2013-CÜ İLDƏ azərbaycanda insan hüquqlari üZRƏ hesabat qisa icmal



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə1/6
tarix06.09.2017
ölçüsü0,62 Mb.
#29066
  1   2   3   4   5   6

2013-CÜ İLDƏ AZƏRBAYCANDA İNSAN HÜQUQLARI ÜZRƏ HESABAT 

QISA İCMAL 

Konstitusiyaya əsasən Azərbaycan prezident üsuli-idarəsi olan respublikadır. Qanunvericilik 

səlahiyyəti Milli Məclisə (Parlament) məxsusdur. Prezident hökumətin icraedici, qanunvericilik 

və məhkəmə qanadları üzərində üstünlük təşkil etmişdir. 9 oktyabr tarixdə keçirilmiş prezident 

seçkiləri və 2010-cu ildə Milli Məclisə keçirilmiş seçkilər Avropada Təhlükəsizlik və 

Əməkdaşlıq Təşkilatının (ATƏT) demokratik seçkilərlə əlaqədar müəyyən etdiyi bir sıra əsas 

standartlara cavab verməmişdir. 50-dən çox siyasi partiyanın olmasına baxmayaraq prezidentin 

rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası siyasi sistemdə üstünlük təşkil etmişdir. Ermənistanın 

dəstəyi ilə separatçılar Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayon 

üzərində nəzarəti davam etdirmişlər. Dağlıq Qarabağın yekun statusu Rusiya, Fransa və Amerika 

Birləşmiş Ştatlarının həmsədrlik etdikləri ATƏT-in Minsk Qrupu vasitəsilə aparılan beynəlxalq 

vasitəçilik prosesinin mövzusu olaraq qalmışdır. Dövlət orqanları təhlükəsizlik qüvvələri 

üzərində effektiv nəzarəti qoruyub saxlamışlar. Təhlükəsizlik qüvvələri tərəfindən insan 

haqlarının pozulması halları baş vermişdir.  

İl ərzində insan haqları sahəsində baş vermiş ən mühüm problemlər aşağıdakılar olmuşdur:  

• İfadə, sərbəst toplaşmaq və birləşmə azadlıqlarının daha çox məhdudlaşdırılması, o 

cümlədən  internet və internetdən kənarda fəaliyyət göstərən jurnalistlər, insan haqlarının 

müdafiəçiləri və demokratik fəallara qarşı hədələmə, həbs və gücdən istifadə. Prezident 

seçkilərində təbliğat kampaniyasına rəsmən start verilməsindən öncə hökumət dinc 

etirazların keçirilməsi ilə bağlı edilmiş müraciətlərin yalnız cüzi hissəsinə icazə vermişdir 

və icazəli keçirilən məhdud sayda nümayişlər üçün ayrılmış yerlər əsasən əlverişsiz 

məkanlarla məhdudlaşdırılmışdır, icazəsiz keçirilən etiraz aksiyaları güc yolu ilə 

dağıdılmış və çox vaxt nümayişçilər saxlanılmışlar. Buna baxmayaraq kampaniya 

dövründə və ondan sonra müxalifət tərəfindən təşkil olunmuş beş yürüş aksiyası Bakı 

şəhərinin əlverişli məkanlarında məhdud sayda və yaxud hər hansı müdaxilə olmadan baş 

tutmuşdur. İl ərzində qanunvericiliyə qəbul edilmiş əlavələr QHT-lərin maliyyələşməsini 

daha da məhdudlaşdırmışdır. 9 oktyabr prezident seçkisindən sonra dövlət orqanları 

tərəfindən seçkilərin monitorinqini həyata keçirmiş iki QHT-yə  - Seçkilərin Monitorinqi 

və Demokratiyanın Tədrisi Mərkəzi (SMDTM) və Könüllülərin Beynəlxalq Əməkdaşlığı 

İctimai Birliyinə (KBƏ) qarşı cinayət işi açılmışdır, SMDTM sədri həbs edilmiş, 

SMDTM icraçı direktoruna və KBƏ sədrinə ölkəni tərk etmək qadağan edilmişdir.                

• Vətəndaşların öz hökumətlərini dinc şəkildə dəyişmək hüquqlarının 

məhdudlaşdırılması. 9 oktyabr prezident seçkisinin keçirilməsində baş vermiş nöqsanlara 

seçki gününə qədər repressiv siyasi mühitin davam etməsi, namizədlərə bərabər 

imkanların təmin olunmaması, seçki günü baş verən proseslərin hər bir mərhələsində 

əhəmiyyətli çatışmazlıqlar, şikayət və müraciətlərə obyektiv baxılmaması kimi hallar 

daxil olmuşdur. 


                                                                    

AZƏRBAYCAN 

 

                                                       2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları 



                                         ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu 

• Məhkəmənin ədalətsiz icra fəaliyyəti, o cümlədən əsassız həbs və saxlama hallarının 



artması barədə məlumatlar, siyasi motivli həbslər, lazımı hüquqi prosedurlara əməl 

olunmaması, icraedici qanadın məhkəmə üzərində təsiri və fərdlərin istintaq 

təcridxanasında uzun müddət saxlanılması hökumət rəsmiləri tərəfindən yaradılan təhlükə 

kimi qəbul edilmişdir, bu cür fərdlərə və yaxud onların ailə üzvlərinə qarşı törədilmiş 

cinayətlər cəzasız qalmışdır. Hakimiyyət orqanları mülkiyyət hüquqları ilə əlaqədar 

olaraq lazımı hüquqi prosedurları təmin etməmişlər, bu isə mülkiyyət sahiblərinin 

evlərindən zorla çıxarılması, dövlətin şəxsi əmlakı məcburi özgəninkiləşdirmək 

hüququndan istifadə əsasında binaların sökülməsi və dövlət tərəfindən alınan əmlaka 

qeyri-adekvat təzminatın ödənilməsi ilə nəticələnmişdir. Prezident administrasiyası 

tərəfindən Bakı şəhərində fəaliyyət göstərən dövlət xidməti orqanlarında korrupsiyanın 

azaldılması istiqamətində mühüm addımların atılmasına baxmayaraq bütün səviyyələrdə 

korrupsiya hallarının geniş yayılması ilə bağlı iddialar davam etmişdir.   

İl ərzində məlumat verilmiş digər insan haqları problemlərinə döyüş tapşırığının yerinə 

yetirilməsi ilə bağlı olmayan 69 ölüm halı ilə nəticələnən ordudakı zorakılıq, ağır və bəzən insan 

həyatı üçün təhlükəli olan həbsxana şəraiti, şəxsi həyatın toxunulmazlığına əsassız müdaxilələrin 

davam etməsi, qeydiyyatdan keçməmiş bəzi müsəlman və xristian qruplarının dini azadlıqlarının 

məhdudlaşdırılması, siyasi iştirakda olan çətinliklər, insan haqlarının müdafiəsi üzrə qeyri-

hökumət təşkilatlarının (QHT-lər) qeydiyyatına rəsmi səviyyədə maneələrin davam etdirilməsi, 

qadınlara qarşı zorakılıq və insan alveri kimi məsələlər daxil olmuşdur.    

İnsan haqlarının pozulması hallarına yol vermiş əksər rəsmilərin məhkəməyə cəlb olunması və 

yaxud cəzalandırılması istiqamətində hökumət addımlar atmamışdır. Cəzasızlıq problem olaraq 

qalmışdır. 



Bölmə 1. Şəxsiyyətin toxunulmazlığına hörmət, o cümlədən  

a. Həyatdan əsassız və ya qeyri-qanuni məhrumetmə  

Hökumət və yaxud onun nümayəndələri tərəfindən əsassız və yaxud qeyri-qanuni qətllər 

törədilməsi barədə məlumat verilməmişdir. 

Orduda zorakılıq halları geniş yayılmışdır və bəzi hallarda ölümlə nəticələnmişdir. İnsan 

haqlarının müdafiəsi üzrə yerli təşkilatların verdikləri məlumata əsasən il ərzində orduda ən azı 

81 ölüm halı baş vermişdir ki, bunlardan 69-u döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı 

olmamışdır, o cümlədən əsgərlər öz əsgər yoldaşları tərəfindən qətlə yetirilmiş və intihar halları 

baş vermişdir. Cəzasızlıq problem olaraq qalmışdır.   

Orduda döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı olmayan ölüm hallarının baş verməsinə 

görə keçirilən etirazlar zamanı Müdafiə Nazirliyi 18 yaşlı çağırışçı Ceyhun Qubadovun 7 yanvar 

tarixdə ürək çatışmazlığından vəfat etdiyini iddia etmişdir, lakin Qubadovun anası oğlunun 

ölümcül şəkildə döyüldüyünü bildirmiş və onun yaralı bədəninin fotoşəkillərini internet 

vasitəsilə yaymışdır. Hərbi Prokurorluq tərəfindən səhlənkarlıq maddəsi ilə cinayət işi açılmış, 


                                                                    

AZƏRBAYCAN 

 

                                                       2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları 



                                         ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu 

iki nəfər aşağı rütbəli zabit həbs edilmiş, iki nəfər zabit işdən çıxarılmış və bir zabitin rütbəsi 



kiçildilmişdir.       

Ermənistanın dəstəyi ilə separatçılar Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əksər hissəsi və 

yeddi rayonu üzərində nəzarəti davam etdirmişlər. İl ərzində Dağlıq Qarabağ münaqişəsi 

nəticəsində hər iki tərəfi ayıran hərbiləşdirilmiş təmas xətti boyunca atışmalar davam etmişdir və 

hər iki tərəfdən çoxsaylı insan tələfatına səbəb olmuşdur. Təmas xəttində mülki şəxslər arasında 

baş vermiş tələfatlarla bağlı rəqəmlər təqdim edilməmişdir. 



b. İtkin düşmə 

İl ərzində siyasi motivlərə söykənən itkin düşmə hallarının baş verməsi barədə məlumat 

verilməmişdir.  

Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının verdiyi 

məlumata əsasən il ərzində Dağlıq Qarabağ münaqişəsi nəticəsində 4037 nəfər vətəndaş itkin 

düşmüş şəxslər siyahısına daxil edilmişdir. Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) mart 

ayında iki nəfər mülki şəxsin Ermənistana qaytarılmasına kömək etmişdir.   

BQXK Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslərin işinin araşdırılmasını 

davam etdirmişdir və hökumətlə birlikdə itkin düşmüş şəxslərin vahid siyahısının hazırlanması 

üzərində çalışmışdır. 8 noyabr tarixə olan məlumata əsasən qohumları tərəfindən BQXK-ya 

axtarış üçün edilmiş müraciətlərə əsasən münaqişə nəticəsində 4620 nəfərin taleyi naməlum 

olaraq qalmışdır və BQXK tərəfindən Azərbaycanda, o cümlədən Dağlıq Qarabağda 4220 hal 

nəzərdən keçirilmişdir.  

BQXK hərbi və mülki əsirlərə kömək göstərilməsini davam etdirmişdir və beynəlxalq humanitar 

hüquq əsasında müdafiə olunmalarını təmin etmək məqsədilə il ərzində hər ay onlara baş 

çəkmişdir. BQXK hərbi və mülki əsirlər və onların ailələri arasında Qırmızı Xaç vasitəsilə 

müntəzəm məlumat mübadiləsini təmin etmişdir və onlara əlaqəni bərpa etməyə və bir-

birlərindən xəbər tutmağa yardım göstərmişdir. 



c. İşgəncə və digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan davranış yaxud cəza  

Konstitusiya və cinayət məcəlləsinin bu cür əməlləri qadağan etməsinə və 10 ilədək azadlıqdan 

məhrumetmə cəzasının nəzərdə tutmasına baxmayaraq, insan haqlarının yerli müşahidəçilərinin 

verdikləri məlumata əsasən 2012-ci ildə baş vermiş 141 hal ilə müqayisədə il ərzində 111 nəfər 

təcridxanada saxlanılarkən təhlükəsizlik qüvvələri tərəfindən zorakılığa məruz qalmışdır (o 

cümlədən bir sıra işgəncə halları barədə məlumatlar verilmişdir). Məlumatlara əsasən bu cür pis 

rəftar hallarının əksəriyyəti saxlanılan şəxslər polis məntəqələrində olduqları müddətdə baş 

vermişdir və saxlanılanlar istintaq təcridxanalarına aparıldıqdan sonra zorakılıq halları 

dayandırılmışdır. Nəzərə çarpan bir misalda, insan haqlarının müdafiəsi fəallarının verdikləri 

məlumata əsasən müxalifət qəzetində məqalə nəşr etdirdiyinə görə saxlanılmış İlkin Rüstəmzadə 

11 sentyabr tarixdə Kürdəxanı təcridxanasında saxlanılarkən səlahiyyətli orqanların əməkdaşları 


                                                                    

AZƏRBAYCAN 

 

                                                       2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları 



                                         ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu 

tərəfindən döyülmüşdür. İlin sonuna olan məlumata əsasən bu iddialarla bağlı hər hansı istintaq 



aparılmamışdır.  

Cəzasızlıq problem olaraq qalmışdır. Verilən məlumatlara əsasən pis rəftar olunduqlarını iddia 

edən saxlanılanların müstəqil məhkəmə tibbi ekspertizasına cəlb olunmasına qarşı dövlət 

orqanları de-fakto qadağa qoymuşdur və onların vəkillə təmin olunmalarını yubatmışdır.  

Etiraflar əldə etmək məqsədilə dövlət orqanları tərəfindən işgəncə və yaxud digər pis rəftar 

hallarından istifadə olunduğu barədə məlumatların verilməsi davam etmişdir. Məsələn, iddialara 

əsasən dövlət orqanları gənclərin NİDA (Azərbaycan dilində nida işarəsi deməkdir) hərəkatının 

üzvləri Şahin Novruzlu, Bəxtiyar Quliyev və Məmməd Əzizovun 9 mart tarixdə dövlət 

televiziyasına çıxardılaraq orduda ölüm hallarına etiraz məqsədilə 10 mart tarixdə keçiriləcək 

aksiyada güc tətbiq edərək inqilaba təhrik etməyi planlaşdırdıqlarını bildirən əvvəlcədən 

hazırlanmış “etirafı” oxumağa məcbur etmişlər. “Human Rights Watch” təşkilatının verdiyi 

məlumata əsasən Əzizov öz vəkilinə bildirmişdir ki, “etirafını” geri götürdükdən sonra o Milli 

Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən döyülmüşdür. Əzizovun dörd gün yeriyə 

bilmədiyi və bir qulağının eşitmə qabiliyyətini itirdiyi bildirilmişdir.         

Zorla etiraflar əldə etmək məqsədilə bəzi hallarda zorlama hədələrindən də istifadə edildiyi 

bildirilmişdir.     

Yerli müşahidəçilər il ərzində hərbi hissələrdə hədələmə və pis rəftar, o cümlədən fiziki və cinsi 

zorakılıq hallarının geniş yayılması barədə məlumatlar vermişlər. Məsələn, 28 oktyabr tarixdə 

beş nəfər əsgər və bir zabit, əsgər Cəmil Hüseynzadəni döyüb, atəş açdıqdan sonra Tovuz 

rayonundakı su kanalının yaxınlığında tərk edib getmişlər. Yaxınlıqdan keçən bir nəfər şəxs 

əsgəri tapmış və onu xəstəxanaya aparmışdır. Hərbi Prokurorluq tərəfindən cinayət işi açılmışdır.   

Həbsxana və müvəqqəti saxlama təcridxanalarının şəraiti  

 

Əksər məhbuslar bəziləri həyat üçün təhlükəli olmaqla həbsxanalarda ağır şəraitlə üzləşmişlər. 



Hökumət tərəfindən yeni müəssisələrin inşası davam etdirilsə də, Sovet dövründən qalmış bəzi 

həbsxanalar beynəlxalq standartlara cavab verməmişdir. Çox sayda məhbusun bir yerdə 

saxlanılması, qeyri-adekvat qidalanma, istilik və ventilyasiya sisteminin olmaması və zəif tibbi 

xidmət göstərilməsi, bəzi həbsxanalarda yoluxucu xəstəliklərin yayılmasına səbəb olmuşdur.  

Fiziki şərait: Həbsxanalarda olan məhbusların sayı təxminən 20,000 nəfər təşkil etmişdir ki, bu 

da 2012-ci ildə olan göstərici ilə eynidir. Bunlardan 13,5 faizi istintaq təcridxanalarında olmuşlar 

və 2,3 faizi qadın məhbuslardan ibarət olmuşdur. Dövlət orqanları istintaq təcridxanalarında kişi 

və qadınları ayrı-ayrı bölmələrdə saxlamış, lakin məhkum edildikdən sonra qadınlar ayrıca 

həbsxanalara yerləşdirilmişlər. Yerli QHT müşahidəçilərinin verdikləri məlumata əsasən qadın 

məhbuslar kişi məhbuslardan daha yaxşı şəraitdə saxlanılmışlar, onların saxlanma şəraiti tez-tez 

monitorinq edilmiş, treninq və digər fəaliyyətlərə olan çıxış imkanları daha çox olmuşdur. 

Yetkinlik yaşına çatmayanların da ayrıca müəssisələrdə saxlanılması nəzərdə tutulsa da, 2012-ci 



                                                                    

AZƏRBAYCAN 

 

                                                       2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları 



                                         ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu 

ildə beynəlxalq müşahidəçilər tərəfindən bəzi uşaqların yaşlılarla bir yerdə saxlanılması 



müşahidə edilmişdir. Yetkinlik yaşına çatmayan şəxslər üçün müəyyən edilmiş müəssisələrdə 

məhbuslar 20 yaşına qədər saxlanıla bilər.   

Dövlət orqanları tərəfindən məhbusların daha çox gəzməsi, işləmək və yaxud təlimlərdə iştirak 

etmək imkanlarının artırılması istiqamətindəki fəaliyyətlərin artırıldığı bildirilmişdir. Bəzi 

hallarda dövlət orqanları vəkillər və ailə üzvlərinin səfərlərinə məhdudiyyətlər qoymuşlar. 

Keçmiş məhbusların bildirdiyinə görə gözətçilər məhbusları döyməklə və ya izolyatorlarda 

saxlamaqla cəzalandırmışlar. Yerli və beynəlxalq müşahidəçilər Qobustan Qapalı 

Həbsxanasındakı şəraitin pis olması barədə məlumatları təqdim etməyə davam etmişlər.  

Ədliyyə Nazirliyinin verdiyi məlumata əsasən 2012-ci ildə həbsdə olarkən 111 nəfər vəfat 

etmişdir. Nazirliyin məlumatına əsasən ölüm hallarından 84-ü tibbi müalicə müəssisələrində baş 

vermişdir və buna tibbi şərait səbəb olmuşdur. 2012-ci ildə həbsxana müəssisələrində baş vermiş 

ölüm hallarının əsas səbəbi vərəm xəstəliyi olaraq qalmışdır, ikinci yeri isə xərçəng və ürək 

xəstəlikləri təşkil etmişdir. Daxili İşlər Nazirliyinin verdiyi məlumata əsasən 2013-cü ildə 

müvəqqəti saxlama təcridxanalarında iki ölüm halı baş vermişdir. Hər iki halın sui-qəsd olduğu 

bildirilmişdir. Bu insidentlə əlaqədar nazirlik 11 əməkdaşına qarşı tədbir görmüşdür.    

Əksər həbsxanalarda və təcridxanalarda içməli su təmin edilmişdir.  

İdarəçilik:  Həbsxanalarda uçot fəaliyyətinin adekvat olduğu görünür. Bəzi hallarda dövlət 

orqanları tərəfindən məhdudlaşdırılmasına baxmayaraq məhbusların ailə üzvləri ilə görüşmək 

imkanı olmuşdur. Dövlət orqanları dini ayinlərə əməl etməyə icazə vermişlər. Əksər məhbuslar 

senzura olmadan məhkəmə orqanlarına və Ombudsman Aparatına şikayətlə müraciət edə 

bildiklərini bildirsələr də, yerli QHT-lərin məlumatına əsasən ciddi rejimli həbsxanalarda 

saxlanılan bəzi məhbuslar bu cür şikayət müraciətlərini təqdim etməkdə çətinliklə üzləşmişlər. 

Həbsxana rəhbərliyi müntəzəm olaraq məhbusların yazışmalarını oxumuşlar. İnsan hüquqları 

üzrə yerli müvəkkilə (ombudsmana) insan haqları ilə bağlı müxtəlif şikayətlər daxil olmuşdur, o 

cümlədən məhbuslar tərəfindən. Ombudsman Aparatı şikayətlərin araşdırılması məqsədilə 

müntəzəm səfərlər etdiyini və araşdırmaların aparıldığını bildirsə də, QHT-lər məhbusların 

şikayətlərinə hərtərəfli qaydada baxılmasında marağın olmadığını bildirmişlər.  

Müstəqil monitorinq: Hökumət beynəlxalq və yerli humanitar və insan haqlarının müdafiəsi 

qruplarının, o cümlədən BQXK, Avropa Şurasının İşgəncələrin Qarşısının Alınması üzrə 

Komitəsinin (AŞİQAK), ATƏT, Avropa İttifaqının (üzv ölkələrin bəzilərinin səfirlik 

nümayəndələrinin müşayiəti ilə) və İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin bəzi həbsxanalara 

səfərlər etməsinə icazə vermişdir. Ədliyyə Nazirliyi, İşgəncələrə Qarşı Azərbaycan 

Komitəsindən nazirliyin tabeçiliyində olan müəssisələrə səfər etməzdən öncə bildiriş əldə etməyi 

tələb etmişdir, lakin Daxili İşlər Nazirliyi öz tabeçiliyində olan istintaq təcridxanalarına 

komitənin dərhal səfər etməsinə icazə verməyə davam etmişdir. Dövlət orqanları ümumilikdə 

BQXK-ya Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar saxlanılmış hərbi və mülki əsirlər, eləcə də 



                                                                    

AZƏRBAYCAN 

 

                                                       2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları 



                                         ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu 

Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin tabeçiliyində olan 



müəssisələrdə saxlanılan şəxslərlə görüşməyə icazə vermişlər.  

İctimai Komitə kimi tanınan, hökumət və insan haqlarının müdafiəsi qruplarının birgə təmsil 

olunduqları həbsxanaların monitorinqi qrupu pentensiar xidmətə əvvəlcədən məlumat vermədən 

həbsxanalara səfər etmək imkanı əldə etmişdir. Bununla belə, il ərzində verilən məlumatlara 

əsasən bəzi hallarda digər qrup üzvləri hətta əvvəlcədən məlumat versələr də, həbsxanalara səfər 

etməkdə çətinlik çəkmişlər.  

Təkmilləşmələr: BQXK-ya əsasən hökumət yeni müəssisələr inşa etdirməklə və mövcud 

təcridxanaların müasirləşdirilməsini həyata keçirməklə təcridxanaların şəraitinin 

yaxşılaşdırılması istiqamətində mühüm addımlar atmışdır. Daxili İşlər Nazirliyinin verdiyi 

məlumata əsasən nazirlik tərəfindən il ərzində beş yeni təcridxana açılmış və səkkiz müəssisədə 

təmir işləri həyata keçirilmişdir.   

d. Əsassız həbs və yaxud saxlama   

Əsassız həbs və ya saxlama qanunla qadağan olunsa da, hökumət ümumilikdə bu qadağalara 

əməl etməmiş və cəzasızlıq problem olaraq qalmışdır.   

Polis və təhlükəsizlik aparatının rolu  

Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi daxili təhlükəsizliyin təmin olunmasına 

cavabdehdir və birbaşa prezidentə tabedir. Daxili İşlər Nazirliyi yerli polis qüvvələrinə nəzarət 

edir və yerli mülki müdafiə qoşunları nazirliyin tabeçiliyindədir. Milli Təhlükəsizlik Nazirliyi 

kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətlərinə nəzarət edir və nazirliyin özünün ayrıca daxili 

təhlükəsizlik qüvvəsi vardır. QHT-lərin verdikləri məlumatlara əsasən ifadə azadlığı da daxil 

olmaqla özünün fundamental hüquqlarından istifadə etmiş fərdlər hər iki nazirlik tərəfindən 

saxlanılmışlar.       

Polisin kütlə ilə rəftar taktikası il ərzində fərqli olmuşdur. İlin əvvəlində keçirilmiş bəzi etiraz 

aksiyaları zamanı polis tərəfindən həddindən artıq güc tətbiq edilmişdir və verilən məlumatlara 

əsasən polis və daxili təhlükəsizlik qüvvələri rezin güllələrdən, gözyaşardıcı qazdan və su 

şırnaqlarından istifadə etmişlər. Müəyyən hallarda dinc etirazçılar polis tərəfindən saxlanılmış və 

onlara qaşı həddindən artıq güc tətbiq edilmişdir.  

Ümumilikdə təhlükəsizlik qüvvələri cəzasız hərəkət edə bilsələr də, Daxili İşlər Nazirliyi il 

ərzində ayrı-ayrı şəxsləri əsassız saxladığına görə 241 nəfər əməkdaşına qarşı tədbir gördüyünü 

bəyan etmişdir. Nazirliyin verdiyi məlumata əsasən vətəndaşların hüquqlarını pozmaqda 

günahlandırılan nazirlik rəsmilərinə qarşı vəzifə səlahiyyətlərinin icrası zamanı qanunsuzluğa yol 

vermə ilə bağlı 172 hal üzrə məhkəməyə müraciət edilmişdir.    



Həbs prosedurları və saxlanılanlarla rəftar  

                                                                    

AZƏRBAYCAN 

 

                                                       2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları 



                                         ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu 

Qanuna əsasən saxlanılan, həbs edilən və ya hər hansı cinayətdə ittiham olunan şəxslərə onların 



hüquqları, həbs olunmalarının səbəbi dərhal izah edilməli və müvafiq hüquqi proseslə təmin 

olunmalıdırlar. Hökumət bu müddəalara hər zaman əməl etməmişdir.    

Qanunda polisə həbs orderi olmadan hər hansı şəxsi 48 saat ərzində saxlamağa və dindirməyə 

icazə verilməsinə baxmayaraq, polis həbs orderi olmadan vətəndaşları bir neçə gün saxlamışdır. 

Hüquqşünasların bildirdiyinə görə digər hallarda hakimlər həbs orderini saxlanma halı baş 

verdikdən sonra vermişlər. Saxlanılan şəxslərin onlara qarşı irəli sürülən ittihamlar barəsində 

dərhal məlumatlandırılmadığı hallar barədə məlumat verilməmişdir, lakin bir neçə halda 

ittihamlar dövlət orqanları tərəfindən sonradan kəskin şəkildə dəyişdirilmişdir. Bu cür hallara 

“Amnesty İnternational” təşkilatı tərəfindən vicdan məhbusları hesab edilən 10 nəfərin 

saxlanılması daxil olmuşdur. Saxlanılan 10 nəfərdən ikisi demokratik müxalifətin lideri, yeddi 

nəfər NİDA hərəkatının demokratik gənc fəalları və bir nəfər isə Azad Gənclik demokratik 

təşkilatının fəalı olmuşdur (bax: bölmə 1.c. və 1.e.). İttihamlar dəyişdirildikdən sonra ilin 

sonunda 10 nəfərin hamısına qarşı 12 ilədək azadlıqdan məhrum etmə cəzası istənilmişdir.  

Qanuna əsasən hər bir şəxsin saxlanıldığı andan etibarən vəkillə təmin olunmaq hüququ vardır. 

Vəkil ilə təmin olunma, xüsusilə Bakı şəhərindən kənarda aşağı səviyyədə olmuşdur. Qanunla 

vəkillə təmin olunmaq hüquqları olsa da, çox vaxt saxlanılan imkansız şəxslərin bu hüquqları 

təmin edilməmişdir. Ailə üzvlərinin verdikləri məlumata əsasən dövlət orqanları bəzi hallarda 

onların ailələri ilə görüşmələrini, xüsusilə istintaq təcridxanalarında məhdudlaşdırmışlar və bəzi 

hallarda saxlanılan şəxslər barəsində informasiyanı gizlətmişlər. Bəzən ailə üzvlərinin saxlanılan 

qohumları barəsində hər hansı məlumat əldə etmələri bir neçə gün çəkmişdir. 

Siyasi cəhətdən həssas olan və digər şübhəli şəxslər bəzən polis təcridxanasında olarkən bir neçə 

saat və yaxud bir neçə gün ətraf mühitdən təcrid olunmuş şəraitdə saxlanılmışlar, dövlət 

orqanları tərəfindən tez-tez siyasi motivlərə söykənən və adi məhkəmə işləri zamanı vəkillərin öz 

müştəriləri ilə görüşmələrinə icazə verməməsi hallarının müşahidə edildiyi barədə məlumatlar 

verilmişdir. Bir hal zamanı verilən məlumata əsasən din xadimi və fəal Taleh Bağırzadə 31 mart 

tarixdə polis tərəfindən həbs edildikdən sonra bir həftə ərzində təcrid olunmuş vəziyyətdə 

saxlanılmışdır. Həbsindən bir həftə əvvəl Bağırzadənin məsciddə xütbə oxuyarkən hökuməti 

tənqid etdiyi bildirilmişdir. 1 noyabr tarixdə tələsik keçirilən məhkəmə zamanı hakimiyyət 

orqanları Bağırzadəni qanunsuz narkotik maddə saxlamaqda ittiham edərək barəsində iki il 

azadlıqdan məhrumetmə cəzası çıxarmışlar.          

Dövlət orqanları tərəfindən fərdi şəxslərin bəzən saxlanılanlara zamin durmalarına icazə 

verilməsinə, istintaq araşdırması zamanı onların şərti azadlığa buraxılmasına nail olmalarına 

baxmayaraq rəsmi və təcrübədə tətbiq edilən zaminliyə buraxılma sistemi olmamışdır.  

Əsassız həbs:  İl ərzində əsassız, çox vaxt polisə qarşı müqavimət göstərməkdə, narkotik maddə 

və ya silahdan qanunsuz istifadə və yaxud ictimai asayişi pozmaqda yalandan ittiham olunmaqla 

baş verən həbs halları problem olaraq qalmışdır. Yerli QHT-lər, “Amnesty İnternational” və 



                                                                    

AZƏRBAYCAN 

 

                                                       2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları 



                                         ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu 

“Human Rights Watch” təşkilatları hökuməti fərdləri özlərinin fundamental hüquqlarından 



istifadə etdiklərinə görə həbs etdiyinə görə tənqid etmiş və qeyd etmişlər ki, dövlət orqanları çox 

vaxt saxlanılanlara qarşı uydurma ittihamlar irəli sürmüşlər. Xüsusilə dinc siyasi nümayişlər 

keçirməyə cəhd göstərən demokratik müxalifət hərəkatlarının və yaxud siyasi partiyaların üzvləri 

polis tərəfindən saxlanılmışdır. Məsələn, ilin birinci yarısında dinc nümayişlərə çağırışlar edən, 

təşkil edən və ya bu nümayişlərdə iştirak edən gənclər və digər demokratik fəallar dövlət 

orqanları tərəfindən həbs edilmişlər. Bu fəallara NİDA gənclər hərəkatının yeddi nəfər üzvü 

(Bəxtiyar Quliyev, Məmməd Əzizov, Rəşad Həsənov, Rəşadət Axundov, Şahin Novruzlu, 

Üzeyir Məmmədli və Zaur Qurbanlı), Azad Gənclik təşkilatının bir nəfər üzvü (İlkin 

Rüstəmzadə) və siyasi partiyaların gənclər qanadının fəalları (Daşqın Məlikov və Rəsul 

Mürsəlov) daxil olmuşdur (bax: bölmə 1.c. və 1.e.). Bundan əlavə “Facebook” fəalı Əbdül 

Əbilov 26 noyabr tarixdə polis tərəfindən həbs edilmiş və sonradan ona qarşı qanunsuz narkotik 

maddə saxlama ittihamı irəli sürülmüşdür. Müstəqil media Əbilovun hakimiyyəti tənqid 

etməsinin onun həbsinə gətirib çıxardığını güman etmişdir. Müşahidəçilər də, polisin həbs və 

saxlama prosedurlarını pozması barədə məlumatlar vermişlər.             

  

İstintaq təcridxanalarında uzun müddət ərzində - 18 aya qədər saxlanma halları baş vermişdir. 



Baş prokuror müntəzəm şəkildə qanunla icazə verilən məhkəmədən əvvəl ilkin üç aylıq saxlama 

müddətini istintaq başa çatana qədər sonradan bir neçə ay müddətinə uzatmışdır.     

 

Amnistiya: 7 may tarixdə Milli Məclis 2000 məhbusu əfv etmişdir. Azad olunanlar arasından 



QHT-lər yalnız 2012-ci ildə keçirilmiş Avroviziya Mahnı Müsabiqəsindən öncə mülkiyyət 

hüquqlarının pozulmasına etiraz etdiyinə görə həbs edilmiş İlqar Rzayevi siyasi məhbus hesab 

etmişdir.  

14 oktyabr tarixdə prezident 153 məhbusu əfv etmişdir. Azad olunanlardan iki nəfəri insan 

hüquqlarının monitorinqini aparanlar tərəfindən siyasi məhbus hesab edilmişdir. (bax: bölmə 

1.e.).   



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin