmiş boğuq zəngi eşidildi – 

saat on ikini vurmağa başladı. Lakin general Rodriqo de Aqilar hələ də gəlməmişdi. Kimsə 

ayağa qalxdı, sağolllaşaraq, aradan çıxmaq istədisə də, amiranə baxışların təsirindən yerinə 

mıxlandı, daşa çevrilib dondu, prezidentin səsi eşidildi: «Xahiş edirəm, getməyin!» Hamı da başa 

düşdü ki, saat on ikini vurub qurtarmayanacan hərəkət eləmək, nəfəs almaq, özünü diri 

göstərmək olmaz. Sonuncu zəng zərbəsi susanda isə qapıların pərdələri açıldı və qonaqlar 

çoxdan gözlədikləri general Rodriqo de Aqiları - görkəmli xadim, diviziya generalı Rodriqo de 

Aqiları bütün vücuduyla, dörd bir yanı gül kələmi salatlarıyla bəzədilmiş, içinə dəfnə yarpağı və 

ləvəngi doldurularaq, təndirdə yaxşıca bişirilib qızardılmış vəziyyətdə, əyninə, beş qızılı badam 

dənəcikli, boş qolunda, igidliyə görə tikişi olan, sinəsi, on dörd funt ağırlığında medallarla 

bəzədilmiş parad geyimində, ağzından cəfəri saplağı asılmış halda iri, gümüş məcməyidə oturan 

yerdə gördülər. Məcməyi bayram süfrəsinin ortasına qoyuldu və iltifatlı ofisiantlar, dəhşətdən 

daşa dönmüş qonaqlara məhəl qoymadan, süfrəyə gətirilmiş yeməyi bıçaqla doğrayıb bölməyə 

başladı və hər qonağın qabağındakı nimçəyə, içi qoz ləpəsi və ədviyyatla doldurulmuş müdafiə 

nazirinin ətindən iri bir tikə qoydular, axşam yeməyinə başlamaq işarəsi verildi: « Nuş olsun, 

senyorlar!» 

 

O, o qədər zəlzələlərdən, taleyin uğursuz döngələrindən, odlu səma kürələrinin saysız-hesabsız 



təkanlarından sağ- salamat çıxmışdı ki, bizim dövrlərdə daha bir adam belə inanmırdı ki, bir 

vaxtlar görücü-falçı qadının dedikləri həyata keçəcək və haçansa öləcək. Bir sözlə, daha onun 

ölümünə heç cür inanmaq mümkün deyildi, bu, ağlasığmaz, mümkünsüz bir məsələyə 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

68 


çevrilmişdi, odu ki, aşkar edilmiş cəsədin, səliqəyə salınıb dəfn edilməsinə icazə 

sənədləşdirilənəcən, aramızdan ən qatı mövhumatçılar belə boyunlarına almasalar da, 

gözləyirdilər ki, əgər bu cəsəd həqiqətən onun bədənidirsə, bir vaxt deyilənlər nəhayət ki, həyata 

keçəcək: onun ölüm günü durğun bataqlıqların kifsəmiş suları axar çaylara dolub qalxacaq, qanlı 

yağışlar yağacaq, toyuqlar beşguşəli yumurtalar yumurtlayacaq, Yer üzünə əbədi sükut və 

qaranlıq çökəcək – onun ölüm günü dünyanın axır günü olacaq. Onun ölümünə bir də ona görə 

inanmaq mümkün deyildi ki, diktatura rejimi illərindən salamat çıxan bir çox qəzetlər yenə 

əvvəlki qaydada onun ölümsüzlüyündən yazır, tarixi xidmətlərini şişirdərək, yazılanları arxiv 

sənədləriylə təsdiq edirdilər; onun portreləri hər gün qəzetlərin birinci səhifəsində başlıqda 

göründükcə, bizdə zaman donuqluğu ovqatı yaranırdı: biz, hər gün qəzetlərdə həmin üzü, 

paqonlarında beş şöhrət günəşi parıldayan həmin o mundiri görürdük, üzü, fəaliyyət hərarəti və 

sağlamlıq saçan ləyaqətli bir adamın şəklini görürdük, halbuki, onun yaş həddi çoxdan hamının 

yadından çıxmışdı. 

Qəzetlər bir ucdan eyni faktları – onun gah, artıq çoxdannan açılmış hansısa abidələrin, gah 

əslində mövcud olmayan hansısa kommunal iş yönümlü idarələrin açılışında, guya dünən, 

əslində isə keçmiş əsrdə sədrlik etdiyi iclaslarda çəkilən şəkillərini dərc edirdilər. Biz də axı 

bilirdik ki, bunlar qəzetlərin növbəti yalanıdı, çünki o, Letisya Nasarenonun dəhşətli ölümündən 

sonra adam arasına çıxmırdı, öz kimsəsiz sarayında tək-tənha yaşayır, dövlət işləri isə elə özü-

özünə, onun hüdudsuz hakimiyyəti dövrlərindən bu yana, öz inersiyası hesabına gedirdi. Biz 

bilirdik ki, o, baxımsızlıqdan xarabalığa çevrilmiş bu binada rahib həyatını yaşayır və indi bizim, 

kədər və qəm-qüssəylə gecənin düşməsinə baxdığımız həmin bu pəncərələrdən, uzun-uzuadı illər 

- öz illüziyalar taxtında oturduğu dövrlər, ürəküzən, sıxıntılı axşamların düşməyinə, gecənin 

yaxınlaşmasına o da baxıb: biz mayakın, hey göz vura-vura. ara-sıra əfsanəvi yaşıl dalğalarla 

otaqların xarabalıqlarında üzən işığını görürdük; növbəti təbii fəlakət vaxtı sahilyanı qəsəbələri 

su basdığından, kasıbların elliklə tökülüşüb məskən salıdığı nazirlik binalarının sınıq-salxaq 

pəncərələrində sönük işartılarla işıq saçan miskin lampaları görürdük; bir az aşağıda tüstüyə 

bürünmüş şəhəri görürdük, bir vaxtlar əcnəbilərə satılmış dənizin dalğalandığı, indi isə qupquru, 

nəhəng çalalar boyu sıralanan gümüşü kraterlərin üzəriylə sönük qığılcımlarla çaxan şimşəklərin 

işığında seçilən üfüqü görürdük; onun ölümünün birinci gecəsi biz birdən-birə onun nəhəng 

imperiyasının hüdudsuz mənzərəsini onsuz gördük; bu imperiyanın titrəməli göllərini, çayların 

qovşağında yerləşdiyindən havasız, nəmli buxarlar içində əriyən kəndlərini gördük, biz onun 

mülkiyyətlərini – acgöz, tikanlı məftillərlə hasara alınmış əyalətləri, saysız-hesabsız mal-qara 

sürülərini, prezidentin şəxsi möhürüylə – vərəsilik damğasıyla damğalanmış əla növ cins 

inəklərin otladığı sahələri gördük. 

Biz, onun yaşıyla bağlı cürbəcür zarafatlar eləməkdən doymurduq, yerişini, qədim tısbağaların, 

xüsusən, qoca fillərin yerişilə müqayisə edirdik, qəlyanaltıxanalarda cürbəcür lətifələr qoşurduq 

ki, guya bir dəfə dövlət şurasına xəbər çatıb ki, prezident ölüb və nazirlər qorxa-qorxa bir-birinə 

baxa-baxa soruşublar ki, indi bu haqda kim gedib ona xəbər verəcək, ha-ha-ha! Yəqin, o dövrlər 

belə xəbərlər onu çətin maraqlandırırdı, çətin ki, o, bütün bu danışılanlar ciddi söhbət, yoxsa adi 

küçə anektodu olduğunu anlayaydı, çünki o dövrlər onun yaddaş sandığında artıq bir neçə 

nimdaş xatirələrdən savayı ayrı bir şey qalmamışdı. Deyirdilər, o, yastıdaban, heysiz ayaqlarıyla 

tənha, yarıqaranlıq kabinetlərlə lal güzgü əksi kimi dolaşdığı an, kabinetlərdən birində qarşısına 

çıxan nişastalı yaxalıqlı, qısa gödəkçəli adamın onu görəcək, əlindəki ağ yaylıqla kiməsə şərti 

işarələr verdiyi gözünə görünəndə o: «Əlvida!» - deyibmiş. Bu qəribə təsadüf, deyilənə görə, 

sonradan rituala çevrilmişdi, saray xidmətçiləri hər onu görəndə ayağa qalxıb ağ yaylıq 

yellətməli və «Əlvida mənim generalım, əlvida!» deməliymişlər. Lakin məsələ burasındaydı ki, 

o onları qətiyyən eşitmirdi. O dövrlər birdən-birə niyəsə ona elə gəlmişdi ki, quşlarının səsi, 

səhər-axşam oxumaqdan batır, odu ki, ehtiyatda saxladığı beçə balından quşlara da yedirdir, 

onların daha gur səslə oxumağı üçün dimdiklərinə kantorin damlalarından damızdırır və 

fikirləşirdi ki, bu damlalar mütləq quşların səsinin açılmasına kömək etməlidi, sonra özü də 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

69 


quşlara qoşulub köhnə, unudulmuş mahnılardan oxuyurdu: «Ah, yanvar Ayı!..» və yenə də heç 

cür başa düşə bilmirdi ki, quşların səsi heç də tutulmayıb, sadəcə, onun qulaqları pis eşidir. 

 

понедельник, 8 июня 2009 г. 



Bir dəfə isə, gecə yarısı qulağındakı vıjıltı səsi yerli-dibli yoxa çıxdı, elə bil çilik-çilik olub 

söndü, qeybə çəkildi, bunun əvəzinə isə qulağına, arada bir uzaqdan-uzağa, hakimiyyət 

dumanının ilğımında üzən gəmilərin zəif fitləri güclə eşidilən yumşaq hava doldu… sonra o, 

hansısa qondarma küləklərin səsini eşitməyə başladı, külək səsinin içinə quş civiltiləri də doldu, 

quşlar elə bil onun ürəyinin içində cükküldədilər və bu cükkültü onu, quşlarının uzun-uzadı 

faciəvi lallığı dərdini çəkməkdən xilas elədi; o vaxt dövlət iqamətgahına buraxılan bir neçə 

adamın, onu saat ikidən bu yana, günün ən isti saatlarını keçirdiyi talvar kölgəsində, hörmə 

yelləncək kresloda oturan yerdə tapmağa ixtiyarı çatırdı; o, öz yelləncək kreslosunda otura-otura, 

yuxularının arasından – yaxınlıqdakı məktəbdə oxuyan qızların, sarayın bir o qədər də möhkəm 

mühafizə olunmayan arxa darvazalarına dırmaşıb onu – yuxusuz mürgülər içində gicgahında 

saralmış məlhəm otları tərpənmədən oturub qaldığı vəziyyətini müşahidə etməyini, sapsarı gün 

şüalarının, talvarın yarpaqları arasından üstünə süzüldüyündən, ala-pələng bəbirə oxşamağına, 

manterrayanın – «dəniz iblisinin» ağzı kimi açıq qalan ağzına baxdıqlarını görürdü. «Qoca 

kaftar!» - deyə qızlar onu cinlədir, o isə onların nə dediyini eşitmir, onlara, havanın titrək 

bürküsündən baxa-baxa, mehriban-mehriban əl eləyirdi; o, mığmığaların qulaqbatıran vızıltısını 

da eşitmirdi, o ümumiyyətlə heç nə eşitmirdi, bircə bataqlıqlar və dəniz xərçənglərinin iyini 

eşidirdi, bir də, toyuqların arada bir asta-asta dimdiklədiyi ayaqlarının barmaqlarını tərpərdirdi. 

Onun real dünyayla bircə əlaqəsi, cəmi-cümlətanı bir neçə qiymətli xatirələri idi, dövlət 

işlərindən uzaqlaşdığı gündən bəri o, bircə bu xatirələrlə yaşayır, heç nə fikirləşmədən, dumanlı 

hakimiyyət havasında gicəllənməklə məşğul olurdu: adamsız, tənha sarayın dəhlizləriylə 

sürünərək, boş kabinetlərdə gizləndiyi gecələr, orda məruzə vərəqlərinin kənarlarını qopararaq, 

boş haşiyələrində zərif xəttiylə sönük xatirələrini - onu ölümdən xilas edən xatirələrini yazdığı 

gecələr, qocalığın ölüm qorxusu yellərinə sinə gərib davam gətirməyə, ona yenə yalnız və yalnız 

bu xatirələr kömək olurdu. 

Belə gecələrin birində o, öz zərif xəttiylə: «Mənim adım Sakariasdır!» - sözlərini yazdı, sonra bu 

sözü mayakın işığında ötəri oxudu, sonra bir də və bir də oxudu; o qədər oxudu ki, öz adı ona 

yad göründü. Sonra: «Axı bu, sənin nəyinə lazımdı?...» - deyə özü-özündən soruşdu və kağızı 

tikə-tikə cırıb yerə tökdü. «Mən elə mənəm!» Sonra ayrı kağız götürüb orda yazdı ki, yüz yaşı 

tamam olub; bu, həmin o dövr idi ki, kometanın ikinci gəlişi də baş vermişdi; əslinə qalsa, o özü 

buna dəqiq əmin deyildi, çünki kometaların gəlişlərini hansı dövrlər və neçə dəfə gördüyünü 

dəqiq xatırlamırdı; o biri kağız zolağında isə: «Namuslu döyüşdə yaralananlara eşq olsun, 

qəsbkarların tapdağı altında ölən cəsur döyüşçülərə eşq olsun!» yazdı; bu yazılar elə bir dövrə 

aid idi ki, o dövr haqqında indi nə desən, yazmaq olardı. Sonra o, bir parça karton götürüb: 

«Ayaqyolunda biabırçı əməllərlə məşğul olmaq qadağan edilsin.» – yazdı və kartonu aparıb 

ayaqyolunun qapısına yapışdırdı: həmin ayaqyolunun ki, bu yaxınlarda orda o, tamamilə 

təsadüfən yüksək rütbəli bir zabitin biədəb əl şuluqluğunun şahidi olmuşdu, sonra qayıdıb yenə 

yadına düşənləri bir-bir yazmağa başlamışdı. «Letisiya Nasareno, - o yazmışdı – mənim yeganə 

qanuni arvadımdır». Letisiya Nasareno həmin qadın idi ki, ona lap qoca vaxtlarında yazıb-

oxumağı öyrətmişdi, odu ki, indi yaddaşında onun xatirəsini oyatmaq istəyirdi, cəmiyyət içində 

milli bayrağı xatırladan ikirəngli çətiri ilə, boynundakı qara tülkü dərisi ilə o biri qadınlardan 

fərqlənən birinci xanımın obrazını gözünün qarşısında canlandırmaq istəyirdisə də, arvadı onun 

yadına yalnız bir vəziyyətdə – çılpaq bədəni ilə miçətkənin arasında, günorta bürküsünün 

ağappaq işığı içində uzanan yerdə düşürdü; yadına, onun, elektrik ventilyatorunun sərin vıjıltısı 

altında uyuyan yumşaq, ağ bədəninin yuxulu cizgiləri düşürdü; onun döşünün bərkliyini, it iyinə 

bənzər iyini, iş üzü görməyən sütül qollarının qoltuğundan gələn kəskin tər iyini hiss edirdi; 


Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin