2013-CÜ İLDƏ AZƏRBAYCANDA İNSAN HÜQUQLARI ÜZRƏ HESABAT
QISA İCMAL
Konstitusiyaya əsasən Azərbaycan prezident üsuli-idarəsi olan respublikadır. Qanunvericilik
səlahiyyəti Milli Məclisə (Parlament) məxsusdur. Prezident hökumətin icraedici, qanunvericilik
və məhkəmə qanadları üzərində üstünlük təşkil etmişdir. 9 oktyabr tarixdə keçirilmiş prezident
seçkiləri və 2010-cu ildə Milli Məclisə keçirilmiş seçkilər Avropada Təhlükəsizlik və
Əməkdaşlıq Təşkilatının (ATƏT) demokratik seçkilərlə əlaqədar müəyyən etdiyi bir sıra əsas
standartlara cavab verməmişdir. 50-dən çox siyasi partiyanın olmasına baxmayaraq prezidentin
rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası siyasi sistemdə üstünlük təşkil etmişdir. Ermənistanın
dəstəyi ilə separatçılar Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayon
üzərində nəzarəti davam etdirmişlər. Dağlıq Qarabağın yekun statusu Rusiya, Fransa və Amerika
Birləşmiş Ştatlarının həmsədrlik etdikləri ATƏT-in Minsk Qrupu vasitəsilə aparılan beynəlxalq
vasitəçilik prosesinin mövzusu olaraq qalmışdır. Dövlət orqanları təhlükəsizlik qüvvələri
üzərində effektiv nəzarəti qoruyub saxlamışlar. Təhlükəsizlik qüvvələri tərəfindən insan
haqlarının pozulması halları baş vermişdir.
İl ərzində insan haqları sahəsində baş vermiş ən mühüm problemlər aşağıdakılar olmuşdur:
• İfadə, sərbəst toplaşmaq və birləşmə azadlıqlarının daha çox məhdudlaşdırılması, o
cümlədən internet və internetdən kənarda fəaliyyət göstərən jurnalistlər, insan haqlarının
müdafiəçiləri və demokratik fəallara qarşı hədələmə, həbs və gücdən istifadə. Prezident
seçkilərində təbliğat kampaniyasına rəsmən start verilməsindən öncə hökumət dinc
etirazların keçirilməsi ilə bağlı edilmiş müraciətlərin yalnız cüzi hissəsinə icazə vermişdir
və icazəli keçirilən məhdud sayda nümayişlər üçün ayrılmış yerlər əsasən əlverişsiz
məkanlarla məhdudlaşdırılmışdır, icazəsiz keçirilən etiraz aksiyaları güc yolu ilə
dağıdılmış və çox vaxt nümayişçilər saxlanılmışlar. Buna baxmayaraq kampaniya
dövründə və ondan sonra müxalifət tərəfindən təşkil olunmuş beş yürüş aksiyası Bakı
şəhərinin əlverişli məkanlarında məhdud sayda və yaxud hər hansı müdaxilə olmadan baş
tutmuşdur. İl ərzində qanunvericiliyə qəbul edilmiş əlavələr QHT-lərin maliyyələşməsini
daha da məhdudlaşdırmışdır. 9 oktyabr prezident seçkisindən sonra dövlət orqanları
tərəfindən seçkilərin monitorinqini həyata keçirmiş iki QHT-yə - Seçkilərin Monitorinqi
və Demokratiyanın Tədrisi Mərkəzi (SMDTM) və Könüllülərin Beynəlxalq Əməkdaşlığı
İctimai Birliyinə (KBƏ) qarşı cinayət işi açılmışdır, SMDTM sədri həbs edilmiş,
SMDTM icraçı direktoruna və KBƏ sədrinə ölkəni tərk etmək qadağan edilmişdir.
• Vətəndaşların öz hökumətlərini dinc şəkildə dəyişmək hüquqlarının
məhdudlaşdırılması. 9 oktyabr prezident seçkisinin keçirilməsində baş vermiş nöqsanlara
seçki gününə qədər repressiv siyasi mühitin davam etməsi, namizədlərə bərabər
imkanların təmin olunmaması, seçki günü baş verən proseslərin hər bir mərhələsində
əhəmiyyətli çatışmazlıqlar, şikayət və müraciətlərə obyektiv baxılmaması kimi hallar
daxil olmuşdur.
AZƏRBAYCAN
2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları
ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu
2
• Məhkəmənin ədalətsiz icra fəaliyyəti, o cümlədən əsassız həbs və saxlama hallarının
artması barədə məlumatlar, siyasi motivli həbslər, lazımı hüquqi prosedurlara əməl
olunmaması, icraedici qanadın məhkəmə üzərində təsiri və fərdlərin istintaq
təcridxanasında uzun müddət saxlanılması hökumət rəsmiləri tərəfindən yaradılan təhlükə
kimi qəbul edilmişdir, bu cür fərdlərə və yaxud onların ailə üzvlərinə qarşı törədilmiş
cinayətlər cəzasız qalmışdır. Hakimiyyət orqanları mülkiyyət hüquqları ilə əlaqədar
olaraq lazımı hüquqi prosedurları təmin etməmişlər, bu isə mülkiyyət sahiblərinin
evlərindən zorla çıxarılması, dövlətin şəxsi əmlakı məcburi özgəninkiləşdirmək
hüququndan istifadə əsasında binaların sökülməsi və dövlət tərəfindən alınan əmlaka
qeyri-adekvat təzminatın ödənilməsi ilə nəticələnmişdir. Prezident administrasiyası
tərəfindən Bakı şəhərində fəaliyyət göstərən dövlət xidməti orqanlarında korrupsiyanın
azaldılması istiqamətində mühüm addımların atılmasına baxmayaraq bütün səviyyələrdə
korrupsiya hallarının geniş yayılması ilə bağlı iddialar davam etmişdir.
İl ərzində məlumat verilmiş digər insan haqları problemlərinə döyüş tapşırığının yerinə
yetirilməsi ilə bağlı olmayan 69 ölüm halı ilə nəticələnən ordudakı zorakılıq, ağır və bəzən insan
həyatı üçün təhlükəli olan həbsxana şəraiti, şəxsi həyatın toxunulmazlığına əsassız müdaxilələrin
davam etməsi, qeydiyyatdan keçməmiş bəzi müsəlman və xristian qruplarının dini azadlıqlarının
məhdudlaşdırılması, siyasi iştirakda olan çətinliklər, insan haqlarının müdafiəsi üzrə qeyri-
hökumət təşkilatlarının (QHT-lər) qeydiyyatına rəsmi səviyyədə maneələrin davam etdirilməsi,
qadınlara qarşı zorakılıq və insan alveri kimi məsələlər daxil olmuşdur.
İnsan haqlarının pozulması hallarına yol vermiş əksər rəsmilərin məhkəməyə cəlb olunması və
yaxud cəzalandırılması istiqamətində hökumət addımlar atmamışdır. Cəzasızlıq problem olaraq
qalmışdır.
Bölmə 1. Şəxsiyyətin toxunulmazlığına hörmət, o cümlədən
a. Həyatdan əsassız və ya qeyri-qanuni məhrumetmə
Hökumət və yaxud onun nümayəndələri tərəfindən əsassız və yaxud qeyri-qanuni qətllər
törədilməsi barədə məlumat verilməmişdir.
Orduda zorakılıq halları geniş yayılmışdır və bəzi hallarda ölümlə nəticələnmişdir. İnsan
haqlarının müdafiəsi üzrə yerli təşkilatların verdikləri məlumata əsasən il ərzində orduda ən azı
81 ölüm halı baş vermişdir ki, bunlardan 69-u döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı
olmamışdır, o cümlədən əsgərlər öz əsgər yoldaşları tərəfindən qətlə yetirilmiş və intihar halları
baş vermişdir. Cəzasızlıq problem olaraq qalmışdır.
Orduda döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı olmayan ölüm hallarının baş verməsinə
görə keçirilən etirazlar zamanı Müdafiə Nazirliyi 18 yaşlı çağırışçı Ceyhun Qubadovun 7 yanvar
tarixdə ürək çatışmazlığından vəfat etdiyini iddia etmişdir, lakin Qubadovun anası oğlunun
ölümcül şəkildə döyüldüyünü bildirmiş və onun yaralı bədəninin fotoşəkillərini internet
vasitəsilə yaymışdır. Hərbi Prokurorluq tərəfindən səhlənkarlıq maddəsi ilə cinayət işi açılmış,
AZƏRBAYCAN
2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları
ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu
3
iki nəfər aşağı rütbəli zabit həbs edilmiş, iki nəfər zabit işdən çıxarılmış və bir zabitin rütbəsi
kiçildilmişdir.
Ermənistanın dəstəyi ilə separatçılar Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əksər hissəsi və
yeddi rayonu üzərində nəzarəti davam etdirmişlər. İl ərzində Dağlıq Qarabağ münaqişəsi
nəticəsində hər iki tərəfi ayıran hərbiləşdirilmiş təmas xətti boyunca atışmalar davam etmişdir və
hər iki tərəfdən çoxsaylı insan tələfatına səbəb olmuşdur. Təmas xəttində mülki şəxslər arasında
baş vermiş tələfatlarla bağlı rəqəmlər təqdim edilməmişdir.
b. İtkin düşmə
İl ərzində siyasi motivlərə söykənən itkin düşmə hallarının baş verməsi barədə məlumat
verilməmişdir.
Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının verdiyi
məlumata əsasən il ərzində Dağlıq Qarabağ münaqişəsi nəticəsində 4037 nəfər vətəndaş itkin
düşmüş şəxslər siyahısına daxil edilmişdir. Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) mart
ayında iki nəfər mülki şəxsin Ermənistana qaytarılmasına kömək etmişdir.
BQXK Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslərin işinin araşdırılmasını
davam etdirmişdir və hökumətlə birlikdə itkin düşmüş şəxslərin vahid siyahısının hazırlanması
üzərində çalışmışdır. 8 noyabr tarixə olan məlumata əsasən qohumları tərəfindən BQXK-ya
axtarış üçün edilmiş müraciətlərə əsasən münaqişə nəticəsində 4620 nəfərin taleyi naməlum
olaraq qalmışdır və BQXK tərəfindən Azərbaycanda, o cümlədən Dağlıq Qarabağda 4220 hal
nəzərdən keçirilmişdir.
BQXK hərbi və mülki əsirlərə kömək göstərilməsini davam etdirmişdir və beynəlxalq humanitar
hüquq əsasında müdafiə olunmalarını təmin etmək məqsədilə il ərzində hər ay onlara baş
çəkmişdir. BQXK hərbi və mülki əsirlər və onların ailələri arasında Qırmızı Xaç vasitəsilə
müntəzəm məlumat mübadiləsini təmin etmişdir və onlara əlaqəni bərpa etməyə və bir-
birlərindən xəbər tutmağa yardım göstərmişdir.
c. İşgəncə və digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan davranış yaxud cəza
Konstitusiya və cinayət məcəlləsinin bu cür əməlləri qadağan etməsinə və 10 ilədək azadlıqdan
məhrumetmə cəzasının nəzərdə tutmasına baxmayaraq, insan haqlarının yerli müşahidəçilərinin
verdikləri məlumata əsasən 2012-ci ildə baş vermiş 141 hal ilə müqayisədə il ərzində 111 nəfər
təcridxanada saxlanılarkən təhlükəsizlik qüvvələri tərəfindən zorakılığa məruz qalmışdır (o
cümlədən bir sıra işgəncə halları barədə məlumatlar verilmişdir). Məlumatlara əsasən bu cür pis
rəftar hallarının əksəriyyəti saxlanılan şəxslər polis məntəqələrində olduqları müddətdə baş
vermişdir və saxlanılanlar istintaq təcridxanalarına aparıldıqdan sonra zorakılıq halları
dayandırılmışdır. Nəzərə çarpan bir misalda, insan haqlarının müdafiəsi fəallarının verdikləri
məlumata əsasən müxalifət qəzetində məqalə nəşr etdirdiyinə görə saxlanılmış İlkin Rüstəmzadə
11 sentyabr tarixdə Kürdəxanı təcridxanasında saxlanılarkən səlahiyyətli orqanların əməkdaşları
AZƏRBAYCAN
2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları
ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu
4
tərəfindən döyülmüşdür. İlin sonuna olan məlumata əsasən bu iddialarla bağlı hər hansı istintaq
aparılmamışdır.
Cəzasızlıq problem olaraq qalmışdır. Verilən məlumatlara əsasən pis rəftar olunduqlarını iddia
edən saxlanılanların müstəqil məhkəmə tibbi ekspertizasına cəlb olunmasına qarşı dövlət
orqanları de-fakto qadağa qoymuşdur və onların vəkillə təmin olunmalarını yubatmışdır.
Etiraflar əldə etmək məqsədilə dövlət orqanları tərəfindən işgəncə və yaxud digər pis rəftar
hallarından istifadə olunduğu barədə məlumatların verilməsi davam etmişdir. Məsələn, iddialara
əsasən dövlət orqanları gənclərin NİDA (Azərbaycan dilində nida işarəsi deməkdir) hərəkatının
üzvləri Şahin Novruzlu, Bəxtiyar Quliyev və Məmməd Əzizovun 9 mart tarixdə dövlət
televiziyasına çıxardılaraq orduda ölüm hallarına etiraz məqsədilə 10 mart tarixdə keçiriləcək
aksiyada güc tətbiq edərək inqilaba təhrik etməyi planlaşdırdıqlarını bildirən əvvəlcədən
hazırlanmış “etirafı” oxumağa məcbur etmişlər. “Human Rights Watch” təşkilatının verdiyi
məlumata əsasən Əzizov öz vəkilinə bildirmişdir ki, “etirafını” geri götürdükdən sonra o Milli
Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən döyülmüşdür. Əzizovun dörd gün yeriyə
bilmədiyi və bir qulağının eşitmə qabiliyyətini itirdiyi bildirilmişdir.
Zorla etiraflar əldə etmək məqsədilə bəzi hallarda zorlama hədələrindən də istifadə edildiyi
bildirilmişdir.
Yerli müşahidəçilər il ərzində hərbi hissələrdə hədələmə və pis rəftar, o cümlədən fiziki və cinsi
zorakılıq hallarının geniş yayılması barədə məlumatlar vermişlər. Məsələn, 28 oktyabr tarixdə
beş nəfər əsgər və bir zabit, əsgər Cəmil Hüseynzadəni döyüb, atəş açdıqdan sonra Tovuz
rayonundakı su kanalının yaxınlığında tərk edib getmişlər. Yaxınlıqdan keçən bir nəfər şəxs
əsgəri tapmış və onu xəstəxanaya aparmışdır. Hərbi Prokurorluq tərəfindən cinayət işi açılmışdır.
Həbsxana və müvəqqəti saxlama təcridxanalarının şəraiti
Əksər məhbuslar bəziləri həyat üçün təhlükəli olmaqla həbsxanalarda ağır şəraitlə üzləşmişlər.
Hökumət tərəfindən yeni müəssisələrin inşası davam etdirilsə də, Sovet dövründən qalmış bəzi
həbsxanalar beynəlxalq standartlara cavab verməmişdir. Çox sayda məhbusun bir yerdə
saxlanılması, qeyri-adekvat qidalanma, istilik və ventilyasiya sisteminin olmaması və zəif tibbi
xidmət göstərilməsi, bəzi həbsxanalarda yoluxucu xəstəliklərin yayılmasına səbəb olmuşdur.
Fiziki şərait: Həbsxanalarda olan məhbusların sayı təxminən 20,000 nəfər təşkil etmişdir ki, bu
da 2012-ci ildə olan göstərici ilə eynidir. Bunlardan 13,5 faizi istintaq təcridxanalarında olmuşlar
və 2,3 faizi qadın məhbuslardan ibarət olmuşdur. Dövlət orqanları istintaq təcridxanalarında kişi
və qadınları ayrı-ayrı bölmələrdə saxlamış, lakin məhkum edildikdən sonra qadınlar ayrıca
həbsxanalara yerləşdirilmişlər. Yerli QHT müşahidəçilərinin verdikləri məlumata əsasən qadın
məhbuslar kişi məhbuslardan daha yaxşı şəraitdə saxlanılmışlar, onların saxlanma şəraiti tez-tez
monitorinq edilmiş, treninq və digər fəaliyyətlərə olan çıxış imkanları daha çox olmuşdur.
Yetkinlik yaşına çatmayanların da ayrıca müəssisələrdə saxlanılması nəzərdə tutulsa da, 2012-ci
AZƏRBAYCAN
2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları
ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu
5
ildə beynəlxalq müşahidəçilər tərəfindən bəzi uşaqların yaşlılarla bir yerdə saxlanılması
müşahidə edilmişdir. Yetkinlik yaşına çatmayan şəxslər üçün müəyyən edilmiş müəssisələrdə
məhbuslar 20 yaşına qədər saxlanıla bilər.
Dövlət orqanları tərəfindən məhbusların daha çox gəzməsi, işləmək və yaxud təlimlərdə iştirak
etmək imkanlarının artırılması istiqamətindəki fəaliyyətlərin artırıldığı bildirilmişdir. Bəzi
hallarda dövlət orqanları vəkillər və ailə üzvlərinin səfərlərinə məhdudiyyətlər qoymuşlar.
Keçmiş məhbusların bildirdiyinə görə gözətçilər məhbusları döyməklə və ya izolyatorlarda
saxlamaqla cəzalandırmışlar. Yerli və beynəlxalq müşahidəçilər Qobustan Qapalı
Həbsxanasındakı şəraitin pis olması barədə məlumatları təqdim etməyə davam etmişlər.
Ədliyyə Nazirliyinin verdiyi məlumata əsasən 2012-ci ildə həbsdə olarkən 111 nəfər vəfat
etmişdir. Nazirliyin məlumatına əsasən ölüm hallarından 84-ü tibbi müalicə müəssisələrində baş
vermişdir və buna tibbi şərait səbəb olmuşdur. 2012-ci ildə həbsxana müəssisələrində baş vermiş
ölüm hallarının əsas səbəbi vərəm xəstəliyi olaraq qalmışdır, ikinci yeri isə xərçəng və ürək
xəstəlikləri təşkil etmişdir. Daxili İşlər Nazirliyinin verdiyi məlumata əsasən 2013-cü ildə
müvəqqəti saxlama təcridxanalarında iki ölüm halı baş vermişdir. Hər iki halın sui-qəsd olduğu
bildirilmişdir. Bu insidentlə əlaqədar nazirlik 11 əməkdaşına qarşı tədbir görmüşdür.
Əksər həbsxanalarda və təcridxanalarda içməli su təmin edilmişdir.
İdarəçilik: Həbsxanalarda uçot fəaliyyətinin adekvat olduğu görünür. Bəzi hallarda dövlət
orqanları tərəfindən məhdudlaşdırılmasına baxmayaraq məhbusların ailə üzvləri ilə görüşmək
imkanı olmuşdur. Dövlət orqanları dini ayinlərə əməl etməyə icazə vermişlər. Əksər məhbuslar
senzura olmadan məhkəmə orqanlarına və Ombudsman Aparatına şikayətlə müraciət edə
bildiklərini bildirsələr də, yerli QHT-lərin məlumatına əsasən ciddi rejimli həbsxanalarda
saxlanılan bəzi məhbuslar bu cür şikayət müraciətlərini təqdim etməkdə çətinliklə üzləşmişlər.
Həbsxana rəhbərliyi müntəzəm olaraq məhbusların yazışmalarını oxumuşlar. İnsan hüquqları
üzrə yerli müvəkkilə (ombudsmana) insan haqları ilə bağlı müxtəlif şikayətlər daxil olmuşdur, o
cümlədən məhbuslar tərəfindən. Ombudsman Aparatı şikayətlərin araşdırılması məqsədilə
müntəzəm səfərlər etdiyini və araşdırmaların aparıldığını bildirsə də, QHT-lər məhbusların
şikayətlərinə hərtərəfli qaydada baxılmasında marağın olmadığını bildirmişlər.
Müstəqil monitorinq: Hökumət beynəlxalq və yerli humanitar və insan haqlarının müdafiəsi
qruplarının, o cümlədən BQXK, Avropa Şurasının İşgəncələrin Qarşısının Alınması üzrə
Komitəsinin (AŞİQAK), ATƏT, Avropa İttifaqının (üzv ölkələrin bəzilərinin səfirlik
nümayəndələrinin müşayiəti ilə) və İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin bəzi həbsxanalara
səfərlər etməsinə icazə vermişdir. Ədliyyə Nazirliyi, İşgəncələrə Qarşı Azərbaycan
Komitəsindən nazirliyin tabeçiliyində olan müəssisələrə səfər etməzdən öncə bildiriş əldə etməyi
tələb etmişdir, lakin Daxili İşlər Nazirliyi öz tabeçiliyində olan istintaq təcridxanalarına
komitənin dərhal səfər etməsinə icazə verməyə davam etmişdir. Dövlət orqanları ümumilikdə
BQXK-ya Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar saxlanılmış hərbi və mülki əsirlər, eləcə də
AZƏRBAYCAN
2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları
ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu
6
Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin tabeçiliyində olan
müəssisələrdə saxlanılan şəxslərlə görüşməyə icazə vermişlər.
İctimai Komitə kimi tanınan, hökumət və insan haqlarının müdafiəsi qruplarının birgə təmsil
olunduqları həbsxanaların monitorinqi qrupu pentensiar xidmətə əvvəlcədən məlumat vermədən
həbsxanalara səfər etmək imkanı əldə etmişdir. Bununla belə, il ərzində verilən məlumatlara
əsasən bəzi hallarda digər qrup üzvləri hətta əvvəlcədən məlumat versələr də, həbsxanalara səfər
etməkdə çətinlik çəkmişlər.
Təkmilləşmələr: BQXK-ya əsasən hökumət yeni müəssisələr inşa etdirməklə və mövcud
təcridxanaların müasirləşdirilməsini həyata keçirməklə təcridxanaların şəraitinin
yaxşılaşdırılması istiqamətində mühüm addımlar atmışdır. Daxili İşlər Nazirliyinin verdiyi
məlumata əsasən nazirlik tərəfindən il ərzində beş yeni təcridxana açılmış və səkkiz müəssisədə
təmir işləri həyata keçirilmişdir.
d. Əsassız həbs və yaxud saxlama
Əsassız həbs və ya saxlama qanunla qadağan olunsa da, hökumət ümumilikdə bu qadağalara
əməl etməmiş və cəzasızlıq problem olaraq qalmışdır.
Polis və təhlükəsizlik aparatının rolu
Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi daxili təhlükəsizliyin təmin olunmasına
cavabdehdir və birbaşa prezidentə tabedir. Daxili İşlər Nazirliyi yerli polis qüvvələrinə nəzarət
edir və yerli mülki müdafiə qoşunları nazirliyin tabeçiliyindədir. Milli Təhlükəsizlik Nazirliyi
kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətlərinə nəzarət edir və nazirliyin özünün ayrıca daxili
təhlükəsizlik qüvvəsi vardır. QHT-lərin verdikləri məlumatlara əsasən ifadə azadlığı da daxil
olmaqla özünün fundamental hüquqlarından istifadə etmiş fərdlər hər iki nazirlik tərəfindən
saxlanılmışlar.
Polisin kütlə ilə rəftar taktikası il ərzində fərqli olmuşdur. İlin əvvəlində keçirilmiş bəzi etiraz
aksiyaları zamanı polis tərəfindən həddindən artıq güc tətbiq edilmişdir və verilən məlumatlara
əsasən polis və daxili təhlükəsizlik qüvvələri rezin güllələrdən, gözyaşardıcı qazdan və su
şırnaqlarından istifadə etmişlər. Müəyyən hallarda dinc etirazçılar polis tərəfindən saxlanılmış və
onlara qaşı həddindən artıq güc tətbiq edilmişdir.
Ümumilikdə təhlükəsizlik qüvvələri cəzasız hərəkət edə bilsələr də, Daxili İşlər Nazirliyi il
ərzində ayrı-ayrı şəxsləri əsassız saxladığına görə 241 nəfər əməkdaşına qarşı tədbir gördüyünü
bəyan etmişdir. Nazirliyin verdiyi məlumata əsasən vətəndaşların hüquqlarını pozmaqda
günahlandırılan nazirlik rəsmilərinə qarşı vəzifə səlahiyyətlərinin icrası zamanı qanunsuzluğa yol
vermə ilə bağlı 172 hal üzrə məhkəməyə müraciət edilmişdir.
Həbs prosedurları və saxlanılanlarla rəftar
AZƏRBAYCAN
2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları
ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu
7
Qanuna əsasən saxlanılan, həbs edilən və ya hər hansı cinayətdə ittiham olunan şəxslərə onların
hüquqları, həbs olunmalarının səbəbi dərhal izah edilməli və müvafiq hüquqi proseslə təmin
olunmalıdırlar. Hökumət bu müddəalara hər zaman əməl etməmişdir.
Qanunda polisə həbs orderi olmadan hər hansı şəxsi 48 saat ərzində saxlamağa və dindirməyə
icazə verilməsinə baxmayaraq, polis həbs orderi olmadan vətəndaşları bir neçə gün saxlamışdır.
Hüquqşünasların bildirdiyinə görə digər hallarda hakimlər həbs orderini saxlanma halı baş
verdikdən sonra vermişlər. Saxlanılan şəxslərin onlara qarşı irəli sürülən ittihamlar barəsində
dərhal məlumatlandırılmadığı hallar barədə məlumat verilməmişdir, lakin bir neçə halda
ittihamlar dövlət orqanları tərəfindən sonradan kəskin şəkildə dəyişdirilmişdir. Bu cür hallara
“Amnesty İnternational” təşkilatı tərəfindən vicdan məhbusları hesab edilən 10 nəfərin
saxlanılması daxil olmuşdur. Saxlanılan 10 nəfərdən ikisi demokratik müxalifətin lideri, yeddi
nəfər NİDA hərəkatının demokratik gənc fəalları və bir nəfər isə Azad Gənclik demokratik
təşkilatının fəalı olmuşdur (bax: bölmə 1.c. və 1.e.). İttihamlar dəyişdirildikdən sonra ilin
sonunda 10 nəfərin hamısına qarşı 12 ilədək azadlıqdan məhrum etmə cəzası istənilmişdir.
Qanuna əsasən hər bir şəxsin saxlanıldığı andan etibarən vəkillə təmin olunmaq hüququ vardır.
Vəkil ilə təmin olunma, xüsusilə Bakı şəhərindən kənarda aşağı səviyyədə olmuşdur. Qanunla
vəkillə təmin olunmaq hüquqları olsa da, çox vaxt saxlanılan imkansız şəxslərin bu hüquqları
təmin edilməmişdir. Ailə üzvlərinin verdikləri məlumata əsasən dövlət orqanları bəzi hallarda
onların ailələri ilə görüşmələrini, xüsusilə istintaq təcridxanalarında məhdudlaşdırmışlar və bəzi
hallarda saxlanılan şəxslər barəsində informasiyanı gizlətmişlər. Bəzən ailə üzvlərinin saxlanılan
qohumları barəsində hər hansı məlumat əldə etmələri bir neçə gün çəkmişdir.
Siyasi cəhətdən həssas olan və digər şübhəli şəxslər bəzən polis təcridxanasında olarkən bir neçə
saat və yaxud bir neçə gün ətraf mühitdən təcrid olunmuş şəraitdə saxlanılmışlar, dövlət
orqanları tərəfindən tez-tez siyasi motivlərə söykənən və adi məhkəmə işləri zamanı vəkillərin öz
müştəriləri ilə görüşmələrinə icazə verməməsi hallarının müşahidə edildiyi barədə məlumatlar
verilmişdir. Bir hal zamanı verilən məlumata əsasən din xadimi və fəal Taleh Bağırzadə 31 mart
tarixdə polis tərəfindən həbs edildikdən sonra bir həftə ərzində təcrid olunmuş vəziyyətdə
saxlanılmışdır. Həbsindən bir həftə əvvəl Bağırzadənin məsciddə xütbə oxuyarkən hökuməti
tənqid etdiyi bildirilmişdir. 1 noyabr tarixdə tələsik keçirilən məhkəmə zamanı hakimiyyət
orqanları Bağırzadəni qanunsuz narkotik maddə saxlamaqda ittiham edərək barəsində iki il
azadlıqdan məhrumetmə cəzası çıxarmışlar.
Dövlət orqanları tərəfindən fərdi şəxslərin bəzən saxlanılanlara zamin durmalarına icazə
verilməsinə, istintaq araşdırması zamanı onların şərti azadlığa buraxılmasına nail olmalarına
baxmayaraq rəsmi və təcrübədə tətbiq edilən zaminliyə buraxılma sistemi olmamışdır.
Əsassız həbs: İl ərzində əsassız, çox vaxt polisə qarşı müqavimət göstərməkdə, narkotik maddə
və ya silahdan qanunsuz istifadə və yaxud ictimai asayişi pozmaqda yalandan ittiham olunmaqla
baş verən həbs halları problem olaraq qalmışdır. Yerli QHT-lər, “Amnesty İnternational” və
AZƏRBAYCAN
2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları
ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu
8
“Human Rights Watch” təşkilatları hökuməti fərdləri özlərinin fundamental hüquqlarından
istifadə etdiklərinə görə həbs etdiyinə görə tənqid etmiş və qeyd etmişlər ki, dövlət orqanları çox
vaxt saxlanılanlara qarşı uydurma ittihamlar irəli sürmüşlər. Xüsusilə dinc siyasi nümayişlər
keçirməyə cəhd göstərən demokratik müxalifət hərəkatlarının və yaxud siyasi partiyaların üzvləri
polis tərəfindən saxlanılmışdır. Məsələn, ilin birinci yarısında dinc nümayişlərə çağırışlar edən,
təşkil edən və ya bu nümayişlərdə iştirak edən gənclər və digər demokratik fəallar dövlət
orqanları tərəfindən həbs edilmişlər. Bu fəallara NİDA gənclər hərəkatının yeddi nəfər üzvü
(Bəxtiyar Quliyev, Məmməd Əzizov, Rəşad Həsənov, Rəşadət Axundov, Şahin Novruzlu,
Üzeyir Məmmədli və Zaur Qurbanlı), Azad Gənclik təşkilatının bir nəfər üzvü (İlkin
Rüstəmzadə) və siyasi partiyaların gənclər qanadının fəalları (Daşqın Məlikov və Rəsul
Mürsəlov) daxil olmuşdur (bax: bölmə 1.c. və 1.e.). Bundan əlavə “Facebook” fəalı Əbdül
Əbilov 26 noyabr tarixdə polis tərəfindən həbs edilmiş və sonradan ona qarşı qanunsuz narkotik
maddə saxlama ittihamı irəli sürülmüşdür. Müstəqil media Əbilovun hakimiyyəti tənqid
etməsinin onun həbsinə gətirib çıxardığını güman etmişdir. Müşahidəçilər də, polisin həbs və
saxlama prosedurlarını pozması barədə məlumatlar vermişlər.
İstintaq təcridxanalarında uzun müddət ərzində - 18 aya qədər saxlanma halları baş vermişdir.
Baş prokuror müntəzəm şəkildə qanunla icazə verilən məhkəmədən əvvəl ilkin üç aylıq saxlama
müddətini istintaq başa çatana qədər sonradan bir neçə ay müddətinə uzatmışdır.
Amnistiya: 7 may tarixdə Milli Məclis 2000 məhbusu əfv etmişdir. Azad olunanlar arasından
QHT-lər yalnız 2012-ci ildə keçirilmiş Avroviziya Mahnı Müsabiqəsindən öncə mülkiyyət
hüquqlarının pozulmasına etiraz etdiyinə görə həbs edilmiş İlqar Rzayevi siyasi məhbus hesab
etmişdir.
14 oktyabr tarixdə prezident 153 məhbusu əfv etmişdir. Azad olunanlardan iki nəfəri insan
hüquqlarının monitorinqini aparanlar tərəfindən siyasi məhbus hesab edilmişdir. (bax: bölmə
1.e.).
Dostları ilə paylaş: |