Azərbaycan döVLƏt məDƏNİYYƏt və İNCƏSƏNƏt universiteti NƏZNİNDƏ humanitar kolleci



Yüklə 89,04 Kb.
səhifə1/3
tarix26.12.2023
ölçüsü89,04 Kb.
#197481
  1   2   3
    Bu səhifədəki naviqasiya:
  • PLAN

AZƏRBAYCAN DÖVLƏT MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT UNİVERSİTETİ NƏZNİNDƏ HUMANİTAR KOLLECİ

SƏRBƏST İŞ


SERVİS FƏALİYYƏTİ
(FƏNN)

2023

AZƏRBAYCAN DÖVLƏT MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT UNİVERSİTETİ NƏZNİNDƏ HUMANİTAR KOLLECİ


FƏNN: SERVİS FƏALİYYƏTİ
QRUP: TBT - 022
MÜƏLLİM: HACIYEV YASİR
TƏLƏBƏ: FƏRZƏLİ SEVİNC
MÖVZU: Biznes anlayışı və onun iqtisadi mahiyyəti

2023

PLAN


  1. “Biznes” anlayışı

  2. Sahibkarlıq fəaliyyəti

  3. Öz biznesin açılması

2023

Biznes” anlayışı


«Biznes» sözü dünyanın bütün ölkələrində istifadə olunur. Gəlir gətirən fəaliyyət və bu fəaliyyətlə məşğul olan insanlar müxtəlif ölkələrdə müxtəlif cür adlandırılır. Əsasən ingilis dilli ölkələrdə sözügedən fəaliyyət növü «biznes», bu fəaliyyətlə məşğul olan insanlar isə «biznesmen» adlandırıldığı halda, digər ölkələrdə, o cümlədən MDB məkanında müvafiq olaraq sahibkarlıq» və «sahibkar» adlandırılır.
Bazar formalaşması əlaqədardır. Münasibətlərinə əsaslanan iqtisadiyyatın və inkişafı bilavasitə biznes fəaliyyəti ilə biznes işdir, fəaliyyətdir. Biznes-istehlakçıların tələbatının ödənilməsi və, mənfəət alınması məqsədilə təşəbbüskar insanlar arasındakı işgüzar münasibətlərin məcmusi’dı Biznes fiziki şəxslər, müəssisə və tdşkilatlar tərəfindən ləəli sərvətlərin istisman, müxtəlif növ məhsullann istehsalı və satışı, xidmətlərin göstərilməsi və s. Üzrə həyata keçirilən işlərdir. Başqa sözlə gəlir gətirən istənilən məşğuliyyət, iş biznes adlanır. Biznes fəaliyyəti ilə’məşğul olan insanlar isə biznesmenlər sayılır..

Biznes qazanc əldə etmək üçün iqtisadi fəaliyyət növü olub <<İş>>, <

Biznes İstehlakçıların tələbatının ödənilməsi və mənfəət alınması məqsədilə təşəbbüskar insanlar arasındakı işgüzar münasibətlərin məcmusudur. Biznes fəaliyyəti ile məşğul olan insanlar biznesmenlər adlanırlar, iqtisadiyyatın bütün sahələrində, təkrar İstehsalın bütün fazalarında biznes fəaliyyəti həyata keçirilir. Biznes ticarət İstehsal ticarət sxemi üzrə hazır məhsulun son istehlakçıya çatdırılması ilə əlaqədardır. Təbii ki, biznes təkcə kommersiya deyil, həm də istehsalda da təzahür edir.


İqtisadi ədəbiyyatda və praktiki fəaliyyətdə «biznes>>> <

İqtisadi ədəbiyyatda «biznes» termininin müxtəlif anlayışlarına rast gəlinir. Məsələn, Alan Xoskinq biznesə belə tərif vermişdir: «Biznes təbii nemətlərin hasilatı, əmtəənin istehsalı, yaxud əldə edilməsi və satışı, digər əmtəələrin dəyişdirilməsində xidmətlərin göstərilməsi, maraqlı şəxslərin, yaxud təşkilatların qarşılıqlı gəlirinə xidmət, pul üzrə fiziki şəxslərin, müəs sisələrin və təşkilatların həyata keçirdikləri fəaliyyətdir. Biznes proses kimi müəyyən funksiyaları: maliyyə və uçot, kadr və maddi-texniki təminat, istehsal, marketinq, elmi-tədqiqat və layihə işlərini nəzərdə tutur. Digər iqtisadçılar biznesə müəyyən struktur çərçivəsində təşkil edilən, məqsədi və nəticəsi gəlir götürmək olan konkret iqtisadi fəaliyyət növü kimi baxırlar. Beləliklə, istənilən biznesin müəssisə şəklində öz iqtisadi-təşkilati forması olur. Müəssisə oxşar mühitdən bazarda ayrılmağa cəhd edərək firma adı və atributları şəklində öz fərqli cəhətlərini yaradır. Burada biznes anla- yışı genişdir: biznesə təkcə fəaliyyət prosesi kimi deyil, həm də mülkiyyət obyekti kimi baxılır, hansı ki, satmaq, girov qoymaq, sığortalamaq, vəsiyyət etmək olar. Bu halda biznes saziş, əmtəə obyektinə çevrilir.


N.Y.Kruqlova «biznes» anlayışını kommersiya fəaliyyəti, yəni mənfəətin alınmasına bilavasitə yönəldilən fəaliyyət ilə eyniləşdirir və bura aşağıdakı fəaliyyət növlərini aid edir:


əmtəə bazarlarında fəaliyyət;
istehsal vasitələri bazarında fəaliyyət;
xarici ticarət fəaliyyəti;
qiymətli kağızlar bazarında fəaliyyət;
azad iqtisadi zonalarda fəaliyyət;
mənfəət gətirən vasitəçilik fəaliyyəti.
Biznes ticarət-istehsal-ticarət sxemi üzrə əmtəənin son istehlakçıya çatdırılması ilə əlaqədar həyata keçirilən fəaliyyətdir. Deməli, biznes təkcə
Kommersiya fəaliyyəti deyil, həm də istehsal sferasında həyata keçirilən fəa- liyyət növüdür.
Aydındır ki, iqtisadiyyatın bütün sahələrində və təkrar istehsalın bütün fazalarında işgüzar münasibətlər qurulur, biznes fəaliyyəti həyata keçirilir.
«Biznes» və «sahibkarlıq» anlayışları bir-biri ilə sıx əlaqədardır və çox vaxt onlar sinonim kimi işlədilir. Lakin kəsb etdiyi mənalara görə bu an- layışlar bir-birindən əhəmiyyətli dərəcədə fərqlənirlər.

Biznes və sahibkarlıq anlayışları təkamül prosesi keçmiş və onların mahiyyətinə aydınlıq gətirilmişdir. Dünyanın tanınmış alimləri sahibkarlığın mahiyyəti haqqında qədim dövrlərdən düşünməyə başlamışlar. Belə ki, mer- kanti-lizm məktəbinin nümayəndəsi A.Monkretyen (1576-1621) müxtəlif işlərin reallaş-dırılması məqsədilə monarxla müqavilə bağlayan şəxsi <

Sahibkarlıq anlayışını elmə ilk dəfə fransız bank sahibi və iqtisadçısı Riçard Kantilyon (1680-1734) gətirmişdir. O, ticarəti ön plana çəkirdi, «sahibkar>> məfhumuna sənətkar, kəndli və ticarətçi ilə yanaşı yoxsul və quldurları da daxil edirdi. Sahibkarı kapital sahibi ilə eyniləşdirmişdi. O, həmçinin qeyd edirdi ki, kapital həm şəxsi, həm də borc kapitalı ola bilər və bu fakt sahibkarın xarakteristikasına təsir göstərmir. Sahibkarlığı risk şəraitində əmtəənin təklifi ilə tələbini uyğunlaşdıran iqtisadi fəaliyyət, torpağı və əməyi isə iqtisadi sərvətin mənbəyi hesab edirdi və maddi nemətlərin dəyərini bu amillərdə axtarırdı.


Fiziokratlar məktəbinin nümayəndəsi A.Tyurqo (1727-1781) da bazarda qiymətlərin dəyişməsi ilə əlaqədar riskin mövcud olmasını sahibkarlığın səciyyəvi əlaməti kimi qeyd etmişdir. Fransız iqtisadçısı B.Sey «Siyasi iqtisadın traktatları» əsərində sahibkarlıq fəaliyyətini istehsalın üç amili – torpaq, kapital və əməyin birləşdirilməsi ilə xarakterizə edirdi. Onun fik- rincə, sahibkar məhsul istehsal etmək üçün öz kapitalı və təşəbbüskarlıq qabiliyyətilə riskə gedən şəxsdir.


Klassik iqtisadın banisi olan A.Smit «Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqat» adlı əsərində sahibkarlıq fəaliyyətinin dəqiq xarakteristikasını verməyə cəhd etmişdir. Onun mülahizələrinə görə sahibkar yeni kapitalın mülkiy-yətçisi kimi hər hansı konvensiya ideyalarının reallaşması və mənfəət alınması üçün riskə gedir. Ancaq A.Smit iqtisadiyyatı görünməz əl» vasitəsilə idarə edilən, özütənzimlənən mexanizm kimi təsəvvür edirdi, ona görə də sahibkarlıqda yaradıcılığa və sahibkar simasına xüsusi diqqət yetirmirdi. C.M. Keyns də özünün kredit-pul və büdcə siyasəti vasitəsilə iqtisadiyyatın dövlət tənzimlənməsinin zəruriliyini ifadə edən nəzəriyyəsində sahibkara təxminən eyni əhəmiyyəti verirdi.


Alman iqtisadçısı V.Zombart sahibkarlıq nəzəriyyəsinin işlənilməsinə böyük töhfə vermişdir. V.Zombart sahibkarı iqtisadçı», «təşkilatçı və «ticarətçi hesab edirdi. Y.Şumpeter sahibkarı istehsal amillərinin yeni kombinasiyasını həyata keçirən və bununla iqtisadi inkişafı təmin edən in- san adlandırırdı. O, hesab edirdi ki, sahibkarın istehsalın mülkiyyətçisi, fərdi kapitalist olması heç də məcburi deyil, əslində bankın, yaxud səhmdar cəmiyyətin idarəedicisi də sahibkar ola bilər.


D.Rikardo «Siyasi iqtisadın və vergiyə cəlb olunmanın başlanğıcı» adlı əsərində sahibkarın rolu haqqındakı mülahizələri inkişaf etdirmişdir. O sahibkarlıq fəaliyyətini kapitalizmdə abstrakt, sonsuz və təbii istehsal üsulu, sahibkarlıq fəaliyyətini isə effektiv təsərrüfatçılığın vacib elementi hesab edirdi. K.Marksın iqtisadi nəzəriyyəsinin əsasını isə tamamilə alternativ ba- xış təşkil edir. Daha doğrusu o, sahibkarlıq fəaliyyətinə kaptalizmdən doğan istismarçı alət kimi baxırdı.

Sonralar istehsal amillərinin koordinasiyası ideyası A.Marşall (1842- 1924) tərəfindən inkişaf etdirilmişdir. O, istehsalın üç əsas amilinə dördüncü amili – sahibkarlıq fəaliyyətini əlavə etmiş, sahibkarlıq fəaliyyətinin cəmiyyətin həyatında mühüm rol oynadığını, iqtisadi prosesləri sürətləndirdiyini və təkmilləşdirdiyini xüsusi vurğulamışdır.


Avstriya iqtisadçısı Y.Şumpeter (1883-1950) «İqtisadi inkişaf nəzəriyyəsi» adlı kitabında sahibkarlıq fəaliyyətini kapitalist iqtisadiyyatında iqtisadi artımın təmin edilməsində başlıca hərəkətverici qüvvə hesab edirdi. O, sahibkarı, hər şeydən öncə, yüksək risk, yaradıcılıq və sərbəstliyə səy göstərən bir şəraitdə yeni fəaliyyət kombinasiyaları yaradan və yenilikləri reallaşdıran novator kimi nəzərdən keçirirdi.


Y.Şumpeter sahibkarlıq fəaliyyətinin aşağıdakı funksiyalarını qeyd etmişdi:





  • Yeni, istehlakçıya hələ məlum olmayan maddi nemətin və ya əvvəlki

  • Nemətin, ancaq yeni keyfiyyətdə istehsal edilməsi;

  • istehsalın əvvəllər tətbiq edilməmiş yeni metodlarından istifadə edilməsi;

  • Yeni satış bazarlarının mənimsənilməsi və ya əvvəlkilərin genişləndirilməsi;

  • Xammalın yeni mənbə və növlərinin mənimsənilməsi;

  • Istehsal və satışın yeni təşkilati formalarının həyata keçirilməsi. İngilis iqtisadçısı, Nobel mükafatı laureatı F.A.Hayek (1899-1922)

Sahibkarlığın mahiyyətini spesifik şəkildə nəzərdən keçirmiş və sahibkarlığı bu və ya digər fəaliyyət növü kimi deyil, maksimum mənfəət əldə etmək üçün yeni iqtisadi imkanların axtarılması və öyrənilməsi kimi səciyyələndirmişdir.


İqtisadi ədəbiyyatda «sahibkar» anlayışı haqqında müxtəlif fikirlərə rast gəlinir, ancaq onların hamısında müəyyən oxşarlıq nəzərə çarpır. «Ekonomiks» dərsliyinin müəllifləri K.Makkonnell və S.Brju sahibkarlığa xüsusi fəaliyyət növü kimi baxırlar, hansı ki, əsasında bir sıra vacib şərt və tələblər durur. Birincisi, sahibkar əmtəə və xidmətlərin istehsalının vahid prosesində torpaq, kapital və əmək resurslarının birləşdirilməsi təşəbbüsünü öz üzərinə götürür. İkincisi, biznesin həyata keçirilməsi prosesində əsas qərarın qəbulu kimi çətin vəzifəni öz üzərinə götürür, hansı ki, müəssisənin fəaliyyət kursunu müəyyən edir. Üçüncüsü, sahibkar yeni məhsulun istehsalına, yeni istehsal texnologiyalarının və biznesin təşkilinin yeni formalarının tətbiqinə cəhd göstərən novatordur. Nəhayət, dördüncüsü, sahibkar riskə gedən insandır.


Professor Q.N.Manafov biznes və sahibkarlıq arasında ümumi cəhətlər kimi hər ikisinin bazarla əlaqəli olmasını, mənfəət götürməyə yönəlməsini, məhsul və xidmət istehsalı və satışı şəklində həyata keçirilməsini qeyd edir. Onun fikrincə, sahibkarlığın biznes fəaliyyətindən fərqi isə onun innovasiya xarakteri ilə məhdudlaşmır. Konkret işin və sövdələşmənin reallaşması ilə əlaqədar olan biznes fəaliyyətindən fərqli olaraq sahibkarlıq bazar iqtisadiyyatında fasiləsiz bir proses olub, onun mövcudluğunun və inkişafının əsas şərtidir. Professor A.B.Abbasovun fikrincə sahibkar risk şəraitində fəaliyyət göstərən, təşəbbüskar, yaradıcı, sosial-iqtisadi mexanizmi təşkil edən insandır. Düzdür, «sahibkar» və «sahibkarlıq» anlayışlarında yaxınlaşma hiss olunur. Əslində sahibkar sahibkarlıq fəaliyyəti ilə məşğul olan insandır. «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununda yazılmışdır: «Sahibkarlıq fəaliyyəti (sahibkarlıq) fiziki şəxslərin, onların birliklərinin, habelə hüquqi şəxslərin mənfəət və ya şəxsi gəlir əldə edilməsi məqsədilə özlərinin cavabdehliyi və əmlak məsuliyyəti ilə, yaxud digər hüquqi və ya fiziki şəxslərin adından qanunvericiliklə qadağan edilməyən təsərrüfat fəaliyyətinin bütün növləri, o cümlədən məhsul istehsalı, satışı və xidmətlər göstərilməsi formasında həyata keçirdikləri müstəqil təşəbbüskarlıq fəaliyyətidir». Bu tərif təkmildir, sahibkarlıq fəaliyyətinin məzmununu dəqiq əks etdirir.


Biznes növlərinin qarşılıqlı əlaqəsi, biznes növlərindən hər birinin fəaliyyət göstərməsi bir sıra əlamətlərlə müəyyən edilir.
Biznesin mühüm əlamətləri aşağıdakılardan ibarətdir:



  • iqtisadiyyat subyektləri arasında fəaliyyətin dəyişməsi, biznesin ayrı-ayrı növlərinin qarşılıqlı fəaliyyətinə tələbat;




  • Öz maraqlarının reallaşdırıtmasına cəhd, öz maraqlannı biznes üzrə tərəfdaşına təkid edilməsi;




  • Şəxsi və kollektiv təşəbbüskarlığın təzahürü;




  • qarşıya qoyulan məqsədə çatmaq üçün riskə getmək qabiliyyəti.




Yüklə 89,04 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin