1 Azərbaycan tarixini öyrənən mənbələr və onların təsnifatı Azərbaycan tarixinin ən qədim və antik dövrə aid mənbələri



Yüklə 82,01 Kb.
səhifə1/46
tarix02.01.2022
ölçüsü82,01 Kb.
#43956
növüYazı
  1   2   3   4   5   6   7   8   9   ...   46
tarix kol


1 Azərbaycan tarixini öyrənən mənbələr və onların təsnifatı
Azərbaycan tarixinin ən qədim və antik dövrə aid mənbələri. Azərbay-can tarixi üzrə qaynaqlar iki hissəyə – arxeoloji və yazılı qaynaqlara bölünür. Arxeoloji qaynaqlara qazıntılar zamanı yeraltı mədəni təbəqəl ərdən, qəbir abidələ rində n, qədim yaşayış məskənlərindən aşkar edilmiş müxtəlif əmək alətləri, sadə silah növləri, məişət və bə zək-düzək əşyaları, dini təsəvvürlə ri ifadə edən heykəlciklər, göz muncuqları və s. əşyalar aiddir. Arxeoloji qazıntılar zamanı ən qədim və qədim dövrün mədəniyyətinin, yaşayış tikililərinin formasının, dəfn-etmə mərasimlərinin, qədim insanların antropoloji görkəminin, qədim istehkamla-rın inşası xüsusiyyətlərinin tədqiq edilməsi üçün çox qiymətli abidələr və abidə qalıqları üzə çıxarılır. Azərbaycanın ən qədim və qədim tarixinin öyrənilməsin-də arxeoloji tədqiqatların əvəzolunmaz rolu olmuşdur və ildən-ilə əldə edilən ar-xeoloji materiallar tariximizin qaranlıq qalan səhifələrinin öyrənilməsində müstəs-na rol oynayır.
Azərbaycan tarixinin qalıqları sırasında əsas yeri yazılı mənbələ r tutur. Məlumdur ki, yazı hələ eramızdan əvvəl V minillikdə yaranmışdır. Ən qədim yazı növləri piktoqrafiya və mixi yazı növləridir. Piktoqrafiya - şəkil, qrafos - yazı, yəni "şəkli işarələrlə yazı" mənası verir və bu yazı növündən qədim İkiçayarasında (Mesopotamiyada) istifadə olunmuşdur.

Mixi yazılarda işarələr mismara bənzədiyindən onu başqa cür mismarı yazı adlandırırlar. Mixi yazılardan daha çox Ön Asiyanın və Orta Şərqin ən qədim dövl ətlərində - Şumerdə, Akkadda, Misirdə , Babilistanda və s. istifadə olunmuş-dur. Məhz həmin ölkələrin mixi yazılarında Azərbaycan tarixinin ən qədim dövrü haqqında müəyyən məlumatlar verilir. Bu baxımdan ən önəmli qaynaqlar e.ə. III-I minilliklərdə mövcud olmuş Şumer-Akkad, Assuriya (Aşşur) və Urartu dövlətləri-nə aid mixi yazılardır.
Eramızdan əvvəl V ə srdən - eramızın IV əsrinə qə dərki dövr qədim dövr he-sab olunur və bu dövrə aid Azərbaycan tarixi barədə ən qiymətli məlumatlar antik yunan və latın yazılı mənbələrində saxlanılmışdır.

Yüklə 82,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin