Azərbaycan Dövlət Turizm Agentliyi Mingəçevir Turizm Kolleci Tələbə: Fuad Quluyev Qrup: tb 6 Fənn



Yüklə 11,93 Kb.
səhifə1/3
tarix24.12.2023
ölçüsü11,93 Kb.
#193099
  1   2   3
FUAD BƏLƏDÇİLİYİN ƏSASLARI...


Azərbaycan Dövlət Turizm Agentliyi
Mingəçevir Turizm Kolleci
Tələbə: Fuad Quluyev
Qrup: TB 6
Fənn: Bələdçiliyin Əsasları
Mövzu: Bələdçi və onun çıxışına olan tələblər
Müəllim:
Plan:
1. Ekskursiyaların keçirilməsi zamanı insan
amili.
2. Bələdçinin vəzifələri.
3. Ekskursiya rəhbərinin peşəkarlığı.
4. Bələdçinin çıxışı,daxili nitq,xariçi
nitq,şifahi nitq.
BƏLƏDÇİ VƏ ONUN ÇIXIŞINA OLAN TƏLƏBLƏR
1.Ekskursiyaların keçirilməsi zamanı insan amili.
Ekskursiyaların keçirilməsi zamanı insan amili nə olan tələb ən yüksək səviyyədə özünü göstərir. Buna görə də müxtəlif xalqların nümayəndələri olan, mədəniyyət, dil, yaş, cins, dünyaya baxış və sair xüsusiyyətlərinə görə müxtəlif xarakterlər ifadə edən ekskursantlarla işləyən bələdçinin buradakı funksional rolu və şəxsi keyfiyyətləri, öz işinə bağlılığı və vətəninə sevgisi əsas amil kimi ortaya çıxır. Bu baxımdan, turizm və ekskursiya fəaliyyətində açar mövqeyə malik olan bələdçiyə qarşı qoyulan tələblər çox yüksək olub, bir çox keyfiyyətləri özündə birləşdirməsini şərtləndirir.
Bələdçi dərin nəzəri biliklərlə yanaşı, təcrübi vərdişlərə və bacarıqlara, şəxsiyyət kimi isə bir sıra üstün keyfiyyətlərə də malik olmalıdır. O, dərin intellektual səviyyəli, işinə məsuliyyətli, yüksək insani ləyaqətə, fəal həyat tərzinə alışmış bir insan olmalıdr. Hər halda müasir turistlərin nəzərində onlara rəhbərlik edəcək bələdçinin imici başqa cür ola da bilməz. Bələdçinin nə qədər təəssürat gücünə malik olması isə onun yuxarıda göstərilən keyfiyyətləri ilə şərtlənir. Deməli, ekskursiya yaradıcı bir ünsiyyət vasitəsidirsə, bələdçi də bu ünsiyyətiyaradan yaradıcı bir şəxsdir. Bu isə bələdçi kimi ekskursiya mütəxəssisinin məntiq, psixologiya, pedaqogika, hətta texnika və təbiət elmlərindən də baş çıxarması deməkdir.
2.Bələdçinin vəzifələri. Ekskursiyanı çatdıran bələdçi müxtəlif məqamlarda aşağıdakı vəzifələri daşıyır:
- bələdçi informator vəzifəsində turistlərə hər hansı bir
hadisə və ya predmet haqqında danışaraq ona öz fikrini, rəyini
bildirmədən, burada baş verən hadisələrin səbəb-nəticə
əlaqələrini izah etmədən sadəcə informasiya verir;
- bələdçi şərhçi kimi müşahidə edilən obyekt və ya
hadisə, onu törədən səbəblər haqqında izah verir, bunların
mahiyyətini çatdırmaq üçün geniş şərh aparır;
- bələdçi həm də həmsöhbətdir. Belə ki, təqdimat
zamanı yaranan situasiyaya uyğun olaraq ekskursantların verdiyi
reaksiyalara müvafiq sürətdə onlarla fikir mübadiləsinə qoşular,
sual və replikalarına cavab verə bilər;
- bələdçi məsləhətçi kimi ekskursantlara təqdim olunan
obyekti necə izləməli, daha yaxşı təəssürat əldə olunması üçün
hansı ümumiləşdirmələr aparmalı olduğunu göstərir;
- ekskursiya zamanı bələdçi həm də emosional liderdir.
Ekskursiyanın gedişi zamanı bələdçinin nitqi aşağıdakı formada tətbiq oluna bilər:
- hər hansı bir mövzu üzərində bir neçə kəlmə və nitqdən ibarət qısa danışıq;
- müəyyən mövzunun, onun analitik tərkibini əhatə edən və ictimai auditoriya üçün nəzərdə tutulan məruzə;
- hər hansı bir elm sahəsi, bədii arxiv və digər mənbələr üzrə sualları cavablandıran yığcam referat;
- bu mövzunu təfərrüatı ilə qarşı tərəfə çatdıran mühazirə;
Bunlardan başqa bələdçinin istifadə etdiyi şifahi nitqin replika, sözönü və sözardı kimi kiçik formaları da vardır. Belə nitq forması bələdçinin təqdimatı zamanı bəzi hadisələrə arayış
verməsi, kimlərə isə ritorik suallar verməsi və ya birbaşa qısa cavablarla söhbəti yekunlaşdırmasından ibarətdir.
Ekskursiya rəhbəri olan bələdçinin bir sıra
vacib məqamlarda öz üzərinə düşən vəzifələri yerinə yetirməsi tələb olunur. Belə ki, ekskursiya rəhbərindən asılı olmayaraq bir
çox hallarda ekskursiya qrupunda müəyyən gərginlik doğuran hadisələr baş verə bilər. Ekskursantları aparacaq nəqliyyat
vasitəsinin gecikməsi, turistləri qıcıqlandıra biləcək hallar, hansısa səbəbdən marşrutun dəyişməsi və ya havanın gözlənilmədən pozulması onların əhvali-ruhiyyəsinə mənfi təsir edə, kiçik narazılıqlar yarada bilər. Ola biləcək belə hadisələr zamanı gərgin mühitin yumşaldılması üçün bələd- çinin ekskursantlarla qurduğu səmimi münasibət, onun peşə- karlıq dərəcəsi, xoş psixoloji mühitin yaranmasına kömək etmiş olur.

Yüklə 11,93 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin