 ŞURƏDDİn məMMƏDLİ



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə1/9
tarix31.01.2017
ölçüsü7,78 Mb.
  1   2   3   4   5   6   7   8   9

 

 

 



 

                                         



  

                     ŞURƏDDİN  MƏMMƏDLİ 

               filologiya elmləri doktoru, professör, 

            Gürcüstan Milli Akademiyasının həqiqi üzvü 

 

                                       



 

         GÜRCÜSTAN 

   AZƏRBAYCANLILARI 

 

       Gürcüstan'da Azər Türkləri məskunlaşan 

             İNZİBATİ-ƏRAZİ  VAHİDLƏRİ 

 

                     STATİSTİK-ENSİKLOPEDİK 



                               BİLGİLƏR 

 

 



                     --------------------------------

============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 2 

 

 



-------------------------------- 

 

    Məmmədli Ş. B. Gürcüstan Azərbaycanlıları 

    Gürcüstanda  Azər  Türkləri  məskunlaşan  inzibati-ərazi  vahidləri. 

Statistik-ensiklopedik bilgilər. 

 

     Topluda  Gürcüstanda  azərbaycanlıların  tarixi-coğrafi  durumuna 



nəzər salınır, çağdaş dövrə aid statistik-ensiklopedik içərikli bilgilər 

inzibati-ərazi  məntəqələri  (əsasən  kəndlər)  müstəvisində  diqqətə 

çatdırılır. 

 

--------------------------------



============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 3 

 

 



  TBİLİSİ  ŞƏHƏRİNDƏ.  –  Gürcüstanın  paytaxt  şəhəri. 

Ərazisi:  121  kv.  km.  Əhalisi: 

1989’da 

1.095.500 

nəfər, 

2002’də  1.081.679  nəfər.  1936-



cı  ilə  qədər  Tiflis  adlanıb.  Or-

tacala,  Şeytanbazar,  Tatar  Mey-

danı,  Xarpux,  Bəzəkli  hamam, 

Cümə  Məscidi,  Təklə  karvansa-

rası,  Müsəlman  məzarlığı,  Koroğlu  qayası,  Saburtala, 

Cırtdahan,  Çaylaq,  Narınqala  (onun  İsfahan,  Təbriz  bürcləri), 

Gəncəqapısı,  Basqallar,  Şıxlı,  Şahtaxtı,  Seyidlər,  Müctəhid, 

Avcala,  Nəftuluq  toponimləri  babalarımızın  ruhunu  yaşadır. 

Burada 730-cu ildə məscid tikildiyi barədə bilgi var. Bir məscid 

XV  əsrdə  Ağqoyunlu  sərkərdəsi  Xəlil  bəy  Bəktaşi  tərəfindən 

(Bəktaşiyə  məscidi),  digər  məscid  1522-ci  ildə  Şah  İsmayıl 

tərəfindən  (Əliyə  məscidi),  daha  bir  məscid  18-ci  əsrin  20-ci 

illərində  osmanlılar  tərəfindən  inşa  edilmişdi.  Şah  Abbas 

məscidi  1949-cu  ildə  uçurulub.  Tiflis  Cümə  məscidi 

müsəlmanların  xidmətindədir.  Tiflisi  dahi  Nizami  «Cənnət 

bəzəkli  gözəl  torpaq»,  Vaqif  «dünya  yerinin  cənnəti»  vəsf 

edib,  Abdulla  Şaiq  doğma  şəhəri  «əlvan  qanadlarını  geniş 

açmış  tovuz  quşuna»  bənzədib.  A.  Bakıxanov,  M.  F.  Axund-

zadə, M. Ş. Vazeh, M. C. Məmmədquluzadə, Ö.F. Nemanzadə, 

H.  Cavid,  xanəndələr  Allahverdi,  Sadıq,  Səttar,  Bülbülcan  və 

başqaları burada yaşayıb-yaradıblar. Tiflisdə Azərbaycan teatrı 

fəaliyət  göstərib,  ‘Ziya’,  ‘Kəşkül’,  ‘Şərqi-Rus’,  ‘Molla  Nəsrəd-

din’, ‘Yeni fikir’, ‘Sovet Gürcüstanı’... qəzetlərimiz, dərgilərimiz 

yayınlanıb,  türk  pedaqoji  texnikumu  olub.  Dövlət  xadimi 

diplomat  Əlimərdan  bəy  Topçubaşov,  ictimai  xadim  Nəriman 

Nərimanov,  general  Axund  Yusif  Talıbzadə,  sevimli  ədib 

Abdulla Şaiq, xalq artistləri Mustafa Mərdanov, Əli  Qurbanov, 


============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 4 

Möhsün  Sənani,  İbrahim  İsfahanlı,  mayestro  Niyazi,  Rəşid 

Behbudov,  akademiklər  İsmayıl  Hüseynov,  Ələkbər  Quliyev, 

Məqsud Əliyev, akademiyanın müxbir üzvü İsa Kərimov, əmək 

qəhrəmanı  məşhur  neftçi  Akif  Cəfərov,  profesorlar  Teymuraz 

Cəfərli,  Zemfira  Verdiyeva,  Dilarə  Əliyeva,  Elçin  Məmmədov, 

ictimai  xadim  Həsən  Həsənov,  jurnalist-yazar,  Tiflisin  Türk 

kökənli  toponimlərinin  araşdırıcısı  Mirzə  Məmmədoğlu  və 

başqaları  Tiflis  doğumludurlar.  Nəbatat  bağındakı  xiyabanda  

M.  F.  Axundzadənin,  M.  Ş.  Vazehin  qəbrüstü  abidələri,  F. 

Xoyskinin,  H.Ağayevin  büstləri,  xalq  artisti  İ.  İsfahanlının  evi 

qənşərində barelyefi qoyulub. Bakı küçəsi, M. Ş. Vazeh, M. F. 

Axundov, İ. İsfahanlı küçələri var. Cümə Məscidi, Azərbaycan 

Mədəniyət  Mərkəzi,  Azərbaycan  Dram  Teatrı,  ‘Gürcüstan’ 

qəzeti,  İlya  Çavçavadze  Dövlət  Universitəsində  Azərbaycan 

şöbəsi,  M.  F.  Axundzadənin,  N.  Nərimanovun,  M.  C.  Məm-

mədquluzadənin  ev-muzeyləri,  73  sayılı  Azərbaycan  məktəbi 

və  64  sayılı  məktəbin  Azərbaycan  bölməsi  var.  Burada  dün-

yəvi  məktəbimizin  tarixi  1847–1849-cu  illərdəndir.  Tiflisdə 

azərbaycanlıların  sayı  1835-ci  ildə  723  nəfər,  1876’da  2310 

nəfər, 1897’də 5557 nəfər, 1902’də 6635 nəfər, 1922’də 3255 

nəfər,  1939’da  5874  nəfər  (1,1%),  1959’da  9560  (1,4%), 

1979’da  12852  (1,2%),  1989’da  17968  (1,5%),  2002’də 

33751 (1,3%) göstərilir. 

 

 

 



  RUSTAVİ  ŞƏHƏRİNDƏ. – Kvemo (aşağı) Kartli diyarının 

inzibati  mərkəzi,  respublika  tabeliyində  şəhər.  Ərazisi:  60,6 

kv.km.  Əhalisi:  1989’da  183.200  nəfər,  2002’də  116.384  nə-

fər,  2008’də  135.000  nəfər.  Kür  çayının  hər  iki  sahilində, 

Yağlıca  dağlarının  quzey  yamaclarında,  Tbilisidən  11  kilometr 

cənub-şərqdə,  Tbilisi–Bakı  dəmiryolunun,  Tbilisi–Sınıqkörpü 

avtomobil yolunun  kənarında. Əzəli tarixi məxəzlərdə şəhərin 


============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 5 

adı  Vostanşəhər  vəya  Bostanşəhər  kimi  anılır.  Rustavi  adı 

Sulxan-Saba Orbelianiyə görə, ərəb sözüdür, güney deməkdir, 

Tbilisinin güneyində yerləşik olduğu səbəbiylə belə adlandırıla 

bilərdi.  1944-cü  ildən  etibarən  metallurgiya  nəhənginin 

tikilişilə  bağlı  dirçəldilib,  çağdaş  şəhərə  çevrilib,  1948-ci  ildən 

şəhər  statusu  daşıyır.  Burada  azərbaycanlıların  sayı:  1979’da 

7.443  nəfər (5,7%), 1989’da  11.576  (7,3%), 2002’də 14.993 

nəfər  (4,3%).  7,  12  saylı  məktəblərdə  Azərbaycan  bölmələri 

var. Məşhurları: ictimaiyyətçilər Xələddin, Bəhram İsayev, şair 

Tapdıq Yolçu vb. 

 

 



============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 6 

 

  KVEMO  (aşağı)  KARTLİ  DİYARINDA.  –  Ölkənin 

gündoğar  qismindədir.  Qədim  dövrlərdə  buranın  adı  tarixi 

məxəzlərdə  Bördüzü,  Qurdbasar  çölü,  orta  əsrlərdə  Borçalı 

xanlığı,  

sultanlığı,  məzrəsi  (qə-

zası) 


şəklində 

qeyd 


olunur. 

İndi 


Kvemo 

(aşağı)  Kartli  adıyla  diyar 

inzibati  vahididir.  İdarəsi 

Rustavi 


şəhərindədir. 

Ərazisindən  Kür,  Xram, 

Alget,  Debed  (Dəvədöy), 

Maşaver  və  başqa  çaylar 

axır,  Tbilisi–Bakı,  Tbilisi–İrəvan  magistral  avtomobil  yolları, 

Tbilisi–Bakı,  Tbilisi–İrəvan  dəmiryolları  keçir.  Hüdudları: 

şərqdən  Saqareco  rayonu  və  Azərbaycan  Respublikası; 

cənubdan  Azərbaycan  və  Ermənistan;  qərbdən  Ninosminda 

rayonu; 

şimaldan 

Msxeta, 

Qori, 


Borjom 

rayonları. 

Soydaşlarımızın  daha  çox,  yığcam  yaşadıqları  Marneuli, 

Qardaban, Bolnis, Dmanis, Tetricğaro, Zalqa rayonlarını əhatə 

edir. Diyarın  ərazisi:  6,5 min  kv. km. Diyarın  əhalisi: 2002’də 

497.530  nəfər,  o  cümlədən  azərbaycanlılar  224.606  nəfər 

(45,1%).  Diyarın  kənd  əhalisinin  62,5  faizi  azərbaycanlılar, 

28,4  faizi  gürcülər,  qalanı  ermənilər,  yunanlar,  ruslar  və 

başqa  millətlərin  nümayəndələridir.  Diyarın  348  kəndindən 

147-sində elliklə soydaşlarımız məskundurlar. 2006'da diyarda 

148  azərbaycandilli  məktəbdə  28.743  şagird,  3332  müəllim 

olub. 


 

 

 



 

============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 7 

 

 

  BOLNİSİ  RAYONUNDA – Ölkənin cənub-şərqində. 1917-

ci  iləcən  Tiflis  quberniyasının 

Borçalı  qəzasına,  1929  ilədək 

Gürcüstan  SSR-in  Lüksemburq 

rayonuna 

daxil 


olmuş, 

1929'dan  Lüksemburq  rayonu 

statusu  almışdı,  1947'dən  Bol-

nisi  rayonu  adlanır.  1963–66 

illərdə 

Marneuli, 

Dmanisi 

rayonlarını  da  əhatələmişdi, 

1966 

ildə 


indiki 

sınırlar 

daxilində 

Bolnisi 


rayonuna 

çevrilib.  Hüdudları:  cənubda 

Ermənistan,  qərbdə  Dmanisi 

rayonu,  şərqdə  və  cənub-

şərqdə 

Marneuli 



rayonu, 

şimalda Tetricğaro rayonu. Ərazisindən Xram, Maşaver çayları 

axır,  avtomobil yolu, dəmiryolu keçir.  Ərazisi: 804 kv. km.,  o 

cümlədən kənd təsərrüfatına yararlı 390 kv. km. Təməl qazıntı 

zənginliyi 

barit, 


tuf, 

Madneulə 

polimetal 

yatağıdır. 

İqtisadiyyatının  əsasını  kənd  təsərrüfatı,  o  cümlədən 

üzümçülük, tərəvəzçilik, faraş kartofçuluq, heyvandarlıq təşkil 

edir.  Əhalisi:  1989'da  67.400  nəfər,  2002'də  74.301  nəfər 

(hər  kv.  km.-ə  92,4  nəfər;  ölkə  əhalisinin  1,7  faizi).  Mərkəzi: 

Bolnisi  şəhəri.  Soydaşlarımız  1979'da  45.914  nəfər  (66,9%), 

1989'da 53.808 (66%), 2002'də 49.026 nəfər (kənd əhalisinin 

85%-i),  2006'da  51600  nəfər.  Rayon  qəzeti  (1990'a  qədər 

"Qələbə  bayrağı",  indi  "Bolnisi")  Azərbaycan  dilində  də  nəşr 

olunur.  1  şəhər,  2  qəsəbə,  11  kənd  məclisi,  45  kənd  var.  37 

kəndin əhalisi elliklə azərbaycanlılardır. Soydaşlarımız Kvemo-

Bolnisi  (Kəpənəkçi),  Faxralı,  Saraclı,  Arıxlı,  Darbaz,  Qoçulu, 

 

 



 

============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 8 

Abdallı,  Daşdıoğullar,  Dəmirli,  Güləver,  Qoşakilsə,  Mığırlı, 

Musoprian,  Müşevən,  Qaradaş,  Qaratikan,  Hasanxocalı, 

İmirhəsən,  Kolagir,  Əsmələr,  Molla-Əhmədli,  Bala  Muğanlı, 

Bərtəkər,  Cəfərli,  İncəoğlu,  Şəmşiöyü,  Sisqala  (Saalıoğlu), 

Sarallar, Zol-Göyəc, Kipircik, Ağalar, Şahbuzlu kəndlərində ta-

mamilə,  Qazret,  Tamaris  qəsəbələrində,  Arakol,  Akaurt, 

Sənəb,  Poladaur  kəndlərində  gürcülərlə  bərabər  yaşayırlar. 

1990-cı  illərdə  azərbaycanlı  kənd  toponimləri  başqa  adlarla 

əvəzlənməyə  cəhd  göstərilib,  o  cümlədən:  Abdallı  –  Cavşa-

niani (Cavşanlı), Arakel – Zezvnar, Arıxlı – Naxidur (Anaxatır), 

Bala  Muğanlı  –  Parizi  (Pəhriz),  Cəfərli  –  Samtredo, 

Daşdıoğullar  –  Muxran,  Dəmirli  –  Xaxalacvar,  Əsmələr  – 

Mcğnet,  Faxralı  –  Talaver,  Yuxarı  Güləver  –  Cipor,  Aşağı 

Güləver 

– 

Qeta 



(Gədi), 

Hasanxocalı 

– 

Xidisqğuri 



(Körpüqulağı), İmirhəsən – Savanet, İncəoğlu – Zemo-Bolnis, 

Kolagir  – Surtav, Qaradaş – İcri,  Qoçulu  – Capala,  Qoşaisə  – 

Arkevani,  Mığırlı  –  Vanat,  Molla-Əhmədli  –  Xataveti, 

Babakişilər  (Musaprian)  –  Potsxveriani,  Sarallar  –  Zvaret, 

Saraçlı – Mamxut, Sisqala – Creş.  39 Azərbaycan məktəbi, o 

cümlədən 13 orta, 14 təməl, 2 elementar, 10-u ibtidai məktəb 

və  5830  nəfər  azərbaycanlı  şagird,  799  nəfər  azərbaycanlı 

müəllim olub. 



 

  BOLNİSİ  ŞƏHƏRİNDƏ. – Maşaver çayının sol sahilində, 

Tbilisidən  63  km  cənub-qərbdə,  Tapan  dağının  güneyindədir. 

Yekaterinenfeld,  sonra  Lüksemburq,  1943-cü  ildə  almanlar 

buradan  sürgün  ediləndən  sonra  Bolnisi  adlanıb.    1967-ci 

ildən şəhərdir. Buradan soydaşlarımız (742 ailə) 1990–1991-ci 

illərdə  qovulmuşlar.  İndi  az  sayda  (cəmi  2  ailə)  azərbaycanlı 

var. 


 

  ABDALLI  kəndi  –  Maşaver  çayının  sol  sahilində,  rayon 

mərkəzindən  11  km  günbatarda,  avtomobil  yolunun 



============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 9 

kənarında, dəniz  səviyəsindən 620  m hündürlükdə.  Yaxındakı 

qaya  üstündə  qalanı  Koroğlu  qalası  adlandırırlar.  Abdallı 

toponimi  qədim  ağ  hunlar  sayılan  Abdal  tayfasıyla  əla-

qələndirilə  bilər.    Əhalisi:  1870'də  216  nəfər;  1918'də  253 

nəfər;  1926'da  40  ailədə  232  nəfər;  2002'də  232  ailədə  829 

nəfər, 2006'da 185 ailədə 800 nəfər. Məktəb 1927-ci ildə açı-

lıb. Orta məktəb (2005’də 13 sinifdə 136 şagird) fəaliyətdədir. 

Məşhurları:  ictimaiyətçilər  Məmməd  Məmmədov,  İsvahan 

Şamilov, maarifçi Kamal Nəbiyev vb. 



 

 

AĞALAR 

kəndi  –  Bolnisçayın 

sahilində,  rayon 

mərkəzindən 8 km güneydədir. Əhalisi: 2002’də təxminən 100 

nəfər. İbtidai məktəb (2005’də 3 sinif) fəaliyətdədir. 



 

 AYORTA (Akaurt) kəndi – Maşaver çayının sol sahilində, 

rayon  mərkəzindən  12  km  günbatarda,  dəniz  səviyəsindən 

720  m  hündürlükdə.  Yerli  camaat  Ayorta  deyir.  Bu  toponim 

Ağa  yurdu  deyimiylə,  yaxud  türk  dillərindəki  «aka»  (böyük 

qardaş)  və  yurd  sözləriylə  əlaqələndirilir.  Yaxınlıqda  5–8-ci 

əsrlərə  aid  iri  dördkünc  daşlarla  hörülmüş  kilsə  aşkarlanıb. 

Əhalisi: 1886-cı  ildə 17  ailədə 110  nəfər;  1918’də 215 nəfər; 

2002’də  286  ailədə  1174  nəfər,  2006'da  260  ailədə  1073 

nəfər.  Məktəb  1922’də  yaradılıb.  Təməl  (doqquzillik)  məktəbi 

(2005’də  11  sinifdə  144  şagird)  fəaliyətdədir.  Məşhurları: 

alim,  Gürcüstanda  Azərbaycandilli  mətbuatı  tədqiqləyən 

Razim  Məmmədli,  veteran  müəllimlər  Əli  Məmmədov,  Nofəl 

Məmmədov, hüquq-mühafizə işçiləri Abdulla Məmmədov, Hacı 

Məmmədov, 

ictimaiyətçilər 

Vaqif 


Mustafayev, 

Veysəl 


Məmmədov vb. 

 

  ARAKOL  kəndi  –  Gədi  çayının  sol  sahilində,  rayon 

mərkəzindən  14  km  günbatarda,  dəniz  səviyəsindən  710  m 

hündürlükdə. Əhalisi: 1870’də 6 ailədə 40 nəfər; 1918’də 176 


============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 10 

nəfər;  2002’də  450,  2006'da  201  ailədə  726  nəfər  nəfər 

azərbaycanlı.  Elementar  məktəb  var.  Məşhurları:  aşıq 

Müslüm,  alim  Vaqif  İsrafilov,  həkim  Şaliko,  Bayram,  Həndəm 

Həndəmov vb. 

 

  ARIXLI  kəndi  –  Xram  çayının  sağ  sahilində,  Marneuli–

Bolnisi  avtomobil  yolunun  kənarında,  rayon  mərkəzindən  15 

km  gündoğarda,  dəniz  səviyəsindən  420  m  hündürlükdə. 

Toponimika  mütəxəssislərinin  izahatına  görə,  Oğuzun  vəziri 

Ata  Erkilin,  qıpçaqların  Arıq  tayfasının,  Orta  Asiyada  qıpçaq 

qaraqalpaqlarda  indi  də  mövcud  olan  Arıq  qövmünün  adını 

əks  etdirə  bilər.  (Xatırladaq  ki,  16-cı  əsrdə  salnaməçi 

Şəmsəddin Bitlisi Gürcüstanda Arux tayfası haqqında danışıb). 

Yaxında  bir  neçə  arxeoloji  məskən  aşkarlanıb.  Eramızdan 

əvvəl  5–4-cü  minilləri  əhatələyən  məskəndə  tökmə  palçıqdan 

dairəvi möhrədamlar, maralın şaxəli buynuzundan naxışlı alət, 

çınqıldan  günəşə,  aya  bənzər  biçimdə  qadın-ana  başı 

heykəlciyi,  gildən  öküz  heykəlciyi,  eramızdan  əvvəl  3-cü 

minildə  yayılmış  Kür–Araz  arxeoloji  mədəniyətinə  aid  məs-

kəndə  çınqıldan  insan  sifəti  təsvirli  fiqur  aşkarlanıb.  Miladdan 

əvvəl  2–1-ci  minillərə  və  eramızdan  əvvəl  9–7-ci  yüzillərə 

şamil olunan məskəndə, quzeyindəki qayalı yarğanda tapılmış 

tuncdan  ox  uclarını,  sümük  və  dəmir  üzəngiləri,  tunc  bıçaq 

uclarını  gürcü  mütəxəssisləri  o  vaxtlar  buralarda  türkdilli 

bozər,  sak  əşirətlərinin  yayılmağıyla  ilgiləyib,  bu  maddi 

mədəniyət  abidələrinin  bir  qismini  sak  tipli  hesab  ediblər. 

Kənddə  10–13-cü  yüzillərə  aid  üzə  çıxarılmış  ikipəncərəli 

ibadət  ocağı,  onun  içində  quyu  məzar  (mərhum  üzü 

gündoğara  dəfn  edilib),  daş  sanduqə  tabutlar,  səkkiz  otaqlı 

yaşayış  binasının,  açıq  hamamın  qalıqları,  cürbəcür  çoxrəngli 

və  sadə  saxsı  qablar  əhəmiyətlidir;  gürcü  arxeoloqları 

(Manana  Sinauridze  vb.)  belə  qənaətə  gəliblər  ki,  həmin 

yerdə  şəhər  varıymış,  çayın yüksək qayalı  sağ sahilində qəsr, 



============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 11 

aşağıda  hər  iki  sahildə  yaşayış  məskənləri  yerləşirmiş;  kilsə 

də,  məzar  da,  başqa  arxeoloji  örnəklər  də  qıpçaq  tiplidir. 

Əhalisi:  1870’də  137  ailədə  918  nəfər;  1918’də  1588  nəfər; 

1926’da  306  ailədə  1585  nəfər;  2002’də  siyahıyaalmanın 

nəticəsinə  görə,  1313  ailədə  4876  nəfər  (2407  kişi,  2469 

qadın), 2006'da 1357 ailədə 4942 nəfər. Məktəb 1901-ci ildən 

fəaliyətdədir, indi orta məktəb (2005’də 30 sinifdə 772 şagird) 

onun banisi Qori seminariyasının məzunu Hüseyn Əfəndiyevin 

adını  daşıyır.  Məşhurları:  el  qəhrəmanları  Alıağa  (19-cu  əsr), 

Koxalı 

Hacıxalıl 



ağa, 

Qori 


seminariyasının 

məzunları 

Sirəcəddin, Ziyəddin, Bahəddin Əfəndiyevlər, Murtuz, Ziyabəy 

Əfəndiyevlər,  şairə  Xınalı  xanım,  el  ağsaqqalları  Ziya  əfəndi, 

Hüseyn  əfəndi,  Hacı  Mahmud  əfəndi,  Hacı  Nuru,  Molla  Bay-

ram,  Zaman  ağa,  Osman  ağa,  Yolçu  Nəbioğlu,  Uzunbaşoğlu 

Məhəmməd,  Mahmud  Quluyev,  Mehralı  Cəlilov,  əmək 

qəhrəmanı  Hürü  Yəhyayeva,  profesorlar  Mahmud  Qəribov, 

Veysəl  İsayev,  Bayram  Hacıyev,  Akif  Bayramov,  Nizami  Mus-

tafayev,  veteran  müəllimlər  Calal  Ayvazov,  Məhəmməd 

Yolçuyev,  Nəbi  Yolçuyev,  Mustafa  İsmayılov,  Şahbəddin 

Cəlilov,  Hacı  Hacıyev,  Mürsəl  İsayev,  Mahmud  Mustafayev, 

əməkdar  müəllim  Mustafa  Aslanov,  hüquq-mühafizəçisi 

polkovnik  Mehman  Mehmanov,  qəhrəman  əsgər  Zöhrab 

Yunusov,  ictimaiyətçilər  Məhəmməd  Osmanov,  Nurqələm 

Məmmədov, Ramiz Yusifov, Rza Qurbanov, Məmməd Yusifov, 

Musa  Tanrıverdiyev,  Şükür  İsmayılov,  həkimlər  İdris 

İsmayılov,  Eyvaz  İsayev,  İfrat  İdrisov,  Bəşir  Mustafayev, 

jurnalist Rasim Arıxlı vb. 

 

 BALA DARBAZ  kəndi – Faxralının yaxınlığında kiçik kənd. 

Əhalisi: 2002’də 40 nəfər. 



 

  BALA  MUĞANLI  kəndi  –  Borçalı  çökəyində,  rayon 

mərkəzindən  20  km  gündoğarda,  Marneuli–Bolnisi  avtomobil 



============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 12 

yolunun  kənarında,  dəniz  səviyəsindən  410  m  hündürlükdə. 

Çoxsaylı  adaşları  kimi,  qədim  Midiyada  əsas  tayfalardan  biri 

olmuş Muğ, Muğan tayfalarının adıyla ilgilidir. Yaxınlıqdakı ar-

xeoloji  məskən  erkən  tunc  dövrünə  aid  edilir  və  daş  sərdaba 

içində  Kür-Araz  mədəniyətinə  şamil  olunan  daşdan,  gildən 

bəzəkli-naxışlı  qablar  tapılıb.  Əhalisi:  1803-cü  ildə  16  ailədə 

65 nəfər; 1870’də 25 ailədə 168 nəfər; 1926’da 65 ailədə 198 

nəfər;  2002’də  274  ailədə  1205  nəfər  (600  kişi,  605  qadın), 

2006'da 278 ailədə 1250 nəfər. Məktəb 1921-cu ildə yaradılıb. 

Təməl  məktəb  (2005’də  10  sinifdə  170  şagird)  var. 

Məşhurları:  müharibə  qəhrəmanı  Xan  Məmmədov,  sinədəftər 

el ağbirçəyi Məsmə Alı qızı, ağsaqqal Məhəmməd Məmmədov, 

aşıq  Əli  Qənbərov,  şair  Vilayət  Rüstəmzadə,  alim  İbadət 

Mövləli,  ictimaiyətçilər  Kamandar  Məmmədov,  Abbas  Ab-

basov,  Aydın  Məmmədov,  xeyriyəçi  Tofiq  Əliyev,  şairlər 

Bəxtiyar Rüstəmzadə, Esmira Məmmədova vb. 

 

  BALIC  kəndi  –  Ükəngər  çayının  sağ  sahilində,  rayon 

mərkəzindən 21 km güneydədir. Yaxında ortaəsrlərə  aid qoç, 

at  heykəlcikləri  aşkarlanıb.  Gürcülərlə  yanaşı,  təxminən  50 

nəfər azərbaycanlı yaşayır. 



 

  BƏYTƏKƏR  (Bərtəkər)  kəndi  – Dəniz səviyəsindən 810 

m  hündürlükdə.  Toponim  Sakların,  bulqarların  tirəsi  Təkə 

tayfasının,  qıpcaqlardakı  Tək  tayfasının  adını  əks  etdirə  bilər. 

Əhalisi:  1870’də  8  ailədə  54  nəfər;  1918’də  110  nəfər; 

1926’da  22  ailədə  123  nəfər;  1886-cı  ildə  9  ailədə  79  nəfər; 

2002’də 65 ailədə 289 nəfər (147 kişi, 142 qadın), 2006'da 59 

ailədə  300  nəfər.  Məktəbin  tarixi  1937-ci  ildəndir.  Təməl 

məktəb (2005’də 9 sinifdə 46 şagird) var. 



 

  CƏFƏRLİ  kəndi  –  Maşaver  çayının  sağ  sahilində,  rayon 

mərkəzindən  7  km  gündoğarda,  dəniz  səviyəsindən  430  m 



============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 13 

hündürlükdə.  Toponim  oğuz-türkman  soylu  vəya  qıpcaqların 

Qazax  tayfasına  mənsub  elin  adını  əks  etdirir.  Əhalisi: 

1870’də  7  ailədə  47  nəfər;  1918’də  109  nəfər;  1926’da  37 

ailədə 144 nəfər; 2002’də 144 ailədə 541 nəfər (262 kişi, 279 

qadın), 2006'da 126 ailədə 545 nəfər. Elementar məktəb fəa-

liyətdədir.  Məşhurları:  profesör  Səmayə  Əhmədova,  veteran 

müəllimlər Əmir Əhmədov, Ələddin Əhmədov. 



 

  DARBAZ  kəndi  –  Gədi  çayının  sol  sahilində,  rayon 

mərkəzindən  23  km  qərbdə,  dəniz  səviyəsindən  820  m 

hündürlükdə. 1536-cı ilin sənədlərində Darbasçala kənd adına 

rastlaşırıq.  Darvaz  deyilir.  Əhalisi:  1870’də  72  ailədə  483 

nəfər;  1918’də  2872  nəfər;  1926’da  208  ailədə  1144  nəfər; 

2002’də  847  ailədə  3743  nəfər,  2006'da  837  ailədə  3600 

nəfər.  Məktəbin  tarixi  1919-cu  ildən  başlanır.  Orta  məktəb 

(2005’də  13  sinifdə  267  şagird)  fəaliyətdədir.  Məşhurları: 

Osmanlıda paşalıq  rütbəsinə yüksəlmiş Mehralı  bəy,  ağsaqqal 

Alı  Əhmədoğlu,  Alı  Orduxanov,  şair  Mirzə,  sərkərdə  Ayvaz 

İsmayılov,  İsgəndər  Əlləzov,  alimlər  Məhəmmədəli  Məm-

mədov,  Mədəd  Çobanov,  Fərman  Gülməmmədov,  Valeh 

Hacıyev,  Murtuz  Məmmədov,  Fazil  Bəxtiyarov,  Fəxri  Hacıyev, 

şair  Rafiq  Hümmət,  ‘Gürcü–Azərbaycan  dilləri  paralelləri’ 

kitabının  müəllifi  Məhər  Qəhrəmansoy,  ‘Çağdaş  Borçalı  ədəbi 

məktəbi’,  ‘Borçalı  aşıqları’  kitablarının  yazarı  Müşfiq  Çobanlı, 

jurnalist  Musa  Çobanlı,  həkimlər  Güləhməd  Güləhmədzadə, 

Səməd  Çobanov,  hüquq-mühafizəçisi  Rəşid  Hacıyev,  icti-

maiyətçilər  Hacıməmməd  Hacıyev,  Əlləz  Məmmədov,  Novruz 

Məmmədov,  Nadir  Əhmədov,  Nadir  Abbasov,  müəllimlər 

Müseyib  Qəmbərov,  Süleyman  Hacıyev,  xeyriyyəçi  Ziya 

Abbasov vb. 




Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə