Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə10/115
tarix25.04.2017
ölçüsü7,78 Mb.
#15742
1   ...   6   7   8   9   10   11   12   13   ...   115

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

50 


Prezident:«Bu xoruza neçə verim?» - deyə soruşanda, Dionisio İquaran çəkinə-çəkinə: 

«Peşkəşdi, cənab general, - demişdi - götürün». Dionisio İquaran, camaatın alıqışı, musiqi və 

fişəng səslərinin sədaları altında evinə yollananda və yol boyu hamıya, məğlubedilməz, qırmızı 

xoruzunun əvəzinə ona peşkəş verilmiş altı ədəd yarlı-yaraşıqlı, cins xoruzu göstərib öyünəndə, 

çoxları ona qibtə eləmişdi; lakin elə həmin gecə Dionisio İquaran yataq otağına girib qapını 

arxadan bağlamışdı, bir şüşə əldəqayırma qamış romunu başına çəkib, özünü qamakın 

kəndirindən asmışdı… çünki zavallı, generalın bu yüksək mükafatına, ənamına layiq görülmüş 

şəxsi hansı bədbəxtliyin və fəlakətlərin gözlədiyini yaxşı bilirdi; generalı isə belə şeylər əsla 

düşündürmürdü, bütün bu təntənəli mərasimlərdən və səfərlərdən sonra, görüş vaxtı hal-əhval 

tutub söhbət elədiyi, yaxud, sadəcə, adlarını çəkdiyi adamların başına bu qədər faciəli hadisələrin 

gəlməsi də niyəsə onu düşündürmür, arxasınca uzanan «arzuolunmaz şəxslərin» qanlı izi də onu 

narahat eləmirdi; onu sevənlərin yeganə qisməti lənət və ölüm idi; adi söhbətlər zamanı 

kimsəninsə onun adını səhv deməsi, ya hər hansı sözü başqa şəkildə işlətməsi kifayət idi ki, onu 

müşayiət edən muzdlu əlaltıları bu təsadüfi xətanı, heç bir günahı olmayan bu adamın təqibinə 

başlamaq işarəsi kimi yozsunlar. 

O, ölkə boyu əcaib armadil* yerişiylə gəzib dolanır, üz-gözü tük basmış, qatı tər iyi verən 

vücuduyla qəfil gözlənilməzliklə evlərin birində, yaxud, kiminsə mətbəxində peyda olurdu; ilk 

baxışda, fağır yolçunu andıran bu adamın gəlişi ev sakinlərinin canına vəlvələ salır, o, 

totunayla** gil badyadan su götürür, onu fınxırtıyla içib yanğısını söndürür, yaxud, qazana 

yaxınlaşıb əlini onun içinə soxur, ət tikələrini seçib götürür, ağzını marçıldada-marçıldada, 

köpənəcən yeyirdi; o elə sadəydi ki, bu sadəlikdən adamların canına niyəsə üşütmə düşürd, 

amma özünün ağlına da gəlmirdi ki, indən belə onun təşrifinin lənətli izi, ya nişanəsi həmişəlik 

olaraq bu evdə qalacaqdı; bir də o, bunu hansısa siyasi məqsədlərlə yox, sonralar da olduğu kimi, 

xalqın məhəbbətini və pərəstişini qazanmaqdan ötrü eləyirdi, çünki bu məhəbbətə ehtiyaclıydı, 

bir də ona görə belə eləyirdi ki, əslində, o çox sadə adam idi, necə görünürdüsə, elə həmin o 

adam idi. Həmin dövrdə hakimiyyət onun üçün, sonralar toxluqdan çiyrinmiş payızında olduğu 

kimi, adamı tədricən içinə soran bataqlıq yox, coşqun sel idi və həmin bu sel, bizim hamımızın 

gözləri qarşısında, ən qədim və dərin qatlardan fışqırıb üzə çıxan axın kimi bir şey idi

hakimiyyət onu idarə eləmirdi, o, hakimiyyəti idarə edirdi və bar verməli olan ağacı barmağıyla 

göstərməyi kifayət idi ki, həmin ağac bar versin, balalamalı olan heyvanı göstərməyi kifayət idi 

ki, o heyvan balalasın, hansısa məqsədə yetmək istəyən adamı göstərməyi kifayət idi ki, həmin 

şəxs öz məqsədinə çatsın; o, yağışı, məhsula ziyan verəcək yerlərdə dayandırıb, onu quraq 

torpaqlara yağmağa məcbur eləməyi də bacarırdı. – «Senyor, bütün bunları mən öz gözlərimlə 

görmüşəm!» Onun haqqında yayılan bu sayaq əfsanələr, o, hakimi-mütləq olub, özü də buna 

inanandan çox-çox əvvəllər yaranmışdı, hələ o illərdə yaranmışdı ki, o, müxtəlif əlamətlərə, 

qara-qura yuxuların, vəhylərin yozumuna, cadu-pitiyə inanırdı. 

Məsələn, o, yenicə başladığı səfərini yarıda kəsirdi ki, nə var-nə var, başı üzərindən uçub keçən 

piqma quşu bir-iki ağız cükküldəyib, yaxud xalqla baş tutmalı görüşü başqa vaxta keçirirdi ki, 

bəs anası Bendiyon Alvarado toyuq yumurtasında iki özək aşkar edib; bir dəfə isə - növbəti 

səfəri ərəfəsində, onu hər yerə müşayət edən məiyyətindən, özünün söyləməyə cəsarəti çatmadığı 

nitqləri onun əvəzinə söyləməli olan senatorlardan və millət vəkillərindən o səbəbdən imtina 

etmişdi ki, həmin gecə o, qorxulu yuxu görmüşdü… görmüşdü ki, böyük, mebelsiz bir otaqda, 

onu dörd tərəfdən əhatəyə almış, qəssab bıçaqlarıyla yaraqlanmış boz pencəkli kişilərin 

arasındadı… onlar, irişə-irişə, əllərindəki bısaqla onu kəsib-doğrayırlar, ha tərəfə çönürsə, ha 

yana gedirsə, üzünü yaralamağa, gözlərini oyub tökməyə köklənmiş bu bıçaqlarla üzləşdikcə, 

özünü, bu əcaib təbəssümlü, ölü rəngli, qaradinməz qatillərin arasında, qovulub boğazlanmış 

heyvan kimi hiss edir, onlar, bu qurbanlıq mərasimini başa çatdıracaq ən sonuncu və həlledici 

zərbənin kimin vuracağını və bununla da, kimin birinci olaraq onun qanından içmək şərəfinə nail 

olacağını götür-qoy edirlər; lakin o, artıq nə qorxu, nə qəzəb hiss edir, daxilində qəribə bir 

əminamanlıq duyur, həyat bədənini tərk etdikcə, bu dinclik canına bir az da çox yayılırdı; öz 

cismini, çəkisini daha duymurdu… ruhunu, qəlbini anlaşılmaz bir rahatlıq, izaholunmaz bir 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

51 


aydınlıq sarmışdı… o hətta gülümsəyirdi: öz qatillərinə, öz qismətinə gülümsəyirdi… və budur, 

nəhayət onlardan biri - yuxuda onun oğlu olan şəxs, əlindəki qəssab bıçağını onun qasığına 

soxub sonuncu havanı buraxdı… və qanı otağın ağ divarlarına, bu dəhşətin ağlığına çiləndi… 

«Onda mən qana bulaşmış ponçomu üzümə çəkdim, üzümü örtdüm ki, diri olarkən məni 

tanımayanlar, ölü halımda da tanıya bilməsinlər və yerə yıxıldım, can verməyə başladım…» 

Yuxu o qədər real idi ki, o özünü saxlaya bilməyib onu öz həmyerlisinə - səhiyyə nazirinə 

danışdı, nazir də bu sayaq ölümün artıq tarixdə təsvir edildiyini söyləməklə onun xofunu bir az 

da artırdı. «Eynilə belə bir ölüm, mənim generalım!» Və səhiyyə naziri, general Lautaro 

Munyosun kənarları yanmış, qalın kitabını əlinə alıb eynilə bu cür qətlin təsvir olunduğu epizodu 

oxudu. «Hə, hər şey mənim yuxumda olduğu kimiydi, ana! Mən onu dinləyərkən, hər şeyi 

yenidən xatırladım, unutduğum ən xırda detalları belə xatırladım… məsələn, necə yuxudan 

ayılandan sonra havanın küləksiz olmasına baxmayaraq, iyirmi üç pəncərənin öz-özünə 

açıldığını xatırladım… yuxuda da mənə düz iyirmi üç bıçaq zərbəsi vurulmuşdu. Bu nə dəhşətli 

uyarlıqdı?!» Uyarlıq, tək bir bununla bitmədi, yuxum, bir növ çin oldu, elə həmin həftə hərbi 

qüvvələrin səhlənkarlığı, yaxud, bilərəkdən yaxalarını kənara çəkməsi nəticəsində senata və ali 

məhkəməyə quldur basqıları baş verdi; hücum edənlər, milli sərvətimizin – senatın altını üstünə 

çevirdilər… o senatın ki, bir zamanlar müstəqillik uğrunda mübarizənin fədailəri ordan, 

millətimizin suverenliyini elan etmişdilər; senat yandırıldı, yanğının alovları gecə yarısınadək 

tuğyan etdi, bu dəhşətli mənzərəni prezident iqamətgahının balkonundan da aydınca seyr etmək 

olurdu, yanğın, bu tarixi binanın özülündən belə əsər-əlamət saxlamadı və kiminsə, nəinki 

binanın özünü, onun xatirəsini belə yaddaşlardan birdəfəlik silməyə çalışdığı xəbəri isə 

prezidenti zərrə qədər məyus etmədi; bizə vəd edildi ki, cinayətkarlar mütləq axtarılıb tapılacaq 

və tezliklə Qəhrəmanlar Evinin tam eyni olan bir bina ucaldılacaq; lakin cinayətkarlar tapılmadı, 

senat binasının xarabalığı isə indi də olduğu kimi qalmağındadır. Senatorlara, ali ədalət 

məhkəməsinin işçilərinə gəldikdə isə prezident öz yuxusunun bəd yozumunu heç də onlardan 

gizlətmək fikrində deyildi, əksinə, bir vaxtlar yuxuda aldığı xəbərdarlıqla öz hərəkətlərinə haqq 

qazandıraraq, qanunvericiləri, iti qovan kimi qovdu, köhnə respublikanın məhkəmə aparatını 

büsbütün dağıtdı, senatorları, millət vəkillərini, ali məhkəmə hakimlərini isə (onun, onlara artıq 

heç bir ehtiyacı yoxidi, o səbəbdən ki, hakimiyyətinin qanuniliyinin təsdiq edilməsinə heç bir 

ehtiyac duymurdu) mükafatlandırdı - pulu yağış kimi başlarına yağdırdı, sonra da bir-bir uzaq 

ölkələrə səfir göndərdi, öz yanında isə yalnız bircə nəfəri – öz kölgəsini, əli maçeteli, ayağıyalın, 

qaraqabaq hindunu saxladı; hindu onu bir an belə tək buraxmır, içəcəyi mayeni, yeyəcəyi yeməyi 

birinci öz üzərində sınaqdan keçirir, heç kəsi, ona müəyyən olunmuş məsafədən yaxına gəlməyə 

imkan vermirdi. « Bu hindu, prezident yanımda olduğu saatlarda da qapının ağzını kəsdirib 

dayanırdı. Söhbət gəzirdi ki, guya prezident mənim oynaşımdır, əslində isə o, yanıma ayda iki 

dəfə kart falına baxmağa gəlirdi. Bu, uzun illər davam etdi, o vatlar o özünü, hələ haçansa öləcək 

bəndə kimi hiss edirdi, hələ də şübhə və tərəddüdlər içindəydi, özü də bunu etiraf edirdi ki, o da 

səhvə yol verə bilər və kart falına öz vəhşi, fitri instinktindən daha çox inanırdı. O, adətən mənim 

yanıma, nədənsə qorxub-hürkəndə, canını xof alanda, qorxudan qocalıb qartımış vəziyyətdə 

gəlirdi; mən, onu ilk dəfə görəndə də o eynil belə bir vəziyyətdəydi… içəri daxil olub əllərini - 

qurbağa qarnı kimi tarıma çəkilmiş hamar dərili, yumru ovcunu mənə uzatdı… mən, bu uzundan 

da uzun ovsunçu-falçı ömrümdə hələ bu cür gözəl əllər görməmişdim, heç sonralar da 

görmədim! O, lal yalvarış və ümidsizlik dolu gözlərini üzümə dikib, hər iki əlini stolun üstünə 

qoydu… görürdüm axı necə içi gizli təşvişdən və özünə inamsızlıqdan doğranıb-tökülür, onu da 

görürdüm ki, daha ürəyində bircə dənə də olsun, arzu, ümid qalmayıb, bədbinliəyə qapılıb və 

onda məni, onun əllərindən daha çox, hüdudsuz qüssəsi və yalqızlığı heyrətə gətirdi. Onun 

zavallı qəlbinə, şübhələrdən üzülmüş qoca qəlbinə acıdım və falına baxmağa başladım, lakin 

onun taleyi, alın yazısı mənim üçün anlaşılmaz, büsbütün qaranlıq qaldı. Nə onun ovcu, nə də 

digər fal üsullarıyla heç nəyi oxumaq olmurdu… onun kartlara toxunmağıyla, kartlar rəngini 

dəyişir, bataqlıq suyuna düşən kimi qapqara qaralır, fincanın dibinə çökən qəhvə, bulanıq palçığa 

çevrilirdi. Onun şəxsiyyəti ilə bağlı heç bir üsulla heç nə öyrənmək mümkün olmurdu… qəribədi 

ki, onun onun falında, onunla ünsiyyətdə olan yaxın adamların taleyi apaydın oxunurdu. Orda 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

52 


mən, onun anasını - Bendisyon Alvaradonu görə bildim və ona, anasının lap qocalandan, kar 

olmağa başlayandan sonra hansısa əcaib quşları necə rəngləyəcəyini də göstərdim, o isə: «Yazıq 

anam!» - deyib ah çəkdi. O biri dəfə falına baxanda, şəhərimizin qasırğadan necə dağılacağını 

gördüm, qasırğa o qədər dəhşətliydi ki, onun, qadın adını xatırrladan adı belə iyrənc məsxərə 

kimi səslənirdi. Bir dəfə isə biz, belində qılınc olan, yaşıl maskalı bir kişini gördük və prezident 

təşvişlə soruşdu ki, hazırda bu adam hardadı, kartlar cavab verdi ki, bu adam, çərşənbə günləri, o 

biri günlərə nisbətən prezidentə daha yaxın olur, o dedi: «Aha», sonra soruşdu ki, bu adamın 

gözləri nə rəngdədir, kartlar cavab verdi ki, işıqda baxanda, onun bir gözü quarapo-şərab 

rənginə, o birisi, tünd rəngə çalır və o dedi: «Aha!», sonra soruşdu ki, bu adamın niyyəti nədir? 

Mən, daha dözə bilməyib bütün həqiqəti açıb ona danışdım; dedim ki, yaşıl maska - xəyanət və 

namərdliyə işarədir, o, təntənəylə: «Aha! - dedi. – Bilirəm o kimdi! Dəqiq bilirəm!» Bu adam, 

onun yaxın köməkçilərindən biri, polkovnik Miravan idi… bir neçə gündən sonra həmin 

polkovnik tapançanı qulağına sıxıb özünü vurdu və ölümündən sonra heç bir əlçim kağızı da 

tapılmadı ki, camaat onun bu intiharının səbəbini bilsin. 

İnsanların və vətənin taleyini, onun tarixi yollarını o, beləcə, kart falı əsasında müəyyən edirdi. 

Yalnız sonralar, adi suya baxaraq, kimin nə vaxt və harada öləcəyini söyləyə bilən, bu sahədə 

misli-bərabəri olmayan görücü qarı haqqında eşitdiyi gündən, kart falı gözündən düşdü və o, 

maçete ilə silahlanmış mühafizəçisinin müşayəti ilə hamıdan xəlvət həmin görücünü axtarmağa 

yollandı, yalnız qatar keçə bilən dağ cığırlarıyla, dərələrin dibiylə yol yeriyə-yeriyə gedib 

yayladakı tənha bir komaya çatdı; görücü qarı burda öz nəticəsiylə yaşayırdı, bu yaxınlarda ərini 

itirmiş nəticəsinin üç uşağı vardı, dördüncüsünü də bu gün-sabah doğasıydı: o, qarını qaranlıq bir 

otağın küncündə, qamakada uzanmış halda tapdı; qarını iflic vurmuşdu, gözləri, demək olar, 

görmürdü: lakin qarı ona deyəndə ki, əllərini suyla dolu ləyənin üzərinə tut, qaranlıq dağıldı, 

ləyəndəki su duruldu, saflaşdı, işıq saçıb parıldadı… bu işıq hardansa, suyun dərinliyindən 

gəlirdi… o. bu suda özünü, güzgüdəki kimi apaydın gördü… rütbə nişanları taxılmamış hərbi-

səhra geyimində, uzunboğaz çəkmələrdə, sol dabanında qızıl mahmız, döşəmədə üzüqoylu 

uzandığı yerdə gördü… qarıdan soruşdu ki, bu harada baş verir, döşəmədə üzüqoylu uzandığı bu 

yer haradır və qarı, ləyəndəki suyun, işıq şölələrini izləyə-izləyə cavab verdi ki, bu, bu dəqiqə 

oturduqları otaqdan böyük olmayan bir otaqda baş verir və o, bu otağın içində yazı masasını, 

elektrik yelqovanını görür, dənizə açılan pəncərə görür, ağ divarları, hansısa atların şəklini və 

üzərində əjdaha təsvir olunan bayraq görür. Prezident dedi: «Aha!» O, bu təsvirlə, iclas 

salonunun qonşuluğunda yerləşən kabinetini tanımışdı… Odu ki: «Bəs mən necə öləcəyəm, 

öldürəcəklər, ya pis bir xəstəlikdən öləcəyəm?» - deyə soruşdu. Qarı cavab verdi ki, yox, onu nə 

öldürəcəklər, nə də o, pis xəstəlikdən öləcək, o öz əcəliylə öləcək və ölüm, onu yuxuda ikən 

yaxalayacaq… özü də o, əziyyətsiz-filansız, rahat öləcək. Prezident: «Aha!» - deyib gizli bir 

həyəcanla: «Bəs bu, nə vaxt baş verəcək?» - deyə soruşdu. Qarı cavab verdi ki, qorxmasın, onun 

yaşı qədər – yüz yeddi il yaşayacaq, bundan sonra daha yüz iyirmi beş il ömür sürəcək və yalnız 

o zaman, indicə suda gördüyü hadisə baş verəcək. O: «Aha.» - dedi və xəstə qarını, öz peşəkar 

cəllad məharətiylə – ona heç bir işgəncə vermədən, öz qızıl mahmızının bağıyla onu üsulluca 

boğub öldürdü; baxmayaraq ki, bu vaxtacan nə müharibədə, nə də dinc dövrlərdə o, bir kimsəni, 

yaxud heyvanı şəxsən özü öldürməmişdi, zavallı qarını özü öldürdü, bu, onun öldürdüyü yeganə 

canlıydı; onu da ona görə öldürdü ki, yer üzündə özündən savayı heç kəs onun harda və nə vaxt 

öləcəyini bilməsin. Bu əclaflığı uzun-uzadı payız gecələrində də onun ruhunu narahat eləmir, 

vicdanını zərrəcə də ağrıtmırdı. 

Əksinə, o bu hadisəni özünə alqış və öyüd kimi xatırlamağı sevirdi – bax, bu cür zalım və 

qətiyyətli olmaq gərəkdir; Manuela Sançes, həmin o günəş tutulması hadisəsinin zülmətində 

qeyb olandan bəri o öz keçmiş əzmini və qətiyyətini dönə-dönə, təəssüflə xatırlayır, özünü, 

ondan iyrəndirməyə çalışırdı ki, xəcalət hissindən qurtulsun, özünü alçaldılmış duymasın, içini 

yandırıb-yaxan məsxərə neşətərini canından çıxarıb atsın; o, tamarinlərin altındakı qamakda 

uzanır, Manuela Sançes barədə, yarpaqların xışıltısını dinləyə-dinləyə, yuxusuna haram qatan bir 

nifrətlə düşünür, silahlı qüvvələr Manuela Sançesi quruda və dənizdə, şor çıxarılan ucsuz-


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

53 


bucaqsız ölü səhralarda axtarmaqda ikən, o, hey düşünür, arada bir hikkəylə öz-özünə: «Lənət 

şeytana, hara yoxa çıxmısan, haralara qaçıb gizlənmisən ki, ünüm sənə yetmir, səsim çatmır, səni 

heç cür ələ keçirə bilmirəm… ələ keçirə bilsəydim, onda bilərdin, hakimiyyət nə deməkdi!» - 

deyə deyinirdi. İndi o, hikkə və nifrətindən başqa heç nə duymurdu, sinəsinə qoyduğu şlyapası 

şiddətli ürək döyüntülərindən narın-narın titrəyir, anasının – ondan, nə baş verdiyini öyrənməyə 

çalışan Bendisyon Alvaradonun sualını sanki heç eşitmirdi… «Gün tutulmasından sonra niyə 

belə qanıqara gəzirsən, bir kəslə kəlmə də kəsmirsən? Niyə içini yeyirsən?» O, dinməzcə ayağa 

qalxır, anasını ürəyində söyə-söyə, fil ayaqlarını arxasınca sürütləyə-sürütləyə çıxıb gedir, gedə-

gedə, acı heyrətlə, bir Allah bilir, kimdənsə əsəbi-əsəbi: «Yəni doğurdan bu, mənəm? Doğurdan, 

başım bu qədər xarab olub ki, neyləməyin, necə yaşamağın təhərini bilmirəm?.. Yəni doğurdan 

mən, daha öz taleyimin ağası deyiləm? Bəlkə hamısı ona görədi ki, o qızın evinə, bir zamanlar 

Santos-İqeronos de Fransisko Lineronun sərin və rahat evinə girdiyim kimi yox, qızın anasının 

icazəsiylə girirdim?» -deyə soruşurdu. 

Fransisko Lineroyla bağlı əhvalat, hələ Patrisio Araqonesdən əvvəl, o öz mübarək çöhərsini 

xalqa, şəxsən özü göstərməyə məcbur olduğu vaxtlarda baş vermişdi. 

«O, qapını döymədən, içəri girdi… ona görə girdi ki, könlü belə istəyirdi… saat on biri vuran 

zəngin sədaları altında içəri keçdi… mən, pationun üstündəki eyvandaydım, onun qızıl 

mahmızının, saatın zəngiylə həmahəng cingildədiyini eşidirdim; onun, pationun kərpic 

döşəməsində fil kimi tappıldatdığı addımlarının səsini eşidirdim, onu bu vaxtacan görməsəm də, 

vücudunu, boy-buxununu, əzəmətiylə bir təsəvvürümə gətirib o, hələ içəri eyvanın astanasında 

peyda olmamışdan dəhşətə gəldim; dan quşu qızılı ətirşahların arasında haray çəkir, o da saat on 

birin olmasından xəbər verir, qvineo bananlarının ətrindən məst olmuş sarıköynək cəh-cəh vurur, 

ağacın şirəli meyvələr dolu bir neçə budağı pationun çardağı altında yellənirdi; avqust ayının 

həmin o məşum çərşənbə axşamı günəşinin şəfəqləri yarpaqların, bal dadan sapsarı meyvələrin 

və bir gün əvvəl ərim Ponsio Dasanın sübh erkəndən gülləylə vurmuş və qanı axsın deyə, 

çardağın altından, qvineo salxımlarının böyründən asdığı cavan maralın cəmdəyi üzərində 

oynaşırdı… Budur o, içəri girdi, qara-qura yuxularda görə biləcəyindən daha qorxunc və zəhmli, 

tərdən islanmış xaki rəngli gödəkçədə, silahsız-qundaqsız içəri girdi… amma o, tək deyildi, 

yanında, əlini maçetenin qulpuna qoymuş qaraqabaq bir hindu daynmışdı. Mən onun, içi 

çıxılmazlıqlar dolu, qəddar gözlərini gördüm. O, öz incə, qadın əlini yuxuluymuş kimi, yavaş-

yavaş qvineo budağına uzatdı, salxımlardan birini qoparıb acgöz-acgöz yedi, sonra birini də 

qoparıb yedi, sonra birini də, birini də, meyvələri ağzına basıb marçamarçla elə yeyirdi, elə bil 

bataqlıq lehməsi sümrülürdü…» O, həm salxımları, həm də gözləriylə Fransisko Lineronun 

gözəl bədənini yeyirdi… biçarə qadınsa, az qalırdı xəcalətdən əriyib yerə girsin… o çox cavan 

idi, təzəcə ərə getmişdi və bu cür baxışlardan sıxılırdı, amma onu da gözəl başa düşürdü ki, bu 

qorxunc adam bura, öz ehtirasını, şəhvətini söndürmək üçün gəlib və olacağa çarə yoxdu, çünki 

baş vermək üzrə olan vaqiənin qarşısını almağa yalnız bir adamın gücü çatardı – o da bu 

əjdahanın özünün. 

«Mən, ərimin, dəhşətdən təngiyən nəfəsini eşidirdim… o mənim yanımda oturdu, biz əl-ələ 

verib, bir müddət daş kimi donub qaldıq, elə bil ürəklərimiz də bir-birinə qovuşdu, bir ürək kimi 

vurmağa başladı… heybətli qoca isə ikicə addımlıqda dayanmışdı, gözü doymadan, qvineo 

meyvələrindən basıb yeyir, çəyirdəkləri arxaya tullayır və gözlərini qırpmadan, mənə baxa-baxa 

ağacın bütün salxımlarının axırına çıxırdı… o, maral cəmdəyinin böyründən asılmış budağı 

tamam-kamal soub qurtardı, ayaqyalın hindusuna işarə verib, ərim Ponsio Dasaya: «Çıx çölə, 

dostumla bir az söhbət elə, səninlə bir məsələni yoluna qoymalıdı!» - dedi. Mən, qorxudan 

titrətsəm də, başa düşürdüm ki, həyatımı xilas etməyin bircə çarəsi var – bu da, mənimlə etmək 

istədiyinə imkan vermək, bütün hərəkətlərinə dözməkdi; odu ki, məni soyunduranda, özüm də 

ona kömək eləyirdim, yoxsa krujevaların içində azıb-qalırdı, nəyi nə cür açmağın təhərini 

bilmirdi… onun iyrənc iyindən, otağa dolan üfunətindən, az qala boğulurdum… axırda o, 

pəncəsinin bir zərbəsiylə paltarımı cırdı və məni vəhşi kimi sıxcalamağa, əlini hara gəldi atmağa 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

54 


başladı, mən isə qeyri-ixtiyarı düşünürdüm; «Pərvərdigara, bu gün səhərdən başım marala elə 

qarışıb ki, qıçlarımın arasını yumağa da macalım olmayıb, rüsvayçılıqdır!» Nəhayət, o öz 

istəyinə çatdı, ancaq bunu elə tələm-tələsik, elə naşıcasına elədi ki, elə bil əldən düşmüş qoca, 

yaxud indiyəcən qadın görməmiş burnufırtıqlı yeniyetməydi. Öz acizliyindən özü də əməlli başlı 

pərt olmuşdu, lap qurumsağa oxşayırdı… sıtqayıb ağlayır, sidik kimi isti göz yaşları axıdırdı… 

sifəti o qədər kədərli, gözləri o qədər qüssəliydi ki, üzündən də yetimsayağı bir kimsəsizlik, 

yazıq yalqızlıq yağırdı ki, ona ürəyim ağırıdı… ona da, elə dünyadakı bütün kişilərə də yazığım 

gəldi, barmaqlarımın ucuyla başını sığallamağa, ona təsəlli verməyə başladım: «Toxtayın, 

mənim generalım, bu cür dilxor olmağa dəyməzn. Həyat hələ irəlidədir!»  

Həmin o dəqiqələr hindu, ərim Ponsio Dasanı bağın dərinliyinə aparıb, orda maçete ilə öldürdü, 

əks təqdirdə, general özü üçün barışmaz düşmən qazana bilərdi; hindu onu öldürüb, tikə-tikə 

doğradı, bu tikələri də donuzlar daşıyıb apardı, belə ki, zavallı Ponsionu dəfn etməzdən əvvəl 

meyitini bütövlükdə bir yerə yığmaq mümkün olmadı – bax, o belə bir adamdı». 

Keçmiş günlərindən qalan bu sayaq xatirələri beynində dolaşıb, qanını bir az da qaraldır, acı 

düşüncələr ürəyini sıxır, onu hövsələdən çıxarırdı; o, düşünürdü ki, demə, hakimiyyətinin qatı 

cövhərində xeyli su qarışğı varmış, belə olmasaydı, o, adicə, miskin bir günəş tutulması kimi 

cadu-ovsunun qarşısında bu cür aciz qalmazdı. O, domino oyunu masası arxasında əziz dostu, 

soyuqqanlı və təmkinli general Rodriqo de Aqilarla üzbəüz oturanda yenə ürəyindən qara qanlar 

axdı, bu general, hərbçilərin içində inandığı, etibar elədiyi yeganə adam idi; qaraqabaq, 

ayaqyalın, mühafizəçi-mələyi podaqra xəstəliyinə tutulandan bəri o öz həyatını yalnız bu 

generala etibar eləyirdi; o, generala baxır və fikirləşirdi ki, bəlkə də bütün bu bədbəxtliklər onun, 

öz əziz dostuna həddən çox inandığına, ona hədsiz böyük səlahiyyətlər verdiyinə görə baş verir.  

«Bu əziz və sevimli dostumun əlləşib-vuruşduğu məgər onun üçün deyildimi ki, məni əl 

quzusuna çevirsin, məgər o çalışmırdımı ki, məni kaudilyo nişanələrindən məhrum eləsin, bu 

fərqlənmə nişanlarını ülgücləsin, sivirib atsın, işləri də qəsdən elə qururdu ki, hamı məni əlil, 

şikəst hesab eləsin, elə çarəsiz şikəst ki, əmrlərini qulaqardına da vurmaq olar; bu «ekiz tayı» 

məsələsini də beynimə o salmışdı, məhz onun fırıldağıyla, mən başqa bir adamın kölgəsində 

gizlənməyə məcbur olmuşdum, iş o yerə gəlib çatmışdı ki, o məni, bir sürü keşikçinin əhatəsində 

belə xalq qarşısında görünməkdən çəkinməyə məcbur etmək istəyirdi, halbuki vaxtı ilə bircə 

hindu tək canıya: «Yol verin, qurumsaqlar, hökmdar gəlir!..» - bağıraraq, öz maçetesi ilə 

izdihamı yara-yara, mənə yol açırdı və heç bir pis hadisə baş vermirdi… baxmayaraq ki, o 

vaxtlar biz, hələ alqışların kükrədiyi bu insan meşəsində, kimin əsl vətənpərvər, kimin məkrli 

xain və quldur olduğunu müəyyən eləməyi bacarmırdıq və yalnız indi bilirik ki, «Yaşasın əsl 

kişi!.. Yaşasın general!» - deyərək, hamıdan bərk bağıranların çoxu satqın və əclafdır. 

Bir hindu isə nəhəng izdihamın öhdəsindən asanlıqla, təkbaşına gəlirdi, bu əziz dostuma isə 

bütöv bir ordu da kifayət eləmir ki, tələb elədiyim qızı axtarıb tapsın. Belə məqamlar - o, qızın 

necə sürüşüb aradan çıxdığını, onun, qocalıq şəhvətinin seyrək hasarı arasından necə asanlıqla 

sivişdiyini düşünəndə, domino daşlarını qəzəblə yerə çırpır, oyunu, ən həlledici məqamında 

yarımçıq kəsir, dünyanın ən biədəb söyüşlərini söyə-söyə çıxıb gedirdi; bir dəfə oyunu beləcə 

yarımçıq saxlayanda o, qəfildən içində dərin sarsıntı və əzginlik duydu və fikirləşdi ki, bu 

dünyada hər şey gec-tez öz yerini tutur, bircə o heç cür təsəlli tapa bilmir; o, nəfəsinin dözülməz 

təngitmələrlə kəsildiyini, boğulduğunu hiss elədi, günün bu çağında, adətən istinin səngidiyi bir 

vaxtda köynəyinin, tərdən islandığına təəccübləndi, dənizdən buxarlanan buğun iyində leş 

qoxusunu duydu, nəmişin bürküsündən köpüşən şişi göynəyib tütək səsi çıxartdı… o, nə baş 

verdiyini anlaya bilmədi və özünə təsəlli verə-verə, öz-özünə: «Bürküdəndi…» - dedi. 

 

Lakin bunu da nagüman halda, mümkün olmayan bir şey haqqında düşünən tək, düşündü… 



hansısa qeyri-müəyyən, məchul bir duyğu onu üzüb əldən salırdı; o, pəncərənin önündə 

dayanmışdı, çöldən görünən qəribə işığın nə olduğunu, nədən saçdığını anlamağa çalışırdı… 



Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin